[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Cəlilabadın ƏRKÖYÜN MƏMURU da var imiş... - BU NƏDİ BELƏ?!

Məlumdur ki, mənzil-kommunal təsərrüfatı müəssisələrinin əsas vəzifə və funksiyaları mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətini həyata keçirməkdən, kommunal təsərrüfatının və mənzil-istismar sahələrinin idarə olunmasını təşkil etməkdən, mənzil fondunun uçot qaydasını müəyyən etməkdən, mənzil kirayə haqlarının və məişət tullantılarının daşınması haqlarının yığılmasını, mühəndis qurğularının və kommunikasıyaların saxlanılmasını və istismarını, mənzil fondunun yaşayış sahələrinin müəyyən edilmiş sanitariya və texniki norma və qaydalarına uyğun saxlanılmasının istismarını, əməyin mühafizəsi, texniki təhlükəsizlik qaydaları və yanğından mühafizə sahəsində tədbirlərin həyata keçirilməsini, əhatə etdiyi ərazidəki küçə və meydanların, parkların təmizliyini və çoxmənzilli binaların ümumi istifadə olan hissələrinin süpürülməsini, əhatə etdiyi ərazidə məişət tullantılarının daşınmasını və s. təmin etməkdən ibarətdir
O halda sual oluna bilər ki, görəsən Mənzil Kommunal Təsərrüfatı Müəssisələri, o cümlədən Cəlilabad Rayon Mənzil Kommunal Təsərrüfatı Müəssisəsi üzərinə düşən vəzifə borcunu lazımi səviyyədə yerinə yetirirmi, yoxsa “ağa nəzərəm, belə gəzərəm” prinsipini əsas tutur. Bu yöndə apardığımız araşdırmalar zamanı bəlli oldu ki, 19 oktyabr 2022-ci il tarixdən Cəlilabad Rayon MKTM-nə (Komxoza) İslam İsgəndərov rəhbərlik edir və ötən müddət ərzində o, elə bir formada idarəçilik həyata keçirir ki, bu dövlət qurumunda çalışan Həmzə Sadıqov adlı şəxs, az qalır ki, fərdi qaydada öz rəhbərinin yarıtmaz idarəçiliyinə qarşı “sosial inqilab”a başlasın. Yəni, bunu 21 dekabr 2023-cü il tarixdə Həmzə Sadıqovun Facebook səhifəsində yayımladığı paylaşımdan da görmək mümkündür. Paylaşıma diqqətlə diqqət yetirdikdə onu da müəyyən etmək olur ki, bu şəxs İslam İsgəndərovun rəzalətindən, hədələrindən cana doyduğundan, təhqiramiz ifadələri ilə üzüzə qaldığından o, möhtərəm Prezidentdən, Birinci vitse-prezidentdən, Baş Prokurordan və digər vəzifə sahiblərindən imdad diləyir. Məsələnin daha çox diqqəti cəlb edən tərəfi odur ki, Həmzə Sadıqov yayımladığı paylaşımında İslam İsgəndərovun ona dediklərini, yəni “Mən heç kimdən qorxmuram, get kimə, hara istəyirsən de, mənim adamım var” ifadələrini dilə gətirir. Bəli bu cür ifadələr, həqiqətən də hər kəsi düşündürən ifadələrdir. Çünki, Cəlilabad Rayon MKTM-nin rəhbərliyi bu cür yanaşması ilə, məhz Azərbaycan Respublikasının dövlət qurumlarını və dövlət qurumlarına rəhbərlik edən vəzifə sahiblərini saya salmır. Əcəba, bu necə ola bilər? Bu cür yanaşma onu söyləməyə əsas verir ki, İslam İsgəndərov ona verilmiş vəzifə səlahiyyətlərindən sui-istifadə edir. Yəni, CM-nin 308.1. maddəsinin tələblərinə uyğun addımlarını atır. Bir sözlə, İslam İsgəndərov xidməti vəzifələrinin icrası ilə əlaqədar, özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edir. CM-nin 308.1. maddəsinin tələblərinə əsasən, belə bir əmələ qol qoyan şəxs şərti maliyyə vahidinin min mislindən iki min mislinədək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə və ya iki ilədək müddətə islah işləri və ya əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Məsələnin daha maraqlı, daha düşündürücü tərəfi ondan ibarətdir ki, Cəlilabad Rayon MKTM rəhbərliyinin qanunsuzluğa söykənən əməlləri ilə bağlı Həmzə Sadıqov, bir neçə gündən sonra Facebook səhifəsində fərqli formada yeni paylaşım yayımlayır. O, budəfəki paylaşımında İslam İsgəndərovu “aydan arı, sudan duru” olan vəzifə sahibi olaraq qeyd edir. Bu paylaşımdan sonra ehtimal etmək olar ki, İslam İsgəndərovun “misri qılınc”ı Həmzə Sadıqovun başı üzərində elə bir formada “fırladılır” ki, ayda 326 manat əməkhaqqı almağa möhtac olan MKTM-nın fəhləsi, sanki əvvəlki paylaşımındakı danışdıqlarına kor-peşman edilir. Yəni, Cəlilabad Rayon MKTM rəisinin daşıdığı vəzifəsinin imkanları Həmzə Sadıqovu elə bir formada kor-peşiman edir ki, o, əvvəlki mövqeyindən 100% daşınmağa məcbur olur. Bütün bunlar qalsın bir yana, İslam İsgəndərovun bəzi şəxslərin vasitəsilə ayrı-ayrı media qurumlarına “yol tapması” da, hal-hazırda daha çox müzakirə olunan mövzulardandır. Çatdırılan məlumatlara görə, adı çəkilən bu vəzifə sahibi Həmzə Sadıqovun ikinci paylaşımından sonra, məhz öz maraqlarına uyğun addımlarını atmaq qərarına gəlir. Yəni, İslam İsgəndərov öz işçisinin ikinci paylaşımını bir neçə media qurumunda yayımlatdırır və bir növ özünün heç bir günah sahibi olmadığını sübuta yetirməyə çalışır. Amma, bu şəxs növbəti dəfə də bəzi addımlarına görə günah sahibi olur. Bəli, bütün bunlar İslam İsgəndərovun hansı amal və əməl sahibi olduğunu göstərməyə imkan verir. Düşünürük ki, bu məqalənin yayımlanmasından sonra Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafiq Cəlilov, MKTM rəisinin bu cür çirkin əməllərinin “saf-çürük” olunması istiqamətində lazımi addımlarını atacaq. Yəqin ki, o halda hər kəsə aydın olacaq ki, İslam İsgəndərov öz işçisinə qarşı atdığı addımların bənzərini, məhz digər şəxslərə qarşı da atır. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

Mövzuya yenidən qayıdacağıq.
Gundemxeber.Az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nazirlik hələ də bu “QƏTLİAMA” GÖZ YUMUR - ETİRAZ

"Aidiyyatı qurumları ovlanması qadağan edilmiş və Qırmızı Kitabda olan quşların və heyvanların qanunsuz ovlanaraq yol kənarında, rayon bazarları və restoranlarda satılmasına qarşı reydlər keçirməyə və bu təcrübənin qarşısını almağa çağırırıq. İctimaiyyətdən bu çağırışa qoşulmağı gözləyirik". Dia-az.info bildirir ki, bu barədə "Ecofront" adından paylaşımda qeyd olunur.
Paylaşımda əlavə olaraq deyilir: "Biz bu təcrübəni izləməyə davam etməyəcəyik. Etirazımız ən xoşagələn formada olmayacaq.
Qırmızı Kitaba düşən növlərin qorunmasına Azərbaycan dövləti konstitusiyada nəzərdə tutulmuş zəmanət verir.
Maddə 39
Ovlanması qadağan edilmiş və Qırmızı Kitaba düşən növlərin qanunsuz ovlanması dəymiş ziyanın məbləğindən asılı olmayaraq cinayət məsuliyyəti yaradır.
Cinayət Məcəlləsi: Maddə 258.2.3
Cinayət Məcəlləsinin Kommentarisindən çıxarış:
Qeyd olunan cinayət əməli CM-in 258.2.2, 258.2.3, 258.2.4 maddələri üzrə ictimai təhlükəli nəticələrin baş verib-verməməsindən asılı olmayaraq, həmin əməllər törədildiyi andan başa çatmış hesab edilir".
Nazirlik hələ də bu “QƏTLİAMA” GÖZ YUMUR - ETİRAZ
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İmişlidəki özbaşınalığa nədən GÖZ YUMULUR... - NARAZILIQ VAR...

Ötən həftə İmişli rayonu Göbəktala bələdiyyəsinin ərazisində yerləşən Şahverdili kəndində qanunsuz qum-çınqıl çıxarılması ilə bağlı oxucularımıza məlumat vermişdik.

Həmin məlumatda bildirmişdik ki, Şahverdili kəndində qanunsuz qum-çınqıl satışına Göbəktala bələdiyyəsinin sədri Malik Həsənov həyata keçirir.

Saytımıza daxil olan yeni məlumatda qeyd edilir ki, hazırda Şahverdili kəndi ərazisindən qanunsuz olaraq qum-çınqıl daşınması davam etməkdədir.

Ərazidə qırmızı kitaba düşən yulğun ağaclarının kütləvi məhv edilməsi davam edir. Qanunsuz qum-çınqıl çıxarılmasına və yulğun ağaclarının məhv edilməsinə cavabdeh qurum olan 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarləsinin səlahiyyətli nümayəndələri nədəndə əraziyə baxış keçirib lazımı tədbir görmürlər.

Bildirilir ki, Şahverdili kəndində baş verənlərdən 3 saylı RETSİ rəisi Elnur Cəlilovun və idarənin digər işçiləri məlumatlıdırlar.

Bu isə o anlama gəlir ki, Elnur Cəlilov hansısa maraqlar naminə Şahverdili kəndində yerlatı sərvətləri talayaraq qanunsuz qum-çınıql yığılmasına və yüzlərlə yulğun ağacının kəsilməsinə göz yumur.

Mövzunu davam etdirəcəyik.

Qarşı tərəfin mövqeyini dərc edə bilərik.

azfakt.com

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO