[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İsmayıllı sakini Prezidentdən KÖMƏK İSTƏDİ - MÜRACİƏT
İsmailli rayonu Tircan kənd sakini Həsrətov Əflatun bildirir ki, qardaşı oğlu Əsədov Xəyal İsmayıllı rayonundan hərbi səfərbərliyə çağrılıb və Qubadlı rayonunda sərhəd qoşunlarında xidmət edib. Şıkayətçi deyor ki, qadaşı oğlu qızılca xəstəliyi ilə əlaqədar Bakı şəhərində yerləşən Dövlət Sərhəd Xidmətinin Hərbi hospitslında müalicə alıb, yenidən hərbi xidmətə göndərilib. Vətəndaş əlavə ki, təxminən 20 gün sonra əsgər anası ilə telefon əlaqəsi saxlayaraq qızdırmasının olduğunu və özünü pis hiss etdiyini bildirib. Anası ilə əlaqə saxlayandan 2 gün sonra əsgər Əsədov Xəyal Qubadlıda xidmət etdiyi hərbi hissədə dünyasını dəyişib. O bildirir ki, Qubadlı rayonunun hərbi prokuroru və köməkçisi ilə əlaqə saxlayaraq ölüm səbəbini öyrənmək istədikdə isə, onlara bildirdilər ki , sizi zərərçəkm kimi tanımayacayıq, kimə istəyirsiniz şiksyət edin. Vətəndaş kanal 13 vasitəsi ilə prezidentə müraciət edərək bu işi nəzarətə götürməsini və bu işin doğru araşdırılmasənı xahiş edir. 0773417676

Daha ətraflı aşağıdakı videoda:
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Məktəblərdə hansı yeniliklər olacaq – Nazirin şifrəli mesajının açması


Elm və təhsil naziri Emin Əmrullayev İctimai Televiziyaya müsahibəsi zamanı ümumtəhsil məktəblərinin yuxarı sinifləri ilə bağlı dəyişikliklər olacağını deyib. Dəyişikliklərin detalları barədə danışmayan nazir söyləyib ki, rəhbəri olduğu nazirlik 10-11-ci siniflərin məzmununa yenidən baxacaq.

“Düşünməliyik və müzakirə aparmalıyıq ki, 10 və 11-ci siniflər nə üçün lazımdır? Bu, ali təhsilə hazırlıqdırsa, cəmiyyət bizdən bunu tələb edirsə, biz buna uyğun məzmun hazırlayaq. Biz deyiriksə, 10 və 11-ci siniflər yalnız ali təhsilə hazırlıq deyil, bu, həm də şəxsiyyətin formalaşdığı bir dövrdür, o zaman başqa bir model seçməliyik. Bu istiqamətdə müəyyən ilkin çalışmalar var. Lakin indidən detallar barədə danışmaq istəmirəm. Ancaq inanıram ki, 2024-cü ilin əsas istiqamətlərindən biri məhz bu olacaq”, - deyə Əmrullayev vurğulayıb.

Əlavə edib ki, təhsil sahəsində qısa müddətdə uğur əldə etmək çətindir: “Elmi tədqiqatların nəticəsinə görə, tədris müddətinin çox olması akademik göstəricələrə müsbət təsir edir. Bura məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinin yüksək səviyyədə təşkil edilməsi də aiddir. Azərbaycan ictimaiyyəti tədris müddətinin artırılması məsələsini müzakirə etməlidir. Amma onu da təəssüflə demək lazımdır ki, mediada aparılan monitorinqlərin nəticəsinə görə, ölkəmizdə ictimai müzakirənin keyfiyyətində də problem var. Elə buna görə də qərar verməkdə çətinliklər meydana çıxır. Bu hal təkcə təhsil sahəsində deyil, digər sahələrdə də mövcuddur”.

Milli Məclisin Elm və təhsil komitəsinin sabiq sədri, professor Şahlar Əsgərov mövzuya dair AYNA-ya açıqlamasında bildirib ki, təhsil sahəsində ciddi islahatlar aparılmalıdır: “Əsas islahat isə ali məktəblərə qəbul qaydalarının dəyişdirilməsi ilə bağlı olmalıdır. Təsəvvür edin ki, yuxarı sinif şagirdləri bütün günü repeditorların yanında olurlar. Eyni zamanda dərslərdə də iştirak edirlər. Onlara heç bir güzəşt olunmur. Elm və təhsil naziri Emin Əmrullayevin söylədiyi fikirlər də təsdiq edir ki, bu sahədə islahatlar aparılmalıdır. Azərbaycanda kifayət qədər universitet mövcuddur və hər il 60 minə yaxın tələbə qəbulu nəzərdə tutulur”.

“Elə isə biz hansı səbəbdən xarici təcrübəni ölkəmizdə tətbiq etmirik? İllərdir bəyan edirik ki, universitetlərə qəbul sistemi sadələşməlidir. Biz universitetlərin giriş qapısını açıq, çıxış qapısını isə bağlı saxlamalıyıq. Yalnız bu yolla təhsildə inkişafa nail olmaq olar. Məqsəd nədir? Peşəkar mütəxəssislər yetşdirmək. Biz tələbələri qəbul edək, onlar peşəsini öyrənsinlər və mütəxəssis olsunlar. Bütün dünyada belədir. Türkiyədə də həmçinin”, - deyə həmsöhbətimiz izah edib.

Əsgərovun sözlərinə görə, sovet dövründə Azərbaycan cəmiyyəti əsasən orta təhsilli cəmiyyət idisə, indi bütün dünya çalışır ki, ali təhsilli cəmiyyətə sahib olsun: “Statistik göstərəcilərə nəzər salsaq, görərik ki, inkişaf etmiş ölkələrdə hər 100 gəncin 90-nı ali məktəblərdə təhsil alır. Mən son 10-15 ildir deyirəm ki, ali məktəblərə qəbul imtahanları ləğv edilməlidir. Bu, sovet dövründən qalma bir ənənədir. Biz nə istəyirik? Daha çox ali təhsilli mütəxəssis olsun? O zaman niyə abituriyentəri çətinə salırıq? Yaxud müasir dünya bu üsuldan istifadə etmir? Çünki yararsız üsuldur. Məqsəd mütəxəssis yetişdirmək olmalıdır. Bütün bunlar açıq qalan suallardır və cavabını tapmalıdır. Yaxşı olar ki, bu istiqamətdə addımlar atılsın və təhsildə keyfiyyət dəyişikliyinin əsası qoyulsun”.

Elm və təhsil nazirinin açıqlamasını AYNA-ya şərh edən təhsil eksperti Kamran Əsədov hesab edir ki, təhsil müddəti ilə bağlı müzakirələr yanlış müstəvidə aparılır: “Nazir bildirir ki, 10 və 11-ci siniflərlə bağlı yeni model seçilməlidir. Əslində isə əsas diqqət aşağı siniflərə yönəldilməlidir. Təhsil ekspertləri olaraq illərdir təklif edirik ki, ümumtəhsil məktəblərinə qəbul 6 deyil, 5 yaşdan həyata keçirilsin. Əgər biz təhsil müddətini artırmaq istəyiriksə, ibtidai siniflərdə bunu həyata keçirməliyik”.

“Bu, həm də işləyən valideynlərə əlavə problemlər yaradır. Bəzi halllarda məktəb və bağça olmadığına görə valideynlər də işləyə bilmirlər. Bu da ailələrin büdcəsinə ciddi təsir göstərir. Eyni zamanda ibtidai siniflərdə tədris yükü ağırdır. Bunun üçün də ibtidai sinif müddətinin 4 ildən 5 ilə qaldırılmasına ehtiyac var. Bütün bunlar isə kompleks şəkildə həyata keçirilməlidir”, - deyə müsahibimiz söyləyib.

Əsədov ali məktəblərə qəbulla bağlı da yeniliklər gözlənildiyini diqqətə çatdırıb: “Bu il universitetlərə 60 min tələbənin qəbul olunması nəzərdə tutulur. Hansı ki, təxminən 13 il öncə bu rəqəm 30 min civarında idi. Bu, iki dəfə artım deməkdir və müsbət göstəricidir. Şübhəsiz ki, keçid ballarında da enmələr olacaq. Bunun bir səbəbi qəbul yerlərinin artırılmasıdırsa, digər səbəb ali məktəbə daxil olmaq üçün müraciət edənlərin sayının azalmasıdır. Qəbul qaydası isə ənənəvi şəkildə aparılacaq”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
AQTA-nın qeydiyyata almadığı şirkət nazirliyin 33 milyonluq tenderini uddu - TƏFƏRRÜAT


Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “El-Oba” QSC (VÖEN- 1005876511) olub.
Yeniavaz.com xəbər verir ki, “El-Oba” QSC Elm və Təhsil Nazirliyinin sifarişi ilə Bakı şəhərinin Binəqədi, Nərimanov, Nəsimi, Sabunçu, Xətai və Yasamal rayonlarının ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin 2024-cü il ərzində yeməklə təchizatını həyata keçirəcək.
Nazirlik yeməklər üçün “El-Oba” QSC-yə 32 milyon 872 min 633 manat 71 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, “El-Oba” QSC 23 aprel 2019-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2000 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ, Yeni Yaşayış sahəsi, ev 6-da yerləşir. MMC-nin qanuni təmsilçisi Niftiyev Vüsal Maşalla oğludur.
Qeyd edək ki, “El-Oba” QSC ötən il – 2023-cü ildə də Elm və Təhsil Nazirliyinin keçirdiyi analoji tender müsabiqəsinin qalibi olub. Bu şirkət 2023-cü ildə Bakı şəhəri Binəqədi və Nərimanov rayonları ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrini yeməklə təchiz edib və qarşılığında 11 milyon 109 min 16 manat 17 qəpik alıb.
Son 2 il ərzində Elm və Təhsil Nazirliyinin 44 milyon manatlıq tender müsabiqəsində qalib olan “El-Oba” QSC haqqında açıq mənbələrdə məlumat yoxdur. Şirkətin rəsmi veb-saytı, yaxud da sosial şəbəkə hesabları haqqında məlumat mövcud deyil.
Açıqlanan maliyyə hesabatlarından isə belə məlum olur ki, şirkət dövlət qeydiyyatına alındıqdan sonrakı 3 ilin 2-də zərərlə işləyib. “El-Oba” QSC 2020-ci ildə 399 min 934 manat, 2021-ci ildə isə 339 min 268 manat zərər edib. 2022-ci ildə isə şirkətin mənfəəti 446 min 936 manat olub.
Onu da bildirək ki, 2022-ci ilin dekabr ayında Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) açıqladığı məlumatda göstərilir ki, ictimai iaşə sahəsində fəaliyyət göstərən “El-Oba” QSC müvafiq sanitar norma və qaydaların tələblərinə əməl etmədiyi üçün onun qida təhlükəsizliyi qeydiyyatından imtina edilib.
Lakin maraqlıdır ki, AQTA-nın qida təhlükəsizliyi qeydiyyatından imtina etdiyi şirkət eyni tarixlərdə – 2022-ci ilin dekabr ayında Elm və Təhsil Nazirliyinin qida ilə bağlı keçirdiyi 11 milyonluq tenderdə qalib olub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Ege Hospital" məhkəməyə verildi: Bu həkimlərdən təzminat tələb edilir - TƏFƏRRÜAT

"Ege Hospital" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.

Qaynarinfo-nun məlumatına görə, klinika barəsində məhkəməyə Abbasov Əbülfət Əsgər oğlu müraciət edib.

Məhkəmədə xəstəxana rəhbərliyi ilə yanaşı, orada çalışan zob həkimi dr. Əliyev Fuad Yusif oğlu, qulaq-burun-boğaz və baş-boyun cərrahı Araz Əliyev də cavabdeh qismində iştirak edəcək.

Əbülfət Abbasov həkimlər barəsində "Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi və mənəvi ziyanın ödənilməsi" iddiasını qaldırıb.

İşə Nərimanov Rayon Məhkəməsinin hakimi Solmaz Ədilovanın sədrliyi ilə baxılacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“İcra başçısının müavini deyir ki, iş yoxdur, get evində otur” – ŞƏHİD ÖVLADI AİLƏSİNİ DOLANDIRA BİLMƏDİYİNİ DEYİR

Xocavənd rayonundan qaçqın düşən, hazırda Beyləqan rayonu ərazisində yerləşən Xocavənd qəsəbəsində yaşayan Axundov Ülfət Müslüm oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şəhid oğlu olduğunu deyən şikayətçi bildirir ki, Xocavənd İcra Hakimiyyəti ona iş vermir, bu səbəbdən də ailəsini dolandıra bilmir:

“Mən, Axundov Ülfət Müslüm oğlu, yazaraq sizdən xahiş edirəm problemimi işıqlandırın.

Həftəiçi qurumları gəzməkdən artıq bezmişəm. İcra Hakimiyyətinin qəbuluna nə vaxt gedirəm, “iş yoxdur” deyirlər. Müavini Azər müəllim deyir ki, “iş yoxdur, get evində otur”. Bildiyim idarələr var ki, 30 işçisi var, amma işə 10-u gəlir, 20 nəfəri öz adamlarıdır deyə işə də gəlmirlər.

Mən bir şəhid övladı olaraq, ailəmi saxlamaq üçün iş istəyirəm, demirəm ki, mənə vəzifə versinlər.

Dövlət qurumlarından xahiş edirəm, məni işlə təmin edin, ailəmi dollandırım”.

Məsələ ilə bağlı Xocavənd İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
ABŞ səfirliyi yanğında həlak olan körpələrlə bağlı başsağlığı verdi

ABŞ səfirliyi Perinatal Mərkəzdəki yanğınla bağlı başsağlığı verib.

Başsağlığı səfirliyin rəsmi feysbuk səhifəsində yayımlanıb.

"Bu gün Respublika Perinatal Mərkəzində baş verən yanğında həyatını itirən dörd körpənin ailələrinə dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin. Biz, həmçinin, xəsarət alanların tezliklə sağalmasını arzu edirik", - mətndə deyilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Orta məktəblərdə TƏHLÜKƏLİ DURUM - Valideynlər narahatdır...

"Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə müraciətt edirəm. Hörmətli təhsil nazirliyi, məktəblərdə xəstəlik baş alıb gedir..." Bu barədə narazı vətəndaş Cəmmilə Bayramova çağırış edib.

Məkəbli övladının durumunun ağır olduğunu və dərmanların xeyir vermədiyini bildirən valideyn nazirliyə xitabən bildirir:

"Qızılca adı ilə ölümlə nəticələnən xəstəlik, öskürək... Vəziyyət ciddidir... uşaqların sinifdə biri sağalmamış o birinə keçir xəstəliyi.

Olmaz ki yayılmadan 2 həftəlik bağlayasız məktəbi?! Ya mütləq apteklərin limitini doldurub sonra bağlayacaqsınız?

Valideyinlər maaşını dərmanlara verir məcbur... Uşaq məktəbdə xəstələnib gəlir... evdə hamı tutur xəstəliyi..."

Sonra narazı vətəndaş aldığı dərmanların fotosunu da paylaşıb:

dia-az.info
Orta məktəblərdə TƏHLÜKƏLİ DURUM - Valideynlər narahatdır...
Orta məktəblərdə TƏHLÜKƏLİ DURUM - Valideynlər narahatdır...
Orta məktəblərdə TƏHLÜKƏLİ DURUM - Valideynlər narahatdır...
Orta məktəblərdə TƏHLÜKƏLİ DURUM - Valideynlər narahatdır...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Evlər yıxan tikinti kralı Şərurlu İsfəndiyar... - İTTİHAM VAR...

“Şərurlu İsfəndiyar” ləqəbli tikinti maqnatı İsfəndiyar Axundovun qaranlıq biznes şəbəkəsi ilə bağlı zaman-zaman məlumatlar yayılıb: inşa etdirdiyi yeni tikililərdə bir mənzili beş adama satmaq; fırıldaq yolu ilə insanların milyonlarla pulunu mənimsəmək və s. Bu şəxsin adının qarşısına bütün qeyri-qanuni əməlləri düzmək mümkündür. Amma nə fayda?! Bütün bunlara rəğmən, İsfəndiyar Axundov eyni fəaliyyəti davam etdirməkdə davam edir. “Şərurlu İsfəndiyar”ın keçmiş MTN şefi Eldar Mahmudovla qaranlıq əlaqələrə malik olduğuna dair xəbərlər var. Onun bütün qanunsuz və özbaşına fəaliyyətinin arxasında da məhz E.Mahmudov və onun şəbəkəsinin dayandığı deyilir. Mediada yer alan iddialara əsasən cumhuriyyet.az bildirir ki, “Şərurlu İsfəndiyar” bir çox sahibkarı öz tərəfinə çəkir, onların pullarını mənimsədikdən sonra, qaranlıq əlaqələrindən istifadə edərək, həbs etdirib. “Şərurlu İsfəndiyar”ın qanunsuz yollarla qazandığı pulları ölkədən çıxararaq, xaricə “yatırımlar” etdiyi haqda da iddialar var. Xüsusilə onun İstanbulda tikinti biznesi qurduğuna və bu biznesi Azərbaycanda vətəndaşlarının pulları ilə idarə etdiyi bildirilir.

Bununla yanaşı, İsfəndiyar Axundovun oğlunun Avstraliyada və Afrikada zürafə alveri ilə məşğul olduğu məlumatda əksini tapıb. İş adamının oğlanları Allahverdi və Şahin Axundovlar sosial şəbəkələrdə “200” seriyalı lüks maşınların fotolarını payıaşırlar. Onların içərisində “Lamborghini Aventador”, “Ferrari 458 Speciale”, “Mercedes”, “Maseratti”, “Audi” və qeyd etdiyimiz kimi, “Bentley” var. Bu maşınların start qiyməti 300 mindən başlayır və 800 minə kimi qaldır. Bununla bağlı cumhuriyyet.az bildirir ki, bir neçə il əvvəl “Şərurlu İsfəndiyar”ın oğlu Allahverdi universitetə 650 min dollarlıq “Lamborghini Aventador” ilə getmişdi və bu medianın gündəminə düşmüşdü. O zaman bu hadisəyə “lap elə vertolyotum da var” deyə reaksiya vermişdi. Oxucuların yadına illər öncə baş vermiş bir kriminal hadisəni də salaq: İş adamının oğlu Şahin Axundov 2005-ci ildə Türkiyə səfirliyinin önündə Anar İsmayılovun avtomobilini gülləborana tutmuşdu. Həmin vaxt Prezident İlham Əliyevin məsələyə qarışması ilə Şahin Axundov həbs olundu, 5 il cəza çəkdikdən sonra azadlığa çıxdı. Lakin Şahin Axundovun cəzasını elə azadlıqda çəkdiyinə dair informasiyalar da var idi. Yəni kimlərsə “Şərurlu İsfəndiyar”ın xahişlərini yerə salmamışdı.
“Şərurlu İsfəndiyar”ın tikinti maqnatı olmağına yardım edən şəxslər onun oğlanlarının cinayətlərini də ört-basdır etməyə kömək edir. Həmin şəxslərin kimliyi haqda isə növbəti yazımızda.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“AzParking” narazılıq yaradır: Sən saydığını say, gör AYNA nə sayır - NƏ BAŞ VERİR?

Azərbaycanda vətəndaşlara “xidmət” üçün yaradılan qurumların əksəriyyətində ilk olaraq cərimə mexanizmi hazırlanır.

Hətta xidmətlər fəaliyyət başlamamış, qaydalar tənzimlənmədən vətəndaşların hansı hallarda nə qədər cərimə olunacağı ilə bağlı məsələlər həll olunur. Bütün təzə yaradılan qurumlar da cərimə etmək səlahiyyətində olur. Hansı ki, bu məsələnin özü də qanunda boşluqların olduğunu göstərir. Belə xidmətlərdən biri də “Azparkinq”dir. Uzun illər avtomobillərin parklanması ilə bağlı ölkədə ciddi narazılıqlar olub.

Necə deyərlər, ürəyi istəyən əyninə sarı jilet geyinib əlinə qırmızı çubuq alaraq yolun bir qırağında dayanıb “parkovşik” olur, sürücülərdən pul tələb edirdi. Aidiyyəti dövlət qurumları hər dəfə bunun qanunsuz olduğunu deyirdilər, amma nəticə dəyişmirdi.

Yeri gəlmişkən, bu gün də bəzi küçələrdə oxşar mənzərə var. “AzParking” yaradıldıqdan və fəaliyyətə başladıqdan sonra hər kəs nəhayət ki, avtomobil parklanması ilə bağlı problemlərin həll olunacağını düşünürdü. Amma necə deyərlər, sən saydığını say, gör AYNA-Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi nə sayır...

Parklanmaya elə qiymətlər qoydular ki, az qala bir aylıq ödəniş yaşayış minimumu ilə eyni oldu. “AzParking”də qiymətlər belədir:

Bakı şəhərinin mərkəzində parklanma tarifi hər saat üçün 1 manat, digər ərazilərdə isə 1 saat üçün həmin tarif 30, 40 və 70 qəpikdir. Yəni iş yeri şəhərin mərkəzindədirsə və yaxşı halda hər gün 8 saat işləyirsənsə, şənbə və bazar günü qeyri-iş günüdürsə, hər ay 22 gün avtomobilini “Azparkinq”in daynacağında saxlamaq məcburiyyətindəsən və aylıq 176 manat ödəniş etməlisən.

Əgər iş yeriniz mərkəzdə deyilsə, aylq ödəniş məbləği 100-125 manat civarında olacaq. Müqayisə üçün qeyd edək ki, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat müəyyən edilib.

Bu, “AzParking” qiymətlərinin baha olduğunu göstərir. Amma hələ bu, xidmətin normal tərəfidir. Əgər “AzParking”ə daxil olarkən qeydiyyatdan keçməyi unudursansa, cərimələnirsən. Bu zaman isə parklanma bölgəsində nə qədər qalmağın nəzərə alınmır, ümumi olaraq 10 manat civarında cərimə yazılır. “AzpParking” ilk 15 dəqiqə ərzində ödəniş nəzərdə tutmur, amma sürücü parklanma bölgəsində qeydiyyatdan keçmədən 5 dəqiqə belə qalsa, yenə də cərimə olunur. Bu isə xidmətin həqiqətən də vətəndaşın yox, kimlərinsə rahatlığı üçün edilir.

“AzParking”in fəaliyyətində qanunazidd halların olduğu da iddia olunur.

Məsələn, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyev deyir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qanunları və konstitusion hüquqları heçə sayaraq özbaşınalıq və qanunsuzluq edir:

“Qaynar xəttin əməkdaşları isə heç bir məsələyə aydınlıq gətirmirlər və dəstəyi yarımçıq asırlar. Sanki AYNA-nın əsas "missiyası" əsassız cərimələməkdən ibarətdir. Uzun illər yaşadığım binanın qarşısında avtomobilimi saxlayıram, AYNA-ya bildiriş göndərməyimə baxmayaraq heç bir cavab yoxdur və hər gün əsassız olaraq cərimə yazırlar mənə. Təəssüf ki, AYNA müvafiq sahədə insanlara xidmət göstərmək əvəzinə insanları incitməklə məşğuldur”.

Jurnalist Taleh Şahsuvarlı isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə belə bir sualla müraciət edib:

“Vətəndaş Məmmədov Məmməd Məmməd oğlu (ad şərtidir) Pirşağıda yaşayır. O, təcili bir iş üçün öz maşını ilə Bakı şəhərinin mərkəzinə gəldi. İşi təxminən 3 saat çəkəcək. Parkinqə daxil oldu və bu zaman fərqinə vardı ki, mobil telefonunu evdə unudub. Ancaq onun parkinq xidmətinin haqqını ödəməmək kimi bir niyyəti yoxdur.

Başqa çıxış yolu da yoxdur, maşını saxlayıb işinin dalınca getdi və axşam ona mesaj gəldi ki, parkinq qeydiyyatından keçmədiyi üçün 10 manat cərimə edilib:

1) Konstitusiyaya görə, Azərbaycan vətəndaşının mobil cihazdan istifadə etmək kimi bir vəzifəsi yoxdursa, AYNA hansı ixtiyarla vətəndaşın konstitutsion hüquq və azadlıqlarına müdaxilə edərək onu daim mobil cihazdan istifadə etməyə, mobil cihazı yanında daşımağa və kontur yükləməyə zorlayır?

2) Azərbaycan Respublikasında əsas ödəniş vasitəsi nə zamandan manat deyil, SMS olub? Azərbaycanın milli valyutasını ödəniş vasitəsi kimi sıradan çıxarmaq ixtiyarını AYNA haradan alır?

3) Mobil telefonunu unutmuş vətəndaş dayanacaqdan son zərurət halında istifadə edib. Çünki sərbəst hərəkət etmək konstitusiyaya görə hüquq, parkinq xidmətindən istifadə etmək isə qaydadır. O, qaydanı qəsdən pozmayıb, öz ana yasa hüququnu qoruyaraq maşını saxlayıb. Bu isə İnzibati Xətalar Məcəlləsinin 19 maddəsinə əsasən halın icbari xəta olmasını aradan qaldırır. AYNA digər ödəniş üsulu təqdim etmədən halın son zərurət, yoxsa icbari xəta olmasını necə müəyyən edir?

4) Mövcud qanunvericiliyə görə, parkinqlərdə ödəniş parkomatlar vasitəsi ilə edilməlidir. Buna əlavə olaraq digər üsullar da təklif oluna bilər. Qanuna görə, parkomat yoxdursa və ya işləmirsə, vətəndaş digər üsulların olub olmamasından asılı olmayaraq ödəniş etməli deyil. Çünki ölkədə əsas ödəniş vasitəsi manatdır.

AYNA hazırda topladığı bütün ödəniş və cərimələrin qanunsuz olduğunun fərqindədirmi?

Çünki Nazirlər Kabinetinin qərarları hüquqi normativ akt kimi qanuna zidd ola bilməz və olarsa qanun əsas götürülməlidir”.

Göründüyü kimi, AYNA-nın “AzParking” xidməti ilə bağlı ciddi narazılıqlar var. Maraqlısı isə odur ki, hələ də qurum səslənən şikayətlər, narazılıq və iddialarla bağlı heç bir açıqlama vermir, məsələyə aydınlıq gətirmir. Sonda onu da bildirək ki, “Azparkinq” ödənişləri yalnız müasir texnologiyalar vasitəsilə həyata keçirilir.

Yəni “AzParking” xidmətindən istifadə etmək üçün ya tətbiqi mobil telefonununa yükləməlisən, ya da SMS vasitəsilə qeydiyyatdan keçib ödəniş etməlisən. Əgər telefonun xarab olubsa və onu ustaya aparırsansa, avtomobilini “AzParking”in dayanacağında saxlaya bilməzsən, çıxış yolun yoxdursa, 10 manat cərimə olunacaqsan.

Müasir dövrlə ayaqlaşmaq lazımdır, zəruridir, amma Azərbaycan reallıqlarını da nəzərə almaq, insanların konstitusion hüquqlarına hörmət etmək daha vacibdir.

“Cebhe.info”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Elm və Təhsil Nazirliyi Gəncə-Daşkəsən Region Təhsil İdarəsinə 13 MİLYON KÖÇÜRÜB - İLGİNC

Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Gəncədə müəyyən işlərin aparılmasına görə, 2023-cü ildə "TAİS İKF" MMC ilə tender müqaviləsi imzalayıb.

Nazirliyin sözügedən idarəsi "TAİS İKF" MMC ilə "2023-cü il ərzində Bakı şəhəri (Səbail və Nizami rayonları) və Gəncə şəhəri ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması"na görə 12.704.453,95 AZN məbləğində müqavilə imzalayıb. Bildirək ki, nizamnamə kapitalı 10 AZN olan "TAİS İKF" MMC-nin qanuni təmsilçisi Rafail Şirinov Məmməd oğludur.
Elm və Təhsil Nazirliyi Gəncə-Daşkəsən Region Təhsil İdarəsinə 13 MİLYON KÖÇÜRÜB - İLGİNC
Elm və Təhsil Nazirliyi Gəncə-Daşkəsən Region Təhsil İdarəsinə 13 MİLYON KÖÇÜRÜB - İLGİNC

Gəncə-Daşkəsən Region Təhsil İdarəsinə ayrılan 13 milyona yaxın vəsait şübhə doğurur. Belə ki, tikinti və ya ərzaq almaq üçün ayrılan maliyyə özünü doğrutmur. Bu sahədə kifayət qədər tikinti işinin olmaması, yeni, müasir məktəblərin, bağçaların ərzaq ilə təmin olunmasından əsər-əlamət yoxdur. Əgər həqiqətən də maliyyə ayrılan şirkət "TAİS İKF" MMC bunları həyata keçiribsə bəs, hanı?..

Qeyd etdiyimiz maliyyə məbləği ötən illərə də təsadüf edir ki, Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Gəncədə guya ki, əsaslı təmirlər, region idarəsinə avadanlıq və ərzaq alınmasını təmin edib.

Mövzuya qayıdacayıq.

hurriyyet.az

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO