[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Cocuq Mərcanlı sakinləri nədən NARAZIDIR? - MÜRACİƏT

“Lələ Təpə yüksəkliyi 7 ildir işğaldan azad olunub. Ancaq hələ də ölənlərimizi oradakı qəbiristanlıqda dəfn edə bilmirik”.

Bu sözləri Toplum Tv-yə müsahibə verən Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd sakini Elməddin Nəcəfov deyir. Danışır ki, artıq 30 ildir sakinlər öz yaxınlarını, doğmalarını kəndin qəbiristanlığında dəfn edə bilmirlər.

“Hörmətli prezidentimiz və vitse-prezidentimizdən tələbim odur ki, bu camaata yazıqları gəlsin. Neçə ildir köçmüşük ora. Daha bəsdir. Nə zamana kimi ölülərimizi orda-burda dəfn edəcəyik? Qəbirlərimiz dağıdılıb, qazılıb və heç kəs də boynuna almır. Dövlət qurumları bu işdə kömək etsin, heç olmasa, yerdə qalan qəbirlərimizi bərpa edək. Dağılan sümükləri də toplayıb bir abidə düzəldək. Sümüklərimiz qalıb ortalıqda”, - kənd sakini söyləyir.

Kənd qəbiristanlığı Lələ Təpə yüksəkliyində yerləşir. Lələ Təpə yüksəkliyi 2016-cı ildə işğaldan azad edilib. Kənd sakini deyir, qəbiristanlıq azad olunduqdan sonra camaat sevinirdi ki, vəfat edən doğmalarını öz torpaqlarında basdıra biləcəklər. Bununla bağlı Elməddin Nəcəfov Şərqi Zəngəzurun iqtisadi rayonu üzrə prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyevin qəbulunda olub. Hacıyevin cavabı kənd sakinlərini məyus edib:

“Bütün kənd camaatının imzasını toplamışam. Məktub şəklində yazıb, teleqram vurmuşam. Axırda qəbulda bir zülmlə dedilər ki, yaxşı, ölən olarsa, zəng edin. Oraya da gətirib post qurublar, postdan da bizi buraxmırlar. Deyirlər, gərək portalda qeydiyyatdan keçəsiniz. Belə də olmur axı. Kimin ölüsü olanda hamı istəyir gedib öz kəndinin qəbiristanlığında basdırsın”, - Elməddin Nəcəfov deyir.

Lələ Təpə yüksəkliyi işğaldan azad olunduqdan sonra Elməddin Nəcəfov kəndin ağsaqqalı kimi qəbiristanlığın minalardan təmizlənməsi üçün Cəbrayıl rayon İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Nazirlər Kabineti, Prezident Administrasiyası, həmçinin Minatəmizləmə Agentliyinə çoxsaylı müraciətlər edib, rəhbər şəxslərin qəbullarında olub. Deyir, müraciətlərdən sonra qəbiristanlıq minalardan təmizlənib. Amma kənd camaatını qayğılandıran başqa problem üzə çıxıb:

“İndi düz qəbiristanlığın ortasından “Azəriqaz” qaz xətti çəkir. Bizim kəndin qəbiristanlığı 15-ci əsrdən bəri elə formada salınıb ki, səliqəli deyil. Qəbirlər cərgəylə olmayıb. Kim nə cür gətirib basdırıb. Hətta qəbiristanlığın içi ilə piyada getmək çətindir. Mən elə zülmlər çəkmişəm, qapı-qapı yalvarmışam qurumların hamısına. Kaş oradakı minalar təmizlənməyəydi, elə o qəbiristanlıq minalı qalaydı. Bizi gözləyirdilər? SOCAR-ın prezidenti deyir, ola bilməz oradan qaz keçsin. Azəriqaz deyir, bizim xəbərimiz yoxdur. Heç kəs boynuna götürmür”.

Toplum Tv məsələ ilə bağlı “Azəriqaz” İstehsal Birliyinin mətbuat xidməti ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, sözügedən ərazidəki qaz xətti magistral qaz xəttidir, “Azəriqaz”-ın xətti deyil. Bu səbəbdən SOCAR-ın tərkibindəki Qaz ixrac idarəsinə müraciət etməyimizi bildirdi.

SOCAR-ın mətbuat xidməti sorğunu Qaz İxrac İdarəsinə yönləndirdiyini bildirib. Amma material saytda yayımlandığı müddətədək sorğuya cavab təqdim edilməyib.

Elə bu ilin iyun ayında Cocuq Mərcanlı kənd sakinləri Biləsuvarda yerləşən Cəbrayıl rayonu İcra Hakimiyyətinin önündə etiraz aksiyası keçirmişdilər. Sakinlər öz güzaranlarından gileylənib, kənddə yaşayış şəraitinin ürəkaçan olmamasını dilə gətirmişdilər.

Kənd sakinlərinin şikayətləri ilə bağlı Toplum Tv Cəbrayıl rayonu İcra Hakimiyyətinin nümayəndəsi Sücəddin Yusifovla əlaqə saxlayıb. Qurumun nümayəndəsi bildirib ki, Cəbrayıl rayonunda gedən işləri Şərqi Zəngəzur iqtisadi rayonu üzrə prezidentin xüsusi nümayəndəliyi həyata keçirir. Qəbiristanlığın fəaliyyəti ilə bağlı hansısa işlərin görülməsi rayon icra hakimiyyətinin səlahiyyətləri xaricindədir:

“Hazırda Biləsuvar rayonu ərazisindəki qəsəbələrdə məskunlaşmışıq. İşğaldan azad olunmuş bütün rayon ərazisi, eyni zamanda Cocuq Mərcanlı kəndindəki bütün fəaliyyəti Şərqi Zəngəzur üzrə xüsusi nümayəndəlik həyata keçirir. Bizim ora müdaxilə etməyə, hansısa bir işlə məşğul olmağa imkanımız yoxdur. Yəni bizim səlahiyyətimiz yoxdur ki, orada fəaliyyət göstərək, kənddə yaşayan sakinlərə nədəsə köməklik göstərək”, - Sücəddin Yusifov bildirib.

Şərqi Zəngəzur üzrə prezidentin xüsusi nümayəndəliyinin əməkdaşı Nicat Kərimov Toplum Tv-yə verdiyi açıqlamasında bildirib ki, hazırda Cocuq Mərcanlı kəndində heç bir problem yoxdur.

Cəbrayılın Cocuq Mərcanlı kəndi 1993-cü ildə Ermənistan ordusu tərəfindən işğal edilmişdi. 1994-cü ildə Azərbaycan ordusunun keçirdiyi “Horadiz əməliyyatı” zamanı kənd işğaldan azad edilmişdi.

Elməddin Nəcəfov deyir, işğaldan əvvəl kənddə 430 ailə yaşayırmış. İndiyədək 150 ailə kəndə köçürülüb. Kəndə qayıdacağı günü gözləyən ailələrdən biri də elə Nəcəfovlar ailəsidir. Amma İndi Elməddin Nəcəfovu qayğılandıran tək şey kəndin qəbiristanlığının taleyidir.

Mənbə: Toplum TV
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
AXI NİYƏ: Bakıda parklama soyğunçuluğu... - Yeni binalara köçən sakinləri cərimələyirlər
Bakıda sökülərək yenidən tikilmiş binaların sakinləri yeni mənzillərinə köçdükdən sonra parklanma ilə bağlı problemlə üzləşiblər. Bu barədə Sputnik Azərbaycan-a sakinlər məlumat verib. Belə ki, Bakının Nərimanov rayonu, Qarabağ küçəsi 11 ünvanında yerləşən binanın sakinlərindən parklanma pulu yığılır.
Taleh Mahmudov adlı sakin bildirib ki, sözügedən ərazidə yaşasa da, hər gün ondan avtomobilini binaya yaxın, yol kənarında saxladığı üçün parklanma pulu alınır. Sakin bildirib ki, Azparkinq mobil tətbiqində qeydiyyatdan keçərək fərdi parklanma talonu üçün müraciət etsə də, ona 15 gün ərzində cavab veriləcəyi bildirilib.
"Belə çıxır ki, müraciətimə baxana qədər mən hər gün parklanma üçün ödəniş etməliyəm" - T.Mahmudov şikayətlənib.
O, bildirib ki, Nərimanov rayonu, Qarabağ küçəsi 11 ünvanı onun daimi qeydiyyat ünvanıdır. Yeni parklanma qaydalarına əsasən isə yaşayış yeri üzrə sakinlər üçün parklanma ödənişsizdir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Sputnik Azərbaycan-a bildirilib ki, təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda yaşayan sakinlər müraciət edərək fərdi parklanma talonları ala və həmin parklanma yerlərindən ödənişsiz istifadə edə bilərlər. Müraciətə baxılma müddəti isə 15 gündür. Qanunvericiliyə əsasən, ödənişli parklanma ilə bağlı digər hallarda isə imtiyazlar nəzərdə tutulmayıb.
Qurumdan onu da bildiribləri ki, parklanmanın düzgün idarəedilməsi şəhər yollarında xaosun qarşısını alır və küçələrin daha effektiv, rahat və təhlükəsiz olmasına, həmçinin bütün növ nəqliyyat vasitəsi sahiblərinə şəhərin ərazisindən effektiv istifadə etməyə imkan yaradır. Eləcə də nəqliyyat axınının tənzimlənməsinə, şəhərin nəqliyyat infrastrukturuna, piyadaların və sürücülərin təhlükəsizliyinə, şəhərin əlçatanlığının və ümumilikdə dayanıqlı şəhər mobilliyinin inkişafına təkan verir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Dövlətin mənə borcu var" deyən dələduz MTK rəhbəri Rauf Əliyev kimdir? - Prezidentə dosye

Azərbaycanda mənzil dələduzluğu bağışlanmaz cinayətdir. Bu, vətənə xəyanət qədər ağır günahdır. Çünki bir mənzilin fırıldaq yolu ilə satılması bir ailənin, bir ocağın evini yıxmaq deməkdir. Bu, ev arzusu ilə yaşayan uşaqları gözü yaşlı qoymaqdır. Bu, vətəndaşı vətəndən, dövlətdən küsdürməkdir. Bu, dövlətə etibarı sarsıtmaq, inamı öldürməkdir. Ona görə ki, tikintiyə icazə verən, ona təminat verən dövlətin strukturlarıdır. Amma ölkədə indiyə qədər neçə-neçə mənzil dələduzluğuna yol verən tikinti şirkətlərinin rəhbərləri həbs edilsə də, hələ də bu cür fırıldaqlarla məşğul olan və azadlıqda gəzənlər var. Onlardan biri də  "İnşaat Konstruksiyaları” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) vəzifəli şəxsləridir. Baxmayaraq ki, onların  barəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb, hələ də şirkət sahibləri Bakıda bir mənzili bir neçı nəfərə sataraq varlanmaq dələduzluğuna davam etdirirlər. Anaxeber.info bildirir ki, təqsirləndirilən şəxs qismində "İnşaat Konstruksiyaları" MMC-nin sahibi Əliyev Rauf Rəhim oğlu, onun yaxın qohumu Əhmədov Rəsul Süleyman oğlu və Nəcəfov Zahir Vahid oğlu Cinayət Məcəlləsinin 177-189 - 178.4-cü maddələri ilə ittiham olunurlar. Bununla belə paytaxtın müxtəlif ərazilərində, hazırda Yasamal, Nəsimi rayonlarında yeni binalar tikməyə davam edərək yenə də eyni fırıldaqlarla məşğuldurlar. Onlar barəsində yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşin bu yerə gəlib çıxmasına, məhkəmə prosesinin başlanmasına rəğmən, Rauf Əliyev və dəstəsi vətəndaşları aldadır, yüzlərlə belə mənzil alan şəxslərin ümidlərini puç edirlər. Bu azmış kimi, Rauf Əliyev yaxın çevrəsinə danışır ki, onu bu qanunsuz hərəkətlərə vadar edən guya dövlətin sifarişi ilə Pirallahı rayonunda şəhid ailələrinə bina tikməsi, sonra onun pulunu ala bilməməsi və itirdiyi məbləği kompensasiya etmək üçün dələduzluq etməyə başlamasıdır. Bu minvalla Rauf Əliyev Bakının ayrı-ayrı ərazilərində öz quldur dəstəsi ilə birlikdə binalar tikərək bir mənzili bir neçə nəfərə satmaqla pul qazanmağa davam edib. O, ətrafındakılara bildirir ki, sonrakı dövrdə də ona ayrılan torpaq sahələrində tikdiyi binalarda etdiyi fırıldağın pulları ilə digər dələduz əməllərini ört-basdır etməyə, şikayətçi vətəndaşları razı salmağa çalışıb. Və belə-belə Rauf Əliyev rəhbərlik etdiyi şirkəti vasitəsi ilə minlərlə insanı aldadıb. Bu günə qədər də aksiyalar keçirilib, şikayətlər olunub, nəticəsi yoxdur. Üstəlik, guya şəhid ailələrinə tikdiyi binanın pulunu ala bilməməsini bəhanə edərək fırıldağa yol verdiyini bəhanə etmək gülüncdür. 
Qeyd edək ki, Cinayət Məcəlləsinin 177-189 - 178.4-cü maddələri ilə ittiham olunan 3 iş adamı ilə bağlı keçiriləcək istintaqa 280-dən çox zərərçəkən müraciət edib.
"İnşaat Konstruksiyaları" MMC-nin qanuni təmsilçisi, Rauf Əliyevin yaxın qohumu Əhmədov Rəsul Süleyman oğludur. "Dərəçiçək” MTK da Rauf Əliyevə məxsusdur.  
Rauf Əliyevin şirkətləri 2016-cı ildə Bakının Yasamal və Nizami rayonlarında pilot layihələr çərçivəsində binalar tikib. Onlar dövlət tərəfindən icazəsi verilmiş 14 mərtəbəli binaların bəzilərini 17 mərtəbəyə kimi də yüksəldiblər. Rauf Əliyev vergidən yayınmaya görə də bir müddət əvvəl saxlanılmışdı.

Anaxeber.info 
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Türkiyə Milli Təhlükəsizlik Şurasında Zəngəzur dəhlizindən də danışıldı

Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə ölkənin Milli Təhlükəsizlik Şurasının iclası baş tutub.

Bu barədə TRT Haber məlumat yayıb.

Bildirilib ki, iclasda Qafqazda baş verən hadisələr də gündəmdə olub.

Belə ki, Zəngəzur dəhlizi ilə bağlı son vəziyyət dəyərləndirilərək müzakirə edilib.

Qeyd edək ki, görüş Beştəpədəki iqamətgahda 2,5 saat davam edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvan səhiyyəsi AĞLAR GÜNƏ QALIB... - NARAZILIQ VAR...

"Neçə aylardır Naxçıvanın iki ən böyük xəstəxanasında Kompüter Tomoqrafiya aparatı işləmiR...

Bir həftə burda yesir olduq bir nəticə olmadı... Sonra Bakıya getdik burda qoyulan bütün diaqnozlar yanlış çıxdı..."

Bu Naxçıvandan vətəndaş şikayətində yer alıb.

Digər şikyətçi isə bildirir: "Şikayət üçün Səhiyyə Nazirliyinə getmişdim... Nahar vaxtı saat ikidə bitir... Saat 3-ün yarısı olmuşdu.... kimsə yerində yox idi məni qəbul etsin..."

***

Başqa bir şikayətdə qeyd olunur: "Laboratoriyalarda işləyənlər 100 manat da alsalar, onlara çoxdur. Çünki insanların evini o yanlış analizlər yıxır. Məsuliyyətsizlik, savadsızlıq ucbatından millət ora-bura qaçmaqdan yorulub. Hələ pul davası gedir..."

Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Karqo şirkətlərindən şikayət!: “Trendyol”un məhsulları niyə gecikir? - SƏBƏBLƏR

Bu ilin may ayından etibarən Türkiyənin məşhur alış-veriş saytı olan “Trendyol”a daxil olarkən Azərbaycan istifadəçilərinə yeni seçim imkanı təklif edilir. Vətəndaşlar Azərbaycan nömrəsi ilə qeydiyyatdan keçərək, sifarişi "Trendyol" saytından izləyə bilərlər. Eyni zamanda, sifarişçi karqo şirkətinin deyil, öz ev ünvanını qeyd edərək, məhsulu birbaşa təhvil ala bilər.

Ancaq maraqlısı budur ki, “Trendyol”un Azərbaycana birbaşa çatdırılma xidməti istifadəyə verildikdən sonra şikayətlərin sayı günbəgün artıb. Belə ki, şikayətçilər bildirirlər ki, “Trendyol Azərbaycan” fəaliyyətə başladıqdan sonra digər karqo şirkətlərinin Azərbaycana məhsul çatdırması gecikir. Müştərilər bildirirlər ki, bazarda yeni dəyişikliklər digər karqo şirkətlərinin işini çətinə salıb. Onların sözlərinə görə gecikmə bəzən 20 günə qədər uzanır. Bu isə sifariş verənlərin narazılığına səbəb olur. Əksər karqo şirkətləri şikayətlərin çoxluğundan müştərilərə cavab da vermirlər. Deyirlər ki, şikayət çox olduğu üçün çatdırıb cavab verə bilmirlər... Yəni onlar özləri də problemin olduğunu inkar etmirlər.

İqtisadçı ekspert Eldəniz Əmirov Musavat.com-a açıqlamasında bildirdi ki, karqo şirkətlərinin məhsulları gecikdirməsinin əsas səbəblərindən biri gömrük xidmətində yaşanan problemlərlə əlaqəli ola bilər:

“Daşıma şirkətlərinin prosesə məsuliyyətlə və peşəkar yanaşmaması gömrükdə gecikmələrə gətirib çıxarır. Əslində, Gömrük Komitəsi tərəfindən saxlanma yalnız müəyyən qaydalar pozulduğu halda olur. Məsələn, qanunvericiliklə təyin olunmuş gömrük dəyəri var. Məhsulun qiyməti bu dəyərdən daha yüksək olduqda məsələnin araşdırılması üçün zaman lazım olur. Digər tərəfdən aviaşirkətlərlə problemlər yaşanır. Eyni zamanda anbar infrastrukturunda problemlər yaşana bilər. Lakin ümumilikdə əsas problem daşıma şirkətlərinin qeyri-peşəkarlığıdır. Bəzən şirkətlər müştəri cəlb etmək üçün çatdırılma müddətini daha qısa göstərir, ancaq həmin vaxta məhsulu təhvil verə bilmirlər”.

Ekspert hesab edir ki, alıcılar Azərbaycanda əsasən geyim məhsullarının daha ucuz olmasını istəyirlər, lakin nəzərə almaq lazımdır ki, ölkəmizdə tekstil məhsulları məhdud sayda istehsal olunur: “İstehlakçılar düşünürlər ki, yerli istehsal olsa, karqo şirkətlərinə ehtiyac qalmaz, lakin bu, belə deyil. Türkiyədə geyim məhsulları Azərbaycana nisbətən ona görə ucuzdur ki, dünyaya birbaşa məhsul ixrac edən ölkədir. Hətta xarici ölkələrdə olan brendlər də Türkiyədə məhsul istehsal edirlər. Qiymət fərqi də buna görə yaranır”.

Ekspert Osman Gündüz məsələ ilə bağlı fikirlərini belə ifadə edib: “Antiinhisar Dövlət Xidmətinin yeni rəhbərliyi ilk dövrlərdə antiinhisar sektorunda müəyyən irəliləyişlər etmişdi. Biz də dəstək verirdik bu quruma. Ümid edirdik ki, bu xidmət 17 il Rəqabət Məcəlləsinin qəbuluna mane olanlarla vuruşa biləcək. İlk dövrlərdə qurum bəzi tenderləri ləğv etdirə bildi, bir neçə ciddi antiinhisar qərarlar oldu. Son bir ildə proses xeyli zəiflədi. Real inhisarçılıq faktlarına, açıq-aşkar qanunsuz tenderlərə qarşı qurumun yanaşmaları ağlabatan olmadı. Elə son vaxtlardakı tədbirləri də göstərdi ki, güman ki, deyəcək bir şeyləri də olmadığından vətəndaş cəmiyyəti ilə əlaqələri”.(Musavat.com)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“İnternational Medical Center 1” xəstəxanasında taleyindən xəbər olmayan yeni doğulmuş körpə vəfat etdi

Ötən gün "Azərbaycan Reallığı" olaraq “İnternational Medical Center 1” xəstəxanasında "Yeni doğulmuş körpənin taleyindən xəbər yoxdur" başlıqlı yazı ilə oxucularmıza məlumat vermişdik.

Yeni doğulan körpənin nənəsi və yaxınlar media nümayəndələrinə xəstəxana önündə açıqlama verərək xəstəxana rəhbərliyini və həkimi ittiham edirdilər.

Dünən günarta saatlarında isə yeni doğulan körpənin yaxınları bildirdilər ki, artıq körpə vəfat edib. Körpənin nənəsi açıqlamasında uşaq sağlam anadan olub dedilər uşaq əladır, şəklini də çekib bizə göndərdilər.

Daha sonra Bəhrəm adlı həkim uşağın problemi olduğun bildirdi, 2 gün üçün hər günə 400 manat pul istədi. Şəhid ailəsi olduğmuzu bildirdik, 100 manat ödədim, dedim qızıllarmı satıb qalan pulu da tez bir zamanda ödəyəcəm. Gecə bizə məlumat verdilər ki, uşağın vəziyyəti pisləşib.

Pul az verildiyi üçün uşağı aparatdan çıxarıb aparata başqa imkanlı şəxsin uşaqın qoşublar kimi ittihamlar səsləndirilmişdir. Bu ittihamları xəstəxana ödündə olan uşağın yaxınları da təsdiq edib.

Məsələ ilə bağlı dünən xəstəxana rəhbərliyi bizimlə əlaqə saxlayıb görüşmək istədiyin bildirdi. Biz görüşdən imtina edib baş vermiş hadisə ilə bağlı yazılı və yaxuda şifahi telefon vasitəsi ilə açıqlama vermələrini istədik, amma nədənsə bundan boyun qaçırdılar.

24 dekabr 2021 ci il tarixində jurnalist Tural Ozan Bizimyol.info sözü gedən xəstəxana ünvanına sərt ittihamlar səsləndirib. O, açıqlaması zamanı bildirib ki, “Həyat yoldaşım Şənhəyat Məmmədzadə 21 dekabr tarixində “İnternational Medical Center 1” xəstəxanasında qeysəriyyə əməliyyatı vasitəsi ilə övladımızı dünyaya gətirib. Əməliyyat həkimi bizim tərəfimizdən gətirilib və əməliyyat çox uğurlu keçib.

Hətta əməliyyatın canlı yayımı da var. Uşaq da əməliyyatdan çox normal çıxıb. Yəni, ağlayaraq, ciyəri normal vəziyyətdə və s. Əməliyyatdan sonra uşağı yuxarı aparıblar və iki saat sonra xəstəxana işçiləri gələrək anaya bildiriblər ki, uşağın ciyərində problem var, nəfəs almır.

Bizdən minimum 2 min manat depozit tələb etdilər ki, uşağı küvəsə qoysunlar. Biz də təbii ki, razılaşdıq”. İki gün ərzində müşahidə aparıb və məlum olub ki, bu, onlara qarşı qurulmuş bir oyundur.“ Çünki orada tək biz yox, bütün valideynlər eyni ssenari ilə aldadılırdı. Bunlar orqan mafiyası kimi bir şeydir kimi xəstəxana ünvana sərt ittihamlar səsləndirib .

Maraqlıdır, son 1 ildə bu xəstəxana haqqında eyni məzmunlu ikinci şikayətə rast gəlinir, hələ bizim görmədiymiz nələr olur onu Allah bilir. inanırıq ki, bu haqda hüquq-mühafizə orqanları araşdırma aparıb işin nəticəsindən aslı olaraq hansısa tədbir görəcək.

"Azərbaycan Reallığı" maraqlı şəxslərin də mövqeyini dərc etməyə hazırdır.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO