AXI NİYƏ: Bakıda parklama soyğunçuluğu... - Yeni binalara köçən sakinləri cərimələyirlər

10:30 30.11.2023 45
AXI NİYƏ: Bakıda parklama soyğunçuluğu... - Yeni binalara köçən sakinləri cərimələyirlər
Bakıda sökülərək yenidən tikilmiş binaların sakinləri yeni mənzillərinə köçdükdən sonra parklanma ilə bağlı problemlə üzləşiblər. Bu barədə Sputnik Azərbaycan-a sakinlər məlumat verib. Belə ki, Bakının Nərimanov rayonu, Qarabağ küçəsi 11 ünvanında yerləşən binanın sakinlərindən parklanma pulu yığılır.
Taleh Mahmudov adlı sakin bildirib ki, sözügedən ərazidə yaşasa da, hər gün ondan avtomobilini binaya yaxın, yol kənarında saxladığı üçün parklanma pulu alınır. Sakin bildirib ki, Azparkinq mobil tətbiqində qeydiyyatdan keçərək fərdi parklanma talonu üçün müraciət etsə də, ona 15 gün ərzində cavab veriləcəyi bildirilib.
"Belə çıxır ki, müraciətimə baxana qədər mən hər gün parklanma üçün ödəniş etməliyəm" - T.Mahmudov şikayətlənib.
O, bildirib ki, Nərimanov rayonu, Qarabağ küçəsi 11 ünvanı onun daimi qeydiyyat ünvanıdır. Yeni parklanma qaydalarına əsasən isə yaşayış yeri üzrə sakinlər üçün parklanma ödənişsizdir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Sputnik Azərbaycan-a bildirilib ki, təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda yaşayan sakinlər müraciət edərək fərdi parklanma talonları ala və həmin parklanma yerlərindən ödənişsiz istifadə edə bilərlər. Müraciətə baxılma müddəti isə 15 gündür. Qanunvericiliyə əsasən, ödənişli parklanma ilə bağlı digər hallarda isə imtiyazlar nəzərdə tutulmayıb.
Qurumdan onu da bildiribləri ki, parklanmanın düzgün idarəedilməsi şəhər yollarında xaosun qarşısını alır və küçələrin daha effektiv, rahat və təhlükəsiz olmasına, həmçinin bütün növ nəqliyyat vasitəsi sahiblərinə şəhərin ərazisindən effektiv istifadə etməyə imkan yaradır. Eləcə də nəqliyyat axınının tənzimlənməsinə, şəhərin nəqliyyat infrastrukturuna, piyadaların və sürücülərin təhlükəsizliyinə, şəhərin əlçatanlığının və ümumilikdə dayanıqlı şəhər mobilliyinin inkişafına təkan verir.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

17:07

"Bizi aldatdılar ki, axşam çıxaracağıq, sabah çıxaracağıq..." - Bakı Sağlamlıq Mərkəzi adlı QƏSSABXANA...

16:46

Prezidentdən Əsgər Rəsulovla bağlı sərəncam

15:58

"SOCAR" yanacaqdoldurma məntəqəsində 70 litr benzin tutan maşının çəninə 83 litr benzini necə vururlar? - Göz görə görə cibimizə belə girirlər...

15:51

Dövlət Eyvaz İsmayılovun nazı ilə ÇOX OYNAYACAQ?

13:47

Sumqayıt məktəblərində direktorların işçilərinə qarşı qərəzli yanaşması gündəm edilir

11:20

BAŞ DİREKTOR VƏ MÜAVİNİNƏ BU İTTİHAM DA VERİLƏ BİLƏR - ŞOK İDDİA

10:50

Emin Əmirullayevin oliqarx balalarını yüksək vəzifələrə təyin etməsinin arxasında nə dayanır? - Yenə köhnə AB-HAVA?..

10:18

Şərikləri həbsdə olan “Teymuroğlu” MTK-nın sahibləri yenə də DİNC OTURMUR? - Məhkəməyə verildilər...

09:28

Rəşid Bədəlovun satınalma müqaviləsi bağladığı MMC-lər iki-üç aydan sonra niyə ləğv edilib? - İLGİNC FAKTLAR

21:46

Berlindən sonra səkkiz kənd: Mövcud variant - ŞƏRH

21:45

Berlindən sonra səkkiz kənd: Mövcud variant - ŞƏRH

16:48

Ziya Məmmədovun oğlu Londonda 2 milyon dollar zərərə düşüb

16:27

“Xaricdən alınan benzin əhaliyə 2 dəfə baha satır” – Ekspert qiymətləri açıqladı

15:57

Xalq artisti gənc həmkarlarına SƏSLƏNDİ: - "Musiqimizi bəsitləşdirməyin"

15:31

Saxta yolla ömürlük pensiya almaq istəyirdi, pulundan oldu... - MÜRACİƏT

14:42

Hakim Əli Məmmədov iki tikinti dələduzunu müdafiə edir - yeni ədliyyə nazirinə faktlar...

13:51

Azərbaycanda yeni fond YARADILDI

13:34

Ramin Abdullayevdən bezən gəncəlilər ədalət axtarışında: "Korrupsiya bitmir"

12:15

“Veysəloğlu Şirkətlər Qrupu”nun direktoru vəzifəsindən gedib - 2020-ci ildən bəir idi ki...

11:45

"Ziraat Bank Azərbaycan"ın İdarə Heyətinə yeni təyinat olub - BUNDAN SONRA...

11:03

Şərurda sakinlər buna görə NARAZILIQ EDİR - TƏFƏRRÜAT

10:27

"Kənd məhsulları" adı ilə aparılan oyunlar - "Kərə yağı" aldım "Sana" çıxdı

09:46

İLGİNC: Naxçıvan Ali Məclisinin sədr əvəzi Anar İbrahimov öz adamını işdən çıxartdı - “Səxavəti” başına bəla olan məmurun sonu

09:24

“Bank of Baku” 190 minlik evi 63 minə satıb... - BU NƏDİ BELƏ?!

09:08

Bacıoğluya güvənən dayı... Şəmkirdə QOÇULUQ EDİR - ÖZBAŞINALIQ!

22:49

“Fransa terrorizmin ən fəal tərəfdarıdır” - Ərdoğan

22:11

Sabah bu ərazilərdə qaz olmayacaq

21:41

Daha bir azyaşlı...

19:24

Dövlətin adından verilən evin pulunu hərbçilərə ödədirlər - Sərhəd Qoşunlarının ehtiyatda olan zabitindən ŞOK İDDİA

18:57

Eldar Əzizovun “tender camaşırxanası”: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması”

15:42

TALEH BƏŞİROV “PAT” VƏZİYYƏTİNDƏ - Əmlak məmuru yediyini nə uda, nə də qaytara bilir

15:04

Atatürkün layihəsi bu ölkədə həyata keçirildi - Bütün dünyaya örnək oldu - FOTOLAR

14:29

İlham Əliyev bu şəhərə 8.1 milyon manat pul AYIRDI

13:51

Britaniya yəhudi icmasını qorumaq üçün 91 milyon dollar ayıracaq