[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Məktəblər bağlana bilər?” sualına - Nazirdən cavab

“Biz həm regional idarələr, həm səhiyyə orqanları ilə birgə prosesi izləyirik, məlumatları toplayırıq. Hazırda əlimizdə olan məlumatlara əsaslansaq, hansısa müəssisədə qapanmaya getməyi planlaşdırmırıq”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə bildirib.

Məktəblərdə qızılca xəstəliyinin yayılmasına münasibət bildirən nazir əlavə edib ki, hazırda ciddi təlaş yaradacaq məqamlar yoxdur:

“Əgər təhlükəli yerlər olarsa, hansısa məktəbi 1-2 həftəlik distant təhsilə keçirə, qapanmalara gedə bilərik”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kənd məktəbləri niyə boşalır? - HƏQİQƏTƏN DƏ...


"Region məktəblərində şagird sayının azalması hiss olunur. Bu, müəllimlərin müraciətlərində, eləcə də şagird yerdəyişmələrində müşahidə edilir".
Bunu Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib. O qeyd edib ki, kənd məktəblərində şagird sayının azalması ölkə üzrə doğum saylarındakı nisbətin aşağı düşməsi ilə müşahidə olunur:
"Lakin buna görə kəndlərdə məktəblərin bağlanması və ya onun tam orta məktəbdən ümumi təhsil məktəbinə çevrilməsi müşahidə olunmayıb. Əksinə, 9 illik təhsil müəssisəsindən 11 illik təhsil müəssisəsinə çevrilən məktəblərimiz var".

Təhsil üzrə ekspert Elçin Əfəndi Sputnik Azərbaycan-a bildirib ki, son illər şagird sayında ciddi azalma müşahidə edilir. Bu da əhalinin təbii artımının azalması ilə əlaqədardır.
E.Əfəndinin dediyinə görə, paytaxtda təhsil alan şagirdlərin sayı təxminən 500 minə yaxındır. Ölkə üzrə 1 milyon 600 min şagirdin bir milyondan çoxu regionların payına düşür:
"Bəzi ərazilərdə şagird sayının azalmasına urbanizasiya da təsir edir. Proses belə davam edərsə, bəzi bölgələrdə təhsil müəssisələri bağlana bilər. Ona görə də, sosial-iqtisadi proqramlar həyata keçirilməli, regionlarda məşğulluğun təmin olunması istiqamətində tədbirlər gücləndirilməlidir".

Şagirdlərin sayının azalmasını statistik rəqəmlər də təsdiqləyir. Ötən tədris ili üçün 152 minə yaxın şagirdin birinci sinfə gedəcəyi proqnozlaşdırılsa da, bu il onların sayı 123300 olub.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin və Elm və Təhsil Nazirliyinin məlumatına görə, 2019-2020-ci tədris ilində dövlət əyani ümumi təhsil müəssisələrində 1-ci sinfə gedən uşaqların sayı 159644 nəfər olub. 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə 156328 uşaq gedib. 2021-2022-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrinin 1-ci sinfinə 153822, 2022-2023-cü tədris ilində isə 152 minə yaxın uşaq qədəm qoyub. Bu statistik rəqəmlər 1-ci sinfə gedən uşaqların sayında ilbəil azalma olduğunu göstərir.
Xatırladaq ki, Milli Məclisin plenar iclasında büdcə müzakirələri zamanı millət vəkili Musa Qasımlı da problemin olduğunu təsdiqləyib.Bildirib ki, kəndlərində ən müasir məktəblər tikilsə də, insanların şəhərə gəlməsi nəticəsində şagirdlərin sayı azalır, məktəblərin bağlanması təhlükəsi yarandığından yeni iş yerlərinin açılmasına ehtiyac vardır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
FHN məmurunun xidməti maşını ilə yarım milyon oğurlanıb

Bakıda Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus avtomobillə sahibkarın yarım milyon manata yaxın pulunu oğurlayıb qaçan şəxsə hökm oxunub.

Qaynaynarinfo-nun məlumatına görə, hadisə Nərimanov rayonu, Təbriz küçəsi, ev 2 ünvanında yerləşən yaşayış binasının həyətində baş verib.

Belə ki, 2022-ci ilin dekabr ayında Yusif, Faiq və Elşən adlı şəxslər FHN-nin balansında olan BMW minik markalı maşınla sözügedən ünvana oğurluğa gediblər. Onlar valyuta mübadiləsilə məşğul olan Bəxtiyar adlı şəxsin evinə gəlişini gözləyiblər. Bunun üçün Yusif və Faiq həmin həyətdə 44 nömrəli mənzilin yerləşdiyi bloka daxil olub. Elşən isə nazirliyə məxsus avtomobili Əbu Bəkr məscidi istiqamətində əlverişli yerdə saxlayıb və sahibkarın binaya girişi barədə Yusiflə Faiqə məlumat verib.

Bəxtiyar binanın birinci mərtəbəsi ilə ikinci mərtəbəsi arasında yerləşən dəhlizdə pilləkənlərlə yuxarı qalxan zaman sözügedən şəxslər onun üzərinə hücum edərək, yumruqla çoxsaylı zərbələr vurmaqla içərisində milli valyuta ilə 5.540 manat ekvivalentində 200.000 Rusiya rublu, 365.500 manat ekvivalentində 215.000 dolları və 108.000 manat məbləğində pul olan kompyuter çantasını əlindən alıb qaçıblar.
FHN məmurunun xidməti maşını ilə yarım milyon oğurlanıb

Onlar nazirliyə məxsus avtomobillə oğurladıqları ümumilikdə 479.075 manat pulla Xırdalana yollanıblar. Daha sonra pulu aralarında bölüblər. Polisin keçirdiyi əməliyyat zamanı hər üç şəxs saxlanılıb və həbs ediliblər.

Məhkəmənin qərarı ilə 1979-cu ildə Naxçıvan şəhərində anadan olmuş Yusif Zamanov (soyad şərti) Cinayət Məcəlləsinin 181.3.2 və 181.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib və 11 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Aparılan araşdırma zamanı o da məlum olub ki, oğurluqda təqsirləndirilən Elşən FHN-də müqavilə əsasında sürücü kimi işə qəbul olunub. FHN-də yüksək vəzifəli şəxsin sürücüsü olub və tabeçiliyində BMW nəqliyyat vasitəsi olub. 2022-ci il tarixdən üzürsüz səbəbdən işə gəlmədiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən onunla FHN arasında bağlanmış əmək müaviləsi ləğv edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“SİPARK” MTK sakinləri süründürür - GİLEY

ARB TV-nin efirində yayımlanan “Günə Son” verilişində illərdir aldadılan sakinlərin şikayəti əsasında cəkilən sujet efirə gedib.

Sakinlərin iddiasına görə, Nərimanov rayonu, Təbriz (Çapayev) küçəsidə inşa edilən “SİPARK” MTK-nın rəhbərliyi onları aldadır. İnşaat işləri ilə əlaqədar 2017-ci ildən sakinlər oradan köçürülüb və söz verilib ki, bir il səkkiz aydan sonra evlərini təhvil ala biləcəklər. Lakin bugünə qədər nəinki evlərinə köcə biməyiblər, hec kirayəpulunu da müntəzəm qaydada ala bilmədiklərini bildiriblər.

Daha ətraflı video məlumatı təqdim edirik:
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İnstitutda professorlar arasında DAVA - Elmlər doktoru Elmi Şuradan qovuldu

Səhiyyə Nazirliyinin Akademik C.Abdullayev adına Elmi-Tədqiqat İnstitutunda növbəti qalmaqal baş verib. Buna İnstitutun direktoru Gülnaz Dadaşovanın 20 ilə yaxın infarkt şöbəsinə rəhbərlik etmiş tibb elmləri doktoru, professor Elman Ələkbərovu Elmi Şura üzvlüyündən çıxarması səbəb olub.
Bakupost.az -ın əldə etdiyi məlumata görə, bu günlərdə Elmi Şuradan iclasına qatılmaq üçün İnstituta gələn professor gözlənilməz situasiya ilə qarşılaşıb. İclas zalına daxil olarkən, İnstitutun işçiləri ona "Sizin adınız siyahıda yoxdur" deyiblər.

E.Ələkbərov bunun səbəbi ilə maraqlananda İnstitutun direktoru ona Elmi Şura üzvlüyündən uzaqlaşdırıldığını bildirib. "Məni üzvlükdən çıxarmısınızsa, onda niyə xəbər etməmisiniz, niyə mən səsvermədə olmamışam?" deyə soruşduqda isə Gülnaz Dadaşova professora "Siz "Bakupost"a müsahibə verəndə bəyəm mənə demişdiniz?" deyə cavab verib. Onun bu cavabına, həmçinin Elmi Şuradan prosedura zidd və qanunsuz şəkildə uzaqlaşdırılmasına əsəbiləşən E.Ələkbərov "Mən onsuz da sənin rəhbərliyin altında işləməyi öz səviyyəmə yaraşdırmırdım, ona görə də İnstitutdan getdim. Sən anestezioloqsan, necə kardioloq olduğun bəlli deyil, professorsan, necə müdafiə etdiyin bəlli deyil, idarəetməni, işçilərlə necə davranmağı da bilmirsən" deyərək, İnstitutu tərk edib.
Qeyd edək ki, bütün bunlar Elmi Şuranın iclas zalında, İnstitutun əməkdaşlarının gözü qarşısında baş verib.
Məsələ ilə bağlı E.Ələkbərovla əlaqə saxlasaq da, o bu barədə danışmaq istəmədiyini bildirdi: "Mən onun nə əleyhinə, nə də lehinə danışmaq istəyirəm". (Bakupost.az)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Emin Ağalarov Bakıda daha 2 yaşayış binası inşa edir - TƏFƏRRÜAT

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi “Nardaran İnvest” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) Bakı şəhəri, Sabunçu rayonu, Mübariz İbrahimov küçəsi, 703 ünvanında 2 ədəd 2 mərtəbəli yaşayış binasının tikintisinə icazə verib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ümumi sahələri 7 min 54 kv. metr olacaq yaşayış binalarında 36 mənzil yer alacaq. Mənzillər 1, 2 və 3 otaqlı olacaqlar.
Emin Ağalarov Bakıda daha 2 yaşayış binası inşa edir - TƏFƏRRÜAT

Məlumat üçün bildirək ki, bir neçə ay əvvəl də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Nardaran İnvest” MMC-yə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsinin şimal hissəsi, “Sea Breeze” istirahət zonasının ərazisində ümumi sahəsi 13 min 365,86 kv. metr olacaq 8 mərtəbəli yaşayış binasının tikintisinə icazə verib. “Sea Breeze” istirahət zonasının ərazisində daha əvvəl də bir neçə 8 mərtəbəli yaşayış binası inşa olunub.
Qeyd edək ki, “Sea Breeze” yaşayış və istirahət kompleksi Azərbaycanın Xalq artisti Emin Ağalarova məxsusdur. Bu kompleksə villalar, mənzillər, otellər, həmçinin istirahət və əyləncə obyektləri daxildir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“BANK OF BAKU” BANKAMATINDAN PUL ÇƏKMƏK ZÜLMDÜR – ŞİKAYƏT

“Bank of Baku”nun Sumqayıtdakı əsas binasının qarşısındakı bankamatdan pul çıxaran vətəndaşlar hər dəfə zülm çəkir.

Tribunaifo.az-a sakinlər bildirib ki, kartdan pul çıxarmaq mümkün deyil. Bunun üçün mütləq kimsə sizin yanınızda olmalı, bankamatın manitoruna düşən günəşin, işığın qarşısını almalıdır ki, siz prosesi sona çatdıra biləsiz.

Şikayətçi Emin Əli qeyd edib ki, Sumqayıtda bankın müştəriləri bankomatdan pul çıxartmaq üçün və ya ödəniş etmək istəyəndə tək alınmır. Mütləq kimsə sənin üçün belə pərdə tutmalıdır gödəkçəsinnən:

“Bu hər saniyə Bankın əsas qapısı önündə baş versə də bankın heç vecinə də deyil. Artıq neçə ildir ki, belədir”.

Mənbə: Tribunaifo.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xarici sifarişlərdə limit 150 dollara endirilir? - RƏSMİ AÇIQLAMA

Azərbaycan vətəndaşlarının internet üzərindən xarici sifarişləri üçün müəyyən edilən güzəşt limitinin endiriləcəyi deyilir.

“Ölkə.Az”ın məlumatına görə, bu barədə müxtəlif iddialar səsləndirilir.

İddialardan biri də yanvarın 1-dən karqo şirkətləri və “Azerpoçt” daşıma servisi ilə xaricdən edilən rüsumsuz sifariş limitinin 300 dollardan 150 dollara endiriləcəyidir. Belə ki, vətəndaşların xarici sifarişlərinin məbləği 1 ay ərzində 150 dolları ötərsə, həmin hissə üçün rüsum ödəməli olacaqlar.

“Ölkə.Az” məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinə sorğu göndərib. Komitədən bildirildi ki, hazırda hər hansı bir dəyişiklik yoxdur.

“Vətəndaşlar tərəfindən şəxsi istifadə məqsədilə, yəni istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların ölkəyə gətirilməsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 saylı qərarı ilə tənzimlənir və hazırda bu qərarda hər hansı dəyişiklik yoxdur”, - deyə açıqlamada qeyd olunur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“KONTAKT HOME”DAN NÖVBƏTİ ŞİKAYƏT… XARAB MƏHSULU SATDI

“Kontakt Home” mağazalar şəbəkəsindən may ayında kondisioner alan vətəndaş peşman olub. Alınan gündən problemi olan kondisiner dəfələrlə rəsmi servisə göstərilsə də problemi aradan qalxmayıb. Mağaza isə vətəndaşa satdığı yararsız məhsuldan boyun qaçırır.

Tribunainfo.az-a yazan şikayətçi Ziyad Hüseynov bildirib ki, mağaza satdığı məhsula görə məsuliyyəti boynundan atır:

“29 may 2023-cü il tarixdə “Konta

kt Home” mağazalar şəbəkəsinin Azadlıq prospektində yerləşən mağazasından həyat yoldaşım Hüseynova Vəfanın adına Birkartla dəyəri 1549,99AZN olan bir ədəd LG markalı 60m² – lik kondisioner aldıq. Dükan işciləri kondensioneri quraşdırdı. Yay mövsümündə işləyən zaman kondisionerdə arabir titrəmə səsi gəlirdi. Bunun qarsısını almaq üçün çöl blokun kronşteynə bağlanan yerlərinə rezin qoydum, lakin heç bir köməyi olmadı.
Soyuqlar düşdükdən sonra mən onu isti rejimdə işlətməyə başladım, bu zaman çöl blokdan mənzilin içərisinə sirayət edən uğultu səsi eşidilirdi. Bu səs bizim üçün narahatlıq yaradırdı.
“Kontakt Home”un servis xidmətinə müraciət etdim,tələb etdim ki, problemi aradan qaldırsınlar. Həmin servisdən gələn əməkdaşlar dedilər ki, bu hava süzgəcindəndir, süsgəci təmizləyib yerinə qoydular, lakin heç bir effekt vermədi.
Bir neçə gündən sonra servisdən yenə gəldilər və dedilər ki, quraşdırma vaxtı səhvə yol verilib, çöl blokla iç blok arasındakı birləşmə boruları qısadır. Çoxsaylı müraciətlərdən sonra mağazadan gəlib boruları uzadıb getdilər, amma yenə heç bir effekt vermədi. Mənim təkrar müraciətimdən sonra “Kontak Home” rəsmi srvisin əmakdaşları gəlib mikrofonla səsin səviyyəsin öçdülər və qeyd etdilər ki, mənzildə kondisionerdən gələn səsin səviyyəsi norma daxilindədir və uğultu səsi eşidilir. Bununla bərabər dedilər ki, bu inentor tipli kondisionerlər belə işləyir və getdilər. Bu cavab əlbəttə məni qane etmədi, uğultu səsi davam edirdi!
Mağazanın Emil adlı vətəndaşına yaxınlaşıb bildirdim ki, ya problem aradan qaldırılsın, ya da məhsul yenisi ilə əvəz edilsin. Bundan sonra bizə yenə servis əməkdaşı göndərdi və onlar təsdiq etdi ki, problem var. Bunun anormal olduğunu bildirdi və akt yazdı. Dəfələrlə olan müraciətlərimə ğazadan bildirdilər ki, mənə heç bir köməklik edə bilməyəcəklər. Bu mağazalar şəbəkəsinin dələduzluğuna son qoyulmalıdır”.(Tribunainfo.az)

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qarabağdan qaçan separatçılar arasında qarşıdurma GÜCLƏNDİ - “Hraparak”

Xəbər verdiyimiz kimi, Qarabağdan qovulmuş separatçıların “keçmiş müdafiə naziri” Samvel Babayan dünən Ermənistan parlamentinin 44 günlük müharibə şəraitini araşdıran İstintaq Komissiyasında ifadə verib.

Modern.az xəbər verir ki, “Hraparak”ın məlumatına görə, Samvel Babayan 3 saata yaxın davam edən dindirmə zamanı Qarabağdan qovulmuş separatçıların rəhbərləri əleyhinə danışıb.

Belə ki, o, komissiya üzvlərini inandırmağa çalışıb ki, qondarma "Artsax"ın sonuncu başçısı Samvel Şahramanyan separatçıların keçmiş rəhbərləri vasitəsilə Ermənistanda planlaşdırılmış “hakimiyyət dəyişikliyi”nin həyata keçirilməsinə razılaşıb.

Samvel Babayan qondarma “Artsaxın keçmiş prokuroru və dövlət naziri” Qurgen Nersisyanı “yalançı”, “fırıldaqçı” və “axmaq” adlandırıb. O, “Artsax prokurorluğu”nda dindirildiyi barədə Nersisyanın iddialarını rədd edib.

Nersisyan isə Samvel Babayanın ittihamlarını eşidəndən sonra onu “yalançı” adlandırıb.

Qurgen Nersisyan deyib ki, Babayan dindirilib və buna dair faktlar var: “Babayan ümid edir ki, biz həmin cinayət işinin materiallarını tamamilə yandırmışıq. Amma yanılır, həmin materialların elektron, rəqəmsal variantları da mövcuddur. Mən onları rəqəmsallaşdırmışam. Əminliklə deyirəm ki, Babayan dindirilib”.

Nersisyanın sözlərinə görə, S. Babayan 44 günlük müharibə və 2020-ci il noyabrın 9-da imzalanmış üçtərəfli bəyannamə ilə bağlı başlanmış cinayət işi çərçivəsində qondarma “Artsaxın təhlükəsizlik şurasının keçmiş katibi” kimi dindirilib. Nersisyan Babayanın ifadəsindən diqqət çəkən epizodu danışıb.

“44 günlük müharibə zamanı o, “təhlükəsizlik şurasının katibi” olub, Babayanı dindirməyə çağırmışdıq. Müharibə bitəndən sonra ağlına nə gəldi danışırdı. O, hər şeyə görə günahı başqalarının üzərinə atıb”.

Nersisyanın sözlərinə görə, separatçıların ordusunun cənub qanadı keçirilən əməliyyatlarda uğursuqıluğa düçar olubsa, burada Samvel Babayanın da böyük məsuliyyəti var. O, Babayanı Hadrut və Şuşanın itirilməsinə görə də günahlandırıb.

C. Nersisyanın fikrincə, S.Babayan “təhlükəsizlik şurasının katibi” kimi Paşinyana və Arayik Arutyunyana deyə bilərdi ki, cənub istiqamətində aparılan əməliyyat fəlakətlə nəticələnə bilər, səhvdir, bunu etməyin.

"Dindirilmə zamanı Babayandan soruşduq: “Siz o əməliyyatın qarşısını almaq üçün nə etmisiniz? Deməyə səlahiyyətiniz var idimi ki, dostlar, səhv edirsiniz?". "Təhlükəsizlik şurası"nda çox məsələlər müzakirə olunur, o, fikrini müharibədən sonra, hər şey əldən gedəndə deyil, elə o vaxt deməli idi.
Cənub cinahının müdafiəsi və əks-hücum üçün hazırlanmış əməliyyat nəticəsində biz “Artsax”ın bütün cənub qanadını itirdik, azərbaycanlılar Hadrut ərazisinə daxil oldu, irəlilədi. Sonra Şuşa şəhərini tutdu. Bu günə qədər o uğursuz əməliyyata görə heç kim məsuliyyətə cəlb edilməyib”.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO