[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycan Vaşinqton görüşündən İMTİNA ETDİ


15 noyabr 2023-cü il tarixində ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində səsləndirdiyi birtərəfli və qərəzli fikirlər səmərəsiz, əsassız və qəbuledilməzdir.
Bu barədə XİN-in ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində verdiyi əsassız açıqlamalarına dair şərhində deyilir.
"Dinləmələri və səsləndirilən çıxışları Azərbaycan və ABŞ arasında ikitərəfli və çoxtərəfli formatlarda münasibətlərə zərbə kimi qiymətləndiririk.
Azərbaycana qarşı səslənən ittihamlar əsassız olmaqla yanaşı, regionda sülh və təhlükəsizliyi sarsıdır.
19-20 sentyabrda Azərbaycanın antiterror tədbirlərinə gətirib çıxaran son vəziyyət və hadisələrə münasibət bildirən Dövlət Departamentinin nümayəndəsi Azərbaycanın bu addımlarına səbəb olan əsas problemin, yəni beynəlxalq hüququn norma və prinsiplərinə, habelə 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata zidd olaraq ərazilərimizdə 10.000-dən çox erməni silahlı qüvvələrinin qanunsuz mövcudluğu məsələsinə etinasız yanaşıb. Üstəlik, Azərbaycan tərəfi bütün, o cümlədən ABŞ-la keçirilmiş görüşlərdə sözügedən qüvvələrin bölgədə təhlükə mənbəyi olduğunu dəfələrlə qeyd edib və onların dərhal çıxarılmasına çağırış edib.
Bundan əlavə, ABŞ tərəfi sülh prosesinin irəliləməsinin vacibliyindən bəhs edərkən Ermənistanın artıq iki aydan çoxdur ki, Azərbaycanın sülh sazişi ilə bağlı təkliflərinə cavab verməyərək, prosesi ləngitdiyini unudur. Baza prinsiplər, habelə sülh sazişinin imzalanması, o cümlədən sərhədlərin demarkasiya və delimitasiyası, həmçinin komunikasiya xətlərinin açılması əsasında sülh prosesini başladan tərəfin Azərbaycan olmasına baxmayaraq, dövlət katibinin köməkçisi son 3 il ərzində bu istiqamətlər üzrə göstərilən səylərin Ermənistan tərəfindən sarsıldığını və maneə törədildiyini qeyd etməkdən çəkinib. Ermənistandan fərqli olaraq, Azərbaycan, 6 oktyabr 2022-ci il tarixində Praqada baş tutan görüş zamanı da bir daha təsdiqləndiyi kimi, hər zaman Ermənistanın suverenliyi və ərazi bütövlüyünə hörmət edib.
Azərbaycan nəinki 2020-ci ilin 44 günlük müharibəsindən sonra, hətta ərazilərinin işğal olunduğu 30 ilə yaxın müddət ərzində də beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən sülh prosesinə sadiq olub. Əksinə, vasitəçilərdən biri olan ABŞ tərəfi, təcavüzkar və regionda sabitliyin pozulmasına səbəb olan Ermənistana beynəlxalq hüquqa uyğun davranması ilə bağlı heç vaxt çağırış etməməklə bağlı da məsuliyyət daşıyır. Bundan əlavə, ABŞ, separatçı rejimi dəstəkləyən tərəf olaraq, sözügedən rejimi rəsmi olaraq maliyyələşdirən və müntəzəm şəkildə onların ABŞ-a səyahətlərini və ABŞ rəsmiləri ilə görüşlərini təşkil edən yeganə ölkə olmaqla, ikili standart yanaşmasının qarşısını almamağa görə də cavabdehdir.
Region ölkəsi olmayan ABŞ öz addımları və bəyanatları ilə bölgə ölkələrinin nəqliyyat təhlükəsizliyi səylərinə zərbə vurur. ABŞ tərəfinə yaxşı məlumdur ki, Ermənistanın 2020-ci il Üçtərəfli Bəyanatın 9-cu bəndindən irəli gələn öhdəliklərini yerinə yetirməməsi Azərbaycanı alternativ yolların tikintisi ilə bağlı qərar qəbul etməyə sövq edib. Qonşu dövlətlərlə kommunikasiya xətlərinin çəkilməsi qaydasının razılaşdırılması, o cümlədən İranla Naxçıvan Muxtar Respublikasına marşrutla bağlı müqavilə Azərbaycanın suveren hüququdur. Bunun fonunda, Azərbaycan da regionun təhlükəsizliyi üçün “3+2” formatının (Azərbaycan-Ermənistan-Türkiyə-Rusiya-İran) prioritet olduğunu bir daha təsdiqləyir. Bu istiqamətdə, sözügedən səylərə xələl gətirən hər hansı bir şərh yersizdir.
Ceyms O’Braynın 907-ci düzəlişin icrasının müvəqqəti dayandırılması məsələsi ilə bağlı şərhinə gəlincə isə belə görünür ki, ABŞ tərəfi 1992-ci ildə təcavüzə və işğala məruz qalmış dövlət olmasına baxmayaraq, bu düzəlişlə sanksiyaya məruz qalan Azərbaycana qarşı etdiyi səhvi yenidən təkrarlayır. 2001-ci ildə 11 sentyabr hücumlarından sonra Azərbaycan ABŞ-ın terrorla mübarizə səylərini dəstəklədiyi zaman həmin ildə 907-ci düzəlişin icrasının müvəqqəti dayandırılması qərarını verən də ABŞ tərəfi olub. Məhz Azərbaycan hava məkanı marşrutlarını və logistika imkanlarını, Şimal Paylayıcı Şəbəkəsini açmaqla ABŞ tərəfinə öz yardım əlini uzadıb. Əfqanıstanda ABŞ tərəfi ilə çiyin-çiyinə mübarizə aparan ilk dövlətlərdən biri də məhz Azərbaycan olub. Azərbaycan eyni zamanda, Əfqanıstanı tərk edən sonuncu tərəfdaş ölkə olub. Lakin belə çıxır ki, ABŞ tərəfi həmişə Azərbaycanın dəstəyini müvəqqəti hesab edib, amma unudulmamalıdır ki, tarix təkrarlana bilər. ABŞ tərəfinin 907-ci düzəlişin icrasının müvəqqəti dayandırılması məsələsi ilə bağlı belə laqeyd hərəkəti Azərbaycana qarşı bədxah addımdır.
Bundan əlavə, “Azərbaycanın gücdən istifadə etməsi etimadı sarsıdıb və Bakının Ermənistanla hərtərəfli sülhə sadiqliyinə şübhələr yaradıb” ifadəsi 30 ilə yaxın təcavüzün və gücdən istifadənin qurbanının məhz Azərbaycan olduğunu nəzərə alaraq heç bir dəyər daşımır. Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək üçün gücdən istifadə etməklə bağlı legitim hüququ olduğunu bir daha vurğulayır.
ABŞ tərəfinin Azərbaycana münasibətdə ABŞ-ın təşəbbüsü ilə keçirilən yüksək səviyyəli ikitərəfli görüş və təmasları təxirə salması və “ikitərəfli münasibətlərimizdə “əvvəlki kimi” ola bilməz” bəyanatına gəlincə isə qeyd etmək lazımdır ki, münasibətlər birtərəfli ola bilməz. Beləliklə, eyni yanaşma Azərbaycan tərəfindən də bərabər şəkildə tətbiq olunacaqdır. Belə bir şəraitdə ABŞ-ın Azərbaycana yüksək səviyyəli səfərlərinin mümkünlüyünü də yersiz hesab edirik.
Üstəlik, ABŞ-ın belə birtərəfli yanaşması ABŞ-ın vasitəçilik rolunu itirməsinə gətirib çıxara bilər. Bu şərtlər altında bizim 20 noyabr 2023-cü ildə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində keçirilməsi təklif olunan görüşün baş tutmasını mümkün hesab etmədiyimizi qeyd etmək vacibdir.
Beynəlxalq hüququn norma və prinsipləri Azərbaycan xarici siyasətində həmişə prioritet olub. Azərbaycan həmişə beynəlxalq öhdəliklərinə uyğun hərəkət edəcək. Eyni zamanda, Azərbaycan öz milli maraqlarına zidd olan bütün mənfi addımları qətiyyətlə və adekvat şəkildə cavablandıracaqdır", - şərhdə qeyd edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şuşada elektrik mühərrikli sərnişin avtobusları fəaliyyət göstərəcək

Şuşa şəhərində kiçik tutumlu və elektrik mühərrikli sərnişin avtobusları fəaliyyət göstərəcək.

Bu barədə AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov məlumat verib.

O bildirib ki, Şuşada daxili küçə və yol şəbəkəsinin yenidən qurulması layihəsi ilə paralel olaraq şəhərin ictimai nəqliyyat sisteminin təkmilləşdirilməsi də aparılacaq:
“Yol şəbəkəsinin qurulması ilə birlikdə ictimai nəqliyyat da fəaliyyətə başlayacaq. Şuşa şəhərinin qoruq olmasını və tarixi yol şəbəkəsini nəzərə alaraq onu deyə bilərəm ki, burada daha çox kiçik tutumlu və elektrik mühərrikli sərnişin avtobusları fəaliyyət göstərəcək”.
A.Kərimov deyib ki, Şuşa şəhəri ərazisində mövcud olan su, qaz, işıq xətlərinin hamısı yerin altı ilə çəkiləcək, küçələr tam yenidən qurulacaq:
“Ümumi uzunluğu 56 kilometr olan daxili küçə və yol şəbəkəsinin ilk 17 kilometrlik hissəsinin tikintisinə isə gələn il başlanılacaq. Bu yol mühəndis təminat xətləri ilə birlikdə tam yenidən qurulacaq”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda qanunsuz yaşayan 12 xarici miqrant saxlanılıb


Bakı şəhərində müxtəlif ünvanlarda Azərbaycanda olma və ya yaşama hüququ verən sənədləri olmayan əncəbilərə qarşı Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Miqrasiya Xidməti (DMX) əməkdaşları tərəfindən birgə tədbirlər keçirilib.

Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Tədbirlərlə müxtəlif Asiya ölkələrinin vətəndaşı olan ümumilikdə 12 nəfər qeyd edilən qanun pozuntusuna yol verdikləri üçün saxlanılıblar. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən məsuliyyət tədbirləri görülüb.
Araşdırma zamanı həmin əcnəbilərin öz həmvətənləri tərəfindən pul müqabilində guya ölkəmizdən tranzit kimi istifadə olunmaqla qeyri-leqal yollarla Avropa ölkələrinə keçidinin təmin ediləcəyi vədi ilə dələduzluğa məruz qalmaları müəyyən edilib.
Qanunsuz miqrasiyanın təşkilinə dair aşkar edilən hallarla bağlı araşdırmalar davam etdirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Yollarda qırğın davam edir" - Ekspert şöbə müdirinin törətdiyi qəzadan yazdı

"Dünən axşam Bakıda baş verən hadisə "yol-nəqliyyat hadisələri hər kəsin və hər yerdə başına gələ bilər" fikrini ən pis nümunəsi ilə bir daha təsdiqlədi".

Bunu nəqliyyat üzrə ekspert Ərşad Hüseynov sosial şəbəkə hesabında yazıb. O bildirib ki, ölkəmizin tanınan həkimlərindən Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun idarə etdiyi avtomobillə tanınmış türkoloq alim, İstanbul Mərmərə Universitetinin müəllimi Arif Acaloğlu vurularaq dünyasını dəyişib.

"Çox təəssüf. Hadisənin detalları barədə məlumat yoxdur. Amma bildiyimiz bircə şey var: yollarda qırğın davam edir. Potensial olaraq hər kəs qurban, eyni zamanda hər kəs qatil (bu ifadəni birbaşa hüquqi mənasında yox, sadəcə insan ölümündə iştirakçı mənasında işlətmişəm) ola bilər. Ona görə təkrar-təkrar dediyimiz kimi, dəyişmək lazımdır, dəyişdirmək lazımdır. Çox gecikirik. Allah alimimizə rəhmət eləsin, həkimə isə ədalətli və obyektiv araşdırma nəsib olsun".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qarabağda məskunlaşmış erməniəsilli şəxslərin ilkin qeydiyyatı həyata keçirilir

“Hazırda Qarabağ iqtisadi rayonunda, o cümlədən Xankəndidə məskunlaşmış erməniəsilli şəxslərin ilkin qeydiyyatı həyata keçirilir”.

Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.

O bildirib ki, bu proseslə bağlı müvəqqəti qərargah yaradılıb və məlumatlar mərkəzləşmiş qaydada verilir:

“Müvafiq məlumatlar uyğun zamanda təqdim olunacaq”.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“İcraçı məhkəmənin yazdığı cəriməni ala bilmirsə, o halda bu cərmə niyə yazılırdı?!” - GİLEY

Gəncə şəhər sakini Zahidi Sevda Qüdrət qızı tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına növbəti şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, avtoqəza nəticəsində qızının ölümünə bais olan şəxs - Şabanov Ələsgər Vəli oğlu məhkəmənin kəsdiyi cəriməni ödəməkdən imtina edir.

“Hörmətli redaksiya!

Sizdən bir daha xahiş edirəm ki, mənim səsimi lazımi ünvanlara çatdırın.

Mən, Zahidi Sevda Qüdrət qızı, bildirmək istəyirəm ki, yiyəsiz, sahibsiz olduğuma görə, Şabanov Ələsgər Vəli oğlu məhkəmənin qərarı ilə “ölüm pulu” kimi kəsilən vəsaiti vermir, məni və ailəmi təhdid edir.

2016-cı il, 21 aprel tarixində, saat 19:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhəd yolunun 348-ci kilometrliyində, Goranboy rayonu ərazisində sürücü Şabanov Ələsgər Vəli oğlu yüksək sürətlə idarə etdiyi VAZ-21074 markalı, 90 XD 539 dövlət qeydiyyat nişanlı avtomobili ilə Qazax istiqamətində hərəkət edərkən qəza törətmişdir. Nəticədə eyni istiqamətdə hərəkət edən sürücü və həmin avtomobildə olan sərnişinlər - Əliyeva Ülviyyə Cavanşir qızı, Mustafayev Arzu Arif oğlu bədən xəsarəti almışlar, qızım Zahidi Ayşən Hüseyn qızı isə hadisə yerində faciəvi surətdə vəfat etmişdir.

Goranboy Rayon Məhkəməsinin 2 (045)-225/2017 saylı, 15.02.2017-ci il tarixli icra sənədinə əsasən, günahkar (borclu) Şabanov Ələsgər Vəli oğlundan 7000 manat məbləğində pul vəsaiti tutularaq, iddiaçı Zahidi Sevda Qüdrət qızının xeyrinə ödənilməsi qət edilmişdir.

Şabanov Ələsgər Vəli oğlu Penitensiar Xidmətin 10 saylı məntəqə tipli cəzaçəkmə müəsisəsində cəza çəkdiyi müddət ərzində iddiaçı Zahidi Sevda Qüdrət qızına ayda 50-60 manat olmaqla, cəmi 2650 manat ödəmişdir. Cəzaçəkmə müəsisəsindən çıxdıqdan sonra isə, bir qəpik belə ödəməmişdir. Hətta dövlət bürdcəsinə ödəməli olduğu 70 (yetmiş) manat ekspertiza xərcini də ödəməkdən imtina etmişdir.

Goranboy Rayaon Məhkəməsinin 2(045)-225/2017 saylı, 15.02.2017-ci il tarixli icra sənədi üzrə qalıq borc 4400 (dörd min dörd yüz) manat təşkil edir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq, o, həmin vəsaiti könüllü ödəmək istəmədiyinə görə, ikinci dəfə 27.12.2022-ci ildə 10 sutka həbs cəza verildi. Lakin cəzadan sonra yenə ödəniş etmədi.

Araşdırma zamanı müəyyən olunmuşdur ki, Gəncə şəhər icra idarəsinin 19.01.2022-ci il tarixli məktubu daxil olmuş Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 8(044)-623/2021 saylı icra vərəqəsinə əsasən, VAZ 21074 markalı, 20-CU-884 dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması barədə Gəncə şəhər BPİ-nin Təhlükəsiz şəhər xidmətinə müvafiq məktub göndərilmiş, eləcə də şöbənin şəxsi heyəti təlimatlandırılmış, lakin avtomobili xətdə müəyyən etmək mümkün olmadığı bildirilmişdir.

Mənim üçün hələ də qaranlıqdır ki, məhkəmənin yazdığı cəriməni icraçı ala bilmirsə, o halda bu cərməni məhkəmə niyə yazır?

Hesab edirəm ki, Ayxan adlı icraçı cinayətkar şəxsi məhkəmə zalındakı vəkili kimi müdafiə edir. Axırıncı dəfə hakim məhkəmədə cinayətkara bildirib ki, “ailənə de, gətirib ödəniş etsin, yoxsa gələn dəfə həbs müddətin artacaq”. İcraçı Ayxan isə proses vaxt bildirir: “Xeyr, qanunla elə şey yoxdur, arasında müddət olmalıdır ki, şəxs ödəniş etmədikdə həbs olunsun”. O, hakimin sözünə etiraz edərək cinayətkarı müdafiə edir. Sizcə də bu hal şübhəli deyilmi?!

Üstəlik, məhkəmədə hakimə bildirdim ki, "Hürriyyət" qəzetinə müraciət edəndən sonra icraçı guya bu işlə məşğul olduğunu dedi. Əslində isə, o, mənə dəyən zərərin qarşılığının ödənilməsində maraqlı deyildi. Bu zaman Ayxan ""Hürriyyət" qəzeti nə edə bilər ki, adamın pulu yoxdur da, sən get otur yerində, nə vaxt imkanı olsa, onda pulunu verər", - deyə müdaxilə etdi. Bundan sonra Şabanov Ələsgər də açıq şəkildə bildirdi ki, "istəyirsiniz 10 dəfə həbs edin, mən bir qəpik də ödəməyəcəm".

İllərdir müraciət etdiyim orqanlar mənə bildirirlər ki, “biz əlimizdən gələni etmişik, ödəmirsə biz nə edə bilərik, qanundan kənara çıxa bilmərik”. Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi bu məsələni həll edə bilmir, bir caninin öhdəsindən gələ bilmirsə, mən nə etməliyəm?!

Onu da bildirim ki, qızım Zahidi Ayşən Hüseyn qızı qəzada vəfat edən vaxt, oğlum Zahidi Emin Hüseyn oğlu da hadisə yerinə gedib. O, bacısının vəziyyətinin pis olduğunu görərək, möhkəm qorxmuşdur. Həmin vaxtdan ağır xəstəliyə tutuldu, qızımın dərdini unutmamış, oğlumun dərdinə yaxalandım. Oğlum da bu hadisənin qurbanı olaraq 4 ay sonra vəfat etdi.

Dəfələrlə icra idarəsinin rəis müavini Ələmdar İbrahimovun da qəbulunda olmuşam. O da məni DYP Şöbəsinə yönləndirib.

Şabanov Ələsgər Vəli oğlu bütün günü sosial şəbəkələrdə özünü “avtoritet” kimi reklam edir. Ad gününü təmtəraqlı qeyd edən şəxsə polisin gücü çatmır. İmkanı ola-ola bu şəxs qərəzli şəkildə mənim haqqımı vermir. Şəxsin adına olan maşın qərəzli şəkildə gizlədilib, dövlətə təhvil vermir ki, maşını satıb, pulunu mənə versinlər. Yəni borclu şəxs maşını gizlədib, amma polis onu “tapa bilmir”. Bəklə elə həmin maşında başqa cinayət işi olub, ona görə gizlədirlər?!

Daxili işlər Nazirliyi və Ədliyyə Nazirliyinin rəhbərliyinə sual verirəm: mən haqqımı kimdən tələb etməliyəm? Uşağın qanını batırım?

İcraçı Ayxan mənə deyir ki, “ala bilmirəm də, vermir, get tutdur”. Həbsi üçün ərizə yazıram, o zaman da polislərə bildirir ki, bir neçə günə ödəniş edəcək, tutmağa ehtiyac yoxdur. Bunların araşındakı bu mehribanlıq haradan gəlir?

İcraçı şəxs arada olub problemi həll etməyə çalışmalıdır, amma mənim işimdə sübutlarım da var, icraçı cinayətkarı müdafiə edir.

Xahiş edirəm bizə kömək edin”.

Bəli, həqiqətən biz də bunun şahidi oluruq ki, icraçı qarşı tərəfi müdafiə edir. Belə ki, dəfələrlə ona zəng vurub məlumat almaq istəsək də, çox laqeyd olaraq “mən öz işimi görmüşəm, burda sizin nə kimi maraqlarınız var, şikayətçini haradan tanıyırsız” və s. kimi suallar verir. 7 aydır şikayətçi bizə müraciət edib, lakin icraçı sadəcə “mən heç nə edə bilmirəm, iş yeri yoxdur, hardan alıb versin”, - deyir.

Şikayətçi polisə ərizə yararaq qarşı tərəfin həbs olunmasını istəyir, bütün sənədlər hazırlanıb. Biz də şikayətçinin sözü ilə zəng vurub DİN-nin əməkdaşına məsələnin dəqiqliyi ilə bağlı məlumat verməsini xahiş etdik. Bu zaman məlum oldu ki, polis əməkdaşı icraçı ilə danışıb, icraçı “həbs lazım deyil, pulunu ödəyəcək”, - deyə cavab verib. Həmin vaxtı Ayxan adlı icraçıya zəng vurub, niyə belə dediyini soruşduqda isə, “mən tutmayın deməmişəm”, - deyə cavab verdi.

Şikayətçi şəxs özü tanıdığı bir neçə polis əməkdaşından etdiyi xahiş nəticəsində Şabanov Ələsgər Vəli oğlu yenidən həbs olunmuşdur. Bütün bunlardan əlavə, Ələsgər Şabanova zəng vuraraq, borcunu niyə ödəmədiyini soruşduqda bildirdi ki, “imkanım yoxdur, az-az ödəyəcəm”. Biz ona xatırladanda ki, 4400 manat borcu qalıb, cavab verdi ki, “mənim o qədər borcum yoxdur, Ayxana pul vermişəm ki, onlara versin”. İcraçı isə bizə bildirdi ki, “Ələsgər qalan borcunu ödəsin, ödədiyim dediyi 200 manatı mən onun əvəzindən ödəyəcəm”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vüqar Kərimovun cənubdakı kadrı çətin durumda

Artıq ictimaiyyətə məlumat vermişdik ki, "Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Kərimovun "Qara kassa"sı kimi tanınan, ən yaxın kadrı 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin mühafizə üzrə müavini Rahib Ağayev oxuyub yazmağı bacarmır".

Səhv başa düşmədiniz, elədir ki var. Amma buna baxmayaraq "dayday"sı Vüqar Kərimovun sayəsi nəticəsində böyük vəzifə tutub.
Onu da bildirmişdik ki, Rahib Ağayev, bu iki il ərzində müavin işlədiyi dövrdə hansı bir ağaca öz xidməti damğasın vurub və ya akt tərtib edib.

Etibarlı mənbəmizin verdiyi məlumata görə, bizim yazılarızdan sonra dərhal Vüqar müəllim Rahib Ağayevə zəng vuraraq bildirib ki, artıq sənə görə biabır olmuşam.
Odur ki özünü sığortalamaq üçün hərəkətə keç və bir neçə ağaca damğa vurub akt tərtib et ki, qoy əlində yazılı sənətin olsun.

Rahib Ağayev isə 12 noyabr 2023-cu il tarixində Cəlilabad meşələrinə yollanmış və ömründə ilk dəfə olaraq bir neçə ağaca damğa vurub, özü akt yaza bilmədiyi üçün Mərkəzin işçisinə akt da yazdırmışdır.
Buna el arasında "Daldan atılan daş topuğa dəyər" deyillər

Mənbə onu da bildirir ki, Rahib Ağayev özünü "ziyalı" və "müəllim" kimi cəmiyyət və idarə işçilərinə sırımaq istəyir.

Oxuyub-yazmağı bilməyən bir kəs necə müəllim ola bilər?!
Bu "müəllim" sözün gözdən salmaq demək deyilmi, bəs nədir?

Rahib Ağayev özünü işçi və digərlərinə "müəllim" kimi təqdim edir və bu sözdən necə deyəllər: "həzz alır".

Rahib Ağayev dəfələrlə iclaslarda və öz həmkarlarına deyib ki, mühafizə üzrə direktor müavini ştatın Vüqar müəllim mənə görə gətizdirib.
Mənə əgər hazırda tutduğum vəzifədən çıxsam, o zaman bu ştatı da ləğv etdirib gedəcəm.

Rahib Ağayev haqda araşdırmamız davam edir.

Mənbə: Nyus.Az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Beynəlxalq Bank, bu nə biabırçı, rəzil qaydalardır?" - ETİRAZ


"`Trendyol- Azərbaycan`la bazar günü məhsul sifariş edilib. Sifariş dərhal ləğv olunaraq hesabımdan çıxılmış məbləğ tərəfindən geri ödənilib. Pulun geri ödənilməsi ilə bağlı trendyoldan mesaj da göndərilib". Bu barədə özünün "Facebook" səhifəsində ictimai fəal, şəhid qardaşı Elyar İslamoğlu giley edir.

"4 gün gözləmişəm, Azərbaycan Beynəlxalq Bankı həmin məbləği balansıma yükləmir..." deyə gileyini davam etdirən şəhid qardaşı daha sonra qeyd edir:

"Az öncə zəng etmişəm, operator deyir ki, 33 iş günü gözləməlisiniz, sonra məbləğ geri ödənilə bilər.

Beynəlxalq Bank, bu nə biabırçı, rəzil qaydalardır?

Dərhal geri ödənilən pulumu niyə hesabıma qaytarmırsınız?

P.S. Daha əvvəl eyni problemlə qarşılaşan, fərqli bank müştərilərinin pulu bir neçə saat sonra hesabına geri yüklənib..."

Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Agentliyin icbari tibbi sığorta OYUNU – Xəstələri get-gələ salan BƏHANƏLƏRƏ son qoyulacaqmı?

2021-ci il aprelin 1-dən etibarən bütün ölkə ərazisində icbari tibbi sığortanın tətbiqinə başlanılıb. İki ildən çox müddət keçsə də, vətəndaşlar ölkə üzrə tətbiq olunan icbari tibbi sığortadan tam yararlana bilmir. Daha doğrusu bu xidmətdən istifadə etməyə çalışan vətəndaşlar İcbari Tibbi Sığorta Agentliyi tərəfindən incidilir. Hazırda bu sahədə narazılıqlar bitmir.

“Sizin xəstəlik sığorta paketinə daxil deyil” BƏHANƏSİ...

Narazılıqların çoxu isə sığorta paketi ilə bağlıdır. Bu gün əksər xəstəyə “sizin xəstəlik sığorta paketinə aid deyil” deyə bəhanələr gətirilir. Halbuki araşdıranda tibbi xidmətin icbari tibbi sığortanın xidmətlər zərfinə aid olduğu ortaya çıxır. Sübut etməyə çalışanda isə qarşı tərəf müxtəlif əsassız bəhanələr gətirir. Bəzən də xidmətlər zərfindəki bilgilərdən o qədər də məlumatlı olmayan vətəndaşlar bilərəkdən aldadılr. Bir sözlə əməkhaqqından tibbi sığorta üçün vəsait tutulan vətəndaş icbari tibbi sığortadan haqqı qədər yararlana bilmir. Daha doğrusu əngəllərlə qarşılaşır.

Agentlik vətəndaşın haqqı olan tibbi sığortasını niyə qarşılamır?

Bu günlərdə buna bənzər hal Sumqayıt sakininin başına gəlib. İnsult keçirən vətəndaş TƏBİB-in təcili yardım briqadası ilə Sumqayıt Tibb Mərkəzinə aparılıb. Xəstəxanadan bildirilib ki, müəssisəsdə xəstəyə tibbi xidmət göstərilməsi üçün lazım olan avadanlıqlar yoxdur. Bu səbəbdən ağır durumda olan xəstə yenidən təcili tibbi yardım briqadası ilə “Sumqayıt hospital”a aparılıb.

Hospitalda 4 gün statisionar qaydada yatırılıb və xərcləri öz hesabına qarşılanıb. Özəl tibb müəssisəsinin günlük qalma xərcləri baha olduğu üçün ailə icbari tibbi sığortadan yararlanmaq qərarına gəlib. Müvafiq qaydalarla hospitalın sığorta bürosu tərəfindən Agentliyə müraciət edib. Amma Agentlik xəstənin hospitalda aldığı xidmətlərin dəyərini qarşılamaqdan imtina edib.

Halbuki icbari tibbi sığortadan istifadə qaydalarıda qeyd olunub ki, təcili və təxirəsalınmaz hallarda tibbi yardım üçün vətəndaş göndəriş vərəqəsi olmadan birbaşa özəl tibb müəssisəsinə müraciət edə bilər. Burada vətəndaşa göstərilən tibbi xidmət icbari tibbi sığortaya daxildirsə, Agentlik tibbi xidmətin dəyərini qarşılayır.

Bəli, onu da araşdırdıq ki, xəstəyə göstərilən tibbi xidmət, yəni stasionar yatış icbari tibbi sığortanın xidmətlər zərfinə daxildir. Üstəlik “Sumqayıt Hospital” İcbari Tibbi Sığorta Agentliyinin müqavilə bağladığı özəl tibb müəssisələrinin siyahısına aiddir. Yəni bəhs etdiyimiz xəstənin icbati tibbi sığorta xidmətlərindən yararlanmaq hüququ var.

Nəticə etibarilə xəstəyə bu imkanlar tanınmayıb və əməkhaqqından tibbi sığorta üçün vəsait tutulan vətəndaşın haqqına girilib.

Maraqlıdır, dövlət tərəfindən İcbari Tibbi Sığorta Agentliyinə pul ayrılır. Vətədaşların əməkhaqqından, işlədiyi müəssisənin büdcəsindən pul tutulur. Bəs hanı bu vəsaitlər? Niyə aidiyyəti üzrə xəsrclənmir? Vətəndaşların haqqına niyə girilir?

Məsələ ilə bağlı İcbari Tibbi Sığorta Agentliyi hələki sorğumuzu cavablandırmayıb. Qurumdan Bizim.Media-ya bildirilib ki, məsələ ilə bağlı müvafiq departamentlərə məlumat verilib.

Həkimlərimiz tibbi sığortanı qəbul etmək istəmirlər...

Milli Məclisin deputatı Razı Nurullayev icbari tibbi sığortanın təkmilləşdirilməsinə ehtiyac olduğunu vurğulayıb:

“İcbari tibbi sığorta özünü doğrultmadı deyə bilərik. Amma başqa alternativ də yoxdur. Bütün dünyada icbari tibbi sığorta var və bizdə də tətbiq olunmalıdır. Söhbət icbari tibbi sığortanın daha da təkmilləşdirilməsindən gedir. Mənim özümə də icbari tibbi sığorta ilə bağlı xeyli müraciətlər olub. Hətta qarşılaşdığım problemlə bağlı birbaşa TƏBİB və Agentlik rəhbərliyi ilə əlaqə saxlamışam, məsələ həll olunub.

Hesab edirəm ki, ümumiyyətlə problem yaşanmamalıdır. Doğrudan da elə olub ki, vətəndaş xəstə valideynini dövlət xəstəxanasına aparır. Onlar onu müxtəlif bəhanələr altında başlarından edib göndərirlər.

Çünki icbari tibbi sığorta ilə bağlı olan xəstələr onlara maraqlı olmur. Azərbaycanda həkimlər əvvəllər başqa sistmlə çalışıblar və pulu birbaşa əllərinə alıblar deyə tam olaraq icbari tibbi sığortanı qəbul etmək istəmirlər. Nümunə üçün bir taksi çağırın və kartla ödəmək istəyin, sürücü dərhal imtina edəcək. Çünki qazancını birbaşa əlinə almaq istəyir. Bu gün xəstəxanalarda da eyni prinsipdir”.

Dövlət xəstəxanalarında tibbi avadanlıq çatışmazlığı gülməlidir...

Deputatın sözlərinə görə müasir dövrdə dövlət müəsissələrində hansısa tibbi avadanlıqların olmaması və ya işləməməsi gülməlidir:

“Dövlət xəstəxanaları daha yaxşı tibbi avadanlıqlarla təmin olunmalıdır. Əksinə özələ müraciət edənlər dövlət tibb müəssisəsinə göndərilməlidir. Bu baxımdan TƏBİB və İcbari Tibbi Sığorta Agentliyinə çağırış edirəm ki, bu məsələyə həm aydınlıq gətirsinlər, həm də həlli ilə bağlı işlər aparsınlar ki, vətəndaşlar çətinliklərlə üzləşməsinlər. İstənilən halda Azərbaycanda icbari tibbi sığortanın oturuşması üçün illər lazım olacaq”.

Qiymətlərlə bağlı ağır şərtlər qoyulub...

Deputat Rüfət Quliyev də icbari tibbi sığortanın əlçatan və rahat olması üçün dövlət xəstəxanalarının müasir tibbi avadanlıqlarla təchiz olunmasını vacib sayır:

“İcbari tibbi sığorta ilə bağlı ötən ilə nisbətən inkişaf var. Deməzdim ki, sıçrayışlı inkişafdır. Burada problem başqadır. Əgər dövlət xəstəxanalarını əsaslı təmir və təmin etsək, xüsusi cihazlarla təchiz etsək o zaman icbari tibbi sığortaya işləmək, eləcə də əhaliyə kömək etmək daha rahat olar.

Düzdür, bütün dünyada dövlət xəstəxanalarının normal fəaliyyəti ilə bağlı ciddi problemlər var. Amma o demək deyil ki, bu problemləri çözmək mümkün deyil. Məsələyə köklü surətdə yanaşmaq lazımdır. Özəl xəstəxanalarımızda isə vəziyyət müqayisəyə gəlməz.

Bu xəstəxanalarda qiymətlərlə bağlı ağır şərtlər qoyulub. Xəstə daxil olmadan ondan 5 min, 7 min və ya daha yuxarı məbləğdə depozit tələb etmək ağır şərtdir. Bəzən xəstə yaxını bu məbləği gecə tapıb xəstəxanaya verir. Fikrimcə, yeganə həll yolu dövlət xəstəxanalarının sürətlə təmiri və yeni avadanlıqlarla təchiz olunmasıdır”.

Digər deputatların da narazılığı...

Xatırladaq ki, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov da zaman-zaman icbari tibbi sığortanın təbiqində yaranan problemlərə toxunub. Onun sözlərinə görə narahatedici məqam icbari tibbi sığortanın xidmətlər zərfində 2500-dən çox xidmətin olması ilə bağlıdır. Çünki bir çox xəstəlik üzrə xəstələr uzun müddət növbə gözləyir.

Əhliman Əmiraslanov bildirib ki, elə klinikalar var ki, orada bəzi tibbi avadanlıqlar ya dayanıb, ya dayanmaq üzrədir.

Milli Məclisin deputatı Afət Həsənova isə icbari tibbi sığorta ilə bağlı həkimlərin qəsdən problemlər yaratdığını dilə gətirmişdi. O, bir sıra vətəndaşların onlar üçün lazımi tibbi xidmətlərin siyahıda yer almaması, bəzi vətəndaşların isə həkimlər tərəfindən qəsdən get-gələ salıb pul qazanması üçün icbari tibbi sığortadan yayındırdıqlarını qeyd etmişdi.

Alçina Amilqızı, Bizim.Media

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO