[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nazir müavini yenə də İTTİHAM HƏDƏFİDİR... - Amma buna rəğmən...

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimovun adı son vaxtlar daha çox qalmaqallarda hallanır. Bu barədə sosial şəbəkələrdə informasiya yayılıb.

Qeyd edək ki, nədənsə Vüqar Kərimov ETSN rəhbərliyi tərəfindən himayə olunur. Yəni nazir müavininə qarşı, yəni onu hətta hüquq-mühafizə orqanlarının hədəfinə çevirəcək açıq faktlar qarşılığında belə ETSN şefi Muxtar Babayev nəinki tədbir görmür, əksinə Kəriimov tam şəkildə müdafiə olunur. Ki, bu da onun əslində nazirlikdə "qara kassa" funksiyasını icra etməsi ilə əlqələndirilir.

İndi isə Vüqar Kərimovla bağlı yeni ittihamlar səslənib. Daha ətraflı aşağıdakı videoda:

Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dövlət qurumlarının "cari təmir" xərcləri və qalib gələn naməlum şirkətlər

Dövlət satınalmalarının rəsmi portalında tez-tez müxtəlif qurumların az müddətdə bir neçə dəfə “cari təmir işləri” adı ilə müqavilə imzaladığı müşahidə olunur.

Bu cür “cari təmir işləri üzrə” satınalmaları əsasən dövlət orqanlarının əyalətlərdəki struktur bölmələrində görmək olur.

Məsələn, 2022-ci ilin martında Ədliyyə Nazirliyinin Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsinin inzibati binasında cari təmir işlərinin satınalması ilə bağlı "Uğur Tikinti" MMC ilə dəyəri 27 min 103 manat olan müqavilə imzalayıb. Bundan 6 ay sonra yenə eyni şirkətlə, eyni iş üzrə 17 min 538 manat dəyərində müqavilə bağlanıb. Bundan 1 il sonra isə eyni şirkətlə bu dəfə 18 min 887 manat olan satınalma müqaviləsi imzalanıb.

İki il ərzində idarənin təmirinə toplam 63.528 manat xərclənib.

2022-ci ilin dekabrında Göyçay Rayon İcra Hakimiyyəti inzibati binada cari təmir işləri adı altında "Assa-18" MMC ilə dəyəri 9 min 942 manat olan satınamla müqaviləsi imzalayıb. Bunun üzərindən 1 il keçməsi, yeni “inzibati binada cari təmir işləri” adı altında bu dəfə "Göyçay İnşaat" MMC ilə dəyəri 7 min 694 manat olan satınalma müqaviləsi imzalanıb. İcra Hakimiyyəti iki il ərzində cari təmir işlərinə toplam 17.636 manat xərcləyib.

Maliyyə Nazirliyinin Lənkəran Şəhəri üzrə Maliyyə İdarəsi 2020-ci ildə “S.M.K. MMC” MMC ilə cari təmir işlərinin satınalınması üzrə 8 min 357 manat dəyərində müqavilə imzalayıb. Bundan 5 ay sonra isə eyni şirkətlə, eyni iş üzrə 13 min 825 manat dəyərində digər müqavilə imzalanıb. Bundan 1 il sonra isə idarə "Şahin-R" MMC ilə cari təmir işləri üzrə dəyəri 16 min 596 manat olan daha bir müqavilə imzalayıb. İki il ərzində təmirə ümumilikdə 38.778 manat xərclənib.

Açıq mənbələrdə şirkətlərin ixtisaslaşdığı sahələr və resursları ilə bağlı məlumat yoxdur. Əlaqə vasitələri də olmadığı üçün onlarla əlaqə saxlamaq mümkün olmayıb.

Ədliyyə Nazirliyinin Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsinin məsləhətçisi Elnur Axundov Abzas Media-ya deyir ki, inzibati bina hissə-hissə təmir olunduğu üçün müqavilələr ard-arda olur:

“Bizdə 4 mərtəbəli inzibati binadır. Hər il bir mərtəbəsi təmir olunur. Əsaslı təmir üçün lazım olan vəsait ayrılmır deyə, biz onu hissə-hissə edirik. İlin əvvəlində planlaşdırılır hansı işlər görüləcək və vəsait ayrılır".

Tenderdə qalib gələn "Uğur Tikinti" MMC haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinməsə də, E. Axundov bildirir ki, şirkət öz resursları ilə bağlı qanunvericilikdə tələb olunan bütün sənədlərini onlara təqdim edib.

"Ona görə bu 3 tender müqaviləsi onlarla imzalanıb. Tenderdə başqa şirkətlər iştirak etsə də, ən səmərəli qiyməti onlar təklif ediblər” – deyə o, bildirib.

Göyçay Rayon İcra Hakimiyyətinin baş mühasibi Musa Salahov deyir ki, icra hakimiyyətinin inzibati binası əsaslı təmir olunmadığına görə tez-tez bu istiqamətdə müqavilələr imzalanır:

“Bina köhnədir, əsaslı təmir olunmayıb. Əsaslı təmirlə cari təmirin fərqi var. Əsaslı təmir olunmayanda, hər il cari təmir işləri ola bilər. Biz bilmirik əsaslı təmir üçün nə vaxt vəsait ayrılacaq, amma əgər dövlət büdcəsindən əsaslı təmir üçün maliyyə ayrılsa və təmir aparılsa, artıq növbəti illərdə cari təmir işlərinə ehtiyac olmayacaq” – deyə o, bildirib.

Məsələ ilə bağlı suallar ünvanlamaq istəsək də, nə Maliyyə Nazirliyindən, nə də Nazirliyin Lənkəran Şəhəri üzrə Maliyyə İdarəsindən zənglərimizə cavab verilməyib.

İqtisadçı Rəşad Həsənov deyir ki, bütün dövlət qurumlarının saxlanma xərcləri olur. Ancaq "cari təmir" adı ilə bağlanan müqavilələr bəzən digər məqsədlər üçün də istifadə edilir:

“Ona görə də, alınan bütün detallar parametrinə, detalına, keyfiyyətinə qədər ictimailəşdirilməlidir. Qalib şirkətin də hansı şərtlərlə qalib olduğu bidirilməlidir. Hətta tenderdə qalib olmayan şirkətlərin təklifləri də tender bitdikdən sonra açıqlanmalıdır. Bu məlumatlar ictimailəşdirilməlidir ki, hər kəs müqayisə aparıb şərtlərin real bazara uyğun olub-olmamasını aydınlaşdıra bilsin. Prosesin ədalətli aparılıb-aparılmaması müzakirə predmetinə çevrilməlidir”,-o bildirir.

Tenderlərə baxdıqda aydın olur ki, qısa müddətdə ard-arda keçirilən tenderlərin qalibləri eyni şirkətlər olur. İqtisadçı hesab edir ki, bu yanlışdır:

“Müxtəlif xarakterli təmir satınalmalarının bir şirkətə ötürülməsi xərcləri daha da böyüdür. Şirkət işi ümumi götürəndə işi subpodratçılara ötürəcəyini düşünüb, özünün komissiyasını da bu xidmətin üzərinə qoyur. Ancaq gələcəkdə bu xidmətin özündə iştirak edəcək o şirkətlər özləri birbaşa tenderdə iştirak etsələr, bu komissiyadan da yayınmaq olar”,- deyə iqtisadçı bildirib.

Mənbə: Abzas.org

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Lənkəranda sakinlər NƏDƏN NARAZIDIR? - MÜRACİƏT

Yerli sakinlər Anaxeber.info-ya məlumat veriblər ki, Qala xiyabanında səki sayılaraq əyləncə mərkəzi tikilməsi üçün peşkəş olunub. Onun yaxınlığında isə avtobus dayanacağının yarısı dönər dükanı üçün pay-püş olunub. Həmçinin üzbəüzdəki parkın ərazisində iri bir tikinti aparılır. Heç bir arxitektura normaları gözlənilmədən, şəhərin mərkəzində sıxlıq yaradan, piyadaların yolunu kəsən bu tikintilər yerli icra hakimiyyəti tərəfindən verilən sərəncamlar əsasında aparılır. Nəticədə Lənkəranın həm mərkəzi küçələri satılıb, artıq necə deyərlər, barmaq qoymağa yer qalmayıb, həm də kənar ərazilər tikintilərə qurban verilib. Ümumiyyətlə, Lənkəranda son illər yöndəmsiz, uğursuz və tikinti normalarına uyğun olmayan inşaat işləri şəhəri başına alıb. Əfsuslar olsun ki, icra başçısı Taleh Qaraşov bu tikintilərə rəvac verir. Halbuki Lənkəranda görməli vacib işlər var: yöndəmsiz tikintilərə son qoymaq, yolları asfaltlamaq, küçələri işıqlandırmaq, səliqə-sahmana diqqət yetirmək... Xüsusən də yollar bərbad vəziyyətdədir. Eyni zamanda, küçələri sahibsiz itlər bürüyüb. Şəhərin mərkəzi yolları sahibsiz itlərlə doludur. İnsanlar, xüsusən məktəblilər hərəkət edə bilmirlər. Ancaq bu problemi də həll etmirlər. Sanki Lənkəran hansısa ucqar bir dağ kəndidir. Axı bu şəhər həmişə müasir olub və seçilib, ona göstərilən münasibət isə başadüşülən deyil. Lənkəranlılar da vəziyyətdən ciddi narazıdırlar. Onlar prezidentə məktub yazmağı planlaşdırır. Onu da deyək ki, bu günlərdə Lənkəranda olan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov da qarşılaşdığı mənzərədən heyrətə gəlmişdi və problemləri sosial media hesabında ictimailəşdirmişdi. Görünən odur ki, Lənkəranın qonaqları da, yerli camaatı da problemlərdən narazıdır, bircə....
Lənkəranda sakinlər NƏDƏN NARAZIDIR? - MÜRACİƏT
Lənkəranda sakinlər NƏDƏN NARAZIDIR? - MÜRACİƏT

Mənbə: Anaxeber.info
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO