[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
DYP-dən sürücülərə müraciət: Ciddi riayət edin!

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYPİ) və Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti (MKTB) sürücülərə təhlükəsizlik qaydalarına ciddi şəkildə riayət olunması üçün müraciət edib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, müraciətdə paytaxt ərazisində kommunal-təsərrüfat sahəsində çalışan işçilərin günün müxtəlif saatlarında yollarda xidmət etməsini nəzərə alıb hər bir sürücüdən son dərəcə diqqətli olmağı və bu sahədə olan əməkdaşların, xüsusilə paytaxtın mərkəzi küçə və prospektlərində, hərəkət sürəti yüksək olan yollarda xidmətlərini nəzərə almağı xahiş edilir.

"Təbii ki, bütün piyadaların yol hərəkətinin təhlükəsizliyi qaydalarına ciddi şəkildə riayət etməsi həyati əhəmiyyətli və vacibdir. Lakin unutmaq lazım deyil ki, piyadaların təhlükəsizliyə ciddi şəkildə riayət etməsi ilə yanaşı, sürücülərin də hərəkət iştirakçılarına münasibəti son dərəcə diqqətli olmalıdır. Kommunal sahədə çalışan əməkdaşların avtomobil işığını əks etdirən xüsusi geyim forması və nişanlarla təchiz olunmasına baxmayaraq, müəyyən sürücülərin diqqətsizliyi bəzən xoşagəlməz ağır hadisələri də qaçılmaz edir. İlk öncə, paytaxtın mühitinə, relyefinə düzgün yanaşmağı, ətraf mühiti çirkləndirməməyi, kommunal sahədə çalışan əməkdaşların əziyyətini artıran hərəkətlərə yol verməməyi və yollarda bu növ xidməti göstərən şəxslərə qarşı diqqətli olmağı xahiş edirik", - müraciətdə qeyd olunub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda 48 il əvvəl inşa edilən beşmərtəbəli bina ÇÖKÜR – Sakinlər niyə KÖÇÜRÜLMÜR?


Bakı şəhəri, Xətai rayonu Nəsrəddin Tusi küçəsi, bina 25 və 27 qəzalı vəziyyətdədir.

Bizim.Media-ya bu barədə bina sakinləri müraciət ediblər.

Onların dediklərinə görə, qəzalı vəziyyətdə olan hər iki bina gün keçdikcə çökür və bu binalarda yaşamaq təhlükəli hal alıb. Binaların üzlük daşları qoparaq yerə tökülür. İçərisində isə çatlar və deformasiyalar baş verib. Bu isə həm bina sakinləri, həm də ətrafdan keçənlər üçün ciddi təhlükə yaradır. Şikayətçi sakinlər başqa əraziyə köçürülmələrini tələb edirlər.

“Bina 2000-ci ildə zərər görüb”

Saytımıza danışan Xətai rayon sakini Mirəli Mirsucayev sözügedən binaların 1975-ci ildə inşa edildiyini, təbii fəlakətlər zamanı isə bir neçə dəfə zərər gördüyünü bildirib:

“Eşitdiyimə görə elə o vaxtlar da bu binalar müəyyən standartlara cavab vermədiyinə görə heç kim bura köçmək istəməyib. Mən özüm bura 2003-cü ildə köçmüşəm. 2000-ci ilin zəlzələsində hər iki bina ciddi zərər görüb və müəyyən dəmir konstruksiyalarla bərkidilərək yenidən istismara verilib. O vaxtdan bu günə qədər 23 il keçib. İki ay bundan əvvəl baş verən zəlzələ zamanı da binalardakı fəsadlar özünü göstərmiş oldu. Gəlib özünüz də şahid ola bilərsiniz.

Beşmərtəbəli hər iki bina əyilib və çöküb, mənzillərin dəmir qapıları deformasiyaya uğrayaraq bağlanmır. Binanın zirzəmisində qəzalı vəziyyətin olması isə daha qabarıq hiss olunur. Yəni, çökmə gözlə görünür və bunun üçün mütəxəssis olmağa ehtiyac yoxdur. Təbii ki, bu vəziyyət biz sakinləri həyəcanlandırıb”.

“İllərdir ki, müaricətlərimizə məhəl qoyulmur”

Şikayətçi qeyd edib ki, dəfələrlə aidiyyəti icra hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinə müraciət edilib. Amma illərdir ki, müraciətlərə məhəl qoyulmur:

“Aidiyyəti qurumlara çoxsaylı məktublar ünvanlamışıq. İki gün əvvəl Xətai Rayon İcra Hakimiyyətinin əməkdaşları əraziyə gəlmişdilər. Bildirdilər ki, özləri cavabdeh qurumlara rəsmi məktubla müraciət edəcəklər.

Məsləhət bildilər ki, biz də öz növbəmizdə Fövqəladə Hallar Nazirliyinə müraciət edək. Onların qiymətləndirmə komissiyası gəlib baxsın və rəsmi surətdə binanın qəzalı vəziyyətdə olması ilə bağlı rəy versinlər. Biz üzərimizə düşənləri etmişik, qalır qarşı tərəfin iş görməsinə... Ümidimiz Allaha qalıb...”, - deyə şikayətçi əlavə edib.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin rəsmisi Pərviz Aslanov Bizim.Media-ya bildirib ki, Xətai Rayon İcra Hakimiyyətinə müraciət etməliyik:

“Sakinlərin şikayətləri olubsa, məsələyə Xətai İcra Hakimiyyətinin Fövqəladə hallar komissiyası baxır. Bu komissiya artıq neçə illərdir ki, fəaliyyətdədir. Əgər onlar da Fövqəladə Hallar Nazirliyinə müraciət ediblərsə, məktubun tarixini desinlər ki, görək məsələ nə yerdədir”.

Xətai Rayon İcra Hakimiyyətindən isə heç bir rəsmi şəxslə əlaqə yaratmaq mümkün olmayıb. İcra hakimiyyətinin rəsmisi Pənah İmanov isə məzuniyyətdə olduğunu bildirib.

Mövzunu diqqətdə saxlayacağıq...

Bizim.Media
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Keçmiş nazir icra başçısını TOPA TUTDU - "Ölkənin cənubuna getdim və..."


Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Lənkərana səfərində şəhərin bərbad gündə olduğunu görüb.

DİA.AZ Tribunainfo.az-a istinadla bildirir ki, sabiq XİN rəhbəri tənqidlərini sosial media hesabında yazıb.

“Ölkənin cənubuna getdim. Təbiət gözəldir…Amma Lənkəranın küçələrində niyə belə qarışıqlıq var? Mərkəz belə təmizlənmir, Lənkəran Dram Teatrının yanında zibil yanır…”
Qeyd edək ki, Lənkəran küçələri səliqə-sahmansız, yollar bərbad, şəhərin mərkəzi və ara küçələri asfalt üzünə həsrətdir. Amma icra başçısı Taleh Qaraşov illərdir ki, Lənkəran üçün bir addım atmır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Su qiyməti”nə satılan duru yağların ENDİRİM KAMPANİYASI - “Mağaza sahibləri ilə təchizatçılar arasında...”

“Təchizatçılar nağd pul ödəyərək daxil olduqları marketlərin sahiblərindən asılıdırlar”.

Gündəlik qida rasionumuzda duru yağların istifadəsi əsas yer tutur. Mağazalarda isə istənilən adda mənşəyi bilinməyən həmin məhsullar satışa çıxarılır.

Millitv.az bildirir ki, Yenicag.az-ın əməkdaşı paytaxtın müxtəlif marketlərində “endirim” şərtləri ilə ucuz qiymətə alıcılara təklif olunan, lakin tərkibi şübhə doğuran duru yağlarla bağlı araşdırma aparıb.

Marketlərdə apardığımız müşahidələrə əsasən, “Zateya” yağlarının 1 litri 2 manat 49 qəpiyə, 2 litri isə 4 manat, 89 qəpiyə, “Final” və ya “Möcüzə” günəbaxan yağlarının 1 litri uyğun olaraq 4.20 və 5 manat, 2 litrlik qarğıdalı yağlarının qiyməti 8 manat 99 qəpik və 12 manat 63 qəpiyə satılır.Marketlərdə “endirim” şərtləri ilə daha çox təklif edilən duru yağlar sırasında “Zateya” (2 manat 49 qəpik), “Yurdum” (2 manat 79 qəpik), “Maslova” (2 manat 39 qəpik), “Tac” (2 manat 45 qəpik) üstünlük təşkil edir. Eyni zamanda, Türkiyə istehsalı olan “Qidam” 6.29 manata, “Hünner” qarğıdalı yağı isə 6.29 manata satılır. Bununla belə, alıcılar üçün cəlbedici qiymətə satılan bu duru yağların keyfiyyəti ilə bağlı təbii ki, suallar yaranır.Həmin yağların keyfiyyəti qiymətlə nə dərəcədə uyğun gəlir?

Xalqxeber.az xəbər verir ki, bu barədə Yenicag.az-a danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun sözlərinə görə, marketlərdə endirimli şərtlərlə satılan duru yağların 80 faizinin keyfiyyəti sual doğurmasa da, həmin məhsulların təqribən 20 faizinə yönəlik şübhələr ola bilər:

“Azərbaycanda bu işlərə Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir. O baxımdan, alıcılar duru yağların keyfiyyətindən şübhələnməməlidir. Endirim kampaniyasının mahiyyəti istehlakçını dükana gətirmək və onun daha çox alış-veriş etməsinə şərait yaratmaqdır.

Bizdə olan məlumatlara görə, endirim kampaniyalarının təşkili istehsalçı şirkətlərin yox, öz satış həcmlərini artırmaq istəyən mağazaların işidir. Onlar bununla bağlı tədarükçülərə təzyiq edirlər və bu səbəbdən, onların arasında gərginlik yaranır. Çünki bu məsələni tənzimləyən müvafiq qanunvericilikdə müəyyən boşluqlar var.

Təchizatçılar nağd pul ödəyərək daxil olduqları marketlərin sahiblərindən asılıdırlar. Market sahibləri onların qarşısında “mən kampaniya təşkil edirəm və sən mənə tabe olmalısan” şərtini qoyur. Əks halda, həmin təchizatçını şəbəkədən çıxara bilərlər.

Bu gün satılmış malların pulunun ödənilməsi ilə bağlı cox ciddi problemlər yaşansa da, təchizatçılar səslərini çıxarmağa qorxurlar. Lakin bu məsələdə market sahibləri ilə təchizatçılar arasında ziddiyyətlər olsa da, istehlakçılar endirimli şərtlərlə satılan duru yağları qorxmadan ala bilərlər”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İcra Hakimiyyəti tarixi abidəni 47 minə satışa çıxarıb - AXI NİYƏ?


Şəki Şəhər İcra Hakmiyyəti Şəki şəhər Kommunal Təsərrüfatı İstehsalat Birliyinin tabeliyində olan 6 saylı hamam hərrac yolu ilə satışa çıxarılıb.
DİA.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, “Abdulxalıq Hamamı” adlandırılan 6 saylı hamam yerli əhəmiyyətli tarixi memarlıq abidəsi hesab edildiyi üçün Mədəniyyət Nazirliyi tərəfindən qeydə alınıb (İnv. № 4974) və dövlət tərəfindən qorunur.
“Abdulxalıq Hamamı”nın 19-cu əsrdə inşa olunduğu bildirilir. Ümumi sahəsi 220,6 kv. metr olan tarixi hamam Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 947 ünvanında yerləşir. Abidənin yerləşdiyi 471,1 kv. metr torpaq sahəsi də əmlak ilə birlikdə satışa çıxarılıb.
Tarixi hamamın ilkin satış qiyməti 47 min manat təşkil edir. Torpaq sahəsinin ilkin satı qiyməti isə 23 min manatdır.
İcra Hakimiyyəti tarixi abidəni 47 minə satışa çıxarıb - AXI NİYƏ?
İcra Hakimiyyəti tarixi abidəni 47 minə satışa çıxarıb - AXI NİYƏ?
İcra Hakimiyyəti tarixi abidəni 47 minə satışa çıxarıb - AXI NİYƏ?
İcra Hakimiyyəti tarixi abidəni 47 minə satışa çıxarıb - AXI NİYƏ?

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qəbələdə altı nəfərlik ailə niyə EVSİZ QALIB? - FOTOLAR


Altı nəfərlik ailənin beş otaqlı mənzili, iki gəlinin cehizləri günün günorta saatlarında kül olub.

Yenxeber.az Bizim.Media-ya istinadla xəbər verir ki, bir neçə gün əvvəl Fəvqəladə Hallar Nazirliyinə Qəbələnin Tikanlı kənd sakini Elçin Rəhimovun evinin yararsız vəziyyətə düşməsi və altı nəfərlik ailəsinin yaşayış yerinin olmaması barədə məlumat daxil olub.

Nazirliyin Şimal-Qərb regional idarəsinin əməkdaşları sözügedən ünvanda sakinin ailəsi üçün çadır sığınacaq quraşdırıb.

Sirr olaraq qalır...

Bir neçə gün əvvəl Rəhimovlar ailəsinin mənzili günorta saatlarında naməlum səbəbdən yanıb. Ailə başçısı Elçin Rəhimov bildirir ki, sadə, zəhmətkeş adamdır və evi 25 ilə inşa edib. Bir müddət əvvəl evi təmir edib və oğlunu evləndirib.

Evin xanımı Sənubər Rəhimovanın sözlərinə görə, hadisə baş verəndə o, hüzur yerində olub, oğlu isə günorta evə gələrək nahar edib və dərhal çıxıb. Yanğının hansı səbəbdən baş verdiyini heç Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da müəyyən edə bilmir.

“İki aydır mənim oğlum evlənib. Heç qapımızdakı qırmızı açılmayıb. İki gəlinimin cehizi yanıb, kül oldu. Evdən bir dənə iynə belə çıxara bilməmişik”. Bilmirik ki, yanğın niyə baş verib. 25 illik zəhmətimiz hədər getdi. Gəlinlər atası evində, biz isə bu sığınacaqda qalırıq”.

Bütün əşyalar yanıb kül oldu

Sənubər Rəhimova deyir ki, evdə iki gəlinin bütün cehizliyi, ümumiyyətlə, bütün əşyalar tamamilə yanıb. İki oğul anası olan Sənubər xanım oğlanlarından birinin 44 günlük Vətən Müharibəsində igidliklə vuruşduğunu, Şuşaya kimi getdiyini deyir.

Fövqəladə Hallar Nazirliyinin ailə üçün müvəqqəti çadır quraşdırmasını minnətdarlıqla qarşılayan Rəhimovlar bu çətin günün uzun çəkməcəyinə inanır.

Məsələ ilə əlaqədar Tikanlı kənd icra nümayəndəsi Azər Rəfiyev bildirib ki, 6 nəfərlik ailənin mənzilsiz qalması onların başlıca qayğısıdır. Yerli qurum olaraq ailənin mənzilinin bərpası üçün el-obanı bir araya gətirmək, imkanlı şəxsləri bu işə cəlb etmək istiqamətində iş aparılır.

Eyni zamanda ailənin adına bank hesabı açılıb və ianələr həyata keçirmək üçün lazımı şəxslərə müraciətlər olunur. İcra nümayəndəsi onu da diqqətə çatdırıb ki, bu cür yanğın hadisələrini, xüsusən təbii fəlakətləri nəzərə alıb əmlakların sığorta işlərini aparmaq vacibdir.
Qəbələdə altı nəfərlik ailə niyə EVSİZ QALIB? - FOTOLAR
Qəbələdə altı nəfərlik ailə niyə EVSİZ QALIB? - FOTOLAR
Qəbələdə altı nəfərlik ailə niyə EVSİZ QALIB? - FOTOLAR
Qəbələdə altı nəfərlik ailə niyə EVSİZ QALIB? - FOTOLAR
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezidentdən sərəncam: Araz çayı üzərində körpü...

Prezident İlham Əliyev Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolunun İran İslam Respublikası ilə bağlantısının və Araz çayı üzərində körpünün tikintisi işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamla Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolunun İran İslam Respublikası ilə bağlantısının və Araz çayı üzərində körpünün tikintisi işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 14,0 (on dörd) milyon manat ayrılıb.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Məktəb direktorundan şəhid xanımına: `O, hamıya şər atır` - NAZİRLİK NƏ DEYƏCƏK?

Şəhidlər müqəddəsdir, onlar bizim and yerimizdir. Onların əmanətlərinə sahib çıxmaq, adlarını uca tutmaq müqəddəs borcumuzdur.

DogruXeber.az: - Biz bu sözlərlə, bu tövsiyələrlə böyüdük. 11 il orta məktəbdə bizə bu öyrədildi. Eləcə də illərdir ki, məktəblərdə müəllimlər tərəfindən bütün hər kəsə birinci növbədə bunlar aşılanır. Müəllim adının müəssisəliyi həm də insanlara lap kiçik yaşlarından müqəddəs dəyərlərimizi hər kəsə tanıtmasında, sevdirməsindədir.

Amma, nə yazıq ki, bəzən nəfs və şəxsi maraqlar o, qədər gücü müqəddəs dəyərlərimizi müəllimin özünə belə unutdura bilir.
Yox, təbii ki, bunu bütün müəllimlərə şamil etmirik, amma təəssüf ki, belə istisnalar da az deyil.
Məktəb direktorundan şəhid xanımına: `O, hamıya şər atır` - NAZİRLİK NƏ DEYƏCƏK?

Birinci növbədə ordan başlayaq ki, illərdir məktəblərdə dəyişdirilməsi mümkün olmayan "qaydalar"dan biri şagirdlərdən müxtəlif bəhanələrlə pul yığılmasıdır. Bu qanunlara zidd olunsa da müəyyən tədbirlərdə, müxtəlif bayramlarda hələ də "mental dəyər" kimi davam etdirilir, baxmayaraq ki, mental dəyərlərimizin əksəriyyəti artıq sıradan çıxarılıb, unudulub.

Bir neçə il əvvəl məktəbli forması qaydasının məktəblərdə yenidən tətbiq olunması barəsində müzakirələrə başlanıldıqda, bütün valideynlər həm başları ilə, həm dilləri ilə bunu razılıq edərək, televiziya ekranları qarşısında oturub, az qala bu barədə danışan ekspertlərlə dialoq qururdular: "Ay sağol, Allah atana rəhmət eləsin, sovetin vaxtında eləydi, heyf deyil o, günlər? varlının-kasıbın balası seçilmirdi" kimi cümlələrlə bu qaydanın yenidən tətbiq olunması üçün ikiəlli razılıq edirdilər.

Amma, təəssüflər olsun ki, bu qayda heç də gözlənildiyi, yaxud sovetlər dönəmində olduğu kimi sərfəli olmadı. Məktəbli formalarına elə qiymət qoyuldu ki, ala bilməyən xalqın öz dili ilə desək, kasıb balaları ümumiyyətlə məktəbə gedə bilmədi. Çünki, olanını geyinib getmək ixtiyarı yox idi, məktəbli forması da baha. Üstəlik də yalnız məktəb direktorunun tövsiyyə etdiyi ünvandan alınmalı idi.

Əlqərəz...

Güya bütün bunları nəzərə alan hazırkı Elm və Təhsil naziri Emin Əmrullayev çıxışlarından birində imkansız ailələrin övladlarının onların tərəfindən məktəbli forması ilə təmin olunacağını deyib. Bu xəbərə sevinən İmişli rayon sakini, şəhid xanımı Adilə Babaşova üz tutub nəvələrinin təhsil aldığı İmişli şəhər Nizami Gəncəvi adına 2 nömrəli tam orta məktəbinə. Məktəbin direktoru Fami Fərəcov bildirib ki, "bizdən siyahı istədilər 50 uşaq adının siyahısını verdik, amma cəmi 4 dəst geyim veriblər, onun ikisini sənin nəvələrinə verəcəm." Lakin, bir neçə gün sonra verdiyi sözü danan direktor Famil müəllim xanıma aqressiv cavab verib ki, "paltar yoxdur, mən sənə söz verməmişəm".

Uzun sözün qısası, xanımın sözlərinə görə Famil müəllimin onun üstünə qışqırmasından sonra, utanıb, daha bir də geyim üçün getməyib.

Amma, bu məktəbin problemi bununla bitmir ki...

Xanımın sözlərinə görə bir neçə ailə övladını 2 nömrəli məktəbdən çıxarıb, başqa məktəbə keçiriblər ki, direktor şagirdlərin yanında nalayiq ifadələr işlədir. Xanım bunu Famil Fərəcova dedikdə, hər kəlməsində 34 ildir direktor olduğu ilə öyünən Famil müəllim rişxəndlə "5-i gedir, yerinə 50-si gəlir" deyə cavab verib.

Şəhid xanımı redaksiyamıza təkrar müraciət edərək, noyabr ayının 7-də məktəbdə keçiriləcək tədbir üçün yenə də hər şagirddən 1 manatdan pul yığılması, həmçinin şagirdlərdən həmin gün ağ köynək və ağ şalvar geyinmələri, həmçinin ağ köynəklərin arxasında şəhid şəkillərinin vurulması tələb olunur ki, təbii olaraq, bunun üçün də valideynlərdən xərc tələb olunur.

"DogruXeber.az" informasiya agentliyinin rəhbəri, eyni zamanda agentliyin tabeliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalında canlı yayımlanan "Kamalın zamanı" proqramının aparıcısı Kamal Əsgərov elə canlı efirdə məktəbin direktoru Famil Fərəcova zəng edib, xanımın narazılıqları barəsində mövqeyini və tez-tez şagirdlərdən pul yığılması barəsində hər hansı bir açıqlamasının olmasını soruşdu.

Verilən suallara ötəri cavab verib, geyim üçün məsuliyyəti nazirliyin üzərinə yönəldirən Famil Fərəcov tələm-tələsik keçid aldı şəhid xanımı barəsində fikirlər bildirməyə.

Deyir, "O, qadın yalan danışır, şər-böhtan danışır, o, hamıya şər atır. Hələ onun barəsində başqa şeylər də bilirəm, özüm demirəm".

Tarixini, milli dəyərlərimizi, gələcəyimizi yaşadacaq olan uşaqlara bütün bunları təbliğ etməli, öyrətməli olan məktəb direktorunun Şəhid xanımı barəsində onun işlətdiyi bu ifadə izləyicilərimiz də təsdiq edər ki, birmənalı səslənmir və şəhidin yadigarı olan, atasız iki igid böyüdən qeyrətli Azərbaycan xanımı barəsində uyğunsuz fikir formalaşdırır.

Məktəb direktorunun bu cavabını efirdən izləyən xanım redaksiyamız ilə telefon əlaqə saxlayaraq, Famil Fərəcovun onun barəsindəki layiqsiz ifadəyə görə əsəbləşdiyi və səhhətində problem yarandığını bildirib.

Atalar burda deyib, "doğru deyəni 7 eldən qovublar". Tez-tez müxtəlif bəhanələrlə məktəbdə şagirdlərdən pul yığıldığını və bunu hər dəfə vermək imkanı olmadığını deyən şəxs, özü də şəhid xanımı ağzını açdı, narazılığını bildirdi, əvəzində isə məktəbin direktoru tərəfindən qanını qaraldacaq, cəmiyyət arasında adına uyğunsuz fikir yaradacaq ifadələr eşitdi.

Qeyd edək ki, bu barədə redaksiyamız tərəfindən aidiyyatı üzrə Elm və Təhsil Nazirliyinə göndərilməsi üçün sorğu hazırlanır.

Mövzuya təkrar qayıdacağıq!

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident Kamran Musayevi təltif etdi

Tanınmış ürək-damar cərrahı Kamran Musayev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Kamran Musayev Azərbaycan Respublikasında səhiyyə sahəsində xidmətlərinə görə təltif olunub.

Qeyd edək ki, bu gün K.Musayevin 50 yaşı tamam olur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rüşvət içində boğulan NAXÇIVAN SƏHİYYƏSİ... - DAHA BİR CAN ALDI...

Naxçıvan Perinatal Mərkəzində (keçmiş Doğum Mərkəzi) keçirdiyi əməliyyatdan bir gün sonra 43 yaşlı Sveta Xudiyeva vəfat edib.

Yaxınları onun ölümündə mərkəzin həkimlərini günahkar sayırlar. Onlar deyir ki, həkimlər 700 manat rüşvət alsınlar deyə, fiziki vəziyyəti əməliyyata hazır olmayan xəstəni bıçaq altına salıblar. Xəstənin əməliyyata hazır olması üçün isə, Bakıda təcili müalicəyə ehtiyacı var imiş. Yaxınları deyir ki, rüşvət əllərindən çıxmasın deyə, həkimlər onu Bakıya aparmağa imkan verməyiblər.
Rüşvət içində boğulan NAXÇIVAN SƏHİYYƏSİ... - DAHA BİR CAN ALDI...

DİA.AZ-ın məlumatına görə mərhumun oğlu Cəlil Xudiyev „Gündəlik Naxçıvan“a deyir ki, ölüm ayağında olan anasını görmək üçün həkimlər ondan əlavə olaraq, 260 manat rüşvət alıblar:
„Anam fibromadan əziyyət çəkirdi və əməliyyata ehtiyacı var idi. Lakin, oktyabrın 9-da mərkəzə gətirdikdən sonra məlum oldu ki, onun qan faizi çox aşağıdır, üstəlik ayaqlarında tromplar var. Bu şəkildə əməliyyata salmaq olmazdı. Tanış həkimlər bizə dedi ki, təcili Bakıya aparılmalıdır ki, əməliyyata hazır olması üçün bu problemlər aradan qaldırılsın. Ancaq, mərkəzin baş həkimi Kifayət Məmmədova və həkim – mama – ginekologu Nəzakət Gülməmmədova buna imkan vermədilər. Nəzakət Gülməmmədova dedi ki, 700 manat verin, 2-3 gün özümüz burada müalicə edib, sonra əməliyyata salacağıq. Sığortamız olduğunu bildirsək də, xeyri olmadı. Anamı itirməmək üçün 700 manatı verməyə razılaşdıq. Onu reanimasiyaya saldılar. Axşam evə qayıdarkən, anamla görüşmək istədik. Görüşə icazə vermək üçün baş həkim Kifayət Məmmədova şəxsən özü bizdən 260 manat aldı“.
Cəlil Xudiyev deyir ki, elə həmin gün həkimlər onlardan xəbərsiz anasını əməliyyat ediblər:
“700 manatı mənimsəmək üçün, heç bir müalicə aparmadan anamı bizdən xəbərsiz əməliyyata götürüblər. Bilə-bilə ki, yaşamaq şansı çox aşağıdır. Əməliyyatdan bir gön sonra oktyabrın 11-də anamın ölüm xəbərini verdilər. Bizim heç bir razılığımız, imzamız olmadan özbaşına hərəkət edib həkimlər. Buna görə onlar məsuliyyət daşıyır. Anam mərkəzin həkimlərinin acgözlüyü və məsuliyyətsizliyi üzündən ölüb. Buna görə adıçəkilən həkimlər məsuliyyət daşıyır”.
Babək rayon Qoşadizə məhəllə sakini Cəlil Xudiyev bildirir ki, anasının ölümünün araşdırılması üçün müvafiq qurumlara müraciətlər ünvanlayıblar.
Bir neçə ay əvvələ kimi Doğum Mərkəzi adlanan bu müəssisədə rüşvət və səhlənkarlıq ucbatından ana və körpə ölümləri ilə bağlı tez-tez şikayətlər olunur. Şikayətçilərin sözlərinə görə, doğuşa gələn xəstələrin hamısından ehtiyac oldu, olmadı 1000 manat rüşvət alıb, məcburi qeysəriyyə əməliyyatı edirlər. Bu pulu verməyənlər isə, körpələri ilə birlikdə ölümə tərk edilirlər.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO