[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Peşə Təhsili üzrə Dövlət Agentliyində MAAŞ BÖHRANI... - BU NƏDİ BELƏ?!

Yeni dərs ili başlayandan peşə məktəblərində çalışan müəllim, peşə təlimi ustalarının maaşları, həmçinin tələbələrin təqaüdləri ödənilımir.

Millitv.az Bizimxeber.az-a istinadla bildirir ki, hələ də sentyabr ayının maaşları ödənilməyib və nə zaman veriləcəyi sual altındadır.

Maaşların niyə ödənilmədiyi ilə bağlı nə peşə məktəblərinin direktorları, nə də Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbəri Ceyhun Kərəmov heç bir aydınlııq gətirmir.

Müəllim, usta və tələbələrin ciddi narazılığına səbəb olan bu vəziyyət artıq pik həddə çatıb. Krediti olan müəllimlərə banklar tərəfindən əlavə faizlər yazılır, gecikmələr hesablanır. Tələbələr təqaüd almadıqları üçün yol pulusuzdur.

Nəzərə alsaq ki, müəllimlər biznesmen deyil və başqa yerdən gəlirləri yoxdur, o zaman onların hansı çətin durumda olduğunu söyləməyə ehtiyac qalmır. Görünür, Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbəri Ceyhun Kərəmov və direkorların yaşamaq üçün başqa gəlirləri var, bu vəziyyət onları ilgiləndirmir.

Ümumiyyətlə, Peşə təhsili müəssisələrində dərs saatlarının anormal bölgüsü, bu zaman yaranan narazılıqlar, əmək haqqlarının, saatlara görə ödəmələrin düzgün hesablanmaması, vakant vəzifələrin direktorlar tərəfindən çıxdaş edilməsi, əvəzetmələrdən qazanılan pullar, mənimsəmə, direktor və müavinlərin, baş ustaların (?) dövlətin təhsil ocağını "qohumların yuvasına" çevirməsi, qohumlara yaşıl işıq yandırma, müəllimlərə ikili münasibət, adamı olmayan müəllimələrə qarşı sərt davranış, hətta qanunsuz olaraq həftədə bir neçə dəfə 11-13 saat dərs (müəllimi bir gündə 13 saat dərs deməyə məcbur etmə tamamilə qanununsuzdur və Əmək Müfəttişliyi bu məsələni ciddi araşdırmalıdır (?!) deməyə məcbur etmə və başqa halları mövcuddur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İki iri aqrobiznes bir şəxsə həvalə edilir – TƏYİNAT
Azərbaycanın şimal bölgəsində fəaliyyətdə olan “Yalama Aqropark”a və “Xaçmaz Aqropark”a yeni rəhbər təyin edilib. Şirkətin rəhbərliyi bir şəxsə həvalə edilib.

Rauf Mailov Afik oğlu “Yalama Aqropark” MMC-nin və “Xaçmaz Aqropark” MMC-nin baş icraçı direktoru təyin edilib.

Bu zamana qədər şirkətlərə müvafiq olaraq Sərdar Hacıyev Fəxrəddin oğlu və Mirrəhman Ağazadə İsa oğlu rəhbərlik edirdi.

Hər iki aqropark ölkənin ağartı məhsulları istehsalçısı “Milla Dairy” MMC-nin (əvvəlki adı “AZ FP CO LTD” MMC) strukturundadır.

Rauf Mailov 2023-cü ilin oktyabrından “Milla Dairy”da işə başlayıb. Hazırda o, şirkətin aqrobiznes qoluna rəhbərlik edir. Bundan öncə isə “Josera GmbH & Co.KG”nin regional direktoru idi.

“Yalama Aqropark”ın 27.2 milyon manat nizamnamə kapitalı var, Xaçmaz rayonunun Yalama qəsəbəsində yerləşir. Aqropark daxilində cins heyvandarlıq kompleksi, qarışıq yem və süd emalı zavodları, istixana kompleksi, intensiv bağçılıq təsərrüfatları var.

“Xaçmaz Aqropark”ın 6.7 mln. manat nizamnamə kapitalı var, əsas fəaliyyət istiqamətləri iribuynuzlu heyvandarlıq (südlük və ətlik) və əkinçilikdir. Müəssisədə məqsəd yüksək süd və ət məhsuldarlığı olan “Holstein friz” və “Simmental” cins heyvanlar bəsləməkdir.(Banker.az)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tovuzun düşmənlə ÜZBƏÜZ KƏNDLƏRİ... - REPORTAJ


Tovuzun Koxanəbi kəndi dağların qoynunda, meşəliklə əhatə olunmuş çox gözəl bir yerdədir. Lakin illər uzunu bu meşəlik kəndin kabusu olub. Yamaclar, talalar düşmən üçün asan hədəfə çevrilib. Əvvəllər sərhəd bölgələrində atəşkəsin pozulması haqda Müdafiə Nazirliyinin yaydığı hər iki xəbərdən birində Koxanəbinin adı çəkilirdi desək, şişirtmə olmaz. Kəndin üst tərəfi – Ermənistandır. Can, mal itkisi təhlükəsindən, tükənməyən həyat çətinliklərindən bezmiş sakinlərin bir qismi artıq evlərini tərk edib. Bir vaxtlar 50-dən artıq ailə yaşayan Koxanəbidə 20-dək ev boşalıb.

Kənddə qalanlar isə sosial qayğılarla çarpışmaqda davam edirlər. Onlar bütün çətinliklərə sinə gərərək, keçmiş firavan günlərinin qayıdacağına ümid edirlər.

Camaatın başlıca problemi içməli sudur. Kimi dindirirsənsə, bundan danışır. 81 yaşlı Əntiqə Əhmədova su sarıdan çox korluq çəkdiklərini deyir:

“Suyumuz yoxdu. Bircə bulaq var kəndin başında, əvvəllər qablara doldurub daşıyırdıq. İndi növbə yaradılıb, hərə bir gün şlanqını taxıb məhəlləsinə gətirir. 10-11 gündən bir növbə sənə düşür. O da heç qablarımzı doldurmağı çatdıra bilmirik. Məcburuq, maşınla gətirdək. Sahə suvarmaq üçün isə heç vaxt suyumuz olmayıb. Deyirlər, kənddə artezian qazılsa, su çıxar. Əvvəl gəlib-gedən olurdu, kömək olurdu. Heç nədə gözümüz yoxdu, bircə suyumuz gəlsə, təsərrüfatımızı saxlaya bilsək, dolanışığımız düzələr. Kəndli nə ilə dolanmaldı ki? Gərək əkə-becərə, məhsul götürə…”

Təsərrüfatlarda dəmyə torpaqlarda kartof, qarğıdalı əkməyə üstünlük verirlər. Məhsul yalnız yağışdan asılı olur. Düzdür, koxanəbililərə Qızıl Ulğun deyilən Kürətrafı ərazilərdə pay torpaqları ayrılıb, amma ora kənddən 50-60 kilometr aralıdır. Bu səbəbdən istifadəyə yaramır.

Sakinlər suyla bağlı problemlərinin həlli üçün bir neçə dəfə şifahi müraciət etdiklərini deyirlər. Onların sözlərinə görə, xahişlərini kəndə görüşə gələn icra hakimiyyəti rəhbərlərinə, deputatlara da çatdırıblar. Hamı söz verib, amma hələ nəticə gözləyirlər.

Digər dağətəyi kəndlər kimi, Koxanəbi camaatının da dədə-babadan əsas məşğuliyyəti maldarlıqdır. Su çatışmazlığı burda da öz sözünü deyir: həm insanlar, həm mal-qara eyni bulağın ümidinə qalıblar. Ancaq heyvan saxlamağın başqa çətinliyi var: kəndin ətrafı minalandığından, adamlar bu məşğuliyyətdən çox vaxt gəlir əvəzinə ziyan qazanırlar.

Kəndlilər indiyədək yüzədək malın ya minaya düşdüyünü, ya da erməni tərəfə keçdiyini söyləyirlər. 87 yaşlı Şamoy Hüseynov dağları göstərərək deyir:

“O hündür meşələr var ha, ora girmək qeyri-mümkündür. Odun lazım olanda da aşağılardan pulla alırıq. Meşəyə qalxmırıq. Müharibədən sonra meşə yandırılmasa, ordan minanın kökünü kəsmək olmayacaq. Bizdən düz Ağdamın (Tovuz rayonunun Ağdam kəndi – red.) Ağgölünə qədər hamısı minadı. O qədər mal qalıb bu meşələrdə, heç kim dalınca getməyib. Partlayanı partlayıb, itəni itib. Qonşumun bir gündə 5 inəyi, 1 camışı keçdi o tərəfə, tövləsi boş qaldı. Ona görə, bir inəyin də olsa, gərək qabağında durub otarasan”.

Şamoy kişi özü həyətində toyuq-cücədən başqa daha heç nə saxlamır. İki dəfə inəkləri minaya düşdəndən sonra qalan heyvanlarını aparıb bazara satıb.

Gülşən Məmmədova şəhid anasıdır. Övladı Birinci Qarabağ müharibəsində kəndin ilk şəhidi olub. Ağbirçək ana da dolanışığın çətinliklərindən, cavanların kəndi tərk etməsindən narahatdır:

“Örüşümüz var üzü Dondar kəndi tərəfə. Səhər 6-dan aparıb ötürürük malı, axşam özü gəlir. Gəlməyəni sahibi gedib axtarır. Oralarda heyvan yazqabağı 2-3 ay girələnir. Sonra ot quruyur. Mal da insan ha deyil, başa düşsün ki, gördüyü yaşıllıqlar minalıdı. Qaçıb düşür minaya, özü də ölür, bizi də ziyana salır. Keçən il qonşumuzun iki danası elə getdi. Biri ordaca qaldı, o biri yaralı qayıtdı. O da öldü, heç əti yeyilmədi. İmkansızlıq üzündən camaat, ən çoxu da cavanlar çıxıb gedirlər, kənd boşalır, qalır biz qocalara. Əvvəllər həm də o meşənin meyvəsi ilə dolanırdıq. Başımızın üstü hamısı zoğal meşələridi. Dərib gətirib mürəbbə bişirirdik, satırdıq. İndi bişirməyə bir kilo zoğal tapa bilmirik. Zoğal yenə var e, amma meşə əlçatmazdır”.

Koxanəbi kəndində ciddi rabitə problemi də var: üç böyük mobil şəbəkədən heç birinin dalğasını tutmaq olmur. Kənd sakinləri telefonla əlaqəni yalnız evdə internetə qoşularaq, “WhatsApp” üzərindən yarada bilirlər. İnternet kəsiləndə, ya işıq sönəndə kəndin üstündə açıqlıq yerə çıxıb addım-addım gəzməlisən ki, görəsən, harda zəif dalğanı tuta bilirsən.

Koxanəbinin qəribə özəlliklərindən biri də burada indiyədək məktəbin olmamasıdır. Kənddə ərazi nümayəndəliyi, bələdiyyə olsa da, heç qurumun inzibati binasına rast gəlmək mümkün deyil. Bələdiyyənin keçmiş sədri Rafiq Əhmədov deyir ki, məktəb binasının tikintisi 1992-ci ildə plana salınmışdı, amma sonrakı hadisələr həmin layihənin icrasına imkan vermədi.

“Bizim heç vaxt məktəbimiz olmayıb. 1992-ci ildə onun yerini müəyyən etdilər, layihəsini hazırladılar. İşə başlamaq ərəfəsində ara qarışdı. İndi kənddə məktəb yaşlı 30-40 uşaq var. Onlar da 2 kilometr yarım uzaqlıqda Əsrik məktəbinə gedirlər. Gedib-gəlməkli 5 kilometr edir”– keçmiş sədr bildirir.

Ötən ildən isə kəndə marşrut xətti açılıb. Hər gün səhər saat 8-də, günorta 12 və axşamtərəfi 4-də mikroavtobus gəlir. Sakinlər rayon mərkəzinə, uşaqlar isə məktəbə bu marşrutla gedib-gəlirlər. Nümayəndəliyin işçiləri isə Əsrik kəndində otururlar.

Koxanəbinin ən ağır günləri geridə qalıb – 44 günlük müharibədən sonra atəş səsləri kəsilib. Amma müharibə yaraları qalıb. Kəndin altı şəhidi olub, onlardan ikisi qadındır və hər ikisi öz həyətində iş gördüyü yerdə gülləyə tuş gəlib.

Kənd sakinləri danışırlar ki, bəzən adi günlərdə də vıyıldayan güllələrin əlindən həyətə çıxmaq mümkün olmayıb, amma yas məclisləri vaxtı heç kim heç kimə atmayıb. Toylarda isə bu gün də güllə səsi eşitmək mümkündür. Lakin bu nə toyu dağıtmaq, nə də kimisə vurmaq məqsədi daşıyır. Bir mahnı yarımçıq kəsiləndə, yaxud toy tez dayandırılanda qarşı postdan havaya güllə atır, ya qışqıraraq etirazlarını bildirirlər. Erməni mövqeləri kənddən yuxarıda yerləşir, ona görə ordan səs tez yayılır.

“Oğlumun adı Rüfətdi, – kənd sakini Şəlalə Əhmədova dəfələrlə baş vermiş əhvalatı nəql edir. – Çox olub ki, uşağı çağıranda onlar da ordan bağırışıblar ki, “ay Rüfət, ay Rüfət, maman çağırır”. Təmiz də bizim dildə danışırlar”.

Gülşən Məmmədova da həmkəndlisinin sözlərini təsdiq edir:

“Bu saat çıxım, bərkdən uşağı çağırım, hay verəcəklər. O gün uşağa səslənirik ki, görsün heyvanlar hardadı. Ordan soruşurlar ki, keçilərimi axtarırsız? Amma özləri gözə dəymirlər. Qorxurlar, yəqin. Onların da canı ətdən deyilmi?”

Bütün bunlara baxmayaraq, Koxanəbi sakinləri indiyədək baş verənlərin fonunda, hətta rəsmən sülh bağlanacağı təqdirdə əvvəlki münasibətlərin bərpa olacağına inanmırlar. Onlar ermənilərin bu kəndə verdiyi zülümlərin hələ uzun müddət unudulmayacağını deyirlər. Amma müharibənin yaralarını sağalda bilmək üçün özümüzünkülərdən kömək umurlar.

İlham Mustafa - Pressklub.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Talanan təhsilimiz - NƏ ETMƏLİ?

Məşhur Polşa alimi və filosofu Tadeuş Kotarbinskiy deyirdi: "Müəllimlər çox işləyir və çox az alırlar".

Təxminən 200 yüz il bundan öncə deyilmiş bu kəlamlar sanki bugünkü cəmiyyətimiz üçün deyilib. Təhsil hər bir xalqın incə və ağrılı yeridi, o cümlədən də bizim...

M. Mərdanovun gedişindən sonra təhsilimizin başına gələn (gətirilən) nazirlərin heç biri xüsusi nə iləsə yadda qalma(yıb)dı.

Emin Əmrullayevdən gözləntilər çox olsa da, hələ ki bunun şahidi olmuruq. Elə az öncə 743 müəllimin sertifikasiya imtahanından keçə bilməyib də əmək müqavilələrinə xitam verilməsi, ictimaiyyətin təzyiqindən sonra onlara bir il möhlət verilməsi dediklərimizin təsdiqidi.

İllərlə ali təhsil ocaqlarında bilik alan müəllimin yenidən test edilməsi, biliklərinin yoxlanılması hansı məntiqə sığır? Deməli, ya o təhsil ocağı müəllim üçün kifayət olan bilikləri aşılamayıb, ya da "gələcək" müəllim öhdəsinə düşənlərə başdan sovdu yanaşıb. Bütün hallarda, "günah keçisi" olmaq müəllimin payına düşür. Halbuki ali təhsil müəssisələrinin borcudu- cəmiyyətə savadlı, bilikli, yorulmaz, ləyaqətli kadr-müəllimlər təqdim etmək...

Bu yazıda əslində 2023-cü il üçün dövlət büdcəsindən (1.1.1.32, 1.1.1.33 maddələr üzrə) təsnifata uyğun, təkcə xidmət sahəsi üzrə Elm və Təhsil Nazirliyinə ayrılmış milyonlarla manatdan bəhs edəcəkdik. Amma müəllim adı gələndə istər-istəməz dərinliklərə baş vurmalı olursan...

Vurğuladığımız kimi, 2023-cü il üçün xidmət üzrə Elm və Təhsil Nazirliyinə 27 milyon 150 min manat ayrılıb. Qəribədir ki, bu qədər vəsaitin hara və necə xərcləndiyinin hesabatını kimsə aparmayıb...

Görən, bu puldan ən ucqar bölgəmizin ən ucqar kənd məktəbinin hansı laboratoriyasında sınaqlar keçirilib? Bəlkə, keçirilib və indiyədək elmə məlum olmayan yepyeni ixtiralardan xəbərimiz yoxdu? Təbii ki, suallar çoxdu və cavabların başında dayanan E. Əmrullayevə ünvanlanası o qədər başqaları da var ki...

Deyə bilərik ki, nazirliyin öhdəliyi yoxdu müxtəlif sahələr üzrə ayrılan pulların hesabını verməyə. Əstəğfürullah, razıyıq, bəs onda il boyunca təhsilimizdə (bütün kateqoriyalar nəzərdə tutulur) hansı yeniliklər oldu, hansı tələbəmizin, şagirdimizin, alimimizin əldə etdiyi nailiyyətlərdən ağızdolusu danışıldı? Əlbəttə, bu haqda danışmağın mənası yoxdu, necə deyərlər, görünməyən kəndə bələdçi lazım deyil...

Elm və təhsildə şəffaflığın təmin olunmasını sübut etmək üçün ayrılan vəsaitlərin hesabatını vermək nazirliyin, onun başında duran rəhbərin vəzifə borcu olduğunu xatırlatmağa lüzum varmı?

Biz hələlik Elm və Təhsil Nazirliyinin bir sahəsi üzrə büdcədən ayrılan kiçik bir vəsaitdən bəhs etdik.

Araşdırma aparsaq, digər sahələr üzrə nələrin olduğunu, "talançılığın" hansı zirvədən boy göstərdiyini aydınlatmaq su içimi kimi bir şeydir...

Ələddin Rüstəmli
azmedia.info.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
«Şakir» MTKnın qurbanı olan sahibkar HƏBSXANADAN NƏLƏRİ ETİRAF ETDİ... - İLGİNC İDDİALAR...


«Təzadlar»a bu dəfə daxil olan şikayət ərizəsi yenə də MTK-lardan birinin qanunsuz fəaliyyətindən və bu fəaliyyətə özlərinə məlum niyyətlə göz yuman bəzi hüquq mühafizə orqanı rəhbərlərinin və məhkəmə hakimlərinin ədalətsizliyindən bəhs edir.

Söhbət Bakıda və Sumqayıtda qanunsuz üsullarla və keyfiyyətsiz, qəzalı halda olan çoxmənzilli binalar inşa edən fiziki şəxs Şakir Hüseyn oğlu Hüseynov və o həbs ediləndən sonra çoxsaylı payçılardan canını süni surətdə qurtarmaq istəyərək fəaliyyətini sığortalamaq üçün müəmmalı yolla özünə «Şakir» MTK yaradan oğul Tural Şakir oğlu Hüseynovun məhkəmələrdən keçən fəaliyyəti barədədir.

Qısa olaraq deyək ki, uşaqlarının boğazından kəsib özünə mənzil alıb rahat yaşamaq istəyən 120 nəfər Hüseynovların əlindən bu günədək zülm içində həyat sürür… Hətta bizə verilən məlumatda o da qeyd olunur ki, bu insanların bəziləri Hüseynovların yaratdıqları dolaşıq fəaliyyətlərinə dözməyərək ağır xəstəlik tapıb, bu dərd-vərəmə və biabırçılığa dözməyərək dünyasını dəyişənlər də var…

Beləliklə, ötən həftə ata-bala mənzil tikintisi ilə məşğul olan Hüseynovların qanunsuz fəaliyyətindən zərərçəkmişlərdən bir neçəsi redaksiyamıza gəlmişdi. Təqdim edilən məhkəmə sənədləri və hökmlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində hakimlərin (Mirzə Xankişiyevin, Ələkbər Quliyevin və İlham Mahmudovun) qatığa «qara» deyərək 120 ailənin gününü göy əskiyə bükən Hüseynovlara necə vəkillik etdiklərinin şahidi oluruq (Hökm çoxsəhifəli olduğundan hazırda çapa hazırlanır, olduğu kimi təqdim ediləcək). Lakin nə yaxşı ki, Bakı Apellyasiya Məhkəməsində və Ali Məhkəmədə bu insanların fəryadını duyan hakimlər də olub və Bakı Ağır Cinayətlər Məhkəməsi hakimlərinin ədalətsiz hökmünün işə keçməsinin qarşısını alıblar, apellyasiya mərhələsində həmin hökm faktiki olaraq ləğv edilərək zərərçəkmişlərin mülkiyyət hüququ tanınıb…

Vicdan və hakimlər susanda qanun neyləsin???

Bircə epizodu xatırladaq: Təsəvvür edin, hakimlər -Mirzə Xankişiyev, Ələkbər Quliyev və İlham Mahmudov zərərçəkmişlər- Tahirə Nağıyeva, Şahin Mirzəyev, Çingiz Bəxtiyarov, Vüqar Nağıyev, Nina Popova, Ramin Rzayev, Rüfət Cəfərov, Adil Məmmədov (cəmi 120 zərərçəkmiş) məhkəmə istintaqında dindirilir, məlum olur ki, Hüseynovlar (Şakir, Vidadi, Tural və İlham Hüseynovlar-ata, qardaş və oğul) mütəşəkkil dəstə düzəldərək bu insanların (ümumilikdə 120 nəfərin) etibarından sui-istifadə etməklə və aldatma yolu ilə onların 4 milyon dollara yaxın pulunu dələduzluq yolu ilə talayıblar, bu azmış kimi hətta və 01 yanvar 2002-31 may 2007 və 31 may 2007-01 sentyabr 2007-ci illər ərzində 50 milyon manata yaxın pul vəsaitini isə saxta sənədlərlə Dövlət büdcəsindən yayındırıblar… Ən dəhşətlisi, məhkəmədə rəsmi sənədlərlə sübut olunub ki, Şakir Hüseynovun Sumqayıtda tikdiyi yaşayış binası ekspertizadan keçirilə bilməz və sökülməsi üçün FHN-nin iddiası əsasında 1 saylı Bakı Yerli İqtisad Məhkəməsi qərardad da çıxarıb, amma Şakir Hüseynov buna məhəl qoymadan vətəndaşları aldadaraq həmin qəzalı binadakı mənzillərin satışını həyata keçirib və s. Vergilər Nazirliyinin Bakı şəhər 1 saylı filialında fiziki şəxs kimi qeydiyyatda olduğu halda, o Bakının Nərimanov, Yasamal rayonlarında, eləcə də Sumqayıtda… çoxmənzilli binalar tikib, amma bir kimsə maraqlanmayıb ki, Dövlət Büdcəsinə bu qədər mənzillərin satışından ƏDV ödənilirmi?

Hakimlə niyə zərərçəkmişlərin göz yaşlarına inanmaq istəməyib???

Bu da yox… Bəs hakimlər sonda hansı hökmü çıxarıb? İnanmazsınız ki, bu qədər vurhavurdan sonra hakimlər nə edir… Məhkəmə özünü intihar həddinə çatdırmış zərərçəkmişləri sakitləşdirmək üçün əvvəlcə Şakir Hüseynovun 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsinə dair hökm verir, sonra isə Azərb. CM-nin 70-ci maddəsini tətbiq edərək ona 5 il sınaq müddətinə cəza kəsib məhkəmə zalından evə buraxır…

***

...Amma Bakı Apellyasiya Məhkəməsinin hakimləri əli hər yerdən, hətta hakimlərdən də üzülmüş zərərçəkmişlərin göz yaşına inanmalı olur və Bakı Ağır Cinayətlər Məhkəməsi hakimlərinin məlum ədalətsiz hökmünü ləğv edərək Şakir Hüseynovun və qeyrilərinin barəsində ədalətli hökm verir: «Şakir Hüseyn oğlu Hüseynov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilsin!».

Xatırladırıq ki, Azərbaycan Ali Məhkəməsi də bu hökmü qüvvədə saxlayır… Zərərçəkmişlər vurulmuş ziyanın ödənilməsini tələb etməkdə ikən... Şakir Hüseyn oğlu Hüseynov həbsxanada dünyasını dəyişir… Sonra kimlərinsə dəstəyi ilə oğlu Tural Hüseynov atasına məxsus mənzil inşaatı bazarında fəaliyyətini davam etdirmək üçün «Şakir» adlı MTK yaradaraq atasının tikinti missiyasını davam etdirmək qərarına gəlir (Hüseynovların cinayət dosyesi barədə daha ətraflı bəhs olunacaq).

***

Bu gün isə 7 saylı həbsxanadan «Təzadlar»a zəng edən Telman Ağalar oğlu Səlimov Şakir və Tural Hüseynovların onu necə aldadıb külli miqdarda pulunu mənimsəmələri və sonra da həbs etdirmələri barədə ətraflı müsahibə verdi…

(Davamı var)

«Təzadlar»
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Aqrar Xidmətlər Agentliyində NƏ İŞLƏR ÇEVRİLİR? - yeni rəhbərlik köhnələri bəyənmir...


Aqrar Xidmətlər Agentliyinə (AXA) Kənd Təsərrüfatı naziri Məcnun Məmmədovun əmrinə əsasən, Sərdar Hacıyevin təyin olunması bir sıra yeni qərarların alınmasına səbəb olub.

DİA.AZ bildirir ki, Faktinfo.az saytının əldə etdiyi məlumata görə, AXA-nın yeni sədri Sərdar Hacıyev Dövlət Fitosanitar, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti və Baş Dövlət Texniki Nəzarət Xidməti rəhbərlərinə illərlə həllini gözləyən məsələlərə təcili diqqət yetirilməsi barədə göstəriş verib. O, həmçinin ötən həftə Aqrar Xidmətlər Agentliyinin Laboratoriya Ekspertiza və Sertifikatlaşma Mərkəzinin direktoru Rəşad Vəhabzadəni, Göygöl Regional Mərkəzinin direktoru Vəfa Verdiyevanı, Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin direktorunu tutduqları vəzifədən azad edib.

DİA.AZ bildirir ki, Faktinfo.az saytının əldə etdiyi məlumatda o da vurğulanır ki, AXA-da böyük ölçüdə kadr dəyişikliyi gözlənilir, eləcə də təhlillərə əsaslandıqdan sonra Şabran, Dəvəçi, Zərdab, Tovuz, Ağstafa, Şəmkir və bir sıra rayonlarda Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorlarının vəzifələrində qalıb-qalmayacaqları da gündəlikdə dayanır.

DİA.AZ bildirir ki, ki, Aqrar Xidmətlər Agentliyi kənd təsərrüfatı sahəsinin 70%-ə yaxınına nəzarət edir, bu quruma "PAŞA Holdinq" MMC-yə məxsus "Yalama Aqropark" MMC-nin İdarə Heyətinin sədri olmuş Sərdar Hacıyev təyin edilib. O, bu vəzifədə Mirzə Əliyevi əvəz edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Etibarnamə ilə bağlı YENİ XƏBƏR: Sürücülər....


Dünyanın bir çox ölkələrində avtomobili idarə etmək üçün etibarnamə verilməsi qaydası ləğv olunub.

Qonşu ölkələrdə bu mexanizm çox sadə şəkildə həyata keçirilir. Azərbaycanda isə etibarnamə üzrə sənədlərin verilmə qaydaları bir xeyli mürəkkəbdir.

Avtomobil sahibinin digər şəxsə həmin avtomobili idarə etmək üçün etibarnamə verməsi bir yox, bir neçə mərhələdən ibarətdir.

Maraqlıdır, görəsən, Azərbaycanda sürücülük hüququ üçünü verilən etibarnamə ləğv edilə bilərmi?

Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov açıqlamasında bildirib ki, Azərbaycanda etibarnamənin tam şəkildə ləğv ediləcəyini düşünmürəm. Onun sözlərinə görə, etibarnamənin ləğv edilməsinin həm müsbət, həm də mənfi tərəfləri var:

"Ona görə də bunun üçün qanunvericiliyə baxılmalı, etibarnamənin əvəzinə digər alternativ yollar düşünülməlidir. Əlbəttə ki, bütün bunlar aidiyyəti qurular tərəfindən həyata keçirilməlidir. Fikrimcə, etibarnamə ləğv edilməlidir. Etibarnamənin ləğvi insanların işini asanlaşdıracaq".(lent.az)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
DƏRMAN MAFİYASI iş başında... - NARAZILIQ VAR...

“Şəkərli diabetdən əziyyət çəkən xəstələrə dərmanların, o cümlədən qanda şəkərin ölçülməsi üçün test çubuqlarının verilməsində çətinliklər yaranır. Bəzən poliklinikaların qarşısında saatlarla növbə gözləməli oluruq”.

DİA.AZ bildirir ki, bunu Meydan TV-yə şəkərli diabet xəstəsi İlhamə Mehdiyeva bildirib. Onun sözlərinə görə, son vaxtlar bəzən günlərlə xüsusilə şəkər ölçən test çubuqlardan ala bilmirlər:

“Həkimlər deyirlər ki, onlarda günah yoxdur, dərman və preparatları çatdırılan kimi paylayırlar. Başa düşmürlər ki, xəstələr bu dərman və testlərin hesabına yaşayırlar. Hər sahədə olduğu kimi dərmanları almaq üçün də tanış tapmaq lazımdır? Axı, çoxunun bu dərmanı, testləri almağa imkanı yoxdur. Aptekdəki qiymətləri hamı bilir”.

Diabetdən əziyyət çəkən başqa bir vətəndaş Meydan TV-yə danışıb ki, şəkərölçən aparat veriblər. Cihaz 20-30 mol ya əskik, ya da artıq ölçür. Bu isə ciddi məsələdir. Bundan əlavə, məsələn, Cəlilabadda dərman və aparatların verilməsində xeyli vaxtdır problem var. Kim qarşıya düşsə, ya şansı gətirsə, dərmanı vaxtında ala bilir. Bəzən də lazım olan insulini kəsirlə ala bilirlər.

TƏBİB-dən isə Meydan TV-nin sorğusuna cavab olaraq bildiriblər ki, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələrin) həcmi, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısı və miqdarı”nın və “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydası”nın təsdiq edilməsi haqqında 13 may 2005-ci il tarixli, Nazirlər Kabinetinin 87 nömrəli qərarına əsasən insulin və digər şəkərsalıcı dərman preparatları ilə təminat hər ay həyata keçirilir. Qanda şəkəri təyin etmək üçün vizual test-çubuqlar isə 3-4 ayda bir verilir.

Bu ilin birinci yarısınada şəkərli diabet xəstəliyi reyestrində 284 min 656 xəstə qeydiyyatda olub. TƏBİB-dən biliriblər ki, onlar dövlət proqramı çərçivəsində müvafiq tibbi xidmətlə və mərkəzləşdirilmiş qaydada verilən dərman preparatları ilə təmin olunurlar. Bu ilin birinci yarısında 4 min 839 yeni xəstə qeydiyyata alınıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Niyazi Bayramovun BÖYÜK YEYİNTİSİ - Və yaxud dövlət büdcəsinin AÇIQ QARƏTİ



Azərbaycanda dövlət vəsaitlərinin xərclənməsi sahəsində şəffaflıq və hesabatlılıq uzun illərdir cəmiyyəti narahat edən başlıca problemlərdən biri olaraq qalır. Aşağıdan yuxarıya doğru məmur iyerarxiyasında oturuşmuş korrupsiya şəraitində şəffaflıq və hesabatlılığa nail olmaq, təəssüf ki, mümkün olmur. Məhz korrupsiya ölkənin əldə etdiyi yüksək həcmli neft-qaz gəlirlərinin insan inkişafına sərf olunmasına böyük ölçüdə imkan vermir.

Qeyd edək ki, mərkəzi icra strukturları qanunvericiliyin tələblərinə müəyyən qədər əməl edərək, xərcləmələri barədə məhdud da olsa, məlumat açıqlayırlar, lakin yerli icra hakimiyyətləri ilə bağlı bu, demək olar ki, mümkün deyil. Hətta ölkə əhəmiyyətli şəhərlərdə belə icra hakimiyyətinin illik büdcəsinə dair açıq mənbələrdən hər hansı məlumat tapmaq olmur. İcra hakimiyyətlərinin internet resurslarında, bir qayda olaraq, yalnız ümumi məlumatlar, icra başçısının görüşləri, qəbulları və sair rəsmi tədbirlər barədə məlumatlar yerləşdirilir. Fəaliyyətin maliyyə tərəfləri barədə hər hansı hesabata rast gəlmək mümkün deyil. Halbuki hüquq-mühafizə orqanlarının icra hakimiyyətlərində apardığı həbslərdən sonra açıqlanan məlumatlardan aydın olur ki, onların büdcələri heç də kiçik rəqəmlərlə ifadə olunmur. Həbs olunan icra başçılarının qanunsuz qazanclarının illik həcmi on milyonlarla manatla ölçülür. Bu isə o deməkdir ki, rayon və şəhər icra hakimiyyətlərində kifayət qədər böyük pullar dövr edir…

Bu pulların mənbəyi həm dövlət büdcəsi, həm də şəhər və rayonların yerli gəlirləridir. Son illərdə Azərbaycanın dövlət büdcəsi hazırlanarkən rayon və şəhərlərin əksəriyyətinə birbaşa vəsait ayrılmır. Əsaslandırma isə bu olur ki, yerli gəlirlər xərcləri qarşılamağa imkan verir. Lakin reallıqda rayonların təhsil, səhiyyə müəssisələrinin maliyyələşdirilməsindən tutmuş, pensiya və sosial müavinətlərin ödənişi, yolların çəkilişi, dövlət qurumlarının binalarının tikintisinə qədər bütün xərclər mərkəzi büdcədən maliyyələşdirilir. Yerli icra hakimiyyətlərinin faktiki xərcləri aparatın saxlanması, bir sıra təmir-tikinti işləri və aztəminatlı təbəqələrə yardımların edilməsindən ibarətdir. Onlar həmçinin mərkəzi büdcədən maliyyələşdirilən müxtəlif obyektlərin tikintiləri üzrə sifarişçi qismində çıxış edirlər.

Bu yazımızda isə biz Gəncə şəhərinin timsalında yerli xərcləmələrdəki şəffaflıq, səmərəlilik, regionlarda aztəminatlı və həssas təbəqələrə yerli icra strukturlarının dəstəyi ilə bağlı vəziyyəti araşdırmağa çalışmışıq.

Gəncə Azərbaycanın ən qədim şəhərlərindən biri, Bakı, Sumqayıt və Abşeron rayonundan sonra ən çox əhalisi olan şəhəridir. 2019-cu il əhali siyahıyaalınmasına görə, Gəncə şəhərində 328,8 min nəfər əhali yaşayıb. 2023-cü ilin 1 yanvarına əhali sayı 330,3 min nəfərə yüksəlib.

Yerli icra hakimiyyətlərinin fəaliyyətini tənzimləyən əsasnaməyə görə, yerli icra hakimiyyətlərinin maliyyə mənbələri dövlət büdcəsindən ayırmalardan, büdcədənkənar vəsaitlərdən və qanunla qadağan edilməmiş digər mənbələrdən əldə olunan vəsaitlərdən ibarətdir.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 719 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin müəyyən hissəsinin həmin şəhər və rayonların sərəncamında saxlanılması və istifadəsi Qaydası”na uyğun olaraq, yerli gəlirlərin proqnozlaşdırılandan artıq hissəsinin 50 faizi yerli icra hakimiyyətlərinə qaytarılır və onların büdcədənkənar fondu hesab olunur. Prezidentin təsdiqlədiyi qaydaya əsasən bu fondun vəsaitinin 25 faizi yerli icra hakimiyyəti orqanları işçilərinin sosial müdafiəsinə, 25 faizi şəhid ailələrinin və aztəminatlı ailələrin sosial müdafiəsinə, 50 faizi isə mədəniyyətin, incəsənətin, turizmin və idmanın inkişafı sahəsində tədbirlərin təşkilinə, həmçinin şəhər və rayon üzrə yaşayış məntəqələri ərazilərinin abadlaşdırılmasına, yaşıllıqların mühafizəsinə və yolların çəkilməsinə sərf olunmalıdır.

Məlumdur ki, rayonlarda əlilliyi olan şəxslərə, aztəminatlı ailələrə, pensiyaçı və digər sosial təminata ehtiyacı olan şəxslərə ödənişlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vasitəsilə mərkəzi büdcədən həyata keçirilir. Lakin yuxarıda qeyd etdiyimiz qayda ilə yerli icra hakimiyyətlərinə aztəminatlı və şəhid ailələrinə xərclənməsi üçün müəyyən fond da təmin edilir. Bu isə o deməkdir ki, yerli İH-lər öz ərazilərində yaşayan bu cür ailələrə dəstək vermək imkanına malik olurlar.

2023-cü il üzrə Azərbaycanın dövlət büdcəsi layihəsində Gəncə şəhərinin yerli gəlirləri 85 milyon 414 000 min manat, yerli xərcləri isə 39 milyon 599 min manat həcmində proqnozlaşdırılıb. Büdcə sənədinə əsasən yerli gəlirlərdən mərkəzi büdcəyə çatacaq məbləğin aşağı həddi 44 milyon 7 min manat həcmində nəzərdə tutulub. Bu həddən yuxarı mərkəzi büdcəyə təmin ediləcək gəlirin 50 faizi Gəncənin büdcədənkənar fondu kimi icra hakimiyyətinə qaytarılmalıdır.

Gəncə büdcə gəlirlərinin həcminə görə Bakı və Sumqayıtdan sonra ikinci yerdədir. İqtisadiyyatın əsas sahələrində məhsul buraxılışının həcminə görə isə Gəncə 1 milyon 216 min 992,2 manatla Bakı, Sumqayıt, Abşeron, Naxçıvandan sonra 5-ci yerdədir. Əhalinin gəlirlərinin həcmi göstəricisi üzrə Gəncə Bakı, Abşeron və Sumqayıtdan sonra 1 milyon 934 min 169,2 manatla 4-cü yerdə gəlir.

Rəsmi məlumata görə, 2022-ci ildə Gəncə şəhərinin büdcə gəlirləri nəzərdə tutulan proqnozdan artıq icra edilməklə 102 milyon 635,3 min manat təşkil edib. Şəhərin büdcə gəlirlərində yerli gəlirlərin payı 49,1 faiz və ya 50 milyon 414,4 min manata bərabər olub. Yerli xərclərin məbləği isə 39 milyon 954,90 min manat təşkil edib.

Qeyd edək ki, 2022-ci ilin dəyişiklik olunmuş büdcəsində Gəncə şəhərinin gəlirləri 80 milyon 560 min manat, o cümlədən yerli gəlirləri 41 milyon 937 min manat, yerli xərcləri isə 37 milyon 165 min 300 manat həcmində proqnozlaşdırılmışdı. Bu isə o deməkdir ki, şəhərin gəlirlərində 22 milyon manatdan yuxarı artım olub. Bunun cəmi 8,4 milyon manatı yerli gəlirlərin payıdır.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 719 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin müəyyən hissəsinin həmin şəhər və rayonların sərəncamında saxlanılması və istifadəsi Qaydası”na uyğun olaraq, ötən il Gəncə şəhər icra hakimiyyətinin büdcədənkənar gəliri 5 milyon 577,7 min manat təşkil edib və onun 4 milyon 860,1 min manatı xərclənib.

Çox təəssüflər olsun ki, iki ay müddətində Gəncə Şəhər İcra Hakimiyyətinə 2 dəfə informasiya sorğusu ilə müraciət etsək ki, 2022-ci ildə aztəminatlı ailələrə və şəhid ailələrinə nə qədər yardım edildiyi, bu yardımın neçə ailəni əhatə etdiyinə dair hər hansı məlumat ala bilmədik. Hətta şəxsən sorğunun taleyi ilə də maraqlanmaq üçün icra hakimiyyətinə getdik. Lakin ümumi cavablarla kifayətlənərək, “sorğuya cavab veriləcəyini” bildirib, bizi yola saldılar…

Prezident tərəfindən təsdiqlənən qaydalara əsasən Gəncənin ötən ilki büdcədənkənar gəlirinin – 5 milyon 577,78 min manatın 25 faizi – yəni 1 milyon 394 min 425 manatı belə ailələrə dəstək üçün sərf olunmalıydı. Bu, kifayət qədər böyük məbləğdir. Gəncə İH-nin həmin məbləğin necə bölüşdürüldüyünü açıqlamaması gizlədilməli məqamların olduğundan xəbər verə bilər. Nəzərə alsaq ki, qurumun maliyyə fəaliyyətinin nə Maliyyə Nazirliyi yanında Dövlət Maliyyə Nəzarəti Xidməti, nə də Hesablama Palatası tərəfindən yoxlanmasına dair hər hansı rəsmi məlumat açıqlanmayıb, onda İH-nin qapalılığa həvəsinin qeyri-adi olmadığını da deyə bilərik.

Halbuki 2018-ci ildə İH-nin başçısı vəzifəsinə təyin olunan Niyazi Bayramov Gəncə sakinləri ilə çoxlu görüşlər keçirərək, çoxsaylı vədlər vermişdi, İH-də böyük islahatların aparılacağını, vətəndaşlarla işin ən üst səviyyəyə çatdırılacağını bildirmişdi.

Bu gün Gəncə İH-nin İnternet saytında N.Bayramovun şəhid ailələri, digər sakinlərlə görüşlərinə dair çoxsaylı növbətçi məlumatlar diqqəti cəlb edir. Lakin bu saytda İH-nin fəaliyyətinin maliyyə tərəfinə dair bir məlumat belə tapmaq mümkün deyil. Saytın fəaliyyət bölümündə mərkəzi icra orqanlarına tabe olan su, qaz, enerji təminatı strukturlarının gördüyü işlərin sadalanmasından başqa, bilavasitə İH-nin funksiyalarına aid olan fəaliyyətlər barədə məlumat yerləşdirilməyib. Yalnız Mənzil-Kommunal Təsərrüfat Birliyinin gördüyü işlər qeyd edilir ki, onların da maliyyə tutarı barədə hər hansı məlumat açıqlanmır. Bu il İstehsalat Birliyi yolların əsaslı təmirinə 9,9 milyon manat xərcləyəcək.

Avqust ayında dövlət satınalmalarına dair müqavilələrin reyestrində qeydiyyata alınan müqavilələrdən aydın olur ki, Birlik “GƏNCƏ KÖRPÜ TİKİNTİ-2” MMC ilə 9,916 milyon manat məbləğində müqavilə bağlayıb. Müqavilə çərçivəsində işlərin yerinə yetirilmə müddəti 1 dekabr 2023-cü il tarixinə qədərdir(?!).

Dövlət satınalmalarına dair müqavilələrin reyestrindən o da aydın olur ki, 2020-2022-ci illərdə Gəncə İH tərəfindən keçirilən 10 tender müsabiqəsinin qalibi eyni şirkət olub: “Rövşən Oğuz Qrup” MMC. İH şirkətə bu dövrdə 66 milyon manatlıq tikinti işi sifarişi verib… Lakin bu müqavilələrlə bağlı da İH-nin saytında hər hansı bilgiyə rast gəlmədik…

Qeyd edək ki, Gəncə həm birinci, həm də ikinci Qarabağ müharibələrində çoxsaylı şəhidlər verib. İndiyədək şəhərdə mənzil ehtiyacı qarşılanmayan Birinci Müharibə şəhidlərinin ailələri var.

Bənövşə Teymur qızı Əmiraslanova onlardan biridir. Üç övlad böyüdüb. Həyat yoldaşı Rəşid Aslan oğlu 1992-ci il iyul ayının 25-də Ağdərə rayonunun ərazisində şəhid olub. Fotosu şəhərin girəcəyindəki “Polad ürəkli”lərin arasındadır. Qardaşı da onunla bir gündə elə həmin döyüş yerində şəhid olub.

Bənövşə xanımın sözlərinə görə, Gəncə İcra Hakimiyyətində ev üçün müraciət edəndə ona deyiblər ki, 44 günlük Vətən müharibəsi şəhidləri ailələrinin mənzilə ehtiyacları ödəndikdən sonra onun müraciətinə də baxılacaq:

“Nə yeni ev ala, nə də yaşadığım ucuq komanı təmir etdirə bilirəm. İki gündən bir İcra Hakimiyyətinə gedirəm, deyirlər gözlə. Oğlumun 34 yaşı var, evləndirə bilmirəm Yağış başımıza yağır, gəlini hara gətirim?”

B.Əmiraslanovanın Gəncədə əvvəllər “hərbi şəhərcik” adlanan ərazidə yerləşən evinin döşəməsi və tavanı izolyasiya olunmadığından yayda istinin, qışda soyuğun qarşısını almaq mümkün deyil. Bənövşə xanım daha çox soyuq aylarda əziyyət çəkir, çünki şiferlər köhnəldiyindən və xarab olduğundan yağış suları evin divarlarına axır. Evi qızdırmaq üçün İranda istehsal olunmuş soba alıblar, amma indi də dəm qazı təhlükəsi ilə üzləşiblər.

B.Əmiraslanovanı Gəncə İH-də 2022-ci ilin dekabrında mənzil növbəsinə götürüblər.

Gəncə şəhərində aztəminatlı kateqoriyadan olan insanların sayı çoxdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya bazasından aydın olur ki, Gəncə şəhərində 33,4 min nəfər pensiyaçı var. Onların 9,46 min nəfəri əlilliyə görə pensiya alanlardır. Şəhərdə ümumilikdə əlilliyi olan şəxslərin sayı 16,7 min nəfər təşkil edir. Onların 7,24 min nəfəri müavinət alır.

Gəncə şəhərində, ən son məlumata əsasən, 1,5 min ailə ünvanlı sosial yardım alır. Hazırda ölkə üzrə ailələrə düşən ünvanlı yardımın orta məbləği 466 manat təşkil edir.

ƏƏSMN-in müvafiq strukturları tərəfindən bu ilin 8 ayında Gəncə şəhərində 182 nəfər tənha ahıl və əlilliyi olan şəxsə evində sosial-məişət xidməti göstərilib. Onlardan 173 nəfəri ahıl şəxslər, yəni yaşı 70 və yuxarı olanlardır.

Bunlar mərkəzi dövlət hakimiyyət orqanlarının gördüyü işlərdir. Gəncə İH-nin heç də az olmayan büdcədənkənar fondundan neçə aztəminatlı ailəyə, nə qədər, nə üçün vəsait ayırdığını açıqlamaması təəssüf doğurur. İH-nin saytında mənzil növbəsinə götürülən imtiyazlı şəxslərin siyahısı yerləşdirilib. Siyahı 2019-cu ilin sonunadək növbəyə götürülən şəxsləri əhatə edib. İH bu işə o qədər dırnaqarası baxır ki, nə indiyədək ötən 4 ildə mənzillə təmin olunanları siyahıdan çıxarır, nə də 2020-ci ildən bəri növbəyə götürülənlərin adlarını ora əlavə edir…

Gəncə İH-nin məlumat açıqlığını qiymətləndirmək üçün onun internet saytındakı “Açıq məlumatlar” bölməsinə baxmaq kifayətdir…
Pressklub.az


XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO