[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda məşhur şirkətin lifti qırılıb: - "166” xidmətinin əməkdaşları xəsarət alıb

Bakıda məşhur şirkətin anbarında lift qırılıb və "166" yükdaşıma xidmətinin əməkdaşları xəsarət alıb.

DİA.AZ-ın Qaynarinfo-ya istinadən məlumatına görə, hadisə mebel istehsalı iləməşğul olan "İM” MMC-nin (Mutfakçı Azərbaycan) Nərimanov rayonu, 44B ünvanında yerləşən anbarında baş verib.

Aparılan araşdırma zamanı məlum olub ki, "İM” MMC-nin hazır list kimi satdığı 17 ədəd mətbəx mebelinin hissələrinin Badamdar qəsəbəsinə daşınması üçün "166" yükdaşıma xidmətinin 2 nəfər əməkdaşı (sürücü və fəhlə) Nərimanov rayonu, 44B ünvanında yerləşən anbara gedib. Onlar həmin materialları yarızirzəmi hissədə yerləşən anbardan yükləri qaldırmaq üçün nəzərdə tutulmuş yük qaldırıcı lift vasitəsilə təxminən 1.5 metr hündürlükdə qaldırılıb avtomobilə yüklənməli imişlər. Yükdaşıma xidmətinin əməkdaşları anbara keçib, hər biri 50 kiloqram olan 17 ədəd listi yükqaldırıcıya yığaraq qaldırıb. 17 ədəd "MDF dik”lər təxminən 2 metr qaldırılıb yük avtomobilinə yüklənməli imişlər.

Xidmətin Emin və Tahir adlı əməkdaşı qaldırıcının üzərinə çıxıb "MDF dik”ləri sayarkən anidən qaldırıcı lift qırılaraq, yerə çırpılıb. Hər ikisi ağır bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Aparılan araşdırma zamanı o da məlum olub ki, "İM” MMC-nin istehsalat sahəsindəki qaldırıcı lift burazısının üzərində olan sıxaclar normativ texniki tələblərə cavab vermədiyindən hadisə baş verib. "İM” MMC-də texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması faktı aşkar edilib.

Məhkəmənin qərarı ilə "İM” MMC İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 1500 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, "Mutfakçı Azərbaycan”ın rəhbəri İlkin Manafovdur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Məhkəmə də ömürlük şikəst qalan işçinin HAQQINA GİRDİ... - AXI NİYƏ?!

«Təzadlar»a müraciət edən Qəhrəmanov Seymur Qəhrəman oğlu ikinci dəfədir qarşılaşdığı problemin həllində bizdən kömək istəyir. O, şikayət ərizəsində yazır: «Hörmətli «Təzadlar». Sizin ötən dəfəki müdaxilənizdən və araşdırmanızdan sonra Nərimanov rayon Prokurorluğunda şikayətimə baxıldı. Ən maraqlısı, mənim məhkəməyə gəlməyim barədə bildiriş olmadığından mülki iddia ərizəmi icraata götürən Nərimanov rayon Məhkəməsi (hakim Hafiz Kamranov) yalnız məni neçə aydır şikəst qoyan, eləcə də işə gedə bilməməyimə görə əmək haqlarımı da düzgün hesablayıb verməyən Süleymanov Rafət Əli oğlunun barəsində cərimə kəsərək işi bağladı. Məhkəmənin 17 may 2023-cü il tarixli Qərarına baxarkən həqiqətən də aydın görünür ki, hakim 20.09.2022 tarixində Nərimanov rayonu, S.Rəhman-22 ünvanında sahibkarlıq fəaliyyəti ilə məşğul olan Rafət Süleymanovun işlətdiyi obyektdəki şüşə üzlüklərin vurulmasında işə cəlb etdiyi Seymur Qəhrəmanovun hundurlukdən yıxılmasına qarşı təhlükəsizlik tədbirləri görmədiyini, bu pozuntuların səbəbini soruşmuşdur. Amma məhkəmə Seymur Qəhrəmanovun Qanunvericiliyin tələbinə uyğun olaraq isə götürən kimi işçi S.Qəhrəmanovla Əmək müqaviləsini niyə bağlamamasının səbəbini soruşmamışdır. Soruşmamağı bir yana, bu ciddi qanun pozuntusuna görə işəgötürənə qarşı hər hansı bir cəza təyin etməmiş, bu əmələ hüquqi qiymət verməmişdir…».

Şikayətçinin açıqlamalarına onu da əlavə edək ki, 2019-cu il yanvarın 1-dən məcburi dövlət sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə funksiyalar Vergilər Nazirliyinə həvalə edildiyindən, Dövlət Sosial Müdafiə Fondunun əmək müqavilələri sahəsində yoxlamalar aparmaq səlahiyyəti ləğv olunub. Hazırda əmək müqavilələrinin bağlanılması vəziyyəti ilə bağlı yoxlamaları iki dövlət qurumu - Vergilər Nazirliyi və Dövlət Əmək Müfəttişliyi həyata keçirir. Əmək müqavilələrinin bağlanılması vəziyyətinə dövlət nəzarətini həyata keçirən hər iki qurumun qanunsuzluq faktları aşkara çıxarılan zaman tətbiq etdiyi məsuliyyət tədbirləri isə fərqlidir.

***

Mövzunu «Təzadlar»a şərh edən iqtisadçı-ekspert Anar Bayramov bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan 2 min manatadək, vəzifəli şəxslər 3 min manatdan 5 min manatadək, hüquqi şəxslər isə 20 min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

Göründüyü kimi, burada əmək müqaviləsiz işlədilən işçilərin sayının cərimənin məbləğinə təsiri yoxdur. Əmək müqaviləsiz işlədilən 1 işçi üçün də, 5 işçi üçün də eyni məbləğdə cərimə tətbiq olunur. Hüquqi şəxslərin cəriməsinin fiziki şəxslərlə müqayisədə təxminən 20 dəfə artıq olması isə diqqəti çəkən məqamlardandır.

Eyni təqvim ilində 3-cü dəfə cərimə ödəyən işəgötürən bu halı yenə də təkrar edərsə, bu zaman artıq ona 4-cü, 5-ci və sair dəfə etdiyi qanun pozuntusu zamanı əmək müqaviləsiz işlədilən hər işçi üçün 6 min manat cərimə tətbiq olunur.

Vergi ödəyicisi tərəfindən işçilərin əmək müqaviləsiz işə cəlb edilməsi faktlarını aşkara çıxarmaq məqsədilə vergi orqanları tərəfindən aparılan yoxlamalar zamanı qanun pozuntularına münasibətdə Vergi Məcəlləsinin 58.10-cu maddəsi tətbiq edilir. Həmin maddəyə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə, işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində bu cür hallara birinci dəfə yol verdikdə 2 min manat, ikinci dəfə yol verdikdə 4 min manat, üç və daha çox dəfə yol verdikdə isə 6 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Qeyd edək ki, vergi orqanları tərəfindən tətbiq olunan sanksiyaların həm məbləğində, həm də tətbiq edilmə qaydasında 1 yanvar 2019-cu ildən əsaslı dəyişiklik olub. Vergi orqanlarının tətbiq etdiyi cərimələrin Dövlət Əmək Müfəttişliyi Xidmətinin cərimələrindən fərqli və nisbətən mürəkkəb olduğunu nəzərə alaraq, bu sanksiyanı misal üzərində nəzərdən keçirək. Misal: Tutaq ki, vergi nəzarəti tədbirləri (operativ vergi nəzarəti və yaxud səyyar vergi yoxlaması) zamanı məlum olur ki, mağazada çalışan 2 işçi əmək müqaviləsi olmadan işə cəlb edilib. Bu zaman təqvim ili ərzində belə hala birinci dəfə yol verdiyini nəzərə alan vergi orqanları işəgötürənə 4 min manat (2.000 manat x 2 işçi) cərimə kəsir. Hesab edək ki, eyni təqvim ili ərzində ikinci dəfə işəgötürənin əmək müqaviləsiz işçi çalışdırması (yenə 2 işçi) aşkar olunub, bu zaman işəgötürən 8 min manat (4.000 x 2 işçi) cərimə ödəməli olacaq. Misalın davamı kimi, hesab edək ki, eyni təqvim ilində vergi orqanları üçüncü dəfə eyni işəgötürənin əmək müqaviləsiz işçi işlətməsini (yenə də 2 işçi) qeydə alır. Artıq bu zaman işəgötürən 12 min manat (6.000 x 2 işçi) ödəməli olacaq. Eyni təqvim ilində 3-cü dəfə cərimə ödəyən işəgötürən bu halı yenə də təkrar edərsə, bu zaman artıq ona 4-cü, 5-ci və sair dəfə etdiyi qanun pozuntusu zamanı əmək müqaviləsiz işlədilən hər işçi üçün 6 min manat cərimə tətbiq olunacaq.

Vergi Məcəlləsinə görə, ölkəmizdə vergi ili təqvim ilidir və təqvim ili 1 yanvar - 31 dekabr müddətini əhatə edir. 1 yanvar 2019-cu ilədək əmək müqaviləsi ilə bağlı cərimənin hesablanması qaydası və məbləği fərqli idi. Əvvəllər bir təqvim ilində işəgötürənin eyni qanun pozuntusunu (əmək müqaviləsiz işçi çalışdırma) neçə dəfə etməsindən asılı olmayaraq, ona hər dəfə hər müqaviləsiz işçiyə görə min manat maliyyə sanksiyası tətbiq edilirdi. Bir məsələni də vurğulayaq ki, 30 noyabr 2018-ci il tarixli "Azərbaycan Respublikasnın Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, 1 yanvar - 31 dekabr 2019-cu il tarixində (bir il) əmək müqaviləsiz işçi çalışdırılmasına birinci dəfə yol verildikdə, vergi orqanı işəgötürənə cərimə kəsmir, ona yazılı formada rəsmi xəbərdarlıq edir. Sonrakı vergi nəzarəti tədbirləri zamanı isə cərimələr tətbiq olunur.

Əgər vergi ödəyicisi eyni əməlləri təkrar törədərsə, bu zaman üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırma tətbiq olunur.

Əmək müqaviləsiz işçinin işlədilməsi ilə bağlı vacib məqamlardan biri də ondan ibarətdir ki, əgər dövlət orqanlarının yoxlamaları zamanı əmək müqaviləsi bildirişi olmadan xeyli sayda, yəni on nəfər və ondan çox işçinin əməyə cəlb edilməsi aşkara çıxarılarsa, bu zaman işəgötürənə Cinayət Məcəlləsinin fərqli maddələri tətbiq oluna bilər. Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə («Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi») əsasən, əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi 7 min manatdan 10 min manatadək məbləğdə cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Əgər vergi ödəyicisi eyni əməlləri təkrar törədərsə, bu zaman üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırma tətbiq olunur.

Burada bir vacib məsələni də qeyd edək ki, yalnız bir dəfə Cinayət Məcəlləsi üzrə tələbləri pozan şəxs Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçiləri ilə əmək müqaviləsi bağladıqda, habelə yayındırılmış vergiləri, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.

***

Gəlirik mətləbə: belə olmalı ikən, axı nə üçün hakim Hafiz Kamranov Qanunvericiliyin tələblərində göstərilənləri nəzərə almayıb və Sahibkar Rafət Süleymanovun bu qanunsuzluqlarına niyə elə yalnız quruca cərimə kəsməklə işi bağlamış və yekun qərar vermişdir? 1 ildir ki, ayaqları şikəst vəziyyətdə olan və evə dolanışıq gətirməkdə əziyyət çəkərək işə çıxa bilməyən, hələ də yataq xəstəsi olan Seymur Qəhrəmanova kompensasiya verilməsi üçün cavabdeh işəgötürən Rafət Süleymanovun üzərinə məhkəmə hər hansı öhdəlik qoymamışdır? Bu hansı ədalətdəndir ki, hakim işcini əmək müqaviləsiz işlədib qanun pozanı yalnız 1500 manat cərimə ilə məsuliyyətdən və cavabdehlikdən azad edir? Hətta Ekspertiza rəyində xəsarətin ağir dərəcəli olduğu göstərildiyi halda, hakim cavabdehə olmazın güzəşt etməli olub. Eləcə də hakim nədən cavabdeh Rafət Süleymanovun üzərinə hazırda yataq xəstəsi kimi yerimə imkanlarını itirən Seymur Qəhrəmanova hər hansı bir maddi yardım göstərilməsi öhdəliyini qoymayıb?

Maraqlıdır, vətəndaş hüquqları pozulduqda məhkəməyə müraciət edir, məhkəmədə isə bütün ümidləri puç olur. Buna yanlız təəssüflənməli oluruq…

Mövzuya qayıdacağıq.

«Təzadlar»
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvan Regional Miqrasiya Baş İdarəsinə uğurlu TƏYİNAT

Korrupsiya.az-a etibarlı mənbədən daxil olan məlumatda bildirilir ki, Naxçıvan Regional Miqrasiya Baş İdarəsinə Xudiyev Anar təyin olunub.
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun 28 avqust 2023 il tarixli əmri ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin Naxçıvan regional miqrasiya baş idarəsinin rəisi vəzifəsinə, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Xudiyev Anar Xudayar oğlu təyin olunub.
Xatırladaq ki, bundan öncə Anar Xudiyev, Dövlət Miqrasiya Xidmətində Təşkilat nəzarət baş idarəsinin rəisi olub.

Korrupsiya.az-a
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Heç bir yaşayış məntəqəsinə zərbə vurulmayıb”

“Antiterror tədbirləri zamanı heç bir yaşayış məntəqəsinə zərbə vurulmayıb”.

Bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, ordumuz yüksək peşəkarlıq göstərərək yalnız hərbi hədəfləri məhv edib.

C. Bayramov qeyd edib ki, lokal antiterror əməliyyatından bir gün sonra düşmən tərəf Azərbaycanın tələblərini qəbul etməyə məcbur olub.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dövlət Xidmətinin rəhbərliyi anım mərasimlərində - Fotolar


44 günlük Vətən müharibəsinin başlanmasının ildönümü ərəfəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov və xidmətin rəhbər heyəti İkinci Şəhidlər Xiyabanını ziyarət edib.

Respublikamızın müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının xatirəsi yad edilib, məzarları ziyarət edilərək üzərilərinə gül dəstələri düzülüb və şəhid ailələrinə başsağlığı verilib.

27 sentyabr 2023-cü il tarixdə isə Xidmətin şəxsi heyəti Bakıda inşası davam etdirilən Zəfər parkını ziyarət edib, parkın girişində olan xatirə daşının üzərinə gül dəstələri qoyublar. Həmçinin saat 12:00-da şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Allah şəhidlərimizə rəhmət eləsin!
Dövlət Xidmətinin rəhbərliyi anım mərasimlərində - Fotolar
Dövlət Xidmətinin rəhbərliyi anım mərasimlərində - Fotolar
Dövlət Xidmətinin rəhbərliyi anım mərasimlərində - Fotolar
Dövlət Xidmətinin rəhbərliyi anım mərasimlərində - Fotolar
Dövlət Xidmətinin rəhbərliyi anım mərasimlərində - Fotolar
Dövlət Xidmətinin rəhbərliyi anım mərasimlərində - Fotolar

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nazir müavini ilə icra başçısının AĞSU ÖZBAŞINALIĞI... - Sahibkar DAD DEYİR...


Ağsu rayonunda fəaliyyət göstərən “Şöhlətoğlu” istirahət mərkəzinin təsisçisi İsmayılov Məhəbbət Kamil oğlu Azinforum.az-a verdiyi müsahibəsində bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyində təmsil olunan, nazir müavini Vüqar Kərimov və Ağsunun icra başçısı Rövşən Bağırov bütün mümkün inzibati təzyiq vasitələrindən istifadə edərək, onlara məxsus, 8 ildir fəaliyyət göstərən “obyekti” ələ keçirmək istəyirlər.

Şikayətçi qeyd edir ki, həmin məmurlar bu işin arxasında güya Prezidentin köməkçilərindən birinin dayandığı ilə bağlı əsasız şayiələr də yayırlar.

Sözügedən videomüsahibəni təqdim edirik:

P.S. Videomüsahibədə adları çəkilən şəxslərin də cavab haqqını tanıdığımızı bildiririk. //Azinforum.az//

Nazir müavini ilə icra başçısının AĞSU ÖZBAŞINALIĞI... - Sahibkar DAD DEYİR...
Nazir müavini ilə icra başçısının AĞSU ÖZBAŞINALIĞI... - Sahibkar DAD DEYİR...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident və birinci xanım Zəfər parkında olublar - FOTOLAR (YENİLƏNİB)


Sentyabrın 27-də - Anım Günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.

Dövlətimizin başçısı və birinci xanım parkın girişində xatirə daşının önünə gül dəstələri qoydular.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamda Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin yaradılması tapşırılmışdı. Ötən müddətdə Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin layihəsi hazırlanıb. Layihəyə əsasən, torpaqlarımızın azad olunması uğrunda tarixi Qələbəyə gedən yolu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsini yaşatmaq məqsədilə kompleksin ərazisində muzeyin yaradılması nəzərdə tutulur. Muzey kompleksində Vətən müharibəsi şəhidlərinin hər birinin adı həkk olunacaq, burada toplanacaq eksponatlar ərazilərimizin işğaldan azad olunması uğrunda mübarizə aparan əsgər və zabitlərimizin igidliyini, xalqımızın əzmini bir daha nümayiş etdirəcək. Kompleks park ilə əhatə olunacaq.

8 Noyabr prospektində inşa olunan Zəfər parkı doqquz hektardan çox ərazini əhatə edəcək. Əraziyə girişdə 44 tağ elementindən istifadə edilib. Tağlar Qələbəyə aparan rəmzi yolun başlanğıcını tərənnüm edəcək. Giriş portalındakı tağın hündürlüyü 44, eni isə 22 metr olacaq. Tağın üzərində Vətən müharibəsi qəhrəmanlarının adları həkk ediləcək. Tağın üst hissəsindəki ağac elementi böyüyən Azərbaycan, pöhrələnmə, firavanlıq, yeni həyata və Qələbəyə aparan simvolik yol təsəvvürü yaradacaq.

Zəfər Muzeyinin əsas girişində yaradılacaq “Dəmir yumruq” simvolunun üzərində Qələbənin tarixi qeyd ediləcək. “Dəmir yumruq” Zəfərin əsasında dayanan Lider, Xalq, Dövlət və Ordu birliyinin rəmzi olacaq. Muzeyin divarında Birinci və İkinci Qarabağ müharibələrində şəhid olmuş əsgər və zabitlərimizin adları həkk ediləcək.

Parka doğru keçid hissədə 8 Noyabr – Zəfər Gününü əks etdirən memorial abidə ucaldılacaq. Abidə iki güclü əlaməti - Zəfər Gününü və sonsuzluğun rəmzi kimi sarsılmaz birliyi təcəssüm etdirəcək. Memorial abidənin ətrafında Qarabağ xalçalarındakı naxış və bəzək elementlərini əks etdirən yaşıllıq salınacaq.

Zəfər parkında, həmçinin tematik bağça, kaskad tipli şəlalə, Qarabağ yaddaş bağçası, parka ümumi baxış nöqtəsi yaradılacaq. Parkın sonunda Azadlıq Bayrağı Meydanının inşası nəzərdə tutulur. Yaddaş bağçası parkın son hissəsində yaradılacaq. Bu hissəyə enən cığır hündür haşiyəli çiçək və yaşıllıqlarla əhatə olunacaq. Yaddaş bağçasının ətrafında istirahət guşələri və oturacaqlar qoyulacaq. Su hövzəsinin mərkəzində isə Azərbaycan Bayrağı dalğalanacaq. Azadlıq Bayrağı Meydanına gedən yol Vətən müharibəsinin rəmzi kimi 44 bürünc döşəmədən ibarət olacaq.

***

10:23

Sentyabrın 27-də - Anım Günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.

Dövlətimizin başçısı və birinci xanım parkın girişində xatirə daşının üzərinə gül dəstələri qoydular.
Prezident və birinci xanım Zəfər parkında olublar - FOTOLAR (YENİLƏNİB)
Prezident və birinci xanım Zəfər parkında olublar - FOTOLAR (YENİLƏNİB)
Prezident və birinci xanım Zəfər parkında olublar - FOTOLAR (YENİLƏNİB)
Prezident və birinci xanım Zəfər parkında olublar - FOTOLAR (YENİLƏNİB)
Prezident və birinci xanım Zəfər parkında olublar - FOTOLAR (YENİLƏNİB)
Prezident və birinci xanım Zəfər parkında olublar - FOTOLAR (YENİLƏNİB)
Prezident və birinci xanım Zəfər parkında olublar - FOTOLAR (YENİLƏNİB)

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Putin öz maaşını artırdı


Rusiya prezidenti Vladimir Putin dövlət qulluqçularının bəzi kateqoriyalarının maaşlarının 5,5% indeksləşdirilməsi haqqında fərman imzalayıb.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Qeyd olunub ki, maaş artımı Rusiya prezidentinə və baş nazirinə, Təhlükəsizlik Şurasının vitse-prezidentinə, nazirliklərin rəhbərlərinə, bir sıra departament strukturlarına və digər federal vəzifəli şəxslərə şamil edilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tiflisdə “rəngi inqilab” Azərbaycan, Türkiyə və Rusiyanın geosiyasi və iqtisadi maraqlarına zərbə ola bilər - Ekspert danışır


Gürcüstanda mümkün hakimiyyət dəyişikliyi Azərbaycan, Türkiyə və Rusiyanın geosiyasi və iqtisadi maraqlarına zərbə ola bilər”. “Yeni Müsavat”ın verdiyi xəbərə görə, rusiyalı polkovnik İqor Korotçenko belə hesab edir. Onun fikrincə, Azərbaycanın Qarabağ üzərində nəzarəti tam bərpa etməsinə Qərbin (ABŞ-Fransa-Avropa Birliyi) cavabı tezliklə Gürcüstanda sabitliyi pozmaq, orada “rəngli inqilab” təşkil etmək və baş nazir İrakli Qaribaşvili hökumətinin zorla aradan götürülməsi cəhdi olacaq.

Rus hərbi analitikin sözlərinə görə, bu, Azərbaycan, Türkiyə və Rusiyanın geosiyasi və iqtisadi maraqlarına zərbə cəhdidir, baş tutsa, bu, sadalanan ölkələrin hər birinə fərqli şəkildə zərər verə bilər. Korotçenko güman edir ki, yeni təhdidləri qiymətləndirmək və Qərbin planlarına qarşı çıxmaq məqsədilə Azərbaycan, Gürcüstan, Türkiyə və Rusiya təhlükəsizlik şuralarının və ya kəşfiyyat xidmətlərinin rəhbərlərinin qeyri-rəsmi qapalı görüşünün keçirilməsinə təcili ehtiyac var. Hətta o, belə bir toplantının keçirilməsi üçün optimal yerin Bakı olduğunu düşünür.

Korotçenko Gürcüstanda mümkün hakimiyyət dəyişikliyinə də diqqət çəkib: “Gürcüstanda İrakli Qaribaşvili hökumətinin devrilməsi və orada açıq-aşkar qərbyönlü və ya amerikapərəst qüvvələrin hakimiyyətə gəlməsi nə deməkdir? Ən mühüm boru kəmərləri - qaz (Cənub Qaz Dəhlizi) və neft (Bakı-Tiflis-Ceyhan) kəmərləri, eləcə də Bakı-Tiflis-Qars dəmir yolu Gürcüstan ərazisindən keçdiyi üçün Azərbaycan və Türkiyəni şantaj ehtimalı; Azərbaycan, Türkiyə və Rusiyaya güclü təsir və sabitliyi pozma vasitəsi kimi İrəvan-Tiflis-Brüssel-Paris hərbi-siyasi oxunun formalaşması; qlobal erməni diasporunun qüvvələrinin Azərbaycana qarşı destruktiv hərəkətlər üçün yeni tətbiq amili kimi Ermənistan-Gürcüstan əlaqəsinin strateji əhəmiyyətinin artırılması”. Bir sözlə, rus ekspertin mülahizələrində kifayət qədər maraqlı nüanslar var. Söhbət bölgədə strateji qarşıdurmanın yeni cəbhəsinin növbəti dəfə Gürcüstan olmasından gedir. Sabiq prezident Mixail Saakaşvili dönəmində ABŞ bu ölkəni tamamilə Rusiyadan qopara bilmişdi. Hazırda oxşar ssenari Nikol Paşinyan üzərindən Ermənistanla bağlı gedir. Gürcüstanda isə Rusiyaya yaxınlığı ilə seçilən oliqarx Bdzina İvanaşvilinin qurucusu olduğu “Gürcü arzusu” hakimiyyətə gəldikdən sonra ikivektorlu siyasət aparıldı: Qərbə inteqrasiyanın davam etdirilməsi, Aİ ilə tərəfdaşlıq, Rusiya ilə münasibətləri yumşaltma... Son dövrlərdə isə Qaribaşvili Aİ-yə qarşı ittihamlar səsləndirməkdədir, Ukrayna müharibəsində Qərbin Tiflis üzərindən ikinci cəbhə açmaq cəhdində olduğunu iddia edir, Moskva ilə əlaqələrin qorunub saxlanmasının vacibliyini qeyd edir. Ona görə də Gürcüstanda rusiyapərəst bir iqtidarın olduğu əsas gətirilərək çevriliş planlarının çizilməsi mümkündür. Bəs Korotçenkonun iddiaları hansı səviyyədə real görünür? Gürcüstan yenidən inqilaba hamilə ola bilərmi?
DİA.AZ bildirir ki, siyasi şərhçi Azad Məsiyevin “Yeni Müsavat”a açıqlamasına görə, NATO və ABŞ Rusiyanı özünə düşmən elan edib: “Burada strateji məqsəd Rusiyanı dünya siyasi xəritəsindən silməkdir. Bu baxımdan, Rusiyaya yaxın ölkələrdə demokratiya bayrağı altında dövlət çevrilişləri, rəngli inqilablar həyata keçirildi, nəticədə həmin dövlətləri klounlaşdırdılar. Buna bariz nümunə kimi Gürcüstan, Ukrayna və Ermənistanı göstərmək olar. Birləşmiş Ştatların məqsədi Rusiyanı siyasi arenadan tamamilə kənarlaşdırmaqdır və bu istiqamətdə addımlarını davam etdirir. Ukrayna böhranı da bu səbəbdən yarandı. Nəticədə Rusiyanın Avropa ilə əlaqəsini kəsdi. Belədə isə Rusiya yeni doktrinasını cənuba - Türkiyə və İranla elan etdi. Yəni Rusiyaya Afrika qitəsinə çıxmaq üçün yeni iqtisadi doktrina lazımdır. Ancaq Rusiyanın bu planı həyata keçirməsi üçün ona Cənubi Qafqazda stabillik də lazımdır. Çünki Rusiya-ABŞ münaqişəsində iki cəbhə var: Ukrayna və Cənubi Qafqaz...”, - deyə ekspert belə dəyərləndirir.

Onun fikrincə, Birləşmiş Ştatların artıq Paşinyan layihəsi iflasa uğrayır deyə Gürcüstan planı işə salına bilər: “Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməməsi Rusiyanın cənub doktrinasına mane olmaqda idi. Azərbaycanın 44 günlük müharibədə qələbəsi və antiterror tədbiri ilə bölgədə qaynar ocağı söndürməsi Qərbin regiondakı planlarını iflas etdirdi. Paşinyan vasitəsilə Azərbaycana təzyiq edilirdi ki, anti-Rusiya blokuna qoşulsun. Hətta bir vaxtlar Bakıda Soros Fondu yerləşirdi və niyyət ölkədə rəngli inqilab etmək, sonra Qərbpərəst iqtidar vasitəsilə Azərbaycandan Rusiyaya qarşı istifadə etmək idi. Amma Azərbaycan Sorosu ölkədən çıxardı”.

Ekspert hesab edir ki, Birləşmiş Ştatlar İrəvan üzərindən Türkiyə-Azərbaycan, İran-Azərbaycan münasibətlərinə kölgə salmağa çalışıb: “Bu planlar alınmır deyə Gürcüstan faktoru önə çıxarılır. Azərbaycanın enerji məhsulları bu ölkə üzərindən Qərbə ixrac edilir. Amerika Saakaşvili kimi birini ortaya çıxarıb dəyişiklik etmək istəyə bilər. Çünki 3+3 modelinin həyata keçməsi Amerikanın regiona daxil olmasına əngəldir. Düzdür, Gürcüstan Rusiya ilə düşmən olduğu üçün bu platformaya razı deyildi, lakin son vaxtlar rəsmi Tiflisin mövqeyində müəyyən yumşalma var. Vaşinqton da bu prosesi gördüyü üçün müdaxilə etməyə hazırlaşır. O səbəbdən Gürcüstanda etirazlar baş qaldıra bilər”.

A.Məsiyev Qərbin Gürcüstanda kataklizm yaratmaqla əslində Paşinyanı da hədəfdən yayındırmağa cəhd göstərdiyini ehtimal edir: “Yəni mürəkkəb və çoxkombinasiyalı strateji prosesi gedir. Əgər Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalansa, Qərb regiona nüfuz edə bilməyəcək. Bu müqavilə Moskvanın vasitəçiliyi ilə reallaşa bilər. Zəngəzur dəhlizi də Rusiya-Türkiyə münasibətlərinə uyğundur deyə ABŞ bu layihəyə qarşıdır. Ona görə Gürcüstan və Ermənistan üzərindən regionda qaynar ocaqlar yaratmaq istəyirlər. Bu baxımdan, Ərdoğanın təklif etdiyi dördlük formatı bölgədə sülh üçün əlverişli modeldir. Nə qədər tez gerçəkləşsə yaxşıdır...”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ata Qazi... Oğul Qazi..: Durumları isə... - ACINACAQLI HAL...

"Siyəzən Şəhəri Həmyə kəndindən atası və özü 1 -ci və 2 -ci Qarabağ döyüşçüləri var.Ata kürəyindən oğul da sinəsindən, çənəsindən, kürəyindən qəlpə yarası alıb və həmin oğul indi də vətənə kiçik gizir kimi xidmət edir..." DİA.AZ bildirir ki, bu baarədə Siyəzən rayonundan olan ictimai fəal Zamiq Əliyev açıqlamasında bildirib.

Z.Əliyev daha sonra qeyd edib: "Bu ailəyə 6 sot torpaq sahəsi veriblər, onun da sənədləri zad yoxdur.

Bir dəfə də İcra Hakimiyyəti onlara evi tikmək üçün bir maşın "atsep" və "şebel" verib vəssalam. Adamlar uzun illərdir çətin şəraitdə kirayədə qalırlar.

Bir maşın "atsep" və "şebel"lə ev tikmək olur?

Adamlar can qoyub bunlar üçün... bunların verdiyi dəyər budur! Sonra da bəziləri...."

Məsələ ilə bağlı olaraq bütün əlaqədar qurum və şəxsləri dinləməyə hazırıq...Dia.az

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO