Tiflisdə “rəngi inqilab” Azərbaycan, Türkiyə və Rusiyanın geosiyasi və iqtisadi maraqlarına zərbə ola bilər - Ekspert danışır

13:40 27.09.2023 108
Tiflisdə “rəngi inqilab” Azərbaycan, Türkiyə və Rusiyanın geosiyasi və iqtisadi maraqlarına zərbə ola bilər - Ekspert danışır


Gürcüstanda mümkün hakimiyyət dəyişikliyi Azərbaycan, Türkiyə və Rusiyanın geosiyasi və iqtisadi maraqlarına zərbə ola bilər”. “Yeni Müsavat”ın verdiyi xəbərə görə, rusiyalı polkovnik İqor Korotçenko belə hesab edir. Onun fikrincə, Azərbaycanın Qarabağ üzərində nəzarəti tam bərpa etməsinə Qərbin (ABŞ-Fransa-Avropa Birliyi) cavabı tezliklə Gürcüstanda sabitliyi pozmaq, orada “rəngli inqilab” təşkil etmək və baş nazir İrakli Qaribaşvili hökumətinin zorla aradan götürülməsi cəhdi olacaq.

Rus hərbi analitikin sözlərinə görə, bu, Azərbaycan, Türkiyə və Rusiyanın geosiyasi və iqtisadi maraqlarına zərbə cəhdidir, baş tutsa, bu, sadalanan ölkələrin hər birinə fərqli şəkildə zərər verə bilər. Korotçenko güman edir ki, yeni təhdidləri qiymətləndirmək və Qərbin planlarına qarşı çıxmaq məqsədilə Azərbaycan, Gürcüstan, Türkiyə və Rusiya təhlükəsizlik şuralarının və ya kəşfiyyat xidmətlərinin rəhbərlərinin qeyri-rəsmi qapalı görüşünün keçirilməsinə təcili ehtiyac var. Hətta o, belə bir toplantının keçirilməsi üçün optimal yerin Bakı olduğunu düşünür.

Korotçenko Gürcüstanda mümkün hakimiyyət dəyişikliyinə də diqqət çəkib: “Gürcüstanda İrakli Qaribaşvili hökumətinin devrilməsi və orada açıq-aşkar qərbyönlü və ya amerikapərəst qüvvələrin hakimiyyətə gəlməsi nə deməkdir? Ən mühüm boru kəmərləri - qaz (Cənub Qaz Dəhlizi) və neft (Bakı-Tiflis-Ceyhan) kəmərləri, eləcə də Bakı-Tiflis-Qars dəmir yolu Gürcüstan ərazisindən keçdiyi üçün Azərbaycan və Türkiyəni şantaj ehtimalı; Azərbaycan, Türkiyə və Rusiyaya güclü təsir və sabitliyi pozma vasitəsi kimi İrəvan-Tiflis-Brüssel-Paris hərbi-siyasi oxunun formalaşması; qlobal erməni diasporunun qüvvələrinin Azərbaycana qarşı destruktiv hərəkətlər üçün yeni tətbiq amili kimi Ermənistan-Gürcüstan əlaqəsinin strateji əhəmiyyətinin artırılması”. Bir sözlə, rus ekspertin mülahizələrində kifayət qədər maraqlı nüanslar var. Söhbət bölgədə strateji qarşıdurmanın yeni cəbhəsinin növbəti dəfə Gürcüstan olmasından gedir. Sabiq prezident Mixail Saakaşvili dönəmində ABŞ bu ölkəni tamamilə Rusiyadan qopara bilmişdi. Hazırda oxşar ssenari Nikol Paşinyan üzərindən Ermənistanla bağlı gedir. Gürcüstanda isə Rusiyaya yaxınlığı ilə seçilən oliqarx Bdzina İvanaşvilinin qurucusu olduğu “Gürcü arzusu” hakimiyyətə gəldikdən sonra ikivektorlu siyasət aparıldı: Qərbə inteqrasiyanın davam etdirilməsi, Aİ ilə tərəfdaşlıq, Rusiya ilə münasibətləri yumşaltma... Son dövrlərdə isə Qaribaşvili Aİ-yə qarşı ittihamlar səsləndirməkdədir, Ukrayna müharibəsində Qərbin Tiflis üzərindən ikinci cəbhə açmaq cəhdində olduğunu iddia edir, Moskva ilə əlaqələrin qorunub saxlanmasının vacibliyini qeyd edir. Ona görə də Gürcüstanda rusiyapərəst bir iqtidarın olduğu əsas gətirilərək çevriliş planlarının çizilməsi mümkündür. Bəs Korotçenkonun iddiaları hansı səviyyədə real görünür? Gürcüstan yenidən inqilaba hamilə ola bilərmi?
DİA.AZ bildirir ki, siyasi şərhçi Azad Məsiyevin “Yeni Müsavat”a açıqlamasına görə, NATO və ABŞ Rusiyanı özünə düşmən elan edib: “Burada strateji məqsəd Rusiyanı dünya siyasi xəritəsindən silməkdir. Bu baxımdan, Rusiyaya yaxın ölkələrdə demokratiya bayrağı altında dövlət çevrilişləri, rəngli inqilablar həyata keçirildi, nəticədə həmin dövlətləri klounlaşdırdılar. Buna bariz nümunə kimi Gürcüstan, Ukrayna və Ermənistanı göstərmək olar. Birləşmiş Ştatların məqsədi Rusiyanı siyasi arenadan tamamilə kənarlaşdırmaqdır və bu istiqamətdə addımlarını davam etdirir. Ukrayna böhranı da bu səbəbdən yarandı. Nəticədə Rusiyanın Avropa ilə əlaqəsini kəsdi. Belədə isə Rusiya yeni doktrinasını cənuba - Türkiyə və İranla elan etdi. Yəni Rusiyaya Afrika qitəsinə çıxmaq üçün yeni iqtisadi doktrina lazımdır. Ancaq Rusiyanın bu planı həyata keçirməsi üçün ona Cənubi Qafqazda stabillik də lazımdır. Çünki Rusiya-ABŞ münaqişəsində iki cəbhə var: Ukrayna və Cənubi Qafqaz...”, - deyə ekspert belə dəyərləndirir.

Onun fikrincə, Birləşmiş Ştatların artıq Paşinyan layihəsi iflasa uğrayır deyə Gürcüstan planı işə salına bilər: “Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməməsi Rusiyanın cənub doktrinasına mane olmaqda idi. Azərbaycanın 44 günlük müharibədə qələbəsi və antiterror tədbiri ilə bölgədə qaynar ocağı söndürməsi Qərbin regiondakı planlarını iflas etdirdi. Paşinyan vasitəsilə Azərbaycana təzyiq edilirdi ki, anti-Rusiya blokuna qoşulsun. Hətta bir vaxtlar Bakıda Soros Fondu yerləşirdi və niyyət ölkədə rəngli inqilab etmək, sonra Qərbpərəst iqtidar vasitəsilə Azərbaycandan Rusiyaya qarşı istifadə etmək idi. Amma Azərbaycan Sorosu ölkədən çıxardı”.

Ekspert hesab edir ki, Birləşmiş Ştatlar İrəvan üzərindən Türkiyə-Azərbaycan, İran-Azərbaycan münasibətlərinə kölgə salmağa çalışıb: “Bu planlar alınmır deyə Gürcüstan faktoru önə çıxarılır. Azərbaycanın enerji məhsulları bu ölkə üzərindən Qərbə ixrac edilir. Amerika Saakaşvili kimi birini ortaya çıxarıb dəyişiklik etmək istəyə bilər. Çünki 3+3 modelinin həyata keçməsi Amerikanın regiona daxil olmasına əngəldir. Düzdür, Gürcüstan Rusiya ilə düşmən olduğu üçün bu platformaya razı deyildi, lakin son vaxtlar rəsmi Tiflisin mövqeyində müəyyən yumşalma var. Vaşinqton da bu prosesi gördüyü üçün müdaxilə etməyə hazırlaşır. O səbəbdən Gürcüstanda etirazlar baş qaldıra bilər”.

A.Məsiyev Qərbin Gürcüstanda kataklizm yaratmaqla əslində Paşinyanı da hədəfdən yayındırmağa cəhd göstərdiyini ehtimal edir: “Yəni mürəkkəb və çoxkombinasiyalı strateji prosesi gedir. Əgər Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalansa, Qərb regiona nüfuz edə bilməyəcək. Bu müqavilə Moskvanın vasitəçiliyi ilə reallaşa bilər. Zəngəzur dəhlizi də Rusiya-Türkiyə münasibətlərinə uyğundur deyə ABŞ bu layihəyə qarşıdır. Ona görə Gürcüstan və Ermənistan üzərindən regionda qaynar ocaqlar yaratmaq istəyirlər. Bu baxımdan, Ərdoğanın təklif etdiyi dördlük formatı bölgədə sülh üçün əlverişli modeldir. Nə qədər tez gerçəkləşsə yaxşıdır...”
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO