[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vəzifədə 10 ildən çox qalan məmurlar (SİYAHI)

Sentyabrın 1-də AZAL-ın prezidenti vəzifəsindən çıxarılan Cahangir Əsgərov 27 il AZAL-a rəhbərlik edib. Belə ki, o, 1996-cı ildən AZAL-ın direktoru, 2008-ci ildən isə QSC-nin prezidenti vəzifəsini tutub. Beləliklə, Cahangir Əsgərov 12 il direktor, 15 il də prezident vəzifəsini tutub.
Ümumiyyətlə Azərbaycanda vəzifəyə gətirilən məmurların fəaliyyəti əsasən uzun ömürlü olur. Onlardan bəziləri daha sonra müxtəlif vəzifələrə təyin olunsalar da, bu təyinatları qısa müddətli oldu. Lakin aralarında hələ də təyin olunduqları vəzifələrdə çalışanlar da var. 
Valyuta.az həmin məmurlardan bir neçəsinin siyahısını təqdim edir:
Ramiz Mehdiyev – 24 il Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri işləmiş Ramiz Mehdiyev bu vəzifəyə 23 oktyabr 2019-cu ildə gətirilib, 14 fevral 2022-ci ildə Prezident İlham Əliyevin sərəncamı azad edilib. Həmin vəzifə 2009-cu ildə Azərbaycan Respublikası Konstitusiyasına edilmiş dəyişikliklərlə əlaqədar qəbul edilmiş Referendum Aktına qədər Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri adlanırdı. Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri vəzifəsindən sonra Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasının üzvü təyin edilib. Ramiz Mehdiyev 23 oktyabr 2019 – 14 fevral 2022-ci ilə qədər isə Milli Elmlər Akademiyasının (AMEA) prezidenti olub.
Vasif Talıbov – Bir zamanlar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Vasif Talıbov bu vəzifəyə 16 dekabr 1995-ci ildə təyin olunub. Naxçıvan Muxtar Respublikasına 27 il rəhbərlik edən Vasif Talıbov 21 dekabr 2022-ci ildə vəzifəsindən çıxarılıb. 
Elman Rüstəmov – Ölkənin baş bankiri olan Elman Rüstəmov 13 yanvar 1995-ci ildə Mərkəzi Bankın rəhbəri təyin olunub. O, da Vaisf Talıbov kimi 27 il vəzifədə qalıb və müddətdə ölkənin əsas bankına rəhbərlik edib. 12 aprel 2022-ci ildə bu vəzifədən azad edilib. Daha sonra baş nazirin müşaviri təyin olunub.
Hacıbala Abutalıbov – Hər zaman insanların yaddaşında maraqlı çıxışları ilə qalan Hacıbala Abutalıbov 17 il bakı Şəhər İcra Hakimiyyətinə rəhbərlik edib. Keçmiş Bakı meri 30 yanvar 2001-ci ildən 21 aprel 2018-ci ilə qədər bu postda əyləşib. 1995-2000-ci illərdə Suraxanı rayonuna rəhbərlik edən Hacıbala Abutalıbov Bakı meri vəzifəsindən azad olunduqdan sonra – 21 aprel 2018-ci ildə Baş nazirin müavini təyin edilib və 21 okryabr 2019-cu ilə qədər bu vəzifəni tutub.
Artur Rasizadə – Azərbaycan Respublikasının 6-cı baş naziri Artur Rasizadə 15 il Nazirlər Kabinetinə 22 il rəhbərlik edib. O, ilk dəfə 26 noyabr 1996-cı ildə bu vəzifəyə təyin edilib və 4 avqust 2003-cü ildə postundan ayrılıb. Həmin ilin 31 oktyabrında yenidən baş nazir təyin olunub və fəaliyyətinə 21 aprel 2018-ci ilə qədər davam edib.
Tağı Əhmədov – Vəzifədə işlədiyi dövrdə ölkənin ən qalmaqallı məmurlarından biri kimi adı hallanan Tağı Əhmədov düz 16 il – 1998-2014-cü illər ərzində Bakı Metropoliteninə rəhbərlik edib. 
Misir Mərdanov – 15 il təhsil naziri olan Misir Mərdanov bu vəzifəyə 25 mart 1998-ci ildə təyin edilib. Misir Mərdanov nazir postunda 19 aprel 2013-cü ilə qədər işləyib. 19 aprel 2013-cü ildə AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru təyin olunub. Hələ də vəzifədədir. 
Əbülfəz Qarayev – İki nazirlikdə 26 il vəzifədə olan Əbülfəz Qarayev ilk dəfə 26 iyul 1994-cü ildə nazir postuna gətirilib. 18 aprel 2001-ci ilə qədər gənclər və i̇dman naziri, 18 aprel 2001 – 30 yanvar 2006-cı illərdə gənclər, i̇dman və turizm naziri, 30 yanvar 2006 – 20 aprel 2018-ci illərdə mədəniyyət və turizm naziri, 23 aprel 2018-ci ildən 21 may 2020-ci ilə, yəni vəzifədən çıxarılana qədər mədəniyyət naziri olub.
Kəmaləddin Heydərov – Hazırda fövqəladə nallar naziri olan Kəmaləddin Heydərov 17 yanvar 1995 – 6 fevral 2006-cı illərdə Gömrük Komitəsinin rəhbəri olub. O, bu vəzifədə 11 il işləyib. 2006-ci ilin 6 fevralından bu günə qədər Fövqəladə Hallar Nazirliyinə rəhbərlik edir. 
Polad Bülbüloğlu – Hazırda Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri olan Polad Bülbüloğlu 5 fevral 1991-ci ildən 30 yanvar 2006-cı ilə qədər mədəniyyət naziri olub. O, bu vəzifədə 15 il işləyib. 

Valyuta.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Həyat üçün şans”- Reabilitasiya Mərkəzində nələlər yaşanır?


Elgiz və arvadının yaratdığı mütəşəkkil cinayətkar şəbəkə… Burada xəstələri döyür, asır, suda boğur, hər cürə işgəncə verirlər… “Həyat üçün şans”- reabilitasiya mərkəzinin təssisçisi və rəhbəri Elgiz Alxanov ( Şirinov) barəsində xırda bir araşdırma aparmalı olduq. Və bunun üçün onun https://www.instagram.com/narkomaniya2021/ səhifəsinə daxil olub xəbərləri izlədik.
Təsəvvür edə bilməsiniz ki, bu boyda Reabilitasiya Mərkəzinin təsisçisi və rəhbəri nə qədər savadsız adamdır. Bu məxluq öz səhifəsində müxtəlif videolar, audiolar, şəkillər paylaşır və hər dəfə qarşısına iri hərflərlə yazılmış reklam şüarı qoyur. Fikir verin… “ƏZYƏTSİZ UGURUN ÖMRÜ AZ OLAR”… Gördünüzmü, bu adamın elementar-ibtidai təhsili olsaydı “ƏZİYYƏT” sözünü, “UĞUR” sözünü düzgün yazmağı bacarardı.
Bunun ətrafındakılar da özü ağılda, özü kimi savadsızlardır. Əks halda, səhvi düzəldərdilər. Axı bu reklamlar 100 minlərə hesablanıb. Elgiz Alxanov ( Şirinov ) başqa bir reklam çarxında qarşısına yeni bir şüar qoyub: “AKTUAL MÖVZÜLƏR”… Təsəvvür edirsiniz, bu nə deməkdir… “MÖVZÜ” nədir, ay Elgiz Alxanov ( Şirinov)..? Günah səndə deyil ee, sənə Reabilitasiya Mərkəzi açmağa icazə verən məmurlarda, Səhiyyə Nazirliyindədir…
Başqa bir reklam çarxında Elgiz Alxanovdur, Qalxanovdur nədir deyir: Bizim Reabilitasiya Mərkəzi heç kimə söz vermir, qarantiya vermir, ancaq ŞANS verir… Adama deyərlər ki, hər ay hər xəstədən 1500 manatı alıb məzləyirsən, bura sənin üçün dərnək-zaddır..? Qarantiya vermirsənsə, insanların külli miqdarda pulunu niyə alırsan..?
Hələ bu harasıdır..? https://www.instagram.com/narkomaniya2021/ səhifəsindən bəlli olur ki, Reabilitasiya Mərkəzinin Qadınlar Filialı da fəaliyyət göstərir və Filialın müdiri Elgiz Alxanovun (Şirinov) arvadıdır. Amma orada müalicə alan narkoman qadınlara kişilərin daldan banka qoymasını heç cür anlaya bilmədik… Axı səhifədən göründüyü kimi filialın xeyli sayda qadın əməkdaşı var.
Nə isə, sözün qısası, Elgiz Alxanov (Şirinov) və arvadı ölkədə əməlli başlı cinayətkar şəbəkə yaradıblar. Elgizin arvadı imkanlı, vəzifəli şəxslərin qız-gəlinlərini, həyat yoldaşlarını öz toruna salıb milyonlar qazanır.
Yeri gəlmişkən, vaxtilə dost-tanışdan 5 manat çörək pulu alan və ləqəbi “Dilənçi” olan Elgiz narkotiklərin hesabına Yasamal Rayonu, Nazim Hikmət küçəsindəki evini 100 min manata təmir etdirir, 200 min manata maşın alır və Elgiz hazırda özünə dəyəri 1 milyon olan bağ evi axtarır… Yazıq valideynlər isə ağızlarındakı protezi satıb Elgizə pul gətirirlər və s.
Uzun-uzadı yazmadan, qısa xatırlatma üçün qeyd edək ki, bu Reabilitasiya Mərkəzinin özünün “həbsxanası”, “əməliyyat qrupu”, “cəza dəstəsi” və “karsı”, “polis maşını” və s. hər şeyi var. Bəli, Elgiz Alxanov (Şirinov) “Həyat üçün Şans” Reabilitasiya Mərkəzi adı altında həbsxana yaradıb… Bu adam bir başa dövlətə meydan oxuyur, heç bir məhkəmə qərarı, sanksiya-filan olmadan vətəndaşı maşınlara basıb Reabilitasiya Mərkəzinə gətirirlər. Bu hələ harasıdır…? Burada adamı ayağından asırlar, suda boğurlar, işgəncə verirlər və daha nələr…
Elgiz hər yerdə çox yüksək vəzifəli şəxslərin adını çəkir və deyir ki, Reabilitasiya Mərkəzinin sahibləri onlardır. Bu adam başına 2500 narkomanı toplayıb, özünü muzdlu dəstənin başçısı kimi aparır. Elgiz Alxanov (Şirinov) ölkədə tanınan, nüfuzlu və imkanlı şəxslərin uşaqlarının siyahısını tutub, onları tora salmağın, mala otuzdurmağın, valideynlərindən külli miqdarda pul almağın planlarını cızıb və tapıb… Yəni bu adam birbaşa Dövlətə meydan oxuyur, Azərbaycan Dövlətinə də şər-böhtan atır, hər yerdə deyir ki, polis rəislərinin aylığını verirəm… Hətta tez-tez bəzilərinin adlarını da hallandırır…
Onu da qeyd edək ki, Elgiz Alxanovun (Şirinov) bir qardaşı da Rusiyada yaşayır və o da orada, guya, Reabilitasiya Mərkəzi açaraq narkomanları müalicə edir… Amma əslində, Elgiz və onun dəstəsi narkotacirlərlə sıx əlaqədə işləyirlər, Elgiz, guya, aşağı doza narkotiklə xəstələri müalicə edir.
Əslində, Elgiz (Alxanov) Şirinov ətrafına 2500-dən çox narkoman toplayaraq özü üçün bir “ordu” yaradıb, müxtəlif imkanlı şəxslərin evlərinə, mülklərinə basqın edərək qarət edirlər… Və onu da qeyd edək ki, Elgiz (Alxanov) Şirinovun Reabilitasiya Mərkəzləri Abşeronda, Novxanıda, Binəqədidə, Sumqayıtda özəl obyektlərdə, şəxsi evlərdə fəaliyyət göstərir. Hələ bu harasıdır..? Bəli, şəxsi evlərdə…həm də pəncərələr dəmir barmaqlıqlarla bağlanır, dəstəyi çıxarılır…sözün həqiqi mənasında ZİNDAN… Və içəridə qumarxana, meyxana və s. məclislər…təşkil edilir. Və onu da qeyd edək ki, Elgizin yanında, guya, müalicə olunan narkomanlar bayırdakı narkomanlara imkanlı adamların evlərinin, mülklərinin ünvanlarını ötürüb evləri qarət edirlər… Elgiz o qədər həddini aşıb ki, dövlətin hesabına Reabilitasiya Mərkəzi açmaq istəyənləri şantaj edir, deyir ki, mənim icazəm olmadan onlar heç nə aça bilməzlər…onlar mütləq mənimlə razılaşmalıdırlar…
Bu günlərdə Elgiz Alxanovun (Şirinov) dəstəsi Qarabağ veteranı olan bir şəxsin evinə basqın edərək qarət ediblər. Bir sözlə, Elgizin cinayətkar şəbəkəsi əməllərini davam etdirir… Bundan əlavə, onu da qeyd edək ki, Elgiz Alxanov (Şirinov) həyat yoldaşı ilə birləşərək başına cinayətkar dəstə toplayıb heç bir lisenziyası olmayan evlərdə gizlin fəaliyyət göstərirlər. 2500 adamdan hər ay 1500 manatdan pul alınırsa, görəsən, Elgiz Alxanov (Şirinov) hər ay nə qədər vergi ödəməlidir və nə qədər ödəyir?
Bütün bunların sonunda üzümüzü Hüquq-Mühafizə Orqanlarına, Səhiyyə Nazirliyinə, Dövlət Vergi Xidmətinə tutub soruşuruq: Bu boyda cinayət əməllərini görmürsünüz, cənablar..? Hətta Elgiz Alxanovun işçisi Turan İkram adlı şəxslə şərik olduğunu da bildirir. Bu haqda növbəti sayımızda.
P. S. Onu da bildirək ki, Elgiz Alxanov (Şirinov) barəsində Abşeron Rayon Mehdiabad Polis Bölməsində araşdırma aparılır. Kimin şikayəti varsa, həmin bölməyə şikayət edərək dəymiş ziyanlarını geri istəyə bilərlər. (Gundelik-baku.com)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Məktəbli qəbulunu da biznesə çeviriblər... - AXI NİYƏ?!


Azərbaycanın absurdlar ölkəsi olduğunu bilməyən yoxdur. Ölkədə nazirliklərdəki məmur tayfasından tutmuş səhiyyə, təhsil sektorundakı rəhbərlərə qədər hər kəsin ağzından bir “avaz” gəldiyini də çox yaxşı bilirik.
Əlbəttə, bu “avaz”dan pul iyi gəlir və respublikada rüşvət artıq üfunət qoxuyur. Lakin hər şeyin də bir həddi, əndazəsi var. Elə qayda və qanunlar var ki, burada artıq normanı keçmək olmaz.
Di gəl ki, Abşeron-Xızı Regional Təhsil İdarəsi və onun tabeliyindəki yerli təhsil şöbələri üçün sərhədlər deyilən anlayış yoxdur. Sanki “Nuh” deyir, “peyğəmbər” demirlər.
Söhbət 1-ci sinifə qədəm qoyacaq Babaxanov Əlixan Babaxan oğlunun ağılasığmaz şəkildə təhsildən məhrum edilməsindən gedir. Anaxeber.info-ya müraciət edən ailənin sözlərinə görə, övladları Əlixan bu il sentyabrın 15-dən həmyaşıdları olan hamı kimi məktəbə getməlidir. Onlar Sumqayıtın 1-ci mikrorayon, Sülh küçəsi 3 ünvanındakı 4-cü komissiyadan narazıdırlar. Babaxanovlar ailəsi Xırdalanın Mehdi Hüseynzadə küçəsi, məhəllə 31, ev 59, mənzil 94 ünvanında yaşayır. Valideynləri Əlixanın rusdilli olduğunu, Azərbaycan dilində demək olar ki, bilmədiyini söyləyirlər.
Tragikomediya isə ondan ibarətdir ki, rus dilində necə deyərlər “çırtlayan” Əlixanı Abşeron rayonunda rus bölməsinə qəbul etmirlər. Buna gülünc səbəb kimi onun qabiliyyət imtahanından keçməməsi göstərilib.
Görün nə dərəcədə biabırçı vəziyyətdir ki, Abşeron Təhsil İdarəsi Azərbaycan dilində başa düşməyən və yalnız rusca danışan Əlixanı qabiliyyət imtahanından “keçmədiyi” üçün rus sektoru olan məktəbə qəbul etmir.
Bunun nə dərəcə özbaşına, qanunsuz hərəkət olduğunu sübut etməyə ehtiyac yoxdur. Çünki bir cümlə ilə ifadə etmək olar – Azərbaycanda orta təhsil icbaridir.
Yəni hər bir 6 yaşına çatmış uşaq məktəbə getməli və təhsil almalıdır. Hətta qabiliyyət imtahanında uğurlu olmayan uşaq da şagird adını qazanmağı haqq edir, bu ixtiyarı onun əlindən heç kəs ala bilməz.
Ölkə qanunvericiliyi, “Təhsil haqqında” qanun var və Abşeron ŞTİ rəhbərliyi həmin qanunların üzünü açıb oxusa, başa düşər ki, Əlixanı məktəbdən məhrum etmək cinayətdir. Bu təhsil idarəsinə İlhamə Abdullayeva rəhbərlik edir. O, ötən ilin aprelində vəzifəyə təyin olunub.
Lakin bir il kifayət edib ki, onun təhsil sisteminin, idarəetmə “fəlsəfəsi”nin nədən ibarət olduğunu anlayasan. İlhamə xanım Abdullayeva Abşeron rayon məktəblərində elə bir gestapo rejimi yaradıb ki, ancaq “fitri-istedadı” olanlar şagird adını qazana bilərlər.
Əlixanın ailəsi isə deyir ki, onlar Elm və Təhsil Nazirliyindən, Prezident İlham Əliyevdən, I Vitse-Prezident Mehriban Əliyevadan üzləşdikləri problemin həllinə dair diqqət gözləyirlər.
“Bizim uşağımız rus dilində əla bilir. Əlixan rus sektorunda oxumayacaq, bəs kim oxuyacaq? Hazır kadrdır, ona rus dilini sıfırdan öyrətməyə ehtiyac yoxdur. Amma uşağı məktəbə qoya bilmirik. Artıq dərslərin başlanmasına iki həftə qalıb və bizə heç bir köməklik göstərilmir.
Uşağın qabiliyyət imtahanından hətta keçməməsi də onu təhsil almaq hüququndan məhrum edə bilməz. Bu uşaq Azərbaycan dilində bilmir, bəs Azərbaycan sektorunda necə oxusun?” - deyə şikayətçi valideynlər qeyd edirlər. Onlar Abşeron təhsil idarəsi rəhbərliyindən bu məsələyə reaksiya verilməsini xahiş edirlər.
Anaxeber.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
BU DA TƏZƏ ÇIXDI: Vətəndaşlara əlavə problem yaradılır... - AXI NİYƏ?!


"Bələdiyyə sənədi olan Bakı və Abşeron ərazisində olan 2007-ci ilə qədər olan sənədlərdə təzəlikcə Daşınmaz əmlakın dövlət reyestri xidməti imtina verir". DİA.AZ bildirir ki, bu gileylə Humrus Ağakişiyev adlı vətəndaş çıxış edib.

Narazı vətəndaş daha sonra yazır:

"Səbəb kimi isə Abşeron və Bakıda Bələdiyyə torpaqlarının xəritəsinin olmaması, buna görədə Bələdiyyənin torpaq ayırma hüququnun yaranmaması göstərilir yəni bir sözlə Bələdiyyələr deyə bilməz bu ərazi mənə məxsusdur deyə.

Sual yaranır Bələdiyyənin onda nə kimi funksiyası qaldı?.."

Məsələ diqqətimizdədir. İddia olunanlarla bağlı olaraq bütün əlaqədar qurum və şəxsləri dinləməyə hazırıq...(Dia.az)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Putinlə Ərdoğanın nahar menyusu - Foto

Bu gün Soçidə görüşən Rusiya prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın işçi nahar menyusu məlum olub.

Liderlərin nahar yeməyində mal əti ilə xarço şorbası, tomat soslu qırmızı kefal balığı, xiyar və avokadolu salat, qızardılmış quzu əti olub.

Desert kimi isə menyuya “quş südü”, ağ və qırmızı şərab daxil edilib.
Putinlə Ərdoğanın nahar menyusu - Foto

“RİA Novosti”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Cahangir Əsgərov "təktərəfli uçuş" etdi... - "Oliqarxiya"dan sonra vətəndaşı və AZAL-ı nə gözləyir?!


Belə bir əhvalat olub: Sovet dövründə bir fakültədə məzun diploma ip bağlayıb, universitetin dəhlizlərindən sürümüşdü. "5 il mən bu diplomun dalınca sürünmüşəm, indi heç olmasa 5 dəqiqə də o, mənim dalımca sürünsün".
Cahangir Əsgərovdan danışacam. Ötən həftənin sonlarına qədər "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti idi. İstefaya göndərildi.

Diplomu sürüyən o məzunu səbəbsiz xatırlamadım. Diplom onu öz arxasınca 5 il süründürmüşdü. Cahangir Əsgərov isə AZAL-ı öz dalınca 15 il sürüdü. O əsnada normal qiymətə səyahət xəyalı quranları 15 il süründürdü. Ona görədir ki, istər "vəzifə sağlığında", istərsə də, vəzifəsinin... yoxluğunda əli qələm tutan hər kəs onu hər zaman yıxdı-sürüdü. Hələ də mediada və sosial şəbəkələrdə sürüyürlər o bığlı-bığsız oliqarxı.

Ancaq... Quru sərhəddi bağlı olan ölkənin gözüyaşlı vətəndaşları "aviaCahangir"in vəzifədən təktərəfli "uçuşuna" bilmir sevinsin, yoxsa... Niyə "yoxsa"?!

Çünki bu gün Cahangir yoxsa, əvəzində başqa Cahangir var. Yəni varsa! Çünki bizim ölkədə bir məmur vəzifəyə gələndə çox keçmədən gedənin dünyadan gedənlərinə rəhmət oxutdurur. Təzə gələn çıxıb gedən (çıxarılıb gedən) məmurdan daha betər olur. Sanki adam təzədir, amma bir baxırsan, köhnədən də çox köhnəlmiş olur. Fikirləşirsən, fikirləşirsən: bu cür fiziki cavan adamlar ruhən "qocalmağa" nə zaman zaman tapa bildilər?! Zahirən belə təzə olan daxilən nə tez köhnəldi. Görünüşü ümid verir, əvvəlkindən fərqlənməyən təfəkkürü məyus edir - qurduğun xəyalları qırıb tökür.

AZAL-a yeni gələn kim olacaq?! Necə olacaq?! AZAL-da korrupsiya azalacaqmı?! Çoxalacaqmı?! Qiymətlər enəcəkmi?! Yoxsa havalara uçacaq?! Bilmirik. Hamımız əlimizi ürəyimizə sıxıb səksəkə içində gözləyirik. Gedənə rəhmət qazandıracaq, yoxsa özünə rəğbət qazanacaq?! Bir şey dəqiqdir: qazanmağa gəlir. Rəğbəti bilmirəm, sərvət qazanmağa...

Yeri gəlmişkən, Naxçıvandan ara-sıra xəbərlər gəlir: rəhmət nidaları! Deyirsən, yəni bu qədər?! Doğrudanmı, Vasif Talıbova da "rəhmət oxutdurmaq" mümkün olarmış?!

Seyid Əhmədli, Bizimyol.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sumqayıt Evdə fərdi təhsil məktəbində ÖZBAŞINALIQ - NAZİRİN NƏZƏRİNƏ...

Sumqayıt sakini, Evdə Təhsil fərdi məktəbinin müəlliməsi Sima Mahalova Elm və təhsil naziri Emin Əmrullayevəaçıq məktubla müraciət edib. DİA.AZ bildirir ki, olduqca aktual məsələlərə toxunan S.Mahalova nazirə təkliflər də verib. Müraciətdə deyilir:

"Hörmətli Emin müəllim.

Siz hər çıxışda müəllimləri tənqid edirsiniz, "şaftalı" sözünü düzgün yaza bilməməkdə günahlandırırsınız. lakin təhsildə problem "şaftalı"da deyil. Rüşvət təhsili məhv edir. 2023-cü ildir, hələ də Sumqayıt evdə fərdi təhsil məktəbində dərs bölgüsündə müəllimin bilik və bacarığı yox, rüşvət əsas götürülür. Pulyığan vasitəçilər də bizə deyirlər ki, pulu yuxarıdan istəyirlər. Biz çox inanırıq Abşeron-Xızı təhsil idarəsi və Elm və təhsil nazirliyinin bundan xəbəri yoxdur, amma bu qanunsuzluğun qarşısını kəsməməyiniz haqlı olaraq suallar yaradır. Məktəbə imtahansız direktor təyin etmisiz, lap yaxşı. Direktor Vladim İbrahimov ötən dərs ilinin sonundan deyib ki, guya bütün müəllimlərə diaqnostik balına görə dərs veriləcək. Lakin kim vasitəçilərlə razılaşırsa dədə-baba qaydasında dərs saatı alır. Diaqnostik balı yuxarı olanlar dərs saatı ala bilmir, balı aşağı olanlar 30-36 saat dərs alıblar. Bu sizi "şaftalı" sözünün yazılışı qədər narahat etmir? Faktları qeyd edək, bəlkə daxili nəzarəti göndərəsiz yoxlasın, son 5 ildə 36 saat dərsi olanlar fənnlərini necə tədris ediblər, ümumiyyətlə dərs dedikləri uşaqları üzdən tanıyırlarmı? Məktəb xüsusi təhsil müəssisəsi olduğu üçün müəllimlərin əmək haqqına 50 faiz əlavə də edilir, bu isə 36 saat dərsi olan 55-60 yaşlı 35-40 il stajı olan müəllimlərin ayda 3000-3500 manat maaş alması deməkdir. Ona görə də çəkinmədən 1 saat dərs üçün nə iqədər tələb olunsa verirlər. Nəticə də belə olur ki, diaqnostik balı yuxarı olan kənarda qalır, balı aşağı olan 30-36 saat dərs saatına sahib olur. Həmin müəllimlərin bir neçəsinin adını qeyd edək araşdırın. özünüz şahid olun:
Əliyev Qəhrəman (riyaziyyat) diaqnostik balı 9, dərs saatı 24
Quliyeva Südabə (ibtidai) diaqnostik balı 4, dərs saatı 24
Məmmədova Qətibə (riyaziyyat) diaqnostik balı 7, dərs saatı 22
Məmmədova Nuranə (iryaziyyat) diaqnostik balı 9, dərs saatı 34
Şıxıyeva Yeganə (riyaziyyat) diaqnostik balı 7, dərs saatı 30
Baxışova Tünzalə (riyaziyyat) diaqnostik balı 19, dərs saatı 36
Əhmədova Sunay (tarix) diaqnostik balı 28, dərs saatı 36
İmanov Yadigar (kimya/biologiya) diaqnostik balı 22, dərs saatı 36
İmanova-Babayeva İradə (fizika) diaqnostik balı 21, dərs saatı 34
Abdullayeva Bəyistan (tarix) diaqnostik balı 20, dərs saatı 32
Sumqayıt Evdə fərdi təhsil məktəbində ÖZBAŞINALIQ - NAZİRİN NƏZƏRİNƏ...

Əslində isə diaqnostik bala uyğun dərs verilsə bu müəllimlərə 15-18 saatdan artıq dərs verilə bilməzdi. Ancaq yazılmamış və təhsili məhv edən "qanunlar" yenə də öz sözünü deyir. Məktəbin şagirdləri arasında eələri var ki, valideynləri özləri dərs keçirilməsini istəmir. Həmin şagirdlərin dərsləri hansısa müəllimin adına yazılır və mənimsənilir. Ona görə də elə müəllimlər var ki, yalnız pensiya kapitalı yığılsın deyə adını bizim məktəbdə müəllim kimi yazdırıb maaş kartını da rəhbərliyə verib evində oturur. Biz isə əlavə pulumuz olmadığına görə hələ dərs ala bilməmişik, Elm və təhsil nazirliyi komissiya təşkil edib dərs bölgüsü etməsə yəqin ki, axırda bizə 7-8 saat dərs verəcəklər. Həmçinin digər dövlət qurumları, Korrupsiyaya qarşı mübarizə idarəsi, Hesablama palatası da bu məktəbdə yoxlama aparsa təkcə son 5 ildə məktəbin fəaliyyətti ilə bağlı heç kimin bilmədiyi xeyli qanunsuz faktlar aşkarlana, xeyli vəsait büdcəyə geri qaytarıla bilər. Son 5 ildə 36 saat ddərs saatı olanların fəaliyyətinin araşdırılması bəs edər ki, çoxlu qanunsuz hallar aşkar olunsun. Emin müəllim sizdən çox xahiş edirik məktəbimizə düzgün dərs bölgüsü aparmaq üçün, dərsin pulla satılmasına, aşağı bal toplayanlara 30-36 saat dərs verilməsinə son qoymaq üçün komissiya göndərin".

İddia olunanlarla bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qazax Suvarma Sistemləri İdarəsi "Kamaz" təkəri alır - 72 min manatlıq müqavilə


Qazax Suvarma Sistemləri İdarəsinin “Maşın-mexanizimlər və nəqliyyat vaistələrinin cari təmiri üçün ehtiyyat hissələrinin ” satın alınması ilə bağlı elan etdiyi tender başa çatıb.

Tenderin qalibi "Avto Texnika Detaling" MMC olub. Bu səbəbədən tərəflər arasında 71.797,1 AZN-lik müqavilə imzalanacaq.

Tenderə əsasən idarə Avto-şin (MAZ-551605), SU Radiator, Əylənc bəndi, ön fara işıqları, arxa stop işıqları, alışdırma makarası, Avtoşın kamersiz(KAMAZ-55111), Yağ soyuducu (termos),Hidromufta, hava filtiri vəs. ilə tmin edilməlidir.

Xatırldaq ki, Qazax suvarma sistemləri idarəsinin rəisi Məhəd Vəkilovdur.32gun.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Pulunuzu bura əmanət edəndə ən azından 2 dəfə düşünün... - NARAZILIQ VAR!


Azərbaycan Beynəlxalq Bankı açıq aşkar oğurluğa keçib. Müştərilərin hesabından vəsait çıxır.

Tribunainfo.az xəbər verir ki, problemlə üzləşən ABB müştərisi Əşrəf Elatlı bu haqda sosial şəbəkədə yazıb:
Pulunuzu bura əmanət edəndə ən azından 2 dəfə düşünün... - NARAZILIQ VAR!

“Azərbaycan Beynəlxalq Bankında (ABB) sahibkart hesabım var. Müqavilədə daxil olan pulun 3 faizi komissiya haqqıdır. Açıq aşkar oğurluğa keçiblər. Əvvəllər az oğurlayırdılar, indi tamahları çox artıb. 30.54 manat balansımda pul var idi. Yoxlamaq üçün 15 manat çıxardım. 13.90 manat qaldı. 11% çıxdılar. Bu qədər özbaşınalıq artıq biabrçılıqdır. Azərcardın daxil etdiyi pulları karta tam oturtmadıqlarından da şübhələnirdim, artıq əmin oldum, sübutlarım da var. Bir az məsuliyyətsizlikdən baş qoşmaq istəmirdim. Amma iştahlarının bu qədər artmasından dəhşətə gəldim. Üstəlik mobil tətbiqlərində də artıq çıxılan pulları göstərmirlər. Bu dəfə ətraflı viderolik şəklində sübutlarla qarşılarına çıxacam, həm hüquqi müstəvidə, həm də geniş kütləyə yaymaqla!! Bu qədər özbaşnalıq olmaz artıq”.

Qarşı tərəfində mövqeyini işıqlandırmağa hazırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Halal nemət” adı ilə kolbasa və sosis istehsal edən şirkəti cərimə gözləyir

“Səhliyalı” kiçik müəssisəsinə inzibati protokol yazılıb.

Dövlət Gömrük Komitəsi şirkət barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən yazıb.

İş Abşeron Rayon Məhkəməsinin hakimi Sevinc Quliyevanın sədrliyi ilə araşdırılacaq.

Qeyd: şirkət “Halal nemət” adı ilə kolbasa və sosis istehsal edir.Pravda.az

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO