[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Su İdarəsinin sahibi BİZİ SUSUZ QOYUB" - NARAZILIQ VAR!

Fazil Qurbanov Ağstafa rayonunun Qırlı kəndində çörəyini torpaqdan çıxaran fermerlərdən sayılır, bu il fermer günəbaxan, yonca və taxıl əkini ilə məşğuldur.
Fermer deyir ki, ümumilikdə 23 hektar əkin əkərək 20 min manata yaxın xərc çəkmişəm amma, suvarma suyunun olmaması səbəbindən məhsul batıb.
Qırlı kəndində ili zərərlə başa vuran təkcə fazil qurbanov deyil bir çox fermerlər suvarma vaxtı bol su olsa belə suya həsrət qaldıqlarını deyirlər.
Maraqlı məqamlardan biridə odur ki, il ərzində əkin sahəsini bir dəfə suvara bilməyən fermerlərlə müqaisədə su birliyi sahibinin əkin sahələri yam yaşıl idi.
Fermerlər birlik rəhbəri olan Elxan Kazımovun əkib becərdiyi sahələri göstərərək suvarma suyunun ancaq ona xidmət etdiyini deyirlər.
Qırlı kəndi rayonun ən çox əkinçiliklə məşğul olan kəndi sayılır. Fermerlər bildirdilər ki, Suvarma dönəmində kəndə 700- 1000 litr arası su verilir ki, bununda çoxu birlik rəhbərinin təsarüfatına xidmət edir. Bunu il ərzində bir neçə dəfə biçilmiş yonca sahələridə deməyə əsas verir.
Fermer Fazil Qurbanov 6 hektar su dərdindən qurumuş günabaxan sahəsini göstərərək fəryad edir.
Hazırda Anbardan suyun verilişi 20 gündür ki dayanıb. Ağstafaçay su anbarından bildirdilər ki, 1 aydan sonra payız suvarması başlanıldığ vaxt suyun verilişi başlayacaq.
Suvarma sistemlərinin bazasında yaradılmış su birlikləri əhali ilə yaxın təmasda olaraq suyun bölgüsünüdə özləri aparır. Lakin görünən odur ki, nəinki bölgü əsasında su verir hətta fermerlərin əkin sahələri quruyub yandığı halda birlik rəhbərinin əkin sahəsi bolluca sudan istifadə edir.
Məsələ ilə bağlı Su birliyinə etdiyimiz müraciət cavabsız qaldığından üz tutduq Ağstafa rayon icra hakimiyyətinə.
Qurumdan bildirdilər ki sakinlərin şikayətindən xəbərdardılar və qısa müddətdə məsələ araşrılaraq məsul şəxs və ya şəxslər cəzalandırılacaq... //Kanal13//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İsmayıllıda nə işlər çevrilir? - İLGİNC

Ağsu rayonunun Ərəbuşağı kənd sakini,sahibkar Mürsəlov Azər Xandadaş oğlu tərəfindən Qaynarxett.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edən sahibkar İsmayıllı rayon İcra Hakimiyyətinin başcısı Nahid Bağırovun qanunsuz əməllərindən bəhs edir. Şikayət məktubunu oldugu kimi dərc edirik:

"Cənab Prezident İlham Əliyev,I vitse Prezident Zat Aliləri Mehriban xanım Əliyeva, Baş Prokuror hörmətli Kamran Əliyev Sizlərə bir daha müraciət edərək bildirmək istəyirəm ki, mən Ağsu rayon Ərəbuşağı kənd sakini Mürsəlov Azər Xandadaş oğlunun 8 aydır rəsmi şəkildə ünvanladığım müraciətlər heç biri mənim üzləşdiyim problemin həllinə kömək etmir. Mən bir daha Sizlərə rəsmi şəkildə müraciət edərək bildirmək istəyirəm ki, ata-babalarımın, sonradan mənim uzun illər yay otlaq sahəsi kimi istifadə etdiyim ərazi qanunsuz olaraq başqası tərəfindən zəbt olunub. Belə ki, İsmayıllı rayon İcra Hakimiyyətinin nümayəndələri xəstəxanada oldugumdan istifadə edərək mənə məxsus heyvanları düzgün saymayaraq axt tərtib ediblər. Bunu bildikdən sonra mən icra hakimiyyətinə müraciət etdim, komissiya gəldi və heyvanlarımın həqiqətən də 367 baş olduğunu təsdiq etdi. Mən İsmayılli Rayon İcra Hakimiyyətinə gedərək verilən rəsmi sənədi onlara təqdim etdim. İcra Başçısı Nahid Bağırov, müavinləri Mahmud müəllim və Eyyub müəllim mənə bildirdilər ki, bu məsələ mənim xeyrimə həll olunacaq, narahat olmayım. Üstündən bir qədər keçdikdən sonra bildim ki, həmin əraziyə iş adamı Ədalət Göyüşov da göz dikib, oranı icarəyə götürmək istəyir. Elə nə oldusa ondan sonra baş verdi. İş adamı olan Ədalət Göyüşov yüksək vəzifəli dostlarının təzyiqi nəticəsində İsmayıllı Rayon İcra Hakimiyyətinə təsir etdi.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahir Bağırov və oranın yüksək vəzifəli məmurları Ədalət Göyüşovdan cəkinərək həmin ərazini haqlı olduğum halda mənə verməkdən boyun qaçırdılar. Mənim xəstəxanada olduğum vaxt tərtib etdikləri saxta heyvan sayı olan sənədi əsas tutaraq bildirdilər ki, mənim heyvan sayım az olduğu üçün o ərazi mənə verilmir. Mən sonradan gəlib baxış keçirdiyim komissiyanın rəyini onlara təqdim etsəm də dedilər ki, bu keçərli deyil. Mənə heyvan sayımın az olduğunu deyib bəhanə gətirən İcra Hakimiyyəti 50 baş keçi, 60 baş qaramalın həmin ərazidə otarılmasına göz yumdu. Hərçənd ki müqavilədə o ərazidə iribuynuzlu heyvanların saxlanılmasına icazə verilmir. Ortada Ədalət Göyüşovun adın olması İsmayıllı Rayon İcra Hakimiyyətini qanunları pozmağa məcbur etdi. Onlar iş adamı Ədalət Göyüşovun "istəyini" dövlətimizin qanunlarından, Sizin sərəncam və çıxışlarınızdan üstün tutdular. Adi bir iş adamının dövlət qanunlarından, dövlət başçısının göstərişlərindən üstün olması heç də başadüşülən deyil. Bir müddət əvvəl həmin ərazidə olmuşam. Mən orada olan zaman İsmayıllı Rayon İcra Hakimiyyətinin Şahin adlı məmuru Ədalət Göyüşovun qardaşı, bir neçə polis və tanımadığım 3 nəfərlə gəlib mənə hədə-qorxu gələrək bildirblər ki, bu ərazini başcı Nahid Bağırov Ədalət Göyüşova söz verib. Bir dövlətin ərazisini, uzun illər icarə əsasında qanuni qaydada işlədən sahibkardan alaraq, şəxsi mülki kimi kiməsə söz verməyə Nahid Bağırova ixtiyarı kim verib, Cənab Prezident?! Şahin adlı İsmayıllı Rayon İcra Hakimiyyətinin rəsmisinin yanında gələn polislər mənə bildirdilər ki, bu əraziyə gələsən, bir daha bu ərazi barədə iddia etsən səni ya 8000 manat məbləğində cərimələyəcəyik, ya da sənə 4 il iş verəcəyik. Bundan başqa Ədalət Göyüşovun adamları mənə hər gün müxtəlif şəxslərdən xəbər göndərərək bu işdən əl çəkməsəm məni şərlədib tutduracaqlarını,ailəmə qarşı təzyiqlər edəcəklərini bildirirlər.

Bu problemimlə baglı Prezident Aparatında qəbulda da oldum. Məni Z.Nağdəliyevin qəbulunu yazsalar da orada mənim Ağaəli müəllimlə görüşməyimi lazım bildirdilər. Ağaəli müəllimə məsələ ilə bağlı məlumat verdim. O, mənə bildirdi ki, İsmayıllı Rayon İcra Hakimiyyətinə göstəriş vermişəm, get, sənə kömək edəcəklər. Mən yenidən İsmayıllı Rayon İcra Hakimiyyətinin qəbulunda oldum. Orada Şahin müəllim məni müxtəlif bəhanələrlə aldadaraq vaxt qazanmağa çalışdı. Bir dəfə bildirdi ki, gəl sənə başqa yerdən yay otlaq sahəsi verək. Amma sən bizə arayış gətir ki, bu adamların heyvanları yoxdur. Gah mənə dedi ki,İcra Başçısı məzuniyyətdən gəlsin, sənə kömək ediləcək. Gah mənə yararsız bir neçə ərazi göstərdi. Onun etdiklərindən, danışıqlarından belə başa düşdüm ki, ona mənim haqlı şikayətimin təmin olunması yox, mənim başımı şirin vədlərlə aldadaraq vaxtı uzatmaq tapşırılıb. Mən qəbulda olan zaman Ağəli müəllim mənə bildirdi ki, sənin məsələn həll olunmasa bir daha əziyyət çəkib gəlmə bura. 11 11 telefon nömrəsinə zəng et, de səni mənlə birləşdirsinlər. Mən o dediyi kimi də etdim. Həmin nömrəyə zəng edərək Ağəli müəllimlə danışmaq istədiyimi bildirdim. Onlar mənə başqa bir nömrə verdilər. 20 manatlıq konturum getsə də, dəfələrlə yığmagıma baxmayaraq həmin nömrə ilə danışa bilmədim.

Hörmətli Cənab Prezident, Hörmətli Mehriban xanım Əliyeva, Hörmətli Kamran Əliyev. Mən dəfələrlə Sizlərə rəsmi məktub göndərsəm də mənə yalnız Baş Prokurorluqdan cavab gəlib. Cənab Prezident siz bir neçə çıxışınızda demisiniz ki, ola bilər ki, kimlərsə vətəndaşların mənə müraciətinin çatmasını istəmir. Sevimli xalqım siz gördünüz ki, məktublarınıza cavab gəlmir mənə media vasitəsiylə, sosial şəbəkələrdən mesajlar göndərin. Mən də düşündüm ki, Ədalət Göyüşov İsmayıllı Rayon İcra Hakimiyyətinə təzyiq edə bilirsə, orada ondan qorxub haqlı vətəndaşı incidən məmurlar varsa, Prezident Aparatında bəlkə də Ədalət Göyüşovdan qorxaraq məktublarımın Sizə çatmasını istəməyən kimlərsə var. Məhz buna görə mən media vasitəsiylə sizlərə müraciətlər etdim və davamlı olaraq da edəcəyəm. Mənim sizlərdən bir tək ricam var. Sizlərə ünvanladığım məktubları İsmayıllı Rayon İcra Hakimiyyətinin üzərinə göndərməyin. Orada qanunlardan qorxan, vətəndaşın tərəfində duran heç bir məmur yoxdur. Başda Nahid Bağırov olmaqla bütün işciləri vəzifəyə sanki siz yox, Ədalət Göyüşov təyin edib. Bu adam ismayıllının hakimi-mütləqidir, o, nə deyirsə onu eşidirlər.

Cənab Prezident inandıgım göydə Allah, yerdə Sizsiniz. Ümüdüm yalnız Sizədir. Mən yalnız Sizlərə güvənir Sizlərdən kömək istəyirəm.

Hörmətlə:Mürsəlov Azər Xandadaş oğlu"

Əlaqə telefonu: 051 566 64 30.

Qaynarxett.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Məktəbli forması DƏLƏDUZLUĞU - NARAZILIQ VAR...


Milyon qazanıb, amma dövriyyəsini “kartdan-karta at” üsulu ilə gizlədən “Ela” adlı əcnəbi satış şəbəkəsi…

Azərbaycanda Təhsil Nazirliyi ilə əlbir olan bəzi şirkətlər əhalini sözün həqiqi mənasında talamaqla məşuldurlar. Tədris ili boyu valideynlərdən müxtəlif adlar adı altında ödənişlər toplamaqla yanaşı, həm də fərqli konsert proqramları, teatr tamaşaları və başqa adda mədəni tədbirlərdə iştirak məcburi xarakter daşıyır. Xüsusi yerlərə ödənişli ekskursiyaların təşkilini hələ demirəm. Aydındır ki, belə üsullarla valideynlərdən toplanan vəsaitlər Təhsil Nazirliyi ilə həmin təşkilatçılar arasında bölünür.

İndi də belə bir addımı məktəbli formaları ilə bağlı atırlar. Şəhərin mərkəzində olan, daha çox şagirdin təhsil aldığı (yağlı tikə sayılan- M.Q) çox tanınmış məktəb və litseylərin şagirdlərini məcbur edirlər ki, məktəbli formalarını məhz onları dediyi, bəlli yerlərdən alsınlar. Belə yerlərdən biri də Türkiyə vətəndaşlarının işlətdiyi, “Təzə Bazar”a yaxın ərazidə olan “Ela” adlı satış mərkəzidir. Artıq ikinci ildir ki, bizi də məhz oradan forma almağa məcbur edirlər. Keyfiyyət aşağı, qiymətlər çox yuxarı olur.

Mən başa düşə bilmirəm, bəyəm, Azərbaycanda bu işi görə biləcək şirkət və ya iş adamı yoxdur ki, əcnəbi şirkət adı ilə bizə belə bahalı və keyfiyyətsiz mal soxuşdururlar? Dediyim yerdə növbə böyükdür, “iynə atsan yerə düşməz”. Bu o deməkdir ki, pul dövriyyəsi milyonlarla ölçülür. Həmin yerin müdiri türk vətəndaşı olan bığı bir kişidir. Onu keçən il də orada görmüşəm deyə, xarici görkəmini belə dəqiq təsvir etdim. Təsəvvür edin ki, bu qədər böyük maliyyə dövriyyəsi olan bir yer nağdsız ödənişlərdən açıq şəkildə yayınır və sanki bunun belə də olmalı olduğunu yeritmək istəyir.

Deyir ki, ödəniş terminalı işləmir. Bir az dirəşəndə isə bildirir ki, vəsaiti kartdan-karta köçür. Müdir olan bığlı kişi mənə də bunu təklif etdi. Mənim cavabım isə belə oldu:

-Türkiyə bizim qardaş ölkəmizdir, amma bu o demək deyil ki, sən burada həm milyon qazanmalısan, həm də qanunları pozmalısan. Sənin etdiyin bu əməli, hansısa bir azərbaycanlı iş adamı Türkiyədə etsə , doğru olaraq onun “dərisinə saman təpərlər”. Sizin ölkənin hüdudları çərçivəsində fəaliyyət göstərən bir neçə terror təşkilatı var. Məsələn, FETÖ, PKK və s. Türkiyə vətəndaşları sırasında bu təşkilatlara üz olanlar da az deyil. İndi mən nə bilim ki, sənin kartına köçürəcəyim məbləğ həmin təşkilatlardan birinin maliyyələşməsinə getmir? Niyə bu qanunsuzluğu edirsən?.. Təbiidir ki, belə sərt misalı adamı bir az ayıltmaq üçün çəkdim. Onun terrorçuluqla əlaqəli olduğunu iddia da edə bilmərəm.

Göstəriş verdi, dərhal piştaxtanın altından işlək vəziyyətdə olan ödəniş aparatını mənə uzatdılar və mən qanuni ödənişimi etdim.
Son vaxtlar buna bənzər “ödənişi kartdan-karta at” kimi hallara bizim vətəndaşların da sahibi olduğu iri biznes şəbəkələrində rast gəlinir. Tam qanunsuz və qanunvericiliklə böyük cəriməsi olan tələbdir. Ayıq olun…

Məhəmmədəli Qəribli,
AZİNFORUM.AZ

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO