[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
`Azəriqaz`dan edilən şikayətlər QULAQARDINA VURULUR... - ÖZBAŞINALIQLAR isə davam edir...


Hazırda yay fəslinin ən qızmar günlərini yaşayırıq. Və təbii olaraq mövsümlə əlaqədar mavi yanacağa tələbatımız da xeyli azalıb. Tələbat azalsa da, təəssüf ki, “Azəriqaz” İstehsalat Birliyindən istehlakçıların narazılığı heç də səngimir. Abonentləri narazı salan əsas faktorlar isə qurumun qanunsuz və yarıtmaz fəaliyyəti ilə bağlıdır. Üstəlik, vətəndaşlar yerli idarələr tərəfindən müraciətlərinin araşdırılmadığından da giley-güzar edirlər.

Təsadüfi deyil ki, məhz KONKRET.az saytının redaksiyasına bir həftə ərzində “Azəriqaz”ın yerli orqanlarından və orada çalışan əməkdaşlardan şikayətçi olan üç vətəndaş üz tutub.

Əməkdaşımız ilk növbədə Gəncə şəhər sakini Azər Cəbrayıl oğlu Qurbanovun şikayətini araşdırıb. Məlum olub ki, A.Qurbanovun adına olan mənzilindəki sayğaca kənar şəxslərin müdaxiləsi ona baha başa gəlib. Belə ki, idarə onun adına nə az, nə çox, düz 1555 (min beş yüz əlli beş) manat cərimə yazıb. Vətəndaşsa bu cəriməni qanunsuz hesab edir və fikrini də tam olaraq belə əsaslandırır:

“Mən 03.04.2023-cü il tarixdə Gəncə şəhər Nizami rayon Göygöl – Şəmkir yolunun cənub-qərb tərəfində, 28-ci sahədə yerləşən həyət evimdə “Azəriqaz”ın hasarın çöl tərəfində quraşdırdığı qaz sayğacının üz hissəsinin naməlum səbəbdən sındığını gördüm. Dərhal sahə nəzarətçisi ilə əlaqə saxladım və yerindəcə baxış keçirilməsini təmin etdirdim. Bir müddət sonra “Azəriqaz”ın qaynar xətti ilə əlaqə saxladığım vaxt mənə bu haqda polisə və idarəyə məlumat verdiyim təqdirdə heç bir ödəniş olmayacağını bildirdilər. Sonra bu haqda həm “Azəriqaz”a, həm də polisə yazılı şəkildə məlumat verdim. Məlumat üçün bildirim ki, polisə işin gedişatı barədə dəfələrlə müraciət etsəm də, heç bir rəsmi məlumat almamışam, şifahi olaraq məsələnin araşdırıldığını bildiriblər.

Məlumdur ki, qaz sayğacı abunəçinin nəzarət edə bilmədiyi yerə quraşdırıldıqda vətəndaşın ona cavabdeh olması praktik olaraq mümkün deyil. Buna baxmayaraq, sayğacı dəyişmək üçün 91 manat 21 qəpik məbləği mənə ödətdilər. Bu azmış kimi, bir neçə gün sonra sahə nəzarətçisi mənə zəng edərək, həmin sayğacın laboratoriyaya göndərildiyini və guya müdaxilə olunduğu üçün mənə 1555 manat cərimə yazıldığını bildirdi. Halbuki həmin ünvanda bütün ödənişlər vaxtında ödənilmiş, nəzarətçi sayğaca mütəmadi baxış keçirmiş və son iki ilə yaxın müddətdə evdə, ümumiyyətlə, yaşayış olmamışdır. “Azəriqaz”ın sonuncu təqdim etdiyi sənəddə də heç bir borcun olmadığı göstərilib. Buna baxmayaraq, nəzarətçi tərəfindən mənə həmin ünvana 1555 manat borc yazıldığı şifahi olaraq bildirildi. Beləliklə, həmin cərimə ofsaytda qalıb. Və əziyyətini çəkən də hazırda həmin evi satdığım yeni mülkiyyətçidir. Onu qazla təchiz etmirlər”.

A.Qurbanov bir məsələni də xüsusi olaraq vurğulayır ki, qanunla “Azəriqaz” tərəfindən qazlaşdırma aparılan zaman abonentlərlə müqavilə bağlanmalıdır. Amma bir istehlakçı kimi onunla idarə arasında heç bir müqavilə mövcud deyil. Və elə bu faktor da məsələnin hüquqi müstəvidə həll edilməsinə imkan vermir:

“Adıma cərimə yazılıb, amma qərardadını mənə vermirlər. Onlara deyirəm ki, bəs mən adıma cərimə yazıldığını necə sübut edim? Tutaq ki, sizi məhkəməyə vermək istəyirəm. Onda necə olsun? Sonradan məlum olub ki, bunlar mənimlə müqavilə bağlamadıqlarına görə iş dolaşıb. Yəni evi qazla təchiz ediblər və bir kod açıb deyiblər ki, borcun yarandıqca ödə. İndi də məsələmizi məhkəmə vasitəsilə də həll edə bilmirik”.

Abonent bildirir ki, ümumiyyətlə, sayğacın vətəndaşın nəzarətindən kənarda qaldığı halda onun məsuliyyətinin məcburi şəkildə sənədlə vətəndaşın üzərinə qoyulması absurddur:

“Odur ki, sizdən bu kimi dələduzluqla istehlakçı hüquqlarını pozan, öz büdcələrini belə hiylələrlə doldurmağa çalışan saxtakar qrupların qarşısını almaqda mənə yardımçı olmağınızı xahiş edirəm. İstehlakçı hüquqlarımın qorunmasında, adıma yazılan qanunsuz borcun silinməsində dəstəyinizə çox ehtiyacım var. Sonda onu da xahiş edirəm ki, KİV vasitəsilə “Azəriqaz”ın insanları necə aldatdığını ən yüksək dövlət orqanlarının diqqətinə çatdırasınız”.

Beləcə müraciətdən də aydın olur ki, adıçəkilən dövlət qurumundan vətəndaş narazılığı heç də əsassız deyil və məsələ ciddi şəkildə araşdırılaraq mütləq müvafiq tədbirlər görülməlidir. Bəs görəsən, “Azəriqaz” rəsmiləri bu barədə nə düşünür?

Məsələni aydınlaşdırmaq üçün ilk əlaqə saxladığımız, daha doğrusu, zəngimizə yeganə cavab verən şəxs ərazi üzrə nəzarətçi Elvin Kərimov oldu. O, bizə idarənin iş prinsipi barədə qısa məlumat verərək, sayğac quraşdırılan zaman abonentlə müqavilə bağlandığına diqqət çəkdi. Bildirdi ki, müqavilədə də qeyd olunduğu kimi, sayğac sıradan çıxdığı halda cavabdeh şəxs birbaşa ev yiyəsidir:

“Sayğac da qırılanda qanunla polisə müraciət olunur. Polis sayğaca xələl yetirəni tapanda cəriməni (laboratoriya tərəfindən qoyulan cərimə – E.K.) həmin insan ödəyir. Lakin polis həmin şəxsi tapmayanda abonent polisdən kağız alıb gətirməlidir ki, hadisəni törədən şəxs tapılmayıb. Və bu halda cəriməni abonent özü ödəməlidir. Azər Qurbanovun da məsələsində qırılan sayğacın dəyəri onun tərəfindən ödənilib (91 manat 21 qəpik) və yenisi ilə əvəz olunub. Cərimə isə köhnə sayğacın hesablama mexanizminə müdaxilə olunduğu üçün tətbiq edilib. Abonent hara getsə də, bu, müdaxilədir. Və əgər buna etiraz edirsə, idarəni məhkəməyə verməlidir”.

Elvin Kərimova idarə ilə abonent arasında müqavilə bağlanmadığını dedikdə isə o, bundan xəbərsiz olduğunu bildirdi. Və məsələ ilə bağlı idarə rəhbərliyindən daha dolğun məlumat əldə edə biləcəyimizi diqqətə çatdırdı.

Təəssüf ki, dəfələrlə zəng etdiyimiz Göygöl Qaz İstismar Sahəsinin rəisi Şahlar Məmmədovla əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı.

“Azəriqaz” İB-in sözçüsü Eldəniz Vəliyevə ünvanladığımız sorğumuza da cavab ala bilmədiyimizdən, media vasitəsilə üzümüzü birliyin baş direktoru Ruslan Əliyevə tutmaq məcburiyyətindəyik. Cənab direktor, nə qədər ki, payız-qış mövsümü başlamayıb, abonentlərə yaratdığınız süni texniki problemlərin həllini sürətləndirin, bir zəhmət! Onsuz da soyuq havalarda satdığınız limitli qazla insanların dilindən düşmürsünüz. Barı indidən əyər-əskiyinizi düzəldin ki, ölkədə sosial gərginliyin bir parçası olmayasınız!

KONKRET.az

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO