[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yasamalda ÖZBAŞINALIQ DAVAM EDİR: daha bir qanunsuz ticarət obyekti tikildi - Sakinlər narazıdır


Xəbər verdiyimiz kimi, Yasamal rayonunda küçələr və piyada səkiləri zəbt edilərək, yerində ticarət obyektləri tikilir.

Yasmal rayon ərazisində günü-gündən bu cür qeyri-qanuni obyektlərin sayı artır.

Naməlum şəxslər əvvəlcə ərazilərdə dəmir konstruksiyadan ibarət köşklər salır və sonradan onların ətrafı daş üzlüklərlə üzlənilir. Bu da insanların haqlı narazılığına səbəb olur.

Bu günlərdə eyni aqibətlə Yasamal rayonu, Şərifzadə küçəsi 94 ünvanında yaşayan sakinlər də üzləşiblər. Belə ki, yaşayış binasının blokunun sakinlərin dincəlməsi üçün nəzərdə tutulan yerdə dəmir konstruksiya qurularaq, mağaza tikilib. Sakinlər isə narazılıq edərək, metal konstruksiyaların sökülməsini tələb edirlər.

Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyəti nümayəndələri hadisə yerinə gəlməyib və mağazanın sahibləri ilə sakinləri üz-üzə qoyublar. //Qaynarinfo//

VİDEOYA BURADAN BAXIN: My Webpage
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Beyləqan RİH bələdiyyə ilə bağlı ittihamları ÖZÜ CAVABLANDIRDI - Bələdiyyənin büdcəsi boşdur...

Bir neçə gün əvvəl Beyləqan rayon sakini Əhmədli Mübariz Novruz oğlunun şikayətinin yer adlığı Beyləqanda bələdiyyə sədri QOÇULUQ EDİR - GİLEY başlıqlı məlumatı təqdim etmişdik.

Maraqlıdır ki, bununla bağlı narazılığa səbəb olan Beyləqan rayon Bahar qəsəbəsinin bələdiyyə sədri Elçin İsmayılov və yaxud da sözügedən bələdiyyənin hansısa işçisi yox, Beyləqan rayon İcra Hakimiyyəti DİA.AZ-a münasibət açıqlayıb.

Beyləqn RİH adından redaksiyamıza verilən açıqlamada deyilir:

"Bildiririk ki, rayonun Bahar qəsəbə sakini Əhmədli Mübariz Novruz oğlunun anası İbrahimova Nərminə Ayaz qızı Bahar bələdiyyəsində xidmətçi işləmiş və 2022-ci ilin oktyabr ayında vəfat etmişdir. Bələdiyyə tərəfindən ona ödənilməli olan 1250 manat məbləğində əmək haqqının 600 manatı ödənilmiş, 650 manatın isə bələdiyyənin büdcəsinə pul daxil olan kimi ödəniləcəyi bildirilmişdir. Vətəndaş M.Əhmədli arvadının bələdiyyədə xidmətçi kimi işə götürülməsini təkidlə tələb edərək şikayətlər edir. Bahar bələdiyyəsi vaxtlı-vaxtında əməkhaqqı verə bilmədiyi üçün bu günə qədər işə xidmətçi qəbul etməmişdir".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Xalq Sığorta” şirkəti biznesini itirir? - 7 milyonluq azalma

2023-cü ilin ilk yarısında "Xalq Sığorta" şirkətinin topladığı sığorta haqları 12,04 milyon manat təşkil edib.

DİA.AZ-ın "Yeni Sabah"a istinadən məlumatına görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 37,5% azdır. Başqa sözlə, son bir ildə sığorta şirkətinin yığımları üzrə itkiləri 7,24 milyon manat olub. 2022-ci ilin birinci yarısında "Xalq Sığorta" 19,3 milyon manat sığorta haqqı toplaya bilmişdi.

Yığımların kəskin azalması fonunda sığorta şirkətinin ödənişləri cüzi azalıb. "Xalq Sığorta"nın sığorta ödənişləri 2022-ci ilin ilk yarısı ilə müqayisədə bu ilin altı ayında 2,1% və ya 261 min manat azalaraq 11,9 milyon manata enib. 2022-ci ilin ilk yarısında bu rəqəm 12,2 milyon manat təşkil edib.

Nəticədə sığorta şirkətinin zərərliliyi (ödəniş-yığım nisbəti) kəskin artıb. Belə ki, 2022-ci ilin ilk yarısında "Xalq Sığorta" topladığı hər 100 manatdan 63,2 manat ödənişə yönəldibsə, bu ilin eyni dövründə bu rəqəm 99 manat təşkil edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Valideynlər məktəbli formasını “Panda Kids”dən almağa məcbur edilir - "Tapşırıq BŞTİ-dən gəlib"


Bakıda valideynlər məktəbli formalarını məşhur “Panda Kids” mağazalar şəbəkəsindən almağa məcbur edilir.

Millitv.az bildirir ki, bu barədə Bakupost.az –a şikayətçi valideynlərdən biri məlumat verib.

Qiymətlər və geyimlərin keyfiyyəti ilə maraqlanan valideyn deyir ki, məktəbli formalarını "Sədərək" Ticarət Mərkəzindən daha uyğun qiymətə almaq mümkündür. Üstəlik, orada formalar Bakı Tikiş Evinin (BTE) təklif etdiyindən qat-qat keyfiyyətlidir:
“BTE tənzif kimi köynəyi 15 manata verir, "Sədərək"də isə həmin köynək 8-10 manatadır. BTE-nin 25 manata təklif etdiyi ətək və şalvarı isə "Sədərək"də ölçüsünə görə 10-15 manata almaq olar. BTE məktəbli jaketini 30 manata satır. "Sədərək"də isə jaketlər ölçüsündən asılı olaraq 12-18 manatadır".
Valideyn "Sədərək"dəki məktəbli formalarının parçası və tikişinin də daha keyfiyyli olduğunu vurğulayıb:
"Sex malıdır deyə onları xor görürlər. Keçən il BTE-yə loqolu köynək sifariş etmişdik, 1 dəfə suya düşən kimi parça-parça oldu.
Amma "Sədərək"dən aldığım formanı 2 ildir uşaqlarım geyinir, hələ də aldığım kimidir. Formanı dəyişməsələr hələ geyinəcəkdilər. Bu il isə məktəb direktorlarına tapşırıq verilib ki, valideynlər formaları “Panda Kids”dən alsınlar. Bizləri o mağazaya yönəldirlər. Bilmirəm, nə səbəbə? Görünür, yenə hansısa məmurun işidir. Bizə çatan məlumata görə bu göstəriş bir başa Bakı Şəhər Təhsil İdarəsinin rəhbəri Mehriban Vəliyevadan gəlib”.
İttiihamlarla bağlı Bakı Şəhər Təhsil İdarəsinə sorğu ünvanlasaq da, cavabsız qaldı.
Valideynlər məktəbli formasını “Panda Kids”dən almağa məcbur edilir - "Tapşırıq BŞTİ-dən gəlib"

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dövlətin vergi borcunu ödəməyən Vəliyevlər 270 minə avtomobil alıb - Burası AZƏRBAYCANDIR!


Bir müddət əvvəl dövlətə və banklara külli miqdarda borcu ilə gündəmə gələn Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevdən və onun oğlu Elmir Vəliyevdən yeni xəbər var.

Gununsesi.info-nun xəbərinə görə, sabiq icra başçısının oğlu Elmir Vəliyev özünə qiyməti 157 min ABŞ dolları (270 min manata yaxın) olan yeni avtomobil alıb.

Bu, “Land Rover”in yeni “Defender” kolleksiyasından olan avtomibildir.

Qeyd edək ki, Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə bu avtomobillə getməsi “Defender”ə ölkədə böyük maraq yaradıb.

Belə ki, son iki il ərzində imkanı olan şəxslər ölkə başçısının istifadəsində olan bu maşından almağa başlayıb.

Vəliyevlər ailəsinin belə bahalı maşın alması isə təəccübə səbəb olub. Belə ki, ayrı-ayrı özəl banklara krediti və vergi orqanlarına külli miqdarda borcu olan bu ailənin belə bahalı maşın alması qınanmalıdır.

Elmar Vəliyevin Gəncədə çalışarkən şəhərin abadlaşdırılması adı ilə yerli mağazalardan aldığı inşaat mallarına görə də xeyli borcunun olduğu deyilir.

Qeyd edək ki, Elmar Vəliyev bir neçə il əvvəl Gəncədə sui-qəsdə məruz qalıb.

Gununsesi.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
2 milyonluq torpağı ələ keçirməkdə ittiham olunurdu - Bəraət aldı


Səbail bələdiyyəsinin sabiq sədri Əhməd Hüseynovun cinayət işi üzrə məhkəmə araşdırması tamamlanıb.

DİA.AZ bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hökm oxunub.

Məhəmməd Əkbərovun sədrlik etdiyi hakimlər heyəti belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamlar sübuta yetirilməyib. Hökmə əsasən Ə.Hüseynova bəraət verilib. Prokuror ona 5 il həbs cəzası tələb etmişdi.

Qeyd edək ki, Əhməd Hüseynov qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət və bələdiyyəyə məxsus, ümumilikdə 1 milyon 824 min manat dəyərində torpaq sahələrini ələ keçirməyə cəhd etməkdə, habelə rəsmi sənədləri saxtalaşdırmaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 29.178.4-cü (xüsusilə külli miqdarda dələduzluğa cəhd), 309.1-ci (vəzifə səlahiyyətlərini aşma), 313-cü (vəzifə saxtakarlığı), 320.1-ci (saxta sənəd hazırlama və ya ondan istifadə etmə) və 326.1-ci (rəsmi sənədləri, ştampları, möhürləri talama və ya məhv etmə) maddələri ilə ittiham irəli sürülüb. Ə.Hüseynov həbsdə deyildi, onun barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmişdi.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ətir satan şirkət bu universiteti təmir edəcək - İcazə verin, şübhələnək...


Mingəçevir Dövlət Universiteti 01.08.2023-cü il tarixində "Cari təmir işlərinin satınalınması" lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub.

Smetası 68.674 manat olan satınalmada "Lider-Line" (VÖEN: 2701297561) Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib.

"Lider-Line" MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb.

"Lider-Line" MMC-nin hüquqi ünvanı Mingəçevir şəhəri, Bağlar massivi, ev 11-ci bağ küçəsi, mənzil 28-A ünvanı, qanuni təmsilçisi isə Əsgərov Namizəd Şahmar oğludur.

Lider-Line" MMC-nin fəaliyyət profili, inşaat sahəsində çalışmaq üçün müvafiq lisenziyaları, mühəndis və işçi heyəti barədə açıq internet resurslarında məlumat yoxdur.

Ətir satan şirkət bu universiteti təmir edəcək

"Qlobal.az"ın əldə etdiyi məlumata görə "Lider-Line" MMC Mingəçevir şəhərində ətriyyat və geyim məhsullarının satışı ilə məşğuldur.

İddialara görə "Lider-Line" MMC-nin Mingəçevir Dövlət Universiteti 01.08.2023-cü il tarixində "Cari təmir işlərinin satınalınması" lotu üzrə sifarişçi olduğu satınalmada qalib elan olunmasına səbəb şirkət rəhbərliyi ilə universitet rəhbərliyinin arasında olan şəxsi münasibətlərdir.

Məsələ ilə bağlı Mingəçevir Dövlət Universitetindən mövqe öyrənib.

Universitetin satınalmalar komissiyasının üzrə nümayəndəsi, baş mühasib Şahin Muradovun cavab məktubunda deyilir:

"Mingəçevir Dövlət Universitetində həyata keçirilən dövlət satınalmaları "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri gözlənilməklə müvafiq prosedurlar çərçivəsində həyata keçirilir. Satınalmalarda iştirak edən heç bir iddiaçı ilə universitet rəhbərliyinin şəxsi münasibəti yoxdur".
Ətir satan şirkət bu universiteti təmir edəcək - İcazə verin, şübhələnək...

Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramovdur.

O, 2019-cu ilin iyul ayının 31-dən Mingəçevir Dövlət Universitetinə rəhbərlik edir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Nə gəlin köçə bilir bu evlərdən, nə meyit çıxa bilir" - NARAZILIQ VAR!


Bura Bakının “Sovetski” adlanan ərazisində yerləşən məhəllədir.

Çoxmərtəbəli binalarla əhatələnən bu balaca, dar məhəllədə hazırda 16 ailə yaşayır. Qırıq-sökük evlərin sakinləri danışırlar ki, təxminən 25 il öncə bu məhəllənin sökülməsi, əvəzində sakinlərin yeni evlərlə təmin edilməsi planlaşdırılırdı.

Söküntü işləri isə Nurgün İnşaat tikinti şirkətinə həvalə edilmişdi. Amma o gündən buyana nə evlər sökülür, nə də sakinlərin səsinə hay verən tapılır.

Toplum TV
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
ADAU-da ciddi RƏHBƏR PROBLEMİ VAR... - Kollektiv özü açıqlayır...

"İnsanlar kitab kimidi əsil üzünü, üzünə baxınca deyil zamanla səhifələrini oxuduqca anlayırsan. Zəfər Qurbanov aqrar təhsil ocağına ilk gələndə bütün kollektiv elə zənn etdi ki, aqrar təhsil böyük inkişaf edəcək. Zamanla səhifələnən Zəfər Qurbanov kollektivdə yalançı elimdən idarəçilikdən bixəbər yalançı olduğu hamıya məlum oldu..." DİA.AZ bildirir ki, bu barədə Dövlət Aqrar Universitetinin kollektivi adından edilən müraciətdə deyilir.

Müraciət müəllifləri daha sonra davam edir: "İşlədiyi Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov belə Zəfər Qurbanovdan zar-zor canını qurtardığını söyləyib. İkinci əgər Zəfər Qurbanovun hörməti Elmar Qasımovun yanında var idisə, niyə 30.05.2023 cü il tarixdə aqrar təhsil ocağındakı konfransa və 31 may məzun yarmarkasına qatılmadı.

Sayın Zəfər Qurbanov danışanda haqq ədalətdən danışırsan, amma əməllərin özbaşınalıqdır. Universitetdən cürbəcür əməllərlə pullar qazandın: gah dedin gəlməyən tələbələri qovun əmir hazırlayın xaric edəcəm... amma heç kimi xaric etmədin. Qarabağda gedən mitinqlərdə belə pul qazandın... dərsə gəlməyən bakalavr və magistır tələbələrdən pul yığdırdın... guya həmin tələblər Qarabağda gedən mitinqlərdə olduğunu söylədin... hamısının gəlməyən günlərini sildirdin.

Dedin universitetdə böyük maliyə pozğunluğu var, hamısın aradan qaldırdım böyük maliyyə vəsaiti ADAU-nin maliyyə hesabında qalacaq... əməkhaqqını qaldıracam... Amma sən heç Cənab Prezidentimiz İlham Əliyevin belə sərəncamını vecinə almadın. Bütün müəssisələr əməkhaqqını 12-14 faiz qaldırdı, amma sən bir manat belə əməkhaqqını qaldırmadın. Sanki aqrar təhsil ocağı atan Qəzənfərdən sənə qalıb. Ürəyin istəyən işçilərin maaşın elmi şuraya qoyaraq 130 faiz qaldırırsan. Bəs fikirləşirsən ki, ay düzgünlükdən danışan Zəfər Qurbanov, etdiyin ən böyük maliyyə pozğunluğudu.

Ümumi işlər üzrə yeni prorektor pensener Ramin Mustafayev təyin edirsən, ştat vahidi əməkhaqqısı 1050 manatdı amma, sayın Zəfər Qurbanov atası Qəzənfərdən qalan ata mülkündü ADAU-də etmədiyin özbaşınalıq qalmadı. Bəşir Bağırzadənin əli ilə qiyabi tələbələrin imtahandan keçməsi və kadr təyinatından korrupsiya edərək pullar mənimsədiniz. Orucov Vüsalın əli ilə HTİK nə işçilərin əməkhaqqından yığılan pulları belə mənimsədin. Elmi şurada ancaq mənasız sənə pul yığanların əməkhaqqıların artırmağa və mənası olmayan özünü təriflə deyil artırdığın maliyyə vəsaitindən və hər ay yığılan HTİK nin vəsaitini hara xərclədiyinin hesabatını ver kollektivə...."

DAVAMI VAR...

İddia olunanlarla bağlı olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"HAMAM SUYU “Aqua Luxe”nin satdığı sudan yaxşıdır..." - VİDEO


“Aqua Luxe” qablaşdırılmış su şirkəti “şollar suyu” adı altında xalqa natəmiz su içirdir.

Tribunainfo.az yazır ki, vətəndaş Günel Vaqifli Məmmədova sosial şəbəkədə yazıb ki, aldıqları “Aqua Luxe” suları natəmizdir, dadında isə dəyişiklik var:
"HAMAM SUYU “Aqua Luxe”nin satdığı sudan yaxşıdır..." - VİDEO

“”Aqua Luxe” suları sifariş verirdik. Son 2 dəfədir suyun dadında dəyişiklik vardı. Bugün yeni qabı açmışam və nəticə göz qabağında. Evə gələn hamam suyu belə bundan daha təmizdir.
Özlərinə yazmışam. Amma belə görünür ki, şirkət normal deyilmiş. Bu günə qədər isə yəqin ki, bəxtimə normal sular çıxıb.
Mən şirkəti hara şikayət edə bilərəm? Ən azından, insanlar pul verib alır, heç olmasa zəhərlənməsinlər”.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

VİDEO BURADA:My Webpage

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO