[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Agrarco" MMC - MƏHKƏMƏYƏ VERİLDİ


"Agrarco" MMC barəsində gömrük qaydaları əleyhinə olan (Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) inzibati xəta protokolu tərtib edilib.

İnzibati Xətalar Məcəlləsinin 483-cü maddasinə görə, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin 30-50 faizinədək məbləğdə cərimə edilir.

Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, 20 min manatadək olan məbləğ başa düşülür.

İşə Bakı Şəhər Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahov təyin edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
32 saylı notariat kontoru özbaşına qalıb - NAZİRİN NƏZƏRİNƏ


Məlumdur ki, ölkənin məhkəmə-hüquq sistemini xüsusi və dövlət notariuslarının fəaliyyət olmadan təsəvvür etmək mümkün deyil. Çünki məhkəmələr öz qərarlarında notarius tərəfindən iddiaçı tərəflərə verilmiş sənədlər əsasında qərar çıxarırlar.
Sözün düzü, heç kimə sirr deyil ki, bu gün ölkəmizdə məhkəmə-hüquq sistemi nəinki acınacaqlı, hətta fəlakətli vəziyyətdədir. Bunu təkcə biz demirik, hətta ölkənin qanunverici orqanında millət vəkilləri səsləndirir. Bu məsələdə notariuslarında rolu az deyil. Notariat kontorlarında qanunsuzluqlar, cinayət əməlləri baş alıb gedir.
Oxucular üçün də faydalı olacağını nəzərə alaraq gəlin görək notariusların hüquq və vəzifələri hansılardır, yəni notariuslar qanunla hansı hüquq və vəzifələrə malikdir:
Əqdləri və Etibarnamələri təsdiq edir;
Miras əmlakın mühafizə olunması üçün tədbirlər görür;
Vərəsəlik hüququ haqqında şəhadətnamələr verir;
Ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələr verir;
Yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr verir; Sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq edir;
Sənədlərdəki imzaların həqiqiliyini təsdiq edir;
Sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünü təsdiq edir;
Şəxsin sağ olması faktını təsdiq edir;
Şəxsin müəyyən yerdə olması faktının təsdiq edir;
Şəxslə fotoşəkildəki şəxsin eyniliyini təsdiq edir;
Sənədlərin təqdim olunduğu vaxtı təsdiq edir;
Fiziki və hüquqi şəxslərin ərizələrini başqa fiziki və hüquqi şəxslərə verir;
Öhdəliyin icra predmetini saxlanmağa, pul məbləğlərini, qiymətli kağızları və vəsiyyətnamələri depozitə qəbul edir;
İcra qeydlərini aparır;
Veksellərə protestləri tərtib edir;
Çeklərin ödənilmək üçün təqdim edilməsi və çeklərin ödənilmədiyini təsdiq edir;
Sənədləri saxlanmaq üçün qəbul edir;
Dəniz protestlərini tərtib edir;
Sübutları təmin edir.
İndi gördünüzmü, dövlətimiz notariuslara, notariat kontorlarına nə boyda hüquqlar verib. Amma... Əmması odur ki, təəssüf ki, bəzi notariat kontorları, bəzi notariuslar saxta sənədlər tərtib etmək, saxta etibarnamələr vermək, saxta alqı-satqı müqavilələri tərtib etmək, saxta imzaları təsdiq etməklə yüz minlərə sahib olurlar və cəmiyyətimizdə çox pis imic qazanırlar. Bəzi notariuslar hüquqi dövlət quruculuğunda sanki böyük əngələ, maneəyə çevriliblər. Əslində tam əksi olmalı idi və notariuslar vətəndaşların hüquqlarını qorumalı idilər. Amma əksinə son illər bəzi notariuslar vətəndaşlar üçün böyük cinayət yuvalarına çevriliblər.
Təsəvvür edirsiniz, vətəndaş notariat kontoruna gəlir və sənəddəki imzanın ona məxsus olmadığını, imzanın saxta olduğunu deyir. Amma kontor müdiri deyir ki, ola bilməz... Vətəndaş and içir, aman edir ki, mən sizin kontorda birinci dəfədir ki, oluram, mən burada olmadığım halda mənim imzamı siz necə təsdiq eləmisiniz...
Yaxud bu yaxınlarda yazmışdıq, QAİ-də vətəndaşa deyirlər ki, sən öz maşınını etibarnamə ilə filan kəsə notariusda etibar etmisən. Vətəndaş and içir ki, mən həmin şəxsi heç tanımıram da...necə etibar edə bilərəm... Bu hələ harasıdır..? Vətəndaşın torpağını, qanuni evini notarius vasitəsilə satıb ailəni bayıra atırlar... Belə notariat kontorlarından biri də Binəqədi rayonu, 9a mkr, Mir Cəlal küçəsi 31-də yerləşən 32 saylı dövlət notariat kontorudur. Kontorun rəhbəri İmanlı Elgün Akif oğludur ( Telefon: (012) 430-14-52 ) Bu adam həm saytlarda, həm də qurumun özündə elan edib ki, iş günləri: I-II-III-IV-V, istirahət günlər: VI-VII Amma qeyri-iş günü olan VI gün 32 saylı kontorda şıdırğı etibarnamə verilir, digər əməliyyatlar həyata keçirilir. Bu kontor da digərləri kimi saxta etibarnamələr, saxta alqı-satqı sənədləri tərtib edərək vətəndaşlara cəhənnəm əzabı yaşadırlar. Bəs görəsən, o boyda Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş idarəsi hara baxır...?
Bu haqda növbəti yazımızda.
Gündəlik Bakı
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
TƏBİB sədri buraları rəsmən himayə edir - İLGİNC İDDİALAR...


Sumqayıt Tibb Mərkəzi ilə bağlı redaksiyamıza daxil olan şikayətlərin miqyasını təyin etsək, çox böyük bir rəqəmə rast gəlmiş olarıq.
Demək olar ki, bütün mətbuatda iki ildən çoxdur ki, Sumqayıt Tibb Mərkəzində baş verən yeyintilərlə, korrupsiya və rüşvətxorluqla bağlı mütamadi olaraq yazılar dərc edilir. İstər Hesablama Palatası, istər Maliyyə Nazirliyi, istər Sumqayıt Şəhər Prokurorluğu tərəfindən aparılan yoxlamaların nəticəsi və bu yoxlamalardan sonra açılan cinayət işlərinin sayı nə qədər çox olsa da, TƏBİB Səkinə Sadıqova ilə bağlı ölçü götürmürki, götürmür.
Deməli, TƏBİB rəhbəri Vüqar Qurbanovun, Tibbi Sığorta Dövlət Agentliyinin şöbə müdiri Rəşad Çobanovun Səkinə Sadıqova ilə aralarında vəzifədən kənar iş birlikləri var imiş. Onu biz demirik, uzun müddət Səkinə Sadıqovanın tabeliyində olan anbar müdiri deyir.
Həmin anbar müdirinin və şikayətçilərin fikirlərini olduğu kimi, silsilə olaraq dərc edəcəyik.
Şikayətçilərdən biri Sumqayıt Tibb Mərkəzində anbardar vəzifəsində işləyərək, işdən azad olunduğunu bildirir.
"Mən işlədiyim yer 2022-ci ilin may ayından mərkəzləşmiş anbar olub və məni həmin yerə, anbar müdiri təyin ediblər. Bu müddət ərzində mənim işimdə heç bir qüsur olmayıb, iclaslarda Səkinə xanım baş həkimlərdən soruşurmuş ki, sizdən anbarda alacağınız mallardan saxlayırlarmı, saxlamırlarmı. Hamı təbii olaraq, bildirib ki, elə bir şey yoxdur. Elə bir dövrdür ki, onu etmək olmaz. Məndən öncə, həkimlər pul alırdı, anbarda nə isə saxlayırdılar, nəsə etmək olurdu. Amma indi bir çöp belə saxlasan söz-söhbət olur. Mən adi bir qələm belə saxlamamışam. Öz anbarımda işlətdiyim dəftər-qələmi də özüm gedib almışam. 2022-ci ilin fevral ayının 3-də Hesablama Palatası yoxlamaya gəldi. Ancaq Hesablama Palatası ayın 13-ü gəlməli idi, nədənsə ayın 3-ü gəlib anbara blom vurdular. Bu da təbiidir. Baş verən yoxlamalar internetdə yayılan məlumatlara görədir. Mətbuatda yazı dərc olunan kimi, Səkinə xanım üçün sanki yas mərasimi olurdu. Mən ayın 3-də işə gələndə gördüm ki, Hesablama Palatası artıq yoxlama aparır. Anbarın pulu düz, hər bir işi düz olsa da, gedərkən mənə 400 manat cərimə yazdılar. Mənə də bildirdilər ki, bu prosedur üzrə yazılmalı idi.
İşimiz öz qaydasında gedirdi. Mayın 12-də Səkinə xanım məni çağırdı ki, müəssisələrdəki yuyucu tozları geri qaytarılmalıdır. Soruşdum ki, doktor nə üçün, bildirdi ki, müəssisələrdən yuyucu tozu satılıb. Mən Səkinə xanıma bildirdim ki, mən anbardan malımı qaimə ilə vermişəmsə cavabdeh deyiləm. Sonradan Səkinə Sadıqova israrla bildirdi ki, malları anbara geri qaytarın. Mən də malları müəssisələrdən yığaraq anbara geri qaytardım. Mənə dedi ki Dəstə Xidmətinin müavini Amil İsmayılov poroşok satıb, dəsmal satıb, ədyal satıb, çünki Amil əvvəllər travmatalogiyada təsərrüfat müdiri olub. Dedim mənim xəbərim yoxdur. Dedi sən Amilin üzünə durmalısan. Mən də dedim ki, Səkinə xanım mən görməmişəm, bilmirəm, mən necə onun üzünə dura bilərəm. Mənə dedi ki, sən düzünü deməsən səni işdən çıxardacam. May ayının 12-də həqiqətən də "poroşok" satılıbmış. Sayın düzgün olması üçün "poroşoklar" sonradan anbara geri qaytarılıbmış. Sonradan mən bildim ki, Səkinə xanım öz hesabını düzəldirmiş. Mayın 12-də mən anbarda "poroşok" yığdırırdım, həftənin 6-cı günü idi, iş günü deyildi. Məni çağırdı dedi ki, ərizəni yaz, mən də dedim ki, Səkinə xanım, mən niyə ərizəmi yazmalıyamki? Mənim işimdə heç bir qüsur yoxdur, neçə ilin işçisiyəm. Qayıtdı ki, mən səni qorumaq üçün işdən çıxardıram, başqa vəzifəyə keçirdirəm, başqa iş verəcəm. Sonra dedi ki, Vüqar Qurbanov əmr verib ki, sənin ərizəni alım. Gördü mən çox dirəşirəm ki, ərizə yazmayım. Onda qayıtdı ki, üzünə adam qoyacam, səni korrupsiya ilə tutduracam, mənim hər yerdə adamlarım var.
Mən ərizəmi onun şər-böhtanından, korrupsiyada adamlarının olmasından, ümumiyyətlə Hüquq Mühafizə Orqanlarında adamlarının çox olmasından və onların əli ilə camaatı şərlədərək həbs etdirməsindən qorxaraq yazdım. Cəmi 3-4 gün öncə, müəssisəmizin tanınmış çox gözəl bir həkiminin üzünə adam qoyaraq korrupsiya ilə onu işdən çıxartmışdılar. Nəinki bir həkimi, bir neçə həkimi şərlədərək bu vəziyyətə salmışdır. Mən də ona görə ərizəmi yazdım. Mən dedim ki, evimdə ağır xəstəm var, 14 min manat kreditim var, uşağımın müalicəsi üçün götürmüşəm, qayıtdı ki, səni başqa işə keçirdəcəm. Nə isə mən anbarı haqq-hesab etdim, pul olaraq nə varsa hər şey yerində idi. Məsələn 15 voltluq lampanın biri göy, digəri isə ağ işıqdır, qaimə ilə 900 ədəd göy işıq, qalanları ağ işıq var idi. Biz göy işığı vermişik, qalır ağ işıq, pul olaraq anbar yerindədir. Mənə dedi ki, bu mal artıq, bu mal əskikdir, amma mallar bir-birini örtür. Lampaları sortlaşdırdılar. Mən onda dedim ki, doktor mənim artıq malımı verin, mən əskikləri ödəyim. Dedi yox artıq mal anbarda qalmalıdır, əskikləri isə ödəməlisən. Nə isə mən yenə razılaşdım, nə qaldısa onu da ödədim. Sonra getdim yanına, mən artıq anbarı təhvil vermişəm mənə iş verin.
Katbəyə dedim, o da dedi ki, bir az gözlə. Bir az gözlədim. Sonra bildim ki, o, məni qəbul etmək istəmir. Bu vaxt çölə çıxdı Başladı dəhlizdə qışqırmağa, sən niyə burda durmusan, əlini atdı saçlarını yolmağa, rəhbərliyə yaraşmayan hərəkətlər etdi, özünü yoldu tökdü yerə.
Nə isə, mən çıxdım getdim evə. Sonra yenə gəldim, həmin vaxt mənə dedi ki, 2-3 ay gözlə, bir sözlə məni yola verdi. Mən də ərizəmi yazmışam ki, məni tutduğum vəzifədən azad edin, işimə xitam verin yazmamışam. Yəni mənə anbar müdiri vəzifəsi vermişdiniz, vəzifədən çıxarmısınız. Keçirdin təsərrüfat müdiri, keçirdin hər hansı bir işə.
Bu işlərin də səbəbkarı İTS-dən gələn Elmirlə Elmar olub. Onlar özbaşına olaraq komputerləri götürüb satışa çıxarıblar. TƏBİB yoxlamaya gələndə bunların heç birinin anbara aidiyyatı yox idi. Səkinə xanımın məni işdən çıxarmasının bəhanəsi də o oldu ki, səni Elmirgilə görə işdən çıxardıram. Sonradan dedi ki, sən 1c proqramını bilmirsən. Mən isə cavabında dedim ki, Səkinə xanım, siz mənə komputer vermisiniz ki, məndən 1c proqramını soruşursunuz?
Yəni mənim şikayətim əsasən odur ki, Sumqayıt Tibb Mərkəzində baş vermiş cinayət hadisələrinin üstü açılsın, cinayətkar öz cəzasını alsın. Qanunsuz olaraq işdən çıxarılanlar işlərinə bərpa olsunlar.
İndiyə qədər bizim müəssisələrdə heç bir oğurluq olmayıb, heçnə itməyib. Səkinə Sadıqova keçən ildən bu ilə 111 nəfər mühafizəçi işə götürüb. 111 nəfər işçi götürüləndən sonra hər gün, hər saat, hər ay bu müəssisələrdə oğurluq hadisəsi baş verir. Hər bir mühafizəçi də 750 manatdan məvacib alırlar. Bəs bunlar hara baxırlar ki, bu qədər oğurluqlar olur. Deməli, oğru da, oğurlayan da bəllidir.
Hansı müəssisəyə gedirsən bu gün komputer oğurlanıb, aparat oğurlanıb. Yenicə gətirilmiş aparatlar bir-bir oğurlanır. İTS-in özləri işçi göndərmişdilər, onlar da komputerlərin iç-içalatını oğurlayıb satıblar.
Sumqayıt Tibb Mərkəzində işə götürülənlərin əksəriyyəti Səkinə Saıqovanın Cəbrayıldan olan qohumlarıdır. Ona görə onları işə götürür ki, heç kim onların maxinasiyalarının üstünü açmasın. İşə götüdüyü qohumlarına da deyir ki, heç kimin yanında deməyin ki, Cəbrayıllısınız. Hər yoxlamadan sonra haqsız olaraq kimisə işdən çıxarmalıdır. Faktiki olaraq mənim yerimə təyin olunan anbar müdiri Cəbrayıldan olan qohumudur.
Bütün müəssisələrdə onun əlindən hamı qan ağlayır, vəziyyət bərbad haldadır. Ordan qazandıqlarının hamısını Vüqar Qurbanovla və Tibbi Sığorta Dövlət Agentliyinin şöbə müdiri Rəşad Çobanovla bölüşdürür. İclaslarda hərdən bir Türkiyədə olan din dostları haqqında halallıqdan zaddan danışır.
Onun arxasinda Vüqar Qurbanovla, Tibbi Sığorta Dövlət Agentliyinin şöbə müdiri Rəşad Çobanovun özü durur, onlara sərf edir ki, Səkinə Sumqayıt Tibb Mərkəzində rəhbər işləsin. Tenderdən gələn pullar, kənardan qazanılan pullar hamısı Vüqar Qurbanov, Rəşad Çobanov və Səkinə Sadıqova arasında bölüşdürülür. Mən ona sərf etmirdim, çünki mən saxta işlərə imza atmaqdan, qeyri-qanuni alqı satqıda iştirak etməkdən imtina edirdim. Ona görə də məni işdən çıxartdı, yerimə öz qohumu və qonşusu olan Cəbrayıllı Məhəmmədi qoydu".
Bax budur, Səkinə Sadıqovanın Vüqar Qurbanovla, Rəşad Çobanova arxayın olaraq, etdiyi özbaşına əməllərin nəticəsi.
Biz bir redaksiya olaraq, Səkinə Sadıqovadan narazı olan işçilərin hər birinin şikayətini dərc edərək, onların haqqlarını qanunla bərpa olunmasına çalışacağıq. Qoy aidiyyati qurumlar da, öz üzərlərinə düşən vəzifələri layiqincə həyata keçirsinlər, hüquqları pozulmuş vətəndaşlarımızın hüquqlarının bərpa olunmasına var gücləri ilə çalışsınlar.
Ardı var...
Gündəlik Bakı
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Qaçqınkom"un "ev satan" əməkdaşları kimdir? - Sədr müavini məsələdən xəbərdar olub...

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi vəzifədə işlədiyi dövrdə şəhid ailələri və məcburi köçkünləri "evlə təmin edən" 75 yaşlı şəxsə hökm oxunub.

TEREF.AZ-ın Qaynarinfo-ya istinadən məlumatına görə, 1948-ci ildə Cəbrayılda doğulmuş, rayonun Soltanlı kəndində qeydiyyatda olan Şövkət adlı şəxsin məhkəməsi keçirilib.

Aparılan araşdırma zamanı bəlli olub ki, o, Təranə adlı məcburi köçkünü Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci Qobu şəhərciyində ona dövlət tərəfindən verilən birotaqlı evindən könüllü şəkildə imtina etdirib və onun dövlət tərəfindən ikiotaqlı mənzillə təmin olunmasına kömək edəcəyinə vəd verərək, 4.000 min manat pulunu ələ keçirib.

Təranənin imtina ərizəsini yazdığı gün dövlət tərəfindən 2-ci Qobu şəhərciyində ona verilmiş birotaqlı mənzilin Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Etiqad adlı əməkdaşı tərəfindən tanımadığı şəxsə satılması məlum olub.

Bundan başqa o, Təranənin bibisi qızı Vahiməni də dövlət tərəfindən üçotaqlı mənzillə təmin olunmasında köməklik etmək adı ilə aldadıb. 2020-ci ilin ilin iyun ayından həmin ilin avqust ayınadək 5900 manat məbləğində nağd pulu etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirib. Vahimə I Qarabağ müharibəsində şəhid olmuş Əli Hüseynovun həyat yoldaşıdır. Şövkət Vahiməyə üç övladı və şəhid ailə üzvü olduğundan üçotaqlı ev veriləcəyini bildirərək, 10.000 manat pul istəyirmiş.

Şövkət başqa bir neçə şəxsi də pensiya düzəltmək və digər məsələlərlə bağlı kömək etmək vədi ilə aldadaraq pullarını ələ keçirib. O, bütün bu əməlləri Dövlət Komitəsinin vəzifəli şəxsi olan Etiqadla birlikdə törədib.

Bundan xəbərdar olan "Qaçkınkom"un sədr müavini Fuad Hüseynov zərərçəkmişlərə başlarına gələn hadisələrlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməyi tövsiyyə edib.

Şəhid Əli Hüseynovun həyat yoldaşı Vahimə məhkəmədə təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirib, ona ağır cəza verilməsini, vurulmuş ziyanın ödənilməsini və mülki iddianın təmin edilməsini xahiş edib.

Məhkəmənin qərarı ilə dələduzluq epizodlarında cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyindən həmin epizodlar üzrə Şövkət cinayət məsuliyyətindən azad edilib, barəsində olan cinayət təqibi üzrə icraata xitam verilib. O, Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2,6 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.
Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.

Məhkəmənin qərarına əsasən, zərərçəkənlərin pulları geri qaytarılacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Təmizlik xidməti ilə bağlı kotirovka sorğusu - LƏĞV OLUNDU


DİN Komendant Xidmətinin "DİN-in əsas və digər İnzibati binalarının fasadının yuyulub təmizlənməsi" kotirovka sorğusu ləğv olunub.

Buna səbəb tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olmasıdır.

Müsabiqədə heç bir iddiaçı iştirak etməmişdir

Bu da Dövlət Satınalmaları haqqında qanunun 11.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir.

DİA.AZ
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvanda Fövqəladə Hallar Nazirliyindən (FHN) əmək stajı ilə təqaüdə çıxmış bir qrup şəxsin pensiyası ləğv olunu

Naxçıvanda Fövqəladə Hallar Nazirliyindən (FHN) əmək stajı ilə təqaüdə çıxmış bir qrup şəxsin pensiyası ləğv olunub. Bu qrupa 2013 və 2017-ci illər arasında təqaüdə çıxan 47 nəfər daxildir. Teref.az yazır ki, bu haqda “Gündəlik Naxçıvan”a təqaüdü kəsilmiş əməkdaşlar məlumat verib. Onlar deyir ki, Naxçıvanın ƏƏSM Nazrliyi təqaüdlərin dayandırılması ilə bağlı onlara tutarlı səbəb göstərməkdən imtina edir.
Şikayətçilərdən Yusif Tağıyev deyir ki, təqaüdü kəsilənlərin əksəriyyəti 1-ci Qarabağ müharibəsi veteranıdır:
“2017-ci ilin fevral ayı mən Şərur rayon FHN–dən xıdmət kecmənin tələblərinə uyğun öz xıdmətımı başa vurdum. Sənədlərimi DSMF-yə təqadim etdim və son 24 ayın hesabına görə mənə pensiya təyin edildi. 2023-cü ıl ıyul ayına qədər pensıyamı alırdım. İyulun 5-də Şərur rayon DSMF-dan bıldırdılər kı, sızın pensıyanız ləğv olunub. Digər yoldaşlarla da əlaqə saxladım. Onlara da eyni məzmunlu məktub gəlib. Bizlərdən çoxunun 25 ildən artıq iş stajımız var. Çoxları 10 ildir ki, pensiya alırdı”.
FHM-in digər keçmiş əməkdaşı M. Babayev deyir ki, şikayət üçün yığışıb Naxçıvan DSMF-ə getsələr də heç bir nəticəsi olmayıb:
“2015-cü ildə staja görə təqaüdə çıxmışam. 10 ildən artıqdır ki, pensiya alıram. İndi pensiyamızı kəsiblər. Pensiyamızın kəsilməsinin səbəbini isə açıqlayan yoxdur. Şikayətə gedəndə bizi fondun rəhbəri bizi qəbul etdi. Dedi ki, Bakıdan gələn yoxlamanın göstərişi ilə təqaüdlər ləğv olunub. Guya o vaxt bizlərə səhv təyinat verilib. Ləğv olunma ilə bağlı qərarı tələb etsək də, bizə verməkdən imtina etdilər. İndi əlimizdə əsas yoxdur ki, məhkəməyə şikayət edə bilək. Nə edəcəyimizi bilmirik. Mənim evdə ankoloji xəstəm var və onun dərmanlarını aldığım təqaüdlə çatdırırdım. İndi necə olacaq, bilmirəm”.
Keçmiş FHN əməkdaşları prezidnt İlham Əliyevə müraciət edərək, təqaüdlərinin bərpa olunmasında onlara yardımçı olmasını xahiş edirlər.
Teref.az

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO