[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Allah belə bir gözəllik versə də... - İsmayıllıdan GİLEY

İsmayıllı rayonu İstisu kənd sakinləri tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Biz bu müraciəti imza edən şəxslər İsmayıllı rayonu İstisu kənd sakinləriyik.İstisu İsmayıllı rayonundan 27 km aralıda yerləşən 4 tərəfi dağ çay və meşələr olan səfalı kənddir.Azərbaycanın dilbər guşəsi olan İstisu kəndinin yolu yoxdur indiyə kimi bu kəndə yol çəkilməyib.Bəlkədə Azərbaycanda ikinci belə bir kənd yoxdur ki, yolu olmasın.Yol feodal dövründə daşdan salınıb deyə üzərində nəinki avtomobilllə hətda piyada yermək çox çətindir.Bu səbəbdən əhali çox əziyyət çəkir.Kəndin 1500 dən çox əhalisi 400 yaxın təsərrüfatı var.Kəndin məktəbi qəzalı vəziyyətdədir, uşaq bağçası yoxdur.Ancaq biz sakinləri ən çox narahat edən problem yolun olmamasıdır.Kəndin əsas yolu cəmi 2 km uzunluğundadır.
Yolun olmamasına görə kəndə turistlər gələ bilmir.Ancaq İstisu bəlkədə təbiət gözəlliyinə görə Azərbaycanın gözüdür.Kəndin 4 tərəfi meşəli dağlardır çay axır yayda havası xoş və daima sərin olur.Kəndə yol çəkilərsə turistlər axın edəcək.
Bu barədə İsmayıllı rayon İcra Hakimiyyəti başçısına dəfələrlə müraciətlər etmişik ancaq hələ heç bir tədbir görülməyib.
Cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycanın ən ucqar yaşayış məskənlərinə yollar çəkilib insanların rahatlığı təmin olunub.Ancaq çox təssüf olsun ki, İstisu kəndinə nəzər salınmır.
Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən xahiş edirik bərbad vəziyyətdə olmasını nəzərə alıb İstisu kəndinə yol çəkliməsinə tapşırıqlar verəsiniz".

Məsələ ilə bağlı bütün əlaqədar qurum və şəxsləri dia.az olaraq dinləməyə hazırıq...
Allah belə bir gözəllik versə də... - İsmayıllıdan GİLEY
Allah belə bir gözəllik versə də... - İsmayıllıdan GİLEY
Allah belə bir gözəllik versə də... - İsmayıllıdan GİLEY
Allah belə bir gözəllik versə də... - İsmayıllıdan GİLEY
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Cəlilabad rayonunu ərazisinə və əhalisinin sayına görə ölkənin ağır çəkili rayonlarından sayılır. Bir zamanlar taxıl istehsalına görə “Azərbaycanın Ukraynası”, məşhur xanəndə və müğənnilərinə (Sabir Mirzəyev, Teymur Mustafayev, Sabir Əliyev, Qədir Qızılsəs, Ağadadaş Ağayev, Əflatun Qubadov, Rusif Məmmədov və s.) görə “Ölkənin konservatoriyası” adlandırılan, “Mənim abad Cəliladım” mahnısı ilə qürur duyan cəlilabadllılar son vaxtlar özünün acılı günlərini yaşayır.

Ən diqqətçəkən bu rayondan olan vəzifəli şəxslərin daha çox həbs olunmasıdır.

Öncə yaşadığımız əsrin əvvəlinə səyahət edək. Ölkənin ən tanınmış şəxslərindən olan İqtisadi İnkişaf naziri cəlilabadlı Fərhad Əliyev və onun iş adamı olan qardaşı Rafiq Əliyevin haylı-küyü həbsi yada düşür.

Daha sonralar, 2018 -ci ildə Cəlilabad Rayon İcra hakimiyyətinə təyin olunmuş Namiq Zeynalovun (cəmi 2 il idi işləyirdi, 2020-ci il 8 dekabrına qədər) həbsi.

Bu siyahıya ötən il həbs edilən, Cəlilabadda fəaliyyət göstərən

“Səda TV” -nin rəhbəri Elnur Şükürov, bu ilin əvvəlində isə rayonun 1800 şagirdlik məktəbinin sabiq direktor əvəzi Seymur Cəfərovun da həbs olunması qəribə mənzərələr yaradır.

2 gün öncə isə rayonun 3 vəzifəli şəxsinin, Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri - Baş memar Sahil Qənbərli, Cəlilabad bələdiyyəsinin sədri Mehdi Kərimovun və rayonun Üçtəpə bələdiyyəsinin sədri Əmrah Quliyevin həbsi, necə deyərlər, bu olayları yenidən diqqətə gətirdi. Həbs olunanların içində 2 il öncə Cəlilabad rayonuna icra başçısı təyin edilmiş rəhbərin xeyir-duası ilə təyinat alanlar da var.

Srağagün isə artıq baş verənlərin təfərrüatı da bəlli olub.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən tikintiyə icazələrin verilməsi sahəsində baş verən korrupsiya hallarına qarşı keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri - Baş memar Sahil Qənbərli, Cəlilabad bələdiyyəsinin sədri Mehdi Kərimov və rayonun Üçtəpə bələdiyyəsinin sədri Əmrah Quliyevin qanunsuz əməlləri ifşa edilib.

Həyata keçirilmiş tədbirlərlə Sahil Qənbərlinin Mehdi Kərimovla əlbir olaraq Cəlilabad şəhəri ərazisində torpaq sahələrinin ayrılması və sahibkarlıq obyektinin tikintisinə icazə verilməsi üçün vətəndaşlardan ümumilikdə 44 min manat məbləğində pul vəsaitini almasına əsaslı şübhələr müəyyən edilib və həmin şəxslər cinayət başında yaxalanıb.

Bundan başqa, Əmrah Quliyevin Üçtəpə kəndi ərazisində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınmasına dair sənədin verilməsi vədi ilə vətəndaşların 3 min 500 manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən vəzifəli şəxslərin xidməti otaqlarında aparılmış axtarışlar zamanı iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülmüşdür.

Göstərilən faktlarla bağlı başlanmış cinayət işi üzrə Sahil Qənbərli və Mehdi Kərimov müvafiq olaraq Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma), Əmrah Quliyev isə həmin Məcəllənin 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə dələduzluq) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Sahil Qənbərli və Mehdi Kərimovun barəsində məhkəmənin qərarilə həbs və vəzifədən kənarlaşdırma, Əmrah Quliyevin barəsində məhkəmənin qərarilə vəzifədən kənarlaşdırma, istintaq orqanının qərarilə isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Həbsləri davamının olacağı da istisna deyil.
Cəlilabaddakı həbslərin Kərəm Həsənova dəxli varmı? - NƏ BAŞ VERİR?

Onu da bildirək ki, ilkin məlumatda Cəlilabad rayon elektrik idarəsinin müdirinin də həbs olunduğu qeyd olunsa da, bu məlumat təsdiqini tapmadı.

Xatırladaq ki, ən azı qonşu rayonlarla müqayisədə həbs olunan yüksək çiyinliləri çox olması, maraqlı suallar doğurur.

Bəs ən çox maraq doğuran sual hansıdır?

Bəlli olduğu kimi ölkə başçısının köməkçisi hörmətli Kərim Həsənov və onun qardaşı Malik Həsənov cəlilabadlıdır. Həm də bu şəxslərin Cəlilabadın idarə olunmasına ciddi təsiri çoxuna bəllidir.

İndi sabiq icra başçısının, jurnalistin, sabiq direktorun, bu günlər isə 3 vəzifəli şəxsin həbs bir məqamı sual altına alır- ölkədə söz sahiblərindən biri olan Kərim Həsənov bu həbs olunanların dostudur, ya “düşəməni”? Dostudursa, niyə qoruya bilmir, “düşməndirsə” onları niyə belə məsul vəzfələrə gətirmişdilər?

Qeyd: Hazırda icra hakimiyyətindəki Baş memar vəzifəsi ən təhlükəli vəzifələrdən sayılır.

Cenub.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
`Ovçular` Kolbasası ilə bağlı ŞOK İDDİA - BU NƏDİ BELƏ?

"Azərbaycan Reallığı"na videomüraciət edən Qaziyeva Sevinc Tofiq qızı bildirir ki, 2016 cu ildən 2020-ci ilə kimi "Ovçular Ət və Ət məhsulları MMC" -da eyni zamanda üç vəzifədə hələ üstəlik həkimlik vəzifəsində icra edib öz bilik və isdedadımla işimi lazım olan səviyyədə aparırdım, özüm kimya elimləri namizədiyəm.

Mən işə təzə başlayanda əti analizin etməyə icazə vermirdilər daha sonra Sevinc Qaziyeva bildirir ki, bir gün əti analiz edəndə ətdən mikrob çıxıb.

Bu barədə müdiriyyətə məlumat verdim, buna çox qeyi-adi bir münasibət bəslədi, məni dahada günahkar çıxararaq iradla bildirdi ki, Əti Qida Təhlükəsizlik yoxlayıb sən niyə yoxlayırsan? Xoş münasibət bəsləmədən direktor "mənə de, mal ətində ət olur?" deyib məni otaqdan çıxardılar.

Daha sonra müəssisəyə gələn əti məni bir daha yoxlamağa icazə vermədilər.

Baytar vəzifəsinə təyin olunandan sonra isə kəskin şəkildə dedilər ki, sən əti yoxlamayacaqsan. Mən də etiraz etdim, mən baytaram ətin emalını yoxlamağa niyə icazə vermirsiz? səbəbin izah edə bilmədilər daha sonra başa düşdüm bunlar oradan-buradan mənşəyi məlum olmayan ətlər alırlar, onun içində Leş Tofiqin də ətləri olur. Əsasən ətlər Leş Tofiq kimi tanınan şəxsdən alınır - deyə şikayərçi Sevinc Qaziyeva bildirib...

Daha ətraflı aşağıdakı videoda:

"Azərbaycan Reallığı"

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO