[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Mega City”də nə baş verir? - NARAZILIQ VAR!

Paytaxtın Yasamal rayonunda yerləşən “Mega City” yaşayış kompleksinin sakinləri və sahibkarlar “Yeni Sabah”ın redaksiyasına müraciət ediblər.

Bina sakinləri bildiriblər ki, iyul ayının 26-dan yaşadıqları binanın transformatoru partlayıb:

“Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gecə ilə gəlib yanğını söndürdü, amma həmin gündən bəri obyektlərə işıq verilməyib. Bir neçə gündən sonra mənzillər işıqla təmin olundu, lakin obyektlərin heç birinə işıq verilmədi”.

Şikayətçilər söyləyiblər ki, transformator yandığına görə mənzillərdən 100, obyektlərdən isə 200 manat pul yığdılar:

“Obyektlərin də 90%-i pulu versə də, işığı vermirlər. Hər ay komendantlar 40-50 manat da obyektlərdən kommunal ödənişlər yığılır. Biz soruşanda ki, işıqlar niyə verilmir, komendant deyir ki, bu MTK Əliyev Yaşarın balansında olan MTK-dır və transformatoru gətirmək onluqdur. Yəni bunlar pulu yığıblar, sadəcə olaraq onlar güclü transformator gətirməyiblər deyə, obyektlərə işıq verilmir”.

Həmsöhbət olduğumuz sakinlərdən birinin dediyinə görə, burada prinsip söhbəti var:

“Bu bina 2 hissədən ibarətdir. Binanın ümumi adı “Mega City” olsa da, bina “Mega City-1” və “Mega City-2”yə bölünüb. Problem yaradan isə “Mega City 2”dir. Əliyev Yaşarın Taleh adlı köməkçisi var ki, problemi yaradanlar biri məhz odur. Neçə gündür bütün obyektlər işıqsız qalıb, eləsi var artıq çıxıb gedib. İçərisində məhsulu xarab olan nə qədər adam var”.

“Obyektlərin hamısından pul alınıb, sadəcə camaatı aldadırlar ki, məsələnin həlli Yaşar müəllimlikdir. Onlar transformatoru gətirməyiblər deyə, işıq yoxdur. Biz komendantdan soruşanda o Talehlə Yaşarın üstünə atır, Taleh də deyir ki, problem komendantındır.

Bizə dedilər ki, “Azərişıq”ın problemidir, onlar da dedilər ki, bizlik heç nə yoxdur. Gətirib transformatoru qoysunlar, biz də gəlib onu təmir edək. Burada əsas problem yaradan Əliyev Yaşardır. Bu adamlar MTK-nı ondan işlətmək üçün götürsələr də, Əliyev Yaşar MTK-nı transformatorla təmin etmir”, – digər bir sakin qeyd edib.

Sakinlərin şikayəti üzrə Taleh Zərbəliyev ilə əlaqə saxladıq. O qeyd edib ki, problemin onunla əlaqəsi yoxdur və nəzarət etdiyi mənzillərə dünən elektrik verilib. T. Zərbəliyev deyib ki, “Mega City-2”də işıqların verilməməsinin oda aidiyyəti yoxdur. Onun sözlərinə görə həmin binaya Yasamal Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin sədri Araz Səlimov nəzarət edir.

Digər binanın komendantı Araz Səlimovla da əlaqə saxladıq. A. Səlimov bildirib ki, transformator iyulun 26-da axşam saatlarında Taleh Zərbəliyevin nəzarət etdiyi binada partlayış baş verib:

“Onlar gəlib transformatoru düzəltsələr də, orada yanğın baş verdi. Bundan başqa, “İnşaatçı-3” MMC-nin balansında olan transformator 2 kompleksdə xidmət göstərir. Biz 5 ildir ki, cəmiyyət yaradıb həmin şirkəti bu həyətdən uzaqlaşdırmışıq. Biz 5 il ərzində dəfələrlə demişik ki, siz transformator məntəqəsini “Azərişıq”ın balansına verin ki, canımız qurtarsın”.

“Mən 5 il ərzində sakinlərə o qədər xərcləməmişəm, nəinki o transformatora. Onlar bunu etmək istəmirlər. Partlayış baş verəndən sonra da dedilər ki, pul yığın, öz vəsaitiniz hesabına düzəldin. Sağ olsun, “Azərişıq”ın satış müdiri Yalçın müəllim gəldi, evlərin işıqlarını verdilər, amma neçə gündür məni aldadırlar və obyektlərin işığını verməyiblər. Taleh müəllimin özü mənə dedi ki, bizim bina pul yığmır deyə, çalışacaq ki, maksimum bunu gecikdirsin. Yəni transformator 2 kompleksə xidmət göstərirsə, bunlardan biri bizim, digəri də onların ərazisindədir.

İndi ikinci transformatoru quraşdırırlar ki, obyektlər də işıqlandırırsın. Biz 5 ildir deyirik ki, transformator məntəqəsini “Azərişıq”ın balansına keçirin. 5 il ərzində bəlkə də 10 minə yaxın pul xərcləmişəm bu kabellərə. Onsuz da biz elektrik enerjisi pulunu “Azərişıq”a veririk. “İnşaatçı-3” sadəcə körpü rolunu oynayır. Hazırda 300-dən çox mənzil bu şirkətin rəhbərliyindən asılı vəziyyətdədir. Onlar transformatoru öz balanslarından çıxarmaq niyyətləri yoxdur. Hazırda pulu vermişik və quraşdırılma gedir”, – komendant söyləyib.

“Yeni Sabah”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nə dinləri var... nə də imanları... - Qanunları da ki... heç saya salmırlar!

Son günlər gündəmi işğal edən mövzulardan birinin və bəlkə də birincisinin Qarabağ savaşı ilə bağlı 2-ci dərəcə əlilliyi müəyyən edilmiş Binnət Əsədovun eldə “qanpulu” deyilən sığorta ödənişinin yarısının -3300 manatının Beynəlxalq Bankın borc adına mənimsəməsi olması manşetlərdən bəlli edir. Peşəkar müalicəyə , əməliyyata ehtiyacı olan zavallı Qarabağ qazisinin “qanpulu”nu yeyən Beynəlxalq Bank nə savaş əlilinin diləyinə baxır, nə də qanuna, Konstitusiyaya. Baxsaydı, özbaşınalıq etdiyinin “İcra haqqında” qanuna qarşı olduğunu bilərdi. Demirik utanardı, bank(lar)da utanan üz nə gəzir, bəlkə qanunun aliliyindən, məsuliyyət daşıyacağından çəkinərdi.
“İcra haqqında” Azərbaycan Respublikası Qanunun 68.1.2 maddəsində, rus demiş, ağ-qara xətlə yazılıb:
“TƏLƏB – BORCLUNUN XİDMƏTİ VƏZİFƏLƏRİNİ İCRA EDƏRKƏN ALDIĞI XƏSARƏTLƏRƏ GÖRƏ ÖDƏNİLƏN MƏBLƏĞLƏRƏ YÖNƏLDİLƏ BİLMƏZ”
Bu qanun, bu Konstitusiya , bu da icra məmurlarının, bankların borc adına Vətəni müdafiə edən Qarabağ qazilərinin xəsarətlərinə görə ödənilən sığorta , pensiya, müavinəti – “qanpulu”nu mənimsəməsi. Bəs Qarabağ qazisinin hüququnu kim qorumalıdır? Beynəlxalq Bankın özbaşınalığına kim hüquqi qiymət verməlidir? Hələ ki nə dövlət hakimiyyəti, nə hüquq mühafizə orqanları, nə Ombudsman – insan hüquqları üzrə müvəkkil ( bu günlərdə Prezident əlillərin hüquqlarının qorunmasını da Ombudsmana tapşırıb – M.B.) konkret addım atır.
Mediada yayılan qanunsuzluqlarla bağlı , özəlliklə, hüquq mühafizə orqanlarının araşdırma aparması qanunvericiliyin tələbidir. Əlil-istehlakçı hüquqlarını bankın pozmasına görə isə, Mərkəzi Bankın, İqtisadiyyat Nazirliyinin uyğun qurumları məhkəməyədək müraciət etməyə borcludurlar. Düzdür, Beynəlxalq Bankın məhkəmə toxunulmazlığı “hüququ” var, amma baxır iddianı kim qaldırır: İstehlakçıların hüquqlarını qorumalı olan dövlət qurumu, yoxsa, yataqda canı ilə əlləşən, “qanpulu”ndan dələduzluqla məhrum olunan Qarabağ qazisi ?!
Bankın özbaşınalığına son qoyan , Qarabağ qazisinin “qanpulu”nu özünə qaytaran olacaqmı? Özbaşınalıq qarşısında qanun da, Konstitusiyada acizdir. Bəs qazilər baştacı idilər, niyə ayaqaltı edilirlər? Bəs əlil-qazi təşkilatları hara baxır? Suallar , suallar, ritorik suallar...
Məğrur Bədəlsoy
DİA.AZ
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sumqayıtda 11 nömrəli tam orta məktəbin 103 minlik avadanlığı mənimsənilib: Vəzifəli şəxslərə cinayət işi başlandı

Sumqayıt şəhəri 11 nömrəli tam orta məktəbin ayrı-ayrı vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə vətəndaş müraciəti əsasında şəhər prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Sumqayıt şəhər prokurorluğu məlumat yayıb.

Araşdırma zamanı təhsil müəssisəsində 2019-2022-ci illərdə ölkə hüdudlarından kənarda olduqları vaxtda müəllimlərin dərs saatları tədris etməsi və faktiki tədris edilməyən dərnək məşğələlərin keçirilməsinə dair rəsmi sənədlərə yalan məlumatların daxil edilməsi, müvafiq laboratoriyalar mövcud olmadığı halda laborant vəzifəsinə ayrı-ayrı şəxslərin işə götürüb əmək haqqı verilməsi yol ilə dövlət büdcəsindən ayrılmış 27 min 860 manat vəsaitin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Araşdırmalarla, həmçinin, Sumqayıt şəhər Təhsil Şöbəsi və 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi, onun bazasında yaradılmış Abşeron-Xızı Regional Təhsil İdarəsinin ayrı-ayrı vəzifəli şəxslərinin səhlənkarlığı nəticəsində dövlət tərəfindən məktəbə verilən 103 min 130 manat dəyərində inventar avadanlıq və mal-materialların məktəbin vəzifəli şəxsləri tərəfindən mənimsənilməsi və israf olunmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 313 (vəzifə saxtakarlığı) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Qeyd edək ki, Sumqayıt şəhəri 11 nömrəli tam orta məktəbin direktoru Adilə Süleymanovadır. O, Əməkdar müəllim, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktorudur.APA.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mikayılov tenderi yenə eyni şirkətə verdi: Qaradağın yolları bir ildə nə qədər pul "yeyib"?

Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTİB) yolların əsaslı təmir olunması işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.

Tenderin qalibi "Təmir-Təchizat-4” MMC olub. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 720.131,46 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Təmir-Təchizat-4” MMC 4 may 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 50A, mənzil 2-də yerləşir. MMC-nin qanuni təmsilçisi Həsənov Elburus Məmməd oğludur.

"Təmir-Təchizat-4” MMC 18 ildir fəaliyyət göstərməsinə baxmayaraq, açıq mənbələrdə barəsində heç bir məlumata rast gəlinmir. Şirkətin nə veb-səhifəsi, nə də əlaqə telefonları var. Elburus Həsənov haqqında da heç bir məlumat yoxdur.

Dövlət satınalmalarının elektron portalına yerləşdirilən məlumatlara diqqət etdikdə "Təmir-Təchizat-4” MMC-nin tenderlərdə fəal iştirak etdiyi aydın olur. Şirkət əsasən Qaradağ Rayon İcra Hakimiyyəti və ona tabeli qurumların iri məbləğli tenderlərinin qalibi olur.

Yeri gəlmişkən, Qaradağ MKTİB ötən il də yolların təmiri ilə bağlı "Təmir-Təchizat-4” MMC ilə satınalma müqaviləsi imzalayıb. Müqavilənin maliyyə dəyəri 720.146,68 AZN olub. Beləliklə, aydın olur ki, ötən il yolların təmirinə 720 min manat xərcləyən MKTİB hansısa səbəblərdən bu il də yollara 720 min manat xərcləmək zərurəti yaranıb.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovdur. O, 2010-cu ildən bu vəzifədədir. Ümumiyyətlə isə Süleyman Mikayılovun icra başçısı kimi karyerası 2005-ci ildən başlayır. O, həmin ilin mayında Yardımlının icra başçısı vəzifəsi təyinat alıb. 2005-ci ilin dekabrında isə Lənkəranın icra başçısı təyin edilib və 2010-cu ilə qədər bu rayona rəhbərlik edib. Mediada Süleyman Mikayılov fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxın şəxs kimi təqdim edilir. Onun karyera yüksəlişində də nazirin böyük rolunun olduğu bildirilir.Qaynarinfo
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Onur Group” MMC-nin rəsmi saytında yazılan yazı diqqət çəkdi: “Pulu ödəmədiyi üçün…”

"Onur Group" MMC-nin rəsmi saytı bağlanıb.

Sayta daxil olduqda yazılan məlumata əsasən borc səbəbilə bağlandığı məlum olub.

Bildirək ki, nizamnamə kapitalı 10 AZN olan “Onur Group” MMC-nin qanuni təmsilçisi Firdovsi Məmmədov Səməd oğludur.32gun.az
“Onur Group” MMC-nin rəsmi saytında yazılan yazı diqqət çəkdi: “Pulu ödəmədiyi üçün…”

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Astarada qohumlar arasında dava: - “Dedik, nə dəniz qırağı, ayıbdır...”


Astara rayonunda 1990-cı il təvəllüdlü Ayxan bacısının həyat yoldaşının qohumu Fəqana (adlar şərti verilib – red.) xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə ötən il iyunun 25-də baş verib.

Ayxan yaşadığı evin həyətində Fəqanla mübahisə edib, ona başı ilə zərbə vurub.

İstintaq orqanı tərəfindən Ayxanın barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ayxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, ailəlidir, himayəsində 2 azyaşlı uşağı var:

“Fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla ailəmin dolanışığını təmin edirəm. Bacım Səbinə Fərmanla ailə həyatı qurub. 2022-ci ilin may-iyun aylarında Səbinənin qayınanası Sevda ilə mübahisəsi oldu. Buna buna görə də oradan çıxaraq bizim yaşadığımız evə gəldi. Fərman özü də buna görə bir neçə dəfə bizə gəldi, uşağa dəyərək getdi. Bacımla Fərmanın arasında hər-hansı bir mübahisə və narazılıq olmayıb”.

Ayxan deyib ki, iyunun 25-də saat 19 radələrində Fərmanın bacısı Gülər, əri Rauf və oğlanları Fəqan onlara gəliblər: “Gələnləri qarşıladım, daha sonra atam Vüqar həyətə düşüb onların hansı məqsədlə gəldiyini soruşdu. Məqsəd bilindikdə atam qonaqlara dedi ki, Səbinə ilə qayınanası arasında mübahisə təzə olub, buna görə bir müddət keçəndən sonra ara sakitləşər, Səbinə evə qayıdar.

Bu sözdən sonra Rauf atama “baş üstə” dedi və getmək istədi, Həmin vaxt atam əlini Fəqanın kürəyinə qoyaraq “mənim balam, sən də çıx get“ deyə bildirdi. Fəqan atamın əlini çiynindən itələdi, onunla itələşdi. Fəqana yaxınlaşaraq onu həyətdən çıxarmağa çalışdım. Bu zaman Fəqan məni də itələdi və yumruq atmağa başladı. Buna görə hirslənərək Fəqana kəlləylə zərbə vurdum. Fəqanın atası Ruaf üstümə gələndə onu da vurdum. Raufla arvadı oğlanlarını da götürərək getdilər”.

İş üzrə zərərçəkmiş Fəqanın sözlərinə görə, dayısı Fərmanın arvadı Səbinənin evdə mübahisəsi olub: “Buna görə də evdən gedib. Dayım Fərman anamdan xahiş etdi ki, bir böyük kimi Səbinənin atasıgilə gedib onu evə qaytarsınlar. Mən, anam, atam və dayım Fərman iyunun 25-də, saat 19 radələrində Səbinənin atası Vüqarın yaşadığı evin həyətinə getdik. Həyətdə olan Ayxan bizi görən kimi qapını açdı və atasını çağırdı.

Vüqar həyətə düşdü və salamlaşmadan “gəlin dəniz qırağına gedək” deyə bildirdi. Bu sözdən sonra atam dedi ki, nə dəniz qırağı, ayıbdır, biz gəlmişik ki, Səbinə ilə Fərmanı barışdırıb, gəlini aparaq.

Vüqar da əsəbi şəkildə bizim çölə çıxmağımızı istədi. Atam da “baş üstə” deyə bildirdi və anama getməyimizi söylədi. Həmin vaxt Ayxan qəflətən üzərimə gəldi, baş nahiyəmə kəllə ilə zərbə endirdi. Zərbənin təsirindən huşumu itirərək yerə yıxıldım. Ayxan yerdə təpiklə məni vurdu. Gecə gözümü xəstəxanada açdım”.

Zərərçəkmiş qeyd edib ki, vurulan zərbələr nəticəsində üz almacığı və çənə sümüyü sınıb: “Aldığım xəsarətlərin ağırlığına görə Bakı şəhər Respublika Klinik xəstəxanasına göndərildim və orada müalicə aldım. Üz almacığım və çənəmdən əməliyyat olundum. Çənə sümüyümün hər ikisinə implant (platin) qoyuldu. Müalicəm hazırda da davam etdirilir. Çoxlu miqdarda pullar xərcləmişəm və xərcləməkdə davam edirəm. Təqsirləndirilən şəxs mənə vurmuş olduğu ziyandan bir manat da olsa ödəməyib. Müalicəylə bağlı borca da düşmüşəm”.

Astara rayon Məhkəməsinin hökmü ilə Ayxan 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Hökmdən narazı qalan Ayxanın vəkili tərəfindən apellyasiya şikayəti verilib. Şikayətdə Ayxanın barəsində olan cəzanın yüngülləşdirilməsi istənilib.

Şikayət araşdırılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilib. Apellyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edilib.

Ayxanın barəsində verilən şikayət təmin olunmayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Həccdən qayıdan Ruslan Əliyevin direktoru olduğu qurum məhkəməlik oldu

“Azəriqaz” İB məhkəməyə verilib.

32gun.az xəbər verir ki, KƏRİMOV NOVRUZ CƏBİ OĞLU Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə mraciət edib.

Vətəndaş hüquqlarının “Azəriqaz” İB tərəfindən pozulduğunu iddia edib.

Hakim İlahə Abbasovanın sədrliyi ilə baş tutacaq məhkəmə işinin mahiyyəti Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr – Maddi ziyanın ödənilməsindən ibarətdir.

Qeyd edəki ki, “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru bir müddət öncə Azərbaycandan həcc ziyarətinə gedənlər sirasına qoşulması ilə gündəm olan Ruslan Əliyevdir.

32gun.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zaur müəllimin tenderləri də sadə olur... həm də maraqlı... - BU DA FAKT!!!

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nəzdində olan Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti üç tenderin nəticələrini elan edib. DİA.AZ xəbər verir ki, bütün tenderlərin qalibi Azdövsutəslayihə İnstitutu (VÖEN:1300359461) olub.

Hər halda burada qeyri-adi nəyinsə olmadığı da iddia oluna bilər. Yəni mümkündür ki, həqiqətən də belə bir hadisə baş versin və euni qurum eyni quruma bir neçə tenderi həvalə etsin və həm də təbii yolla - yəni seçmə üsulu ilə... - TENDER yolu ilə... - qanuni olaraq.

Amma burası Azərbaycandır və həm də burası zamanında "Bravo" marketin kassasının arxasında dayanmış Zaur Mikayılov cənablarının rəhbərlik etdiyi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyidir. Və elə bu səbəblərdən şübhələnməyə bilmirsən...

Qeyd edək ki, Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti Azdövsutəslayihə İnstitutuna aşağıdakı tenderləri qazandırıb:

1. «Araz çayı boyunca sərhəd infrastruktrunun və ərazilərin sel sularından mühafizəsi tədbirləri üçün layihəsmeta sənədlərinin hazırlanması» - 225 552 manat

2.«Samur çayının Azərbaycana məxsus məcrasında təmizləmə və sahilbərkitmə işləri üçün layihə-smeta sənədlərinin hazırlanması» - 206 752 manat

3. «Balakən rayonunun Mazımqara kəndi yaxınlığında sərhəd məntəqəsinini və ərazilərin Mazımçay çayının sel sularından mühafizəsi tədbirləri üçün layihə-smeta sənədlərinin hazırlanması» - 34 488 manat

Biz yazdıq. Qoy gerisini - əgər maraqlıdırsa və həm də imkanları (salhiyyətləri) daxilindədirsə, gərəkən qurumlar araşdırsın.

Məsələ ilə bağlı olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
`İrşad Elektroniks` yenə də ALDADIR: `Yeni telefon tələb edirəm!` - Mərhum sənətçinin qızı ETİRAZ EDİR

Mərhum sənətçi Rüfət Mehdiyevin qızı Zəminə Mehdiyeva “İrşad Telekom”dan şikayətçidir.

Millitv.az “Yeni Sabah”a istinadla xəbər verir ki, bu haqda o sosial şəbəkədə məlumat paylaşıb.

Zəminə Mehdiyeva şirkət tərəfindən aldadıldığını qeyd edib:

“2 ay öncə 3 min manata iPhone 14 Pro telefonu aldım. Telefon qısa müddədə xarab oldu. Onlara müraciət etsəm də, heç bir yardım göstərmirlər.

2 ay telefonsuz qalacağımı və bu müddətdən sonra mənə platası dəyişdirilmiş, açılmış bir telefon verəcəklər.

Mən isə bununla razı deyiləm. Onlardan yeni telefon tələb edirəm”.

VİDEOYA BAXMAQ ÜÇÜN bura tıklayın... My Webpage
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xırdalanda məktəb direktorunun avtoritar idarəçilik sistemi - BU NƏDİ BELƏ?

Bir çox sahələrdə olduğu kimi ölkənin təhsil sektorunda da məmur özbaşınalığı, vətəndaşların incidilməsi, rüşvət və korrupsiya faktları tüğyan edir. Mütəmadı olaraq bu cür faktlarla bağlı vətəndaşlar tərəfindən redaksiyamıza şikayət məktubları daxil olur. Bu şikayətlərdən biri də Xırdalan şəhər 9 nömrəli məktəb haqqındadır.

Qanunvericiliyimizdə də qeyd olunduğu kimi, məktəb direktorunun başlıca vəzifələrindən biri məktəbdə sağlam psixoloji mühiti qurmaqdır. Direktorla məktəb kollektivi arasında olan müzakirələr öz konfidensiallığını qorumalıdır.

Xırdalan şəhər 9 nömrəli məktəbin direktoru Həcər İbrahimova məktəbdə sağlam-psixoloji mühit qura bilmədiyi kimi, üstəlik xaotik vəziyyət yaradıb. Müəllimlər onun qanunsuzluqları barədə aidiyyatı qurumlara məlumat verdikdə həmin müəllimlərin həssas nöqtələrini taparaq onları hədələyir. Həmçinin bu şəxs iclas keçirdərək iclasda təhsil məsələlərini kənarda qoyub, onu şikayət edən müəllimlərin gözünü qorxutmağa çalışıb.

Həcər İbrahimova ona qarşı çıxan müəllimlərə qarşı direktor müavinləri ilə birlikdə məktəbdə təxribat yaradır. Təxribatın nəticəsidir ki, həmin müavinlər, müəllimlər səhlənkar və işini düzgün yerinə yetirməyən təhsil işçiləri kimi qiymətləndirilir. Təhsilimizi qara günə qoyan direktor Həcər İbrahimova onu şikayət edən müəllimlərin bütün şəxsi, gizli məlumatlarını paylaşır. Bu şəxs öz vəzifə səlahiyyətlərindən sui-istifadə edir. Sistemdə şagirdlərə imtina verilir. Bu səbəbdən məktəbdə şagird sayı azalır. Direktor müavini Kəmalə Cəfərova qeyri-qanuni olaraq sinif rəhbərliyi edib. Lakin bunu boynuna götürmür.
Direktor özünün adına 12 saat dərs saatı yazdırıb, lakin həmin dərsləri də tədris etməyib. Bununla bağlı heç bir tədbir görülmür.
Kollec təhsilli Kəmalə Cəfərova ibtidai siniflərin bağlanılmasını təklif edir. Bu direktor müavini gözünə xoş dəyməyən müəllimin sinfinin bağlanmasını tələb edir.
Məktəb direktoru və bəzi müavinləri məktəbi avtoritar rejimdə idarə edirlər.
Qanunvericiliyə əsasən məktəbdə normal əmək, elmi-pedoqoloji iş və təhsil şəraiti müasir standartlara cavab verən texnologiyalarla təmin olunmalıdır.
Lakin bu məktəbdə direktor sinif otaqlarını müəllimlərə öz evi kimi verir. İmkanı yaxşı olmayan müəllimlər icazə və xahişsiz, digər müəllimin razılığı olmadan invertarlardan, promethan lövhələrdən istifadə edə bilmirlər.

Vəzifə heç kimə ixtiyar vermir ki, avtoritar rejimlə iş prinsiplərini həyata keçirsin.
Hətta məktəbdə müəllimlər arasında dava da düşüb. Belə ki, tədris işləri üzrə direktor müavini Cəfərova Kəmalə ilə məktəbin riyaziyyat müəllimi arasında, ağır ittihamlarla, təhqirlərlə dolu söz davası olub. Onlar hər kəsin gözünün qarşısında nalayiq ifadələr işlədiblər.

Şəkillərdə göründüyü kimi, məktəb direktoru və direktor müavini himn oxunan zaman əllərini sinələrinə qoymayıblar. Bu da həmin məktəbdə dövlətçiliyimizə qarşı hörmətsizliyin əlamətidir.
Bu direktor və onun müavinlərinin qanunsuzluqları barədə aidiyyatı qurumlara məlumat verilib.
Ümid edirik ki, bu şəxslər barədə tezliklə tədbir görülər.

TƏHSİL MEDİA

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO