[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nizami RİH şefinin buralardan XƏBƏRİ VARMI? - VİDEO

Bakının Nizami rayonunda Keşlə qəsəbəsində “Şanxay” məhəlləsi adlanan bir məhəllə var. Qəsəbə 90-cı illərdə salınıb. Adının isə qəribə bir tarixçəsi var. Belə ki, həmin əraziyə köçən Hacı Salman adlı bir kişi Çinə alış-veriş üçün gedirmiş. Şanxayı gördükdən sonra qəsəbələrini Şanxaya bənzədir. Və elə o zamanlar qəsəbəyə el arasında “Şanxay” deyilir.
Şanxay qəsəbəsi ilə bağlı 2017-ci ildə dəmiryollarının mühafizəsi məqsədilə dəmiryoluna çox yaxın olan evlərin sökülməsinə qərar verildi. Bəzi evlər söküldü. Bəzi sakinlərə də kompensasiya verilərək, ərazidən köçürüldü. Amma dediyimiz kimi bəzi evlər... Bəzi evlər isə, gözdən-könüldən uzaq buraxıldı.

Hazırda Şanxay sakinləri deyir ki, onlarla daha heç kim maraqlanmır. İddia edirlər ki, yaşadıqları evlərin qanunla sənədləri var. Onların mülkiyyət hüquqları var. Yaşayışları acıanacaqlı olsa da, kimsə gəlib demir ki, “sizi də köçürəcəyik”...

Məsələn, Narxanım xala qəsəbənin ən qədim sakinlərindəndir. Ömrünü demək olar ki, Şanxayda keçirib. Bu gün uçuq-sökük evinin qarşısında oturub gün sayır.

Şanxayın qədim sakinlərindən olan, danışan, amma adını demək istəməyən yaşlı kişi deyir ki, o əvvəllər məxfi vəzifələrdə çalışıb.

Üzünün göstərilməsinə izin verən adını deməyən sakin bizə “həyat dərsi” keçməyə də çalışdı.

Bəli, Şanxay sakinləri yaşayışlarından razı deyil və ayrı-seçkiliyə məruz qalmalarının səbəblərini də bilmirlər...

Şanxay uzaqda deyil. Bakıda kiçik bir məhəllə... Sakinləri yorğanlarını söküb, küçədə yun qurudur, döşəklərini küçəyə sərib günə verir. Yuduqları paltarlarını da küçələrə asıb qurudurlar. Yaxınlıqdan isə, dəmiryol xətti keçir. Düzdür, daha o dəmiryolunun səsindən başqa Şanxaylılara zərəri yoxdur, amma faydası da yoxdur...

Evlər dib-dibə tikilib. Qaz sayğacları birbaşa evlərin divarlarına vurulub. Bir sözlə, sivilizasiyadan uzaq bir məhəllə var... Şanxay...

Bizimyol.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Saleh Məmmədovun 1870 manat maaşı ilə aldığı milyonluq obyektlər- Araşdırma

18 iyul 2023-cü il tarixli sayımızda “Saleh Məmmədovla müqaisədə Əhəd Abıyev əmlak sayına görə “toya getməlidir” araşdırma yazısının əvvəlində bildirmişdik ki, araşdırma qrupumuz növbə ilə adlısanlı talançı məmurlarımızın ictimaiyyətə indiyədək məlum olmayan varidatları barədə silsilə yazılarla məlumatlar verməyi planlaşdırır. Lakin çox təəəssüflə qeyd etməliyik ki, planımızdan xəbərdar olan məmurlar "sapı özümüzdən olan "media kapitanları" vasitəsilə bizə ultimativ formada xəbərdarlıqlar göndərirlər. Bizi gözləyən təhlükəyə qarşı adekvat olaraq dövlət başçısına, hüquq-mühafizə orqanları rəhbərlərinə və beynəlxalq insan hüquqları təşkilatlarına da bir daha xəbərdarlıq edirik ki, bizə qarşı təşkil olunacaq hər hansı şərləmə kampaniyasına, fiziki cəzalanmamıza sifariş verən məmurlar onarı tənqid etdiyimiz talançılardır.

Bəli, yazımızda necə əvvəlcədən xəbərdar etmişdiksə, elə də oldu. Cəmiyyətdə “qara adamlar” kimi tanınan birisi redaksiyaya zəng edərək S.Məmmədovun “AĞDAMLI YERLİSİ” OLDUĞUNU BİLDİRMİŞ və təcili olaraq yazını saytdan götürməyimizi tələb etmişdir. Qanunlarımızın çox zəif işlədiyi bir məkanda yaşadığımızı və redaksiya əməkdaşlarının təhlükəsizliyini düşünərək hədə-qorxunu müvəqqəti nəzərə aldıq. Amma heç ağlımıza da gəlməzdi ki, Saleh kimi bir Dövlət Agentliyi sədrinin “qara adamlara” da ehtiyacı ola bilər.
Amma bütün bunlara baxmayaraq araşdırmalarımız davam edir. Və cənab Məmmədovdan əvvəlcədən xahiş edirik ki, bu dəfə növbəti araşdırma yazımız işıq üzü gördükdən sonra növbəti hədə-qorxu üçün “AĞ ADAM”lara zəng etdirsin.
Keçən yazılarımızda cənab Məmmədovun bu günədək ictimaiyyətə məum olmayan obyektlərindən yazmışdıq və indi də araşdırmanı davam etdiririk:

Xatırladaq ki, əvvəlki yazımızda İsmayıllı rayonun Zərgəran kəndi yaxınlığında 1 ha meşəlik ərazidəki villaları gücləndirilmiş rejimlə qorunmasından, Bakının Nərimanov ərazisində, konkret olaraq Ceyhun Hacıbəyli küçəsi ilə Teymur Əliyev küçəsinin kəsişməsi yaxınlığında 3 mərtəbəli dəbdəbəli 4 ulduzlu “Villa in Hotel”dən , Və xəlvəti yerdə yerləşən bu hoteldə hansı “qonaqlar”ın qarşılandığını dəqiq demək mümkün olmasa da, hotel gecələr daha çox fəaliyyət göstərməsindən, Şəki şəhərinin Salman Mümtaz küçəsində, daha dəqiq desək, yeni açılışı olmuş “LUK OİL” YDM-nin arxasında yerləşən, 7 ha əraziyə malik, dəyəri 2.4 milyon manat olan, bütün lazımi avadanlıq və qurğulara malik nəhəng qum karxanasından, koordinatlar üzrə ətraflı məlumatlar vermişdik.
Saleh Məmmədovun 1870 manat maaşı ilə aldığı milyonluq obyektlər- Araşdırma

Zərgəran kəndi yaxınlığında meşə fondundakı malikanə
Saleh Məmmədovun 1870 manat maaşı ilə aldığı milyonluq obyektlər- Araşdırma

"Milyonçular" məhəlləsindəki 3 mərtəbəli "Villa in hotel"
Saleh Məmmədovun 1870 manat maaşı ilə aldığı milyonluq obyektlər- Araşdırma

7 ha sahəsi olan qum karxanası

Qeyd etmişdik ki, növbəti sayımızda yenə də ictimaiyyətə indiyədək bəlli olmayan cənab S.Məmmədovun İmişli-Lerik yolundakı, Göygöldəki, Xaldan-Zaqatala yolundakı, Binəqədi-Novxanı yolunun üstündəki SOCARa icarəyə verilmiş və SMS adlı YDM-dən, Mingəçevirdə "Kür" Olmipiya Mərkəzilə üzbəüz yerləşən 3 mərtəbəli villadan, Qax rayonun Qaxbaşı qəsəbəsindəki aqlay üzlüklü 3 mərtəbəli villadan, Novxanıdakı dəyəri 8 milyon manatlıq villadan bəhs ediləcək. Əldə edilən məlumatlara görə Saleh müəllimin Azərbaycan bütün bölgələrində fəaliyyət göstərən bir çox əmlaklrı qaynı Şəfiyar Duman oğlunun adına sənədləşdirildirilmişdir.
Saleh Məmmədovun 1870 manat maaşı ilə aldığı milyonluq obyektlər- Araşdırma

İmişli-Lerik və Göygöl rayonun Aşıqlar kəndi yolundakı qırmızı rəngli “SMS” Yanacaq Doldurma məntəqələri
2. Mənbəbnin verdiyi məlumatdan məlum olur ki, “Azəravtoyol” şefi cənab Saleh Məmmədova məxsus olan və SOCAR-a uzunmüddətli icarəyə verilən yanacaqdoldurma məntəqəsi 8 i saylı ydm Yevlax-Zaqatala yolu istiqaməti, Şəki şəhərinin sonuncu kəndi sayılan Çayqaraqoyunlu kəndi ərazisi 2017-ci ildə istifadəyə verilmişdir. Məntəqə 40.845223, 47.219486 döngə nöqtələrini əhatə edən koordinatda yerləşir.
Şəki-Oğuz yolunun ayrıcında istifadəyə verilmiş bu YDM-si magistral yolun üstündə olmaqla digər yaxın ətraf qəsəbə və kəndlərə hərəkət edən avtonəqliyyat vasitələrinin sahibləri üçün bu YDM daha əlverişlidir. Bu məntəqədə də 5 yanacaq paylayıcı kalonka quraşdırılıb ki, onlardan biri sıxılmış təbii qaz (STQ) satışını həyata keçirir. YDM-də STQ ilə yanaşı, “Super”, “Premium”, “A-92” markalı benzin və “Dizel” tipli yanacaq məhsullarının satışı reallaşır
Belə icarəyə verilmiş YDM-nin digəri də Mehdiabad-Novxanı yolunun üstündə yerləşir. Hər iki obyekt SOCAR-a icarəyə verilmişdir.
Saleh Məmmədovun 1870 manat maaşı ilə aldığı milyonluq obyektlər- Araşdırma
Saleh Məmmədovun 1870 manat maaşı ilə aldığı milyonluq obyektlər- Araşdırma

1 Saleh Məmmədovun Mingəçevir şəhərində Kür çayı sahilində “Kür Olimpiya Mərkəzi” ilə üzbə üz, çay sahilinin qarşı tərəfində günbəzli villası avarçəkmə zonasına yaxın yerdə inşa edilmişdir. Milyonluq dəyəri olan üstü günbəzli 3 mərtəbəli villa 40.76149, 47.035026 döngə nöqtəli koordinatlarda ye Saleh Məlumata görə bu villanın da dizaynı, həcmi və mərtəbələrin sayına görə Məmmədovun Novxanıda dənizkənarında yerləşən 4 mərtəbəli, günbəzli və dəyəri 10 milyonluq villasının oxşarıdır. Görünür, hər iki möhtəşəm malikanələrin inşaat və dizaynerləri eyni peşəkarlar olublar.
Saleh Məmmədovun 1870 manat maaşı ilə aldığı milyonluq obyektlər- Araşdırma
Saleh Məmmədovun 1870 manat maaşı ilə aldığı milyonluq obyektlər- Araşdırma
Saleh Məmmədovun 1870 manat maaşı ilə aldığı milyonluq obyektlər- Araşdırma

Məlumat üçün qeyd edək ki, “Azəravtoyol” ASC-nin sədrinin Azərbaycanın hər bir rayonunda olduğu kimi Qax şəhəri, “Qaxbaşı” qəsəbəsinin Heydər Əliyev prospektində də dəbdəbəli, üç mərtəbədən ibarət malikanəsi 2016-cı ildə istifadəyə verilmişdir. Aqlay üzlüklü 3 mərtəbəli malikanə Qax başı deyilən ərazidə, İlisu yolunun sağ tərəfində, Gümrük çayının sol sahilində yerləşir. Ərazisi təxminən 0.63 ha-dır. Sabiq mer Hacıbala Abutalıbovun hazırda yaşadığı Qax rayon Ağçay kəndindəki dəbdəbəli villası ilə müqayisədə cənab S.Məmmədovun malikanəsi daha müasir və daha konfortludur.
Saleh Məmmədovun 1870 manat maaşı ilə aldığı milyonluq obyektlər- Araşdırma

Qax şəhəri, H.Əliyev prospektində yerləşən aqlay üzlüklü 3 mərtəbəli malikanə

Cənab S.Məmmədovu qaybnı Şəfiyar Duman oğlunun adına rəsmişləşdirdiyi dəyəri milyonlarla ölçülən çoxsaylı obyektlərini almaq üçün xərclədiyi vəsaitlərin mənbəyi haqqında:
Bəli, ölkə ictimaiyyəti də yaxşı bilir ki, cənab Məmmədovun aldığı məvacib 1870 manatdır. Bu məvacib isə təkcə Novxanıdakı 10 milyonluq dəyəri olan 4 mərtəbəli malikanənin aylıq işıq və su pulunu ödəməyə bəs etmir. Hələ nəinki belə möhtəşəm malikanənin satın alınmasından belə bu maaşla söhbət gedə bilməz. Obyektlərin alqı-satqısına və tikintilərə sərf edilən pulların mənbəyi isə çox sadədir. Birinci növbədə buraya AAYDA tərəfindən tender oyunbazlığı ilə yeni yolların çəkilməsi, əsaslı təmiri üçün verilən sifarişlərdən dərhal sonra geri tələb edilən 50 % "otkat"lardan gələn mənfəətdir. Bunu da hesablamaq çox çətindir. Çünki sonda astronomiq rəqəmlər alınır. Digər mənbə isə AAYDA-nın sənəd üzrə olan real şəxsi heyətinin 4376 nəfərinin "ölü canlar"dan ibarət olmasıdır. Bu pullar da dövlət büdcəsindən əkişdirilən vəsaitlər hesab olunur. Və hər ay 4376 rəqəmini orta əmək haqqı hesabı olan 400 manata vurmaqla əldə edilən 1.8 milyon manat heç də az pul deyildir. Digər mənbələr isə yeni yolların çəkilişi zamanı dövlət ehtiyacları üçün geri alınan torpaq sahələri və mülklərə görə ayrılan kompensasiyaların hesabına formalaşır. Bu da az vəsait deyildir. İnsanlar illərlə məhkəmə qapılarında qalsalar da AAYDA -nın vəkilləri ən azından işi uzatmaqla vətəndaşları bezdirib iddialarından əl çəkməsinə nail olurlar. Elə ona görə də bu gün kimsə deyə bilməz ki, Azərbaycanın hansısa yerində təbii asfalt görübdür. Elə ona görə də bu qədər "otkat"lardan, yeyintilərdən sonra yalnız iki üç il ömrü olan süni asfalt sala bilirlər. Vəsəlam.
Gələn sayımızda BNA "Şefi hesab edilən Vüsal Kərimli ilə son 4 ildə S.Məmmədova aidiyyatı olan "Yol xətt" MMC arasında yollarda xəttlərin rənglənməsi, nişanların qoyulması və s. işlərinə görə ayrılmış 31.3 milyon manatın necə sövdələşərək mənimsənilməsi faktından geniş bəhs ediləcəkdir. Hal hazırda BNA da gedən Korrupsiya yoxlamalrının işlərinin asanlaşdırılması məqsədilə külli miqdarda dövlət əmlaklarının saxta tenderlərlə cinayətkar dəstə tərəfindən necə talan olunmasından bəhs ediləcəkdir. Digər məsələ isə cənab S.Məmmədovun oğlu Sübhan bəyin tez tələsik Londonu tərk edib birdəfəlik Bakıya qayıtmasının məqsədindən də bəhs ediləcəkdir. Bizi izləyin.
İfadetv.com-un araşdırma qrupu
Saleh Məmmədovun 1870 manat maaşı ilə aldığı milyonluq obyektlər- Araşdırma

Yol xətt" MMC-nin Binəqədi rayonundakı bazası
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mədəniyyət Nazirliyinin təkliflər sorğusu - LƏĞV OLUNDU

Mədəniyyət Nazirliyinin "Tədbirlər, festivallar və digər proqramlarda güllərin və əklillərin satın alınması" təkliflər sorğusu ləğv olunub.

DİA.AZ xəbər verir ki, buna səbəb tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olmasıdır.

Bu da Dövlət Satınalmaları haqqında qanunun 11.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO