[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mehdiyevin oğlunun da barındığı FHN-də kadrları KİM MÜƏYYƏN EDİR? - İLGİNC İDDİALAR...

Dilimizin çox zəngin folklor qatı var. Hər mövzu üçün yetərli, sərrast ifadələr tapmaq olur. Bu gün Fövqəladə Hallar Nazirliyinin Kadr siyasəti Baş idarəsinin rəisi, general-mayor Sevda Şirinova haqqında yazmaq istəyərkən, yadıma xalqımızın maraqlı deyimi düşdü.
Dilimizdə çox qoca, yaşı keçmiş, uzun ömür yaşamış adam haqqında yumorla işlədilən belə bir ifadə var: Nadiri taxtda görüb, Süleymanı qundaqda... Bəzən belə də deyirlər: Şah Abbası taxtda görüb, Nikolayı qundaqda... Fərq etməz əsas odur ki, dəqiq və sərrast olsun.
Sözün düzü, general Sevda xanım Şirinovanın yaşı barədə söhbət açmaq istəmirik və bu bizim üçün önəmli də deyil. Bizim üçün maraqlı olan odur ki, Azərbaycanda 20 il, hətta 30 il yüksək vəzifələrdə oturan məmurlar var, bu cəmiyyətdə durğunluq yaradır, necə deyərlər cəmiyyətin gözünü “mazol” edirsən... Belə kadrlardan biri də Sevda Şirinovadır.
Təsəvvür edirsiniz, bu xanım 2000-ci illərdən Dövlət Gömrük Komitəsində KADRO məsələlərinə baxıb və 2005-ci ildən bu günədək Fövqəladə Hallar Nazirliyində KADRO məsələlərinə baxır. Yəqin ki, Azərbaycanda KADR məsələlərinə baxmağın nə olduğunu bilməyən yoxdur... Yəni bütün pullar, təyinat üçün lazım olan 10 minlər, 100 minlər bu idarədən keçir. Bu bütün nazirliklərdə belədir. İndi Sevda Şirinovanın Dövlət Gömrük Komitəsində, sonradan FHN-də KADR məsələlərindən qazandıqlarını təsəvvür edin.
Yeri gəlmişkən, onu da qeyd edək ki, Sevda Şirinovanın FHN-də ən yaxın adamlarından biri də FHN-də nazir müavini olan, Teymur Mehdiyevdir ( Ramiz Mehdiyevin oğlu). Bəli, FHN sistemində bir çox uğursuz kadrların təyinatı bu iki şəxsin adı ilə bağlıdır. Heç uzağa getməyək. FHN ilə bağlı yayılan intim videolar bu qurum üçün əsl biabırçılıqdır və hazırda məhkəmə prosesi davam edir. Əgər Sevda Şirinovanın yerinə başqa bir özünə hörmət qoyan kadr olsaydı, o biabırçılıqdan sonra ərizəsini yazıb işdən uzaqlaşardı. Çünki nazirlikdə kadr məsələlərinə Sevda Şirinova baxır. Bu hələ harasıdır..?
Adam iş yerində başının üstünə Çar Nikolayın portretin niyə assın ki? Bu general xanımda Nikolaya olan sevginin mənasını anlamaq çətindir... Bir müddət əvvəl Fövqəladə Hallar Nazirliyinin Kadr siyasəti Baş idarəsinin rəisi, general-mayor Sevda Şirinovanın sevimli kadrlarından biri həbs olundu. Və məlum oldu ki, FHN-nin Kadr siyasəti baş idarəsinin Kadr təminatı idarəsinin Xüsusi rütbəli vəzifələrə qəbul şöbəsinin sabiq baş zabiti, təqaüddə olan Qəzənfər (soyadını dəqiqləşdirə bilmədik) adlı şəxs Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Təsəvvür edirsiniz, bu adam “pojarnı”da işləyib və Sevda Şirinovanın sayəsində FHN-də....işə qəbul, işdən xaric, xususi rütbələrin verilməsi, cəza, mükafatlandırılma və s məsələlərə baxıb. digər məsələlərlə bağlı əmrləri icra etmək, müvafiq şəxslər üzrə şəxsi işlərə qeydiyyat aparmaqdan ibarət olub.
Təsəvvür edirsiniz, dələduzun birinə FHN-də bu boyda səlahiyyət verilib. Belə faktlar kifayət qədərdir.
Sözün qısası, Şah Abbası taxtda, Nadiri qundaxda görən, Sevda Şirinova kimi kadrları vəzifədən uzaqlaşdırmağın zanmanı çoxdan çatıb. Həm də təkcə uzaqlaşdırmaq deyil, illər uzunu dövlətə və millətə vurduqları ziyanı ödəməklə...
P.S. Vaxt var idi Ramiz Mehdiyevə görə, jurnalistləri Dövlət Dəniz Adminstrasiyasının binasının qarşısındakı ofisə aparırdılar. Dövran dəyişib, cənablar! //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu torpaqlar onun HALALI DEYİLMİ? - Qarabağ Qazisi şikayətçidir


Ölkələr arasında olan müharibələrin başlanmasına səbəb kimi, hansısa bəhanələr göstərilsə də son nəticədə görürük ki, bu bəhanələr yalnız və yalnız müharibələrin başlanması üçündür. Dünyanın hər yerində olduğu kimi bizdə də baş vermiş müharibələr nəticəsində sağlamlığını itirmiş vətəndaşlarımız vardır. Dövlət tərəfindən müharibədə iştirak etmiş qazilərimizə, müharibə iştirakçılarımıza və şəhid ailələrimizə diqqət və qayğı ən yüksək səviyyədədir.
Hər yerdə problemlər olduğu kimi bizdə də bəzi şəhər və rayonlarda qazilərimizə qarşı mənfi münasibət sərgilənir. Yevlax şəhərinin, Qoyun Binəsi kəndində böyüyüb boya-başa çatmış, hərbçi kimi bütün həyatını vətənin müdafiəsinə həsr edərək, qazi olmuş Səfərov Azər Saleh oğlunun başına gələnləri olduğu kimi təqdim edirik.
Mən Qarabağ qazisiyəm. 1998-ci ildə özüm və 4 nəfər ailə üzvlərimə aqrar islahatlar vaxtı 6 hektar torpaq sahəsi ayrılıb. Həmin torpaq sahəsini qohumum, keçmiş Bələdiyyə sədri Məmmədov Qabil Süleyman oğlu zəbt edib və həmin torpaq sahələrinə saxta sənədlərlə çıxarış alıb.
Mən prokurorluğa şikayət edəndən sonra araşdırma aparılıb və araşdırma nəticəsində bəlli oldu ki, həqiqətən bu çixarış saxtadır və 320.2 maddəsi ilə cinayət işi qaldırılıb. Mən bu qərarla razı olmadım, ona görə ki, mənim bu məsələlərlə bağlı faktlarım var idi. Həmin şəxs tək mənim deyil, 41 nəfər başqa-başqa şəxslərin torpaq sahələrini satıb. Bundan əlavə aqrar islahatlar vaxtı 70 hektar torpaq sahəsi dövlətdən gizlədilmiş, Yevlax şəhər, "Qoyun Binəsi" kənd bələdiyyəsinin keçmiş sədri Qabil Məmmədov tərəfindən yararsız torpaqlar kimi göstərilərək onları da ələ keçirmişdir. Bu barədə də mən baş prokurorla görüşümdə ona da bildirmişəm və müstəntiqin qərarının düzgün olmadığını da demişəm. Bu qərar ləğv olunmalı və yenidən araşdırma aparılmalıdır.
Deməli, həmin o ərəfələrdə bu işdə rol oynayan keçmiş bələdiyyə sədri Qabil Süleymanovun oğlu Süleymanzadə Rahil Qabil oğlu Ailə, Qadın və Uşaq Problemləri Komitəsində məsul vəzifədə işləyir, bu işin arxasında duran Rahildir.
Bundan sonra qızı, Əsgərzadə Vəfa Qabil qızı və digər oğlu isə Məmmədzadə Elşən Qabil oğlu Ədliiyə Nazirliyi Penitensiar Xidmətin zabitidir.
Deməli bunlar atalarının böyük cinayətlərinin üstünü ört-basdır etməkdən ötrü dəridən qabıqdan çıxırlar.
Əsgərzadə Vəfa isə Ombudusman aparatında işləyir. Həmin o qurumlara, yəni uşaqlarının işlədiyi təşkilatlara tonlarla ərizə yazmışam, qəbulla bağlı müraciətlər etmişəm, nə vaxt soruşmuşam deyiblər ki, Bahar Muradova xaricdədir. Bilmirik Bahar Muradova xaricdəki uşaqların, qadınların, ailələrin problemi ilə məşğuldur, yoxsa bizim.
Biz müəyyənləşdirə bilmirik ki, bu komitənin fəaliyyəti ümumiyyətlə nədən ibarətdir? Ombudusman aparatına dəfələrlə müraciət etmişəm. Ay Ombudusman aparatı siz dövlətin tərəfindən çıxış etməlisiniz, siz bizim kimi hüquqları pozulmuş vətəndaşların yanında dayanmalısınız. Sizin əməkdaşlarınız iş vaxtı gediblər mənim qardaşımın yaşadığı evə hücum çəkiblər, atamı, anamı təhqir ediblər. Bu hadisə 2021-ci ilin 27 iyununda baş verib.
Baş vermiş hadisədən sonra isə, başqa bir qohumumuzun vasitəsilə yoldaşıma zəng edərək uşaqlarımla təhdid ediblər. Deməli bunlar cəzasızlıqdan istifadə edərək, bizləri təhdid edirlər, bu isə bizim üçün ölümə bərabərdir.
Mən özüm qazi olaraq təqaüdçüyəm, atam, anam təqaüdçüdür, qardaşım heç bir yerdə işləmir. Baba yerimizi biz qardaşıma vermişik ki, əkin, biçin etsinlər, dolanışıqları olsun. Gedib dirənirlər ki, sən də burdan çıxmalısan. Verirlər məhkəməyə adını qoyurlar ki, biz bunlardan şikayət edirik, həmin o şikayəti götürürlər, ona don geyindirirlər, həmin o komitələrin rəhbərləri də, məktub vasitəsilə göndərirlər Yevlax Rayon Məhkəməsinə. Yevlax Rayon Məhkəməsinin hakimi var e, Toğrul Əliyev məhkəmə sədri yox, məhkəmə orqanlarında işləməyə layiq deyil.
Deməli o da bizə başlayır cərimələr yazmağa. Qərarlarda isə cərimələr, təkziblər nə bilim axı özlərinə lazım olan şeylər yazırlar. Birbaşa məhkəmənin yanında az qala bizi öldürə... Bizi təhdid və təhqir edərək, ələ salırlar. Adını da qoyurlar ki, biz qoçuyuq, qabağımızdan qaçın, siz bizim qabağımızda heç nə edə bilməzsiniz.
Deyirəm ay möhtərəm hakim, sənin gözünün qarşısında bu işlər görülür nə üçün cavab vermirsən, Əvəzində bizim təhdid olunmağımız daha da şiddətlənir. Atama, anama, mənə, ailəmə, uşaqlarıma və qardaşıma qarşı atılan bu addımlar bizim hüquqlarımızın pozulması kimi qiymətləndirilməlidir.
Bizim tələb etdiyimiz torpaqlar Yevlax şəhəri Qoyun Binə kəndində keçirilən dövlət islahatları zamanı bizə verilən 6 hektar pay torpaqlarıdır. Başqa şəxslərin torpaqlarını da əllərindən alıblar, amma onlar şikayətçi deyillər. Mənə də deyirlər ki, sən qazi adam 4 ildir heçnə edə bilmirsən, biz nə edəcəyik. Biz dolanışıq üçün bu torpaqlardan istifadə edirdik. Bir çətən külfətimiz var, kəndçinin çörəyi haradan çıxmalıdır, əkib-becərib ailəmizi dolandırırdıq. Torpağımızı əlimizdən alandan sonra qalmışıq ac-yalavac. Camaat qaziyə əl tutar, kömək edər, bizim Yevlax şəhərində isə əksinədir. Keçmiş bələdiyyə sədri Məmmədov Qabil öz himayədarlarından istifadə edərək, kəndin 50 faiz pay torpağını zəbt edərək camaatı ac-susuz qoyub.
Mən bir qazi kimi, pay torpağımı əkib-becərərək balalarımı dolandırmaq hüququm vardır, amma bu hüququ keçmiş bələdiyyə sədri Qabil Məmmədov bizim əlimizdən alıb.
Mən bir qazi olaraq, bu məsələ ilə bağlı Yevlax Rayon İcra Hakimiyyətinin başçısının, bütün Hüquq Mühafizə Orqanlarının rəhbərlərinin qəbulunda olmuşam, mənə heç kim kömək etmək istəmir.
Deməli mən məhkəmələrə müraciət edirəm ki, onun qərarı ləğv olunsun, o da məni aparıb verir inzibati məhkəməyə. Məni aparıb vermişdilər Şəki İnzibati Məhkəməsinə. Şəki İnzibati Məhkəməsi qərar çıxardıb ki, bu torpaq heç kimə məxsus deyildir, torpaq elə bələdiyyənin sədrinə məxsusdur.
Hətta qazi bildirdi ki, biz əvvəl elə bilirdik ki, Məmmədov Qabil Zenalabdin Tağıyevin oğludur, yəni dünyanın hər yerində onun torpağı var. Amma sonradan bəlli oldu ki, nə Zeynalabdin Tağıyev, nə Musa Nağıyev, bunların heç 1 metrdə torpaqları olmayıb.
Onu da bildirim ki, biz heç vaxt pay torpaqlarımızı heç kimə satmamışıq və heç kimə də verməmişik. Bir məsələni də qeyd edim ki, bir müddət öncə, Şəki İnzibati Məhkəməsinin hakimi Fəxri Hacızadə analoqu olmayan bir qərar çıxardıb. Əvvəla bu iş icraaata qəbul olunmalı deyildir. Çünki 30 il bundan öncə verilmiş Dövlət Aktını sənin ləğv etmək ixtiyarın yoxdur. Məhkəmə qərar qəbul edir ki, 30 il bundan öncə olan əmlakım sənə yox, başqasına məxsusdur. Bunlar görəsən hansı qanunlarla işləyir.
Bu keçmiş bələdiyyə sədri Qabil Məmmədov bütün torpaqları islahatlardan gizlədib, öz adlarına sənədləşdiriblər.
Biz başa düşürük ki, həmin şəxsi Ombudusman Səbinə xanım və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova müdafiə edir. Mən Qarabağ qazisi olaraq, Prezidentimiz İlham Əliyevdən xahiş edirəm ki, mənim haqq işimi müdafiə edərək, Yevlax rayonunda olan pay torpağımızı keçmiş bələdiyyə sədri Məmmədov Qabil Süleyman oğlundan alaraq özümüzə qaytarsın.
Sabahnews.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dəmir Yolları da DƏMİR YUMRUQ İSTƏYİR... - Ərdoğana rəğbət YASAQMIŞ...

Türkiyə Prezidenti Racəb Tayib Ərdoğana iki mahnı bəstələyən dəmiryolçu Elşad Səfərov (Səfərli) çalışdığı- Azərbaycan Dəmir Yolları Qapalı Səhimdar Cəmiyyətin rəhbərliyi tərəfindən iş prosesində sıxışdırıldığını və incidildiyini bildirir. Bəstəkarın sözlərinə görə, ona qarşı bu təzyiqlər sözügedən mahnını yazandan sonra başlayıb. Elşad Səfərov deyir ki, istər işdə, istərsə də kənarda rastlaşdığı təzyiqlərlə bağlı hüquq-mühafizə orqanları və ölkə başçısına müraciətlər ünvanlayıb. Azinforum.az bəstəkarla olan eksklüziv videomüsahibəni təqdim edir:
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ekspert `Bahar Enerji` Əməliyyat Şirkəti rəhbərliyini UYARDI - "Con Harkinsin diqqətinə..."

Bahar ƏŞ, məsul şəxsləri və Con Harkinsin diqqətinə!

AR Konstitusiyası Məhkəməsinin bu Qərarı işçilərin əmək hüquqlarının qorunması sahəsində müsbət qərardır.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin11 Aprel 2023-cü il tarixli Qərarı:
Əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası Fərdi ƏMƏK mübahisəsinin yarandığı hala da şamil edilir.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində bu qayda da nəzərdə tutulur:
Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.

Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - DİA.AZ
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Bələdiyyə sədrinə bu barədə məlumat verdim, ancaq əhəmiyyət vermədi..." - MÜRACİƏT

Tanınmış tərcüməçi Sevil Gültən Azinforum.az-a müraciət edərək, öz doğma kəndində üzləşdiyi ekoloji fəlakətlə bağlı məlumat verib. Sevil xanım yerli icra qurumları və bələdiyyənin bu məsələyə biganə yanaşdıqlarını da qeyd edir: “Zərdabın Təzəkənd kəndi rayona bitişikdir. Təzəkənddə, “ Təzə Yurd “ deyilən yerdə 1995-ci ildə ev tikdirmişəm. O vaxt yaxınlıqda şirəkeş arxı vardı. Eni uzağı bir metr olardı. O yerlər vaxtilə pambıq sahəsi olmuşdu, arx da o vaxtdan qalmışdı. Tədricən o yurdda sakinlərin sayı çoxaldı. Qonşuluqda yaşayan insanlar çirkab sularını o arxa axıtdılar. O arxla mənim məhləmin arası dörd-beş metrdir. Hər dəfə bələdiyyə sədrinə problemlə bağlı şikayət edəndə o arxı yenidən qazdırır, içindəki murdar palçığı arxın qırağına tökürlər. Beləcə, arx enləndi. İndi arxın eni 3-4 metrdir. 10 ildir ki, arxa çirkab sularının axıdılmasının qarşısını ala bilmirəm. Bələdiyyə rəhbərinə, icra nümayəndəsinə, icra hakimiyyətinə, gigiyena mərkəzinə dəfələrlə həm yazılı, həm şifahi müraciət etmişəm. Nəticə yoxdur.

Bir dəfə Göyçaydan ekologiya əməkdaşı gəldi, şikayətimi təsdiqlədi, bir nəfəri yüngülvari cərimələdi. Dedi ki, bundan başqa heç nə edə bilməz.

O arxdan həm də zibillik kimi istifadə edirlər. Keçən dəfə kəndə gedəndə arxın kənarında it və pişik leşi vardı. Bələdiyyə sədrinə bu barədə məlumat verdim, ancaq əhəmiyyət vermədi. “ Sənin məhlənə qarovul çəkməliyəm?” dedi. Çətinliklə də olsa ordakı zir-zibili, leşləri daşıtdırdım. Nə qədər ki, o arxa kanalizasiya suları axıdılır, o arxın ətrafı da zibillik olacaq. Xahiş edirəm, o problemin həllində mənə kömək edəsiniz”.

Ümidvarıq ki, rayon rəhbərliyi bu məsələni nəzarətə götürərək, problemin aradan qaldırılması istiqamətində zəruri addımları atacaq.
Azinforum.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Daha bir rektor FETÖ ilə əlaqədə... İTTİHAM OLUNUR..

Azərbaycan Dövlət İqtisad Universitetində ( UNEC ) baş verənlər, universitetin rektoru Ədalət Muradovun əməlləri barədə ölkə mediasında kifayət qədər yazılıb və tənqid edilib. Qısa məlumat üçün qeyd edək ki, hələ sovet dövründə adına uzun illər “NARXOZ” ( Xalq Təsərrüfatı İnstitutu ) deyilən ali məktəb Azərbaycanda ən rüşvətxor təhsil müəssisəsi kimi tanınıb və keçmiş SSRİ-də ləğv olunan yeganə ali məktəb olub. Belə ki, 1987-ci ilin oktyabr ayında Nazirlər Kabinetinin qərarı ilə institut müstəqil fəaliyyətini dayandıraraq N. A. Voznosenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialına çevrilib. 1990-cı ilin iyulunda SSRİ Nazirlər Sovetinin qərarı ilə Azərbaycan Dövlət İqtisad İnstitutu yenidən fəaliyyətə başlamışdır. Bu ali məktəbdə baş verən rüşvət, özbaşınalıq hallarından sonra 2014-cü ildə Ədalət Cəlal oğlu Muradov Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin edildi. Cəmiyyət üzvləri düşünürdü ki, Ədalət Muradov qısa vaxtda UNEC-də ciddi islahatlar aparacaq, müsbət işlər görəcəkdir. Ümumiyyətlə, Ədalət Muradov kimdir və necə UNEC-in rektoru olub...?
Məlumat üçün onu qeyd edək ki, Muradov Ədalət Cəlal oğlu 1962-ci ildə anadan olmuşdur. 1979-cu ildə 5 saylı kimya-biologiya təmayüllü məktəbi bitirmiş, 1980–1982-ci illərdə Sibir Hərbi Dairəsində əsgəri xidmət keçmişdir. 1985-ci ildə Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə daxil olmuş və 1990-cı ildə həmin fakültəni bitirmişdir. Ali məktəbi bitirsə də, Azərbaycanda gedən dəhşətli müharibə Ədalət Muradovu vətənə geri qaytara bilməmişdir. Müharibənin acı nəticələrinin nə olduğunu Ədalət Muradova başa salanlar onun yenidən həmin təhsil ocağında qalaraq işləməsini məsləhət görmüşlər. Ona görə də, Ədalət Muradov 1995–1999-cu illərdə T.Şevçenko adına Kiyev Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 2002-ci ildən Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində çalışmışdır. Və nəhayət Azərbaycan Respublikası Prezidentinin 5 mart 2014-cü il tarixli Sərəncamı ilə Ədalət Cəlal oğlu Muradov Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin edilmişdir.
Bu qısa məlumat Ədalət Muradovun keçmişi ilə bağlıdır. Ümumiyyətlə, Ədalət Muradovun professor, elmlər doktoru olması ilə bağlı ölkə mediasında xeyli ziddiyyətli yazılar var. Hətta Ədalət Muradovun doktorluq işini 1998-ci ildə müdafiə etməsi, amma 2014-cü ildə İqtisad Elmləri Doktoru diplomu alması da ciddi müzakirə olunub və ortaya haqlı sual çıxıb: "Niyə üstündən 16 il keçəndən sonra? Nə idi problem?”
Onu da qeyd edək ki, UNEC-in nəzdində SABAH qrupları var və burada yüzlərlə tələbə təhsil alır. Təsəvvür edirsiniz ali məktəbin daxilində az qala başqa bir ali məktəb var – SABAH MƏRKƏZİ... Və bu mərkəzin 10 fakültəsi var, rəhbəri isə Aida Aydın qızı Quliyevadır. Ortaya sual çıxır ki, UNEC-in içində SABAH MƏRKƏZİ-nə nə ehtiyac var, bu kimlərə pul qazandırır..?
Sözün düzü, rektor Ədalət Muradovun idarəçiliyi ali məktəb kollektivini bezdirib. Universitetdə imtahanlardan yığılan rüşvətin miqdarı hər semestr artır. UNEC-də ( ADİU-da) dövlət imtahanları üçün 5000 manat, kəsir imtahanına görə 500 manat, tələbə köçürmələri zamanı verilən fərq imtahanına görə 800 manat məbləğində “ödənişlər” müəyyən edilmişdi. Öz növbəsində pulu alan müəllimlər deyir ki, bütün məbləğlər birbaşa rektora təhvil verilir.
Mediada yayılan digər xəbərlərdən bəlli olur ki, hər il başda rektor Ədalət Muradov və onun baş müşaviri Elşən Bağırzadə olmaqla, nə qədər müəllim Türkiyəyə neçə dəfə ezamiyyəyə gedir. Bu səfərlər ADİU büdcəsinə neçəyə başa gəlir? Və niyə onların səfərləri yalnız Türkiyəyədir, digər Avropa ölkələrinə baş tutmur? Bunlar Türkiyədə kimlərlə görüşürlər..? Ədalət Muradovun və onun dostlarının bu Türkiyə sevgisinin kökündə nə dayanır..? Əslində söhbət Türkiyə sevgisindən deyil, Fətullah Gülən sevgisindən gedir.
Bəli, rektor Ədalət Muradov ölkə mediasında Fətullah Gülənlə əlaqədə ittiham olunur, ortaya FOTOFAKTlar qoyulur, amma Ədalət Muradovdan səs-səmir çıxmır… Hətta rektor media qurumlarının bu barədə ona ünvanladığı rəsmi sorğulara cavab vermir. Doğrudan da maraqlıdır ki, rektor Ədalət Muradovun baş redaktoru olduğu «Ekspert» jurnalının üz qabığındakı təsvir Gülənçilərin emblemidirmi? Əgər deyilsə, Ədalət Muradov niyə bunu təkzib etmir..?
Sözün qısası, FETÖ ilə bağlı əməliyyatların sərhəddi UNEC-ə də yaxınlaşır…

Gündəlik Bakı
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Yaxşı ssenari və istedadlı rejissor olsa, 80 yaşımda da çəkilərəm”


“Kino günümü təbrik etdiyiniz üçün sizə təşəkkür edirəm. Sabah təşkil olunan Milli Kino günü tədbirinə getməyəcəm. O ki, qaldı Kino ittifaqların birləşməsinə... Balaca respublikada iki kino ittifaq kimə lazım idi? Yaxşı edib birləşdiriblər. Kino işçiləri də azalıb. Mənim kimi qocalar kənardadır, uşaq-muşaq ora yığılıb. Ümumiyyətlə mən heç vaxt Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi ittifaqı bəyənməmişəm, inanmamışam. Amma Rasim Balayev ömrü boyu Rüstəm İbrahimbəyovla işləyib. Rüstəm kino ittifaqın sədri olanda çox gözəl günlər təşkil olunurdu. Festivallar, kino bayramları, kino gecələri və s. Mən elə özüm xaricdən gələn neçə-neçə aktyorlarla bu cür tədbirlərdə tanış olmuşam. Bizim kino festivallarımız bir növ əsl bayram idi. Yadımdadır, bir dəfə də Nizami kinoteatrında kino günü təşkil olunmuşdu. Pyer Rişar, Nikita Mixalkov və s. aktyorlar ölkəmizə gəlmişdilər. Rasim Balayev Rüstəm İbrahimbəyov məktəbi görüb, onunla işləyib. Mən istərdim ki, yeni sədr Rasim Balayev olsun. Düzdür, yaşı çoxdur. Ona bir yaxşı cavan köməkçi versəydilər, onlar ikisi kino ittifaqı idarə edə bilərdilər. Nəinki Şəfiqə.. O artıq qocalıb. Rasim sədr kimi o ittifaqa yaraşır. Rasim Balayev oranı parıldadar”

Bunu Moderator.az-a özəl açıqlamasında xalq artisti, məşhur kino aktrisası Elmira Şabanova deyib. Aktrisa bir müddət əvvəl kino ilə vidalaşdığını söyləsə də, çəkilmək istəyini də gizlətməyib.

“İstedadlı rejissor, yaxşı senari olsa nə olar ki, yaşlıyam, 80 yaşım var, elə öz sifətimlə çəkilərəm. Nə olsun ki, sifətimdə qırışlar əmələ gəlib. Əvvəl ana rollarını oynayanda qocaltmaq üçün sifətimə qırışlar edirdilər. Qrim ustaları deyirdilər ki, Elmira xanım, heç vaxt qocalmırsınız. Plastik əməliyyat nəyə və kimə lazımdır axı?! Allah sənə gözəl sima, sifət, üz cizgiləri verib. Bu sima ilə qəbul olunursansa, plastik əməliyyata nə ehtiyac var? Heç vaxt etdirməmişəm, etdirməyəcəm də. Bir obraz olsa, lap epizod da olsa çəkilərəm. Epizodun özü də maraqlı olmalıdır da. Əlbəttə ki, qonorar da daha 50 manat yox da (gülür). Kino təbiiliyi, həyatiliyi sevir. Plastik əməliyyat etdirən şəxs kamera önündə o dəqiqə onu tamaşaçıya hiss etdirir. Böyük italyan aktrisası var idi, Anna Manyani. Çox istedadlı aktrisa idi. Ona sual verirdilər ki, niyə plastik əməliyyat etdirib, qırışlarınızı yığışdırmırsınız? O deyirdi ki, sifətimdəki hər bir qırış mənim həyatımdır, mənim üçün əzizdir. Mən də elə düşünürəm” deyə xalq artisti bildirib.

Qeyd edək ki, aktrisa uzun illərdir mətbuatdan uzaq düşüb, televiziya verilişlərinə də çıxmır. O özəl olaraq hər zaman Moderator.az-ın suallarını cavablandırır. Sevimli sənətkarımıza biz də can sağlığı, yaradıcılığında isə uğurlar arzu edirik.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO