[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qazaxda Əliağa Şıxlinski küçəsində növbəti "Yaşıl terror" - İcra başçısı hara baxır?

Xəbər verdiyimiz kimi ötən il Qazax rayonunda "Qırmızı kitab"a düşən, kəsilməsi qadağan olunan şam və çinar ağacları kütləvi şəkildə məhv edilib. Rayonun icra hakimiyyətinin göstərişi ilə Qazaxda Əliağa Şıxlinski küçəsində 56 ağac (şam və çinar) kəsilib. Ağaclar məhv edildikdən sonra həmin ərazi yararsız sahə kimi satışa çıxarılıb.

Məsələ gündəmə gətirildikdən sonra ağackəsmə "əməliyyatı" dayandırılsa da yenidən fəaliyyətə başlanılıb.

Yerdə qalan 5-6 "Qırmızı kitab"a düşən, kəsilməsi qadağan olunan şam və çinar ağaclarının da kəsilməsinə yenidən start götürülüb.

Məlumatda iddia edilir ki, ərazidəki arxa gələn suyun qarşısı qəsdən kəsilərək ağacları qurudan icra başçısı və nümayəndələri qalan 2-3 ağacı da doğratmaq fikrinə düşüb.

Bildirilri ki, ərazilər ticrət obyektlərinin tikilməsi üçün "boşaldılır".

32gun.az "yaşıl terror"un start götürdüyü ərazidən çəkilmiş görüntülərini təqdim edir:

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 32gun.az-a bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Respublika Uşaq Kitabxanasında “ölü canlar“ – Büdcə necə talanır?

Azərbaycanda dövlət büdcəsindən mədəniyyət sahəsinə ayrılan vəsaitlərin mühüm hissəsinin vəzifəli şəxslər tərəfinən mənimsənilməsi barədə mediada çox yazılıb.

Dövlət Təhlükəsizlik Xidmətinin 2020-ci ilin may ayının 9-da Mədəniyyət nazirliyində keçirdiyi xüsusi əməliyyat zamanı Mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov həbs edilərkən ictimaiyyətə açıqlanan videomateriallarda büdcədən ayrılan vəsaitlərin müxtəlif maxinasiyalarla mənimsənildiyinin bir daha şahidi olduq.

DTX-nin ötən ilin noyabr ayında Mədəniyyət nazirliyində keçirdiyi daha bir əməliyyat zamanı da çoxsaylı vəzifəli şəxslər həbs edildi. Həmin əməliyyat zamanı Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev də həbs edildi.

Acınacaqlı məqam odur ki, mədəniyyət sahəsində olan büdcə talama siyasəti DTX-nin keçirdiyi əməliyyatdan sonra da davam etməkdədir. Strukturda piramida formasında baş verən büdcə talama nazirliyin ən kiçik müəssisələrinədək uzanır.

AzFak.com-un əldə etdiyi məlumata görə Mədəniyyət nazirliyi sistemində qanunsuzluğun, yeyinti hallarının hökm sürdüyü daha bir müəssisə F.Köçərli adına Respublika Uşaq Kitabxanasıdır.

Respublika Uşaq Kitabxanasında xeyli sayda işçinin işə gəlmədiyi, maaş kartlarının isə rəhbərlikdə olduğu iddia edilir. Doqquz şöbənin olduğu kitabxananın bəzi şöbələrinin isə ümumiyyətlə “ölü canlar”dan ibarətdir.

Məlumata görə kitabxananın təşkil etdiyi layihələrdə və kitabların nəşrlərində də maxinasiyalara yol verərək vəsaitlər mənimsənilir.

Respublika Uşaq Kitabxanasının fəaliyyət üzrə təqdim etdiyi hesabatların isə sadəcə rəqəmlər yığınından ibarətdir. Maraqlıdır ki, 2022-ci ildən artıq 7 ay keçməsinə baxmayaraq, Respublika Uşaq Kitabxanası hələ də ötən ilin hesabatını tərtib edə bilməyib.

Respublika Uşaq Kitabxanasında baş verən bütün qanunsuzluğun başında isə kitabxananın direktoru Şəhla Qəmbərovanın dayandığı bildirilir.

Uzun illərdir Respublika Uşaq Kitabxanasına rəhbərlik edən Şəhla Qəmbərovanın maaşı ilə uzlaşmayan qlamur həyat yaşadığı da iddialar arasında yer alır.

Qeyd edək ki, Respublika Uşaq Kitabxanası 3 filial, 9 şöbədən ibarətdir.

Araşdırmalarımız davam edir… //AzFak.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rauf Vəliyevin komandasında dövlətin “yuyulan” milyonları... - Və ya ASCO-nun futboldakı “qara bazar”ı
Futbolda növsümlərarası fasiləni maraqlı edən məqamlardan biri də transfer pəncərəsidir. Klublar bu dövrdə heyətlərini gücləndirmək və yeni mövsümə hazır olmaq yönündə addımlar atırlar.

Azərbaycan futbolunda da transfer dövrü maraqla izlənilir. Bu yay da belədir. Düzdür, aktivlik yüksək səviyyədə olmasa da, gözdən qaçmayan məqamlar var.

Çempionlar Liqasına hazırlaşan “Qarabağ”, ölkəmizi Konfrans Liqasında təmsil edəcək “Sabah”, “Neftçi” və “Qəbələ”nin transfer fəaliyyəti diqqət mərkəzindədir. Təkcə bu klublar deyil, digərlərinin də fəaliyyəti futbol ictimaiyyəti üçün maraq doğurur. Avrokuboklardan kənar qalan komandalar da aktivdirlər. Bu aktivliyin təbii və süni səbəbləri var.

Yay transfer pəncərəsi bəzi klublar üçün güclənmək, bəziləri üçün isə pullar xərcləmək və ya bu dönəmdən qazanclı çıxmaq baxımından önəmlidir. “Səbail” də belə klublardan biridir. Yarandığı gündən məqsədi, məramı, hədəfi, azarkeşi olmayan belə bir klub “qara bazar”ın əsas alverçisinə çevrilib. Xüsusilə klubun Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi idarəsinin (ASCO) nəzarətinə keçməsindən sonra bu hallar artıb. “Səbail”ə ASCO-nun sədri Rauf Vəliyev şəxsən nəzarət edir.

Ötən mövsüm klubun büdcəsi dövlət idarəsi hesabına 7-8 milyon manata qədər artırıldı. Bununla komandanın iddialı olacağı bildirildi. Bu istiqamətdə 8-i legioner olmaqla, 18 transfer edildi. Bu keçidlərə görə klub rəhbərliyi özlərinə yaxın olan menecerlərə külli miqdarda vəsait ödədi. Milyonlarla vəsait məhz onların vasitəsiylə büdcədən silindi. Futbolçuların məvacibləri və transfer qiymətləri olduqca şişirdilirdi. Bütün bunlar azmış kimi qışda növbəti legionerlər heyətə cəlb olundu. Yayda transfer edilənlərdən biri isə göndərildi. “Səbail”də edilən saxtakarlıqların nəticəsi ölkə çempionatında öz əksini tapdı. Ayağı top tuta bilməyən legionerlərin transferinə ayrı-ayrılıqda 200-300-400 min manat xərcləyən komanda yalnız son turda yerli futbolçulardan ibarət komandaya – “Şamaxı”ya qalib gəlməklə elitada qaldı.

Bu o deməkdir ki, mövsüm ərzində xərclənən 4-5 milyon manat istiqaməti üzrə sərf edilmədi. Bu vəsait səviyyəli transferlərə xərclənsəydi, komanda mövsümü güc-bəla ilə 9-cu deyil, daha yuxarı pillədə bitirərdi.

2022/2023 mövsümünün transferləri:

Gələnlər:

Yay transfer dövründə:

Franko Mazurek, Petro Stasyuk, Ağabala Ramazanov, Emil Balayev, Fakundo Kardoso, Qoba Zakpa, Qustavo de Fransa, Emil Martinov, Mirabdulla Abbasov, Rafael Məhərrəmli, Samir Abdullayev, Emin Zamanov, Vüqar Həsənov, Nihad Qurbanlı, Vüsal Qənbərov, Kizito, Maksim Çex.

Qış transfer dövründə:

David Qomes, İlkin Muradov, Mirəli Əhmədov, Matiya Luyiç.

Gedənlər:

Fakundo Kardozo, Emin Zamanov, Tural Bayramlı.


“Səbail”də indi də bu prosesə davam edir. Mövsüm bitən kimi 12 futbolçu ilə yollar ayrılıb. Büdcəsi 9 milyon manata qədər qaldırılan “dənizçilər”in göndərdiyi oyunçulardan 8-i legionerlər olub. Bu o deməkdir ki, klub rəhbərliyi üçün milyonlarla vəsait qazanmaq üçün özünə şərait yaradıb. 11 futbolçu heyətinə qatan “Səbail” yenə ənənəvi qaydada kluba yaxın menecerlərin “xidmət”indən yararlanır. Bu da imkan verir ki, dövlət büdcəsindən ayrılan vəsaiti rahatlıqla “yumaq” mümkün olsun.

Bu hələ harasıdır? Sizə elə bir transfer oyunundan bəhs edək ki, mat-məəttəl qalın. İyunun 21-də “Səbail” Coşqun Diniyevi heyətinə qatdığını açıqlayıb. 2 gün sonra isə qəribə hadisə yaşanıb. “Dənizçilər”in baş məşqçisinin oğlu Türkiyə təmsilçisi “Ümraniyespor”a keçib. Bildirildi ki, Diniyevin “Səbail”lə müqaviləsində xarici ölkə təmsilçisindən təklif alacağı təqdirdə “dənizçilər”dən hər hansı şərt olmadan ayrıla biləcəyi barədə müvafiq bənd yer alıb. Bu səbəbdən futbolçu azad agent statusu ilə Birinci Liqa təmsilçisinə keçib.

2 günlük transfermi olar? Klub rəhbərliyi bu oyunla kimin başını aldatmağa çalışıb? Bir günün içində Türkiyədən təklif gəldi və futbolçu da getdi. Bilinmirdi ki, bu futbolçuya Türkiyədən təklif var? Müqaviləyə salınan bənd də təsadüf idi? Bəs futbolçuya verilən imza pulu, menecerə ödənilən vəsait necə oldu? Deməli, bir günün içində böyük bir vəsait klubun büdcəsindən silindi. Həmin pulların hamısı və ya bir hissəsi kiminsə şəxsi cibinə qayıtdı. Bundan Rauf Vəliyevin xəbəri olmaya bilərmi?

Gələnlər: Yusif Nəbiyev, Süleyman Əhmədov, Rüfət Abdullazadə, Səlahət Ağayev, Coşqun Diniyev, Bahadur Həziyev, Amil Yunanov, Nir Bardea, Yadin Luqasi, Pedro Nuno, Valdemar Almeyda-Pana

Gedənlər: Emil Martinov, Zakra Qoba, Luvaqa Kizito, Qustavo de Fransa, Franko Mazurek, Petro Stasyuk, Ruslan Hacıyev, Maksim Çex, Matiya Lyuçiç, Mirabdulla Abbasov, Nihad Qurbanlı, Emil Balayev, Coşqun Diniyev (“Ümraniyəspor”, Türkiyə)

Hələlik 4 legioner transfer edən “Səbail”in fəaliyəti yəqin ki, yay boyunca davam edəcək. Futboldakı transferlər milyonlarla vəsaiti dövlətdən oğurlamaq üçün ən ideal şəraitdir. Çünki buna görə heç kimə hesabat verilmir. Nəzərə alaq ki, qeydlərimiz sadəcə transfer fəaliyyətini əks etdirir. Kluba aid digər sahələrdə də böyük pulları mənimsəmək imkanı var. Yəqin ki, “Səbail”də bu imkan da əldən buraxılmaz.

Publika.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
13 saylı cəzaçəkmə müsəssəsində dözülməz durum yaranıb - 300 MƏHKUM "BARAK"DA İSTİDƏN YANIR

Son günlər ölkə ərazisində havanın kəskin istiləşməsi cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlar üçün ciddi problemə səbəb olub.

Bu barədə Gununsesi.info-ya Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müsəssəsində saxlanılan məhkumların yaxınları bildirib.

Məlumata görə, Qaradağ Rayonunun Qızıldaş ərazisində yerləşən bu müsssisələrdə suyun fasilələrlə verilməsi məhkumları bir sıra çətinliklərlə üzləşdirib.

Bundan başqa müssisədəki yataqxanalarda kondisioner və digır soyuducu avadanlıqların olmaması vəziyyəti daha da mürəkkəbləşdirib.

Belə ki, bir yataqxanada təxminən 300 nəfər saxlanılır ki, bu istilərdə onların vəziyyətini təsəvvür etmək çətin deyil.

Qeyd edək ki, ölkənin əksər həbsxanalarında eyni vəziyyətin olduğu deyilir.

Məsələ ilə bağlı Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.

Gununsesi.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvanda DSX-nin əsgəri özünü güllələyib ÖLDÜRDÜ


Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Bəkiyev Kənan Seymur oğlu odlu silahdan atəş açmaqla özünü öldürüb.

Bu barədə Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Firad Əliyev məlumat verib.

Daxil olmuş məlumat əsasında Naxçıvan Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, eləcə də digər hərəkətlər icra edilib.

Fakt üzrə Naxçıvan Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
DTX-dən ƏMƏLİYYAT: Azərbaycanda terror aktı törətməyi planlaşdıran xarici ölkə vətəndaşı TUTULDU - VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ölkəmizin milli təhlükəsizliyinə və dövlət maraqlarına qarşı yönələn terror-təxribat və kəşfiyyat-pozuculuq fəaliyyəti ilə mübarizə istiqamətində əməliyyat-istintaq tədbirlərini davam etdirir. 

DTX-dən verilən məlumata görə, aparılan araşdırmalarla Əfqanıstan İslam Respublikasının vətəndaşı, 1990-cı il təvəllüdlü Favzan Musa Xanın digər şəxslərlə qabaqcadan əlbir olaraq Azərbaycan Respublikası ərazisində ictimai sabitliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə partlayış, yanğın və ya digər bu kimi hadisələrlə müşayiət olunacaq, insanların həlak olması, onların sağlamlığına zərər yetirilməsi, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli halların baş verməsi ilə nəticələnəcək terror aktı törətməyi planlaşdırması müəyyən edilib.

Məlum olub ki, adıçəkilən əcnəbi qeyd olunan cinayət əməllərini törətmək niyyəti ilə xarici ölkədən Azərbaycan Respublikasına gəlmiş, Bakı şəhərində yaşadığı müddətdə üçüncü dövlətin ölkəmizdəki Səfirliyinin yerləşdiyi ərazinin koordinatlarını müəyyənləşdirmək və terror aktını planlaşdırmaq məqsədilə səfirliyin binasının ətrafında müşahidə aparmış, terror aktında iştirak edə biləcək şəxslərin müəyyən edilərək bu fəaliyyətə cəlb olunması, odlu silah və partlayıcı maddələrin əldə edilməsi, bu məqsədlərlə maliyyə dəstəyinin alınması üçün digər şəxslərlə əlaqəyə girərək sövdələşib.

Faktla bağlı Favzan Musa Xan DTX-nin İstintaq baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1 və 28, 214.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silah və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrorçuluq hərəkətlərinin törədilməsinə hazırlıq) maddələri ilə başlanılmış cinayət işi üzrə cinayət başında saxlanılaraq təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda terror aktını planlaşdıran şəxslərin dairəsinin tam müəyyən olunması istiqamətində DTX tərəfindən kompleks istintaq-əməliyyat və beynəlxalq hüquqi prosedur tədbirləri həyata keçirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi - Yeni təyinat

Ceyhun Əkbər oğlu Həsənov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Mirsaleh Miradil oğlu Seyidov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin olunub.
Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi - Yeni təyinat
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Mercedes-Benz”in Azərbaycandakı rəsmi dileri milyonluq maxinasiyalar edir? - Şirkət hakim qarşısına çıxarılır...


Dünyada ən çox maraq olan və satılan avtomobillərdən biri “Mercedes-Benz”dir və bu avtomobil bütün keyfiyyətləri ilə haqlı olaraq “alman maşını” adlandırılır. Təsadüfi deyil ki, şirkətin dünyanın əksər ölkəsində rəsmi distribütoru fəaliyyət göstərir və avtomobillərin satışından tutmuş, problemlərin həllinə qədər hər şey bu nümayəndəliklər vasitəsilə həyata keçirilir.

Amma və lakin Azərbaycanda “alman maşınına” da hansısa fırıldaq qarışdırmağı bacarırlar. Xeyr, bunu maşın bazarlarındakı dəllallar etmir, birbaşa “Mercedes-Benz”in Azərbaycanda yeganə rəsmi distribütoru olan “Avtokapital-Azərbaycan” MMC edir.

İnternerdə açıq mənbələrdə apardığımız qısa araşdırma göstərir ki, “Avtokapital-Azərbaycan” MMC fəaliyyətinə görə zaman-zaman məhkəməlik olur. Misal üçün, ötən il MMC podrat müqaviləsi üzrə yaranmış problemə görə məhkəmə verilib.

“Avtokapital-Azərbaycan” MMC mütəmadi olaraq hakim qarşısına çıxmasının əsas səbəbi isə gömrük qaydalarını pozmasıdır. Təkcə bu il MMC iki dəfə buna görə məhkəmədə cavab verməli olub və cərimə edilib.

Yanvar ayında “Avtokapital-Azərbaycan” MMC-yə gömrük qaydaları əleyhinə olan (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) inzibati xəta protokolu tərtib olunub. Protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə irəli sürülüb.

İyun ayında analoji hal yenidən yaşanıb. “Avtokapital-Azərbaycan” MMC barəsində 2 cərimə protokolu yazılıb. şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokollar tərtib edilib.

İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə görə Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir.
“Mercedes-Benz”in Azərbaycandakı rəsmi dileri milyonluq maxinasiyalar edir? - Şirkət hakim qarşısına çıxarılır...
“Mercedes-Benz”in Azərbaycandakı rəsmi dileri milyonluq maxinasiyalar edir? - Şirkət hakim qarşısına çıxarılır...

Eyni hal bir dəfə baş verəndə bunu səhv, ikinci dəfə baş verəndə fırıldaq olur. “Avtokapital-Azərbaycan” MMC-nin təkcə bu il ərzində eyni qanun pozuntusuna yol verməsi deməyə əsas verir ki, şirkət ciddi şəkildə maxinasiya ilə məşğuldur.

Təsəvvür edin, Azərbaycanda istənilən fiziki şəxs xaricdən ölkəyə avtomobil, yaxud istənilən məhsul gətirmək istəyir və bunun üçün ölkədən çıxardığı valyutaya görə əvvəlcədən Gömrük Komitəsini məlumatlandırır. Əgər bəyannamədə qeyd olunan məhsul ölkəyə gətirilmirsə, buna görə qanunvericilikdə cəzalar nəzərdə tutulur.

“Avtokapital-Azərbaycan” MMC hüquqi şəxsdir, özü də dünya üzrə ən məşhur avtomobil şirkətlərindən birinin – “Mercedes-Benz”in ölkədəki yeganə rəsmi nümayəndəliyidir. Şirkət ölkəyə avtomobili bir-bir yox, yüzlərlə idxal edir və burada satışını təşkil edir. Bunun üçün də milyonlarla dollar valyutanı ölkədən çıxarırlar. Gömrük Komitəsinin şirkəti analoji pozuntulara görə dəfələrlə cərimələməsi və məhkəməyə verməsi “Avtokapital-Azərbaycan” MMC milyonlarla valyutanın ölkədən çıxarılması prosesində hansısa müəmmalı maxinasiyaları həyata keçirdiyinə dair ciddi şübhələrə yol açır.

Bu baxımdan, şirkətin fəaliyyətinin araşdırılmasına ciddi ehtiyac var. Bu məsələ həm də “Avtokapital-Azərbaycan” MMC-nin “Mercedes”in geri çağırdığı avtomobilləri Azərbaycana gətirdiyinə dair məlumatları yenidən gündəmə gətirir.

2017-ci ildə “Avtokapital-Azərbaycan” MMC-nin “Mercedes-Benz” şirkətinin sükan mexanizmində qüsurları olduğu üçün geri çağırdığı avtomobilləri Azərbaycana gətirdiyi haqda məlumatlar yayılmışdı. Həmin vaxt şirkət bunu təkzib etmişdi. O zaman qeyd olunurdu ki, geri çağırılma 2012-ci ildə satılan C sinif və 2013-2014-cü illərdə satılan G sinif avtomobillərə şamil olunur.

Halbuki, xarici mediada yayılan məlumatlarda qeyd olunurdu ki, “Mercedes-Benz” Çin bazarında satdığı 95 min avtomobili sükan nasazlığı ilə əlaqədar geri çağırıb. Bu avtomobillər 2016-cı ilin oktyabrından 2018-ci ilin aprelinədək olan müddətdə istehsal olunan “E” və “GLC” sinif nəqliyyat vasitələridir. “Avtokapital-Azərbaycan” MMC-nin də geri çağırılan avtomobilləri Azərbaycana gətirdiyi haqda məlumatlar məhz həmin dövrdə - 2017-ci ildə yayılmışdı. Bu şübhəli sualları ortaya çıxarır. Xüsusilə “Avtokapital-Azərbaycan” MMC gömrük qaydalarını dəfələrlə pozması faktı şirkətin nazas avtomobilləri ölkəyə gətirilməsi haqda təkzibini də sual altına salır.

“Yalançının evi yandı, heç kim inanmadı” deyiblər. Qanunu dəfələrlə pozanların sözünə də inam olmur...

Onu da qeyd edək ki, “Mercedes-Benz” ötən il 1 milyona yaxın avtomobili nazaslığına görə geri çağırıb. Sual yaranır, bu nazas avtomobillərin Azərbaycana gətirilmədiyinə kim zəmanət verə bilər?!Demokrat.az

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO