[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Məhkəmə sədri ilə jurnalist arasında QALMAQAL - XAN GEDİB... İZİ QALIB...

Naxçıvan Muxtar Respublikasının Babək Rayon Məhkəməsinin sədri Zamiq Əliyevin atası Xudaverdi Əliyev sosial şəbəkə hesabı üzərindən “TNS” İnformasiya Agentliyinin direktoru, tanınmış jurnalist Tural Səfərovu təhqir edib və ona böhtan atıb.

DİA.AZ-ın ovqat.com-a istinadən məlumatına görə, bu barədə jurnalist özü sosial şəbəkə hesabında məlumat verib.
Məhkəmə sədri ilə jurnalist arasında QALMAQAL - XAN GEDİB... İZİ QALIB...

Həmin statusu təqdim edirik:

“Dünən Babək Rayon Məhkəməsinin sədri Zamiq Əliyevin də adının çəkildiyi bir status paylaşmışdım. Həmin statusda Zamiq Əliyevin bizim məhkəmə işimizin hazırlıq iclasını bir ay sonraya təyin etməsindən bəhs etmişdim. Əlbəttə ki, hakim qanunları pozmayıb. Ancaq hazırlıq iclasının belə gec təyin edilməsi açığı məndə bəzi şübhələr yaratmışdı. Həmin statusda şübhələrimi qeyd etməmişdim. Məlumatlandırıcı bir status idi. Bizim məhkəmə prosesini ictimailəşdirmişdim ki, bu da mənim hüququmdur.
Məhkəmə sədri ilə jurnalist arasında QALMAQAL - XAN GEDİB... İZİ QALIB...

Ancaq bu gün həmin statusun şərh bölməsində özünü Zamiq Əliyevin atası kimi təqdim edən Xudaverdi Əliyev adlı şəxs şərhlər yazaraq şəxsimi təhqir edib, mənə böhtan atıb. Xudaverdi Əliyev onun və övladının şərəf və ləyaqətini alçaltdığımı bildirib, məni rüşvətxorluqda ittiham edib. Dəfələrlə soruşmağımıza baxmayaraq, niyə bu qənaətə gəldiyini, onun şərəf və ləyaqətini alçaldacaq nə yazdığımızı aydınlaşdıra bilməyib. Məni tanıyanlar bilir ki, rüşvət sözünü mənə yapışdırmaq sadəcə mümkün deyil. Elin gözü tərəzidir. Hamı bilir, kim rüşvət alır. Bu şəxs doğrudan da Zamiq Əliyevin atasıdırsa, bu, biabırçılıqdır. Bir məhkəmə sədrinin valideyni məsuliyyətli olmalı, sosial şəbəkələrdə ağlına və ağzına gələni yazmamalıdır. Qısa araşdırma apardıqdan sonra məlum oldu ki, Zamiq Əliyevin atasının adı Xudaverdidir. Deməli, profil bu şəxsə məxsusdur, bizi təhqir edən, bizə böhran atan məhkəmə sədrinin atasıdır. İlkin ehtimalımız belədir. Amma profilin saxta olma ehtimalı da vardır. Onu isə Naxçıvanın hüquq-mühafizə orqanları aydınlaşdıracaqdır. Xudaverdi kişi əmin olsun ki, bu yazdıqlarına görə məhkəmə qarşısında cavab verəcəkdir. Əgər onun yazdıqlarından məhkəmə sədri olan oğlunun məlumatı varsa, bu, artıq başqa mətləblərdən xəbər verir. Şəxsimi təhqir edən, bizə böhtan atan bir şəxsin hakim oğlu bizim məhkəmə işimizdə nə qədər ədalətli ola bilər? Deməli, zənnimizdə yanılmamışıq. Hakimin hazırlıq iclasını bir ay sonraya təyin etməsinin də xüsusi səbəbi var imiş. Hesab edirik ki, bizim işimizə Naxçıvanda baxıla bilməz. Hakimin biri özünə etiraz edir, digəri məhkəmə işini məqsədli şəkildə gecikdirir, atası da bizə hücum edir. Bununla bağlı bütün hüquqi mexanizmlərdən istifadə edəcəyik. Deyəsən, Xudaverdi kişi məhkəmə sədri oğluna güvənərək elə bilir bəlkə kimin haqqında nə istəsə yaza, deyə bilər. Və buna görə heç kim ona gözün üstə qaşın var deyə bilməz. Zamiq Əliyev bunları bilir, Xudaverdi Əliyevə isə xatırladırıq ki, biz hüquqi dövlətdə yaşayırıq, oğlunun məhkəmə sədri, prokuror, nazir olmasından asılı olmayaraq, heç kim heç kimin şərəf və ləyaqətinə toxunan fikir səsləndirə bilməz, böhtana görə bu ölkədə cəza tədbirləri var. Xudaverdi Əliyevin hakim oğlu bunları çox yaxşı bilir. Məhkəmə sədrinin atası isə öz övladını da ciddi zərbə altında qoyaraq Azərbaycan qanunlarını kobud şəkildə pozur. Bu məsləni ötüşdürməyəcək, şəxsimə böhtan atan kim olursa olsun cəzalandırılması üçün lazımi hüquqi addımlar atacağam”.

Xatırladaq ki, Vasif Talıbovun Naxçıvana rəhbərliyi dövründə “xan” həzrətlərinin tapşırığı ilə Tural Səfərov qanunsuz şəkildə həbs edilmiş, ölkə rəhbərliyinin müdaxiləsindən sonra həbsdən azad olunmuşdu. Tural Səfərov qanunsuz həbs edildiyi iddiası ilə Azərbaycan Ali Məhkəməsinə müraciət edərək ona bəraət verilməsini xahiş etmişdi. Azərbaycan Ali Məhkəməsi Naxçıvan məhkəmələrinin qanunsuz qərarlarını ləğv edərək işi yenidən apellyasiya məhkəməsinə qaytarmışdı. Bu ilin mart ayında Naxçıvanın Ali Məhkəməsi Tural Səfərov barəsində bəraət hökmü çıxarıb. Bundan sonra jurnalist onun barəsində qanunsuz və ədalətsiz hökm və qərar verən hakimlərin cəzalandırılması, ona təzminat ödənilməsi tələbi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edib. Naxçıvan Şəhər Məhkəməsi işə baxmaqdan imtina edib, Ali Məhkəmə işi baxılması üçün Babək Rayon Məhkəməsinə göndərib. İş hakim Zamiq Əliyevin icraatındadır. Görünür, Zamiq Əliyev də bu işə baxmağa həvəsli deyil. Çünki Tural Səfərovun xeyrinə qərar çıxarılmaması üçün heç bir hüquqi əsas yoxdur. Babək Rayon Məhkəməsinin sədri isə hakim yoldaşlarının əleyhinə qərar çıxarmaq istəmir. Üstəlik, əldə etdiyimiz məlumata görə, Naxçıvan Ali Məhkəməsinin kollegiya sədrləri və qanunsuz qərar qəbul edən hakimləri Zamiq Əliyevə güclü təsir edir. Ehtimal edirik ki, Zamiq Əliyev bu işdən boyun qaçırmaq üçün bu yola əl atıb.

Onu da qeyd edək ki, son vaxtlar jurnalist Tural Səfərov Naxçıvan məhkəmələrinin qanunsuz və ədalətsiz qərarları, hakimlərin təhsili ilə bağlı kəskin tənqidi yazılarla çıxış edir.

P.S. Bu hadisədə heç bir iştirakı olmamasına baxmayaraq, Xudaverdi Əliyev saytımızın rəhbəri Heydər Oğuzun da adını çəkir və onun obyektivliyinə kölgə salmağa çalışır. Halbuki, “xan” həzrətlərinin hakimiyyətdən uzaqlaşdırılmasından sonra Heydər Oğuz fırtına sonrası yenidən durulma prosesində bacardığı qədər kənarda qalmağa səy göstərir, hadisələrin öz axarına düşməsinədək gözləmə mövqeyi sərgiləməyə üstünlük verir. Görünür, Naxçıvanda yenidən güclənməyə çalışan “köhnə qüvvələr” Baş redaktorumuzu da zorla prosesə cəlb edib bizi revanş matçına dəvət edirlər. Biz isə bu adamlara SSRİ-nin son rəhbərlərindən olan Leonid İliç Brejnevin məşhur ifadələri ilə cavab verərək, mövzunu hələlik qapatmaq niyyətindəyik: “Biz savaş istəmirik, amma bu o demək deyil ki, savaşdan çəkinir və ona hazır deyilik”.

Sonda möhtərəm hakimə və onun atasına xatırlatmaq istəyirik ki, istənilən hakimin ən ümdə vəzifəsi icraatında olan işə tərəfsiz yanaşmasıdır. Əgər bunu bacarmırsa, məsuliyyətini anlamalı və öz xoşu ilə vəzifəsini işi bacarana buraxmalıdır. Yoxsa, qaçınmayan yerdən qan çıxarmaq, proseslərə aidiyyəti olmayan adamları da zorla bu işə qatmaq nə onların peşə fəaliyyətinə uyğundur, nə də şəxsi mənafelərinə fayda gətirər. Valideynlərin bir nömrəli borcu isə övladlarının mənafeyini düşünmək və onlara doğru yolu göstərməkdir, tanımadığı adamı onun qarşısına rəqib kimi çıxarmaq deyil.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO