[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
AŞPA-da Laçın yolu ilə bağlı qətnamə qəbul EDİLDİ

AŞPA-da Laçın yolu ilə bağlı məruzəçi Paul Qavanın hazırladığı qətnamə qəbul edilib.

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası zamanı Laçın yolu ilə bağlı müzakirələr aparılıb və məruzəçi Paul Qavanın hazırladığı qətnamə layihəsi qəbul olub.

Qətnamədə bildirilib ki, Assambleya həm Ermənistan, həm də Azərbaycan parlament nümayəndə heyətlərini gərginliyin azaldılması və səmimi əməkdaşlığın qurulması məqsədilə qarşılıqlı maraq doğuran mövzular əsasında əlverişli və səmərəli dialoqun qurulması istiqamətində mümkün addımları müzakirə etməyə dəvət edib.

Parlament Assambleyası xatırladıb ki, 30 ildən artıqdır ki, Azərbaycan və Ermənistan arasında münaqişə gedir və hər iki ölkə 2001-ci ilin yanvarında Avropa Şurasına daxil olduqdan sonra bu mübahisəni sülh yolu ilə həll etmək öhdəliyi götürüb.

Qətnamədə bildirilib ki, Assambleya Ermənistan və Azərbaycanın ərazi bütövlüyünün qarşılıqlı tanınmasını alqışlayır və bunu artıq hər iki tərəfdən çoxlu ölüm və faciələrə səbəb olan münaqişənin sona çatması istiqamətində ilk addımlar kimi görür.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hacıqabulda ağır qəza, ölən var


Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Hacıqabul rayonunun Udulu kəndi ərazisində qeydə alınıb.

Qəzada yaralanan kənd sakini, 2003-cü il təvəllüdlü Babayev Məhəmməd İmanverdi oğlu Şirvan xəstəxanasına çatdırılsa da bir neçə dəqiqədən sonra orada ölüb.

Faktla bağlı araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Muxtar Babayevdən Söyüdlüdəki vəziyyətlə bağlı - Açıqlama


“Söyüdlü kəndində sakinlərlə görüşdük. Yerində cavablandıra biləcəyimiz sualları cavablandırdıq. Narazılıq yaradan bütün məsələlər yoxlanılacaq və aydınlıq gətiriləcək”.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, bunu Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev sakinlərlə görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.

Komissiya sədri vurğulayıb ki, artıq kənddə bu istiqamətdə monitorinq işlərinə başlanılıb və nəticələri qısa müddətdə ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, ötən gün Baş nazir Əli Əsədovun sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə komissiya yaradılıb. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Komissiyanın sədri təyin edilib.
Komissiyaya Söyüdlüdə tullantıxana sahəsində monitorinqlər aparmaq və mövcud vəziyyəti qiymətləndirmək, sakinlərin sağlamlığının və ətraf mühitin qorunması sahəsində vətəndaşların müraciətlərini araşdırmaq, monitorinqin və qiymətləndirmənin nəticələrinə uyğun olaraq müvafiq təkliflər hazırlayaraq Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gömrük Komitəsində TOTAL TƏMİZLƏMƏ: Bütün şəxsi heyət sərəncama götürüldü... - NƏ BAŞ VERİR?


Dövlət Gömrük Komitəsinin (DGK) bütün əməkdaşları sərəncama göndərilir.

Qaynarinfo- nun əldə etdiyi məlumata görə, bu barədə DGK sədri, general-leytenant Şahin Bağırov əmr imzalayıb.

Əmrə əsasən 15.07.2023-cü il tarixindən 01.08.2023-cü ilə kimi komitənin bütün idarə və şöbələrinin rəhbər heyətlərindən tutmuş sıravi işçilərinə kimi hər kəs sərəncama götürüləcək.

Sonuncu tarixdə isə struktur yenidən formalaşdırılacaq. Bu müddətə qədər bütün əməkdaşların "işinə” yenidən baxılacaq.

Saxta diplomla rütbə alıb komitədə çalışanlar, işində ciddi nöqsanlara yol verənlər, təqaüd yaşına çatmış şəxslərin əksəriyyəti vəzifələrindən azad ediləcəklər.

Məsələ ilə bağlı DGK-nin Mətbuat və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi, gömrük xidməti polkovniki Natiq Axunda sorğu ünvanlasaq da, xəbəri nə təsdiq, nə də təkzib etdi.

Qaynarinfo
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xəzər rayon icra başçısı ÖZBAŞINA QALIB... - BUNUN BAŞQA ADI YOXDUR...

Bura Buzovna qəsəbəsində yerləşən Zuğulba çimərliyidir. Dəniz sahili boyunca çimərlik açıq olsa da, ərazidə çəkilmiş bu dəmir hasarlara görə, insanların dənizdən istifadəsi müşkülə çevrilib.

İyunun 15-dən Azərbaycanda dəniz mövsümü başlayıb. Amma mövsüm hələ başlamadan Buzovna sahilləri üçün dənizə giriş məhdudlaşdırlıb.

Əvvəllər dənizkənarı Buzovna sakinlərinin bir addımlığında idisə, indi sakinlər dincəlmək üçün 500 metr, bəlkə də daha çox məsafə qət etməlidir. Hələ 10 ay öncə prezident İlham Əliyev Buzovna qayalarında törədilən qanun pozuntularından danışmışdı.

Buzovna sakinləri aidiyyatı qurumların məsələyə laqeyd qalmalarına diqqət çəkirlər. Hasarlanmış ərazidə yerləşən “Glam Beach” istirahət mərkəzinə giriş 8 manatdan başlayır. Çəkiliş zamanı Toplum Tv əməkdaşlarına yaxınlaşan, özünü hasarlanmış ərazidəki sözügedən istirahət mərkəzinin nümayəndəsi kimi təqdim edən, əslən türkiyəli, Mehmet adlı şəxs müsahibə verməyə razı olmadı. Amma jurnalistlərlə söhbəti zamanı dedi ki, hasarlanmış ərazinin çıxarışı var.

Mehmet bəyin təsvir etdiyi kimi “ 50 metr sağa gedib, hasarın çıxışına çatmaq üçün təxminən 1000 metrə yaxın yol getdik. Hasar bitəndən sonra vardığımız ərazi isə yerli sakinlərin üzməyə deyil, balıq tutmağa gəldikləri yer idi.

Hüquqşünas Səməd Rəhimli deyir, Xəzər dənizinin Azərbaycana mənsub olan 20-50 metrlik zolaqda yerləşən torpaq sahəsi torpaq məcəlləsinin 46-cı maddəsinə uyğun olaraq su fondu torpaqları sayılır və dövlət mülkiyyətində olan torpaqlar sayılır. Həmin torpaq sahəsi dövlət mülkiyyətində olduğu üçün özgəninkiləşdirilə bilməz.

Toplum Tv hasarlanan çimərliklərlə bağlı Bakı şəhəri icra hakimiyyəti ilə əlaqə saxlayıb. Qurumdan bildirildi ki, məsələyə Xəzər rayon icra hakimiyyəti cavabdehdir. Lakin Xəzər rayon icra hakimiyyətinə edilən zənglər cavabsız qalıb.

Toplum TV
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nərimanov Tibb Mərkəzində ailə biznesi - TƏBİB rəhbərliyi qanunsuzluqlara niyə göz yumur?


İki il əvvəl Bakıda 11 tibb mərkəzi yaradılanda çoxları bunu islahat kimi təqdim edir, səhiyyə xidmətinin keyfiyyətinin yüksələcəyini düşünürdü. Lakin bu tibb mərkəzlərindən daxil olan məlumatlar təəssüf ki, bunun əksini göstərir.

Bu yazıda onlardan birindən - Nərimanov Tibb Mərkəzindən bəhs edəcəyik.

Qeyd edək ki, Mərkəz 2021-ci ilin iyununda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən 5 nömrəli Şəhər Klinik Xəstəxanası, 7 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası, 8 nömrəli Şəhər Poliklinikası, 18 nömrəli Şəhər Poliklinikası və 6 nömrəli Uşaq Poliklinikası birləşdirilərək yaradılıb. Yaradıldığı vaxtdan bura direktor vəzifəsinə Fazil Alməmmədov təyin edilib. Onu da qeyd edək ki, cənab Alməmmədov bu təyinata qədər 5 saylı şəhər xəstəxanasının direktoru idi.

Son məlumatlara görə, yeni yaradılan Şuşa Modul Tipli Xəstəxana da məhz Nərimanov Tibb Mərkəzinə tapşırılıb. Daha dəqiqi, Fazil Alməmmədovun kuratorluğuna verilib.
Nərimanov Tibb Mərkəzində ailə biznesi - TƏBİB rəhbərliyi qanunsuzluqlara niyə göz yumur?

DİA.AZ bildirir ki, Bakupost.az -ın əldə etdiyi məlumata görə, direktor Nərimanov Tibb Mərkəzini tam bir Alməmmədovlar qalasına çevirib. Belə ki, onun yaxın və uzaq ailə üzvləri burada müxtəlif işlərlə təmin edilib.

Beləliklə, Fazil Alməmmədovun Nərimanov Tibb Mərkəzində çalışan ailə üzvləri və qohumlarının sihahısını təqdim edirik:

1.Alməmmədova Elvira Firuz qızı - Kadrlar şöbəsində işçi - Direktorun qardaşı qızıdır

2.Alməmmədova Elviranın əri Ramal Nərimanov Tibb Mərkəzinin anbarında çalışır. Maraqlısı budur ki, Ramal pandemiya dövründə yol verdiyi yeyinti məsələsinə görə işdən azad edilib, məhkəmə işi olub.

3.Alməmmədova Rufanə Laçın qızı - laboratoriyada çalışır, əvvəllər manikür ustası kimi çalışıb. Direktorun bacısı qızıdır.

4.Alməmmədova Təranə Çoban qızı - yanıq şöbəsində tibb bacısıdır.

5.Alməmmədov Laçın - Şuşa Modul xəstəxanasında sürücü - Direktorun bacısının həyat yoldaşıdır.

6.Alməmmədova Uluzanə Davud qızı -Yanıq şöbəsində qeydiyyatçı - Direktorun əmisi nəvəsidir.

7.Alməmmədov Nurlan Fərrux oğlu - Şuşa modul xəstəxanada stamatoloq - Direktorun qardaşı oğludur.

Qeyd edək ki, siyahı bununla bitmir. Hətta tibb bacısı üzrə təhsili və diplomu olmayan qohumlar da belə ciddi qurumda işə "düzəlib".
Nərimanov Tibb Mərkəzində ailə biznesi - TƏBİB rəhbərliyi qanunsuzluqlara niyə göz yumur?

Ən qəribəsi isə odur ki, Tibb İşçiləri Günündə Səhiyyə nazirinin təltif etdiyi bir qrup tibb işçisi arasında cəmi 1 ildir təcili tibbi yardımda çalışan Laçın Alməmmədov də var. Onun cəmi 1 il fəaliyyət göstərdikdən sonra nazir səviyyəsində mükafatlandırılması Nərimanov Tibb Mərkəzinin personalının ciddi narazılığına səbəb olub. Çünki müharibə dövründə və ondan sonra Şuşaya ezam olunan, on illərlə həkim, tibb bacısı, sürücü kimi çalışanlar var ki, onların adları mükafatladırılanların siyahısına salınmayıb.

Beləliklə, Nərimanov Tibb Mərkəzinə rəhbər təyin olunduqdan sonra Fazil Alməmmədovun səlahiyyətləri daha da artıb və o, bundan sui-istifadə edərək, özünə oliqarxsayağı, dəbdəbəli həyat şəraiti yaradıb.
Nərimanov Tibb Mərkəzində ailə biznesi - TƏBİB rəhbərliyi qanunsuzluqlara niyə göz yumur?

Belə ki, son 1 ildə Fazil Alməmmədov avtomobilini dəyişib, son model, 180 minlik yeni xarici maşın alıb. Maşının seriyası nömrəsini isə adına uyğun (FZ) götürüb. Avtomobilin yalnız “zerkalnı” nömrəsinin (10FZ100) qiyməti 10 min manatdan bahadır.

Bundan başqa, Fazil Alməmmədovun bu yaxında anasının adına 380 minlik mənzil aldığı da deyilir. Belə ki, 15 mart 2023-cü ildə anasının adına aldığı, Tibb Universiteti yaxınlığında, Nəsib bəy Yusifbəyli küçəsində yerləşən mənzildə hazırda özü yaşayır.

Nərimanov Tibb Mərkəzinin direktorunun Xətai rayonunda anasının adına avtoyuma və avtoservis məntəsəi açdığı da bildirilir. Direktorun digər obyekti isə öz adına açdığı meyvə anbarıdır.

Qeyd olunan faktlarla bağlı Nərimanov Tibb Mərkəzinin direktoru ilə əlaqə saxlayıb, mövqeyini öyrənmək istədik.

Tibb Mərkəzinin ictimaiyyətlə əlaqələr bölməsinin müdiri Aygün Qulamqızı saytımızı məhkəmə ilə təhdid edərək bildirdi:

"Bu məlumatları haradan alırsınız? Bütün saytları məhkəməyə verəcəyik. Mərkəzin hüquqşünası araşdırır".

Məsələ ilə bağlı Nərimanov Tibb Mərkəzinin mövqeyini işıqlandırmağa hazırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Firdovsi Əliyev həmin kabinetdə, həmin xidməti avtomobilində… - Prezidentin SƏRƏNCAMI NƏ OLDU?

Azərbaycanda ekologiya sahəsində baş verən qanunsuzluqlar geniş vüsət almaqdadır. Meşə zolaqlarında sağlam ağacların kütləvi kəsilməsinin və qanunsuz karxanaların fəaliyyətinin qarşısının alınmaması baş verən qanunsuzluqların arxasında Ekologiya və Təbii Sərvətlər nazirliyinin rəhbər şəxslərinin dayandığını göstərir. İllərdir ölkənin müxtəlif regionlarında meşələrdə nadir ağacların doğrandığı, yaşıllıqların məhv olunduğu barədə mətbuatda yüzlərlə xəbərlər, tv-lərdə çoxsaylı süjetlər efirlərə getməyinə baxmayaraq, bu illər ərzində ciddi tədbirlərin görülməməsi də bu barədə yuxarıda qeyd edilən ehtimalları artırır.

Qlobal.az-ın əldə etdiyi məlumata görə meşələrdə qanunsuz ağac kəsimlərinin arxasında Ekologiya və Təbii Sərvətlər nazirinin keçmiş müavini, hazırda Ekologiya və Təbii Sərvətlər nazirinin müşaviri vəzifəsini daşıyan Firdovsi Əliyev dayandığı iddia edilir:

“Firdovsi Əliyev uzun illərdir Ekologiya və Təbii Sərvətlər nazirliyində çalışır. 2004-cü ildən indiyədək nazirlikdə özünə böyük bir şəbəkə yarada bilib. Meşə massivlərində qanunsuz ağac kəsimlərinin arxasında məhz Firdovsi Əliyevin özü dayanır. Nazirliyin qanunsuz ağac kəsimlərinə qarşı apardığı mübarizə isə görüntü xarakterlidir. Əks halda Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən gizli mebel sexlərinin sayı hər gün artmaz, bu sexlərə qarşı da reyd keçirilərdi. Bu gün “qara bazar”da şabalıq, fıstıq, qoz və digər qiymətli ağacların böyük miqyasda bazarı mövcuddur. Əlbəttə ki, bu sexlərin yuxarı instansiyalarda, xüsusən də ekologiya və Təbii Sərvətlər nazirliyində himayədarları var”-deyə, bildirilir.

Məlumata görə baş verənlərdən, daha doğrusu Firdovsi Əliyevin əmməllərindən nazir Muxtar Babayev də xəbərdardır.

“Firdovsi Əliyevin qanunsuz əməllərinə dəstək verən nazir Muxtar Babayevdir. Əks halda ortaya məntiqli sual çıxır: Cənab Prezidentin sərəncamı ilə bu ilin mart ayında nazir müavini vəzifəsindən azad edilən Firdovsi Əliyevi Muxtar Babayev niyə dərhal özünə müşavir təyin etdi? Ölkə başçısının vəzifədən azad etdiyi şəxsi yenidən yanında saxlamaq Muxtar Babayevin nəyinə lazım idi? Doğrudanmı Firdovsi Əliyev Ekologiya nazirliyi üçün bu qədər vazkeçilməz kadrdır? Bu gün Firdovsi Əliyev nazir müavini olduğu zaman əyləşdiyi kabinetdə yenə də əməllərini davam etdirir. Həmin kabinet, həmin xidməti avtomobil…”.

Xatırladaq ki, Firdovsi Əliyev 2004-cü ilin fevral ayından 2023-cü ilin mart ayınadək Ekologiya və Təbii Sərvətlər nazirinin müavini vəzifəsində çalışıb. Mart ayının 4-də vəzifəsindən azad edilən Firdovsi Əliyev mart ayının 30-da Ekologiya və Təbii Sərvətlər nazirinin müşaviri vəzifəsinə təyin edilib.

Ekologiya və Təbii Sərvətlər nazirliyindən məsələyə mövqe öyrənə bilmədik. //Qlobal.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Gölün insan həyatına neqativ təsiri məsələləri araşdırılacaq” - Nazir

“Sizin göllə bağlı narahatlığınız çox ciddi şəkildə öyrəniləcək. Müvafiq qurumlar burada təhlillər aparacaqlar”.

Bunu Gədəbəyin Söyüdlü kəndindəki vəziyyətin araşdırılması üçün yaradılan Komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev sakinlərlə görüşü zamanı deyib.

Komissiya sədri bildirib ki, gölün insan həyatına nə qədər neqativ təsir göstərməsi məsələlərinin hamısı araşdırılacaq:

“Bəndqurma işlərinə ciddi şəkildə yanaşılacaq. Hava monitorinqi onu göstərir ki, Söyüdlü kəndində və gölün ətrafında çirklənmə yoxdur”.

Report
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Liseylərin GİZLİ METODU – Plan yerlərinin sayı necə AZALDILIR?
Bir necə gün əvvəl Bakıda liseylərə qəbul imtahanı keçirildi. İmtahanda iştirak edənlərin çoxluğunu nəzərə alsaq, lisey və gimnaziyalarda təhsil almaq istəyənlərin kifayət qədər olduğu qənaətinə gəlmək olar.

Bu da təsadüfi deyil.

Son illərdə ölkə üzrə keçirilən fənn olimpiadaları, bilik yarışlari və qəbul imtahanlarındakı nəticələrə baxsaq, görərik ki, şəhər liseylərinin şagirdləri ön plana çıxarır. Bu da deməyə əsas verir ki, liseydə digər tədris müəsisələrindən daha yaxşı tədris prosesi həyata keçirilir.

Ancaq liseylərdə oxumaq istəyən bir çox şagirdin də bəzən bu arzusunu reallaşdırmaq imkani olmur. Belə ki, ölkəmizin fərqli rayonlarında da kifayət qədər savadı olan uşaqlar az deyil.
Bəziləri hazırlıqlara belə getmədən qəbul imtahanlarında yüksək nəticə əldə edirlər. Lakin onların rayondan şəhərə lisey üçün gəlmək imkanları olmur. Şəhərdə olan bəzi şagirdlər isə plan yerlərinin az olması səbəbindən qəbul olmaq şansını əldən verirlər.

Bunu da bir növ liseylərin işlətdiyi gizli “priyom” kimi anlamaq olar. Niyəsi isə odur ki, hər bir müəssisə istəyər ki, onun göstəriciləri yüksək olsun, daha prestijli tanınsın. Zəkası yüksək şagirdlə işləmək isə bu məqsədə aparan əsas faktordur.

Bəs liseydə oxumaq istəyən şagirdlərin arzusunu reallaşdırmağa mane olan amillər nələrdir?

Mövzu ilə əlaqədar təhsil eksperti Elmin Nuri Bizim.Media ilə fikirlərini bölüşüb.

Onun sözlərinə görə, mərkəzləşdirilmiş qaydada qəbulun həyata keçirilməsi ilə bir çox yumşalmalar baş vermiş oldu:

“Artıq ikinci ildir ki, lisey və gimnaziyalara qəbul mərkəzləşdirilmiş qaydada həyata keçirildiyi üçün bu istiqamətə maraq xeyli artıb. Əvvəllər liseylərə qəbul olmaq istəyən şagird yalnız bir müəssisəni seçir və ora imtahan verməli olurdu. Bu da işi xeyli çətinləşdirirdi. Xeyli sayda şagird müsabiqədən kənar qalır, lazımi nəticəni göstərə bilmirdi. Hələ qabiliyyətlilik meyarı da həddindən artıq artırılırdı.

İkinci ildir ki, lisey və gimnaziyalara qəbul mərkəzləşdirilmiş şəkildə keçirilir. Yəni eynən ali məktəbdə olduğu kimi burda da şagirdlər ümumi imtahan verə bilər. Lazımi balı toplayaraq siyahıda olan 15 lisey və gimnaziyalardan birini seçə bilir. Yəni topladığı bal hansına uyğundursa, eynən ali məktəb qəbulunda olduğu kimi seçim edilir.

Bu da lisey və gimnaziyalara qəbulu xeyli yumşaldır. İşin müsbət tərəfi budur ki, bir uşaq mərkəzləşdirilmiş qaydada imtahanla yanaşı hər hansı bir siyahıda olmayan 15 lisey və gimnaziyalarin istənilən birinə fərdi şəkildə də müraciət edib, orda da imtahan verə bilər. Burada seçim şagirdin özündən asılıdır”.

Ekspertin sözlərinə görə, plan yerlərinin azlığı, pilot layihədə iştirak edən lisey və gimnaziyalarin azlığı və ümumi olaraq da sayının azlığı bu məsələdə hələ də çətinliklər yaradır:

“Əvvəllər liseylərə bu qədər tələbatın olduğunu görmürdük. Çünki şagird və valideyn özü də çox rəqabət meyarını, ayrılmış yerlərin həddindən artıq savadlı uşaqlar tərəfindən doldurulduğunu görür və istəklərindən daşınırdılar. Məsələn, ixtiyari bir liseydə 4-cü sinifə qəbul üçün cəmi 30 yer ayrılırdı. Amma orda oxumaq istəyənlərin sayı 4-5 min civarında idi. Görün, bir yer üçün neçə şagird mübarizə aparmalı olurdu?

Orta statistik göstəricili usaqlar da buna görə müsabiqəyə qatılmaqdan imtina edirdi. Amma müraciət edənlərin sayı 2 mindən çox idi. Nəticə də həmin şagirdlərin psixologiyasina zərərsiz ötüşmürdü. Statistika aparsaq görərik ki, liseylərdə oxumaq istəyən uşaqlar imtahandan kəsildikdə sonradan məktəbdə oxumağa maraqları qalmır, dərslərində geriləmə yaranır”.

Təhsil eksperti təklif edir ki, hazırda olan çatışmazlıqları aradan qaldırmaq üçün bölgələrdə də filialların açılması məqsədəuyğun olar:

“Ötən il 10449 şagird elektron müraciət etmişdi. Bu il isə onların sayının artacağı gözlənilir. Düzdür, imtahanlar dünən bitdiyinə görə hələki tam ictimailəşdirilməyib. Amma müraciət üçün ilk iki gündə 2 mindən çox uşağın mürəciət etməsi bu ilki sayın daha çox olduğunun sübutudur.

Təklif olaraq, bildirmək istərdim ki, mərkəzləşdirilmiş qaydada imtahanlara pilot olaraq cəlb olunan 15 lisey və gimnaziyaların sayı ən azı 30-40-a çatdırılsın. Plan yerlərinin sayı da artırılmalıdır. Həmçinin də önəmli bir məsələ lisey və gimnaziyaların filiallarının rayonlarda da yaradılmasıdır.

Bu gün bölgələrimizdə oxuyan istedadlı şagirdlər daha yaxşı təhsil üçün paytaxta gəlmək məcburiyyətində qalırlar. Müəyyən səbəblərə görə isə təhsillərini liseydə davam etdirmək arzularını gerçəkləşdirə bilmirlər. Ona görə böyük lisey və gimnaziyalarin bölgələrdə filiallarının açılması bu sahədə müsbət dəyişikliyə səbəb olacaq”.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO