[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Respublika Klinik Xəstəxanası qoçularla qorunur

Görmüş olduğunuz bu şəxsin adı Pərvizdir.Respublika Klinik Xəstəxanasının qolçomağıdır. Bundan başqa bir “xanım” qolçomaq da var. Siz özünüz təsəvvür edin , xəstəxananın fəaliyyəti nə gündədir ki, xəstəxanada belə “vorzakonlar”” saxlanılır. Xəstəxanada tibbi sığorta tətbiq olunandan üzü bu yana vətəndaşları incitməyin yeni üsulları kəşf olunub.Əksər həkimlər otağa girib qapını bağlayırlar. Xəstələr saatlarla, elə vaxt olur günlərlə boynu bükük bənövşə kimi kənarda qalır. Yuxarıdan zəng, tapşırıq olmasa, heç kimə baxılmır. Xəstələrin əksəri deyir ki, bizə deyirlər ki, bu ay ultrasəs, rentgen və digər müayinələrdə boş yer yoxdur. Gedin, gələn ay gələrsiniz. Oradakı vətəndaş şikayətlərinin çəkilişinə tam şərait yaradılması da müəyyən məqamları çəkə bildik. Fotodan da gördüyünüz kimi vətəndaşlara olunan zülmü ictimailəşdirməyimizə mane olan bu adam digər həmkarı ilə birlikdə bizə hücum çəkərək telefonlarımızı almağa cəhd göstərdi. Güclü insident yaşandı. Həqiqətən də geyim insanın xislətini və tərbiyəsizliyini ört-bas edə bilmir. Bu şəxsin davranışına baxdıqda həqiqətən bunu bura təyin edən səristəsizin halına acıdım. Bir də bura hər gün möhtac olan xəstələrin gününə. Fikirləşdim ki, bizlə belə rəftar edən , bizə yumruq atmaqdan belə çəkinməyən şəxs, görün xəstələrə nə divan tutur. Jurnalistləri aparmaq üçün əraziyə polis çağrıldı. Həyətdə günün altında cana döyərsən gözləməkdən cana doymuş xəstələr və xəstə yaxınları polisə özünü qoçu kimi göstərən şəxslərin mediaya qarşı etdiyi tərbiyə*liyi danışdıqdan sonra polis heç bir müdaxilə etmədən ərazidən uzaqlaşdı.

Sonra bir nurani, pirani ,beli bükülmüş ağ xalatlı ağsaqqal bizə yaxınlaşdı. Yox əziz oxucular, Dədə Qorqud deyildi, xəstəxananın baş həkimi idi. O bizdən məsələnin nə yerdə olduğunu soruşanda özünü təqdim etməyini xahiş etdik. Dedi ki, bu xəstəxananın baş həkimidir. Elə bunu dediyini gördük. Xəstələr və xəstə yaxınları töküldü naçarın üstünə ki, bəs günlərdir biz baş həkim axtarırıq, deyirlər burda deyil, qəbulunuza düşə bilmirik. Deməli siz otağınızda gizlənmisiniz???
Baxın hörmətli TƏBİB!Xəstəxananız bu gündədir. Elə düşünməyin ki, normal işləyirlər deyə şikayət yoxdur. Sadəcə olaraq saxladıqları şapalaq vuranları yaxsı seçiblər. Aaaa bir də təzə kəşfiniz də əladır. Hər xəstəxanada mühavizəyə bir qazi qoyursunuz. Bunu bütün dövlət xəstəxanalarında müşahidə etmək olar.Çatanın üstünə yollayırsınız. Unutmusunuz ki, bura döyüş meydanı deyil, biz də erməni. O qazidən hər nəsildə var. Sizin qapılarda qoyduğunuz, bizim ictimailəşdirdiyimiz qazilər var. Bir çağırışa hamısı yanımızda olar. Amma biz bu kəşfin müəllifi kimi ucuzlaşmamışıq.https://aztimes.az/
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
MADO Restoranlar Şəbəkəsinin rəhbərliyi barədə protokol hazırlandı

“MADOER” MMC məhkəməlik olub.

Adıçəkilən MMC barədə İnzibati Xətalar Məcəlləsinin 275-ci maddəsi ilə (Ətraf Mühitin Mühafizəsi, Təbiətdən Istifadə Və Ekoloji Təhlükəsizlik Qaydalari Əleyhinə Olan Inzibati Xətalar) protokol tərtib edilib.

Hazırlanmış protokol Nərimanov Rayon Məhkəməsinə təqdim edilib.

Bildirək i, "Madoer" MMC-nin qanuni təmsilçisi paşa Quliyev İvrahim oğludur. Şirkətin nizamnamə kapitalı 340 AZN təşkil edir, hüquqi ünvanı isə BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, ZİYA BÜNYADOV, ev 1965, ÇİNAR PARK B.M., BİNA 6, GİRİŞ 2, m. 9-dir.

Qeyd edək ki, ölkədəki MADO Restoranlar Şəbəkəsi “Madoer” MMC-yə məxsusdur.32gun.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycan-İran sərhədində ATƏŞ AÇILDI (FOTO)

İyunun 21-də saat 22:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Sərhəd naryadının qanuni tələblərinə məhəl qoymayan sərhəd pozucularına qarşı “Dövlət sərhədi haqqında” Azərbaycan qanununun tələblərinə uyğun olaraq xəbərdarlıq məqsədilə silah tətbiq edilib. Sərhəd pozucuları üzərindəki bağlamaları atıb, relyefin mürəkkəbliyindən istifadə edərək geriyə, İran ərazisinə qaçıblar.

Ərazidə aparılmış sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 12 kq 760 qram narkotik vasitə (10 kq 705 qram marixuana, 2 kq 55 qram tiryək) aşkar olunub.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Azərbaycan-İran sərhədində ATƏŞ AÇILDI (FOTO)
Azərbaycan-İran sərhədində ATƏŞ AÇILDI (FOTO)

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Biləsuvar-Quşçuluq” ASC-nin rəhbəri ilə bağlı NAZİRƏ MÜRACİƏT OLUNDU - TƏFƏRRÜAT

“Biz daxili işlər naziri Vilayət Eyvazovdan xahiş edirik ki, bu məsələni şəxsi nəzarətinə götürsün və bizi işlədib pulumuzu verməyən “Biləsuvar-Quşçuluq” ASC-nin rəhbəri Seyran adlı şəxs cəzalandırılsın” – redaksiyamıza müraciət edən 30 Azərbaycan vətəndaşı deyirlər ki, Biləsuvar Polis Şöbəsinə müraciət edib qanunsuzluğa son qoyulmasını istəyiblər. Lakin proses onların düşündüyü tərəfə istiqamət almayıb. “İlk olaraq Seyranı polis şöbəsinə çağırdılar, ifadəsini aldılar, o da bizlərə yalvarmağa başladı ki, şikayət etməyin, pulunuzu verəcəyəm. Amma sonradan vəziyyət dəyişdi. Polis şöbəsindən çıxandan sonra Seyran dedi ki, “gedin kimə istəyirsiz şikayət edin, mən sizə pul verən deyiləm”. Hörmətli cənab nazir, polis şöbəsində şikayətimizə hazırda olduqca biganə yanaşılır, son nəticədə mülki iş kimi rəsmiləşdirilməsinə cəhdlərin olacağına dair Seyranın yaxın ətrafından məlumat almışıq. Halbuki bu adam bizləri işlədib və pulumuzu verməməklə, açıq-aşkar dələduzluq etməkdədir. Sizdən xahiş edirik ki, məsələni şəxsi nəzarətinizə götürməklə araşdırılmasına göstəriş verəsiniz”- zərərçəkənlərdən Mübariz Quluzadə belə deyib.

Zərərçəkən Əmrah Hüseynov isə bildirib ki, 2012-ci ildən tikinti-beton işləri ilə məşğul olur, briqada şəklində fəaliyyət göstərirlər: “Mübariz Quluzadəni 6 ilə yaxındır tanıyıram. Tikintidə briqadir kimi onunla iş yoldaşıyam. 08.08.2022-ci il tarixdə Mübariz bizi Biləsuvar rayonu, Səmədabad kəndində yerləşən quşçuluq fabrikinə tikinti-təmir işləri görmək üçün gətirdi. Mən 15 gün həmin fabrikdə gecə-gündüz beton tökmüşəm, mayak qoymuşam və hamarlama işlərini görmüşəm. Mən günü 50 manata işləmişəm, 15 günə mənə 750 manat pul verilməli olduğu halda Seyrandan pulumuzu ala bilmirik. Seyran Biləsuvar rayonu, Səmədabad kəndi ərazisində Quşçuluq fabrikini işlədirdi. Onunla həmin quşçuluq fabrikində görüşdük. Mənə görüləcək işləri şəxsən Seyran özü göstərib, sexlərin içərisində yerin hamarlayıcı qatını betonlamaq, təmir tikinti işlərini görmək və yeni pəncərə yerlərinin açılması və suvaq işlərini görməsini bizdən tələb etdi. Onunla şərtimiz belə oldu ki, hissə-hissə onun işlərini görəcəkdik, hər həftə pulumuzu ödəyəcəkdi. Sexin yerinin betonlanmasında 17 şəxs işləyib. Ayrı-ayrı işlərin görülməsində ümumilikdə 30 işçi işləmişik. İmişli Beton Zavodundan 400 kub beton almışam, 26 min manat zavoda borclu qalmışam. Betonun içərisinə qoyulması üçün 4000 m setkanı Bakı şəhərindən almışam və mal sahibinə 8300 manat borclu qalmışam. Betonun içəriyə vurulması üçün pompa maşın gətirmişəm, 4 gün işləyib, 6500 manat borclu qalmışam. 40 min 800 manat material və texnikanın puludur, 8 min 200 manat bizə zəhmət haqqı verməli idi. İşi görüb qurtardıqdan sonra Seyran pulu vermədi.

Bəhanələr gətirdi, guya sexin yerini betonlayarkən tam hamar, yəni parlaq olmayıb, matıvı vurulub. Mən təkrar aparat gətirdim, 6-7 min manat xərc çəkdim, sexin betonunu parlaq hala gətirib yondum. Bundan sonra Seyran başqa bəhanələr gətirdi, kanalların çəkilməsini tələb etdi, biz kanalları da çəkdik. Mən ondan görülmüş işlərlə bağlı təhvil-təslim olunmasını və pullarımızı ödəməsini tələb etdim. Quşçuluq fabrikinə gəldim, onun sexdə işlərini görən Vasiflə görüşdüm. Digər işlərlə bağlı aramızda akt yazmışdıq, Vasif, hansı ki, pullarını verdikləri işlərlə bağlı sənədlərə imza atdı. Lakin beton işinin sənədinə imza atmadı, dedi Seyran müəllim bildirib ki, beton işini özü təhvil-təslim edəcək. Bu söhbətimiz 2022-ci ilin oktyabr ayında, işi görüb qurtardıqdan 2 ay sonra oldu. Bundan bir həftə sonra Vasif bildirdi ki, Seyran müəllim gəlib. Mən Səmədabad kəndində yerləşən Quşçuluq fabrikinə getdim və Seyranla görüşdüm. Seyran bildirdi ki, betonun markasında məni aldadıblar, marka 200 olmalıdır, mənim bəsimdir, 150 marka olduğu üçün mən pulunu vermirəm. Bakıdan betonun markasını yoxlamaq üçün mütəxəssis gətirdim, yoxladıq, məlum oldu ki, betonun markası 200-dən yuxarıdır. Bundan sonra Seyran daha bir bəhanə uydurdu, dedi ki, işi səninlə danışmamışam, Xalidlə və Zaminlə danışmışam. Beton işlərinin mənim tərəfdən görüldüyünü xatırlatdım, dedim ki, Xalid və Zaminlə əlaqə saxla, pullarımız ödənilsin. Seyran danışaram desə də, sonradan dedi ki, mən sizi tanımıram və pulunuzu da vermirəm, gedin kimə istəyirsiz deyin!”

Zərərçəkənin sözlərinə görə, ümid yerləri daxili işlər naziridir: “Cənab nazirə mətbuat vasitəsilə müraciət etmək məcburiyyətindəyik. Hesab edirik ki, cənab nazir 30 Azərbaycan vətəndaşına qarşı dələduzluq işini şəxsi nəzarətinə götürsə, qısa zaman ərzində bizim haqqımız ödənəcək. Seyranın bizim haqqımızı ödəmək üçün kifayət qədər pulu və imkanı var. Sadəcə, tərslik edir, qanunları saymır. Hüquq-mühafizə orqanı ona Azərbaycanda yaşadığını, Azərbaycan qanunlarına tabe olmalı olduğunu xatırlatmalıdır”.

“Yeni Müsavat” əməkdaşı məsələ ilə bağlı “Biləsuvar-Quşçuluq” ASC-nin rəhbəri ilə əlaqə saxlayıb. O, ittihamlara münasibət bildirməkdən yayınıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mahir Mirzəyev işdən çıxarılıb? - NƏ BAŞ VERİR?


Yardımlı rayon İcra Hakimiyyətinin başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mahir Mirzəyevin işdən çıxarıldığı bildirilir.

Qlobal.az-ın əldə etdiyi məlumata görə buna səbəb Daşkənd küçəsində avtomobil yolunun ( L=3,3km), H Əliyev küçəsində avtomobil yolunun təmiri (Qəbiristanlığın altı L= 0.2 km), Bozayran İƏD-nin Bozayran kəndində avtomobil yolunun təmiri (çay yolu L=0,4km), Yardımlı şəhəri Şəhid Elçin Mansurov küçəsində avtomobil yolununun təmiri (L=0,5km), Yardımlı şəhər İƏD-nin V.Məmmədov küçəsində avtomobil yolunda istinad divarın təmiri işlərinin satınalınması üçün keçirilmiş tenderdə külli miqdarda dövlət vəsaitinin mənimsənilməsidir.

İddialara görə bu vəsait rayon icra hakimiyyətinin rəhbərliyi tərəfindən mənimsənilib, lakin bu hadisənin Maliyyə nazirliyi tərəfindən araşdırılmasından sonra məsələnin daha da böyüməməsi üçün Mahir Mirzəyevin işdən çıxarıldığı deyilir.

Məlumata görə Yardımlı rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov həm də bu addımı ilə özünü hədəfdən yayındırdığı iddia edilir.

Xatırladaq ki, sözügedən tenderdə büdcədən 754.726 manat ayrılıb.

Bundan daha əvvəl də – 2021-ci ilin sentyabr ayının 20-də Yardımlı rayon İcra Hakimiyyəti “Yolların təmiri işlərinin satın alınması” lotu üzrə tender keçirib. Bu tenderdə dövlət büdcəsindın 739 min vəsait xərclənib.

Hər iki tenderdə qalib olunan təşkilatların “YUZAR İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyətinin və “Elnur-2” Universal İstehsalat Kommersiya Şirkətinin fəaliyyəti barədə açıq internet resurslarında heç bir məlumata rast gəlinmir.

Xatırladaq ki, Azərbaycanda yüksək vəzifəli şəxslərin qohum-əqrabalarının, yaxın ətraflarının adlarına şirkətlər təsis edərək vəzifə səlahiyyətlərindən istifadə edib dövlət satınalmalarında bu şirkətləri qalib elan edərək büdcə vəsaitlərini mənimsədikləri barədə mediada çox yazılıb. Prezident İlham Əliyev cənabları da Şəmkir və Cəlilabad rayonlarının icra başçılaını vəzifəyə təyin edərkən bu məsəni xüsusi vurğulayaraq belə halların yolverilməz olduğunu bildirmişdir.

Yardımlı rayon İcra Hakimiyyətindən xəbərə mövqe öyrənə bilmədik. //Qlobal.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Masallıda məmur işçiləri başına yığdı və HƏDƏLƏDİ... - ŞOK İDDİA

Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin müdiri Nəsimi Nəsibov dünən iclas cağıraraq tabeliyində olan işçiləri hədələyib.

Bu barədə idarənin işçiləri Arqument.az-a məlumat veriblər.

Onların sözlərinə görə, biznesdən birbaşa meşə sahəsinə direktor təyin olunan Nəsimi Nəsibovun idarəetməsində korporativ maraqlar həmişə ön plandadır.

Bu səbəbdən illərlə meşəçilik sahəsində təcrübəsi olan işçilərlə kobud rəftar edir.

Direktorun iclas keçirməsinin səbəbi Qəriblər meşəbəyliyində qanunsuz ağac qırıntıları olub. Belə ki, Tariyel Ağayevin meşəbəyi olduğu meşənin 8 saylı dolayında qanunsuz qırıntılarının ictimailəşməsi Nəsimi Nəsibovu hiddətləndirib.
Masallıda məmur işçiləri başına yığdı və HƏDƏLƏDİ... - ŞOK İDDİA

Məcbur qalıb, qanunsuz qırıntıları sənədləşdirib və işlik material halına salınmış ağac məmulatlarını idarənin anbarına təhvil verib.

İclasda Nəsimi Nəsibov Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin xidməti ərazində baş verən özbaşınalıqların ictimailəşməsində işçiləri birbaşa günahkar bilib və mediaya məlumat “ötürən”ləri işdən çıxarmaqla hədələyib. Həmçinin işçilərin telefonlarını araşdıracağını və dinlədəcəyini də sözlərinə əlavə edib.

Görünür, Nəsimi Nəsibov vəzifəsindən əlavə hüquq-mühafizə orqanlarının xidməti səlahiyyətlərini də əldə edib…

İddialarına görə, direktor iclasda Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə işdən çıxarılan işçilərin işə bərpasına da münasibət bildirib və əcəb etdiyini deyib.

İşçilər media vasitəsi ilə nazir Muxtar Babayevdən Nəsimi Nəsibovun özbaşınalıqlarına “dur” deməsini tələb edirlər.

İşçilər bildirir ki, Nəsimi Nəsibovun direktor olduğu müddət obyektiv araşdırılsa, o, cinayət məsuliyyətinə cəlb olunacaq. Xüsusən də Nəsimi Nəsibovun yığılmış cərimələrin ödənilməməsində xüsusi canfəşanlığı diqqət çəkir… //Arqument.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Haçan bu növbə çatacaq? Bu uşaq əlifbanı bilmir, adını yaza bilmir" - NARAZILIQ VAR!

Masallı rayonunun Ərkivan qəsəbə sakini Zahir Əmənov deyir ki, onun 10-yaşlı nəvəsi nə yazmaq bilir, nə də oxumaq. Onun deməsinə görə, nəvəsinin yaddaşında problemi var.

Z.Əmənov əlavə edir ki, uşağa diaqnoz qoymaq üçün neçə aydır ki, tibb müəssisələrini gəzirlər: "Ərkivan 1 saylı məktəbdə oxuyurdu. Heç nə yadında qalmırdı. Məktəbdən çıxartdıq. Bir ildir məktəbə getmir. Onunla danışanda baxa-baxa qalır. Yaddaşında problem var".

Babanın vurğulamasına görə, müxtəlif səhiyyə müəssisələrində olublar, nəvəsi müayinələrdən keçib: "Dedilər ki, xəstəliyi müəyyənləşməlidir. Rayonda xəstəliyi müəyyən edə bilmədilər. Apardıq Bakıya. Təsdiq etdilər ki, bunda yaddaş qüsuru var. Fikirləşdik ki, xəstəliyi müəyyənləşibsə, onun pensiya təyinatında problem olmayacaq. Amma gözlədiyimiz kimi olmadı".

O deyir ki, müraciət etdikləri səhiyyə ocaqlarında adamı get-gələ salırlar: "Bakıdan qayıdandan sonra dedilər ki, uşağı Lənkəran şəhər Regional Psixiatriya Xəstəxanasına aparmaq lazımdır. Orada da xəstəliyi təsdiqini tapdı. Müayinədən keçdi... Yenidən Masallıya göndərdilər. Masallıda komissiya yekdilliklə rəy verdi ki, bunda xəstəlik var. Yenidən getdik Lənkərana. Lənkəran bunu ya qaytarmalı idi, ya da təsdiq etməli idi. Bizə cavab verməlidirlər. Hər dəfə gedirik, deyirlər, növbə var".

Z.Əmənov xatırladır ki, Masallıdan Lənkərana 30 kilometrə yaxın yoldur: "Heç olmasa, desinlər ki, növbədə neçənciyik. Haçan bu növbə çatacaq? Bu uşaq əlifbanı bilmir, adını yaza bilmir. Müəllim ayrılmalıdır, pensiya təyin edilməlidir. Tam qapalı şəraitdə işləyirlər. Yeri gələndə deyirlər ki, uşağı qabağa salsaq, başqaları nə deyər? Başqaları kimdir? Növbəni müəyyənləşdirsinlər, biz də həmin vaxtda gələk".

Lənkəran şəhər Regional Psixiatriya Xəstəxanasının baş həkimi Ramil Hüseynzadə də onlara müraciət edən xəstələrin sayının çox olduğunu, buna görə növbə yarandığını deyir: "Mən o adamın sənədinə baxmamışam. Altı rayondan gələn sənədlər işlənməlidir. İnanılmaz iş var burada. Hələ dekabr və yanvar aylarının sənədləri işlənilib. Heç kimin haqqı pozulmur. Növbə var. Uşaqların sənədlərinə birinci növbədə baxılır".

Baş həkimin vurğulamasına görə, onlara bütün müraciət edənlərə cavab veriləcək: "Bura gəlməyə ehtiyac yoxdur. Biz onlayn qaydada sənədləri işləyirik. Pensiya məsələsinin təhsillə əlaqəsi yoxdur. Təqaüd almadan da müəllim müəyyənləşdirilə bilər. Hər bir xəstənin diaqnozu var, ona uyğun olaraq işlənilir, növbə sistemidir".

Şikayət ilə bağlı yerli təhsil şöbəsi ilə danışmaq mümkün olmayıb. //azadlıq radiosu//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sahibkarları BELƏ BOĞAZA YIĞIRLAR: `Sanki narkotik satırdım...` - Burası AZƏRBAYCANDIR!

Astara rayonunda bağlanan və qismən fəaliyyətsiz qalan müəssisələr var.

Bu rayonunun Ərçivan qəsəbəsinin ərazisində yerləşən "FAR-EL" MMC-nin son 10 ildə bir neçə obyekti bağlanıb.

Bunlar un istehsal edən dəyirman, su qablaşdıran, çörək bişirən sexlər və yanacaqdoldurma məntəqəsidir.

"Cərimələr məni boğaza yığdı"

Cəmiyyətin sədri Rafiq Cəfərov həmin iş yerlərinin bağlanmasının səbəbini belə izah edir: "Cərimələr, başqa istəklər məni boğaza yığdı. Sanki narkotik satırdım. İndi ancaq əkin sahələrim var".

Rayonun Maşxan kəndində tomat zavodu var. Amma indi onun tam gücü ilə işləmədiyi söylənir.

Müəssisənin rəhbərliyi ilə isə danışmaq cəhdləri nəticə vermir.

"Kəndin onlarla sakini burada çalışırdı. Mən də burada işləyirdim. İş yaxşı gedirdi, maaş alırdıq. Amma nəsə maliyyə məsələləri üzündən problemlər oldu. Heyf, indi işsiz qalmışam. Kəndin cavanları Qaradağa daş vurmağa gedirlər. Haradadır iş!", - adının çəkilməsini istəməyən bir kənd sakini söyləyir.

Maşxan kəndində daha bir müəssisə - kərpic zavodu yerləşir. Rəsmi məlumatlara görə, bu zavodu işə salmaq üçün 2007-ci ildə Sahibkarlığın İnkişafına Kömək Milli Fondu 200 min manat kredit də ayırıb. Amma yerli sakinlərin iddiasına görə, bu müəssisə də indi tam gücü ilə işləmir. Bu müəssisənin rəhbərliyi ilə də danışmaq mümkün olmayıb.

Dörd çay fabrikindən biri...

Rayonun ərazisində dörd çay fabriki var.

Onlardan da birinin fəaliyyətinin dayandığı bildirilir.

Qalan çay fabriklərinin də tam gücü ilə işləmədikləri söylənir.

Yerli rəsmilər baş verənlərin səbəblərini sahibkarlardan soruşmağı məsləhət bilirlər.

Sahibkarlar isə mətbuata danışmağa üstünlük vermirlər.

"Rayonda 542 müəssisə qeydə alınıb"

İctimai fəal Asən Həşimli də deyir ki, rayonun ərazisində "ölü" müəssisələr çoxdur: "Rayonda ildə uzaqbaşı min tona yaxın yaşıl çay yarpağı istehsal olunur. Bu fabriklərin hər birinin gücü isə ildə üç-dörd min tondur. Son illərdə rayonda bir neçə dəyirman tikdilər. Açılış etdilər, alqışlar dedilər. Onların eləsi var ki, açılışdan sonra işi dayandı. Ölü müəssislərdir. Məsələn, rəsmi məlumata görə rayonda 542 müəssisə qeydə alınıb. Bunun 92-si dövlətin, 450-si isə xüsusi mülkiyyətdir. Bu qədər müəssisə varsa, nə üçün işsizlik baş alıb gedir? Nə üçün iş axtarmaq üçün Bakı şəhərinə üz tuturlar?".

©AzadlıqRadiosu
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xocavənd, Şuşa və Xocalı istiqamətlərindəki mövqelərimiz atəşə tutuldu


İyunun 22-si saat 02:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Brun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bundan başqa, iyunun 21-i saat 23:05-dən iyunun 22-si saat 08:15-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd, Şuşa və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri də atıcı silahlardan fasilələrlə atəşə tutulub.

Bölmələrimiz tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Həmçinin qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun Ağdam və Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan mühəndis işləri dərhal dayandırılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
DTX Azərbaycan vətəndaşı olan 13 terrorçunu həbs etdi - Video

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılmış araşdırmalar nəticəsində Azərbaycan Respublikasının vətəndaşlarından ibarət, ölkə hüdudlarından kənarda terror aktlarının törədilməsi ilə müşayiət olunan, dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində aparılan silahlı münaqişələrdə iştirak etmək məqsədilə qeyri-leqal yollarla Suriya Ərəb Respublikasının ərazisinə keçdikdən sonra həmin dövlətin İdlib şəhərində xüsusi hazırlıq düşərgəsində təlimlərə cəlb olunaraq müxtəlif növ odlu silahlardan istifadə qaydalarına yiyələnmiş, “Taifatul Mansura” adlı qanunsuz silahlı dəstənin tərkibində döyüşlərdə iştirak etmiş sabit qrupun üzvləri müəyyən olunub və barələrində beynəlxalq axtarış elan edilib.

Bununla bağlı DTX məlumat yayıb.

Başlanılmış cinayət işi üzrə həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə yuxarıda qeyd olunan cinayət əməllərini törətmiş 13 nəfər Azərbaycan Respublikası vətəndaşının - Abdullayev Şəmil Töhüd oğlu, Ağamətov Murad Əlibala oğlu, Quliyev Murad Firudin oğlu, Rüstəmov Fərhad İsə oğlu, Sultanov Sultan İdris oğlu, Hüseynov Nəcməddin Nəzir oğlu, Mahmudov Hikmət Sahib oğlu, Əliyev Mais Telman oğlu, İsmayılov İsmayıl Aydın oğlu, Babayev Şəhriyar Rahim oğlu, Muradov Hacı Arif oğlu, Baxışov Əlövsər Əlisafa oğlu və Əsədov İntiqam Şirin oğlunun xarici ölkə ərazisində gizləndikləri yerlər müəyyənləşdirilmiş və onlar beynəlxalq axtarışa dair qarşılıqlı hüquqi yardım proseduru çərçivəsində müvafiq tədbirlərlə saxlanılaraq Azərbaycan Respublikasına gətiriliblər.
Sözügedən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədilə sabit qruplar yaratma, həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunaraq, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO