[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Əmək pensiyaları haqqında” qanun Qarabağ qazilərinə niyə tətbiq olunmur? - ETİRAZ


“Hərbi qulluqçuların pensiya təminatı” haqqında 29.04.1992-ci il tarixli qanunun ləğv edilərək , 2006-cı il ildən pensiyaların ödənilməsinin “Əmək pensiyaları haqqında” qanuna uyğun olaraq DSMF-ə verilməsi hərbi pensiyaçılara ciddi problemlər yaradıb və hələ də bu problemlər çözülmür. Belə görüntü yaranır ki, yeni qanun hərbiçilərə aid deyil.

Ən birincisi, qanunun 26.1-ci maddəsinin tələbinə əməl edilməyib. Həmin maddəyə görə , əvvəllər təyin edilmiş pensiyanın ümumi məbləği ( bütün ƏLAVƏLƏR, LƏĞV EDİLMİŞ GÜZƏŞTLƏRİN ƏVƏZİNƏ VERİLƏN KOMPENSASİYALAR və ödəmələrlə birlikdə) dəyişdirilmədən şərti çevrilməsi aparılır. DSMF isə Prezidentin 26.12.2001 tarixli “Kommunal , nəqliyyat və digər xidmətlər üzrə GÜZƏŞTLƏRİN aylıq MÜAVİNƏTLƏRLƏ ƏVƏZ OLUNMASI haqqında” 613 saylı Fərmanı əsasında Qarabağ əlillərinə verilən 26 manatı , Prezidentin 29.12.2000 tarixli 597 saylı “ Əlil olmuş və digər kateqoriyadan olan bir sıra vətəndaşlara DÖVLƏT YARDIMININ artırılması haqqında” Sərəncamına əsasən 50000-70000 manat (hazırda 10-14 manat) arası aylıq yardımı kəsib. Və nə bərpa edir, nə də yeni qazilərə (eləcə də şəhid ailələrinə) şamil edir. Əmək pensiyasını “Əmək pensiyaları haqqında” qanuna uyğun ödəməyə borclu olan dövlət orqanı 2006-cı ildə qəbul edilmiş “Sosial müavinətlər haqqında” qanunun (11.1.5 maddəsinin) prezident aktlarına qadağa qoyduğunu bildirir . Əsassız əsaslandırma göz önündədir. Birincisi, əmək pensiyaçısına “Sosial müavinətlər haqqında” qanunun tətbiq edilməsi yolverilməzdir; ikincisi , prezident aktlarının adından görünür ki, savaş ƏLİLLƏRİNƏ ləğv edilən güzəştin əvəzinə aylıq müavinət və dövlət yardımı verilməsi qərara alınıb və aktların icrasının tətbiqini qərarlaşdıran NK müavinətlərin pensiya alanlara ödənməsini ƏƏSMN tabeliyində DSMF-in üzərinə qoyub. DSMF yetkililəri isə güzəşt əvəzi kompensasiyanı qanunsuz olaraq və bilərəkdən qadağa amacı ilə “sosial müavinət” kimi sırıyırlar. Halbuki prezident aktı müavinəti ünvanladığı sosial kateqoriyanı konkret göstərir: ƏLİLLİYİ OLAN ŞƏXS! Şəxs əlildirsə, MÜTLƏQ ya ƏMƏK PENSİYASI alır, ya da SOSİAL MÜAVİNƏT. Yəni prezident aktı ilə Qarabağ əlillərinə ayrılan müavinət həm əmək pensiyası , həm də sosial müavinət alanlara nəzərdə tutulub. Bunu anla(t)maq bu qədər çətindir? “Sosial müavinətlər haqqında” qanunun əmək pensiyaçılarına nə aidliyi var? Qarabağ əlillərinə gəldikdə, əmək pensiyası hüququ olmayanlara müəyyən edilən sosial müavinətin məbləği hazırda 270 manatdır və qanunun 5-ci maddəsinə görə, bir neçə sosial müavinət hüququ olanlara müavinətin ən yuxarısı seçilir. DSMF yetkililərinin məntiqindən belə çıxır ki, Qarabağ əlili 270 manatlıq müavinət əvəzinə , on dəfədən də az 26 manatı seçib?! Və indi də əmək pensiyaçısı kateqoriyasına keçdiyindən həmin 26 manatlıq sosial müavinətin verilməsi “Sosial müavinətlər haqqında” qanunun 11.1.5 maddəsi əsasında dayandırılıb ?! Onu da vurğulayaq ki, Prezidentin 29.12.2000 tarixli 597 saylı “ Əlil olmuş və digər kateqoriyadan olan bir sıra vətəndaşlara dövlət yardımının artırılması haqqında” Sərəncamında , ümumiyyətlə, “kommunal” sözü yer almır, amma Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial bu aktla ayrılan müavinətin də “kommunal xidmətlərə görə sosial müavinət” adı ilə verilməsinə qadağa qoyub.(?) Görəsən, bu nağıllara nəzarətedici qurumların “rüsum haqqı” nə qədərdir? Bu özbaşınalığa son qoyulmursa, onda qazi, şəhidlərin haqqının , qanpulunun “nəzarət qaydasında” ortaq yeyilməsi şübhələri əsaslıdır.

Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı “Əmək pensiyaları haqqında” qanunun 29.2 maddəsini də Prezidentin 23.12.2021 tarixli , 1525 saylı fərmanı ilə hərbi vəzifə maaşlarına müəyyən edilən 20 faizlik əlavəyə uyğun Qarabağ əlillərinə , şəhid ailələrinə, hərbi pensiyaçılara tətbiq etməyib. Bu maddə 13.05.2022 tarixli qanunla ləğv edilib və Filial 2022-ci ildə qəbul edilən qanunu geriyə- 2021-ci il tarixli prezident aktına təbiq edərək 20 faizlik əlavəni hesablamaqdan imtina edir. Halbuki Konstitusiyanın 149-cu maddəsinin Vll hissəsinə görə, qanunun geriyə qüvvəsi yoxdur; yalnız hüquqi və fiziki şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktları qüvvəsi geriyə şamil edilir. Filial niyə qazilərin, şəhid ailələrinin durumunu pisləşdirən qanunu geriyə tətbiq edir, anlamaq olmur.

Yeri gəlmişkən , həmin 13.05.2022 tarixli qanuna dəyişikliklə “Əmək pensiyaları haqqında” qanuna 37.3.2-1 maddəsi əlavə edilib. Bu maddəyə görə, əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş əlil və şəhid ailələrinin pensiyaları onların ƏRİZƏLƏRİ əsasında 37.3.1 və 37.3.2 maddələrinə əsasən yenidən hesablanır. Qanunda yazılıb ki,yaşa, əlilliyə görə pensiya təyin edilmiş şəxs İŞLƏMƏKDƏ DAVAM EDƏRSƏ, onun pensiya təyin olunduqdan , ..İŞLƏMƏYƏN ƏMƏK PENSİYAÇISI KATEQORİYASINA KEÇDİYİ TARİXƏDƏK olan dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki ..sığorta stajına əsasən , əmək pensiyasının sığorta hissəsi AVTOMATLAŞDIRILMIŞ qaydada, Qanunun 20-ci maddəsinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin ,yəni HƏRBİ ƏLİLLƏRİN və ŞƏHİD AİLƏLƏRİNİN pensiyaları isə ƏRİZƏLƏRİ əsasında YENİDƏN HESABLANIR. Qanunverici İŞLƏMƏKDƏ DAVAM EDƏN pensiyaçıların yığılan pensiya kapitalına uyğun pensiyalarının YENİDƏN HESABLANMASINI təsbit edir, pensiyanı yenidən hesablamalı orqan- Filial isə imtina edir ki, pensiyaçı İŞLƏMƏKDƏ DAVAM EDİR.(?) Absurd deyilmi? “İşləməyən əmək pensiyaçısı kateqoriyası” deyildikdə isə yaşa, əliliyə görə , son yaş həddinin nəzərdə tutulması aydındır. Yoxsa, yaşa, əlilliyə görə pensiya təyin olunduqdan sonra İŞLƏMƏKDƏ DAVAM ETMƏYƏ görə pensiya YENİDƏN HESABLANMAZDI.

Ümumiyyətlə, qsnunvericiliyin tələbləri savaş adamlarına şamil edilmir. Onda bu qanunların qəbul edilməsinə nə ehtiyac var? Yalnız qadağalar tətbiq edilir. Qarabağ əlilləri və şəhid ailərinin ləğv edilən 29.2 maddəsi əsasında əvvəllər tutmuş olduqları vəzifələr üzrə təminat xərcliyinin artımına uyğun pensiyalarının yenidən hesablanmasından imtina, bilirsiniz necə əsaslandırılıb? Orduya yararsız əlil, şəhid hərbçi SIĞORTA HAQQI ÖDƏMİR! GÜLÜNCDÜR, ŞƏHİDDƏN MƏCBURİ SIĞORTA HAQQI ÖDƏMƏK TƏLƏB OLUNUR!

DİA.AZ
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İş adamı hüquqşünasdan GİLEY ETDİ... - TƏFƏRRÜAT
Teref.az yazır ki, sosial şəbəkələrdə "PriuSServiS Bakı" səhifəsi və səhifənin admnistratoru Nadir Əliyev özünü hüquqşunas kimi təqdim edən Şahlar Ramazanovu dələduzluqda ittiham edib. "Universal avtoservis 044" avtoservisinin rəhbəri olan Nadir Əliyev öz səhifədə yayımladığı şikayətində yazır:
"Səhifəmizin izləyicisi olan sürücülərin və avtoservis işçilərinin nəzərinə:
- bu adam Şahlar Ramazanov özünə 7 priusdan ibarət olan taksi xidməti göstərən avtopark yaradıb və bir müddət maşınların təmirini bizim servisə həvalə etmişdi.
Əvvəllər təmir pulunu vaxtında ödəyirdi, sonra isə etibarımızdan istifadə edib 800 manata yaxın xidmət haqqımızı ödəməyib.
İndi nə telefona cavab verir nə də pulumuzu ödəyir. Onu da deyim ki dediyinə görə hüquqşünasdır.
Bizdə olan məlumata görə daha 4 servisə ödəniş etməyib, hətta sürücülərin də əmək haqqını ödəməyib. Sizə də iş birliyi təklif edərsə ayıq olun. Bu adam dələduzluq edir.
Biz artıq 102 xidmətinə şikayətimizi yazdıq."
Terefg.az olaraq Nadir bəylə əlaqə saxladıq və Nadir bəy aşağıda sölədiklərini yazdıqlarına əlavə etdi:
- Bu adam bizm etibarımızdan sui istifadə edərək pulumuzu vermir. Bu pullar işçilərin puludur. Vicdansızlığın dərəcəsinə baxın ki, gecə gündüz işləyib onun maşınlarını sazlayan əliqabarlı fəhlələrin pulunu yeyir və özüdə güya hüquqşunasdır. Gizlənir bizdən, zənglərə cavab vermir. Halal pulumuzu ala bilmirik.Artıq polisə müraciət etmişik. Hər halda polisimiz belə dələduzların öhdəsindən gələr.
Ümid edirik ki, Şahlar Ramazanov bu anlaşılmamazlığa aydınlıq gətirərək avtoservisin pulunu ödəyər və hüquşunas adına ləkə gətirən məsələni aradan qaldırar!
Redaksiya qarşı tərəfində mövqeyini dərc etməyə hazırdır!

İş adamı hüquqşünasdan GİLEY ETDİ... - TƏFƏRRÜAT

Teref.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Buralar nəinki mərkəz deyil... heç tibbə aidiyyatı yoxdur! - İLGİNC İDDİALAR...

Dünən paylaşılan bir xəbər yazacağımız mövzu ilə bağlı olduğu üçün lap yerinə düşdü. Belə ki, yayılan xəbərdən bəlli olur ki, yaralı qadın 11 saylı Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən Sabunçu Tibb Mərkəzinə gətirilib.
Məlumatdan o da bəlli olur ki, təcili yardım xidmətinin əməkdaşları yaralını xərəklə rentgen otağına apararkən XƏRƏK NASAZ olduğundan qadın orada yerə düşüb və ağır xəsarət alaraq ölüb. Bu 3 cümlə Azərbaycan səhiyyəsinin necə, hansı durumda olduğunu çox dəqiq göstərir. Doğrudan da, XXI əsrdə Azərbaycanda Kardiologiya İnstitutunda rentgen aparatı yoxdursa, ağır xəstə bir arayış almaq üçün 5-6 tibb müsəssisəsini dolaşmalıdırsa, yaxud xərəkdən yıxılaraq ölürsə, indi özünüz səhiyyəmizi təsəvvür edin... Yaxud Allah qoymasa, cərrah həkim xəstənin kor bağırsağı əvəzinə onun nazik bağırsağını kəsib ömürlük şikəst edirsə, hansı səhiyyədən danışmaq olar..?
Vallah bura qəssəbxana deyilsə necə olar?.. Yaxud dövlət 100 minlərlə vəsait ayırır, müasir tibbi avadanlıqlar alınır, baş həkimlər isə həmin avadanlıqları özəl xəstəxanalara satırsa, biz nədən danışa bilərik...
Sözün qısası, Sabunçu Tibb Mərkəzində xəstənin xərəkdən yıxılb ölməsi mövzuya giriş oldu... Ümumiyyətlə, Sabunçu Tibb Mərkəzinin tabeçiliyində olan 2 nömrəli Doğum Evində, 5 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında, 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında, 3 nömrəli Şəhər Klinik Xəstəxanasında vəziyyət dözülməz həddə çatıb.
Məlumat üçün qeyd edək ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Mərkəzin direktoru vəzifəsinin icrasını Cahangir Həsənova həvalə edilib. O, buna qədər həmin tibb müəssisəsində direktor müavini olub. Sabunçu Tibb Mərkəzinin Baş tibb bacısı Roza Məmmədovanın, Şua-diaqnostika şöbəsinin müdiri Mürsəl Əliyevin, Heyran Quliyevanın, Məmməd Mövsümzadənin əməlləri barədə ötən yazılarda bəhs etdiyimiz üçün təkrarçılığa ehiyac görmədik. Bu yazıda əsasən 3 saylı Sabunçu Tibb Mərkəzində Mühafizə Xidmətinin rəisi olan Gərayın, Terapiyada reanimasiya şöbəsinin müdiri olan Elnarənin, baş mühasib Zəminənin, Kadrlar şöbəsinin müdiri Kəmalənin, Terapiya şöbəsində çalışan Nigar xanımın əməllərindən bəhs edəcəyik.
Ötən yazılarımızdan bəlli olduğu kimi, Mühafizənin rəisi Gəray Şua-diaqnostika şöbəsinin müdiri Mürsəl Əliyevin yaxın qohumudur. Gəray öz işindən başqa Tibbi Mərkəzdə bütün işlərə müdaxilə edir və gününün çoxu isə reanimasiya şöbəsinin müdiri olan Elnarənin otağında keçir və saatlarla oradan çıxmır. Gərayın qəbul zamanı qadını itələyərək yerə yıxması isə başqa bir yazının mövzusudur. Yeri gəlmişkən, bu barədə yotube-də material var.
Məlumata görə, Elnarə sabiq direktorun qızı, Suraxanıda 12 saylı poliklinikanın baş həkimi Günel xanımın baldızıdır. Deyilənlərə görə, reanimasiya şöbəsinin müdiri olan Elnarənin ali təhsili yoxdur... Bu sizə təəccüblü gəlməsin. Bu yaxınlarda Elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə çıxışı zamanı demişdir ki, həkim diplomu alıb harada, necə oxuduğu bəlli olmayan şəxslər var, Tibb Universitetinin rektoru ilə bu məsələni müzakirə etmişik.
Təsəvvür edirsinizmi, həkim diplomu var, amma haranı bitirdiyi bəlli deyil... Elnarə xanım da yəqin ki, bunlardan biridir. Tibbi Mərkəzin baş mühasibi Zəminə xanım da bekar dayanmır, onun-bunun adına maaş yazaraq mənimsəyir, işçilərin maaş kartlarını cibində gəzdirir. Hələ bu harasıdır...? Sabunçu Tibb Mərkəzinin Kadrlar şöbəsinin müdiri Kəmalə xanım isə işə götürülən şəxslərə konkret qiymət qoyub: Tibb bacısı işə düzəlmək üçün 6 min manat, sanitarka işə düzəlmək üçün 3 min manat, şöbələr arası yerdəyişmə üçün 600 manat verməlisən. Terapiya şöbəsindəki Nigar xanım da sağlamlıq arayışlarını 20-30 manata sataraq pul qazanır.
Yeri gəlmişkən, Mərkəzin hazırda direktoru vəzifəsini icra edən Cahangir Həsənovdan kollektivin gözləntiləri böyük idi. Çünki Cahangir həkim uzun illər mərkəzdə direktor müavini olub, hamı düşünürdü ki, müsbət dəyişikliklər edə bilər. Amma Cahangir Həsənov kollektivin ümidlərini doğrultmayıb.
Məlumat üçün qeyd edək ki, Sabunçu Tibb Mərkəzində 1-3-5-ci günlər hərbi çağırışçıların qəbul günüdür. Valideynlər tibb komissiyalarına gəlib getməkdən bezirlər, süründürməçilk baş alıb gedir, məqsəd də valideynlərdən pul almaqdır. Valideynlər deyir ki, bir hərbi çağırışçını neçə dəfə tibb müayinədən keçirirərlər. Dəfələrlə Sabunçu Tibb Mərkəzində İlqar Qaracayevin “neqodnu”, “narko-test” tibb arayışı biznesindən bəhs etmişik. Düzdür hazırda İlqar Qaracayev komissya sədri olmasa da, travmatologiya şöbəsinin müdiridir və köhnə ampuluasında qalmaqda davam edir. Sabunçu Tibb Mərkəzində başqa bir maraqlı persona da var. Kabinetində həmişə qara “oçki”də olur, bunun rəmzi mənası aydındır, bu barədə növbəti yazıda.
Yeri gəlmişkən, Tibbi Mərkəzin kollektivi yeni direktorun kim olacağını səbrsizliklə gözləyir. Deyirdilər ki, Respublika Klinik Xəstəxanasından Elgiz həkim gəlir. Nə isə gələsi olmadı. İndi kimlərsə yeni direktor axtarışına çıxıblar...
Redaksiyamıza daxil olan bir şok xəbər də var. Deyilənə görə, Mərkəzin bütün kameraları sabiq direktorun telefonuna qoşulub və o, burada baş verən hər olayı izləyir, hələ də mərkəzi öz nəzarətində saxlayır. Bütün bu sadaladıqlarımız bir müddət əvvəl oxşar qurumda, yəni Nizami Tibb Mərkəzində də baş verirdi. Ancaq Mərkəzin direktoru Nurməmməd Yarıyev cəzasını alandan sonra vəziyyət dəyişib. Ümid edirik ki, Sabunçu Tibb Mərkəzini rəzil günə qoyanları da eyni aqibət gözləyir. Kimin qohumu olursansa ol, fərq etməz.
Yazı çapa hazırlanarkən əldə etdiyimiz məlumatdan bəlli oldu ki, bu gün Cahangir Həsənov da vəzifəsindən azad olunub, deyilənə görə, Sabunçu Tibb Mərkəzinə sabahdan Respublika Klinik Xəstəxanasından gələn həkim rəhbərlik edəcək.
P.S. Özünüzün qara əməllərinizi gizlətmək üçün dostlarımızın qapısını döyməyin. //gundelik-baku.com//

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO