[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tikinti aləminin səmasında süzən `qanadıyoluq` “QARTAL”... - İLGİNC İDDİALAR...

Sözün düzü, haqqında yazmaq istədiyimiz Qartal Tikinti Firması ilə bağlı mediada çox az, hətta cüzi informasiyaya rast gələ bildik. Məlumdur ki, ötən əsrin 90-cı illərindən başlayaraq Azərbaycanda yüzlərlə, bəlkə də minlərlə tikinti kooperativləri, firmaları açılıb, fəaliyyət göstərib. Bunlardan biri də “Arzu” adlı şirkət olub. Sonradan bu firma adını dəyişərək Qartal Tikinti Firmasına çevrilib. Firmanın adını niyə dəyişməsi başqa bir yazının mövzusudur. Və niyə məhz QARTAL..?
Beləliklə Qartal Tikinti Firmasının fəaliyyəti ilə tanışlıq üçün firmanın https://qartal.az/ adlı saytına daxil oluruq. Və adi bir tikinti firmasının bu boyda sturuktura malik olması təəccübümüzə səbəb olur. Vallahi heç nazirliklərin, komitələrin bu boyda stukturu yoxdur. Firmanın saytında qeyd olunur: Qartal Tikinti Firması Azərbaycanda İnşaat Bazarında hündürlükdə işlər, telekomunnikasiya obyektlərinin tikintisi, xüsusi təyinatlı obyektlərin tikintisi, hərbi obyektlərin tikintisi, radar izləmə sistemlərinin tikintisi, radio-quraşdırma və digər tikinti – quraşdırma işləri ilə məşğul olur.
Deməli, bu firma Azərbaycanda hündür qüllələr tikir, amma o qüllələrdən neçə nəfərin yıxılması və…bağlı mediada bircə xəbər də yoxdur. Bunlar hələ harasdır..?
Qartal Tikinti Firmasının hətta Təlim-Tədris Mərkəzi də var və ona bu icazəni vaxtilə “Qosstandart” deyilən qurum verib.
Deməli Qartal Firması müxtəlif şəxslərə inşaat işləri ilə bağlı sertifikat verə bilər. Görəsən adi bir firmaya bu boyda səlahiyyətləri nə üçün veriblər. Biz hələ hərbi obyektlərin tikintisindən, radar quraşdırılmasından-zaddan danışmırıq.
Məlumat üçün qeyd edək ki, firmanın direktoru Şahin İdris oğlu Məmmədovdur. Firmanın saytından görünür ki, bu adamın xeyli sayda müavini, müşaviri-zadı var. Və ən əsası vəzifəli şəxslərin çoxu öz qonum-əqrəbasıdır. Şübhəniz varsa, buyurun firmanın saytına daxil olub baxın: Firma direktorunun birinci müavini Tural Məmmədovdur, Firma direktorunun digər müavini, BP layihəsi üzrə layihə meneceri Tərlan Məmmədovdur, Firmanın baş mühasibi Anjela Məmmədovadır, Baş mühasibin müavini Dünyaxanım Məmmədovadır.
Bir sözlə, Məmmədovların ailə firması. Bəli, cənab Şahin Məmmədov firmada baş verən bütün maxinasiyaları, tikinti zamanı baş verən qəzaları, xəsarət alanları, hətta ölüm hallarını, vergidən yayınmaları, “obnaliçka”nı, çirkli pulların yuyulmasını və s gizlətmək üçün ətrafına ancaq öz qohumlarını yığıb. Çox maraqlıdır bu boyda firmaya rəhbərlik edən şəxs öz tərcümeyi-halında özü barəsində çox mətləblərə toxunsa da, 1990-1993-cü illərdə Bakı şəhərində Azərbaycan Assosiasiyasının Qartal Firmasının direktoru olmasından bəhs etsə də….keçmiş şəriklərindən , onlara necə atmasından, onların haqqını necə yeməsindən qəti söz açmır. Və demir ki, keçmiş şəriki Oqtay Mustafayev onun üzünə nə deyib, daha dəqiq desək, onun üzünə nə …edib….? Bu adam hətta siyasətə də baş vurur, deyir ki, istədiyim adamı icra başçısı, deputat qoya bilərəm. Amma hökumətin fəaliyyətini bəyənmir.
Görəsən bu adam kimə bu qədər güvənir..? Biz əbəs yerə yazmadıq ki, Şahin Məmmədov firmasının adını niyə dəyişib QARTAL qoydu..? Biz əbəs yerə yazmadıq ki, bu adam hərdən siyasətə də başını soxur. Qardaş Türkiyədə keçirilən sonuncu prezident seçkilərində Ərdoğana deyil, Kılıcdaroğluna dəstək verib…. Bizə elə gəlir ki, hələlik bu qədər yazmağımız Hüquq Mühafizə Orqanlarının, onun barəsində istintaq işinin başlanmasına bəs edər…. //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zakir Həsənov separatçıların təxribatlarının qarşısının dərhal alınması barədə tapşırıq verdi - FOTO

2023-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun Əməliyyat (Komando), motoatıcı, mexanikləşdirilmiş bölmələrinin komandirləri və onların müavinləri ilə Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində keçirilən təlim-metodiki toplanış başa çatıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti iyunun 1-də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinə gələrək təlim-metodiki toplanış ilə bağlı rəhbər heyətin məruzələrini dinləyib.

Bildirilib ki, komandir heyəti ilə müasir döyüşdə taktiki fəaliyyətlərin hazırlanması və aparılması, hərtərəfli təminatın təşkili, müxtəlif ərazi və hava şəraitində bölmələrin və atəşin idarə edilməsi, eləcə də digər mövzularda yeni biliklərin aşılanması məqsədi ilə metodiki məşğələlər keçirilib.

Təlim metodiki toplanışın gedişatını müsbət qiymətləndirən general-polkovnik Z.Həsənov toplanışın yekununda şəxsi heyət qarşısında çıxış edib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin mayın 28-də Laçın şəhərinə qayıdan əhali ilə görüşdə çıxışında Qarabağ iqtisadi rayonunda qeyri-qanuni fəaliyyət göstərən, özlərini “parlament”, “prezident”, “nazir”, “deputat” adlandıran ünsürlər barədə səsləndirdiyi fikirləri və onlara tətbiq oluna biləcək amnistiya şərtlərini bir daha toplanış iştirakçılarının diqqətinə çatdırıb.

Müzəffər Ali Baş Komandanın Qarabağ iqtisadi zonasında təhlükəsizliyin təmin edilməsi ilə bağlı çıxışlarından irəli gələn, Azərbaycan Ordusunun qarşısında duran tapşırıqların qısa zamanda yerinə yetirilməsinin zəruriliyi qeyd edilib.
Dövlətimizin başçısının Azərbaycan Ordusuna yüksək diqqət və qayğı göstərdiyini vurğulayan müdafiə naziri bildirib ki, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizlik tədbirlərinin daha da artırılması üçün 1 milyard 105 milyon manat, o cümlədən xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər üçün 1 milyard manat əlavə edilməsi Orduda aparılan islahatlar çərçivəsində yeni müasir silah və hərbi texnikanın alınmasına imkan verəcəkdir.
Sonra Azərbaycan-Ermənistan şərti sərhədi və Qarabağ iqtisadi rayonundakı əməliyyat şəraiti təhlil edilib.

Son vaxtlar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi daşımaları həyata keçirməsi, bölmələrimizin mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstərməsi, eləcə də Ağdam, Tərtər və digər rayonlar istiqamətlərində Ordumuzun mövqelərini atəşə tutması nəticəsində yarana biləcək gərginlik xüsusi vurğulanıb.

Müdafiə naziri qeyri-qanuni erməni silahlı birləşmələrinin fəaliyyətlərinin fasiləsiz müşahidəsinin bundan sonra da davam etdirilməsi, eləcə də törədilə biləcək istənilən təxribatın qarşısının dərhal və qətiyyətlə alınmasına daim hazır olmaq barədə konkret tapşırıqlar verib.

Nazir, həmçinin hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi məqsədilə keçirilən döyüş hazırlığı tədbirlərində müasir döyüş üsulları, arsenala yeni daxil edilən silah və hərbi texnikanın effektiv tətbiqi qaydalarının şəxsi heyətə öyrədilməsinin vacibliyini vurğulayıb.

General-polkovnik Z.Həsənov xidməti-döyüş fəaliyyəti zamanı təhlükəsizlik qaydalarına ciddi əməl edilməsini, bu qaydaların müntəzəm olaraq şəxsi heyətə çatdırılmasını, həmçinin onlara riayət olunmasına daim nəzarət edilməsini tapşırıb.

Sonda qoşun xidmətinin təşkili, xidməti və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması, həmçinin mühəndis və tibbi təminat üzrə zəruri tədbirlərin davam etdirilməsi ilə əlaqədar vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyulub.
Zakir Həsənov separatçıların təxribatlarının qarşısının dərhal alınması barədə tapşırıq verdi - FOTO
Zakir Həsənov separatçıların təxribatlarının qarşısının dərhal alınması barədə tapşırıq verdi - FOTO


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şəkidəki sərhədçilər görün nə işlə məşğuldurlar: - Onlara bu səlahyyəti kimlər verib?

Şəki Sərhəd Dəstəsinin tabeliyində olan Baş Kəldək kəndi ərazisindəki sərhəd zastavasının rəisi səlahiyyətlərini aşaraq, müşahidə postunu necə gömrük funksiyalı bir məntəqəyə çevirib. Rusiya ilə sərhəddən xeyli uzaq məsafədə quraşdırılan bu postda az qalırlar adamdan xarici pasport istəsinlər. Nəticədə ətrafdakı kəndlərin sakinləri və həmin əraziyə istirahətə gedən vətəndaşlar incidilir. Gözlərimizin önündə Bakıdan istirahət üçün həmin əraziyə üz tutan onlarla vətəndaş bu yoxlamalar nəticəsində yaranan növbədən bezərək elə oradan da geri qayıtmaq qərarını verdilər. Əminik ki, Dövlət Sərhəd Xidmətinin Komandanı cənab Elçin Quliyev bu özbaşınalığa son qoyulması ilə bağlı lazımi göstərişi verəcək.

DİA.AZ azinforum.az -a istinadla həmin ərazidən hazırlanan videoreportajı təqdim edir:
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Problemi m10 bankın, bank isə m10-un üstünə atır..." - GİLEY

Elektron pulqabım m10-dan Azərbaycan Beynəlxalq Bank kartıma pul göndərmişəm. Hesabımdan pul çıxıb, ancaq həmin pul bank kartıma oturmayıb. Mənimlə top kimi oynayırlar.

Tribunainfo.az yazır ki, bu şikayəti Mudar Səlimli dilə gətirib. O bildirib ki, pul yoxa çıxıb, problemi isə m10 bankın, bank isə m10-un üstünə atır:

“Əslində m10-luq heç nə yoxdur. Təsdiqləmə kodunu verirlər, hətta “Azerikart”dan mesaj da gəlib ki, pul mədaxil oldu. Bəs onda bu nə məsələdir? Birdən mənə pul təcili lazım olardı, nə olacaqdı? İndi mən 100 manata görə banka getməliyəm. M10-dan bildiriblər ki, Beynəlxalq Bankda belə hallar olur. Sizə də bildirirəm ki, bunu nəzərə alın. Kiməsə təcili pul lazım olar, pis vəziyyətdə qalarsınız”.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. //Tribunainfo.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bayram Səfərovun direktor qızı məktəbin ərazisini özəlləşdirdiyi üçün təhsil şöbəsinə ÇAĞIRILDI

Xəbər verildiyi kimi Yeni Yasamal qəsəbəsinin Ə.Əhmədov küçəsində yerləşən Şuşa şəhər 1 nömrəli tam orta məktəbin direktoru Gülnar Qurbanova şagird və kollektivlər üçün dövlət vəsaiti hesabına tikilən idman kompleksini özəlləşdirərək adı açıqlanmayan fərdi sahibkara icarəyə verib.

Futbol, voleybol və digər idman növləri üzrə fəaliyyət göstərən idman kompleksinin 1 saat üçün icarə haqqı 60 manat təşkil edir.

Bununla belə, məktəbin qarşısında müəllimlərin avtomobillərinin saxlanılması üçün nəzərdə tutulan avtodayanacaq da parkinq kimi ətrafda yaşayan şəxslərə aylıq 30 manata (bir avtomobil üçün) icarəyə verilib.

Məktəb direktoru buna görə sözügedən dayanacağa nəzarətçi də təyin edib.

Məsələ ilə bağlı Şuşa şəhər 1 nömrəli məktəblə əlaqə yaratdıq. Gülnar Qurbanovanın katibəsi saytımıza açıqlamasında hazırda direktorun məktəbdə olmadığını və regional təhsil şöbəsinə çağırıldığını bildirib.

Qarabağ Regional Təhsil İdarəsinin mətbuat katibi Aynurə Məlikova isə məsələdən yeni xəbər tutduqlarını və araşdırma apardıqlarını qeyd edib.

Qeyd edək ki, 5 ildir sözügedən məktəbin direktoru təyin edilən Gülnar Qurbanova Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun qızıdır. //bizim.media//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Balakən Avtovağzalında QOÇU PEYDA OLUB - İTTİHAM VAR!

Son bir neçə gündür ki, redaksiyamıza Balakən Avtovağzalında yaşananlarla bağlı xeyli məlumatlar daxil olmaqda davam edir.

Qərar.az bildirir ki, daxil olan məlumatlarda vurğulanır ki, direktor Nadir müəllimlə adı çəkilən bu avtovağzalda kassir vəzifəsində çalışan, eyni zamanda 2018-ci ildən indiyə kimi 120 manat əmək haqqı almağa möhtac qalan Mahmalar kənd sakini Sarıyeva Naibə Naib qızı arasında davam edən çəkişmə, artıq “pik nöqtə”yə çatıb. Qeyd edək ki, bir neçə gün bundan öncə bəzi media qurumlarında həm Nadir müəllimin yarıtmaz idarəçiliyi ilə bağlı, həm də Naibə Sarıyevanın və həmin avtovağzalda kassir vəzifəsində çalışan digər xanıma məxsus əmək haqqı kartının 2018-ci ildən rəhbərlikdə olması ilə bağlı tənqidi məqalə yayımlanmışdı. Məsələnin maraqlı tərəfi odur ki, Balakən Avtovağzalına rəhbərlik edən Nadir müəllim tənqidi məqalədən nəticə çıxarmaq, bəzi çatışmazlıqları qaydaya salmaq, ona həvalə olunan vəzifəni günün tələblərinə uyğun həyata keçirmək, 2018-ci ildən özündə saxladığı əmək haqqı kartlarını sahiblərinə qaytarmaq və s. kimi addımlarını atmaq əvəzinə, bu şəxs hal-hazırda daha da aqressivləşməkdə davam edir. O halda ortaya belə bir sual çıxır ki, gündəngünə artmaqda olan aqressivləşmə kimə, hansı tərəfə xeyir gətirəcək? Yəqin ki, heç bir tərəfə?! Məgər, daha yaxşı hal olmazmı ki, Nadir müəllim rəhbərlik etdiyi Avtovağzalda kassir vəzifəsində çalışan hər iki xanımı gözümçıxdıya salmaqdan əl çəksin?. Düşündürücü haldır ki, atdığı addımları ilə öz rəhbərliyinin, hətta ölkə rəhbərinin də verdiyi tapşırıqlara bir növ məhəl qoymayan bu şəxs, hal-hazırda Balakən Avtovağzalında “vorzakon”luq etməklə məşğul olur. Yəni, bir neçə gün bundan öncə rəhbərlik, iş fəaliyyətində heç bir qüsuru olmayan hər iki xanım kassirə “Siz həftənin son günlərində işə gəlməyin” deyir. Əslində belə bir tapşırığın verilməsi, hər iki xanım kassirin daşıdıqları vəzifələrindən uzaqlaşdırılması üçün sonrakı günlərə hesablanmış addımdır. Artıq çıxılmaz durumda qalan hər iki xanım kassir son ümidlərini ölkə rəhbəri cənab İlham Əliyevə, Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat naziri cənab Rəşad Nəbiyevə və Balakən Rayon İcra Hakimiyyətinin başçısı cənab İslam Rzayevə müraciət etməkdə görürlər. Çünki, hər iki xanım qeyd edir ki, “Biz müəyyən yaş həddinə çatmışıq və neçə illərdir ki, Balakən Avtovağzalında növbəlilik qaydasında kassir işləyirik. Bundan sonra bir hara getməliyik, harada iş tapıb işləməliyik ki, ailəmizi dolandıra bilək?.” Düşünürük ki, bu məqalənin yayımlanmasından sonra aidiyyəti dövlət qurumlarının rəhbərləri hər iki xanımın üz-üzə qaldıqları problemə diqqət yetirəcəklər və qeyd olunan problem ədalətli şəkildə öz həllini tapacaq.

Mövzu diqqətimizdədir.

Qerar.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Lüzumsuz artım: Neft Fondundan büdcəyə transferti çoxaltmaq lazım deyil - İNCƏLƏMƏ...

Cari ilin dövlət büdcəsinə dəyişikliklər tezliklə təsdiqini tapacaq. Artıq bütün detallar bəllidir. Gəlir hissə 30 milyard 773 milyon 978 min manatdan 3 milyard 5 milyon 522 min manat və yaxud 9,7% artırılaraq, 33 milyard 779 milyon 500 min manata, xərclərsə 33 milyard 353 milyon 278 min manatdan 3 milyard 215 milyon 522 min manat və yaxud 9,6% artırılaraq 36 milyard 568 milyon 800 min manata qaldırılacaq.
Prezident İlham Əliyevin xeyli əvvəl anons verdiyi, bir sıra parametrlərini də açıqladığı bu dəyişiklik-dürüstləşdirmə ilin birinci rübünün yekunlarına əsasən vacib və zəruri görünürdü. Ümumiyyətlə, şəffaflıq və neftin dünya bazar qiymətləri ölkəmizdə dövlət büdcəsi gəlirlərini artıqlaması ilə icra etməyə şərait yaradan əsas səbəblər sayılır. Dəyişikliyi doğuran da məhz budur.

Ancaq budəfəki dəyişikliklərdə birmənalı təəssürat doğurmayan bir məqam mövcuddur. O da bundan ibarətdir ki, Dövlət Neft Fondundan (ARDNF) transfert 457 milyon 700 min manat və yaxud 4,05% artırılır. Halbuki, keçən il Fonddan büdcəyə nəzərdə tutulan 12 milyard 710 milyon manat transfert məbləği 1 milyard 192 milyon 500 min manat azaldılmışdı. Nəticədə ARDNF-dən köçürmə 2020 və 2021-ci illərdəkindən də aşağı səviyyəyə enmişdi. Bu da xərclərin artması fonunda həqiqətən böyük hadisə və təqdirəlayiq addım sayılırdı.

Xatırladım ki, 2021 və ondan əvvəlki ildə - 2020-ci ildə də dövlət büdcəsinə ARDNF-dən transfert eyni məbləğdə - 12 milyard 200 milyon manat təsdiq edilmişdi. Keçən ilin dövlət büdcəsində isə Fonddan transfert əvvəlki illərdəkindən 510 milyon manat və ya 4,2% çox proqnoz edilmişdi. Bundan əlavə, 2021-ci ildə Fonddan transfert ilin sonuna ümumiyyətlə 850 milyon manat az həyata keçirilmişdi.

Yəni, əvvəla, neftin dünya bazar qiymətlərinin neçə illərdir həm dövlət, həm də Neft Fondunun büdcəsində nəzərdə tutulandan yüksək səviyyədə olmasından, ikincisi də, qeyri-neft-qaz sektorundan gəlirlərin və yığımın da durmadan artmasından irəli gələrək, əslində, ARDNF-dən transfertə tələb azalır. Belə bir şəraitdə görəsən, builki dövlət büdcəsinə dəyişikliklər zamanı Fonddan transfertin təxminən 458 milyon manat artırılmasına nə ehtiyac var? Üstəlik, neftin büdcədə fiksə edilən qiyməti də 10 ABŞ dolları qaldırılır.

Əlbəttə, büdcədə dürüstləşdirmə aparmaq həm də ona görə vacib sayılır ki, ölkədə böyük işlər görülür. Xüsusən də işğaldan azad olunan ərazilərdə həyata keçirilən yenidənqurma, bərpa və tikinti-quraşdırma işləri. Ancaq büdcəyə dürüstləşdirmə zamanı birinci ən böyük müsbət cəhət məhz ondan ibarət ola bilər ki, gəlirlərin artırılması Neft Fondundan transfert hesabına həyata keçirilməsin. Buna əsasən, istənilən xərc istiqamətində hər cür addım atmaq olar.

Yeri gəlmişkən, yanvar-aprel aylarında dövlət büdcəsinin gəlirləri 11 milyard 473 milyon 600 min manata qarşı 12 milyard 165 milyon manat və ya 6% çox təşkil edib. Dövlət büdcəsinin gəlirlərində qeyri-neft sektoru üzrə daxilolmaların xüsusi çəkisi 52,9% olmaqla proqnoz göstəricisinə (46,7%) nisbətən 6,2%-bənd artıb.
2023-cü ilin ilk dörd ayında dövlət büdcəsi xərclərinin 8 milyard 321 milyon 600 min manat proqnoza qarşı 8 milyard 929 milyon 700 min manat, yəni 7,3% artıq icra edilməsinə baxmayaraq, 3 milyard 235 milyon 300 min manat profisit yaranıb.

İlin birinci rübündə Neft Fondundan nəzərdə tutulandan 1 milyard 244 milyon manat az vəsait daxil olub. Əvvəlki proqnoza əsasən 2023-cü ildə ARDNF-dən büdcəyə 11 milyard 280 milyon manat transfert həyata keçirilməli idi ki, bu da ümumi gəlirlərin 36,7%-i demək idi. Dəyişikliklərdən sonra yuxarıda qeyd etdiyim kimi, 457,7 milyon manat artımdan sonra dövlət büdcəsi mədaxilinin 11 milyard 737 milyon 700 min manatı və ya 34,7 %-i ARDNF-dən transfertin payına düşəcək.

ARDNF-dən transfert məbləğinin azaldılması xətti davam etdirilməlidir. Dövlət başçımızın 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nə əsasən 2025-ci ilə qədər dövlət sektorunda xərclənən neft vəsaitlərinin payını 15%-ə endirmək planı da bunu tələb edir.

Neft Fondundan büdcəyə transfertin azaldılması xəttinin davamı üçün isə iqtisadiyyatda keyfiyyət dəyişiklikləri dərinə işləməli, dövlət gəlirlərinin strukturunda qeyri-enerji sektoru üzrə mənbələrdən mədaxil damla da olsa heç bir qiymət artımı və inflyasiya kimi amillərə söykənməməli, ümumiyyətlə, bu istiqamətdə artım sırf ekstensiv əsaslar üzərində köklənməlidir.

Pərviz Heydərov
AzVision.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Muxtar Babayev tədbir görmürsə... - Onun özü haqda tədbir görmək lazımdır...
Ölkəmizin təbii sərvətlərinə qarşı bəzi məmurlar tərəfindən sərgilənən xain münasibət öz aktuallığını hələ də saxlamaqdadır.Təbii sərvətlərindən olan meşə sərvətləri, heç bir digər təbii sərvətlərə xas olmayan çoxsahəli funksiyaları yerinə yetirir. Meşələr yeganə təbiət kompleksi hesab olunur ki, onlar su, hava və torpaq kimi biosferanın çox vacib olan komponentlərinin sabitləşdirilməsinə şərait yaradır. Respublika meşələrinin əksər sahələri Böyük Qafqazda, Kiçik Qafqazda və Talış dağ bölgəsində yerləşir. Meşələrimizin çox hissəsi qiymətli ağac cinslərindən ibarətdir.
Mediatv.az-ın redaksiyasına daxil olan məlumatlarda Cəlilabad meşələrinin sistematik olaraq qırılması barədə həyəcan siqnalları öz əksini tapır.Bildirilir ki, rayon ərazisində meşələrin davamlı olaraq vəhşicəsinə qırılması yerli ictimaiyyəti ciddi narahat edir. Bu barədə konkret faktlar redaksiyamıza daxil olan həyəcan dolu məlumatlarla təsdiqlənir. Təqdim olunan bütün məlumatlarda birmənalı şəkildə göstərilir ki, meşələrin bu acınacaqlı vəziyyətinə görə əsas məsuliyyəti Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Nəsimi Nəsibov daşıyır. Qeyd olunur ki, məhz Nəsimi Nəsibovun fəaliyyəti nəticəsində Cəlilabad rayonu ərazisində yerləşən meşələr ağac emalı müəssisələri üçün əsil xammal bazasına çevrilmişdir.Eyni zamanda bildirilir ki, odun və kömür biznesi birbaşa Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Nəsimi Nəsibovun əlində cəmləşib.Sadə texnologiya ilə hazırlanan kömür isə həm qonşu rayonlarının, həm də paytaxtın kababxanalarına göndərilir.Nəsimi Nəsibov bu əməlləri müəyyən meşə gözətçiləri vasitəsi ilə həyata keçirir.Belə ki,Masallı RMTM-nin Göytəpə meşəbəylyinin 14 saylı dolayın gözətçisi İbadət Seyfullayev nəzarət etdiyi ərazidə Nəsimi Nəsibova arxalanaraq qanunsuz olaraq ağacları kəsməklə məşğuldur.Çiyələk əkən fermerlər üçün,İbadət Seyfullayev pəyələr kəsdirib satdırır.70 hektardan artıq biçənək sahəsini isə öz yaxın adamlarının istifadəsinə verib.Biçənək (ot) pulları, hər hektara 40-50 manatdan yığılaraq yeyilir, qalan açıq sahələr isə mal-qara örüşü kimi vətəndaş və sahibkarlara satılıb.Onlar da həmən sahələrdən öz dədə malı kimi istifadə edir.Bu işdərə ibadət Seyfullayevin qardaşı Oruc Seyfullayev rəhbərlik edir.Oruc Seyfullayev Masallı RMTM-də tingçilik üzrə mühəndis vəsifəsində çalışır.Bu məmurun belə bir “qazanc növündən” asanlıqla əl çəkəcəyini gözləmək ən azından sadəlövhlük olardı. Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə hələ də daxil olan həyəcan siqnallarına lazımi reaksiyanı vermir… //Mediatv.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tovuzun icra başçısı `şələsini yerə qoyub` QAZİLƏRLƏ SAVAŞIR... - AXI NİYƏ?!

44 günlük II Qarabağ savaşında şəhid olan döyüşçülərimizin ailələri, eləcə də torpaq yolunda əzalarını, normal həyat qabiliyyətini itirmiş qazilərimiz intihar, özünəqəsd həddinə çatmasın. Yəni hər bir vətəndaşın, o cümlədən qazinin problemi qanun-qaydalara uyğun olaraq gecikdirilmədən həll edilməlidir. Əfsuslar olsun ki, bəzi icra qurumlarının məmurları canını, qanını vətən yolunda fəda etmiş və bu gün döyüşlər zamanı qazandığı xəstəlikləri müalicə edə bilməyən, yaxud yoxsul, imkansız bir durumda yaşayan, ailəsini, övladlarını normal qidalandırıb, geyindirə bilməyən qazilərə çox laqeyd yanaşırlar. Bilmək lazımdır ki, qazilərə, şəhid ailələrinə, ümumiyyətlə vətəndaşlara biganə münasibət bəsləyən icra qurumlarının nümayəndələri dövlətə, dövlət başçısına da xəyanət edirlər. Vətən uğrunda döyüşmüş, canını qoymuş insanları dövlətdən narazı salmaq böyük bir xəyanətdir. Tovuzda qazilərin narazılığını ifadə edən video kadrları cumhuriyyet.az olaraq diqqətinizə çatdırırıq: //www.cumhuriyyet.net//

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO