[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycan tam iqtisadi müstəqillik əldə edib - İlham Əliyev


Azərbaycan müstəqilliyi dövrü ərzində ölkə iqtisadiyyatı dayanıqlılıq və inkişaf nümayiş etdirib.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də Moskvada qonaq qismində iştirak etdiyi Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışı zamanı bildirib.
“Azərbaycan tam iqtisadi müstəqillik əldə edib ki, bu, müstəqil xarici siyasət kursu həyata keçirmək üçün əsas faktordur və biz bunu uğurla edirik”, - dövlət başçısı deyib.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Avrasiya İqtisadi İttifaqı dollardan imtina edib”

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk Avrasiya İqtisadi İttifaqı ölkələrinin qarşılıqlı ticarətdə dollar valyutasından imtina elədiklərini bildirərək deyib: “Dolları silaha çevirən biz deyilik. Lakin əgər bizi dollardan və avrodan kənarlaşdırılarsa, biz də əlimizi yanımıza salıb oturmayacağıq, qarşılıqlı hesablaşmalar üçün başqa valyutalardan istifadə edəcəyik”.

Onun sözlərinə görə, 2023-cü ilin birinci rübünda Avrasiya İqtisadi İttifaqı daxilində ticarətin 89%-i milli valyutalarla aparılıb. Mart ayında isə bu rəqəm 90%-ə bərabər olub. Beləliklə, İttifaq faktiki olaraq, dollardan imtina edib.

Hürr Tərcüman
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sahibkarla general arasında torpaq mübahisəsi böyüyür – “Özləri də təsdiq edirlər ki, sərəncamı və şəhadətnamə qüvvədədir” - FOTO

Salyanda Milli Məclisin sabiq deputatı, general-leytenant Əliağa Hüseynov tərəfindən torpaq sahəsinin zəbt edildiyini bildirən “Samir 3” MMC-nin rəhbəri Əlövsət Həsənov rayonun Arbatan kənd bələdiyyəsinin sədri Aslan Fərəcova cavab verib.

Ə.Həsənov Pravda.az-a açıqlamasında bildirib ki, A.Fərəcovun dedikləri həqiqətəuyğun deyil.

Sahibkarın sözlərinə görə, ona torpaq sahəsinə məxsus aktın müddətinin bitməsi ilə bağlı rəsmi məktub göndərilməyib: “Əksinə, Aslan Fərəcov 18.05.2020 tarixində məktubla bildirib ki, istifadəmdə olan torpaqlar heç kimə icarəyə verilməyib. Mənə 2014-cü ildə keçirilən hərrac barədə heç bir məlumat verilməyib. İlkin istifadəçi kimi mən də hərraca dəvət almalı idim. Özləri etiraf edirlər ki, şəhadətnamə və sərəncam qüvvədədir və onun ləğvi üçün 20.07.2022 tarixində Daşınmaz Əmlakın Dövkət Reyestri Xidmətinin 13 saylı ərazi idərasinə şəhadətnamənin ləğvi üçün müraciət ediblər. Rədd cavab aldıqdan sonra Şirvan İnzabati Məhkəməsinə müraciət ediblər. Eyni mövzu ilə 103 hektar torpaq sahəsinə görə verilmiş şəhadətnamə üçün əsas olan Salyan Rayon İcra Hakimiyyəti başçısının 05.03.1998-ci il tarixli 71 saylı sərəncamın ləğvi üçün Şirvan İnzibati Məhkəməsinə müraciət edərək RİH-i məhkəməyə veriblər. Deməli, onlar özləri də təsdiq edirlər ki, mənə verilmiş 05.03.1998-ci il 71 saylı sərəncamı və şəhadətnamə qüvvədədir... Rəsmi məktub yazana kimi onlar cavabdan qaçıb və hərracın olduğunu məndən gizlədiblər”.

Fotoları təqdim edirik
Sahibkarla general arasında torpaq mübahisəsi böyüyür – “Özləri də təsdiq edirlər ki, sərəncamı və şəhadətnamə qüvvədədir” - FOTO
Sahibkarla general arasında torpaq mübahisəsi böyüyür – “Özləri də təsdiq edirlər ki, sərəncamı və şəhadətnamə qüvvədədir” - FOTO
Sahibkarla general arasında torpaq mübahisəsi böyüyür – “Özləri də təsdiq edirlər ki, sərəncamı və şəhadətnamə qüvvədədir” - FOTO
Sahibkarla general arasında torpaq mübahisəsi böyüyür – “Özləri də təsdiq edirlər ki, sərəncamı və şəhadətnamə qüvvədədir” - FOTO
Sahibkarla general arasında torpaq mübahisəsi böyüyür – “Özləri də təsdiq edirlər ki, sərəncamı və şəhadətnamə qüvvədədir” - FOTO
Sahibkarla general arasında torpaq mübahisəsi böyüyür – “Özləri də təsdiq edirlər ki, sərəncamı və şəhadətnamə qüvvədədir” - FOTO
Sahibkarla general arasında torpaq mübahisəsi böyüyür – “Özləri də təsdiq edirlər ki, sərəncamı və şəhadətnamə qüvvədədir” - FOTO
Sahibkarla general arasında torpaq mübahisəsi böyüyür – “Özləri də təsdiq edirlər ki, sərəncamı və şəhadətnamə qüvvədədir” - FOTO
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nazirlik əməkdaşının ölkədən çıxışına qadağa qoyulur – Maraqlı faktlar


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Gəlirlər Baş İdarəsi Elm və Təhsil Nazirliyi Zoologiya İnstitutunun baş meneceri Kəmalə Rasim qızı Rasimli barəsində məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com xəbər verir ki, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Zeynəb Axundovanın icraatına verilib.

Bildirilir ki, məhkəmə iddiası vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə əlaqədar qaldırılıb.

Kəmalə Rasimli həm də sahibkardır…

Zoologiya İnstitutunun baş meneceri Kəmalə Rasimli həm fiziki şəxs (VÖEN – 1001630942), həm də hüquqi şəxsin rəhbəri kimi vergi ödəyicisidir.

Kəmalə Rasimlinin rəhbərlik etdiyi hüquqi şəxsin – “Aysberq KMT” MMC-nin (VÖEN-1003279381) hazırda (23.05.2023-cü il tarixinə) dövlət büdcəsinə 27 min 898 manat 35 qəpik vergi borcu olduğu bildirilir.

Məlumat üçün bildirək ki, “Aysberq KMT” MMC 24.02.2014-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 5 manat olan bu şirkətin hüquqi ünvanı “Binəqədi rayonu, Süleyman Sani Axundov, ev 2A, m. 25”də yerləşir.
2021-ci ildə Bakı Dövlət Universiteti (BDU) tərəfindən elan olunan 4 tender müsabiqəsinin (Açıq tender) qalibi “Aysberq KMT” MMC olub və tenderlərin ümumi dəyəri 127 min 652 manat 10 qəpik olub.

“Aysberq KMT” MMC aşağıda qeyd olunan beynəlxalq konfranslar üçün BDU-ya iş və xidmətlər təqdim edib:

– Lütfi Zadənin 100 illiyinə həsr olunan “Qeyri-səlis məntiq və tətbiqləri” mövzusunda beynəlxalq elmi konfrans – 23 min 523 manat,
– “Fizikada müasir trendlər” mövzusunda beynəlxalq elmi konfrans – 44 min 648 manat 70 qəpik,
– “Hüquq” mövzusunda beynəlxalq elmi konfrans – 34 min 281 manat 40 qəpik,
– “Nizami Gəncəvi 880” mövzusunda beynəlxalq elmi konfrans – 25 min 199 manat.

Tenderlə bağlı diqqət çəkən məqam odur ki, “Aysberq KMT” MMC-yə məxsus olduğu bildirilən “iceberg.az” saytında bu şirkətin tərcümə işlərilə məşğul olduğu göstərilib. Tərcümə Mərkəzi kimi fəaliyyət göstərən MMC-nin BDU-ya müxtəlif məhsullar satması, həmçinin xarici qonaqlara otel və nahar xidmətləri göstərməsi üçün hansı təcrübəyə sahib olduğu bilinmir.

Kəmalə Rasimli əvvəllər də işlədiyi qurumun – AMEA-nın tenderlərində qalib olub

Qeyd edək ki, “Aysberq KMT” MMC müvafiq sahədə heç bir təcrübəsi olmadığı halda (rəsmi saytlarında elə yazılıb – red.) ötən ilin noyabr-dekabr aylarında AMEA İşlər İdarəsinə 48 min 216 manatlıq yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlər satıb.

Halbuki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması lazımdır.

Diqqət çəkən başqa bir məqam isə odur ki, “Aysberq KMT” MMC-nin qanuni təmsilçisi Rasimli Kəmalə Rasim qızı daha əvvəl “Binəqədi rayonu, Süleyman Sani Axundov, ev 2, m. 25”də qeydiyytda olan “Servis və Supley Ltd” MMC adlı şirkətin də direktoru olub.

Bu şirkət isə bu ilin aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsi tərəfindən keçirilən 129 min 964 manatlıq tender müsabiqəsinin qalibi olub.

Kəmalə Rasimli daha sonra şirkətin qanuni təmsilçiliyindən ayrılıb. Dövlət Vergilər Xidmətinin reyester məlumatlarından belə görünür ki, tender müsabiqəsi keçirilən zaman MMC-nin qanuni təmsiçisi Kəmalə Rasimli olub. Daha sonra MMC-nin həm qanuni təmsilçisi, həm də hüquqi ünvanı dəyişdirilib. Hazırda “Servis və Supley Ltd” MMC-nin qanuni təmsilçisi Həbibova Aytəkin Rasim qızıdır. Hüquqi ünvanı isə “Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 59K, m. 390”da yerləşir.

Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 13-cü maddəsinin 1-ci bəndində açıq şəkildə yazılıb ki, satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilatı asılılığı olan malgöndərənlərin (podratçıların) həmin təşkilat tərəfindən keçirilən satınalma prosedurlarında iştirakına yol verilmir.

Amma göründüyü kimi, satınalan təşkilat olan AMEA-nın keçirdiyi tender müsabiqəsinin qalibi olan podratçı şirkətin

– “Service and Supply Ltd.” MMC-nin direktoru AMEA-dan əmək haqqı alan vəzifəli şəxsdir.
Məlum olduğu kimi, Zoologiya İnstitutu daha əvvəl AMEA-nın tərkibində olub.

Kəmalə Rasimli onu məhkəməyə verən qurumun da tenderini udub

Ötən ilin dekabr ayında İqtisadiyyat Nazirliyinin keçirdiyi tender müsabiqəsinin qalibi isə fiziki şəxs Kəmalə

Rasimli Rasim qızı olub. Kəmalə Rasimli İqtisadiyyat Nazirliyinə tərcümə xidmətləri göstərəcək və qarşılığında 21 min 616 manat alacaq.

Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən Kəmalə Rasimli vergi borcunun olduğunu təsdiqləyib və əlavə edib ki, hazırda məhkəmə prosesi davam edir: “Məhkəmə prosesinin sonunda məlum olacaq ki, vergi borcum var, yoxsa-yox. Əgər məhkəmə vergi borcumun olduğunu təsdiqləyərsə əlbəttə ki, ödəyəcəyik”.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Arkoz Holdinq”in fəhlələrinin tətil etdikləri deyilir: “Axı biz qul deyilik”

“Arkoz Holdinq”in Babək rayon Nehrəm qəsəbəsindəki daş sexində çalışan fəhlələrin dörd gündür tətil etdiyi bildirilir.

Bu barədə “Gündəlik Naxçıvan”a tətil edən fəhlələr məlumat verib.

Bildirilib ki, buna səbəb rəhbərliyin onları ağır şərtlər altında yeni əmək müqaviləsi bağlamağa məcbur etməsidir. Fəhlələrin dediklərinə əsasən, təklif olunan yeni müqavilədə 5 günlük iş rejimi 6 günlə əvəzlənir, gündəlik iş saatı isə, 8-dən 9-a qaldırılır. Bunun qarşılığında maaşlara heç bir əlavə nəzərdə tutulmur.

Şikayətçilərdən biri B. Ağayev deyib ki, onlar əvvəllər də şənbə günləri pulsuz i.ləməyə məcbur ediliblər. Bu, müavilədə nəzərdə tutulmadığından, fəhlələrlə rəhbərlik arasında tez-yez mübahisələr yaranırmış. Onun fikrincə, yeni müqaviləyə imza atdırmaqla, rəhbərlik “qul əməyi”ni qanuniləşdirib, mübahisələrə son qoymaq istəyir:
“İndiyə kimi həftə içi saat 9-dan 18-ə kimi, yəni həftəlik 40 saat işləyib, şənbə və bazar günləri isə istirahət edirdik. Bəzi hallarda şənbə günü işləməyə məcbur edirdilər. Bu zaman narazılıqlar yaranırdı. Çünki, artıq işlədiyimiz saatlar üçün bizə maaş yazmırdılar. İndi şirkət bunu müqavilədə əks etdirib, qanuniləşdirərək məsuliyyətdən uzaq olmaq istəyir. Sex rəisi Vüsət Bağırov bizi təhdid edir ki, müqaviləni imzalayaq. Bu isə əmək məcəlləsinə ziddir. Biz də buna etiraz olaraq, tətilə başlamışıq”.

Qeyd olunub ki, məcburi müqavilə rayonun Tumbul kəndindəki daş sexinin fəhlələrinə də təklif olunur. Növbəti günlərdə onların da tətilə qoşulacağı gözlənilir.

Tumbuldakı daş sexində fəhlə işləyən A. Qasımov deyib ki, baş verən qanunsuzluqla bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etsələr də, onlara cavab verilməyib:

“Axı biz qul deyilik. Əmək Məcəlləsi var. Bizim də istirahət hüququmuz var. 6 ay idi ki, hər şey normal qaydada gedirdi. İndi gəliblər ki, yenidən müqavilə bağlayacağıq, biz hər gün bir saat artıq, üstəlik şənbə günləri də işləyəcəyik, maaşlarınız da artmayacaq, etiraz edənlər də işdən çıxarılacaq. Artıq bəziləri təhdidlərə tab gətirməyib, yeni müqaviləni imzalayıb. Biz isə, axıra kimi gedəcəyik. Tələbimiz qəbul olunmasa, Nehrəmdəki tətilçilərə qoşulmaq fikrimiz var. Bəs, prezidentin işçi hüquqlarının qorunması ilə bağlı fərman və göstərişləri necə olacaq? Belə çıxır ki, bizim rəhbərlik prezidenti saymır”.

İddialarla bağlı “Arkoz Holdinq”lə əlaqə saxlanılsa da, şirkətdən fəhlələrin iddialarına cavab vermək istəməyiblər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Brejnev “Ukrayna paytaxtının fəxri vətəndaşı” titulundan məhrum edildi


Kiyev Şəhər Şurası Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Leonid Brejnevi “Ukrayna paytaxtının fəxri vətəndaşı” adından məhrum edib.

Qeyd edək ki, o, bu ada layiq görülən ilk şəxs idi. Brejnev bu ada 1981-ci ildə Kiyevdə “Ana-Vətən” abidəsini açmasından bir il sonra layiq görülmüşdü.

Qeyd edək ki, bu ilin yanvarda Ukraynanın Dnepropetrovsk vilayətinin Kamenski şəhərində vəsait olmaması səbəbindən meriya Brejnevin abidəsini sökə bilməmişdi. Şəhərin meri Aleksandr Çernışevin sözlərinə görə, yerli administrasiya yaxın vaxtlarda olmasa da, abidənin sökülməsini mütləq nəzərdən keçirəcək.
Mənbə: Strana UA
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ucar rayonunda nə baş verir? - Yoxlama gəlsə çox şeylər öz sübutunu tapar İDDİA

Ucar rayonunda yaşayan Səlimov Elsevər Ağası oğlu tərəfindən redaksiyamıza göndərilən şikayət məktubunu oxuculara təqdim edir:
İcra başçısının korrupsiya cinayəti barədə ŞİKAYƏT
Ucar rayonu Ü.Hacıbəyov küçəsi ev 13 də yaşayan
Səlimov Elsevər Ağası oğlu tərəfindən

ŞİKAYƏT

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə yaradılımış “DOST” İş Mərkəzinin xətti ilə çoxlu sayda kasıb insanlar işlə təmin olunub ailələrini dolandırırlar.Ancaq çox təəssüf olsun ki, Ucar rayonunda belə deyil.Çünki rayon icra başçısı Mənsur Məmmədov öz yaxın adamlarını və rüşvət verən imkanlı adamları “DOST” İş Mərkəzinin xətti ilə Ucar rayon Kommunal Müəssisələri Kombinatına işə qəbul olunmasına şərait yaratmışdır.
Mən özüm bir neçə ildir ki, “DOST” İş Mərkəzinin xətti ilə Ucar rayon Kommunal Müəssisələri Kombinatında hər gün işə çıxmaqla təmizlik işlərinə cəlb olunub işləyirəm.
Ancaq «DOST» İş Mərkəzinin xətti ilə Ucar rayon Kommunal Müəssisələri Kombinatında adı işdə gedib heç vaxt işə gəlməyən çoxlu sayda insana gözün üstə-qaşın var deyən yoxdur.Hansı ki, həmin şəxslərin çoxunun yaşı 65 dən yuxarıdır qocalığa görə pensiya alırlar həmdə eyni vaxtda «DOST» İş Mərkəzinin xətti ilə Ucar rayon Kommunal Müəssisələri Kombinatında adları işdə gedir maaş alırlar. Həmin qoca adamlar və digər aylıq haqq verən şəxslər bir gündə olsun işə gəlmirlər. Bəzilərinin isə yaxın qohumları Ucar rayon Kommunal Müəssisələri Kombinatında mühasib, mühəndis və birqadir işləyir deyə onlara göz yumulur.Bunu isə onlar Ucar rayon Kommunal Müəssisələri Kombinatının müdiri və birqadirləri ilə əvvəlcədən danışdıqları kimi aylıq pul verib edirlər.
Yığlan pulların böyük hissəsi icra başçısı Mənsur Məmmədova çatır deyə bir başa bu korrupsiya şəbəkəsinə nəzarəti şəxsən özü edir.
Həttda Mənsur Məmmədov işçilərin davamiyyətinə nəzarət edən “DOST” İş Mərkəzinin Bakıdakı rəhbərliyinidə ələ alaraq onlarıda saxtakarlığa şirnikləndirib.Belə ki, işçilərin işə gəlib-gəlməmələrini yoxlamağa Bakı şəhərindən “DOST” İş Mərkəzindən nəzarət etmək üçün gələn yoxlamalara pul verilir deyə onlar komxoz rəhbərliyinin verdiyi siyahı üzrə hərəkət edirlər.Həmin siyahıda adları qeyd edilən şəxslər işdə olmasalarda onları işə gələn kimi qeydə alırlar.Həmçinin heç vaxt işə gəlməyən şəxslər yoxlama gələn zaman bir iki saatlıq peyda olub çıxıb gedirlər.Bütün bu proqramı icra başçısı Mənsur Məmmədov tərtib edərək “DOST” İş Mərkəzi MMC-nin rəhbərliyinidə özünə korrupsiya ortağı edə bilib.
Çünki mən bu qanunsuzıuq barədə «DOST» İş Mərkəzinin direktoru Firuddin Cəbrayılova şikayət ərizəsi ilə müraciət etsəmdə heç bir araşdırma aparmadılar mənimlə bir dəfə telefon əlaqəsi saxlamaqla işlərini bitmiş hesab etdilər.

Xahiş edirəm diqqət edin adı işdə gedib özləri aylıq verib işə gəlməyənləri aşağıdakılardır.
1.Cəfərova Ləman Soltan qızı işə gəlmir atası Soltan Xəlilov komxozda birqadir işləyir ona qanunsuz davamiyyət yazır.
2.İsrayılova İradə Əvəz qızı 68 yaşı var bir gündə olsun işə gəlməyib hər ay maaş və pensiya alır.
3.İradə İsrayılovanın həyat yoldaşı Ələkbərov Şahlar Xəlil oğlu 68 yaşı var işə gəlmir hər ay maaş və pensiya alır.
4.İbrahimov Kamran Rüstəm oğlu bahalı avtomobil idarə edir imkanlı varlı adamdır.
5.Məmmədova Sevinc Əlikram qızı və onun bacısı Səbinə Əlikram qızı hər ikisi Xırdalan şəhərində yaşayırlar ancaq hər ay maaş alırlar.
6.Abdullayev Fəqan Rza oğlu komxozun mühasibi Xatirə Abdullayevanın qardaşı işə gəlmir hər ay maaş alır. Həmçinin Fəqanın həyat yoldaşı Könül Əflatun qızı Abdullayevada adı işdə gedib işə gəlmir.
7.Abdurəhimova Xəyalə Fəti qızı Ucar şəhərindən 30 km uzaqda yerləşən Bərgüşad kəndində yaşayır işə gəlmir.
8.Xəyalənin iki qardaşı Musayev Cavid və Musayev Sehran Fəti oğlu taxsi sürürlər adları işdə gedir işə gəlmirlər.
9.Babaşov Azər Məhəmməd oğlu 18 km aralıda yerləşən Lək kəndində yaşayır aylıq verib işə gəlmir.
10.Əsgərov Əlibala Cəlil oğlu işə gəlmir maqazin işlədir,
11.İslamova Səbirə Mirzə qızı işə gəlmir.
12.İsmayılzadə Fərda Mübariz oğlu işə gəlmir komxozun mühasibi Kəmalənin qardaşı oğludur,
13. Abdullayeva Ruhsarə Əhməd qızı 14 km aralıda yerləşən Qazıqumlaq kəndində yaşayır işə gəlmir aylıq verir
14.Həsənov Bəxtiyar Əsgər oğlu Lək kəndi işə gəlmir.
15.İsmayılov Vüsal Akif oğlu işə gəlmir.
16.Mehdiyev Telman Cəmil oğlu Lək kəndi işə gəlmir.
17.Məmmədov Mehman Əhməd oğlu Qazıqumlaq kənd sakini işə gəlmir.
18.Məmmədova Afət Rafiq qızı Qazıqumlaq kənd sakini işə gəlmir
19.Piriyeva Səidə İbrahim qızı Lək kəndində yaşayır işə gəlmir
20.Mövsümov Mitəza Mirhəşim oğlu 12 km aralıda yerləşən Alpout kəndində yaşayır işə gəlmir
21.Qədirov Abdulbağı Rəşid oğlu işə gəlmir
22 Rəhimova Nübar İsa qızı 10 km aralıda yerləşən Qazyan kəndində yaşayır işə gəlmir
23.Rzayev Məhəmməd Rmazan oğlu Lək kəndi işə gəlmir
24.Sadıqov İlqar Ramiz oğlu Qazyan kəndi işə gəlmir
25.Şakirli İbrahim İlqar oğlu 35 km aralıda yerləşən Şahlıq kəndində yaşayır işə gəlmir
26. Vahidov Zaur Məhəmmədəli oğlu Qazyan kənd sakini işə gəlmir
27.Məmmədbəyli İbrahimbəy Umud oğlu Bakıda yaşayır işə gəlmir hər ay maaş alır
28. Hüseynov Arif Mehdi işə gəlmir yaxın qohumu vəzifədə işləyir.
29.İmanova Gülayət Ağakərim qızı 20 km aralıda yerləşən Qaradağlı kəndində yaşayır işə gəlmir.
Bu siyahını çox uzatmaq olar ki, həmin şəxslər işə gəlmirlər bəziləri qohumluğa görə, çox hissəsi isə aylıq pul verirlər deyə onlar barədə heç bir tədbir görülmür.
Həttda Ucar rayon Kommunal Müəssisələri Kombinatının direktoru, işçilərin davamiyyətinə nəzarət edən birqadirlər rayonda yoxlama olan zaman dərhal həmin adamlara məlumat verirlər.Ucarda olanlar həmin günü görüntü üçün işə gəlirlər rayondan kənarda olanlar isə gələ bilməsələrdə birqadirlər onların səhər tezdən işdə olub təmizlik işi aparıb evə getmələrini yalandan izah edir. Bunu təsdiq edən həttda onların işlədikləri ərazidə olan müşahidə kameralarının yaddaşındakı video kadrlara baxmaq kifayətdir.Həmin ərazilərdəki video müşahidə kameralarına baxılarsa subut olunacaq ki, həmin şəxslər bir gündə olsun işə gəlməyiblər ancaq hər ay maaş alırlar.Bütün bu cinayətin başında isə icra başçısı Mənsur Məmmədov şəxsən özü dayanır.

Ucar rayon Kommunal Müəssisələri Kombinatının müdiri Asəm Kərimov icra başçısı Mənsur Məmmədova aylıq haqqı düzgün vermədiyi üçün öz ərizəsi ilə işdən çıxarılmağa məcbur edilib.Onun hazırda vəzifəsinin icrasını Mənsur Məmmədov öz qohumu Nazim Abbasova həvalə edilib.
Təmizlik işlərinə baxan 400 nəfərdən çox işçisi olan Ucar rayonu zibbiliyı qərq olub rayon natəmizlik içində itib-batır.
Mənsur Məmmədovun korrupsiya əməllərinə görə rayonda kasıb imkansız insanlar işsiz qalıblar “DOST” İş Mərkəzinin fəaliyyəti iflic olub.
Həmçinin DOST İş Mərkəzinə məxsus çoxlu sayda maaş kartları Mənsur Məmmədovdadır.
Korrupsiya əməlləri ilə dövlət büdcəsini talan edən Ucar rayonunun xaraba günə salan Mənsur Məmmədovun cinayət əməlləri bununla bitmir.
Ucar rayonunda yerləşən digər idarə və müəssisədə adı işdə gedən şəxslərin maaş kartları icra başçısındadır. Həmin idarələr Yaşıllıq, Yol İstismarı İdarəsi, Dövlət Aqrar İnkişaf Mərkəzi, Kənd icra nümayəndəlikləri, Mənzil İstismarı İdarəsi və sairədir.
Mənsur Məmmədov talançılıq yolu ilə böyük əmlaklara sahiblənib, kapitalının isə təxminən 100 milyon dollardan çox olması deyilir.Bu barədə növbəti dəfə mətbuata geniş açıqlama verəcəm.
Ucar rayon sakinləri Prezident cənab İlham Əliyevdən qətiyyətli addım atıb bu korrupsioner icra başçısının nə vaxt cəzalanacağını səbirsizliklə gözləyirlər.

İmza; Ucar rayon Ü.Hacıbəyov küçəsi ev 13 də yaşayan
Səlimov Elsevər Ağası oğlu
Teref.az olaraq məktubda səsləndirilmiş ittihamlarla bağlı Ucar rayon İcra hakimiyyəti ilə əlaqə saxlamaq istəsək də bu cəhdimiz baş tutmadı.
Lakin şikayətdə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bir ayda iki təyinat: Milyarder rəhbərliyə yenə qohumunu gətirdi - “AzNar”da nə baş verir?

Azərbaycanlı iş adamı Fərhad Əhmədova məxsus "AzNar” şirkətinin qanuni təmsilçisi və baş direktoru yenidən dəyişib.

May ayının 15-də şirkətin qanuni təmsilçisi və baş direktoru vəzifəsinə milyarderin yaxın qohumu Əhmədov Asif Kamal oğlu gətirilib.
Bir ayda iki təyinat: Milyarder rəhbərliyə yenə qohumunu gətirdi - “AzNar”da nə baş verir?
Bir ayda iki təyinat: Milyarder rəhbərliyə yenə qohumunu gətirdi - “AzNar”da nə baş verir?
Ötən ay şirkətin qanuni təmsilçisi dəyişmiş və Qurbanov Zeynullah Rəcəb oğlu iş adamının qardaşının oğlu Teymur Fərəc oğlu Əhmədovu əvəzləmişdi. Dövlət reyster xidmətində də şirkətin qanuni təmsilçisi Zeynullah Qurbanov qeyd olunmuşdu.
Bir ayda iki təyinat: Milyarder rəhbərliyə yenə qohumunu gətirdi - “AzNar”da nə baş verir?

Zeynullah Qurbanov

Qeyd edək ki, bundan əvvəl Fərid Xəlilzadə QSC-nin məhsullarının satışı ilə məşğul olan "Grante Trading” filialının nümayəndəsi vəzifəsindən azad olunub. Zeynullah Qurbanovun qərarından narazı qalan Fərid Xəlilzadə vəzifəsinə bərpa olunması üçün QSC-ni məhkəməyə verib.

"Grante Trading” filialının hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 65 min 542 manat 75 qəpik vergi borcu var.

Qeyd edək ki, Fərhad Əhmədov "AzNar"ın Müşahidə Şurasının sədridir.Qaynarinfo

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO