[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nazirin əmri ilə verilən keçilər öldü – Məşğulluq Mərkəzi heyvanları tələb edir


Əmək və əhalinin sosial müdafiəsi naziri Salil Babayevin müvafiq əmri ilə Dövlət Məşğulluq Agentliyinin 10 saylı Ərazi Məşğulluq Mərkəzi filialı tərəfindən “özünüməşğulluğa kömək göstərilməsinə dair” vətəndaşa verilən 22 baş keçi “yoxa çıxıb”.

Qaynarinfo-nun məlumatına görə, 10 saylı Ərazi Məşğulluq Mərkəzinin əməkdaşları tərəfindən monitorinqlər keçirilib, nəticədə 11 fevral 2022-ci il tarixli aralıq və 15 dekabr 2022-ci il tarixli yekun monitorinqi aktlarına əsasən, cavabdehə verilmiş “Keçicilik təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 20 baş keçi, 2 baş təkə və 400 kq qarışıq yem aşkar edilməyib.

Agentlik tərəfindən cavabdehə ünvanlanmış 23 dekabr 2022-ci il tarixli xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivin natura şəklində geri qaytarılması tələb edilib. Bunun üçün məhkəməyə müraciət edilib.

Məhkəmədə vətəndaş Şaiq (şərti) izahatında göstərib ki, 2 iyul 2021-ci il tarixdə mərkəzin əməkdaşları tərəfindən ona 20 baş dişi keçi və 2 baş təkə verilib. Həmin heyvanların sağlam olmaması, habelə yaşlı olmalarını aşkar edilib. Belə ki, xırdabuynuzlu heyvanlardan 10 başı 2021-ci ilin oktyabr ayınadək ölərək tələf olub. O, qalan 12 baş xırdabuynuzlu heyvanı 2022-ci ilin oktyabr ayında 5 baş balalı ana qoyun ilə dəyişdirib. Bundan əlavə, bu barədə 10 saylı Ərazi Məşğulluq Mərkəzi filialına yaxınlaşaraq məlumat verib və ona “istədiyi kimi hərəkət etməsi” bildirilib.

Həmçinin, heyvanların tələf olması ilə bağlı əvvəlcə iddiaçı agentliyə yaxınlaşıb, agentliyin nümayəndələri isə ona müvafiq baytar aktını əldə etməsininin zəruri olduğunu bildiribər. Bundan sonra baytarlığa müraciət edib, bununla əlaqədar olaraq heyvanlara baxış keçirilib, müvafiq akt tərtib edilsə də, sənəd baytarda qalıb. Həmçinin qeyd edib ki, keçiləri qaytarmağa maddi imkanı yoxdur. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edib.

Siyəzən rayon Məhkəməsi isə dövlət qurumunun iddasını qəbul edərək, vətəndaşdan keçilərin 10 saylı Ərazi Məşğulluq Mərkəzi filialına qaytarılması barədə qərar verib.

Qeyd edək ki, mətbuatda Dövlət Məşğulluq Agentliyinin İdarəsi tərəfindən “Özünüməşğulluq Proqramı” çərçivəsində vətəndaşlara verilən heyvanların qotur olması və digər xəstəlikdən dünyasını dəyişməsi barədə məlumatlar dərc edilir. Bu narazılıqlar illərdir yüzələrlə vətəndaşlar tərəfindən dilə gətirilsə də, hələ də qoca və yaşlı heyvanların vətəndaşlara verilməsi hallarına rast gəlinir. Qaynarinfo
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu yolda hərəkət tam məhdudlaşdırılacaq


Sabah saat 08:00-dan 22:00-a qədər Bakının Azadlıq prospektinin yan yolunda (Ziya Bünyadov prospektindən Nəcəf Nərimanov küçəsinə qədər) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

"Sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur. Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik", - deyə açıqlamada qeyd olunub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ərdoğan: “Türkiyə hələ İsveçin NATO-ya üzv olmasına hazır deyil”


Türkiyə hazırda İsveçin NATO-ya üzv olmasına hazır deyil.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “CNN Türk”ə müsahibəsində deyib.

Onun sözlərinə görə, NATO ölkəsi terrorla mübarizəyə gəldikdə qətiyyətli mövqe nümayiş etdirməlidir.
Ərdoğan vurğulayıb ki, İsveç terror qruplaşmalarının Stokholm küçələrində sərbəst dolaşmalarına icazə verməyə davam etdikcə, Türkiyə bu ölkənin NATO üzvlüyünə müsbət baxa bilməz.

Mənbə: CNN
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xızı Rayon İcra Hakimiyyəti başçısının Xızı Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi avtomobil yollarının əsaslı təmiri ilə bağlı satınalma müsabiqəsinə yekun vurub.

Qaynarinfo xəbər verir ki, müsabiqənin qalibi “Avtoyoltikintiservis” MMC seçilib. Qurum yolların təmirinə 379.794,8 AZN xərcləyəcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Avtoyoltikntiservis” MMC 16 mart 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 195, mənzil 6-da yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Ramin Adil oğludur.

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur. MMC-nin əlaqə telefonları və internet səhifəsinə də rast gəlinmir.

“Facebook” sosial şəbəkəsində “Avtoyoltikntiservis” MMC-nin səhifəsi olsa da, aktiv deyil. Digər tərəfdən səhifədə şirkət haqqında dolğun məlumat yerləşdirilməyib.

“Avtoyoltikntiservis” MMC populyar şirkət olmasa da, tenderlərdə fəal iştirak edir. Dövlət satınalmalarının elektron portalına yerləşdirilən məlumatlardan aydın olur ki, şirkətin əsas sifarişçiləri icra hakimiyyətləri və onlara tabeli qurumlardır.

“Avtoyoltikintiservis” MMC təkcə 2022-ci ildə 15 satınalma müqaviləsi imzalayıb. Bir müqavilələrdən 14-ü Xızı, Siyəzən, Sumqayıt, Şabran, Qax, Şəki, Sabirabad, Ağsu və Beyləqan icra hakimiyyətləri və onlara tabeli qurumlarla bağlanıb.

Bir müqavilə isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə imzalanıb.

Mənzil və yol çəkilişlərinin nəzərdə tutulduğu bu müqavilələrin toplam maliyyə dəyəri 1 809 872, 76 AZN təşkil edir.

Yeri gəlmişkən, Xızı Rayon İcra Hakimiyyəti Başçısının Xızı Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi ötən il də “Avtoyoltikintiservis” MMC ilə Xızı şəhərində yolların əsaslı təmiri ilə bağlı maliyyə dəyəri 397.980,96 AZN təşkil edən müqavilə imzalayıb.

Xızı rayonunun icra başçısı Xəzər Aslanovdur. O 2012-ci ildə bu vəzifədədir.

Qaynarinfo
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Beyləqanda təhsilə BAXAN KİMDİR? - Görünəni odur ki...

Beyləqan rayonu, Xocavənd qəsəbəsinin sakini Bayramova Vəzifə Əmiraslan qızı tərəfindən Hurriyyet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, işlədiyi məktəbdən onu xəbərsiz çıxarıblar:

“Mən, Bayramova Vəzifə Əmiraslan qızı, 1991-2008-ci illərdə - 18 il Xocavənd rayon Muğanlı kənd məktəbində müəllimə işləmişəm. Məcburi köçkünəm. Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmişəm.

2008-ci il prezident seçkiləri zamanı dairə-məntəqə üzvü kimi işlədiyim zaman, qanunsuz olaraq məktəbdəki işimdən mənə xəbər verilmədən azad edilmişəm. Halbuki seçki prosesində iştirak edən heç bir işçini işdən azad etmək olmaz.

Rayon İcra Hakimiyyəti başçısı Eyvaz Hüseynov məni işdən azad edib, öz tanışı Əfsanə Quliyevanı yerimə müəllimə gətirib. Sonradan Əfsanə Quliyevanı Xocavənd İcra Hakimiyyətinə, özünə müavin təyin etmişdir, indi də bu xanım orada müavin işləyir.

Başıma gətirilmiş haqsızlıq barədə millət vəkili Elman Məmmədova da, köməkçisinə də xəbər vermişəm, şəxsən görüşmüşəm. İşimə bərpa edilmək üçün çoxsaylı məhkəmələrin, müraciətlərin faydası olmayıb.

2008-ci ildən bəri iş tapa bilmirəm. Mənim işlə təmin edilməyimə köməklik göstərilməsini xahiş edirəm. Vacib deyil ki, müəllimlik olsun, normal iş olsun. İşə çox ehtiyacım var. 15 ildir işsizlikdən zülm çəkirəm. İşsizlik müavinəti almıram və heç vaxt almamışam.

Bu yazını oxuyan bütün qanunverici orqanlardan xahiş edirəm ki, mənə kömək etsinlər”.

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Beyləqanda təhsilə BAXAN KİMDİR? - Görünəni odur ki...
Beyləqanda təhsilə BAXAN KİMDİR? - Görünəni odur ki...
Beyləqanda təhsilə BAXAN KİMDİR? - Görünəni odur ki...
Beyləqanda təhsilə BAXAN KİMDİR? - Görünəni odur ki...
Beyləqanda təhsilə BAXAN KİMDİR? - Görünəni odur ki...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Sülh istəyirsə, niyə 100 milyonlarla dollarlıq silah alır?!”


“Bu gün Ermənistanda revanşist qüvvələr baş qaldırmaqdadır, ölkəmizə qarşı ərazi iddiaları davam edir”.

Bu barədə Prezident İlham Əliyev bu gün Hindistanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhananın etimadnaməsini qəbul edərkən bildirib.

Ermənistanın sürətlə silahlanmasının yeni təhlükələr yaratdığını deyən dövlət başçısı qeyd edib ki, əgər doğrudan da Ermənistan Azərbaycan ilə sülh istəyirsə, onda nə üçün 100 milyonlarla dollar dəyərində silah alır?!

Azərbaycan Prezidenti vurğulayıb ki, bu siyasət bölgə üçün yeni təhdidlərə gətirib çıxara bilər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azdramda hansı dəyişiklik olacaq? - AÇIQLAMA

Gələn mövsümdə Akademik Milli Dram Teatrında bizi yeniliklər gözləyir.

Bu barədə Kult.az-a açıqlamasında Azdrama yeni bədii rəhbər təyin olunan tanınmış rejissor Mehriban Ələkbərzadə deyib.

“Hazırki müddətdə teatrda olan prosesləri nəzarətimə götürürəm və teatrın işə yanaşma prinsipi ilə tanış oluram. Bu mərhələ yeniliklər etmək üçün tezdir. Gələn mövsümdə bizi yeniliklər gözləyir”, - o bildirib.

Mehriban Ələkbərzadə teatrda olan əskikliklərdən bəhs edib:

“Uzun müddətdir truppanın bir çox artisti hansısa tamaşalarla məşğuldur. Teatrın gücünü yüksəldə biləcək quruluşlar verilməlidir. İlk növbədə truppa ayağa qaldırılmalıdır”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mirsalam Qənbərovun “ekoloji rəy bazarı” - Agentlik ölü quruma çevrilib...

Dövlət Ekoloji Ekspertiza Agentliyi Sağlam ağacların kütləvi şəkildə işbazlar tərəfindən kəsilərək yerlərində yaşayış binalarının və obyektlərin inşa edilməsinin qarşısını niyə ala bilmir?...

Son illər paytaxt Bakı və ölkənin digər böyük şəhərlərində ağacların, yaşıllıqların məhv edilərək yerində tikinti işləri aparılması adi hala çevrilib. Bu sahədə olan ən acınacaqlı vəziyyət isə paytaxt Bakıda yaşanan hallardır. Sağlam ağacların kütləvi şəkildə işbazlar tərəfindən kəsilərək yerlərində yaşayış binalarının və obyektlərin inşa edilməsinə təəssüflər olsun ki, Dövlət Ekoloji Ekspertiza Agentliyi də müdaxilə edə bilmir.

AzFakt.com xəbər verir ki, 2020-ci ildə Prezident İlham Əliyevin fərmanı ilə yaradılan Dövlət Ekoloji Ekspertiza Agentliyinin əsas vəzifəsi təsərrüfat fəaliyyətinin və digər fəaliyyətlərin dövlət ekoloji ekspertizasından keçirilməsi də daxil olmaqla, ekoloji təhlükəsizliyin tələblərinə uyğunluğunu müəyyən edən, habelə bu sahədə müvafiq xidmətlər göstərən qurumdur.

Bakıda yaşananlara əsasən demək olar ki, hazırda Ekologiya və Təbii Sərvətlər nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Ekoloji Ekspertiza Agentliyi isə demək olar ki, vəzifəsinin öhdəsindən gələ bilmir, ya da bu fəaliyyətləri müəyyən hallarda həyata keçirmək istəmir.

Əldə etdiyimiz məlumata görə fərmanının mürəkkəbi qurumamış Dövlət Ekoloji Ekspertiza Agentliyinin “ölü qurum”a çevrilməsinin səbəbi Agentliyin İdarə Heyətinin sədri Mirsalam Qənbərovun təbiətə qənim kəsilən işbazlarla “əməkdaşlıq” etməsidir.

Mirslaam Qənbərov 2020-ci ildə Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilməmişdən öncə Agentliyin bazasında formalaşdığı Dövlət Ekspertiza İdarəsinin rəisi vəzifəsində çalışıb. Qənbərovun hələ o zamandan Bakının rayonlarının başçıları ilə “alış-verişi” olan, yaşıllıq əraziləri məhv edərək yerlərində binalar inşa edən MTK rəhbərləri ilə “bazarlıq” etdiyi deyilir.

Fəaliyyəti məmnunluq yaratmayan və buna görə də ləğv edilən Dövlət Ekspertiza İdarəsinin yerində yaradılan Dövlət Ekoloji Ekspertiza Agentliyinə Mirsalam Qənbərovun yenidən rəhbər təyin edilməsi ekologiya sahəsində olan vəziyyəti daha da qəlizləşdirdi və bu da bir daha Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyinin problemlərin həllinə necə yanaşdığını ortaya qoydu.

Agentliyin bu gün apardığı ekoloji ekspertizaların əksəriyyətinin saxtalaşdırıldığı, ərazi planlaşdırılmaları və digər ekoloji rəylərin satıldığı iddia edilir. Təbii ki, bunlar iddadır və bu iddiaların əlaqəli qurumlar tərəfindən yoxlanılması ümumilikdə ekologiya sahəsində olan, xüsusən də Bakıda ağacların kəsilməsi ilə bağlı problemlərin həllinə müsbət təsir edər.

Təsis edilməsindən 3 ildən artıq vaxt keçməsinə baxmayaraq, Agentliyin hələ də Bakı şəhərində mövcud problemlərin həlli ilə bağl hansısa ciddi proqnozuna və təkliflərinə rast gəlinmir.

Qeyd edək ki, Mirsalam Qənbərov 2020-ci il tarixdən Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri vəzifəsinə təyin edilib.

AzFakt.com
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ucuz alış-veriş məsələsi də BELƏ GETDİ...

Məşhur “Trendyol” bazarı ətrafında son zamanlar səs-küy sona çatdı. Türkiyənin ən böyük elektron platforması Azərbaycanın “PAŞA Holdinq”i ilə razılığa gəlib və indi bu müqavilə çərçivəsində yerli bazara daxil olur.

Maraqlıdır ki, bu hadisədən əvvəl, cari ilin fevral ayının sonlarına yaxın “Trendyol” Antiinhisar Nəzarəti və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin gözündən bir anda düşmüşdü. Bu xidmətin Haqsız Rəqabət və Reklam Qanunvericiliyinə Nəzarət şöbəsinin baş məsləhətçisi Cavid Süleymanlı isə yerli biznesə qayğısı ilə hamını təəccübləndirmişdi. Türkiyənin tanınmış internet mağazasına qarşı haqsız rəqabət şübhələri səsləndirilmişdi.

Məmurun açıqlamaları geniş ictimai rezonansa səbəb olmuşdu. Vətəndaşlar və ekspert icmasının nümayəndələri bu strukturun göstərdiyi qayğıdan heyran qalmışdılar.

“Tutaq ki, hansısa qurumun Bakıda “Trendyol”da olduğu kimi eyni məhsulları satan pərakəndə mağazası var. Və onun icarə haqqı, ƏDV və gömrük xərcləri var. Təbii ki, pərakəndə satış şirkəti Azərbaycan bazarında “Trendyol” ilə rəqabət apara bilməz”, - deyə C.Süleymanlı açıq şəkildə demişdi.

Antiinhisar departamentinin xəbərdarlığı elektron platformanın gələcək taleyi ilə bağlı suallar yaratmışdı.

Düzdür, sonradan Dövlət Xidməti buna baxmayaraq, ölkədə yerli və xarici rəqəmsal ticarət platformalarının fəaliyyətini məhdudlaşdırmaq üçün heç bir tənzimləyici tədbirin planlaşdırılmadığını rəsmən elan etdi. Və bu hadisələrdən təxminən iki ay sonra, mayın əvvəlində
“Trendyol” yenidən informasiya dalğasında göründü.

İndi ekspertlər və praktiklər Türkiyənin elektron ticarət platforması ilə “PAŞA Holdinq” arasında imzalanmış müqaviləni müzakirə edirlər. Və bununla bağlı əsas məsələ qiymətlərin nə qədər artacağıdır.

“Düşünürəm ki, “Trendyol.com” istifadəçiləri indi “Trendyol.az”-a yönləndiriləcək. Orada əvvəlki sərfəli qiymətləri görəcəklərmi, yoxsa “Trendyol” bazarımız üçün yeni, daha yüksək qiymətlər müəyyən edəcək, bunu demək çətindir. Baxmayaraq ki, bu müqaviləni imzalayan “PAŞA Holdinq”in rəhbəri qiymətlərin daha da münasib olacağına, seçimin müxtəlif olacağına inandırıb”, - deyə Azərbaycan İnternet Forumunun prezidenti, İKT üzrə ekspert Osman Gündüz AYNA-ya bildirib.

“Amma indidən güman etmək olar ki, Azərbaycan bazarında bəzi brendlərin “Trendyol” vasitəsilə satışına hələ də məhdudiyyətlər olacaq və qiymət siyasətini isə yaxın vaxtlarda görəcəyik. Ona görə də münasib və sərfəli qiymətə ümid edək”, - deyə o söyləyib.

Mütəxəssis etiraf edib ki, “PAŞA Holdinq” ilə tərəfdaşlıq yalnız “Trendyol”a diqqət yetirən onlarla yerli kiçik yükdaşıma şirkətinin rəqabətini çətinləşdirəcək: “Bağlanma təhlükəsi yaşayacaqlar. Son iki-üç il ərzində bizdə 200-ə qədər belə yükdaşıma şirkəti yaranıb ki, onlar yalnız “aralıq funksiyanı” yerinə yetiriblər. Bununla belə, onların taleyi proqnozlaşdırıla bilərdi, çünki xidmətlərin dar spektrinə görə onlar nə vaxtsa risk altında ola bilərdilər”.

Gündüzün sözlərinə görə, sensasiyalı epizoda vahid yanaşma ilə bazarımızda belə böyük oyunçunun meydana çıxması yerli elektron ekosistemdə mütərəqqi tendensiyaların yaranmasına təkan verəcək: “Digər məsələlərlə yanaşı, bu hadisə fonunda elektron ticarət mədəniyyəti də formalaşacaq, xidmətlərə sürətli çıxış təcrübəsi, innovasiya və texnologiyaların tətbiqi, xidmətlərin rahatlığı, “PAŞA Holdinq” və onun “Umico e.” e-ticarət ekosistemində ticarət platforması artacaq və beləliklə, “PAŞA Holdinq” bu bazarda əsas oyunçuya çevriləcək”.

İqtisadçı ekspert Eldəniz Əmirov mövzuya dair AYNA-ya şərhində deyib ki, “Trendyol”da yeni dəyişikliklərin edilməsi heç də yükdaşıma şirkətlərinin zərər görəcəyi və ya hər hansı təhlükə ilə üzləşəcəyi anlamına gəlmir: “Son illər Azərbaycanda 200-dən çox yük şirkəti yaranıb, onların arasında güclü və zəif şirkətlər var. Sonuncular rəqabətə tab gətirməyəcək və bazarı tərk edəcək. Razılaşmadan sonra “Trendyol” əvvəlki kimi işləyəcək, lakin daha funksional olacaq”.

“Əgər əvvəllər sifariş verərkən bu platformanın yerli müştəriləri yükdaşıma şirkətlərinin ünvanları ilə məhdudlaşırdısa, indi onlar sifarişin çatdırılacağı ev ünvanı və ya iş yerinə çatdırılmasını da təklif edə bilərlər. Təbii ki, bu, əlavə xərclərə gətirib çıxaracaq, lakin bu, istifadəçi təcrübəsini artıran müsbət haldır”, - deyə o vurğulayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ülviyyə Alovludan məhkəməyə mesaj: - "Mən burdayam, kim axtarırsa, gəlsin..."


Jurnalist Ülviyyə Alovlu Binəqədi Rayon Məhkəməsinin onu axtarışa verməsi ilə bağlı qərarına reaksiya göstərib.

Xəbər verir ki, Ülviyyə Alovlu İnstaqramda video paylaşaraq bu sözləri deyib:

“Sabah Murad Arifin ilk solo konsertidir, ora getməyə hazırlaşıram. Heç kim məni axtarmır. 2022-ci ilin xəbərlərini gündəmə gətirməyə çalışır. Amma özündən başqa hamı gündəmdə oldu. Mənim də gündəmdə qalmağıma səbəb oldu. 2022-ci ilin sənədini 2023-cü il kimi qələmə verdi.

Mən burdayam, bundan sonra getdiyim hər yeri sosial şəbəkədə işarələyəcəm. Sabah Heydər Əliyev Sarayında olacam, kimsə axtarırsa gəlsin aparsın. Hakim Abbas Rzayevə yazıram, o mənə deyir ki, belə bir şey yoxdur”.

Qeyd edək ki, xalq artisti Flora Kərimova Ülviyyə Muradovadan xüsusi ittiham qaydasında məhkəməyə şikayət edib. Onun şikayəti əsaslı hesab olunaraq jurnalist barəsində Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət təqibi başlanılıb.

Xatırladaq ki, tərəflər arasında qalmaqala səbəb Ülviyyə Alovlunun Flora Kərimova barəsində sosial şəbəkələrdə səsləndirdiyi fikirlər olub.

Teleqraf.com

XƏBƏR LENTİ

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR