[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“GünayBank” müəmması: Mahmud Məmmədovun qalmaqallı müsahibəsi, yoxsa...

Ekspert bankla bağlı gizlinləri açdı: “Bir neçə ay öncə...”
Mərkəzi Bankın gözlənilmədən “GünayBank” ASC-nin lisenziyasının ləğv olunması barədə qərar verib. “GünayBank” ASC 1992-ci ildə yaradılıb.

Bankın sahibləri Mahmud Məmmədov və Yeganə Şirinovadır. Mərkəzi Bank açıqlamasında qeyd edib ki, “GünayBank” ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 0,6%, kredit portfelində 1%, sektorun öhdəliklərində isə cəmi 0,5% təşkil edir. 2023-cü ilin I rübünün sonuna bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 38,5 mln. manat təşkil edir. Bankın əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaq. Bankın fəaliyyət göstərdiyi filialların sayı 10, şöbələrin və valyuta mübadilə məntəqələrinin sayı isə 4 olub.

“GünayBank”ın sahibi Mahmud Məmmədov isə Mərkəzi Bankı qınayıb. O bildirib ki, bankın ehtiyacı olsa da, Mərkəzi Bank “GünayBank”a vəsait ayırmayıb. “Elə banklar vardı ki, 500-600 milyon manat kredit verirdi, bizə isə 1-2 milyon manat kredit verməyi də çox görürdü”, - o qeyd edib.

Qeyd edək ki, “GünayBank”ın sahibi bugünlərdə mərhum prezident Heydər Əliyevlə tanışlığı və münasibətləri, eləcə də onun sahibkara göstərdiyi dəstəyi barədə Haqqın.az saytına geniş müsahibə verib.

İxtisasca stomatoloq olan Mahmud Məmmədov 1989-cu ildən kiçik biznesə başlayıb. Deyib ki, vaxtilə ölkədə başlayan milli azadlıq mübarizəsində mitinqlərdə o vaxt hələ yeni yaradılan Xalq Cəbhəsinə ilk yardım edən şəxs olub. Onun sözlərinə görə, hələ 1990-cı ildə Heydər Əliyevi dəstəkləyib və hətta onun barəsində filmin çəkilməsi təşəbbüsü ilə çıxış edib, amma 1990-cı ildə ona qarşı sui-qəsd baş verdiyindən bu təşəbbüs nəticəsiz qalıb. Mahmud Məmmədov 1990-cı ildə Heydər Əliyevin dəvəti ilə Naxçıvana səfəri, ona olan münasibət və dövlət başçısının dəfələrlə dəstəyini xatırlayıb.

Azərbaycanda “GünayBank”ı, sonradan “Günay Sığorta”nı, “Günay” qəzetini və BMTİ televiziyasını təsis edən iş adamı Milli Məclisin keçmiş rəhbəri Rəsul Quliyevlə arasında olan konflikt barədə məlumat verib, haqqında bir neçə dəfə qondarma cinayət işi qaldırıldığını, amma hər dəfə Heydər Əliyev tərəfindən dəstəkləndiyini bildirib. O, akademik Cəlal Əliyevlə münasibətləri barədə də ətraflı danışıb. Onun dəstəyini də yüksək qiymətləndirib. İş adamının müsahibəsində bir sıra mübahisəli məqamlar da var. Məsələn, o deyib ki, H.Əliyev birinci dəfə hakimiyyətə gələndə Bakıda azərbaycanlıların sayı digər millətlərdən az olub. H.Əliyev Bakı Sovetinin o zamankı İcraiyyə Komitəsinin sədrinə tapşırıq verib ki, rayonlardan adam gətirsin, bu nisbət düzəldilsin. O, Cavadov qardaşları ilə uzaq qohumluq əlaqələri olduğunu, Mahir Cavadovla münasibətlərinin pis olduğunu deyib.

Mahmud Məmmədov vaxtilə Azərbaycan Demokratik Sahibkarlar Partiyasının (ADSP) da rəhbəri olub. ADSP 2021-ci ilədək fəaliyyət göstərib və həmin il kollektiv şəkildə Yeni Azərbaycan Partiyasına (YAP) qoşulmaqla bağlı qərar verib. YAP-ın 2021-ci ildə keçirilən qurultayında bu qərar rəsmiləşdirilib.

Bəs görəsən, “GünayBank”ın bağlanmasına siyasi, yoxsa iqtisadi motivlər səbəb olub?

İnsanlar polisə banklardan daha çox güvənirlər” – Əkrəm Həsənov
“GünayBank” müəmması: Mahmud Məmmədovun qalmaqallı müsahibəsi, yoxsa...

Əkrəm Həsənov

Bank üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, “Günay Bank”ın rəhbəri Mahmud Məmmədov hamıya məlum bir şəxsdir və Azərbaycan dövlətçiliyinə, şəxsən Heydər Əliyevə vaxtilə böyük xidmətləri olub: “Yəni burada siyasi heç bir problem yoxdur. Bu bankın iqtisadi cəhətdən də heç bir problemi yoxdur. Mən bank sistemində 10 ildən çox çalışmışam, vəkil kimi də hər gün məhkəmələrdəyəm. Yəni bu günə kimi məhkəmələrdə "GünayBank"la bağlı məhkəmə işi görməmişəm. Bu bankın nə müştərisi, nə əmanətçisi onu məhkəməyə verib. Burada daha çox problem onunla bağlıdır ki, hazırda Azərbaycanda bank sektorunun inhisarlaşması prosesi gedir. Bir neçə bank digər bank sektorunu ələ alır. Burada heç bank sahiblərindən də söhbət getmir. O banklara yeni şəxslər təyin olunublar, idarə edirlər. Gedib xaricdə guya bir-iki il oxuyub gəliblər. Bir az da ingiliscə danışırlar. Bunları da təyin edib deyiblər ki, heç kimdən rüşvət almayın. Bunlar doğrudan da rüşvət almırlar. Amma bunlara bonus verirlər, bankların qazancının müəyyən faizi bunlarındı. Bunlar qarşılarına məqsəd qoyublar ki, digər xırda bankların da axırına çıxsınlar, onların müştəri bazasını ələ alsınlar, daha çox gəlir əldə etsinlər. Bu da nəticə etibarilə ona hesablanıb ki, Azərbaycanda bank sektorunda heç bir rəqabət olmasın. Bankların bu dəqiqəyə olan statistikasına baxsanız, görərsiniz ki, 70-80 faiz aktivlər 4 bankın əlindədir. Ölkədə 25 bank var, 4-5 bank bütün bank sektorunu ələ alıb. Yəni məqsəd rəqabəti aradan qaldırmaqdır. Bu da niyə pisdir? Ona görə ki, burada bank xidmətlərinin keyfiyyəti dəyişir. Həmin o 4-5 bankın hamısında olmuşam, bəzilərinin müştərisi də olmuşam. Keyfiyyət sıfır. Onlar üçün fərqi yoxdur, deyirlər ki, onsuz da müştərimiz var. Düzdür, onların şərtləri bir qədər yaxşıdır. Çünki pulları çoxdur. Amma bankların çoxu getsə, ancaq onlar qalsa, təbii ki, müştərilər üçün şərtlər ağırlaşacaq. Çünki müştərilər pis-yaxşı 25 bank arasında müəyyən seçim edə bilirdi".

Ekspert “bankın lisenziyasının ləğv edilməsi prosedurası necə olmalıdır” sualına belə cavab verib: “Bu məsələ ilə bağlı az öncə məlumat topladım. Sən demə, keçən ilin sentyabr ayından dekabr ayınadək orada yoxlama olub. Bu da adil haldır, Mərkəzi Bank onsuz da bütün bankları vaxtaşırı yoxlayır. Düzdür, böyük bankları çox formal yoxlayır. Amma belə bankları əməlli-başlı yoxlayırlar. Qanunvericiliyə görə yoxlama bitəndən sonra yoxlama aktını dərhal banka təqdim etməlidirlər. İndiyə kimi bunu "GünayBank"a verməyiblər. Yoxlamadan 5-6 ay keçib. O yoxlama artıq aktual da deyil. Bu da məlumdur ki, Mərkəzi Bank şifahi şəkildə banka bildirib ki, kapitalınız azdır, artırmalısınız. Amma “GünayBank” hesab edir ki, onun kapitalı kifayət qədərdir. Aktı versinlər ki, bu kapital hansı meyarla hesablanıb. Bəlkə düz saymayıblar. Yoxlama aktı verməyiblər, detallar bilinmir. Amma “GünayBank” ötən həftə qərar verib ki, səhmdarların ümumi yığıncağını keçirsin, hətta ötən həftə mətbuatda elan da verib. Açıq məlumatdır ki, 5 iyul tarixinə bu görüşü çağırıb və göstərib ki, gündəlikdə bankın kapitalının artırılması məsələsi müzakirə ediləcək. Məhz bundan dərhal sonra da bu həftə Mərkəzi Bank bankı bağlayıb. Əgər bağlayırsansa, bunu xəbərdarlıq etməliydin. Bu faktın özü də göstərir ki, burada məsələ bankın problemləri filan deyil, belə olsaydı, MB vaxt verərdi, gözləyərdi. Bunu etməyiblər, bu qanunaziddir. İkincisi də, Mərkəzi Bank qanuna görə bank nəzarəti səlahiyyətinə malik deyil. Üstəlik, Mərkəzi Bankın İdarə Heyətində 7 üzv olmalıdır. Yetərsay da 4 üzvdür. Hazırda isə cəmi 3 üzv var. Buna görə də onun qərar vermə səlahiyyəti yoxdur. Buradan belə nəticə çıxır ki, “GünayBank” kimi problemi olmayan bank bağlanırsa, sabah istənilən bank da bağlana bilər".

Ə.Həsənov “GünayBank” bu qərardan şikayət edə, hüquqlarını bərpa edə bilərmi" sualını da cavablandırıb: “Məhkəməyə verə bilər. Mən də bunu tövsiyə edirəm. Düzdür, məhkəmələrin də vəziyyəti bəllidir. Amma hər bir halda, hər kəs öz pozulmuş haqqını qorumalıdır. Heç olmasa, bunu edənlərə dərs olsun, belə addımlar atmasınlar”.

“Yeni Müsavat”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Müdafiə Nazirliyindən yarım milyonluq ALIŞ-VERİŞ

Müdafiə Nazirliyi əşya əmlakının (geyimlərin, suvenir və hədiyyələrin) satın alınması ilə bağlı tenderin nəticələrini elan edib.

Millitv.az FED.az-a istinadla xəbər verir ki, tenderin qalibi "Global Stationery Office" MMC olub.

Qalib şirkətə 409 853 manat ödəniləcək.

"Global Stationery Office" MMC 2020-ci ildən indiyədək 15 tenderi qazanıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Biləsuvar-Quşçuluğ”un rəhbəri işçilərin pulunu verməkdən imtina edir - Daxili işlər nazirinə MÜRACİƏT OLUNDU

“Biləsuvar-Quşçuluq” ASC-nin rəhbəri Seyran adlı şəxs 30 Azərbaycan vətəndaşını qul kimi işlədib, indi də “gedin kimə istəyirsiz deyin, mən qanun-qayda saymıram” deyib pullarını vermir.

Millitv.az bildirir ki, “Yeni Müsavat”ın redaksiyasına müraciət edən zərərçəkənlər daxili işlər naziri Vilayət Eyvazovdan kömək istəyirlər. Deyirlər ki, Biləsuvar Polis Şöbəsinə müraciət edib qanunsuzluğa son qoyulacağını düşünüblər. Lakin proses onların düşündüyü tərəfə istiqamət almayıb.

“İlk olaraq Seyranı polis şöbəsinə çağırdılar, ifadəsini aldılar, o da bizlərə yalvarmağa başladı ki, şikayət etməyin, pulunuzu verəcəyəm. Amma sonradan vəziyyət dəyişdi. Polis şöbəsindən çıxandan sonra Seyran dedi ki, "gedin kimə istəyirsiz şikayət edin, mən sizə pul verən deyiləm". Hörmətli cənab nazir, polis şöbəsində şikayətimizə hazırda olduqca biganə yanaşılır, son nəticədə mülki iş kimi rəsmiləşdirilməsinə cəhdlərin olacağına dair Seyranın yaxın ətrafından məlumat almışıq. Halbuki bu adam bizləri işlədib və pulumuzu verməməklə, açıq-aşkar dələduzluq etməkdədir. Sizdən xahiş edirik ki, məsələni şəxsi nəzarətinizə götürməklə araşdırılmasına göstəriş verəsiniz"- zərərçəkənlərdən Mübariz Quluzadə belə deyib.

Zərərçəkən Əmrah Hüseynov isə bildirib ki, 2012-ci ildən tikinti-beton işləri ilə məşğul olur, briqada şəklində fəaliyyət göstərirlər: “Mübariz Quluzadəni 6 ilə yaxındır tanıyıram. Tikintidə briqadir kimi onunla iş yoldaşıyam. 08.08.2022-ci il tarixdə Mübariz bizi Biləsuvar rayonu, Səmədabad kəndində yerləşən quşçuluq fabrikinə tikinti-təmir işləri görmək üçün gətirdi. Mən 15 gün həmin fabrikdə gecə-gündüz beton tökmüşəm, mayak qoymuşam və hamarlama işlərini görmüşəm. Mən günü 50 manata işləmişəm, 15 günə mənə 750 manat pul verilməli olduğu halda Seyrandan pulumuzu ala bilmirik. Seyran Biləsuvar rayonu, Səmədabad kəndi ərazisində Quşçuluq fabrikini işlədirdi. Onunla həmin quşçuluq fabrikində görüşdük. Mənə görüləcək işləri şəxsən Seyran özü göstərib, sexlərin içərisində yerin hamarlayıcı qatını betonlamaq, təmir tikinti işlərini görmək və yeni pəncərə yerlərinin açılması və suvaq işlərini görməsini bizdən tələb etdi. Onunla şərtimiz belə oldu ki, hissə-hissə onun işlərini görəcəkdik, hər həftə pulumuzu ödəyəcəkdi. Sexin yerinin betonlanmasında 17 şəxs işləyib. Ayrı-ayrı işlərin görülməsində ümumilikdə 30 işçi işləmişik. İmişli Beton Zavodundan 400 kub beton almışam, 26 min manat zavoda borclu qalmışam. Betonun içərisinə qoyulması üçün 4000 m setkanı Bakı şəhərindən almışam və mal sahibinə 8300 manat borclu qalmışam. Betonun içəriyə vurulması üçün pompa maşın gətirmişəm, 4 gün işləyib, 6500 manat borclu qalmışam. 40 min 800 manat material və texnikanın puludur, 8 min 200 manat bizə zəhmət haqqı verməli idi. İşi görüb qurtardıqdan sonra Seyran pulu vermədi. Bəhanələr gətirdi, guya sexin yerini betonlayarkən tam hamar, yəni parlaq olmayıb, matıvı vurulub. Mən təkrar aparat gətirdim, 6-7 min manat xərc çəkdim, sexin betonunu parlaq hala gətirib yondum. Bundan sonra Seyran başqa bəhanələr gətirdi, kanalların çəkilməsini tələb etdi, biz kanalları da çəkdik. Mən ondan görülmüş işlərlə bağlı təhvil-təslim olunmasını və pullarımızı ödəməsini tələb etdim. Quşçuluq fabrikinə gəldim, onun sexdə işlərini görən Vasiflə görüşdüm. Digər işlərlə bağlı aramızda akt yazmışdıq, Vasif, hansı ki, pullarını verdikləri işlərlə bağlı sənədlərə imza atdı. Lakin beton işinin sənədinə imza atmadı, dedi Seyran müəllim bildirib ki, beton işini özü təhvil-təslim edəcək. Bu söhbətimiz 2022-ci ilin oktyabr ayında, işi görüb qurtardıqdan 2 ay sonra oldu. Bundan bir həftə sonra Vasif bildirdi ki, Seyran müəllim gəlib. Mən Səmədabad kəndində yerləşən Quşçuluq fabrikinə getdim və Seyranla görüşdüm. Seyran bildirdi ki, betonun markasında məni aldadıblar, marka 200 olmalıdır, mənim bəsimdir, 150 marka olduğu üçün mən pulunu vermirəm. Bakıdan betonun markasını yoxlamaq üçün mütəxəssis gətirdim, yoxladıq, məlum oldu ki, betonun markası 200-dən yuxarıdır. Bundan sonra Seyran daha bir bəhanə uydurdu, dedi ki, işi səninlə danışmamışam, Xalidlə və Zaminlə danışmışam. Beton işlərinin mənim tərəfdən görüldüyünü xatırlatdım, dedim ki, Xalid və Zaminlə əlaqə saxla, pullarımız ödənilsin. Seyran danışaram desə də, sonradan dedi ki, mən sizi tanımıram və pulunuzu da vermirəm, gedin kimə istəyirsiz deyin!”

Zərərçəkənin sözlərinə görə, ümid yerləri daxili işlər naziridir: “Cənab nazirə mətbuat vasitəsilə müraciət etmək məcburiyyətindəyik. Hesab edirik ki, cənab nazir 30 Azərbaycan vətəndaşına qarşı dələduzluq işini şəxsi nəzarətinə götürsə, qısa zaman ərzində bizim haqqımız ödənəcək. Seyranın bizim haqqımızı ödəmək üçün kifayət qədər pulu və imkanı var. Sadəcə, tərslik edir, qanunları saymır. Hüquq-mühafizə orqanı ona Azərbaycanda yaşadığını, Azərbaycan qanunlarına tabe olmalı olduğunu xatırlatmalıdır”.

Millitv.az bildirir ki, “Yeni Müsavat” əməkdaşı məsələ ilə bağlı “Biləsuvar-Quşçuluq” ASC-nin rəhbəri ilə əlaqə saxlayıb. O, ittihamlara münasibət bildirməkdən yayınıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Cənablar, YERLI KARTOF HANI? - ekspert SORUŞUR

"Kartofçuluq ölkəsi olmağımıza baxmayaraq 2 ildən çoxdur satışda ancaq heyvandarlıq üçün olan texniki sort kartof satılır özü də 1 manata. AQTA deyir qəşəmgdi yeyin kef eləyin...

Xalqxeber.az bildirir ki, bu açıqlama ilə ekspert Elçin Bayramlı çıxış edib.

E.Bayramlı daha sonra deyib: "Burada ortaya 5 sual çıxır

1. Yerli kartof hanı?

2. Heyvan kartofu niyə insanlara satılır?

3. Xaricdən 10-15 qəpiyə alınan bu məhsul niyə 1 manata satılır.

4. GMO məhsul idxalı qağadan olan ölkəyə bunu neçə keçirirlər?

5. AQTA nə işlə məşğuldur?"

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tovuzda vətəndaşı DİNLƏYƏN YOXDUR... - GİLEY
Tovuz rayonu, Qovlar şəhəri, Nizamı küçəsinin bir qrup sakini tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər iddia edirlər ki, “Azərsu” ASC onlara məxsus pay torpağı ərazisindən su kanalı çəkib, bu səbəbdən də vətəndaşların öz torpaqlarından istifadəsi məhdudlaşdırılıb.

Şikayətçilər bildirirlər ki, müvafiq qurumlara məktub yazsalar da, şikayətlərinə baxan yoxdur. Üstəlik, onlara kompensasiya da vermirlər.

Sakinlər onu da deyir ki, su kəmərinin çəkilişi vaxtı sakinlərin onlarla ağacları da məhv edilib.

Şikayətçilərin redaksiyamıza göndərdiyi video müraciəti olduğu kimi təqdim edirik:

VİDEO 1
My Webpage
VİDEO 2
My Webpage
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Baba Rzayev qanunların ÜSTÜNDƏ OTURUB? - Bunun BAŞQA ADI YOXDUR...

Xətai rayonunun hüquq-mühafizə orqanları ilə bağlı qəribə mənzərə yaranıb. Artıq bir neçə ildir, məhkəmə, polis və prokurorluq orqanları sahibkar Anar Qəribovun “Azur” ticarət mərkəzinin sahiblərinə qarşı şikayəti ilə bağlı vahid mövqeyə gələ bilmirlər.

Bu işlə bağlı qısaca onu demək olar ki, sahibkar ticarət mərkəzində kifayət qədər böyük ərazini icarəyə götürüb, oranı təmir etdirib, ora bahalı avadanlıqlar və geniş çeşiddə brend geyimlər gətirib. Ancaq təmirdən sonra ciddi şəkildə dəyişən obyekt oranı icarəyə verənlərin özlərinin xoşuna gəlib. Üstündən iki ay keçməmiş “Azur” sahibləri tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə zidd olaraq icarə haqqını dəfələrlə artırdıqlarını elan ediblər. (Pressklub.az bu barədə “Sahibkarı belə müflis etdilər – Milyon yarımlıq QALMAQAL” (https://pressklub.az/ekskluziv/sahibkari-bele-muflis-etdiler-milyon-yarimliq-qalmaqal/) məqaləsində yazıb).

Ticarət obyektinin təmiri və təchizatına bir milyon manata yaxın sərmayə qoyan sahibkarın sözlərinə görə, o, yeni şərtləri qəbul edə bilməzdi. Ona görə yox ki, bu, tərəflərin hüquqi olaraq bağladıqları sənədə zidd olub. İlk növbədə ona görə ki, o, yenicə ticarət qurmağa, kreditləri ödəməyə başlayıb və ərazini icarəyə verənlərin heç nəyə əsaslanmayan, havadan götürdükləri məbləği hər ay ödəyə bilməzdi. Və ümumiyyətlə, heç bir özünə hörmət edən iş adamı daha çox quldurluğu xatırladan bu cür yanaşma ilə razılaşmaz.

Yaranmış münaqişənin sülh yolu ilə həlli mümkün olmayıb. Ərazini icarəyə verənlər sahibkarı onların tələbinə boyun əyməyə və ya sadəcə olaraq, ticarət mərkəzini tərk etməyə məcbur etmək üçün müxtəlif üsullara əl atmağa başlayıblar. Qəribovun sözlərinə görə, onlar işığı kəsiblər, ticarət obyektinə kanalizasiya suları axıdıblar, reklam lövhələrini çıxarıblar, mağaza işçilərinə maneələr yaradıblar, axırda isə özbaşına şəkildə obyekti özləri üçün yenidən qurmağa başlayıblar. Və bir gün işə gələn sahibkar öz mağazasını tanımayıb – bütün avadanlıqlar mallarla birlikdə yoxa çıxıb. Qəribov bunu kimin etməsi və əmlaklarının harada olması barədə suala cavab ala bilməyib.

Sahibkar hüquq-mühafizə orqanlarına şikayət etmək məcburiyyətində qalıb. Düşünüb ki, onlar problemi tez bir zamanda həll edəcəklər. Axı hər şey o qədər aydındır ki, nəyisə uzun müddət axtarmağa ehtiyac qalmayacaq. Tamamilə aydın idi ki, ticarət mərkəzinin rəhbərliyinin xəbəri olmadan heç kim bunu edə bilməzdi.

Amma Qəribov hesablamalarında ciddi səhvə yol verib. Hüquq-mühafizə orqanları sahibkarın təkidi ilə beş dəfə araşdırmaya başlayıblar və hər dəfə cinayət işi açmaqdan imtina ediblər.

İcarəyə götürənin sonda müraciət etdiyi Xətai rayon məhkəməsi yaşananlara hüquqi qiymət verib və Cinayət Məcəlləsinin 158.3, 177.2.3, 177.2.4, 186.3, 190.2-ci maddələrinin açıq-aşkar pozulduğunu müəyyən edib. Lakin hakim Bəxtiyar Məmmədovun şikayət üzrə cinayət işinin başlanmasından imtina edilməsi barədə əvvəlki qərarın ləğvi ilə bağlı çıxardığı hökm heç nəyi dəyişməyib. Xətai Rayon Polis İdarəsinin rəisinin cinayət işinin başlanması ilə bağlı imzaladığı müvafiq məktuba prokurorluq yenidən rədd cavabı verib.

Ən anlaşılmaz olanı isə budur ki, Xətai Prokurorluğunun bu imtina qərarını daha yüksək nəzarət orqanları – həm Bakı şəhər Prokurorluğu, həm də Baş Prokurorluq dəstəkləyir. Və ona görə yox ki, bu işdə icarəyə verənlərin addımlarına haqq qazandıran məqamlar var. Bəlkə onlar üçün mundir şərəfi qorumalı olduqları həqiqətdən daha önəmlidir? Axı kim bilməsə də, onlar bilirlər ki, məhkəmə qərarı olmadan başqasının əmlakını naməlum istiqamətdə aparıb aylarla gizlətməyə, sahibini ona yaxın buraxmamağa heç kimin hüququ yoxdur. Yeri gəlmişkən, uzun və davamlı axtarışlardan sonra tapılan məhsulun bir hissəsi düzgün saxlanma şəraiti olmadığından qismən çürüyüb, qalanı isə ciddi zədələnib.

Düzdür, icarəyə verənlər iddia edirlər ki, onlar icarədara binanı tərk etməklə bağlı dəfələrlə xəbərdarlıq ediblər, “köçürülmə” prosesi isə şahidlər, yəni öz işçilərinin gözü qarşısında aparılıb və videoya çəkilib. Amma məsələ ondadır ki, bu zaman artıq işə məhkəmədə baxılırmış və məhkəmə ticarət mərkəzinin sahiblərinə prosesin sonuna qədər mağazada heç nəyə toxunmamaq barədə ciddi xəbərdarlıq edib. Bəlkə onlar elə buna görə də arzuedilməz icarədarın özünəməxsus “köçürülməsinə” məhkəmə icraçıları dəvət edilməyiblər? Axı bu cür addımlar onların iştirakı olmadan həyata keçirilmir.

Müxtəlif versiyalar qura, fərziyyələr irəli sürə, icarəyə verənlərin atdıqları addımların səbəblərini və bu münaqişə ilə bağlı hüquq-mühafizə orqanlarının qərarlarının məntiqini anlamağa çalışmaq olar. Amma biləndə ki, ticarət mərkəzinin sahiblərindən biri olan Fuad Rzayev “Azərenerji” ASC-nin hamıya yaxşı tanış olan prezidenti Baba Rzayevin oğludur, bununla məşğul olmaq istəyi yox olur. Belə bir amil bir çox başqa versiyaların üstündən xətt çəkə bilər və istisna deyil ki, hətta məhkəmə, polis və prokurorluq orqanlarının arqumentlərini üstələyir.

Hüquqşünas Əkrəm Həsənov deyir: “Məhkəmə qərarında açıq-aydın göstərilib ki, şahid kimi binanın sahibi Fuad Rzayev ifadə verməyə borcludur. Onun əvəzinə izahatı nümayəndəsi Axundovanın yazması isə cinayət-prosessual qanunvericiliyin tələblərinin birbaşa pozulmasıdır. Cinayət-Prosessual Məcəlləsinin 9.4.1-ci maddəsinə əsasən, şahid, vasitəçi olmadan, özü ifadə verməyə borcludur. Cinayət Prosessual Məcəlləsinin 105-ci maddəsinə əsasən, şahidin nümayəndəsi yalnız ifadə verərkən ona hüquqi məsləhət verə bilər. Qəribədir ki, prosessual nəzarəti həyata keçirən prokurorluq Cinayət Məcəlləsinin belə kobud pozuntusunu görmür”.

Vəkilin sözlərinə görə, məhkəmə bu cinayət işinin icrasında məqsədlərdən biri ilə bağlı pozuntu qeydə alıb: cinayətin tez biz zamanda açılması, cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv aydınlaşdırılması. Hüquq-mühafizə orqanları cinayət əlamətlərini əks etdirən əməllər barədə məlumat alan kimi cinayətin izlərinin qorunması və müsadirə edilməsi üçün tədbirlər görməyə, habelə dərhal dindirmə və ya təhqiqat aparmağa borcludurlar.

Vəkil Əkrəm Həsənov məhkəmənin bu mövqeyi ilə razılaşaraq əlavə edir:

– Hüquq-mühafizə orqanlarının fəaliyyətsizliyi özü-özlüyündə cinayət kimi qiymətləndirilə bilər. Axı qanun dərhal hərəkətə keçməyi elə-belə tələb etmir. Çünki zaman keçdikcə sübutları müəyyən etmək və qanunu pozan şəxsi məsuliyyətə cəlb etmək xeyli çətinləşir. Baxılan iş həm də ona görə suallar doğurur ki, belə davranış Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşları üçün qeyri-adidir. Adətən onlar qonşuların bir-birindən daha az şikayətləri üzrə belə, dərhal cinayət işi açırlar. Burada isə Cinayət Məcəlləsinin aşağıdakı maddələri üzrə qanun pozuntuları var: 158 (Hüquqi şəxslərin binalarının (otaqlarının) toxunulmazlığını pozma), 177 (oğurluq), 186 (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 190 (qanuni sahibkarlıq fəaliyyətinə mane olma), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309 (vəzifə səlahiyyətlərini aşma), 322 (özbaşınalıq). Və bu dövlət başçısının sahibkarların müdafiəsi ilə bağlı daim çağırışlar etdiyi bir vaxtda baş verir. Amma biznesə belə yanaşma davam etsə, ölkədə sadəcə olaraq məmurlara məxsus olmayan biznes əvvəlcədən uğursuzluğa məhkum olacaq.

Qanun hamı üçün eynidir deyirlər. Amma adamda belə bir təəssürat yaranır ki, Xətai rayonunda hüquq-mühafizə orqanlarının hərəsinin öz Femidası var. Hətta pandemiyadan da əvvəl başlayan və illərdir bir instansiyadan digərinə sürünən bu məsələyə aydınlıq gətirməyin vaxtı çatıb.
Pressklub.az

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO