[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Göz önündə saralan “qırmızı xət”lər - VİDEO

Ötən həftə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Brüsseldə baş tutan danışıqların yekununda səsləndirilmiş, daha sonra isə dərc olunmuş bəyanat kəmiyyət dəyişikliyindən keyfiyyət dəyişikliyinə keçidin əsasını qoyub.
Bu barədə “Caliber” layihəsinin “YouTube” səhifəsində yayımlanan yeni süjetdə bildirilib.

Qeyd olunub ki, ekspertlər danışıqlar prosesində ortaya çıxan yeni elementləri artıq təhlil ediblər. Onların arasında daha vacib məqamlardan biri Azərbaycan və Ermənistan ərazisinin kvadrat kilometrlərlə göstərilməsidir.

Daha ətraflı “Caliber”in yeni videomaterialında:
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"ABŞ Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu dəstəkləyir" - Dövlət Departamenti


ABŞ danışıqların harada aparılmasından asılı olmayaraq, Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun tərəfdarıdır.

Bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel mayın 25-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilməsi nəzərdə tutulan görüşü şərh edərkən deyib.

"Tərəflər arasında birbaşa danışıqlar prinsipial əhəmiyyət kəsb edir və biz şadıq ki, onlar harada olursa olsun - Arlinqtonda (ABŞ-ın Virciniya ştatı – red.), Brüsseldə və ya Moskvada", - o vurğulayıb.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Mayın 19-da havanın kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, mayın 19-u gecə və səhər, 20-si gündüzdən 22-si gündüzədək isə bəzi yerlərdə hava şəraitinin qeyri-sabit olacağı, arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından və digər çaylardan qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Norveç və Britaniya Ukraynanı uzun mənzilli MLRS və ARTHUR radarları ilə təmin edəcək


Norveç və Böyük Britaniya birgə Ukraynanı uzunmənzilli reaktiv yaylım atəşi sistemləri və ARTHUR radarları ilə təmin edəcəklər.

"Bu barədə Norveçin müdafiə naziri Byorn Arild Qram bildirib.

Departament rəhbərinin britaniyalı həmkarı Benn Uolleslə görüşün yekunu üzrə bəyanatı Skandinaviya ölkəsi hökumətinin saytında dərc olunub.

Biz Ukraynaya dəstəyimizi davam etdirmək və gücləndirmək barədə razılığa gəldik. Bu gün biz uzaq mənzilli artilleriya və radarların çatdırılmasını təsdiq edirik. Norveç üç ARTHUR artilleriya yerləşdirmə radarını və səkkizə qədər uzun mənzilli MLRS-ni ötürəcək. Qram bildirib ki , ianələr Böyük Britaniya ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirilir .

Birgə mətbuat konfransı zamanı Norveçdən F-16 qırıcılarının təhvil verilməsinin hazırda müzakirə edilmədiyini də bildirən Qram, gələcək tədarüklər mövzusunda spekulyasiya etmək istəmədiyini bildirib.

Britaniya Müdafiə Nazirliyinin rəhbəri də öz növbəsində Ukrayna ordusunun uzaqmənzilli “Storm Shadow” raketlərindən istifadə etdiyini təsdiqləyib .
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Biləsuvar rayonunda it yiyəsini tanımır - Faiq Qürbətovun rayonu rəsmən xaraba günə qalıb

Biləsuvar: Şəhidin evini su basıb, torpaq İran vətəndaşına satılıb, 3 ay əvvəl inşa olunan yol dağılıb, küçələri zibil basıb, rayon mərkəzində itlər meydan sulayır, icra başçısı Faiq Qürbətov rahat kabinetindən çölə çıxmır…

44 günlük Vətən müharibəsində əldə qazanılan Qələbədən sonra yerlərdə rayon-şəhər icra hakimiyyətlərinin fəaliyyətlərində önəm verilən əsas istiqamətlərdən biri və bəlkə də birincisi şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının sosil vəziyyətlərinin yaxşılaşdırılması müstəvisində gördükləri işlərdir desək, yanılmarıq. 3 ilə yaxındır ki, Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmiş Faiq Qürbətovun işinin məhz bu yönü axsayır.

Biləsuvar rayonunun inzibati mərkəzində, Biləsuvar şəhərinin Milli Qəhrəman Mübariz İbvrahimovun adını daşıyan küçədə cəmi 3 ay əvvəl döşənmiş yol dağılıb. Tik-Tok istifadəçilərindən biri internet platformasında yerləşdirdiyi video-materialı müşayiət edən səs yazısında qeyd edir ki, yolun döşənməsi qarlı havada, sululuq şəraitində həyata keçirildiyindən, nəticə keyfiyyətsiz alınıb. Odur ki, indi yola yamaq vurmağa ehtiyac yaranıb. Halbuki asfaltın istismar müddəti 20-30 ildir. Video-qeydə şərh yazmış digər istifadəçilər yamaq vurulmuş yolun da dözməyəcəyini deyirlər və keyfiyyəti korrupsiyanın “yediyini” bildiriblər.

Mayın 3-də internetdə paylaşılan başqa bir materialda isə şəhid Babək Mahmudlunun doğulub böyüdüyü evi su basdığı göstərilir. Görüntülərdə evin sakinlərininin yağış suyunu döşəmədən vedrə ilə çölə daşıdıqları diqqəti çəkir.

Xatırladaq ki, şəhid Babək Mahmudlunun ailəsinə iki il əvvəl Dövlət Məşğulluq Agentliyinin xətti ilə təsərrüfat qurmaq üçün verilmiş heyvanlar xəstə çıxdıqları üçün tələf olmuşdu.

Biuləsuvarda bərbad halda olan sahələr təkcə yol və su-kanalizasiya təsərrüfatları deyil. Küçələrdə antisanitariya şəraiti hökm sürür, mərkəz dairənin həndəvərində çoxlu saydav sahibsiz itlər dolaşır. Tədbir görülməzsə, yaxınlaşmaqda olan isti yay günlərində itlərin quduzlaşması və insanlara zərər yetirməsi də istisna olunmur.

Rayonun ağrılı problemlərindən biri də kənd təsərrüfatı sektorundakı pərakəndəlik, torpaq sahələrinin və subsidiyaların bölgüsündəki ədalətsizlikdir. Rayon sakini Niyaz Məmmədov “Yutub” kanalındakı paylaşımında şikayətlənir ki, Biləsuvarın dövlət fond torpaqlarının 17 min hektarı qeyri-biləsuvarlılara verilib: “İran İslam Respublikasının vətəndaşı Şəhriyar Mahiri böyük ərazini rəhbəri olduğu şirkətə uzunmüddətli icarəyə götürərək 150 min manat subsidiyanı cibinə qoyub. Torpağı isə elə biləsuvarlıların özünə icarəyə verərək heç bir zxəhmət çəkmədən pul qazanır. Halbuki, müqavilə üzrə götürdüyü öhdəliklərə görə torpağın münbitləşdirilməısinə, yüksək məhsuldarlıq əldə edilməsi üçün xüsusi toxumların gətirilməsinə çalışmalıdır. Qazandığı kapital ona qol qoyduğu şərtləri unutdurub. Biləsuvarlılar isə torpaqdan, işdən məhrum olublar.

Daimi oxucular xatırlayarlar ki, ötən yazılarımızda Biləsuvar rayonunun əkinə yararlı xeyli ərazisinin Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Rafael Quliyev və qohumları tərəfindən “pay-püşk” olunmasından bəhs etmişdik.

AZƏRBAYCANREALLIĞI.COM
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şirvan şəhərindəki Humanitar Kollecdə Korrupsiyanın qarşısını kim alacaq?-Şok Faktlar

Şirvan şəhərində Dövlət İqtisadiyyat və Humanitar Kolleci deyilən bir orta-ixtisas təhsil müəssisəsi var. Təhsil ocağı 1999-cu ildə Bakı Məktəbəqədər Pedaqoji Texnikumunun Əli Bayramlı (hazırki Şirvan) filialı kimi fəaliyyətə başlayıb. Əvvəllər Əli Bayramlı Pedaqoji Kolleci olan təhsil müəssisəsi yalnız 2006-cı ildən Nazirlər Kabinetinin qərarı ilə hazırki adını daşımağa başlayıb.

Hələ 1999-cu ildən bu Kollecə Balamirzə Məmmədov direktorluq edib. Demək olar ki, təhsil müəssisəsini Şirvan şəhərində o yaradıb. Yəqin ki, həmin dövrdə Dövlət Neft Şirkətində mühüm vəzifələrdən birini tutan mərhum bacısı oğlu Yavər Camalovun geniş əlaqələri hesabına.

Hazırda isə kollecdə direktor vəzifəsini filologiya elmləri üzrə fəlsəfə doktoru Barxudar Barxudarov daşıyır.

Onun rəhbərliyi altında Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində hazırda tədris və təlim-tərbiyə prosesinin hansı səviyyədə təşkil edildiyi barədə bir şey deyə bilmərik. Amma 2014-cü ildə Təhsil Nazirliyinin burada apardığı yoxlamaların nəticələri ilə sizi tanış edə bilərik. Belə ki, nazirlik tərəfindən orta ixtisas təhsili müəssisələrində pedaqoji kadr hazırlığı ilə bağlı vəziyyəti yerində araşdırmaq məqsədi ilə cari ilin yanvar ayının sonlarında Lənkəran Dövlət Humanitar, Astara Pedaqoji və Şirvan Dövlət İqtisadiyyat və Humanitar kolleclərində yoxlamalar keçirilib. Yoxlamalar zamanı kolleclərin fəaliyyətində akademik və maliyyə pozuntu hallarına yol verildiyi, normativ hüquqi aktlarının tələblərinə əməl olunmadığı müəyyən edilib.

Tədrisin təşkilində, tələbələrin biliklərinin qiymətləndirilməsində ciddi nöqsanlara yol verdiyinə və imtahan sessiyasının müvəffəqiyyətlə başa çatdırılması üçün tələbələrə qarşı hüquqazidd tələblərin irəli sürülməsinə şərait yaratdığına görə Lənkəran Dövlət Humanitar Kollecinin direktoru Şaban Şəfiyev tutduğu vəzifədən azad edilib.

Tədris və imtahan proseslərinin normal gedişini təmin edə bilmədikləri üçün Astara Pedaqoji və Şirvan Dövlət İqtisadiyyat və Humanitar kolleclərinin direktorlarına sonuncu xəbərdarlıqla şiddətli töhmət elan olunub.

Göründüyü kimi tədrisin keyfiyyətində problemlər Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində hələ 2014-cü ildən olub. Hazırda isə burada imtahan sessiyalarına, tələbələrin biliklərinin qiymətləndirilməsinə fərqli, nisbətən loyal bir yanaşma var. İmtahanlarda pul yığımı kompaniyası kollecdə o qədər geniş vüsət almayıb. Amma dövlət vəsaitlərindən də səmərəli istifadə qaydalarına əməl olunmur.

Bunu aktualinfo.org-un apardığı araşdırmalarda aşkar etdik. Belə ki, kollecə zəruri olan mal-materialların və xidmətlərin satınalmaları qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilmir. Burada kotirovka sorğusu prosedurlarında ciddi qanun pozuntularına yol verilir, habelə bağlanmış müqavilələr saxtalaşdırılr.

Məsələn Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci tərəfindən 15.07.2021-ci il tarixdə elan olunmuş əsas vəsaitlərin qiymətləndirilməsi, 07.07.2021-ci il tarixdə elan olunmuş abadlıq işlərinin satın alınması, 07.07.2021-ci il tarixdə elan olunmuş cari təmir işlərinin satın alınması, 27.10.2020-ci il tarixdə elan olunmuş maşın və avadanlığın satın alınması, 27.10.2020-ci il tarixdə elan olunmuş abadlıq işlərinin satın alınması, 27.10.2020-ci il tarixdə elan olunmuş cari təmir işlərinin satın alınması üzrə keçirilmiş kotirovka sorğusunun nəticələri barədə dövlət satınalmalarının vahid portalında heç bir məlumata rast gəlinmir. Bu isə o deməkdir ki, Kollecinin Tender Komissiyası satın alınan mallar (xidmətlər) üçün ayrılan vəsaitlərin süni şəkildə şişirdilməsinə yol verir, özlərinə yaxın şirkətlərlə əlbir olub büdcə vəsaitlərini təyinatından kənarlaşdırır.

Xüsusilə qeyd etmək istərdik ki, 2019-cu ildən sonra Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecin Tender Komissiyası keçirdiyi kotirovka sorğuları barədə dövlət satınalmalarının vahid internet portalının bazasına heç bir məlumat yerləşdirməyib. Bu görəsən nə ilə bağlıdır. Qanunları saymamaqla, yoxsa…

Bizdə belə təəssürat yarandı ki, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində Azərbaycan qanunlarının çoxu işləmir. Çünki qanunla nəzərdə tutulmuş qaydada Kollecin Tender Komissiyasına ünvanladığımız sorğuya belə cavab verilmədi.

Göründüyü kimi, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində problemlər həmişə movcud olub. Mikayıl Cabbarovun Təhsil nazirliyində Kollecdə özbaşınalıq hallarının qarşısı hardasa alınıb. Amma gənc, elə hal-hazırda İqtisadiyyat naziri olan Mikayıl Cabbarovun kadrı kimi tanınan, islahatçı nazır Emin Əmrullayevin sözügedən nazirliyə rəhbərliyi dövründə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində baş alıb gedən özbaşınalıq və korrupsiya halları daha da artıb. Bunun qarşısı nə vaxt alınacaq? Kim alacaq? Artıq vaxtı deyilmi Emin Əmrullayev? //Aktualinfo.org//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dayanacaqlardan yoxa çıxan milyonlar: Sərnişinlər küçədə qalmalıdır? - HƏQİQƏTƏN DƏ...

2015-ci ildən etibarən "Bakı Metropoliteni"ndə və Bakı şəhərində fəaliyyət göstərən avtobus xətlərində gediş haqqının ödənişi "BakıKart" vasitəsilə həyata keçirilir.

“BakıKart” beynəlxalq standartlara uyğun olaraq sərnişinlərin tələblərinə cavab verən ictimai nəqliyyatda gediş haqqının nağdsız elektron ödəniş alətidir.

“BakıKart”ın missiyası isə nəqliyyat vasitələrində ödənişlər üzrə vahid ödəniş aləti olmaqla, ictimai nəqliyyatdan istifadə edənlərin vaxta qənaətini, rahatlığını və ödənişlərin şəffaflığını təmin etməkdir.

Həmin dövrdən "Bakı Metropoliteni"ndə və "BakıKart" avtomatlaşdırılmış ödəniş sisteminə qoşulmuş Bakı şəhərində fəaliyyət göstərən avtobus xətlərində gediş haqqının ödənişi plastik kartı vasitəsilə həyata keçirilir.

Qeyd edək ki, bir vaxtlar kartın balansını artırmaq yalnız “BakıKart” ödəmə terminalları və POS-terminalları ilə mümkün idisə, sonralar “MilliÖN” terminalları, “BakıKart” mobil tətbiqi və veb portal vasitəsilə də bunu həyata keçirmək mümkün oldu.

Bildirək ki, “BakıKart” terminallarında 10, 20, 50 qəpik dəyərində sikkələrdən və əskinaslardan istifadə edilir.

Xatırladaq ki, “BakıKart”ın nağdsız ödəniş sisteminin tətbiqi sərnişinlər tərəfindən razılıqla qarşılansa da, sonralar bu istiqamətdə həyata keçirilən “yeni ödəniş ideyası” bir sıra problemlərə yol açıb.

Bu sahədə əsas problemlərdən biri və ən başlıcası dayanacaqlarda fəaliyyət göstərən “BakıKart” ödəmə terminalların yığışdırılmasıdır. Bu gün paytaxtda əksər dayanacaqlarda adıçəkilən terminallar yığışdırılıb və vətəndaşlar demək olar ki, əsasən marketlərdə fəaliyyət göstərən “MilliÖN” terminallarının ümidinə qalıb.

Qeyd edək ki, marketlərin heç də hamısında “MilliÖN” terminalı yoxdur. Digər bir fakt isə odur ki, əgər vətəndaş dayanacaqlardakı “BakıKart” ödəmə terminalında 10, 20, 50 qəpik dəyərində sikkələrdən, həm də əskinaslardan istifadə edirdisə, “MilliÖN” terminalında isə yalnız əskinaslardan istifadə mümkündür.

Yəni cibində əskinası olmayan vətəndaş yolda qalmalıdır. Məsələn, bir vətəndaşın pul kisəsində cəmi 1, yaxud da 5 manat varsa, o bütün pulunu terminala ödəməli olur. Yaxud vətəndaşın pul kisəsində anca sikkə varsa, dayanacaqda “BakıKart” ödəmə terminalı yoxdursa, demək o sərnişin də heç bir avtobudan istifadə edə bilmir və dayanacaqda qalmalıdır.

Hazırda bəzi “MilliÖN” terminalının heç də hamısında “BakıKart”la bağlı ödəniş sistemi aktiv deyil.

Bəs dayanacaqda “BakıKart” ödəmə terminalının olmadığı, “MilliÖN” terminalının işləmədiyi təqdirdə vətəndaş necə çıxış yolu tapmalıdır?

Əgər bununla bağlı “BakıKart” mobil tətbiqi və veb portal vasitəsini isə çıxış yolu kimi göstərirsə, qeyd edək ki, bu tətbiq hələ geniş yayılmayıb və ölkə əhalisinin çox az hissəsi bundan faydalana bilir.

Fakt odur ki, “BakıKart”ın missiyası nəqliyyat vasitələrində ödənişlər üzrə vahid ödəniş aləti olmaqla, ictimai nəqliyyatdan istifadə edənlərin vaxta qənaətini, rahatlığını və ödənişlərin şəffaflığını təmin etməkdirsə, hazırda terminalların yığışdırılması ilə vətəndaş nəinki rahatlıq əldə edib, əksinədaha çox əziyyətlərə qatlaşmalı olurlar.

Nəticədə vətəndaşlar ödəmə terminalı tapmaq üçün uzaq məsafələr qət etməli olurlar. Şəffaflığa gəldikdə, dayanacaqlara yerləşdirilən həmin “BakıKart” ödəmə terminalına xeyli vəsait ayrılmışdı və hazırda həmin terminallar da yığışdırıldığına görə bu vəsait “itirilmiş” hesab edilir.

Xatırladaq ki, bir neçə il öncə dayanacaqlarda quraşdırılan monitorlar da eyni aqibətlə üzləşdi. Xeyli vəsait sərf edilərək ölkəyə gətirilərək quraşdırlan həmin monitorlar bu gün dayanacaqlarda lazımsız əşyaya çevrilib. “BakıKart”la bağlı digər maraqlı məqam isə bu gün vətəndaşların bəzi dayanacaqlarda “canlı ödəniş terminalı” ilə qarşılaşmalarıdır.

Bu gün paytaxtın bir sıra dayanacaqlarında, məsələn, 62 saylı avtobusun dayanacağında əlində ödəniş aparat olan şəxs məhz bu funksiyanı yerinə yetirir.

Maraqlıdır, “BakıKart”ın beynəlxalq standartlara uyğun olaraq sərnişinlərin tələblərinə cavab verən ictimai nəqliyyatda gediş haqqının nağdsız elektron ödəniş aləti dedikdə bunumu nəzərdə tuturlar? Yoxsa “BakıKart”ın dayanacaqlarda peyda olan bu “canlı ödəniş terminalı”ndan xəbəri yoxdur.

Nəticə odur ki, bu gün bir sıra dayanacaqlarda nə ödəniş terminalları, nə də yaxınlıqda ticarət obyektləri olmadığından vətəndaşlar əllərində 10, 20, 50 qəpik dəyərində sikkələrlə digər sərnişindən onun da əvəzinə ödəniş etməsi üçün xahiş etməli olurlar. Bu isə heç də beynəlxalq standartlara uyğun fəaliyyət göstəricisi deyil. Dia.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hacıqabulda Afiq Kərimov “fırtına“sı - Başçının köməkçisi oliqarxa necə çevrilib?

Azərbaycanda icra başçısı təyin edilən şəxslər ilk öncə köməkçilərini dəyişərək, özlərinə yaxın şəxsi bu vəzifəyə təyin edirlər. Ancaq bəzi müəmmalı istisnalarda var. Belə müəmmalı istisnalardan biri Hacıqabul rayonunda baş verib. Belə ki, Hacıqabul rayonuna icra başçısı təyin edilən Rüstəm Xəlilov, keçmiş başçının dövründə adı müxtəlif qalmaqallarda hallanan köməkçi Afiq Kərimovu vəzifəsindən azad etmədi. Hətta qalmaqallı Afiq Kərimovun səlahiyyətlərinin Rüstəm Xəlilov dövründə daha da artdığı deyilir.
Millitv.az bildirir ki, AzFakt.com-a daxil olan məlumata görə Hacıqabul icra başçının köməkçisi vəzifəsindən sui-istifadə edərək müxtəlif obyektlərə, torpaq sahələrinə və biznesə malik olan Afiq Kərimov oliqarxa çevrilib. Azərbaycanda icra başçıları köməkçiləri arasında ən varlısı və səlahiyyətlisi də Afiq Kərimov olduğu bildirilir. Hazırda Hacıqabulda icra başçısının tender, torpaq satışı, tikinti məsələlərindən tutmuş, məmurlardan gizli yolla alınan maliyyə məslələrinə qədər demək olar ki, bütün işlərinə Afiq Kərimovun nəzarət etdiyi deyilir. Hətta bir müddət əvvəl başçının birinci müavini təyin edilən Saleh Əskərovun da təyinatında köməkçi Afiq Kərmovun rolunun olduğu bildirlir.

Kiçik bir rayonun icra başçısının köməkçisi işləyən Afiq Kərimovun qədər sərvətə, mal-mülkə sahib olması isə sözün həqiqi mənasında hüquq mühafizə orqanları tərəfindən ciddi şəkildə araşdırılmalıdır.

Mövzuya qayıdacağıq.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Müdafiə Nazirliyi məlumat yaydı

"Mayın 18-i guya Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin bölmələrinin minaatanlardan atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat yalandır, bunu qəti surətdə təkzib edirik".

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Axundov Kitabxanası"nda şübhəli tenderlər: - Tender kralı olan QSC kimindir?


Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanası müxtəlif təyinatlı və müxtəlif ölçülü ləvazimatların satın alınması ilə bağlı tenderə yekun vurub.
Tenderin qalibi "Vest-LTD” Qapalı Səhmdar Cəmiyyəti (QSC) olub. Kitabxana ilə şirkət arasında imzalanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 733 473,08 AZN təşkil edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Vest-LTD” QSC 14 aprel 2010-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2050 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Cavad xan küçəsi, ev 51, mənzil 46-da yerləşir.
QSC-nin qanuni təmsilçisi Verdəliyev Şahin Əlimərdan oğludur.

"Vest-LTD” QSC əvvəllər Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) kimi fəaliyyət göstərib. Sonradan təşkilati-hüquqi formasını dəyişərək QSC-yə çevrilib.

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi barədə heç bir məlumat yoxdur. QSC-nin əlaqə telefonları və internet saytına da rast gəlinmir.

"Vest-LTD” QSC barəsində yerli mediada dərc olunan materiallarda şirkət tender kralı kimi təqdim edilir.

Araşdırmalrımız zaman məlum olub ki, QSC təkcə 2022-ci ildə maliyyə dəyəri 14 575 879 .02 AZN təşkil edən 23 satınalma müqaviləsi imzalayıb.
Müqavilələr əsasən Mənzil Kommunal Təsrrüfat İstehsalat Birlikləri, mədəniyyət idarələri və Təhsil Naziriliyinin Təsrrüfat Hesablı Tikinti və Təchizat İdarəsi ilə bağlanıb.

Barəsində heç bir məlumat olmayan, biznes dairələrində tanınmayam, şübhəli bir şirkətin iri məbləğli tenderlərdə hansı meyarla qalib elan edildiyi bəlli deyil.

Yeri gəlmişkən Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanası 2022-ci ildə "Vest-LTD” QSC ilə üç satınalma müqaviləsi imzalayıb. Maliyyə dəyəri 200 815,59 AZN olan birinci müqavilədə cari təmir işlərinin satın alınması, maliyyə dəyəri 104 123,91 AZN təşkil edən ikinci müqavilədə kommunal və kommunikasiya işlərin satın alınması, nəhayət, 520.239,58 manatlıq üçüncü müqavilədə əməkdaşların xidməti istifadəsi üçün lazım olan texniki ləvazimatların satın alınması nəzərdə tutulub.

Beləliklə, aydın olur ki, kitabxana təkcə bir ildə "Vest-LTD” QSC-yə 825 179,58 manatlıq sifariş verib.

Bu şirkət haqqında trirajlanan iddialardan biri də onun Hacı Ramazan Mirzəyev adlı şəxsə məxsus olmasıdır.

Bu şəxs tender kralı kimi təqdim edilir. "Yukon-K”, "Astok-5”, "Foodr 21”, "Vinsfud”, "Vertus 2018”, "Local LLC”, "Green SS”, "Ardo-2017”, "Təchizat Servis-18”, "Hermes-R Group”, "Staples Holding”,”Aztex-NN Servis”, "Gibernes MM”, "Katlos 2020”, "Local LLC”, "Forvard-SS”, "Olimpic HH”, "Kross Good”, "Faraon 200”, "Rudel Marketing” MMC- kimi şirkətlərin də ona məxsus olduğu iddia olunur.

Qaynarinfo

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO