[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Buraxılış imtahanlarının nəticələri açıqlandı - Bir nəfər 300 bal topladı


Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 30-da keçirilən buraxılış imtahanlarının nəticələri elan olunub.

İmtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə (https://eservices.dim.gov.az/2023/netorta/) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri ilə tanış ola bilərlər.

İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər.

Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı) mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn (evdən) yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində "seeding" (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) prosesinin tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub.

Yazı işlərinin onlayn (evdən) yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.

Bu imtahanlarda iştirakı nəzərdə tutulan 48 065 nəfərdən 373 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 9 nəfərin nəticəsi ləğv olunub.

İmtahan iştirakçıları arasında 1 nəfər – Naxçıvan Qarnizonunun tam orta məktəbinin şagirdi maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 25 may tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 22 may saat 10:00-dan 24 may saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. Apellyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Şagirdlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kərəm Mustafayevlə bağlı ŞOK İDDİALAR - "...10 min pulu ödəməyibsən, bu səbəbdən də cəza kəsilib"
.
Naxçıvan şəhəri, Culfa rayonu, Yaycı kənd sakini Allahyarov Tahir Abbas oğlu tərəfindən Hurriyyet.az saytına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, general-polkovnik Kərəm Mustafayev və Naxçıvandakı N saylı hərbi hissənin komandiri onun oğlundan rüşvət istəyiblər:

“Mən, Allahyarov Tahir Abbas oğlu, Culfa rayonunun Yaycı kəndində yaşayıram. Oğlum Allahyarov Röyal Tahir oğlu 2014-ildə N saylı hərbi hissədə isləyirdi. 2022-ci ildə heç bir günahı, səhvi olmadan, Kərəm Mustafayevin göstərişi ilə N saylı hərbi hissəyə göndərildi. Orada oğlumdan pul istəyiblər. O, pulu verə bilmədiyindən onu daha ağır vəziyyətdən olan N saylı hərbi hissəyə göndərdilər. Burada 5 ay işlədikdən sonra, işinə alışmağa başlayırdı. Yaxşı işlədiyinə görə oğluma əlavə olaraq (premiya) maaş yazılmışdı. Amma o pulu vermədilər oğluma. Komandirdən bunun səbəbini soruşanda isə təhqirlə danışıb və deyib ki, “yaxşı etmişəm kəsmişəm”. Oğlum da deyib ki, “yaxşı etmişəm, özüm bilərəm” nədi, belə bir şey olmaz deyib.

Bu sözlərinə görə oğluma 1 gündə 5 cəza veriblər. 3 sutka həbs, töhmət, 156-cı maddənin E bəndi ilə “xidmətə uyğunsuzluq” verilmişdi. Bütün bunlara etiraz olaraq Kərəm Mustafayevin qəbuluna yazıldım. Ata olaraq oğlumun günahsız yerə bu cəzalara layiq görülməsinə ürəyim dözmürdü. Ondan oğlumun nə günahı olduğunu soruşdum, mənə dedi ki, 10 min pulu ödəməyibsən, bu səbəbdən də cəza kəsilib.

Bu məsələ ilə bağlı məhkəməyə müraciət etdim. Kərəm Mustafayev məni çağırtdırıb dedi ki, məhkəmədə qalib gəlsən oğlunun başına oyun açdıracam.

Xahiş edirəm bu məsələni işıqlandırın, tək mən yox, bu şəxslərdən şikayətçi olan bir çox insan var”.

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq. //Hurriyyet.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Deputatın tənqid etdiyi Abutalıbovun adamına “stop” qoyuldu - 2 milyon manatlıq borc

Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti Suraxanı rayonu Mənzil Kommunal İstismar Təsərrüfatı Birliyində vergidən yayınma halları aşkarlayıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 30 il Suraxanı rayonu Mənzil Kommunal İstismar Təsərrüfatı Birliyinin sədri olan Mais Məmmədov barəsində protokol dərc edilərək, iş məhkəməyə göndərilib. Məhkəmə Bakı şəhəri Lokal Gəlirlər Departamentinin xeyrinə qərar çıxarıb və Mais Məmmədovun ölkədən çıxışı məhdudlaşdırılıb.

Bundan narazı olan Mais Məmmədov rəhbəri olduğu qurum adından Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. İşə hakim Kamran Əkbərovun sədrliyi ilə baxılacaq.

Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında axtarışımız zamanı məlum olub ki, Suraxanı rayonu Mənzil Kommunal İstismar Təsərrüfatı Birliyinin 2 milyon 46 min 178 manat 24 qəpik vergi borcu aşkarlanıb.
Qeyd edək ki, Mais Məmmədov Hacıbala Abutalıbovun ən yaxın adamlarından biri hesab olunur.

Qaynarinfo
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yasamalda qanunlar başçı istəyəndə İŞLƏMİR... - AXI NİYƏ?!

Məlumdur ki, 09 oktyabr 2018-ci il tarixdə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclası keçirilir və iclasda Prezident İlham Əliyev paytaxt Bakıda və digər şəhər və rayonlarda həyata keçirilən qanunsuz tikinti işləri ilə bağlı iclasda iştirak edənlərə ciddi tapşırıqlarını verir. Qeyd edək ki, ölkə rəhbəri tikinti işləri ilə bağlı Sərəncam imzaladığını bir daha iclas iştirakçılarının diqqətinə çatdırır və onu vurğulayır ki, “Tikinti işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan həyata keçirilə bilməz. Əgər kimsə verilmiş qaydaları pozarsa, o halda qaydanı pozanlar həm cinayət məsuliyyətinə cəlb olunacaqlar, həm də qanunsuz inşa olunan tikililər dərhal söküləcək”. Cənab Prezidentin tikinti işləri ilə bağlı imzaladığı Sərəncamdan, həmçinin Nazirlər Kabinetində keçirilən iclasda verdiyi tapşırıqlardan sonra hər kəs düşünürdü ki, ölkənin tikinti sahəsində baş alıb gedən qanunsuzluqlara son qoyulacaq, eyni zamanda ictimai nəzarət də artırlacaq.

Bundan əlavə, 11 mart 2022-ci il tarixdə isə Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) geniş müşavirə keçirilir və qanunsuz tikililərlə bağlı icra başçılarına ciddi xəbərdarlıqlar da olunur. Yəni, Bakı şəhəri ərazisində qanunsuz tikintilərlə bağlı vəziyyət və bu kimi halların qarşısının alınması məsələləri icra hakimiyyəti başçılarının, müvafiq təsərrüfat strukturları rəhbərlərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və Fövqəladə Hallar Nazirliyinin nümayəndələrinin iştirakı ilə keçirilən müşavirədə geniş müzakirə olunur. Müşavirədə BŞİH-nin başçısı Eldar Əzizov, Prezident İlham Əliyevin Bakı şəhərində qanunsuz tikintilərlə bağlı bildirdiyi iradlar, həmçinin digər neqativ halların qarşısının alınması yöndə verdiyi tapşırıqlar barədə müşavirə iştirakçılarını ətraflı məlumatlandırır. Müşavirədə qeyd olunur ki, son illər qanunsuz tikililərlə bağlı RİH-nin başçılarına mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə tapşırıqlar verilsə də, icra başçıları, onların aparatının məsul əməkdaşları bu məsələni diqqətdə saxlamayıblar və qanunsuz tikintilərin geniş vüsət almasına şərait yaradıblar. Müşavirədə daha çox qanunsuzluqlara yol verilmiş İcra Hakimiyyəti başçılarına ciddi xəbərdarlıqlar olunur və qanunsuz tikinti işlərinin qarşısının alınması ilə bağlı lazımi tədbirlərin görülməsi yöndə ciddi tapşırıqlar da verilir.

Bütün bunlara baxmayaraq, hal-hazırda Bakı şəhərinin Yasamal rayonu ərzisində tikinti işləri ilə bağlı qol qoyulan qanunsuzluqların əhatə dairəsini müəyyən etmək olduqca çətindir. Məsələn, adicə bir faktı qeyd edək ki, bir neçə gün bundan öncə sosial mediada yayılan və qısa müddət ərzində silinən xəbərlərə görə, Yasamal rayonu, Yeni Yasamal - 2, Məhəmməd Xiyabani küçəsi, müəllimlər binasının qarşısında qeyri-qanuni inşaası həyata keçirilən tikiliyə, bu gün də RİH tərəfindən göz yumulur. O halda ortaya belə bir sual çıxır ki, Prezident İlham Əliyevin Bakı şəhəri ərazisində həyata keçirilən qanunsuz tikililərlə bağlı imzaladığı Sərəncamdan, bildirdiyi iradlardan irəli gələn tələblərə, görəsən Yasamal RİH niyə əhəmiyyət vermir? Və həmin tikili ilə bağlı icazənin verilməsində maraq nədir? Gundemxebr.az saytının redaksiyasına daxil olan məlumatlara görə, rayon ərazisində heç bir rəsmi sənədi olmayan tikinti işlərini həyata keçirən, əslən Laçın rayonundan olan məcburi köçkün Famil adlı şəxsdir. Qeyd edək ki, bu şəxs geniş imkana malik olduğundan ərazidə çoxsaylı fərdi yaşayış evləri tikdirib. Hal-hazırda da həmin ərazidə qanunsuz tikinti işlərinin həyata keçirməkdədir. Maraqlı və düşündürücü hal odur ki, inşaası qanunsuz həyata keçirilən tikililərə cavabdehlik daşıyan Yasamal RİH-nin səlahiyyətli şəxsləri, hələ də bununla bağlı ictimaiyyətə heç bir açıqlama verməyiblər.

Bir-iki gün bundan öncə əməkdaşlarımız bir daha qeyd olunan əraziyə baxış keçirmiş, qanunsuz tikinti işlərinin davam etdirilməsinin canlı şahidi olmuşlar. Onu da bildirək ki, xeyli müddət bundan öncə bu rayonun “Qanlı göl” adlanan ərazisinin yaxınlığında lazımi sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla qanunsuz tikinti işlərinin aparılması faktı aşkar olunmuşdur.

Bütün bunlar onu söyləməvyə əsas verir ki, Elşad Həsənovun icra başçısı olduğu Yasamal rayonu ərazisində qanunsuz tikinti işlərinin davam etdirilməsində şəxsi maraqların təmin olunması, hal-hazırda RİH Aparatının əməkdaşları üçün daha əhəmiyyətli addım hesab olunur. Əgər bu belə olmasaydı, o halda ölkə rəhbərinin Bakı şəhəri ərazisində qanunsuz tikinti işlərinin qarşısının alınması ilə bağlı imzaladığı Sərəncamdan irəli gələn tələblərə əməl olunardı. Deməli, ....
Mövzunu diqqətdə saxlayacağıq.
Yasamalda qanunlar başçı istəyəndə İŞLƏMİR... - AXI NİYƏ?!

GundemXeber.Az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Space TV-nin yayımı söyüşə görə 3 saatlıq dayandırılacaq


Bu gün Audiovizual Şurasının videoformatda iclası keçirilib.

İclasda Şuranın apardığı monitorinqlər nəticəsində aşkarlanmış “Media FM” radio kanalının efirində “Reklam haqqında” Qanunun, “Space TV” televiziya kanalının efirində isə “Media haqqında” Qanunun tələblərinin pozulması faktları müzakirə olunub.

Belə ki, ümumölkə yerüstü radio yayımçısı olan “Digital Media” MMC-nin “Media FM” radio redaksiyasının efirində 11 may tarixində saat 08.48-də, 15 may 2023-cü il tarixində saat 08.50-də, 09.49-da və 12.50-də “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin tələbinin (hamiləliyin süni yolla pozulması və süni mayalanma üzrə tibbi xidmətin reklamı qadağandır) pozulması faktları qeydə alınıb.

Bundan başqa, ümumölkə yerüstü televiziya yayımçısı olan “Space Müstəqil Televiziya və Radio Şirkəti” MMC-nin “Space TV” televiziya redaksiyasının efirində 12 may 2023-cü il tarixində “Gəl, danış” proqramının yayımı zamanı (saat 13.01-də) “Media haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.6-cı maddəsinin tələbinin (əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir) pozulması faktı aşkarlanıb.
Şura üzvləri aparılan müzakirələrdən sonra hər iki redaksiyaya qarşı yayımın dayandırılması sanksiyasının tətbiq olunmasına yekdilliklə səs veriblər. Beləliklə, Azərbaycan Respublikası Audiovizual Şurasının qəbul etdiyi müvafiq qərarlara əsasən “Media FM” radio redaksiyasının proqramlarının yayımı 21 may 2023-cü il tarixdə 23.00-24.00 arası 1 saatlıq, “Space TV” televiziya redaksiyasının proqramlarının yayımı 21 may 2023-cü il tarixdə 08.00-11.00 arası 3 saatlıq dayandırılacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İmran Rzayev pansionat və istirahət mərkəzlərini “özəlləşdirib“? - İTTİHAM VAR!

Azərbaycanda Həmkarlar İttifaqı sistemində fəaliyyət göstərən təşkilatların bir çoxu rəhbərlik tərəfindən şəxsi müəssisə kimi istismar edilir.

DİA.AZ AzFakt.com-a istinadla xəbər verir ki, Azərbaycanda Həmkarlar İttifaqına tabeli olan təşkilatların sırasında özəl müəssisə kimi işlədilən qurumlardan biri də «Azərbkollektiv Təsərrüfatlararası Sağlamlıq» Respublika Birliyidir.

Vaxtilə minlərlə zəhmətkeşin həqiqətən sağlamlıq üçün üz tutduğu, minlərlə uşağın istirahət etdiyi «Azərbkollektiv Təsərrüfatlararası Sağlamlıq» RB-nin tabeliyində olan pansionat və istirahət evləri bu gün özəl istirahət mərkəzlərindən heç də fərqlənmir.

Pansionat və istirahət mərkəzlərinin özəl biznes obyektləri kimi işlədilməsinin arxasında uzun illərdir «Azərbkollektiv Təsərrüfatlararası Sağlamlıq» RB-nin sədrlik edən İmran Rzayevin və ətrafına yığdığı şəxslərin dayandığı deyilir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyeva xüsusi yaxınlığı ilə seçilən İmran Rzayevin «Azərbkollektiv Təsərrüfatlararası Sağlamlıq» RB-nin tabeliyində olan pansionat və istirahət evlərinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə istirahətə gələn xüsusi təminatlı – şəhid ailələri, qazilər və əlillərin – vətəndaşların saylarında və paketlərin qiymətləndirilməsində də maxinasiya hallarının olduğu deyilir.

Bununla bərabər Birliyin tərkibində olan pansionat və istirahət mərkəzlərinin cari təmiri, ərazilərinin abadlığı adı altında hər il külli miqdarda vəsaitlər mənimsənilir. Konkret olaraq Nabran qəsəbəsində fəaliyyət göstərən “Şahdağ” istirahət evində aparılan təmir və abadlıq zamanı qiymətlərin dəfələrlə şişirdildiyi, vəsaitlərin Birliyin rəhbərliyi tərəfindən mənimsənildiyi vurğulanır.

Onu da qeyd edək ki, İmran Rzayevin Bakı və regionda xeyli sayda mülklərinin olduğu da məlumatlar arasında yer alır.

Xatırladaq ki, “Azərbkollektiv Təsərrüfatlararası Sağlamlıq” Respublika Birliyinin tərkibinə “Şəfa” müalicə pansionatı, “Şahdağ” istirahət evi, Sənaye İstehsalı və Texniki Dəstləşdirmə idarəsi, “Pambıqçı” sanatoriya-profilaktoriyası, “Kolxozçu”, “Lalə”, “Qaranquş” uşaq istirahət müəssisələri daxildir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İnkişafa olan İNAMIMIZ ÖLÜB... barı işinizin MƏCNUNU OLUN! - Zərdabda HARAM SUBSİDİYA...

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Rafael Quliyevin qohumbazlıq siyasəti, özünün və yaxın ərtafındakı şəxslərin şəxsi qazancını artırmaq üçün əkin sahələrini ələ keçirməsi, hələ Biləsuvar RİH-də başçının Aqrar məsələlər üzrə müavini işlədiyi dönəmdə rayonun 24 kəndinin hər birində Maliyyə Nazirliyinin təftişçilərinin apardığı yoxlamalar zamanı külli miqdarda maliyyə yeyintilərinin üzə çıxması, artıq subsidiya almaq üçün yerlərdə arpa əkinlərinin buğda kimi göstərilməsindən və s. neqativ hallara rəvac verməsindən yazmışdıq.

Zərdab rayonunun Dəkkəoba kənd sakini, Kənd Təsərrüfatı Nazirliyinin sabiq baş məsləhətçisi Əhmədov Şəmsi Fazəddin oğlunun əslini hazırki Kənd təsərrüfatı naziri cənab Məcnun Məmmədova, surətini “Dəryaz” qəzeti redaksiyasına göndərdiyi və KİV-də ictimailəşdirilməsini xahiş etdiyi şikayət ərizəsində də Rafail Quliyevin adı keçir.

Şəmsi Əhmədov yazır:

“Kənd Təsərrüfatı Nazirliyin tabeliyində olan “Azəraqrar” MMC-nin əkin olmayan torpaqlarına Kənd Təsərrüfatı Nazirliyi tərəfindən qanunsuz olaraq subsidiya ayrılması ilə bağlı Baş Prokurorluga etdiyim müraciətə KTN Aparat rəhbəri Rafail Quliyev cavab yazaraq elə bir halın olmadığını bildirib.

Sənəd üzrə 350 hektar əkin sahəsi olan bir təsərrüfata illər üzrə 550 hektar, 700 hektar, 600 hektar, 400 hektar əkin üçün subsidiya ayrılıb.

Kənd Təsərrüfati Nazirliyinin tabeliyində olan “Azəraqrar” MMC-nin Zərdab rayonu ərazisində cəmi 350 hektar əkin sahəsi olsa da, illər üzrə 550 hektar, 700 hektar, 600 hektar, 400 hektar əkin üçün subsidiya ayrılıb. 2021-ci ildə 700 hektar (bəyan nömrələri 2550646, 2470891, 2116741, 2071194,) əkin bəyan edərək subsidiya alınıb. Bu il ərzində həmin ərazidə “Azəraqrar” MMC-nin pambiq bəyanı monitorinqə düşən zaman monitorinqin nəticəsində məlum olub ki, həmin bəyan üzrə əkin əkilməyib və əkin olmadığı barədə aqronom akt tərtib edib (akt əlavə edilir), eyni zamanda həmin mövsümdə 400 hektar arpa əkini bəyan etmişdir. Monitorinq zamani həmin əkinlərin yerində olması barədə akt tərtib edilmişdir (akt əlavə edilir). Yalan bəyan edildiyi aşkar edilsə də, sonralar həmin “Azəraqrar” MMC-yə nə cərimə tətbiq olunub, nə subsidiya kəsilib. Sonraki illər də subsidiyadan məhrum edilib. Həmin illərdə “Azəraqrar” MMC nə aqrokimyəvi analiz, nə də aqrar sığorta etdirmədən subsidiya alıb. 2021-ci ildə həmin ərazidə KTN daxili nəzarət sektorunun müdiri Ramin Əhmədovun başçılığı ilə yerində yoxlama aparılsa da, qohumu Fuad Mayılovun köməkliyi ilə heç bir tədbir görülmədi və bu fakt sabiq nazir İnam Kərimovdan gizlədildi”.

Sonda müəllif cənab nazirdən xahiş edir ki, onun bütün yazdıqlarımı nəzarətə götürsün və müvafiq tədbir görülməsini təmin etsin.

Mövzunu davam etdirəcəyik

Deryaz.az

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ölkəmizdə istifadə olunan peyvənd növləri “Profilalktik Peyvənd Təqvimi”ndə öz əksini tapmışdır. Gəncədə bir çox yoluxucu xəstəliklərin (B hepatiti, vərəm, poliomielit, göyöskürək, difteriya, tetanus, qızılca, parotit, məxmərək, b tipli hemofil infeksiya və pnevmokok xəstəlikləri) qarşısının alınması üçün istifadə olunan vaksinlər tibb ocaqlarına daşınmasında ciddi problemlərin olduğu bildirilir.
Bu vaksinlərin daşınmasıda olan pronblemlərlə bağlı Dünyanınsəsi.Az saytına çoxsaylı şikayətlər daxil olub.
Şikayətçilər qeyd edirlər ki, bir ilə yaxındır ki, Gəncə Gigiyena və Epidemioloğiya Mərkəzindən tibb ocaqlarına verilmiş olan vaksinlərin daşınmasında ciddi problemlər var.
Belə ki, vərəm əleyhinə vaksin (BCJ) preparatın daşınması və saxlanılması +2˚C – +8˚C temperaturda olmalıdır.Ancaq Gəncə Gigiyena və Epidemioloğiya Mərkəzinin (GEM) bu sahəyə məsul olan şəxsi Tamella adlı xanım vaksinlərin əl çantası ilə daşınmasına göz yumur.Nəticədə uşaqların BCJ peyvəndi ilə immunlaşdırılması həm təhlükə yardır, həm də lazımı effekti vermir.
Vaksini həll etdikdən sonra +2˚C – +8˚C temperaturunda 6 saatdan çox olmamaq şərti ilə soyuducuda saxlamaq lazımdır. Həll edilmiş vaksin 6 saatdan sonra və ya iş gününün sonunda məhv edilməlidir.
Bəs istifadədən əvvəl soyuq olmayan əl çantasında daşınan vaksini necə həll edirlər?
Gəncədə vaksin sahəsini öz monopoliyasına alan Tamella xanım polkilinkalarda tez-tez reydlər keçirməklə, soyuduclarda vaksinlərin saxlanılması şəraitini irad tutmaqla şəxsi maraqlarına xidmət etdiyi də iddia olunur.

“Sual olunur. Ümümuyyətlə Tamella xanımın ixtiyarı varmı ki, polkllinkalara gedib peyvənd otaqlarindan tempuratur rejmi tələb edə bilsin”?

Nədənsə vaksinlərin anbarda saxlanılması, daşınması və sənədləşdirilməsi isiqamətində son günlər yaranmış olan bu fors-major vəziyyətə bağlı GEM-in direktor əvəzi Hürrüyyət ismayılova tərəfindən heç bir rəsmi tədbir görülmür.
Gəncə GEM-də bu hal özözlüyndə əksəriyyət işçiləri xanımlardan ibarət olan kollektivdə “dərə xəlvət, tülkü bəydir” mənzərəsini canlandırır.

Redaksiya olaraq ümid edirik ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-nin Baş direktoru Sara Həsənova qeyd edilən bu problemlərin aradan qaldırılması üçün müvafiq yoxlamalrın aparılmasına göstəriş verəcəkdir.
Səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini dərc edə bilərik.

Dünyanınsəsi.Az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Faiq Qürbətovun BİLƏSUVAR XARABALIQLARI... - Rayon rəsmən xaraba günə qalıb...

44 günlük Vətən müharibəsində əldə qazanılan Qələbədən sonra yerlərdə rayon-şəhər icra hakimiyyətlərinin fəaliyyətlərində önəm verilən əsas istiqamətlərdən biri və bəlkə də birincisi şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının sosil vəziyyətlərinin yaxşılaşdırılması müstəvisində gördükləri işlərdir desək, yanılmarıq. 3 ilə yaxındır ki, Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmiş Faiq Qürbətovun işinin məhz bu yönü axsayır.

Biləsuvar rayonunun inzibati mərkəzində, Biləsuvar şəhərinin Milli Qəhrəman Mübariz İbvrahimovun adını daşıyan küçədə cəmi 3 ay əvvəl döşənmiş yol dağılıb. Tik-Tok istifadəçilərindən biri internet platformasında yerləşdirdiyi video-materialı müşayiət edən səs yazısında qeyd edir ki, yolun döşənməsi qarlı havada, sululuq şəraitində həyata keçirildiyindən, nəticə keyfiyyətsiz alınıb. Odur ki, indi yola yamaq vurmağa ehtiyac yaranıb. Halbuki asfaltın istismar müddəti 20-30 ildir. Video-qeydə şərh yazmış digər istifadəçilər yamaq vurulmuş yolun da dözməyəcəyini deyirlər və keyfiyyəti korrupsiyanın “yediyini” bildiriblər.

Mayın 3-də internetdə paylaşılan başqa bir materialda isə şəhid Babək Mahmudlunun doğulub böyüdüyü evi su basdığı göstərilir. Görüntülərdə evin sakinlərininin yağış suyunu döşəmədən vedrə ilə çölə daşıdıqları diqqəti çəkir.

Xatırladaq ki, şəhid Babək Mahmudlunun ailəsinə iki il əvvəl Dövlət Məşğulluq Agentliyinin xətti ilə təsərrüfat qurmaq üçün verilmiş heyvanlar xəstə çıxdıqları üçün tələf olmuşdu.

Biuləsuvarda bərbad halda olan sahələr təkcə yol və su-kanalizasiya təsərrüfatları deyil. Küçələrdə antisanitariya şəraiti hökm sürür, mərkəz dairənin həndəvərində çoxlu saydav sahibsiz itlər dolaşır. Tədbir görülməzsə, yaxınlaşmaqda olan isti yay günlərində itlərin quduzlaşması və insanlara zərər yetirməsi də istisna olunmur.

Rayonun ağrılı problemlərindən biri də kənd təsərrüfatı sektorundakı pərakəndəlik, torpaq sahələrinin və subsidiyaların bölgüsündəki ədalətsizlikdir. Rayon sakini Niyaz Məmmədov “Yutub” kanalındakı paylaşımında şikayətlənir ki, Biləsuvarın dövlət fond torpaqlarının 17 min hektarı qeyri-biləsuvarlılara verilib: “İran İslam Respublikasının vətəndaşı Şəhriyar Mahiri böyük ərazini rəhbəri olduğu şirkətə uzunmüddətli icarəyə götürərək 150 min manat subsidiyanı cibinə qoyub. Torpağı isə elə biləsuvarlıların özünə icarəyə verərək heç bir zxəhmət çəkmədən pul qazanır. Halbuki, müqavilə üzrə götürdüyü öhdəliklərə görə torpağın münbitləşdirilməısinə, yüksək məhsuldarlıq əldə edilməsi üçün xüsusi toxumların gətirilməsinə çalışmalıdır. Qazandığı kapital ona qol qoyduğu şərtləri unutdurub. Biləsuvarlılar isə torpaqdan, işdən məhrum olublar.

Daimi oxucular xatırlayarlar ki, ötən yazılarımızda Biləsuvar rayonunun əkinə yararlı xeyli ərazisinin Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Rafael Quliyev və qohumları tərəfindən “pay-püşk” olunmasından bəhs etmişdik.

Deryaz.az

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO