[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
DSMF universitetdən yarım milyona ofis icarəyə götürür

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Dövlət Sosial Müdafiə Fondu”nun (DSMF) elan etdiyi tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com xəbər verir ki, DSMF-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəyə götürülməsi ilə bağlı tenderin qalibi Bakı Avrasiya Universiteti (VÖEN – 1500008331) olub. DOST Bakı Avrasiya Universitetinə məxsus 3 000 kv. metr qeyri-yaşayış sahəsini 9 ay müddətinə icarəyə götürür və icrə haqqı olaraq 472 min 590 manat (ayda 52 min 510 manat) ödəyəcək.

Məlumat üçün qeyd edək ki, Bakı Avrasiya Universiteti 21.05.2003-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 422 000 manat olan Universitetinin hüquqi ünvanı Nərimanov rayonu, Həsən Əliyev, ev 135A-da yerləşir. Bakı Avrasiya Universitetinin qanuni təmsilçisi (rektor) Hüseynli Nazim Ziyad oğludur.

Onu da bildirək ki, Bakı Avrasiya Universiteti 1992-ci ildə təsis olunan Ali Diplamatiya Kollecinin bazası əsasında yaradılıb.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabe olan qurumların bir çoxu ofis sahələrini icarəyə götürürlər.


Aşağıdakı siyahıda icarəyə götürülən ofis sahələrinin bəziləri yer alıb:

– Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin “DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi” MMC üçün inzibati bina sahəsinin icarəyə götürülməsi ilə bağlı tenderin qalibi Səfərova Sahibə Paşa qızı olub. DOST Sahibə Səfərovaya məxsus qeyri yaşayış sahəsini 17 ay müddətinə icarəyə götürəcək və icrə haqqı olaraq 969 min 999 manat 94 qəpik (ayda 57 min 58 manat) ödəyəcək.

– Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “DOST İş Mərkəzi” MMC üçün ofis sahəsinin icarəyə götürülməsi ilə bağlı tenderin qalibi Əşrəf Səxavət oğlu Səfərov (VÖEN – 2004596032) olub. DOST Əşrəf Səfərova məxsus 2 750 kv. metr qeyri-yaşayış sahəsini 12 ay müddətinə icarəyə götürür və icrə haqqı olaraq 426 min 855 manat (ayda 35 min 571 manat) ödəyəcək.

– Bu ilin yanvar ayında Dövlət Əmək Müfəttişliyi Bakı şəhər İdarəsi üçün inzibati bina sahəsinin icarəyə götürülməsi ilə bağlı tenderin qalibi Fəridə Hüseynalı qızı Orucova (VÖEN – 1400576242) olub. Dövlət Əmək Müfəttişliyi Xidməti F. Orucovaya məxsus 980 kv. metr qeyri-yaşayış sahəsini 12 ay müddətinə icarəyə götürür. Əmək Müfəttişliyi Xidməti icarə haqqı olaraq F. Orucovaya 163 min 548 manat 96 qəpik (ayda 13 min 629 manat) ödəyəcək.

– Ötən ilin noyabr ayının son günlərində DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəyə götürülməsi ilə bağlı tender müsabiqəsi keçirib. Müsabiqənin qalibi Bayramov Amil Qinyaz oğlu (VÖEN – 1003009142) olub. DSMF Bayramov Amilə məxsus 3000 kv. metr qeyri-yaşayış sahəsini 9 ay müddətinə icarəyə götürür. DSMF icarə haqqı olaraq A. Bayramova 445 min 500 manat (ayda 49 min 500 manat) ödəyəcək.

– Noyabr ayının əvvəlində isə DSMF-nin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəyə götürülməsilə bağlı tender müsabiqəsi həyata keçirilib. Müsabiqənin qalibi Hüseynova Almaz Hacı qızı (VÖEN – 1307950442) olub. DSMF Hüseynova Almaza məxsus 2200 kv. metr qeyri-yaşayış sahəsini 9 ay müddətinə icarəyə götürüb və 240 min 702 manat ödəyəcək.

– Oktyabr ayında Nazirliyin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi üçün ofis sahəsinin icarəyə götürülməsi ilə bağlı tender müsabiqəsi həyata keçirilib. Müsabiqənin qalibi Emil Vidadi oğlu Orucov (VÖEN – 1604117012) olub. Nazirlik Emil Vidadi oğlu Orucova məxsus 2000 kv. metr qeyri-yaşayış sahəsini 12 ay müddətinə icarəyə götürüb və 318 min 622 manat 7 qəpik ödəyəcək.

– Ötən ilin iyul ayında Nazirliyin tabeliyində olan Dövlət Məşğulluq Agentliyi üçün ofis sahəsinin icarəyə götürülməsi ilə bağlı tender müsabiqəsi həyata keçirilib. Müsabiqənin qalibi “Macaz Construction” MMC (VÖEN – 1302101451) olub. Nazirlik 2300 kv. metr qeyri-yaşayış sahəsini 6 ay müddətinə icarəyə götürüb və 743 min 853 manat 12 qəpik ödəyəcək. Qeyd edək ki, “Macaz Construction” MMC-nin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sabiq rəhbəri Akim Bədəlovun ailə üzvlərinə məxsus olduğu bildirilir.

– Ötən ilin may ayında Nazirliyin tabeliyində olan DOST İş Mərkəzi üçün ofis sahəsinin icarəyə götürülməsi ilə bağlı tender müsabiqəsi həyata keçirilib. Müsabiqənin qalibi Əşrəf Səxavət oğlu Səfərov (VÖEN – 2004596032) olub. Nazirlik Əşrəf Səxavət oğlu Səfərova məxsus 2750 kv. metr qeyri-yaşayış sahəsini 6 ay müddətinə icarəyə götürüb və 213 min 432 manat ödəyəcək.

– Bunlardan başqa ötən ilin yanvar ayında Nazirliyin tabeliyində olan Sosial Xidmətlər Agentliyi üçün ofis sahəsinin və anbarın icarəsi məqsədilə “Çinar Park” MMC (VÖEN – 1500764231) ilə 566 min 592 manatlıq müqavilə imzalanıb.

– Əvvəlki illərdə Nazirliyin tabeliyində olan DSMF Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialı üçün 3000 kv. metr ofis sahəsini icarəyə götürüb və Həsənova Qaze Həsən qızına (VÖEN – 1600110362) 12 ay üçün 556 min 200 manat ödəyib.

– Dövlət Məşğulluq Agentliyi 8 saylı Ərazi Məşğulluq Mərkəzi Filialı üçün 235 kv. metr ofis sahəsini icarəyə götürüb və Şirinov Faiq Nizami oğluna (VÖEN – 1306883522) 36 ay üçün 90 min manat ödəyib.

– DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı üçün 1900 kv. metr ofis sahəsini icarəyə götürüb və Kərimov İlqar İsmayıl oğluna (VÖEN – 1505343002) 12 ay üçün 167 min 808 manat ödəyib.

– DSMF Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı üçün 1000 kv. metr ofis sahəsini icarəyə götürüb və “Çinar Park” MMC (VÖEN – 1500764231) 12 ay üçün 148 min 680 manat ödəyib.

– DSMF Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı üçün 3000 kv. metr ofis sahəsini icarəyə götürüb və Bakı Avrasiya Universitetinə (VÖEN – 1500008331) 12 ay üçün 630 min manat ödəyib. Yeniavaz.com
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mərkəzi Bank iki tenderi "Ofis Plus"a verdi - NƏTİCƏ, MƏBLƏĞ

Mərkəzi Bank dəftərxana və təsərrüfat mallarının alınması ilə bağlı iki tenderin nəticələrini elan edib.

DİA.AZ FED.az-a istinadla xəbər verir ki, hər iki tenderin qalibi "Ofis Plus" MMC (VÖEN: 2005881591) seçilib.

Şirkətlə dəftərxana malları üçün 56 000, təsərrüfat malları üçün 109 885 manat məbləğində müqavilə imzalanıb.

İki tenderin birlikdə dəyəri 165 885 manatdır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Space”də nə baş verir? - Narazılıq

“Space” televiziyası bir neçə əvvəlki dövrdə olduğu kimi yenə durğunluq dövrünə qayıdıb. Artıq bir sıra şirkətlər kanalla bağlanan reklam müqavilələrini yeniləməkdən imtina edir. Buna səbəb isə televizyaya yeni təyin baş direktor Vado Korovinin televiziyanı təhvil aldığı reytinqdə saxlaya bilməməsidir”.

Bu iddia ilə Gununsesi.info-ya adıçəkilən kanalda çalışan əməkdaşlar bildirib.

Onların iddiasına görə, televiziya həyatın bütün sahələrini işıqlandırmalı olan bir platforma olsa da Vado Korovin ancaq bəlli bir sahəyə köklənib ki, bu da televiziyanın auditoriyasının itirilməsinə gətirib çıxarıb.

Əməkdaşların sözlərinə görə, “Space”in son illərki tarixində ən uğurlu rəhbər Müşfiq Hətəmov olub.

Qeyd edək ki, Müşfiq Hətəmov bu vəzifəyə 2021-ci ilin may ayında təyin olunmuşdu.

Onun təyinatından sonra “Space”də ciddi irəlləyiş oldu. Hətta əməkdaşların aylardan bəri yığılıb qalmış əmək haqları ödənilib.

Onun gedişi ilə kanalın xəbər siyasəti demək olar ki, çöküb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident və birinci xanım Salyan Rayon Mərkəzi Xəstəxanasında yaradılan şəraitlə tanış olublar


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Salyan Rayon Mərkəzi Xəstəxanasının 80 çarpayılıq Doğum Evində və Uşaq Poliklinikasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olublar.

Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev və xanımı Salyanda

Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Salyan rayonuna səfər ediblər.

Dövlətimizin başçısı və birinci xanım Salyan şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, abidəsi önünə gül dəstələri qoyublar.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mehriban Əliyeva Neftçaladan paylaşım etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram hesabında Neftçaladan paylaşım edib.

Paylaşımı təqdim edirik.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Neftçala rayonuna səfər ediblər. Onlar Yenikənd kəndində “Azerbaijan Fish Farm” MMC-nin Nərə Damazlıq Təsərrüfatında yaradılan şəraitlə tanış olublar.
Mehriban Əliyeva Neftçaladan paylaşım etdi


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu şəxslər Azərbaycana quru sərhədlə keçə bilər - Rəsmi


Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin Vətənə quru sərhədlə keçməsinə icazə verilib.

Bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyinin Türkiyədə təhsil alan Azərbaycan vətəndaşlarına müraciətində bildirilib.

Türkiyə Respublikasında ikinci semestrdə təhsilin distant qaydada həyata keçirilməsi ilə bağlı qəbul edilmiş qərar səbəbindən hazırda həmin ölkədə subbakalavr, bakalavr, magistratura, doktorantura və rezidentura təhsili alan AR vətəndaşları və onların birinci dərəcəli ailə üzvlərinin (ata/ana, ər/arvad, övladlar) tələbə biletini təqdim etməklə zəruri icazə olmadan 2023-cü ilin 10 may tarixinədək quru sərhədləri vasitəsilə Azərbaycan Respublikasına daxil olmalarına icazə verilib.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO