[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Keçmiş köçkünləri Laçına vaxtından əvvəl qaytaracağıq" - Prezident


"Keçmiş köçkünlər Laçın şəhərinə vaxtında əvvəl qaytarılacaq".

Bu barədə Prezident İlham Əliyev aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində danışıb.

Dövlətimizin başçısı qeyd edib: “Mən bir müddət bundan əvvəl demişdim ki, biz keçmiş köçkünləri bu ilin sonuna qədər Laçın şəhərinə qaytaracağıq. Bax, bu gün tam əminliklə deyə bilərəm ki, biz yay aylarında artıq buna nail olacağıq. Yəni, biz bu işi vaxtından tez görürük”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident: “Bugünkü Azərbaycan Ordusu Zəfər çalmış eyni Azərbaycan Ordusundan qat-qat güclüdür”


“Müharibədən sonrakı iki il yarım ərzində də ordu quruculuğu məsələlərinə çox böyük diqqət göstərilib”.

Bu barədə Prezident İlham Əliyev aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Dövlətimizin başçısı tam əminliklə deyib ki, bugünkü Azərbaycan Ordusu 2020-ci ildə Zəfər çalmış eyni Azərbaycan Ordusundan qat-qat güclüdür.
“Ancaq, eyni zamanda, yenə də demək istəyirəm, biz hər bir vəziyyətə hər an hazır olmalıyıq”, - deyə Azərbaycan Prezidenti əlavə edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nazim İbrahimov və qardaşlarına məxsus şirkət vətəndaşın PULUNU ƏLƏ KEÇİRDİ - TƏFƏRRÜAT

Bir neçə gün öncə “Hürriyyət”in redaksiyasına müraciət edən Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi 1A, mənzil 23 ünvanında yaşayan Nağı Bayram oğlu Məmmədov, Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun qardaşı, ATV-nin keçmiş rəhbəri Tağı İbrahimova məxsus olan “Global SF” MMC tərəfindən dələduzluğa məruz qaldığını, daha dəqiq desək, adıçəkilən şirkətin mənzil satmaq adı ilə onun 129 min manatını mənimsədiyini bildirib.

Belə ki, uzun illər Rusiya Federasiyasında yaşadığını, Azərbaycana gəldikdə isə burada adıçəkilən şirkətin başına olmazın oyunlar açdığını deyən Nağı Məmmədovun sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-486/2020 saylı 14.02.2020-ci il tarixli icra sənədinə əsasən borclu “Global SF” MMC-dən ümumilikdə 129290 manat məbləğində pul vəsaiti tutularaq ona və həyat yoldaşı Zeynəb Eynulla qızı Məmmədovaya ödənilməlidir: “Mən və həyat yoldaşım iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişik ki, “Global SF” MMC-nin bizə 129290 manat manat borcu var. Bakı Apellyasiya Məhkəməsi isə öz növbəsində, xeyrimizə qərar çıxarıb. Həmin qərarda deyilir ki, borclu “Global SF” MMC-dən ümumilikdə 129290 manat məbləğində pul vəsaiti tutularaq mənə və həyat yoldaşıma ödənilməlidir. Həmin icra sənədi icra olunması üçün icraya yönəldilib, lakin Yasamal Rayon İcra Şöbəsi bu günə qədər sənədi icra etməkdən boyun qaçırır. Onu da qeyd edim ki, həmin icra işi üzrə mənim və həyat yoldaşımın əvvəlki nümayəndəsi Hidayət Hüseyn oğlu Hüseynli olub. Biz “Global SF” MMC-nin icra sənədini qəsdən icra etməməsi ilə bağlı dəfələrlə müxtəlif instansiyalara şikayətlər etmiş, tələbin onun əmlakına yönəldilməsi barədə icra tədbirlərinin görülməsini tələb etmişik. Ancaq “Global SF” MMC-dən həmin borc məbləğinin alınması mümkün olmayıb. Bununla belə 2021-ci ilin təxminən, may-iyun aylarında “Global SF” MMC adımızdan və imzamız görüntüsü ilə üzərində 29.04.2021–ci il tarixi qeyd olunan və Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru I dərəcəli ədliyyə qulluqçusu Bəhruz Bayramova ünvanlanan ərizə təqdim edərək iddia edib ki, guya bizə olan borcunu tam şəkildə ödəyib. Və bununla da tələb edir ki, icra üzrə icraata xitam verilsin. Biz isə öz növbəmizdə, həmin ərizədən məlumatsız olduğumuzu, “Global SF” MMC-dən heç bir pul vəsaiti almadığımızı, borclu təşkilatın və onun rəhbərliyinin, eləcə də borclu tərəfdən hər hansı digər şəxsin bizə pul vermədiyini israrla bildirdik. Eyni zamanda, həmin ərizənin saxtalaşdırıldığını qeyd edib bununla bağlı Yasamal Rayon Prokurorluğuna şikayət etdik. Qeyd etdiyim kimi, bizim bu icra işində faktiki hüquqi xidmət göstərən nümayəndəmiz Hidayət Hüseyn oğlu Hüseynli olub. Odur ki, mən ondan belə bir sənədin necə ortaya çıxdığını soruşmuş, pulu almadığımız halda belə bir sənədin nə məqsədlə tərtib edildiyini izah etməsini tələb etmişəm. Çünki mən uzun müddət Rusiyada yaşamışam və latın əlifbası ilə yazıb-oxumağı bacarmıram. Adımdan bütün şikayət və digər sənədləri Hidayət Hüseyn oğlu Hüseynli tərtib edib, mənsə ona inanıb həmin sənədləri oxumadan imzalamışam. Bir məqamı da nəzərinizə çatdırım ki, “Global SF” MMC-nin rəhbəri ilə eyni kənddən olan Hidayət Hüseyn oğlu Hüseynli ilə görüşdükdə o, sözügedən sənədi tərtib etmədiyini, bundan xəbəri olmadığını bildirmiş, daha sonra isə mübahisə zəminində özündə olan bu işə aid bəzi sənədləri gözümün qarşısında məhv edərək, onun məzmununu məndən gizlədib. Onun bu hərəkəti məndə bu sənədin Hidayət Hüseyn oğlu Hüseynli tərəfindən bilərəkdən bu cür məzmunda tərtib edilməsinə, onun məni məhz “Global SF” MMC-nin sifarişi ilə aldadaraq belə bir sənədi imza etdirməsinə əsaslı şübhələr yaradıb”.

“Global SF” MMC və Yasamal Rayon İcra Şöbəsi ilə mübarizə apararaq haqlı olduğunu məhkəmə qaydasında təsdiq etdiyini vurğulayan Nağı Məmmədov beləcə işin təkrar başlanmasına nail olub: “Lakin “Global SF” MMC-nin və Yasamal Rayon İcra Şöbəsi ilə əlbirliyinin yaratdığı çətinliklər hələ irəlidə imiş, mən isə bunu bilmirmişəm. Belə ki, iş təkrar icra şöbəsinə qayıtdıqdan sonra əsl süründürməçiliklə rastlaşdım. Yasamal Rayon İcra Şöbəsi məhkəmə sənədini icra etmir. “Global SF” MMC-nin rəhbərini, əsl sahiblərini şöbəyə dəvət etmir, onlardan məhkəmə qərarını icra etməyi tələb etmir, adıçəkilən şirkətin əmlaklarına həbs qoyulmur, borclu məhkəmə qərarını icra etməyə məcbur edilmir. Görəsən, Yasamal Rayon İcra Şöbəsi niyə belə üzgörənlik edir? Nə üçün “Global SF” MMC-nin nazı ilə oynayır? Və hansı məqsədlə bizi illərdir ki, süründürür? Cavabı çox sadədir! Bildirim ki, “Global SF” MMC ölkədə məşhur bir ailənin – İbrahimovlar ailəsinin şirkətidir. Belə ki, Hacı İbrahim, Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimov, Tağı İbrahimov, Sahib İbrahimov – bu adlar hamıya tanışdır. Bax, bizi bu ailənin üzvləri aldadıb əlimizdə olan-qalan pulumuzu alıblar. Məhkəmədə min-bir əzab-əziyyətlə, onların yalan və böhtanına qarşı səbrlə mübarizə aparıb haqqımızı tanıtmışıq. Lakin bu ailə şirkəti illərdir ki, haqqımızı qaytarmır. “Global SF” MMC hər cür qərəzli davranışa, saxtakarlığa və böhtana əl ataraq pulumuzu, bizdən mənimsənilən 129 min manatını ödəməkdən yayınır”.

Beləliklə, Nağı Məmmədov “Hürriyyət” vasitəsiylə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya, Prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbova, ədliyyə naziri Fikrət Məmmədova, Milli Məclisin sədri Sahibə Qafarovaya, ombudsman Səbinə Əliyevaya və Yasamal Rayon İcra və Probasiya şöbəsin rəisi Pərviz Zəkəriyəyevə müraciət edərək, onlardan məsələnin ciddi şəkildə araşdırılmasını, Dövlət adından çıxarılmış məhkəmə qərarlarının icrasının təmin edilməsi və ona qarşı dələduzluq edən şəxslər barəsində müvafiq tədbir görülməsi ilə əlaqədar göstəriş verilməsini xahiş edib. //”Hürriyyət”//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycan Prezidenti: “ASAN xidmət” bizim intellektual məhsulumuzun bir nümunəsidir”

“ASAN xidmət” sistemi bu gün dünyada artıq Azərbaycan brendi kimi tanınır. “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlər əhali tərəfindən rəğbətlə qarşılanır və bəyənmə əmsalı 99,8 faizdir”.

Bunu Prezident İlham Əliyev aprelin 18-də Salyan rayonunda “ASAN xidmət” mərkəzinin açılış mərasimindən sonra Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Salyan rayonunda açılışı olan “ASAN xidmət” mərkəzinin sayca 25-ci mərkəz olduğunu vurğulayan dövlətimizin başçısı bildirib:
“Dünyada artıq ASAN modelini bir neçə ölkə tətbiq edir. Biz bu ölkələrə metodik dəstək veririk. Son illər ərzində, yəni 10 il ərzində 61 milyon müraciət olmuşdur. Yəni bu xidmətin yaradılması faktiki olaraq ictimai xidmətlər sahəsində bir inqilab idi, bir dönüş nöqtəsi idi və hazırda 300-dən çox xidmət göstərilir. Beləliklə, “ASAN xidmət” bizim, o cümlədən intellektual məhsulumuzun bir nümunəsidir və eyni zamanda, biz artıq intellektual məhsul ixrac edirik”.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Türkiyədə təhsil alan azərbaycanlı tələbələrlə bağlı - Qərar


Azərbaycanın Türkiyədəki Səfirliyi qardaş ölkədə təhsil alan vətəndaşlarımıza müraciət edib.

Bu barədə səfirlik məlumat yayıb.

“Türkiyədə ikinci semestrdə təhsilin distant qaydada həyata keçirilməsi ilə bağlı qəbul edilmiş qərar səbəbindən hazırda həmin ölkədə subbakalavr, bakalavr, magistratura, doktorantura və rezidentura təhsili alan Azərbaycan vətəndaşları və onların birinci dərəcəli ailə üzvlərinin (ata/ana, ər/arvad, övladlar) tələbə biletini təqdim etməklə zəruri icazə olmadan 2023-cü ilin 10 may tarixinədək quru sərhədləri vasitəsilə Azərbaycan Respublikasına daxil olmalarına icazə verilib”- rəsmi müraciətdə deyilir.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Bölgələrə səfərlərim nəzarət üçün bir vasitədir”


“Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində bölgələrdə çox böyük, genişmiqyaslı quruculuq işləri aparılmışdır”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Bu işlərin davam etdirildiyini və hazırda 4-cü Dövlət Proqramının icra olunduğunu vurğulayan Azərbaycan Prezidenti bildirib: “Mənim də bölgələrə səfərlərim həm nəzarət üçün bir vasitədir, yəni, verdiyim tapşırıqlar necə yerinə yetirilir, eyni zamanda, növbəti tapşırıqlar, tövsiyələr verilir ki, bölgələrdə bizim bəyan etdiyimiz bütün hədəflər təmin edilsin, ilk növbədə, insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması. Bir sözlə, Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, eyni zamanda, ölkəmizi gücləndirir”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Talıbovun general oğlu vətəndaşları oteldə qəbul edir

Vasif Talıbovun Naxçıvan Ali Məclisinin sədri postundan istefa verməsinin üstündən 4 aya yaxın vaxt keçsə də, onun personasına olan maraq azalmayıb.

Mətbuat vaxtaşırı sabiq sədr və ailə üzvləri ilə bağlı maraqlı məlumatlar yayır. Talıbovlar öz davranışları ilə əvvəllər olduğu kimi yenə insanları təəccübləndirməyi bacarırlar.

Yenisabah.az Vasif Talıbovun Dövlət Miqrasiya Xidmətində idarə rəisi vəzifəsində çalışan oğlu Rza Talıbov haqda maraqlı məlumatlar əldə edib.

Xatırladaq ki, atası, qardaşı, əmisi, hətta nənəsi vəzifəsini itirsə də, oğul Talıbov postunu qoruya bildi. Hazırda o, əvvəllər olduğu kimi yenə Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi vəzifəsində çalışır.

Məlumatlı şəxs “Yeni Sabah”a maraqlı fakt açıqlayıb. Onun sözlərinə görə, Rza Talıbov artıq bir neçə ildir ki, işə nadir hallarda gedir. O, iş gününü adətən Bakının Nərimanov rayonunda yerləşən və atasına məxsus olan “Divan” otelində keçirir. O, hətta səhər, nahar və şam yeməyini də otelin restoranında yeyir.

Mənbə deyib ki, “Divan” otelində Rza Talıbova məxsus geniş iş otağı var. O, vəzifəsinin icrasını oteldəki kabinetindən həyata keçirir. Maraqlısı isə odur ki, general Talıbov tabeliyində çalışan şəxsləri, yəni Vətəndaşlıq Məsələləri Baş İdarəsinin əməkdaşlarını da oteldə qəbul edir. Hətta idarə rəisinin qəbuluna düşmək istəyən vətəndaşlar belə “Divan”da görüşməli olurlar.

Məlumatlı şəxs onu da qeyd edib ki, hazırda Rza Talıbovun vəzifəsinin icrası formal xarakter daşıyır. O, işdən ayrılmaq üçün yazdığı ərizənin qəbul edilməsini səbrsizliklə gözləyir.

Yenisabah.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Başlıbeldə ermənilərin öldürdükləri azərbaycanlılar - VİDEO

Kəlbəcərin işğalı zamanı ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş Başlıbel faciəsindən 30 il ötür.

Dəhşətli qətliam zamanı ailə üzvlərini, doğmalarını itirən sakinlər Başlıbel kəndini ziyarət ediblər.
Hadisə şahidləri doğmalarının dəfn olunduğu kütləvi məzarlıqda olub, onların ruhuna dualar oxuyublar.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlər bir daha göstərir ki, biz dədə-baba torpaqlarımıza qayıtmışıq”

“Hazırda Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi məsələsi bizim üçün əsas prioritetdir və mənim bölgələrə səfərlərimin əksəriyyəti məhz o bölgələrə olan səfərlərdir”.

Bunu Prezident İlham Əliyev aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-yenidənqurma işlərinin plan üzrə getdiyini vurğulayan dövlətimizin başçısı bildirib:
“Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlər bir daha onu göstərir ki, biz - bu torpaqların sahibləri öz doğma dədə-baba torpaqlarımıza qayıtmışıq. Otuz il ərzində Ermənistan bu torpaqları viran qoyub, daş-daş üstə qoymayıb, talançılıq və soyğunçuluqla məşğul olub, barbarlıqla məşğul olub. Biz - bu torpaqların sahibləri isə gəlmişik qurmaq üçün, yaratmaq üçün. Ona görə müharibə başa çatan kimi dərhal artıq işə start verilib”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İcra başçısı Lənkəran şəhərinin səkilərini barbarcasına satır (FOTO)

Daim qalmaqallı xəbərləri ilə gündəmə gələn Lənkəranın icra baçısı Taleh Qaraşovdan şikayətlər səngimək bilmir.

DİA.AZ AzToday.az-a istinadla xəbər verir ki, Lənkəran şəhərinin sakinləri icra başçısını səkiləri satmaqda ittiham edir.

Onların sözlərinə görə, Lənkəranın səkiləri barbarcasina satılır: “Avtomobillərin intensiv hərəkət etdiyi yollardakı iki metrəlik səkilər belə satışa çıxarılıb. Necə olacaq bilinmir”.

Təkcə son aylarda sahibkarlara satılan 3 səkinin görüntülərini təqdim edirik:
İcra başçısı Lənkəran şəhərinin səkilərini barbarcasına satır (FOTO)
İcra başçısı Lənkəran şəhərinin səkilərini barbarcasına satır (FOTO)
İcra başçısı Lənkəran şəhərinin səkilərini barbarcasına satır (FOTO)

XƏBƏR LENTİ

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

13:49

Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

13:17

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılışı oldu

12:21

Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA

12:00

İcra başçısının 110 min manatlıq yolu...

11:13

Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına - Münasibət

10:35

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev

09:55

Cəlilabadda döyülən işçiyə görə KİM MƏSULDUR? - İDDİA

09:28

"6 aydır ki, gün itiririk..." - ETİRAZ VAR...