[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Laçındakı mövqelərimiz atəşə tutuldu - Adekvat cavab tədbirləri görülür


Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev Monteneqronun yeni Prezidentini təbrik etdi


Prezident İlham Əliyev Monteneqronun yeni seçilmiş Prezidenti Yakov Milatoviçə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli cənab Milatoviç,

Monteneqronun Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan-Monteneqro dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə malikdir. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası münasibətlərimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın genişləndirilməsi istiqamətində birgə səylər göstərəcəyik.

Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, dost Monteneqro xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Yazıq kasıb, bir də cahillikdən əziyyət çəkir!" - DÖVLƏTİN BOŞ BURAXDIĞI SAHƏ...


Respublikanı böyük bir qumarxanaya çevirən "Azərlotereya" ASC getdikcə bu oyunu ciddi sosial bəlaya döndərməkdədir. Total şəkildə təşviq edilən mərc oyunları indi xərçəng kimi yayılmaqdadır. Əhalini zəhərli vərdişə adət etdirən "Poz, qazan", "Misli" və digər yarışlarla bazarda şəriksiz inhisarçılıq quran "Azərlotereya" dövlətin yaratdığı şəraitdən sui-istifadə etməkdədir. Yəni dövlət bu mərc oyunlarını leqallaşdırıbsa, o demək deyil ki, şirkət hər addımbaşı təbliği və təşviqi ilə məşğul olmalı, insanları şirnikləndirməli, kasıb təbəqənin cibindəki son qəpiyi də əlindən almalıdır. Anaxeber.info yazır ki, bu sosial bəla haqda uzun müddətdir narazılıq bildirməyən qalmayıb. Cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar, tanınmışlar - deputatı, ilahiyyatçısı, iqtisadçısı və başqaları etirazlarını çatdırıblar, qumarın hər tində, hər metro başında, hər küçədə piştaxta quraraq təşkilini pisləyiblər. Lakin milyonların dövr etdiyi bir biznesdən hansısa çağırışlara görə kim imtina edər?!
Yeri gəlmişkən, mediada gedən xəbərlərə görə, ölkə üzrə lotoreya biletlərinin satışında əsas söz sahiblərindən biri “Caspian Ticket”in rəhbəri Cahangir Fərəcullayevdir. Yəni bu işdə təkcə ASC deyil, sözügedən firma da əsas rol oynayır. Fərəcullayevin isə nazirlərdən birinə yaxın olduğu iddiaları var. C.Fərəcullayevin göstərişi ilə bölgələrdə lotoreya biletləri xüsusi şəxslər tərəfindən topdansatış qiymətindən də aşağı satılır. Məsələn, Gəncədə topdansatış qiyməti 95 qəpik olan biletlərin maşınlarla 90 qəpikdən satıldığı haqda məlumatlar var. Beləliklə də, Cahangir Fərəcullayev köhnə satıcıları tamamilə sıradan çıxarmağa və öz istəyinə çatmağa çalışır.
Bundan əlavə, "Azərlotereya” ASC davamlı olaraq öz qumar oyunlarına, mərc yarışlarının təbliğinə şəhidlərimizi, onların övladlarını alət etməkdədir. Şirkət Novruz bayramı ərəfəsində də boş oturmadı, “Əmanətə sədaqət” layihəsi çərçivəsində təqaüd ayırdığı şəhid övladları ilə görüş keçirib. “Azərlotereya”nın İdarə Heyətinin sədri Zafer Reisoğlu və təqaüdlə təmin olunan tələbələr iştirak ediblər. İlk baxışdan bu təşəbbüs xoşniyyətli görünə bilər.
Şəhid ailələrinə diqqət, qayğı hər kəsin borcudur. Onlara dövlətin hərtərəfli dəstəyi var. Yəni bir gün belə olsun, şəhid ailələri unudulmur, kənarda saxlanmır. Lakin “Azərlotereya”nın bu tədbirləri təşkil etməkdə səmimi olmadığı deyilməlidir. Çünki məqsəd şəhid övladlarına diqqət göstərmək adı ilə onların üzərindən öz piarını aparmaqdır. Bu da yolverilməz haldır. Necə deyərlər, bir əlin verdiyini, o biri əl bilməməlidir.
Üstəgəl, şəhidlər və onların övladları bizim üçün dəyərdir. Amma ölkəboyu qumar, lotereya, mərc oyunlarını yayan, kasıbın cibindəki sonuncu manatı da əlindən alan bir şirkətin bunu etməsi ikrah hissi doğurur. Yaxşı olar ki, cəmiyyətin başqa təbəqəsindən olanlarla reklam, təbliğat işləri qurulsun.
İstənilən şirkətin şəhidlər, onların ailə üzvləri üzərindən reklam kampaniyasını qurması xoşagəlməz haldır. Şirkətlər bu cür məsələlərdə diqqətli və həssas olmalıdırlar. Belə addımlara yol vermək heç də başucalığı gətirmir. Çünki onlara diqqət göstərilməsi hər nə qədər xoş bir niyyət olsa da, kənardan mərc oyunları ilə məşğul olan bir şirkətin öz reklamını təşkil etdiyi təəssüratı bağışlayır. Sözsüz ki, ölkədə bu mərc oyunları leqal şəkildə həyata keçirilir və dövlətin icazəsi var. Amma o demək deyil ki, şəhid övladlarının üzərindən piar qurulsun, sonra mediada ictimailəşdirilsin.
Azərlotereya” ASC aşkar formada və sadə yollarla insanları fırıldaq oyunlara cəlb edir; küçələrdə, məhəllələrdə, metro çıxışlarında, bazarlarda, dayanacaqlarda, az qala hər tində bucaqda, o cümlədən rayonlarda “Poz, qazan” oyunlarını genişləndirir. İnsanlar da küçələrdə bu mərci gördükcə şirniklənir, həvəslənir, nəticədə hər gün uduzurlar.

Lakin “Poz, qazan” və “Misli” ölkənin bütün küçələrini zəbt edib və ölkədə açıq qumarxanaya çevrilib. Avtobus dayanacaqlarında, lotoreya satış nöqtələrində hər gün, xüsusilə kasıb təbəqənin “Qızıl 2”, “Şans ulduzu” və “Brilliant” adlı lotereyaları böyük həvəslə almasının şahidi oluruq. Belə lotereyaların satılması sosial problemlərin artdığı və işsizliyin ölkədə hökm sürdüyü dövrə təsadüf etdiyi üçün daha çox insanı cəlb edir.

Qeyd edək ki, "Azərlotereya” ASC Türkiyə şirkətinə idarəetməyə verilib, nəticə göz qabağındadır – küçələr, prospektlər mərc oyunlarının, mobil qumarxanaların əsarətindədir: “Kasıb təbəqə, dövlətin himayəsində olan qumarxana ilə oyuna girir və hesab edir ki, nə vaxtsa “cek-pot” udub həyatını dəyişdirəcək, yazıq kasıb, bir də cahillikdən əziyyət çəkir!

Anaxeber.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tikinti biznesinə girən bu məmur camaatın başına oyun açır - İTTİHAM VAR!


“Məmləkətdə artıq heç nə təəccüb doğurmur, deməli, XİN kimi vacib orqanın Dövlət qurumunun Həmkarlar Təşkilatının indiki sədri, nazirliyin Avropa ölkələri ilə iş üzrə bölməsinin yüksək vəzifəli keçmiş məmuru Elxan Azayev tikinti “baronu” imiş. O, çoxsaylı binalar tikib, milyonlarla pul qazanıb, hələ bir “Diplomat 2008” adlı şirkət də qurub (çox “kreativ” adamdır, şirkətin adından bəllidir). Şirkətə “Ağ Şəhərdə” də bina tikməyə yer veriblər”.

DİA.AZ gununsesi.info-ya istinadla xəbər verir ki, bunu tanınmış iqtisadçı Natiq Cəfərli deyib: “Onu da deyim ki, hər adama orada inşaat aparmağa icazə vermirlər. Şirkət 2014-də həmin binanın tikintisinə başlayıb, hələ də tamamlamayıb, sahiblərinə təslim etməyib, 9 ildir camaata mənzil yox, yalan satmaqla məşğuldur – binanın eyvanlarında işlər tamamlanmayıb, binada abadlıq işləri yekunlaşdırılmayıb, mənzillərin giriş qapıları qoyulmayıb, binanın 3 fazalı elektirik xətti birləşdirilməyib, layihədə olmasına baxmayaraq binaya generator qoyulmayıb, liftlər işlək vəziyyətə gətirilməyib, binaya qaz verilməyib”.

Cəfərli deyir ki, binadan mənzil alan vətəndaşların səsini duyan, problemini həll edən heç bir orqanda hələ ki, yoxdur: ” Belə məsələləri görəndə insanın gələcəyə olan inamı sarsılır. İstənilən ölkədə hüquq-mühafizə, XİN və Məhkəmə sistemi qüsursuz, rüşvətsiz, korrupsiyasız işləyəndə məmləkət, ərazi əsl Dövlətə çevrilir, digər sahələrdə müəyyən qüsur və axsamaları yola vermək olar, amma məhz sadaladığım orqanlar doğru-dürüst işləməyəndə Dövlətin gələcəyinə təhdid yaranır”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyevdən DİN və DTX ilə bağlı FƏRMAN

“Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1197-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 232 nömrəli Fərmanında dəyişiklik edilib.

Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Dəyişikliklə sənədə aşağıdakı məzmunda 2.5.3-cü yarımbənd və 2.6-cı bənd əlavə edilir:

“2.5.3. həmin Qanunun 14.1.3-cü və 14.2-ci maddələrində göstərilən şəxslərə münasibətdə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasına qarşı hərbi təcavüz nəticəsində, o cümlədən ərazilərin işğaldan azad olunması dövründə xəbərsiz itkin düşmüş şəxslərin bioloji qohumlarına və işğaldan azad olunmuş ərazilərdə aşkar edilmiş naməlum meyitlərə münasibətdə isə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti;

2.6. həmin Qanunun 14.4-cü maddəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasına qarşı hərbi təcavüz nəticəsində, o cümlədən ərazilərin işğaldan azad olunması dövründə xəbərsiz itkin düşmüş şəxslərin bioloji qohumlarına və işğaldan azad olunmuş ərazilərdə aşkar edilmiş naməlum meyitlərə münasibətdə isə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti həyata keçirir.”.

Qeyd edək ki, Qanunun 14-cü maddəsinin (Məcburi dövlət genom qeydiyyatı) 14.1.3-cü bəndində deyilir:

“Xəbərsiz itkin düşmüş şəxslərin bioloji qohumları (bioloji valideynlər və ya övladları ilə birlikdə ər (arvad)”.

Həmin maddənin 14.4-cü bəndində deyilir:

“Müvafiq icra hakimiyyəti orqanı tərəfindən əldə olunmuş bioloji material və məlumat DNT analizinin aparılması, DNT profilinin əldə olunması və DNT Məlumat Bankında saxlanılması üçün müvafiq icra hakimiyyəti orqanına göndərilir”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ordudan tərxis olunmaq istəyən rəisi aldadıb 10 minini alıblar - TƏFƏRRÜAT


Bakıda ordudan tərxis olunmaq istəyən hərbçini aldadaraq 10 min manatını alıblar.

DİA.AZ-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində tibb xidmət rəisi kimi çalışan leytenant Əlyar Muradov (şərti soyad) dostu vasitəsilə tanış olduğu Toğrul Məmmədov tərəfindən aldadılıb. Ə.Muradov pulu verdikdən sonra ordudan tərxis edilmədiyi üçün T.Məmmədov barəsində hüquq-mühafizə orqanlarına şikayət edib. Şikayət əsasında cinayət işi başlanıb.

Toğrul Məmmədov məhkəmədə bildirib ki, 1992-2000-ci illərdə Tərtər və Füzulidə hərbçi kimi xidmət aparıb: “Qarabağ əliliyəm. 2022-ci ildə bir tanışım bir nəfər hərbi həkimin ailə vəziyyəti ilə əlaqədar xidmət edə bilmədiyi üçün ordudan tərxis olunmaq istədiyini dedi. Ona kömək edəcək adam axtardığını bildirdi. Ordudan tərxis olunmanın qaydalarını bildiyim üçün ona kömək edə biləcəyimi dedim.

Həmin adamla görüşüb danışdıq. Əlyar dedi ki, kömək etsəm, hörmətimi edəcək. Həmin vaxt maddi sıxıntılarım olduğu üçün Əlyardan pulu almaq qərarına gəldim. “Şərəf məhkəməsi” yolu ilə ordudan tərxis olunmasını təşkil edəcəyimi dedim. İki dəfəyə 10 000 manat pul aldım. Bir müddət sonra Əlyar tərxis olunmağını tövsiyə edən qərar verildiyini bildirdi. Bir ay sonra zəng edib qərardan imtina edildiyini dedi. Pulu qaytarmağımı istədi. Mən də pulu xərclədiyim üçün həmin vaxt yox, bir müddət sonra hissə-hissə qaytardım”.

Əlyar Muradov da məhkəmədə ziyanın tam ödənildiyini təsdiq edib. Təqsirləndirilən şəxsdən şikayəti olmadığını bildirib. Nərimanov Rayon Məhkəməsi bunu yüngülləşdirici hal kimi nəzərə alaraq həbslə bağlı olmayan hökm çıxarıb. T.Muradova 3 il 7 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası verilib.
Belə ki, o, bu müddətdə axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməməli, üzərində GPS tipli nəzarət vasitəsini gəzdirməlidir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
AQTA kolbasa-sosis davasında nə qədər OBYEKTİVDİR? - İcazə verin, şübhələnək...

Jurnalist Məhəmmədəli Qəribli bugünlərdə Qida Təhlükəsizliyi Agentliyinin saxta kolbasa və sosiska istehsalı ilə bağlı açıqladığı siyahıya aydınlıq gətirib. O, qurumu bu məsələdə qeyri-obyektiv mövqe tutmaqda günahlandırıb.

Millitv.az azinforum.az-a istinadla həmin videoçıxışı təqdim edir:
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şəhid ailəsinə qarşı biganəlik

İstər Birinci, istərsə də İkinci Qarabağ müharibəsinin şəhidlərinin ailələrinin sosial müdafiəsində ayrı-seçkiliyə yol verilməməlidir

Düşmən üzərində Qələbə ilə nəticələnən və torpaqlarımızın işğaldan azad olunması ilə yekunlaşan Vətən müharibəsi Azərbaycan igidlərinin daha əvvəl göstərdikləri rəşadəti kölgədə qoymamalıdır. Nə şəhidin, nə də qazinin “köhnəsi-təzəsi” yoxdur. İstər Birinci, istərsə də İkinci Qarabağ müharibəsinin şəhidlərinin ailələrinin, qazilərinin, veteranlarının sosial müdafiəsində ayrı-seçkiliyə yol verilməməlidir. Əgər belə hallar müşahidə olunursa, bu, artıq dövlətin deyil, ayrı-ayrı məmurların qüsurudur.

1992-ci il mayın 18-də Şuşa ərazisindən və Ermənistan istiqamətindən hücuma keçən düşmənin Laçını işğal etməsindən ciddi zərbə alan ailələrdən biri də mənim dayımın ailəsi olmuşdur. 1992-ci ildə düşmənlərimiz bizim rayonu işğala başlayan zaman mənim dayım (həm də qaynatam) Əsgərov Əhliman Əvəz oğlu iki qızı Həcər və Laləzar (mənim həyat yoldaşım), bir də oğlu Vəkil doğma Dambulaq kəndini tərk etməmişdilər. Bütün Laçın camaatı rayondan çıxsa da belə, dayım kəndi tərk etməməyə qərar vermişdi, demişdi ölsəm də, qalsam da bu kənddən heç hara getməyəcəm. Bir balaca kənddən dağlara, Kəlbəcərə tərəf çəkilmişdi. Sonra – şəxsən mən özüm də ordaydım, – bizim Laçının kəndlərinə Kəlbəcər ərazisindən hərbçilərimiz daxil oldu, xeyli kəndlərimizi işğaldan azad elədilər. Dayım övladları ilə birgə yenə kənddə yaşaıyrdı. Əfsus, bu vəziyyət uzun sürmədi. Kəlbəcər tərəfdən blokadaya düşəndən sonra hərbçilərimiz geri çəkilməyə məcbur oldular. Dayım Kəlbəcər ərazisinə gələndə hələ bilmirdi ki, orada da erməni yaraqlıları var. Yolda Qalaboyunlu kəndində erməni faşisti ilə qarşılaşırlar. Silahlı düşmən onları silahsız görüb girov götürür. Təxminən bir neçə yüz metr yolu qət edəndən sonra dayım fürsət tapıb ayağının üstündə fırlanır, erməninin qollarından yapışıb sıxır, avtomat yerə düşür. Həmin erməni ilə orda əlbəyaxa döyüşəndən sonra tərksilah etdiyi düşməni elə onun öz avtomatı ilə öldürür.

Sonra ordan geri – Laçın tərəfə üz tuturlar, amma görürlər ki, artıq yollar bağlıdı. Orada bizim yeddi nəfər hərbçimizlə rastlaşırlar. Laçın tərəfdən mühasirədən qaçan bu cavan hərbçilər yolu-rizi tanımırmışlar. Dayım onlara bələdçilik edir, yoxsa onlar da tuneldə düşmənin mühasirəsinə düşəcəkmişlər. Başqa yol seçərək Başlıbel ərazisindəki böyük kahalara doğru gedirlər. Burda 30-40 nəfər Kəlbəcər sakini daldalanıbmış. Dayımgil də onlara qatılırlar. Bir neçə həftə kahalarda qalandan sonra erməni yaraqlıları onların yerini müəyyənləşdirirlər.

Aralarında qeyri-bərabər döyüş olur. Bizimkilərdən xeyli insan girov düşür, yaralanır, on iki nəfər öldürülür. Düşmən də xeyli itki verir.

Ertəsi gün səhəri dayım çıxıb kəşfiyyat aparanda onu da pulemyotla vururlar, şəhid düşür. Dayımın qızı Əsgərova Laləzar (hazırda mənim soyadımı daşıyan həyat yoldaşım Abbasova Laləzar) girovları çıxarıb qayanın başına yığarkən özünü qayadan uçuruma atır, fikirləşir ki, erməni əlinə keçməkdənsə intihar yaxşıdır. Lakin tale elə gətirir ki, sağ qalır. Dayım uşaqları və sağ qalan digərləri daha 4 ay dağlarda keçirməli olurlar.

Nəhayət, Daşkəsən yolu ilə gəlirlər Tərtər rayonuna. Dayım uşaqları qohum evində bir neçə gün qalandan sonra Ağcabədiyə – əmilərigilə gəlib yetişirlər.

Keçirdikləri dəhşətli sarsıntılar, iztirablar dayımın övladlarının səhhətinə təsirsiz ötüşməmişdir. Həcər uzun sürən məşəqqətlərdən, ağrı-acıdan dünyasını erkən dəyişmişdir. Dayım oğlu Vəkil o vaxt başlarına gələn hadisədən keçirdiyi qorxu hissindən anlaqsız vəziyyətə düşüb, ailə belə qurmaq iqtidarında olmamışdır. Abbasova Laləzar xanım da səhhətindən şikayətlidir. Əmək qabiliyyəti qismən olsa da, hazırda işsizdir. Təəssüf ki, Dambulaq kəndinin yeganə şəhidi olan rəhmətlik Əhliman Əsgərovun nə ailəsinin, nə də ailə üzvlərinin məşğuliyyətlərini təmin etmək üçün aidiyyəti qurumlara müraciətlərinə həssas yanaşılmır. Bu laqeyd münasibət bizim hamımızı çox məyus edir.

Bütövlükdə dövlətimizin şəhid ailələrinə, qazilərə qayğılı münasibətinə söz ola bilməz. Xüsusən Vətən müharibəsi şəhidləri, qaziləri diqqət və qayğı ilə əhatələniblər. Lakin şəhidin, qazinin, əlbəttə ki, “köhnəsi-təzəsi” yoxdur.

Xatırladaq ki, şəhid Əhliman Əsgərovun cəsurluğu barədə “Başlıbel faciəsi” və “Qanlı kaha” kitablarında ətraflı bəhs olunub, AzTV-də dörd hissədən ibarət sənədli film nümayiş etdirilib. Deyin, belə bir şəhidin əzizlərinin diqqət və qayğıdan kənarda qalması nə dərəcədə ədalətlidir?

Seyid İsmayıl Abbasov,
“Dogrusoztv.az”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Aqil Abbasla Novruz Aslan təltif edildi

Azərbaycan Prezidenti İlham Əliyev deputat Aqil Abbasla bağlı sərəncam imzalayıb.

Dövlət başçısının imzaladığı sərəncamla Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Aqil Məhəmməd oğlu Abbasov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, aprelin 1-i Aqil Abbasın 70 yaşı tamam olub.

***

Dövlət başçısının digər sərəncamı ilə millət vəkili Novruz Aslan da təltif edilib.

Belə ki, Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Novruzəli Davud oğlu Aslanov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Ötən ay N.Aslanın 60 yaşı tamam olub.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident onlarla bağlı Sərəncam imzaladı


Əli Şamil oğlu Həsənov “Şərəf” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Əli Şamil oğlu Həsənov Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif olunub.

Prezidenti İlham Əliyevin imzaladığı digər sərəncamla Cavanşir Hümmət oğlu Paşazadə də “Şərəf” ordeni ilə təltif edilib.
Sərəncamda Cavanşir Paşazadənin Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edildiyi qeyd olunub.

Qeyd edək ki, bu ay Əli Həsənovun 75, Cavanşir Paşazadənin 70 yaşı tamam olur.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO