[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Səhliyalı” şirkətinin pendiri xarab çıxdı – “Bu, vicdansızlıqdır”

“Səhliyalı” şirkətinin pendiri xarab çıxdı.

Bu barədə jurnalist Anar Niftəliyev bildirib.

“Nə qədər vicdansız olmaq lazımdır ki, bunu edəsən. Hər dəfə belədir, hər dəfə! Üstünə təzə saçaqlı pendir yığıb, altına saralmış köhnələri qoymaq vicdansızlıqdır”, - o qeyd edib.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.pravda.az
“Səhliyalı” şirkətinin pendiri xarab çıxdı – “Bu, vicdansızlıqdır”
“Səhliyalı” şirkətinin pendiri xarab çıxdı – “Bu, vicdansızlıqdır”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinin binasının açılışında - FOTOLAR


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin paytaxt Bakıda yeni inzibati binası istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni binanın açılışında iştirak edib.


Qeyd edək ki, son illərdə paytaxtda modern üslubda tikilən çoxmərtəbəli binalar sırasına daha biri əlavə olunub. Ulu öndər Heydər Əliyevin adını daşıyan prospektdə ucaldılan yeni bina da müasir memarlığı ilə diqqəti cəlb edir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov bina barədə dövlətimizin başçısına məlumat verib.

Bildirilib ki, bina modern və postmodern üslubda layihələndirilib və mürəkkəb konstruktiv quruluşa malikdir. Hündürlüyü 125 metr olan bina 33 mərtəbədən ibarətdir. Yükdaşıyan konstruksiyaları 9 ballıq zəlzələyə davamlı olan binanın hər mərtəbəsi digər mərtəbəyə nisbətdə 2,65 dərəcə dönür və nəticədə fasad müstəvisi 90 dərəcəlik burulma effekti yaradır.

Binanın daha bir diqqətçəkən cəhəti isə yuxarıdan baxanda kürsü mərtəbəsinin Azərbaycanın xəritəsi formasında inşa edilməsi və şərq tərəfdən “Xəzər dənizi” dekorativ hovuzu ilə əhatə olunmasıdır. İşçi mərtəbələri 254 otaqdan ibarət olan binada 537 əməkdaşın fəaliyyəti üçün hər cür şərait yaradılıb. Binada müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şəraitə malik və müasir multimedia vasitələri ilə təchiz olunmuş konfrans və iclas zalları, həmçinin müxtəlif təyinatlı iclas otaqları, yeməkxanalar var. Binadaxili mikroiqlimin təmin olunması, səmərəli enerji sərfiyyatının tənzimlənməsi, işıqlandırma, yanğınsöndürmə və təhlükəsizlik sistemlərinin idarə edilməsi, fövqəladə hallar zamanı mühəndis-texniki sistemlərin tənzimlənməsi üçün İdarəetmə Mərkəzi qurulub. Göründüyü kimi, yeni binada tikintidə müasir çağırışların paytaxtımızın infrastrukturuna inteqrasiyası ilə yanaşı, işçi heyətin daha səmərəli çalışması üçün hər cür şərait yaradılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü islahatlar çərçivəsində əmlak məsələləri sahəsində də bir sıra irəliləyişlərə nail olunub. Belə ki, dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi, daşınmaz əmlakın qeydiyyatı və kadastrı, torpaq idarəçiliyi və digər sahələrdə mühüm işlər görülüb. Vətəndaşlara və sahibkarlara göstərilən dövlət xidmətlərində şəffaflığın artırılmasına, elektron xidmətlərin genişləndirilməsinə, vətəndaş məmnunluğunun yüksəldilməsinə xüsusi diqqət yetirilir. Bunun nəticəsidir ki, 2022-ci ildə vətəndaşlardan, sahibkarlardan, bələdiyyələrdən, dövlət qurumlarından Xidmətə 1 milyona yaxın elektron müraciət daxil olub.

Xüsusi vurğulayaq ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda əks etdirilən tədbirlər, o cümlədən həmin ərazilərdə yerquruluşu, torpaqların elektron kadastr uçotu, torpaq tədqiqatları, torpaqların idarə edilməsi və işğal nəticəsində dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı işlər davam etdirilir. Məsələn, işğaldan azad edilmiş ərazilərdə ötən il 390 min hektar sahədə yerquruluşu, 283 min hektarda çöl torpaq tədqiqatı, 309 min hektarda geobotaniki tədqiqat işləri görülüb. Həmçinin azad edilən ərazilərdə indiyədək 14,1 min daşınmaz əmlakın ilkin inventarlaşdırılması işləri tamamlanıb. Bu sahədə uğurlardan biri də işğaldan azad edilmiş ərazilərdəki daşınmaz əmlak və infrastruktur obyektləri barədə toplanmış məlumatların etibarlı surətdə qorunmasının və səmərəli istifadəsinin təmin edilməsi məqsədilə Qarabağ Rəqəmsal Geo-İnformasiya Sisteminin yaradılmasıdır. Bu günədək rəqəmsallaşdırılması mümkün olan 164 minə yaxın tikili və qurğudan təqribən 145 mini təsbit olunub və həmin sistemə daxil edilib.
İlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinin binasının açılışında - FOTOLAR
İlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinin binasının açılışında - FOTOLAR
İlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinin binasının açılışında - FOTOLAR
İlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinin binasının açılışında - FOTOLAR
İlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinin binasının açılışında - FOTOLAR
İlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinin binasının açılışında - FOTOLAR
İlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinin binasının açılışında - FOTOLAR
İlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinin binasının açılışında - FOTOLAR
İlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinin binasının açılışında - FOTOLAR
İlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinin binasının açılışında - FOTOLAR
İlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinin binasının açılışında - FOTOLAR
İlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinin binasının açılışında - FOTOLAR

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xalq artisti Ənvər Həsənovun səhhətində irəliləyiş yoxdur


Xalq artisti Ənvər Həsənovun səhhətində irəliləyiş yoxdur.

Bu barədə APA-ya aktyorun qızı Aytən Həsənova məlumat verib.

Onun sözlərinə görə, Xalq artisti hazırda evdə yataq rejimindədir: “Heç bir irəliləyiş yoxdur. Ayaqları tutulur, yemək yeyə, gecələr yata bilmir. Hazırda onu xəstəxanaya apara bilmirik, müalicəsi üçün dərmanları ala bilmirik, ona görə də heç bir irəliləyiş yoxdur”.

Xatırladaq ki, Xalq artisti Ənvər Həsənov ötən il səhhətində yaranan problem səbəbindən xəstəxanaya yerləşdirilmişdi. Aktyor daha sonra öz istəyi ilə evə buraxılmışdı. Bu yaxınlarda isə, Mədəniyyət Nazirliyi APA-ya aktyorun səhhəti ilə bağlı problemi nəzarətə götürdüyü barədə məlumat vermişdi.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Məmurların övladları cibində dollar, mən dərman gəzdirirəm" - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR

"Məmurların övladları cibində dollar gəzdirəndə, mən dərman gəzdirirəm".

DİA.AZ BBC-yə istinadla xəbər verir ki, bu sözləri martın 28-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında etiraz aksiyası keçirən Vətən müharibəsi iştirakçılarından Elşad Dursunov deyib.

Həmin gün bir neçə İkinci Qarabağ müharibəsinin iştirakçısı Nazirliyin qarşısında etiraz aksiyası keçiriblər. Onların bəziləri işsizlikdən, bəziləri isə əlillik dərəcəsi ala bilmədiklərindən narazı olduqlarını dilə gətiriblər. Aksiya zamanı qazilərlə polislər arasında mübahisə yaranıb və qazilərin bir neçəsinin səhhəti pisləşib.

Daha ətraflı:
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Deputat Vüqar İskəndərov da belə təhdidlər alır... - ÖZÜ AÇIQLADI

İranın Azərbaycan siyasəti ilə bağlı danışan və fikirlərini açıq şəkildə çəkinmədən söyləyən bir neçə deputat var. Onlardan biri də dünən evinin qarşısında güllələnən Fazil Mustafadır. Fazil Mustafa İranın Azərbaycan siyasətini kəskin tənqid edən deputatdır. Ötən gün yerli TV-lərin birində çıxış edən deputat Fazil Mustafa və Vüqar İskəndərov İranın mövcud siyasəti ilə bağlı fikirlərini söyləmişlər. Fazil Mustafa açıqlamasında İranın bu günki siyasəti Molla zeyhniyyət ilə düşünülmüş, primitiv və bəs it və İranın özünə zərər verə biləcək siyasət adlandırıb. O, qeyd edib ki, İran bu proseslərdən özü zərərli çıxacaq.
Vüqar İskəndərov müsahibəsində bildirib ki, “İranının siyasi rəhbərliyi ilə Ermənistan Təhlükəsizlik Şurasının katibinin görüşündə İran tərəfi Ermənistan və İranı “bir millət iki dövlət” kimi elan etmiş və qeyd etmişdi ki, bu ölkələri çox dərin köklər bağlayır”...

Görünür Fazil Mustafanın İrandakı Molla rejiminin siyasətinin fikirləri ilə bağlı düşüncələri Azərbaycandakı “mollaların” xoşuna gəlməyib. Azərbaycandakı İran molla rejiminin törtöküntülərinin növbəti hədəf kimdir?

DİA.AZ-ın məlumatına görə, deputat Vüqar İskəndərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Fazil Mustafaya qarşı törədilmiş bu hərəkət terrordur, Azərbaycana qarşı uzanan xain əldir.

“Belə təhdidlər bizi öz yolumuzdan çəkindirə bilməz. Görünür, bu hadisənin sifarişçilərinin, törədənlərin gözü Azərbaycanın rifahını götürmür. Əminəm ki, qısa zaman ərzində bu hadisəni törədənlər aşkar edilərək, layiqli cəzalarını aıacaqlar”,- deyə deputat bildirib.

P.S. Haqqı danışan dili xaincəsinə susdurmaq ancaq xain xislətlilərin işidir. Bundan sonra vəziyyət necə olmalıdır? Deputatlara xidməti silahmı verilsin, yoxsa xüsusi mühafizəçilərmi?Onsuz da haqqı deyən, seçicisinin yanında olanda, mətbuata açıq olan, bizdən biri olan barmaqla sayılacaq qədər deputat var. Onları da belə susdursalar?! Növbəti hədəfin növbəti danışan dil olmayacağına kim zəmanət verə bilər?

Deputat Vüqar İskəndərov da, belə təhdidlər alır... Bunu o mətbuata açıqlamasa da, dostları, tanışları bundan xəbərdardır... Gəlin, növbəti hədəflərin seçilməsinə izin verməyək. Hamımız rejimin riyakar, ikiüzlü, satqın, molla zehniyyətli siyasətini tənqid edək.

Azərbaycanda olan iranpərəst, “mollabaşları” aralarımızdan təmizləyək.. Susmayaq... Allah danışan dilləri, haqqı deyənlər özü molla rejiminin qalıntılarından hifz etsin.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
BU ADA-RAYONA OLİQARX BAŞÇILIQ EDİRMİŞ... - İLGİNC FAKT

Pirallahı icra başçısı Vasif İmanovun sosial şəbəkələrdə mülklərinin siyahısı yayılıb.

Sözügedən mülklərin siyahısını sizlərə təqdim edirik:

1.Şabrandakı, daha dəqiq desək Gilavar kəndindəki 5 milyon dəyəri olan villa

Bu villa icra başçısı Vasif İmanovun çoxsaylı villalarından biridir.

2. İcra başçısı Vasif adına uyğun olaraq VAST MMC yaradıb və milyonlarla dövlət vəsaitini bu şirkətə köçürərək mənimsəyir. Deyilənə görə, oğlunun və digər ailə üzvlərinin hesabına köçürülən pulların dəyəri milyonlar təşkil edir.

3. İcra başçısının digər qudası isə “Azərsüvinir” MMC – nin sədri Tariyeldir.

4. İcra başçısının ikinci oğlu Zöhrab isə rayonda sahibkarlarla məşğul olur. Onun hərəkətləri artıq rayonda ciddi narazılıq yaradıb.
BU ADA-RAYONA OLİQARX BAŞÇILIQ EDİRMİŞ... - İLGİNC FAKT

Məlumat üçün qeyd edək ki, Vasif İmanov Azərsu-nun sabiq rəhbəri Qorxmaz Hüseynovla qudadır.
Belə ki, Vasif İmanovun oğlu Turan Həsənzadə Qorxmaz Hüseynovun qızının həyat yoldaşıdır.
Yeri gəlmişkən, Turan Həsənzadə Ədliyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertiza Mərkəzində yüksək vəzifə tutur.

Maraqlı sual yaranır ki, Pirallahının icra başçısı Vasif İmanov 880 manat maaşla 5 milyonluq villanı necə alıb ?

Xatırladaq ki, yazıda sosial şəbəkələr də yayılan məlumatlardan istifadə olunub.

Nəzərinizə çatdıraq ki, Vasif İmanov uzun illərdir icra başçışı postunda çalışır.

Azərbaycan Respublikası Prezidentinin 7 mart 2013-cü il tarixli Sərəncamı ilə Bakı şəhər Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilmişdir. //Xəbəral.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
`DİMDİYİNDƏN İLİŞƏN` Kəmaləddin Qafarovun ÇOXBİLMİŞLİYİ... - KİMƏ GƏLİRSƏN...


Adətən “lal deputat” kimi tanınan Milli Məclisin üzvü Kəmaləddin Qafarovun dili nəhayət ki, açıldı və dünən parlamentin iclasında çıxış edərək, bildirdi ki, “Azərbaycanda bəzi dərmanların qiymətləri Türkiyədən ucuzdur”.

Deputatın qəfil olan bu çıxışı maraq doğurdu. Çünki reallıqda Azərbaycanda dərman qiymətlərinin süni şəkildə şişirdildiyi və onun nümunə gətirdiyi Türkiyə ilə müqayisədə qat-qat baha olduğu heç kəsə sirr deyil. Bunu elə parlamentin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov da Kəmaləddin Qafarovun çıxışına cavabında bildirib.

“Mən görməmişəm ki, Türkiyədə baha olan dərman Azərbaycanda ucuz olsun. Düzdür, son vaxtlar Türkiyədə də dərmanların qiymətləri bahalaşıb. Amma deyə bilmərik ki, bəzi dərmanların qiyməti bizdə Türkiyədəkindən ucuzdur”, - komitə sədri deyib.

Kəmaləddin Qafarovun dilə gəlməsi və belə bir iddia irəli sürməsi maraqlı olduğu qədər də gülüş doğurur. Təkcə ona görə yox ki, deputatın iddiası doğru deyil, həm də bu iddianı irəli sürən Kəmaləddin Qafarov ölkədə dərmanların qiymətinin baha olmasının əsas baiskarlarından biridir və belə bir şəxsin “Azərbaycanda dərmanlar ucuzdur” deməsi yumşaq desək gülüncdür, həm də məqsədin qanunverici orqanın tribunasından öz biznesini legitimləşdirmək məqsədi daşıdığı aydın görünür.

Açıq mənbələrdə yayılan məlumatlara görə, deputat olan Kəmaləddin Qafarovun müxtəlif sahələrdə biznesi var, lakin onun əsas gəlir mənbəyi məhz dərman satışındandır.

“AzəriMed” MMC şirkəti Kəmaləddin Qafarovun ən böyük dərman firmasıdır. Şirkət həm də “Tibbi Market”də tibbi ləvazimatların və avadanlıqların satışını həyata keçirir. O cümlədən, "Zəfəran” apteklər şəbəkəsi və “Zəfəran Hospital” da şirkətə daxildir. Şirkət kağız üzərində Kəmaləddin Qafarovun yaxın qohumu Canliya Qafarova Rəhim qızının adınadır.

“Kanon” MMC Qafarovun digər firmasıdır. Şirkətə “Kanon” apteklər şəbəkəsi daxildir.

- Bakı şəhəri, X.Məmmədov 32 A,

-Yasamal rayonu Şərifzadə küçəsi 100,

-Şamaxı şəhəri,

-Sabunçu rayonu, Bakıxanov ŞTQ E.Xəlilov 1,

-Sabunçu, S.Qocayev 142, bina 1,

-Nəsimi rayonu, A.Mirqasımov 2,

-Ağdam rayonu Quzanlı, H.Əliyev prospekti,

-Səbail Rayonu. Əhməd Cavad Ev 32 M1 M2,

-Bakı şəhəri, Əhməd Cavad 32,

-Sumqayıt, 2-ci mkr, Sülh küçəsi,

-Nizami rayonu Keşlə qəsəbəsi M.Ə.Sabir küçəsi 44D,

-Nəsimi rayonu 3018 məhəllə, Hüseynbala Əliyev küç 24a,

-Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, 4C,

-Yasamal rayonu, Şərifzadə 314 B

-Nəsimi rayonu, Hüseynbala Əliyev 156 A,

-Nəsimi rayonu, Asif Məhərrəmov 119A,

-Lənkəran, Həzi Aslanov küçəsi,

-Lənkəran, Nizami küçəsi,

-Gəncə, Atatürk prospekti,

-Quba şəh, Fətəlixan küç. Ev 6A,

-Biləsuvar, Kanon – Aran apteki,

-Ucar rayonu Ucar şəhəri Oğuz küçəsi ev 106.

-Xətai rayonu, H.Salmani küç, 5 saylı bina 1-ci mərtəbə.

Bunlar “Kanon” apteklərinin respublika boyunc yerləşdiyi ünvanlardır.

Qanuni təmsilçisi Kəmaləddin Qafarovun əmisi oğlu Hüsaməddin Qafarovun olduğu “Shafran” MMC də dolayısı ilə deputata məxsusdur. Deputatın dərman biznesinə “Avestafarm” MMC, “Naturalist” firması da daxildir. “Naturalist” firmasının təsisçisi kağız üzərində Qafarovun qardaşı Cəlaləddin Qafarovdur.

Mediada yayılan məlumatlara görə, Kəmaləddin Qafarovun əczaçılıq biznesi ölkə sərhədlərinin hüdudlarını aşır. Misal üçün, Gürcüstanda fəaliyyət göstərən, Tbilisi, İsani-Samqor rayonu, Qorqasali küçəsi 41 ünvanında hüquqi qeydiyyatda olan “Helios Pharma” LTD-nin də K.Qafarova məxsus olduğu deyilir. Şirkət Tamara Qamzaşvili adlı gürcü qadın tərəfindən idarə olunur. Eləcə də yunan Kiprində fəaliyyət göstərən “SALİDONT LTD”-nin də deputatın biznes imperiyasına bağlı olduğuna dair məlumatlar yayılıb.

Dərman biznesində böyük paya sahib olan K.Qafarov həm də Milli Onkologiya Mərkəzinin direktor müavinidir və dövlətin bura ayırdığı pulların böyük əksəriyyətinin deputata məxsus “AzəriMed” şirkətinə transfer edildiyi, dərmanların oradan alındığı haqda məlumatlar var. Milli Onkologiya Mərkəzinin “AzəriMed”lə imzaladığı rəsmi müqavilələr də bunu deməyə əsas verir. Onkologiya Mərkəzində dəhşətli bahalığın arxasında da məhz Kəmaləddin Qafarov dayanır.

Kəmaləddin Qafarovun biznesi dərman sahəsi ilə də yekunlaşmır. Paytaxtın ən dəbdəbəli və bahalı şadlıq evlərindən olan “Versal Palace” Qafarovlar aləsinə məxsusdur. “Versal Palace” MMC tərəfindən idarə olunan şadlıq evinin qanuni təmsilçisi deputatın qardaşı Cəlaləddin Qafarovdur.

Qanun deputatların biznes fəaliyyətini qadağan edir, lakin göründüyü kimi, bunun Kəmaləddin Qafarova aidiyyəti yoxdur. O, qanunverici orqanda əyləşsə də, müxtəlif şəxslər üzərindən biznesini idarə etməyə davam edir və ölkədə dərmanların “əl yandıran” qiymətlərinin əsas səbəbkarıdır. Amma Milli Məclisin kürsüsündən “dərmanlar ucuzdur” çıxışını edəcək qədər də yalan danışır.

Görünür, Milli Məclisdəki deputat mandatı Kəmaləddin Qafarova xalqı təmsil etmək üçün yox, biznesini qorumaq və yeri gələndə qanunsuz fəaliyyətlərini legitimləşdirmək üçün lazımdır.

Demokrat.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ordumuz bu yüksəklikləri NƏZARƏTƏ GÖTÜRDÜ


Yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Regional idarənin rəisinin təzyiqi ilə direktor haqqında rəy yazdım” - NARAZILIQ VAR!


Şəmkir rayon sakini Gülnar Rüstəmova saxta əmr əsasında işini itirdiyini deyir. O, rayonun Sabirkənd orta məktəbinin direktoru olub, 2022-ci il sentyabrın 5-də vəzifəsindən azad edilib. Onun sözlərinə görə, saxtakarlıq nəticəsində təkcə direktorluqdan yox, ümumiyyətlə, pedaqoji faəliyyətdən uzaqlaşdırılıb.

“Yeganə gəlir yerim işlədiyim məktəbdən aldığım maaş idi. Onu da Elm və Təhsil Nazirliyinin sayəsində itirdim. Direktorluqdan uzaqlaşdırıldım, bəs mənim müəllimliyim necə olsun? Məni müəllim kimi də işləməyə qoymurlar. Mən uşaqlarımı saxlaya bilmirəm…”, – Gülnar Rüstəmovanın sözləridir.

“Məhkəmə də saxtakarlığa göz yumdu”

Sabirkənd orta məktəbi Qarabağ döyüşlərində həlak olmuş şəhid Sahib Rüstəmovun adını daşıyır. O, Gülnar Rüstəmovanın əmisi oğludur:

“İllərlə o məktəbdə müəllim işləmişəm. Ən çox bal toplayan müəllimlərdən biri olmuşam. 2019-cu ilin sentyabrından məktəb direktoru kimi fəaliyyət göstərmişəm. Bu imtahanda da 60 mümkün baldan 54-nü toplamışam. Dövlət İmtaham Mərkəzinin “marker” müəllimiyəm”.

Gülnar Rüstəmova deyir k, onun işdən azad edilməsilə bağlı Həmkarlar Təşkilatının rəyi Şəmkir rayon Təhsil İdarəsinin rəhbərliyi tərəfindən təzyiq əsasında alınıb. Onun sözlərinə görə, təşkilatın iclası keçirilməyib. Rəyin alındığı tarix 16 iyun 2022-ci il göstərilsə də, əslində, həmin vaxt verilməyib.

“Təhsil İdarəsinin rəhbərliyinin qərəzinin, qanunsuzluğunun qurbanı olmuşam. Mənimlə bağlı baş verən qanunsuzluqlar, saxtakarlıqlar göz deşir, heç bir çərçivəyə sığmır. Çox təəssüf ki, məhkəmə də bunlara göz yumdu…”.

“Regional idarənin rəisinin təzyiqi ilə direktor haqqında rəy yazdım”

Gülnar Rüstəmova onun haqqındakı əmrin ləğvi və işə bərpa tələbilə Bakının Nərimanov Rayon Məhkəməsinə (Elm və Təhsil Nazirliyi bu rayonun ərazisində yerləşdiyinə görə) müraciət etsə də, iddiası təmin olunmayıb.

Məhkəməyə Şəmkir rayonu üzrə Təhsil sektorunun Həmkarlar Təşkilatının sədri Zülfiyyə Əhmədovanın ərizəsi də təqdim olunub. O, ərizəsində göstərib ki, Gülnar Rüstəmova haqqında rəyi Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdirinin təzyiqi altında yazıb.

“14 iyun 2022-ci ildə Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən məktəbdə monitorinq aparıldı. Monitorinqin nəticəsilə bağlı rəy bildirmək üçün mənə müraciət olundu. Dedilər ki, Gülnar Rüstəmovanın işdən çıxarılması haqda rəy bildirim. Birinci dəfə verdiyim rəylə razı olmadıqlarını dedilər. Regional Təhsil İdarəsi tərəfindən verilən təqdimata uyğun rəy yazmağı tələb edirdilər. Bildirirdim ki, artıq iclas keçirilib, iclasın protokolu var, xeyri olmadı. Təzyiq altında, affekt vəziyyətdə regional idarənin rəisinin tələb etdiyi formada rəy verdim…”, – Zülfiyyə Əhmədova bildirib.

Zülfiyyə Əhmədova məhkəmədə də dindirilib. Ancaq hakim Səbinə Nuriyeva onun dediklərini əhəmiyyətli hesab etməyib.

“Yaxşı ki, elektron məhkəmə sistemi tətbiq edilir. Məhkəm prosesi audio yazı ilə aparılır, ona görə protokolu saxtalaşdıra bilməyiblər. Məhkəmədə hakim niyəsə qanunlara, hüquqa münasibətdə saymazyanalıq nümayiş etdirdi. Heç bir sübuta hüquqi qiymət vermədi. Yalnız Elm və Təhsil Nazirliyinin verdiyi əsassız mülahizələri əsas götürüb, iddiamı təmin etmədi. Halbuki, eyni məhkəmə tam oxşar başqa bir iddianı təmin edib. Bu da açıq-aşkar ayrı-seçkilik…”, – Gülnar Rüstəmova əlavə edib.

O, qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət verib.

“Bir tərəfdən şagirdləri tədbirə çağırtdırır, o biri tərəfdən məktəbə yoxlama göndərir”

Məhkəmənin qərarında göstərilib ki, Sabirkənd orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini rayon Təhsil İdarəsinin müdiri Arslan Hacıyevə ərizə göndərib. Ərizə əsasında məktəbin direktorunun fəaliyyəti yoxlanılıb, nöqsanlar aşkarlanıb. Həmin nöqsanlar barədə Həmkarlar İttifaqına təqdimat göndərilib.

Həmkarlar İttifaqı da Gülnar Rüstəmovanın vəzifəsindən azad olunmasına etiraz etməməsi haqda qərar qəbul edib. Bundan sonra Təhsil İdarəsinin Gülnar Rüstəmova ilə əmək müqaviləsinin ləğv olunması barədə əsaslandırması əsasında elm və təhsil naziri əmr verib. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) onunla əmək müqaviləsinə xitam verilib.

Məhkəmədə Elm və Təhsil Nazirliyinin nümayəndəsi deyib ki, məktəbdə yoxlama zamanı dərsə davamiyyət, məktəbdə tədris prosesinin təşkililə bağlı akt tərtib olunub. Həmin aktları da Gülnar Rüstəmova direktor işlədiyi zaman imzalayıb.

“Mənim işdən çıxarılmağımla bağlı səbəblərdən biri guya şagirdlərin, xüsusilə yuxarı siniflərin davamiyyətilə bağlı olub. Bizi 1 iyun – Beynəlxalq Uşaq Günü münasibətilə tədbirə çağırırlar. Həmin vaxt yuxarı siniflərin şagirdləri də orada iştirak edir. Təhsil idarəsinin müdiri bir tərəfdən şagirdləri tədbirə çağırır, həmin vaxt da məktəbə yoxlama göndərib, davamiyyət yoxlatdırır. Bu, məqsədli şəkildə edilmiş bir hərəkətdir”, – keçmiş direktor bildirib.

Meydan TV
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mədəniyyət və İncəsənət Universitetinin rektoruna 101.299 manatlıq avtomobil xidmət göstərəcək - AY MAŞALLAH...


Mədəniyyət və İncəsənət Universiteti “Xidməti minik nəqliyyat vasitəsinin satın alınması” üzrə 15.02.2023-cü ildə elan etdiyi tenderə yekun vurub. Tenderin şərtlərinə görə iddiaçı şəxs satınalan təşkilata ban növü sedan ,biznes klass, rəng qara, mühərrik benzin və ya hybrid , mühərrik həcmi 2000- 2500 sm3 ,mühərrik gücü 190-210 a/g, eni güzgülərlə birlikdə ən azı 1865 mm, uzunluğu ən azı 4975 mm, təkər bazasının eni 2870 mm, hündürlük ən azı 1445 mm, oturacaqların sayı 5, dəri salon, salon tünd rəng, yanacaq çəninin həcmi minimum 60-65 l, mühərrik: maksimum dönmə (Nm@rpm) 243, sürət yığma 0-100 km/s maksimum 9.1 san, qarışıq yanacaq sərfiyyatı 8.4 l/100 km, arxa və ön əyləclər ventilyasiya olunan disk, mərkəzi multimedia ekranını idarəetmə üçün kompüter mausu kimi sensor, naviqasiya 3D qrafika, LDA sistemi, arxa görüntü kamerası, oturacaqların isidilməsi və ventilyasiyası, ön və arxa park radar, yağış sensoru, mərkəzi qapanma, lyuk, aktiv təhlükəsizlik paketi, inteqrasiya edilmiş 3 rejim eco-normal-sport, kruiz kontrol tam sürət diapazonu, sükan qızdırıcı, təkər R18 və ya R19, istehsal ili minimum 2022-2023-cü il, yürüş 0 km olan avtomobil almalıdır.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumata görə tender müsabiqəsi 29.03.2023-cü il tarixdə tamamlanmış və “DREAM AUTO” Məhdud Məsuliyyətli Cəmiyyəti 60 bank günü ərzində Mədəniyyət və İncəsənət Universitetinə 101.299 manat dəyərində avtomobil alacaq.

Qeyd edək ki, “DREAM AUTO” 2019 cu ildən Azərbaycanda “Audi” markalı avtomobillərin rəsmi idxalçısı kimi fəaliyyət göstərir. Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “DREAM AUTO” Məhdud Məsuliyyətli Cəmiyyətinin 19.11.2018-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 000 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, BABƏK PR, ev 43A, qanuni təmsilçisinin isə Məmmədov Vüqar İmaməli oğlu olduğu göstərilir.

MMC-nin rəsmi veb-saytında “Audi” markalı avtomobillərin bütün növlərini tapmaq mümkündür. Məsələn şirkət “Audi” A6 55 S-line markalı avtomobili 148 877 manata, A6 40 Design markalı avtomobili 96 274, A6 40 Sport markalı avtomobili 113 147 manata, RS 3 Sedan markalı avtomobili 115 132 manata, TT Roadster markalı avtomobili 77 416 manata, satışa şıxarıb. Amma veb-saytda bir çox avtomobillərin qiymətləri göstərilmir ki, bu da çox güman razılaşma yolu ilə satışa çıxarılanlardır.

Şirkətin Mədəniyyət və İncəsənət Universitetinə satmaq istədiyi avtomobilin hansı marka olduğunu müəyyən edə bilmədik. Tenderin şərtlər toplusunda alınacaq avtomobilin ümumi vəziyyəti haqqında ətraflı məlumat verilməsinə baxmayaraq markası göstərilməyib. Bu isə müəyyən suallar yaradır.

Qeyd edək ki, hələ 2011-ci ildə Baş nazir “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərar imzalayıb. Qərarda bildirilir ki, məqsəd dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlar tərəfindən xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələrinin alınması və istismarı zamanı büdcə vəsaitlərinin səmərəli istifadə olunmasını təmin etmək, bu sahədə nəzarəti gücləndirmək və normativ hüquqi bazanı təkmilləşdirməkdir. Eyni zamanda baş nazir dövlət orqanlarına tapşırıb ki, xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələrinin dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər çərçivəsində alınması, təyinatı üzrə istifadəsi və saxlanılmasına nəzarəti gücləndirsinlər və bu sahədə neqativ hallara yol verilməsinin qarşısını alsınlar.

Bununla bağlı Prezident İlham Əliyev də dəfələrlə məmurları, dövlət qurumlarını Azərbaycanın özündə istehsal olunan avtomobillərdən istifadə etməyə çağırıb. Lakin görünən budur ki, nə yerli, nə də mərkəzi icra hakimiyyəti orqanları, eləcə də ali təhsil müəssisələri xidməti avtomobillərlə bağlı qoyulan tapşırıqlara əməl etmirlər.

Qeyd edək ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru vəzifəsini 30 iyul 2018-ci il tarixdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə sənətşünaslıq üzrə elmlər doktoru, professor Ceyran Mahmudova daşıyır. Görsənən odur ki, Universitet, daha doğrusu rektor xidməti avtomobili də özü üçün alır.

Aktualinfo.org

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO