[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Azər Zeynalovdan hər nə desən gözləmək olar..." - Naxçıvanda külək köhnə səmtdən əsir...


Ötən ay Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Naxçıvanda əməliyyat aparması ilə bağlı məlumatlardan sonra uzun illər Naxçıvan Muxtar Respubikasına rəhbərlik edən Vasif Talıbov istefa verdi.

O, 1995-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışıb.

Daha sonra ölkə başçısının sərəncamı ilə Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib.

Naxçıvanlılar Vasif Talıbovun Naxçıvanı informasiya blokadasında saxladığını, qiymətlərin baha olduğunu, muxtar respublikanı öz qayda-qanunları ilə idarə etdiyini sosial şəbəkə vasitəsilə qeyd ediblər.

Dəyişiklikdən sonra mətbuat üçün həmişə qapalı olan Naxçıvandan indi müəyyən xəbərlər almaq mümkündür. Lakin bununla yanaşı, muxtar respublikada hələ də köhnə komandanın nümayəndələrinin yeni islahatlara mane olması barədə məlumatlar gəlməkdədir.

Sosial şəbəkədə yazılanlara görə, hazırda Naxçıvan Ali Məclisinin sədr vəzifəsini əvəz edən Azər Zeynalov və Naxçıvan televizyasının rəhbəri Sahil Tahirli orada çəkiliş etmək istəyən jurnalistlərə müxtəlif yollarla mane olmağa çalışıblar.

Məsələ ilə bağlı Cebhe.info-ya danışan Naxçıvanın problemlərindən daha çox yazan araşdırmaçı jurnalist Heydər Oğuz bildirib ki, Naxçıvanda bütün cinayətlərin başında dayanan şəxs Azər Zeynalovdur:

“Azər Zeynalovdan hər nə desən gözləmək olar, mən ona “Baş eşkiya” ləqəbini qoymuşam. Onun mediaya müdaxilə etmək imkanının olduğuna inanmıram, o kimdi ki, mətbuata müdaxilə eləsin. Azər Zeynalov orada heç kimdir.

Sahil Tahirli Naxçıvan televiziyasının sədridir. Amma o, son zamanlar, yəni Vasif Talıbov istefa verdikdən sonra tamamilə mövqeyini dəyişmişdi. Naxçıvan televiziyası çox demokratik televiziya şəklinə düşmüşdü. Hətta mən çox təqdir edirdim ki, oradakı bir çox problemləri gözəl şəkildə işıqlandırırdı.

Son günlər orada baş verən hadisələrdən xəbərim yoxdur. Açığı, Sahil Tahirlinin də o cür hərəkət edəcəyinə inanmıram. Sahil Tahirli Vasif Talıbovun qurbanı idi. Yəni mən Naxçıvanda onunla görüşdüm, mövqeyi, özü demokratik bir insan düşüncəsi təsiri bağışlamışdı. Yenidən onun əvvəlki mövqeyinə qayıdacağına inanmıram”.

Heydər Oğuz hesab edir ki, köhnə komanda tamamilə dağılmayınca Naxçıvanda vəziyyət düzəlməyəcək:

“Nə qədər ki, Azər Zeynalov Ali Məclisin sədrini əvəz edir, qoluna qandal vurulub içəri atılmayıb, onun komandası öz fəaliyyətini davam etdirir, Naxçıvanın demokratikləşməsinə, Azərbaycana inteqrasiya olunmasına, demokratik islahatların nəticə verməsinə inana bilmirəm.

Azər Zeynalovu o vəzifəyə qoyublar ki, həbs olunana qədər müəyyən qərarlar qəbul etsin, bir çox hüquqi prosedurları yerinə yetirsin. Hesab edirəm ki, öz missiyasını başa vurandan sonra həbsxanaya atacaqlar.

Orada bundan sonra nə olursa, bütün məsuliyyət prezidentin xüsusi nümayəndəsi Fuad Nəcəfliyə aiddir. Hesab eləmirəm ki, Azər Zeynalov onun iradəsinin üzərinə çıxa bilər. Oradakı bütün güc strukturları Azərbaycana tabedir.

Mediaya olunan müdaxilələrə də inanmıram. Azərbaycan kiçik ölkədir, texnologiyanın indiki inkişafı imkan verir ki, Naxçıvanda baş verən hadisələr dərhal Azərbaycan mediasına yansısın. Yəni orada kimsə nəyəsə müdaxilə edə bilməz. Artıq Vasif Talıbovun qurduğu informasiya blokadası darmadağın olunub.

Ola bilər ki, jurnalist ora gedib, müdaxilə eləyiblər. Əgər söhbət Azər Zeynalovdan gedirsə, Naxçıvandakı Vasif Talıbov komandasının iki nömrəli adamı o idi. Yəqin ki, onu da Vasif Talıbov kimi zərərləşdirərlər. Bəlkə, Vasif Talıbovun hakimiyyətdə qohumları var, ona hələ heç kəs söz deməyə cəsarət eləmir. Amma Azər Zeynalovu Vasif Talıbov komandasının əsas nümayəndələrindən biri kimi həbs cəzası gözləyir”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
DSMF bu şəxsdən ofis icarəyə GÖTÜRÜB– AYDA 96 MİN VERƏCƏK...


"Dövlət Sosial Müdafiə Fondu" (DSMF) Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Tender müsabiqəsinin qalibi Həsənova Qaze Həsən qızı (VÖEN- 1600110362) olub.

DSMF Həsənova Qaze Həsən qızından DSMF-nin Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialı üçün ofis sahəsini icarəyə götürəcək. İcarəyə götürüləcək ofisin ümumi sahəsi 10 000 kv. metr olacaq və bunun üçün Qaze Həsənovaya 9 aylıq icarə haqqı olaraq 870 min 585 manat ödəniləcək. Rəqəmlərdən də göründüyü kimi, DSMF icarəyə götürdüyü ofis sahəsinə hər ay 96 min 732 manat ödəyəcək.

Qeyd edək ki, DSMF əvvəlki illərdə də Qaze Həsənova ilə 2 icarə müqaviləsi bağlayıb. 2020-ci ildə 9 200 kv. metr ofis sahəsini 12 aylıq icarəyə götürüb və 993 min 600 manat ödəyib. 2021-ci ildə isə 3 000 kv. metr ofis sahəsini 12 aylıq icarəyə götürüb və 556 min 200 manat ödəyib.

Onu da bildirək ki, DSMF ilə yanaşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabe olan digər qurumların bir çoxu ofis sahələrini icarəyə götürürlər.Yeniavaz.com
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Səfirliyimizə qarşı törədilən terror aktı ilə bağlı cinayət işi başlanıldı


Azərbaycanın İrandakı Səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə DTX məlumat yayıb.

Məlumatda deyilir:

"27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum edilib. Hücumu edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq Səfirliyin mühafizə xidmətinin rəisi Əsgərov Orxan Rizvan oğlunu qətlə yetirməklə yanaşı, daha iki mühafizəçiyə xəsarət yetirib. Bununla belə, Səfirliyin əməkdaşları cinayətkarı tərksilah etməklə onun cinayət əməllərini dayandırıblar.

Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.2, 120.2.1, 12.2, 120.2.4, 12.2, 120.2.11, 12.2, 29, 120.2.7, 12.3, 214.2.1, 12.3, 214.2.3 və 12.2, 228.2.1-ci maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq-əməliyyat tədbirləri həyata keçirilir. İran İslam Respublikasının aidiyyəti qurumlarına aparılan araşdırmalarla bağlı zəruri məsələlərin həllinə dair müraciət edilib.

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terrorçuluq əməlləri ilə bağlı bütün halların tam və hərtərəfli araşdırılması təmin ediləcək və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir".

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şəhid olan Orxanın FOTOSU


Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum zamanı şəhid olan baş leytenant Orxan Əsgərovun fotosu yayılıb.

Onun görüntüsü sosial şəbəkədə paylaşılıb.

Bildirilir ki, Orxan ailəli olub, iki azyaşlı övladı var.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Bakıya çörək dalınca gəlmişik, rayonda iş yoxdur..." - SORĞU


Aktyor Bəhram Bağırzadənin Bakıya gələnlərlə bağlı dedikləri ölkədə geniş müzakirələrə yol açıb.

Aktyor video müsahibələrindən birində deyib: "Bura gələnlər şəhərə adaptasiya ola bilmirlər. Bu, bizim günahımızdır".

Bəs Azərbaycanın bölgələrindən insanları Bakıya cəlb edən nədir?

Əminə Məmmədova BBC News Azərbaycanca üçün Bakıda sorğu keçirib.

Daha ətraflı aşağıdakı videoda:


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İnam Kərimovun YARMARKA KAMİFULYAJLI MARKETLƏRİ... - BUNUN BAŞQA ADI YOXDUR...


Paytaxtda təşkil olunan ənənəvi kənd təsərrüfatı məhsullarının satış yarmarkalarından narazılıq edənlər sırasına millət vəkilləri də qatılıb. Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında deputat Emin Hacıyev yarmarkaların təyinatına uyğun fəaliyyət göstərmədiyini, qiymətləri kəndlilərin deyil, vasitəçilərin təyin etdiyini söyləyib: “Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi yarmarkalarda kəndlilərin iştirakından söhbət gedə bilməz. Özüm dəfələrlə bu yarmarkalarda olmuşam. Ortalıqda vasitəçilər var, onlar da yarmarkaları idarə edərək qiymətlərə təsir edirlər”.

Millət vəkili “bununla bağlı nazirlik hər hansı iş görməyi planlaşdırırmı?”, - deyə sual da ünvanlayıb. KTN-in Torpaqlardan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev isə bildirib ki, yarmarkalara nazirlik tərəfindən nəzarət edilir: “Nəzarət qrupu yarmarkada qiymətlərin tənzimlənməsinə nəzarət edir. Ona görə də yarmarkada qiymətlər bazar qiymətlərindən yuxarı ola bilməz”.

Yarmarkalarda kəndlilərin şəxsən iştirakı və qiymət siyasəti daim müzakirə mövzusudur. Alıcılar da narazıdır, kəndlilər də. Sirr deyil ki, kəndlinin məhsulunu şəhərə girişdəcə alverçilər əlindən dəyər-dəyməzinə alıb gəldiyi yerə yola salır. Sonrasa başlanır bazara – yarmarkaya giriş mərhələsi. Deyilənə görə, burada da müəyyən məbləğ müqabilində piştaxta icarəyə götürülür, məhsul satışına başlanılır. Yarmarkalardakı qiymətlərin şəhərdəki pərakəndə satış bazarlarıyla aşağı-yuxarı eyni olmasının səbəbi də budur. Piştaxtaya, məhsul satışı üçün ayrılan yerə görə ödəniş edən bu məbləği məhsulun üzərinə əlavə edir, nəticədə qiymət alıcıları qane etməyəcək səviyyəyə çatır. Sosial şəbəkədə də bu haqda yazanlar yarmarkalarda alverçilərin əsas rolda olduğunu bildirir. Halbuki kəndli yetişdirdiyi məhsulu özü bazara çıxarsa, həm özü qazanc əldə edəcək, həm də qiymət aşağı olacaq. Amma belə olmur. Kəndli əziyyət çəkib əkib-becərir, ortada isə işbazlar qazanır.

İqtisadçı Fuad İbrahimov “Şərq“ə açıqlamasında qeyd etdi ki, fermerin – kəndlinin bu yarmarkalara məhsul gətirib satışa çıxardığına əmin deyil:

- Kənd təsərrüfatı məhsullarının satış yarmarkasında kəndlilər iştirak etmir, şəhərli satıcılar, alverçilər işləyir. Həmin yarmarkalarda paytaxtda ticarətlə məşğul olanları, bazarlarda alver edənləri görürük. Çox nadir hallarda orda kənddən gəlmiş fermer görə bilərsiz.

Birincisi, fermerin yarmarkada satışla məşğul olması üçün gecələməyə yeri olmalıdır. Fermer gündüz qazandığı pulu gecələmək üçün kirayələdiyi otağa verəcəksə, daha niyə şəhərə gəlir?! Yarmarkanın əsas funksiyası kəndlinin öz məhsulu ilə orada təmsil olunması, becərdiyi məhsulu özünün satmasıdır. Hamımız da bilirik ki, qiymət o zaman bahalaşır ki, məhsul ikinci, üçüncü “əldən” keçir. Yəni yarmarkanı, yarmarka vacibdir deyə, təşkil edirlər, amma əsl mahiyyət qalır kənarda, bazardan bir fərqi olmur.

Bəzən yarmarkanı bazarla yanaşı təşkil edirlər. Yaxınlıqdakı bazardan çadırlar, piştaxtalar götürüb quraşdırırlar. Bazardakı satıcıları da müəyyən müddətə yarmarkaya cəlb edirlər. Bu, aldadıcı üsuldur. Ona görə də qiymətlər ucuz olmur, əhali də narazı qalır. Ənənəvi bazarla, market qiymətləri ilə yarmarka qiymətləri arasında gözəçarpan fərq yoxdur.

Əsl yarmarka təşkil etmək istəyirlərsə, bunun sadə yolu var, o da kəndlinini kənddən şəhərə gəlişini təmin etmək, becərdiyi məhsulun sərbəst satışına şərait yaratmaqdır. Amma monopoliya buna imkan vermir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident səfirliyimizə edilən silahlı hücumu QINADI


Azərbaycan Prezidenti İlham Əliyev Tehranda səfirliyimizə hücumu qınayıb.

Dövlət başçısı şəhid olan təhlükəsizlik xidmətinin əməkdaşının yaxınlarına başsağlığı verib.

"Bu gün Tehrandakı Səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıram. Səfirliyin və səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən həlak olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Bu terror aktının tezliklə araşdırılacağını və terrorçuların cəzalandırılacağını tələb edirik. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir!", - paylaşımda deyilir.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vergi Xidməti Yusif Qədimbəylinin nazı ilə çox oynayacaq? - İLGİNC İDDİALAR...


Bütün dünyada dövlətin normal işləməsi üçün vergi sistemi var. Təsəvvür edirsiniz, qazı, nefti, nə bilim qızılı olmayan balaca Estoniyada minimal əmək haqqı 3000 avrodur. İstər-istəməz ortaya sual çıxır ki, bu qədər pul bu balaca ölkədə haradandır ki, bu vətəndaşına bu qədər əmək haqqı verə bilir..? Bu sualın bircə cavabı var: Bu ölkədə vergi sistemi düzgün qurulub.
Bəli, hər gün oxuyuruq ki, filan şirkətin dövlət büdcəsinə 100 min manat borcu var....filan məmurun oğlunun dövlət büdcəsinə 300 min manat borcu var...filan nazirin arvadının vergiyə 400 min borcu var...və s. Bunu sonsuza qədər davam etdirmək olar.
Deməli, məmurlarımız, onların övladları, ailə üzvləri dövlət büdcəsini təkcə talan etmirlər, həm də büdcəyə ödənilən vergiləri vermirlər... Belə olan halda dövlətin büdcəsində pul haradan ola bilər..? Hələ bu harasıdır..? Filan məmurun Azəriqaza, filan nazirin Azərişığa, filan komitə sədrinin Azərsuya....100 min manat borcu var. Belə xəbərləri hər gün oxuyuruq. Adam dəhşətə gəlir ki, bu necə ola bilər..? Vətəndaşın 1 manatı olmayanda qazı, işığı, suyu kəsilir. Bəs bu məmurun 100 min manat borcu olduğu halda niyə qazı, işığı, suyu kəsilmir..? Bu məsələ təkcə məmurlarla bağlı deyil ee... Məmurların himayə etdiyi biznesmenlərlə də bağlıdır.
Təsəvvür edirsiniz, Cənubi Qafqazın ən böyük Ticarət Mərkəzlərindən biri, birincisi, Sədərək Ticarət Mərkəzidir. Bura ərəb ölkələrindən, nə bilim Dağıstandan, Tatarıstandan, Çindən daha haralardan biznesmenlər gəlib ticarət yapırlar. Və bu boyda Ticarət Mərkəzində hesab-uçot-zad yoxdur. Nə vergi, nə rüsum, nə hesabat-filan... Bəli, bu Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəyli özünü az qala “karol” kimi aparır.
Məlumat üçün onu da qeyd edək ki, Yusif Qədimbəyli ilə Naxçıvanın “kəndxudası” Vasif Talıbov, daha doğrusu, onun general oğlu Rza Talıbov “Sədərək” Ticarət Mərkəzini şərikli işlədiblər.
İndi son informasiyalara diqqətlə fikir verin. İki gündür ölkənin informasiya agentlikləri “Sədərək”də baş verənləri tirajlayır.
Bəli, yayılan son məlumatlara görə...... Azərbaycanda vergidən yayınma ilə bağlı ən çox problemi olan obyektlər sırasında “Sədərək” ticarət mərkəzinin də adı çəkilir. Bu ticarət mərkəzində milyardlarla vəsait dövr edir.
Təsəvvür edirsiniz, milyardlar dövr edir. Və üstəlik.... Deməli, bu ticarət mərkəzinə daxil olan hər bir avtomobil 50 qəpik pul ödəyir. Bu bir gündə, bir ayda bilirsiniz nə qədər pul eləyir..? Amma vətəndaşlara 1 manatlıq qəbz-çek verilmir...
Biz bir media olaraq illərdir yazırıq ki, Azərbaycana ən böyük təhlükə məmurlarda toplanmış milyardlardır. Bəli, bu gün Naxçıvanda Vasif Talıbova qarşı baş verən proseslərin səsi Sədərəkdən gəlir.
Xatırladaq ki, iki gündür “Sədərək” ticarət mərkəzində fəaliyyət göstərən əksər mağazalar bağlıdır. Yeni vergi siyasətilə razılaşmayan ticarətçilər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin obyektlərə yeni kassa aparatlarının qoyulması tələbi ilə razılaşmırlar. Mağaza sahibləri və icarədarlar indiyədək vergini ticarət mərkəzinin rəhbərliyinə ödədiklərini və bu qaydada davam etmək istədiklərini bildiriblər. İndi gördünüzmü, Vasif Talıbov- Ramiz Mehdiyev cütlüyü sakit oturmaq istəmir.
Sözün qısası, bu ölkədə Yunis-Yusif Qədimbəyli qardaşlarının həbsi labüddür. Və Vasif Talıbovun oğlu Rza Talıbovun Yusif Qədmibəylilə birgə-ortaq bazarı bağlanmalıdır.
Sonda dövlət qurumlarına bir sual ünvanlayırıq: Ənvərin vergi borcunu kim ödəyəcək..? Yusif Qədimbəylinin Prezident Administrasiyasında işləyən oğlunun evindən bu yaxınlarda 1 MİLYON oğurluq oldu... Dövlətdən maaş alan bu cavan oğlanlın evində 1 milyon haradandır..?
Sözün qısası, Vasif Talıbovdan sonra növbə Yusif Qədmibəyliyə çatır... Ümid edirik ki, yaxın günlərdə Yusif Qədimbəylinin həbsi qaçılmaz olacaq.
P.S. Yusif Qədimbəylilər cəmiyyətdə nə qədər pullu kimi görsənsələr də keçmişə nəzər salanda hər şey açıq-aydın görsənir. //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
SOCAR-IN NƏQLİYYAT İDARƏSİNİN RƏİSİ XANIM ƏMƏKDAŞA OT YOLDURUR- İNANILMAZ VİDEO-YENİLƏNDİ


İdarənin rəisi Ələddin Məmmədov onun qanunsuz əməllərinə, nəhayət, boyun əymək istəməyən Nazilə İbadovanı aşağılamaq və əzmək üçün ona həyətdəki alaqları yolmağa məcbur edib...

...Həyatda hər kəsi təəccübləndirən çox hadisələrin şahidi olmuşuq. Amma bu gün eşitdiyimiz və canlı şahidi olduğumuz bir qanqaraldıcı hadisədən sarsıldıq. Təsəvvür edin, tabeliyində 4500-5000 işçisi olan SOCAR-ın Nəqliyyat İdarəsinin rəisi Ələddin Məmmədov vur-tut 380 manat əmək haqqı verilərək 4 ildir öz ştatından kənar daha 4 vəzifə üzrə əmək funksiyalarını icra etməyə məhkum edilmiş, atasız, himayəsində xəstə azyaşlı uşağı olan orta texniki təhsilli gənc ananı 1500 işçinin gözü qarşısında idarənin həyətindəki bağdakı çayırı yoldurmağa məcbur edib. Həmin qadın Nazilə İbadova deyir ki, balamı ac və özümü işsiz qoymamaq üçün bu gün səhər əvvəlcə buna razı oldum. Amma nahar vaxtı elə bir parça yavan çörəyimi yemək istəyərkən Ələddin Məmmədovun tabeliyində olan 2 saylı sahınin rəisinin xəbərçiliyi nəticəsində Ələddin Məmmədovun katibəsi mənə zəng etdi ki, sən bütün vaxtı sahədə olmalısan, yəni çöldə, alaq yolmaqda... Gənc qadın bu təhqirə dözmədən sözünü deyir, idarəni tərk edir... Və Neftçilərin Hüquqlarını Müdafiə Birliyinin sədri Mirvari Qəhrəmanlıya və redaksiyamıza zəng edərık başına gətirilənlərlə bağlı ətraflı məlumat verdi. Aşağıda Nazilə İbadovanın TEZADLAR TV-yə (TTV AZ) canlı efirdə verdiyi müsahibəsini təqdim edirik. Onun SOCAR Prezidenti Rövşən Nəcəfə müraciətli videomüsahibəsini izləyib özünüz nəticə çıxarın:

https://www.youtube.com/watch?v=45AzznmWI2s
TEZADLAR
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum, ölən var - Video - Yenilənir


Bu gün Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində həlak olan səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid elan edilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi bəyanatında xain hücum nəticəsində aldığı güllə xəsarətlərindən vəfat edən O.Əsgərov şəhid kimi təqdim edilib.

Orxan Əsgərovun Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə edilmiş hücumlar və digər insidentlər nəticəsində həyatını itirən ilk rəsmi şəxs olduğu bildirilir.

Qeyd edək ki, xarici ölkələrdəki səfirliklər təmsil etdiyi ölkənin suveren ərazisi hesab edilir.


XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO