[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvan Dövlət İmtahan Mərkəzi imtahan sualının birini 60 MANATA SATIB - ŞOK QALMAQAL


Naxçıvan Dövlət İmtahan Mərkəzinin 27-29 dekabrda müəllimlər üçün keçirdiyi test imtahanındakı cavabların əvvəlcədən satıldığı bildirilir. Bu səbəbdən, çoxlu savadsız namizədlərin müəllim adını qazandığı, bəzi savadlıların isə, kənarda qaldığı bildirilir.

DİA.AZ bildirir ki, bu haqda "Gündəlik Naxçıvan"a imtahanda iştirak edən müəllimlər məlumat verib.

Şərur rayonundan olan namizəd M. Allahverdiyev deyir ki, imtahan sualının hər biri 60 manata satılırmış:

“İmtahan mərkəzində rüşvət olması ilə bağlı dəfələrlə aidiyyəti qurumlara şikayət olunub. Lakin araşdırıb baxan yoxdur. Kifayət qədər faktlar da var. Naxçıvan İmtahan Mərkəzinin əməkdaşı Samiq İlqaroğlu öz qohumu Cəfər Sadıqov vasitəsi ilə imtahan zamanı 50-60 manata sualların düzgün cavabını satır. Öz biliyinə keçmək demək olar ki, mümkün deyil. Qəsdən kəsirlər ki, rüşvət verəsən. Məcbursan ki, borc-xərc edib, aparıb 1000-1500 manat rüşvəti verəsən ki, işini itirməyəsən"

Şikayətçilər arasında Babək rayonundan olan müəllim və məktəb direktorları da var. Direktorlar bildirir ki, test imtahanlarında rüşvət səbəbindən, savadlı müəllimlər kənarda qalır. Bu da təhsilin aşağı düşməsinə səbəb olur.

Rayonun Nehrəm qəsəbə 2 saylı məktəbinin müəllimi N. Məmmədov (ad şərtidir) deyir ki, imtahanda iştirak edən direktorlardan ikiqat rüşvət alınır:

"Rayon məktəblərinin birində direktor tanıyıram. Çox savadlı müəllimdir. İmtahandan keçəcəyimə əmin olduğu üçün testə girdi. Yaxşı hazırlaşmasına, yüksək savadına baxmayaraq, ilk testdən müsbət cavab ala bilmədim. Sonra tanışlardan biri dedi ki, burada yalnız savad, bilik keçmir, həm də pul rol oynayır, verməzdən işdən atarlar. O da məcbur qalıb, araçı vasitəsiylə 2 min manat verdib, o da imtahan mərkəzinə çatdırdı. Rüşvət verdiyinə görə, növbəti imtahanı uğurla qazandı. Hazırda işinə davam edir”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
10 mayda əfvə KİMLƏR DÜŞƏCƏK... - AKTUAL


Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. Qeyd edək ki, bu, komissiyanın ikinci iclasıdır. Ötən iclasda 120 müraciətə baxılıb. Əfv Komissiyasının növbəti iclasının yanvarın 24-də keçirilməsi nəzərdə tutulub. Əfv Məsələləri Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev "Şərq"ə açıqlamasında bildirib ki, hansı kateqoriyadan olan cinayəti törətməsinə baxmayaraq, hər kəsin müraciəti hərtərəfli araşdırılır.

Onun sözlərinə görə, iki iclasda 200-dən artıq müraciətə baxılıb: "Bilirsiz ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü il "Heydər Əliyev İli" elan olunub. İlin başlanğıcından etibarən bu çərçivədə çoxsaylı tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. Ulu Öndərin anadan olmasının 100 illiyi ilə bağlı əfv sərəncamının verilməsi də gündəmdədir. Çünki Azərbaycanın Əfv İnstitutu Ümummilli Lider tərəfindən 1995-ci ildə qəbul olunmuş Konstitusiyaya daxil edilib.

Bu baxımdan Ulu Öndərin yüzilliyi ilə bağlı, yəni anadan olmasının ildönümü ərəfəsində əfv sərəncamının imzalanması gözlənilir. Əfv Komissiyasının iclasları yanvarın 12-dən öz işinə başlayıb. İki iclasda iki yüzdən çox müraciətə baxılıb. İclaslar çox ətraflı və geniş müzakirələrlə müşayiət olunur. Bəzi hallarda iclaslar 3-4 saat çəkir. Bu da prosesin şəffaf və geniş müzakirədən keçməsinin göstəricisidir. Yeri gəlmişkən qeyd edim ki, Komissiyanın sədri Samir Nuriyev tərəfindən hərtərəfli şərait yaradılıb. Hər kəs istənilən müraciətlə bağlı öz fikrini açıq şəkildə bölüşür".

Ə.Nuriyev vurğulayıb ki, indiyədək, yəni 1995-ci ildən bu yana Azərbaycanda 68 əfv sərəncamı olub:

"Sərəncamlar ümumilikdə 8 min 975 nəfərə şamil olunub ki, onların da 95 faizi cəzadan azad edilib. 32 əfv sərəncamı Ulu Öndər Heydər Əliyev tərəfindən, 36 isə Prezident İlham Əliyev tərəfindən imzalanıb. Vurğulamaq lazımdır ki, dövlət başçısının fəaliyyətində mərhəmət və humanizm təməl prinsiplərdəndir. 36 əfv sərəncamı da bunun bariz nümunəsidir. Sərəncamlar məhbusluqdan azad olmuş şəxslər üçün də yeni fürsət və imkanlar yaradır. Ümid edirik ki, azadlığa çıxmış insanlar ölkəmizin inkişafına öz töhfəsini verəcək".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Jurnalistlərin fəaliyyətinə qanunsuz müdaxilə edənlər 600 manatadək cərimələnəcək


Media haqqında qanunvericiliyin pozulmasına görə cərimələr artırılır.

Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, media məhsullarının qanunla müəyyən edilmiş qaydada yayımına mane olmağa görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə ediləcəklər. Mövcud Məcəlləyə əsasən, kütləvi informasiya vasitələri məhsullarının qanunla müəyyən edilmiş qaydada yayılmasına mane olmağa və ya dövri mətbu nəşrin tirajının pərakəndə satışına qanunla nəzərdə tutulmayan məhdudiyyətlər qoyulmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə cərimələnir.

Eyni zamanda, layihəyə əsasən, jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edilməsinə görə üç yüz manatdan altı yüz manatadək məbləğdə cərimə müəyyənləşir.

Həmçinin Məcəlləyə təklif edilən digər dəyişikliklə qanunla müəyyən edilmiş müddətdə onların sorğusuna cavab verilməməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə tətbiq edilməsi təklif edilir. Hazırda qanunla müəyyən edilmiş müddətdə jurnalist sorğusuna cavab verməməyə görə iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə tətbiq olunur.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda 165 ailə Prezidentdən KÖMƏK İSTƏDİ... - Bu üç problemə görə...


Bakının Yeni Günəşli qəsəbəsində inşa edilən “Sahil – S İnşaat” MTK-nın sakinləri Prezident İlham Əliyevə müraciət ünvanlayıblar. Dövlət başçısından yardım gözləyən sakinlər qeyd edirlər ki, elektrik enerjisinin kəsilməsi və digər kommunal problemlər səbəbindən binanın tikintisini tamamlaya bilmirlər.
Onların sözlərinə görə, başıbəlalı olan bu MTK-dan mənzil alanlar üzləşdikləri fırıldaq və dələduzluq səbəbindən indi binanın inşasını özlərini yekunlaşdırmaq məcburiyyətində qalıblar.
Prezidentə müraciətdə xatırladırlar ki, “Sahil – S İnşaat” MTK-nın rəhbərləri olan Taley Alaverdiyevlə Pənah Kərimov binadan mənzil alanları aldatdığı, bir evi bir neçə nəfərə ayrı-ayrı müqavilələrlə satdığı üçün həbs ediliblər.
Bundan sonra 165 ailə birləşərək öz aralarında MMC təsis ediblər, sədr seçiblər və qüvvələrini birləşdirərək bu problemləri başa çatdırmağı qərarlaşdırıblar.
Beləliklə, indiyə qədər binanın tikintisi, liftlərin təmin olunması və digər zəruri məsələlərin görülməsi üçün sakinlər öz vəsaiti hesabına xeyli iş başa vurublar. Ancaq sakinlər binanın kommunal problemlərini həll edə bilmirlər. Onlar dövlət başçısından sözügedən ünvanda işıq, qaz və su təchizatının təmin edilməsi üçün köməklik göstərməsini, aidiyyatı qurumlara bu barədə tapşırıq verməsini xahiş edirlər. Sakinlər deyirlər ki, binada əksər problemlər yoluna qoyulub, amma insanların mənzillərinə köçməsi üçün ən vacib elementlər olan kommunal təchizat yoxdur.
“Cənab Prezident, Siz dəfələrlə çıxışlarınızda dövlət qurumlarının, dövlət məmurlarının borcunun xalqa xidmət olduğunu qeyd etmisiniz. Biz isə dələduz iş adamlarının əlində əsir-yesir qalmışdıq, etdiyimiz müraciətlər nəticə verdi və onlar həbs olundu, indisə binada bizə “miras” qoyulmuş bu problemləri öz gücümüzə həll etmək istəyirik. Amma əfsuslar olsun ki, hələ də işıq, qaz və su kimi problemlərimiz qalmaqdadır. Bu məsələlərin tezliklə həllini tapması üçün Sizin göstərişiniz kifayətdir. Yəni “Azərişıq”, “Azərsu”, “Azəriqaz” binanın kommunal təminatı üçün texniki şərt tələb edirlər. Biz sakinlər bu ağır yüklərin, problemlərin öhdəsindən gəlmək üçün əlimizdən gələni edirik. Lakin qaz, su və işıq təminatı üçün sənədləşmə prosedurunda böyük dəstəyə ehtiyacımız var. Ümumiyyətlə, binada sənədləşmə, hüquqi işlər problem olaraq qalmaqdadır ki, bizə bu yöndə kömək lazımdır.

Cənab Prezident, Sizdən ricamız budur ki, məsələ aidiyyatı qurumlara tapşırılsın, işlərimizi yekunlaşdırıb mənzillərimizə köçə bilək. Faktiki olaraq 165 ailə illərdir ki, öz zəhməti ilə aldığı evlərində yaşaya bilmir. İllərlə bizi şirkətin başçıları aldadıb süründürdülər, indi onlar həbsdədir, bu dəfə kommunal məsələlərin sənədləşmə işləri səbəbindən mənzillərə köçə bilmirik. Bu gün 165 ailə, bu ailələrdə olan uşaqlar böyük intizarla və həsrətlə öz şəxsi mənzillərinə nə vaxt köçəcəyi günü gözləyirlər. //Anaxeber,info//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Aşfaran-A" MMC ilə bağlı QALMAQAL - Baş Prokurora MÜRACİƏT


Bəli, Azərbaycanda mənzil dələduzluğunun tarixi 90-cı illərdən ortaya çıxdı, tutulan-tutuldu, mənzili əlindən alınan və əli hər yerdən üzülənlər ölüb getdi… Amma onların ah-naləsi yerdə qalmadı. İstintaq orqanlarının, məhkəmələrin… binəva vətəndaşları zəlil günə qoyan dələduz MTK və ya MMC rəhbərləri ilə əlbirliyinin sonu həm də bu oldu ki, dövlətimizin məhkəmə-istintaq və hüquq sisteminə qara ləkə oldular, Azərbaycanın adı bir dəstə dələduzun sayəsində Avropa Məhkəmələrindən gəldi…

Prezident İlham Əliyevin tövsiyyələrini, Baş Prokuror Kamran Əliyevin tapşırığını eşitməyən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin istintaq idarəsinin rəisi heç olmasa Allahdan da qorxmur???

«Təzadlar»a şikayətə gəlib özünü od vurub yandırmaq həddində hiss edən Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, M.Kazımovski küçəsi, ev 32/15, mənzil 22 ünvanında yaşayan Rüstəmov Seymur Qəzənfər oğlunu redaksiyanın hüquqşünası ilə birlikdə dinlədik. Sənədlərini öyrəndik. Təsəvvür edirsinizmi, vətəndaş qonum-qonşudan borc alıb həyatını Azərbaycan vətəndaşına yaraşan xoşbəxt formada qurmaq istəyi ilə üz tutub Xırdalandakı “AFŞARAN-A” MMC-nin (indi guya Amerika kəşf ediblər kimi bu MMC-nin adını dəyişib “FAM-88” qoyublar) direktoru, əslən Biləsuvardan olan Hüseynov Fəxrəddin Balaxan oğlunun ofisinə. Və tələb olunan məbləği verib mənzil alır. Bununla da həyatını zəhərə döndərirlər… «Kaş bu MMC dələduzuna rəast gəldiyim günə bir qara daş düşəydi», -deyən Rüstəmov Seymur Qəzənfər oğlu hirsindən ağlamaq dərəcinə gəlir. Deyir: «…Bir ildir Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi istintaq idarəsinin rəisi Fərid Nağıyev şikayətimə baxıb bu dələduzlara cinayət işi başlamır. Və müstəntiq Ələsgər Qocaman isə açıqca deyir ki, bu dələduzları həbs etmək bir saatlıq işdir, amma mən neyləyim, rəis dələduzların hüquqlarını qoruyur, mənə göstəriş vermir…».

Təsəvvür edin, məsuliyyətdən yayınmaq üçün “AFŞARAN-A” MMC-nin direktoru Hüseynov Fəxrəddin Balaxan oğlu bu MMC-ni ləğv etdirib əvəzində “FAM-88” MMC yaradıb və öz həmyerlisini və əməlinə şərik etdiyi Tağıyev Rafiq Nərçə oğlunu bu MMC-yə direktor təyin edir. İndi şikayətçilər qalıb iki direktorun dələduz əməlinin burulğanında.

Dələduzluğun qardaşlığı və 16 illik məhkəmə hökmü…

«…İstərdim Biləsuvar sakinləri bilsinlər ki, bu Hüseynov qardaşları bir mənzili 3-5 adama satmaqla qanunsuz və Allahsız əməl tutmaqdadırlar… Bu nəslin bir böyüyü, insaflısı, Allah adamı olanı yoxdur onlara başa salsın ki, başqasının göz yaşı, ah-naləsi üstündə necə xoşbəxt həyat yaşamaq olar? Dələduz ailənin oğlunu, qızını, həyat yoldaşını, atasını, anasını, qardaşını, qohum-əqrabasını necə müsbət xatırlamaq olar axı?! Hüseynov Fəxrəddin Balaxan oğlunun işi istintaqda, digər qardaşı Mehman Hüseynov eyni əməlin yolçusu, başqa bir qardaşı Elxan Hüsyenov isə bir mənzili bir neçə adama satdığı üçün məhkəmə hökmü ilə 16 il azadlıqdan məhrum edilib, hələ də cəza çəkir…», -deyir şikayətçi.

Şikayətçini dinlədikcə dələduzlara deyil, Baş Prokuror Kamran Əliyevin belə, tapşırığını eşitməyən, saya salmayan Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin rəisi Fərid Nağıyevin əməlinə və gələcək həyatına… acıyırıq.

***

Beləliklə, gəlin şikayətçi Rüstəmov Seymur Qəzənfər oğlunun Baş Prokuror Kamran Əliyevə göz yaşları içərisində yazdığı ərizəsini birlikdə oxuyaq:

Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə!

Çox hörmətli Kamran müəllim!

Mən, Rüstəmov Seymur Qəzənfər oğlu 2021-ci ildə Sizə şikayət edərək əvvəlki adı “AFŞARAN-A” MMC olan, indiki “FAM-88” MMC-nin keçmiş direktoru Hüseynov Fəxrəddin Balaxan oğlu və hazırkı direktoru Tağıyev Rafiq Nərçə oğlunun qanunsuz əməlləri nəticəsində mənə külli miqdarda maddi zərər dəyməsini bildirmişəm. Mənim şikayətim Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin İstintaq İdarəsində istintaqı aparılan digər bir işə birləşdirilmiş və istintaq idarəsinin rəis Fərid Nağıyev tərəfindən müstəntiq Ələsgər Qocamana həvalə edilmişdir. Lakin bir il ərzində İstintaq İdarəsi tərəfindən hər hansı bir tədbir görülmədiyindən 2022-ci ilin noyabr ayında Sumqayıt şəhərində vəkilim Mansur Osmanovla birlikdə Sizin qəbulunuzda olmuşam. Qəbulda olduğumuz vaxt bizə bildirdiniz ki, mənim işimi şəxsən nəzarətə götürəcəksiniz və bu barədə Korrupsiya İdarəsinin rəisinə tapşırıq verəcəksiniz, həmçinin mənə məlumat veriləcəkdir. Lakin hal-hazıra qədər İstintaq İdarəsinin rəisi Fərid Nağıyev bircə dəfə bizi qəbul edərək bildirdi ki, istintaq bütün tələb olunan hərəkətləri edəcəkdir, narahat olmayın. Və guya bununla bağlı Fərid Nağıyev müstəntiqə bütün göstərişlərini də vermişdir. Lakin “AFŞARAN-A” MMC-nin direktoru Hüseynov Fəxrəddin Balaxan oğlu açıq şəkildə bildirməkdədir ki, mən korrupsiyada «işimi görmüşəm» və s. Belə ki, şikayətimdə və sonradan verdiyim ifadəmdə göstərmişəm ki, “AFŞARAN-A” MMC-nin keçmiş direktoru Hüseynov Fəxrəddin Balaxan oğlu ilə aramızda bağlanmış 31.12.2016-cı il tarixli, 134 nömrəli müqavilə əsasında MMC Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi 1 ünvanında 4-cü blok, 7-ci mərtəbədə yerləşən 231 nömrəli mənzili izolə olunmuş 2 (iki) otaqdan ibarət pay kimi 54152 (əlli dörd min yüz əlli iki) manat əvəzində mənə verməyi öz öhdəsinə götürmüş, lakin təqdim olunmuş maliyyə arayışına əsasən pulunu alsa da öhdəliklərini icra etməmişdir. Məndə olan həmin mənzilə aid bütün sənədlərin əsilləri müstəntiqə təqdim edilmişdir. Həmçinin sonradan adı dəyişərək “FAM-88” MMC olan “AFŞARAN-A” MMC-nin yeni direktoru Tağıyev Rafiq Nərçə oğlu vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vəzifə saxtakarlığına yol vermiş və mənə məxsus mənzili dəyərindən çox aşağı qiymətə, yəni təqdim edilmiş maliyyə arayışına əsasən 30944 (otuz min doqquz yüz qırx dörd) manata Məmmədov Teymur İldırım oğluna qanunsuz olaraq satmışdır. Məlum olur ki, bu iki MMC-lərin əməllə və məqsədi bu imiş: əvvəlki ləğv edilir, sonra gələn direktor isə istədiyini edir, şikayətçiyə deyir ki, get mənzili keçmiş MMC-dən istə! Dələduzların qurduğu oyun belədir! Sözügedən mənzillə bağlı hər hansı bir başqa istintaq orqanında və ya məhkəmədə mübahisə getməsə də, müstəntiq bildirir ki, 231 nömrəli mənzilin başqa şəxsə satılması, mənim həmin mənzildən imtina etməyim və pulumu geri almağım barədə guya ortada sənədlər var və onların əsli “FAM-88” MMC tərəfindən ona təqdim edilmədiyindən o, yəni müstəntiq hər hansı bir tədbir görə bilmir.

Hörmətli Kamran müəllim! Yəni müstəntiqin sözündən belə çıxır ki, “FAM-88” MMC ona nə desə o da onu edəcək. Halbuki, Rüstəmov Seymurun və Hüseynov Fəxrəddinin və qeyrilərinin izahatları artıq alınmış, mövcud bütün sübutlar əsasında iş üzrə istintaq hərəkətləri davam etdirilə bilər və hətta mən zərərçəkmiş şəxs kimi tanına da bilərəm. Amma hansısa bilinməyən səbəbdən müstəntiq bu işi aparmaq istəmir, məni zərərçəkmiş kimi də tanımır.

Yuxarıda adı çəkilən mənzildən başqa “AFŞARAN-A” MMC-nin keçmiş direktoru Hüseynov Fəxrəddin Balaxan oğlu ilə mənim həyat yoldaşım Əlizadə Şəhla və anam Rüstəmova Raya arasında eynitipli müqavilələr bağlanmış, 339 və 261 nömrəli mənzillər onlara satılmışdır. Daha sonra Şəhla Əlizadənin adına olan 339 nömrəli mənzilin dəyəri Fəxrəddin Hüseynov tərəfindən məcbur olaraq mən-Rüstəmov Seymur Qəzənfər oğluna qaytarıldığından həmin mənzilin sənədlərini mən Fəxrəddin Hüseynova vermişəm. Rüstəmova Rayanın adına olan 261 nömrəli mənzilin sənədləri isə Fəxrəddin Hüseynov tərəfindən aldadılaraq, dəyərinin qaytarılacağı vədi edilərək məndən geri alınmış, lakin dəyəri qaytarılmamış və mənzil başqa şəxsə satılaraq pulu Fəxrəddin Hüseynov tərəfindən mənimsənilmişdir. Həmin mənzilin qaytarılması tələbi ilə anam Raya Rüstəmova tərəfindən Abşeron rayon Məhkəməsinə müraciət edilmişdir. Həmin məhkəmə gedişatında ekspert rəyi əsasında müəyyən edilmişdir ki, anam Raya Rüstəmovanın da imzasını saxtalaşdıraraq, guya mənzilindən imtina etməsi və dəyərini alması göstərilmişdir. Anama məxsus mənzil də qanunsuz olaraq başqasına satılmışdır.

Mən dəfələrlə Fəxrəddin Hüseynovun yanında, ofisində olmuş, ondan 73.808 manat, 32000 manat armaturlara görə olan digər borcunun və qanusuz olaraq başqa şəxslərə satılmış mənzillərimizin dəyərinin qaytarılmasını tələb etmişəm. Lakin Fəxrəddin Hüseynov öz havadarlarına çox arxayın olduğundan məni aldatmaqda davam edir, İstintaq İdarəsi isə buna göz yumur, açıq şəkildə onu müdafiə edir.

Artıq 1 ildən çoxdur ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 178.3.2., 308.1, 313 və 314-2.1-ci maddələri ilə istintaqı aparılan 212026308 saylı cinayət işi üzrə mən yalnız şahid qismində bir dəfə 2021-ci ilin dekabr ayında və 2022-ci ilin oktyabr ayının 8-də dindirildikdən sonra barəmdə də zərərçəkmiş şəxs qismində cəlb etmə qərarı belə qəbul edilməmiş, həmçinin Fəxrəddin Hüseynov məsuliyyətə cəlb olunmamışdır.

Hörmətli cənab Baş Prokuror!

Onu da diqqətinizə çatdırıram ki, “FAM-88” MMC öz qanunsuz əməllərini ört-basdır etmək üçün mənə qarşı iddia tələbi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, yuxarıda adını çəkdiyim 231 saylı mənzilə aid olan 31.12.2016-cı il tarixli, 134 nömrəli müqavilənin etibarsız hesab edilməsini tələb etmiş, laki ifşa olunacağını dərk edərək, iddia tələbinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir.

Abşeron rayon Məhkəməsinin 2(012)-751/2022 saylı, 08.04.2022-ci il tarixli qərardadı ilə “FAM-88” MMC-nin iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin qərardad vəkilim tərəfindən Cinayət işinə əlavə edilməsi üçün cinayət işini aparan müstəntiqə təqdim edilmişdir. Lakin yenə də hər hansı bir istintaq hərəkəti aparılmamışdır.

Cənab Baş Prokuror!

212026308 saylı cinayət işi üzrə şahid qismində cəlb edilmiş mən-Rüstəmov Seymur Qəzənfər oğlunun etibarından sui-istifadə edərək məni aldadan şəxslər “FAM-88” MMC-nin keçmiş direktoru Hüseynov Fəxrəddin Balaxan oğlu və hazırki direktoru Tağıyev Rafiq Nərçə oğludur. Mən həmin şəxslərdən şikayətçiyəm və onların CM-nin 178.3.2, 308.1 və 313-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini, həmçinin mənə vurulmuş maddi zərərin qaytarılmasını tələb edirəm. Yuxarıda qeyd edilənlərə əsasən Sizdən xahiş edirəm ki, mənim şikayətim üzrə materialları 212026308 saylı cinayət işindən ayıraraq cinayət işinin başlanması üçün başqa istintaq orqanına göndərəsiniz.

Cənab Baş Prokuror!

İstintaq İdarəsinin rəisi Fərid Nağıyev və yuxarıda adı çəkilən dələduzlar artıq məni o həddə çatdırıblar ki, intihar edim. Mənim ölkədə hüquqi islahatların aparıldığı bir vaxtda hüquqlarımın bu şəkildə pozulmasına necə dözmək olar? İstintaq İdarəsinin rəisi Fərid Nağıyev Sizi eşitmir, qanunları saya salmır. Xahiş edirəm, tədbir görün. 500-1000 manat pul mənimsəyən məktəb direktorunun barəsində həbs qətimkan tədbiri seçən Fərid Nağıyev nədən bu mənzil dələduzlarına qarşı eyni addımı atmır??? Xahiş edirəm, tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verəsiniz.

Redaksiyadan: Bu dəqiqələrdə zərərçəkmiş-şikayətçi Seymur Rüstəmovun vəkilindən hüquqlarını müdafiə etdiyi şəxsin imzasının necə saxtalaşdırıldığını təsdiq edən ekspertiza rəyini bizə göndərdi. Sual yaranır: Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi İstintaq İdarəsinin rəisi Fərid Nağıyev bu dəfə də dələduzlara qarşı tədbir görməyəcək???

(Davamı var)

«Təzadlar»ın Araşdırma Qrupu
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Pentensiar Xidmətin əməkdaşını deputat Fəzail Ağamalıya bağlayan nədir?


Deputat Fəzail Ağamalının adamları və Pentensiar Xidmətin əməkdaşı Nəsibova Nənəxanım Firdovsi qızı məni intihar həddinə çatdırıb. Bunu Sarkazm.az-ın elektron poçtuna göndərdiyi şikayət məktubunda Qazax rayon sakini Fərruxlu Mehriban Yolçu qızı bildirir.

Mehriban Fərruxlunun sözlərinə görə, bütün bunlar o Qazaxda kirayə yaşadığı evdən ayrılandan sonra baş verdi. “15 oktyabr 20220-ci ildə Qazax şəhərində Həsənova Rəna İbrahim qızına məxsus evdə kirayə yaşamağa başlamışam. Heç bir rəsmi sənəd olmadan öz aramızda razılaşmaya əsasən Rəna xanıma ayda 100 manat kirayəhaqqı və istifadə etdiyim kommunal xidmətləri ödəməli idim. Bu minvalla bir neçə ay həmin xanıma məxsus evdə övladlarımla birlikdə yaşamışam. Aramızda normal münasibət olub. Evdən ilan çıxdığına görə 10 mart 2021-ci il tarixində kirayədən çıxdım. Kirayə qaldığım müddətdə evin sahibi Rəna xanım qızıl ziynət əşyalarını satdığını bildirib. Ona məxsus qızılları yoxlatmışam. 45 qram olub. 1 qramını 71 manatdan və pulu isə hissə-hissə ödəyəcəyimə razılaşmışıq. Ümumilikdə qızıla görə 3200 manat ödəməli idim. Elə də etdim. İlkin olaraq 2 min manatını ödədim. Yerdə qalan məbləği isə kirayədən çıxandan sonra bir dəfə 800 manat və ikinci dəfə isə 400 manat şəkilində ödəmişəm. Buna baxmayaraq mən kirayədən çıxandan sonra Rəna xanımın özü və övladları mənə düşmən oldular. Kirayə qaldığım müddəti yenidən hesablayaraq 300 manatdan ödəməyimi tələb edirlər. Bunlar anlamır ki, Qazaxda bir otaqlı ev haçandan 300 manat olub, bu qiymətə Bakıda ortabab təmirli 2 otaqlı evdə kirayə yaşamaq olar. Qızıl üçün ödədiyim pulu kirayəni 300 manatdan hesablayaraq kirayəhaqqına çıxdıqlarını bildirirlər və qızıla borcum qaldığını əsas gətirərək məni dələduzluqda ittiham edirlər. Halbuki, biz kirayəni 100 manatdan razılaşmışdıq və ödəmişəm. Rəna xanım kamera qarşısında danışaraq sosial şəbəkələrdə yaydırmağa başladı. Həmin videoları övladlarıma sinif yoldaşları göstərərək anan dələduzdur deyə xitab ediblər. Bundan sonra övladlarım məktəbə getməkdən imtina etdilər. Barəmdə çəkdikləri video internetdə yayılandan sonra Qazax polisi işə qarışdı. Rəna xanım Qazax RPŞ-ya dəvət olundu. Xanım həqiqətləri yazdı və şikayətçi olmadığını bildirdi. Razılaşamamız necə olubsa, elə də izahat yazıb. Lakin evə kirayə pulunu 300 manatdan hesabladığını bildirir. Bundan sonra mən Rəna xanımla əlaqə saxladım. Aramızda olan razılaşmanı niyə pozduğunu və niyə belə video çəkdiyini sual etdim. Rəna xanım bildirdi ki, 80 yaşlı qoca adamam. Mən video çəkənəmmi? Bunu qızım Nənəxanım nəvəmə deyir, o da çəkir(red: etik hesab etmədiyimə görə həmin səs yazısını yayımlamırıq). Xanım və övladları yenə məndən əl çəkməyərək bildirirlər ki, biz kirayəni aylıq 300 manata veririk.”- deyə Mehriban Fərruxlu bildirir.

O, həmçinin bildirir ki, belə şər-böthan, qarayaxma kampaniyası 4 yaşlı övladı “Buta” uşaq bağçasında yıxılandan sonra daha da vüsət aldı. “18 noyabr 2022-cü il tarixində 4 yaşlı övladımı deputat Fəzail Ağamalının qızı Günay Ağamalıya məxsus “Buta” uşaq bağçasına qoydum. 22 noyabr 2022-ci il tarixdə övladım yatağın ikinci mrətbəsindən yıxılaraq ayağı sınıb. Məsələni bizdən gizlətməyə çalışsalar da sonda yıxılmasına dair videonu kameranın yaddaşından çıxarıb verdilər. Hadisədən şikayətçi oldum. Şikayətim Nərimanov RPİ-nin 16-ci Polis Bölməsində araşdırıldı. Deputat Fəzail Ağamalı vəzifəsindən və əlaqələrindən istifadə edərək cinayət işi açılmağının qarşısı aldı. Yekunda işi rədd elədilər. Qərarda bildirirlər ki, uşaq öz ehtiyatsızlığında yıxılaraq ayağı sınıb. Ardından mənim uşağımın yıxılmasına dair videonu sosial şəbəkələrdə paylaşdım. Məsələ ictimailəşəndən sonra bağçanın sahibi Günay Ağamalı mənim bağçaya ödədiyim 240 manat ödənişi və övladımın ayağının sağalmasına çəkdiyim xərcin bir qismini, yəni 160 manatını mənə ödədi. Günay xanım toplam 400 manat geri ödəniş etdi. Bundan sonra təzyiqlər başladı. Deputatın köməkçisi və partiya üzvləri məni sosial şəbəkələrdə təhqir etməyə başladılar. Onlar axtarıb Qazaxda evində kirayə qaldığım Həsənova Rəna İbrahim qızı və Pentensiar Xidmətin əməkdaşı Nəsibova Nənənxanım Firdovsi qızı tapdılar. Rəna xanımı danışdırdaraq barəmdə əsassız ittihamlar və şər-böthan səsləndirərək məni dələduz və cinayətkar adlandırdılar. Hətta, Nənəxanım Nəsibova Qazaxda hüquq-mühafizə, güc sturkturları ilə dostluq əlaqəsinin olduğunu əsas gətirirək məni ləyaqətsiz ana kimi analıqdan məhrum edəcəyini bildirir. Bütün bunlardan sonra mən və ailəm çox stress yaşayırıq. Bizi ölüm həddinə çatdırıblar.” – deyə Fərruxlu əlavə edir.

M.Fərruxlu qeyd edir ki, Rəna Həsənova vergidən yayınır. “Məni və övladlarımı qorxu altında saxlayan Nənəxanım Nəsibova və onun anası Rəna Həsənova Qazax rayonu Nərimanov küçəsi ev 46 ünvanında 10-dan çox kirayə saxlayır. Onlar niyə vergi ödəmir? Eynilə mən də onun evində kirayə yaşayanda heç bir müqavilə bağlamadı və aramızda kirayəyə dair heç bir rəsmi razılaşa olmadı. Xahiş edirəm ki, İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti Rəna Həsənovanı evini yoxlasın və qanun pozuntusunun qarşısını alaraq vergi ödəməyə cəlb etsinlər” – deyə xanım vurğulayır.

Mehriban Fərruxlu aidiyyatı qurumlardan məsələyə köməklik istəyir. Ona qarşı baş verən qanunsuzluqların qarşısı almağı xahiş edir və onu intihar həddinə çatdıran şəxsləri cəzalandırmağı tələb edir.

Məsələ ilə bağlı Mehriban Fərruxlunun adını çəkdiyi şəxslərin və qurumların mövqeyini öyrənmək üçün ilk olaraq Günay Ağamalıya zəng etdik. G.Ağamalı baş verən hadisələri olduğu kimi qeyd etdi. “Mehriban Fərruuxlunun övladı mənim rəhbəri olduğum “Buta” uşaq bağçasında təsadüf nəticəsində yıxılıb. Həmin vaxt lazım olan yardımlar edilib. Hazırda da yenə hansısa köməklik lazımdırsa edə bilərəm. Sadəcə Mehriban xanımın məndən nə istədiyini anlamıram.” – deyə Günay xanım bildirdi.

Atanız deputat Fəzail Ağamalının köməkçisi Xidmət Orucov və atanızın partiyasının üzvləri Mehriban Fərruxlunu niyə təhqir edib sualımızı belə cavablandırdı. “Atamın işinin mənim işimlə heç bir bağlılığı yoxdur. Mən o məsələdə adımın hallanmasını istəmirəm. Yəqin ki, həmin qadın məndən əl çəkmədiyinə görə Xidmət Orucov və digərlərini bunu müdafiə məqsədi ilə edib.” – deyə Ağamalı əlavə etdi.

Məsələ ilə bağlı deputat Fəzail Ağamalının fikirlərini öyrənməyə cəhd etsək də, zənglərimizə cavab verən olmadı.

Yazıda adı keçən Pentensiar Xidmətin əməkdaşı Nənəxanım Nəsibova ilə bağlı PX-in mətbuat xidməti ilə əlaqə saxladıq. Xidmətdən bildirildi ki, adı çəkilən Nənəxanım bizim əməkdaşdır. Ondan şikayəti olan vətəndaş ərizə ilə müraciət etsin. Şikayətlə bağlı müvafiq şöbə araşdıracaq və hüquqi qiymət verəcək.

Məsələyə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin də mövqeyini öyrənməyə çalışdıq. Xidmətdən bildirildi ki, vətəndaş sözügedən məsələ ilə bağlı şikayət ünvanlasın. Şikayət araşdırılacaq. Əgər həqiqət öz əskini tapsa, evini kirayə verməklə vergidən yayınan Həsənova Rəna İbrahim qızı vergiyə cəlb olunacaq.

Mehriban Fərruxlunun övladının “Buta” uşaq bağçasında yıxılma anı:

M. Fərruxlunun övladının bağçada yıxılması ilə bağlı Nərimanov RPŞ-nın 16-cı Polis Bölüməsində aparılan araşdırmanın yekun qərarı:
Pentensiar Xidmətin əməkdaşını deputat Fəzail Ağamalıya bağlayan nədir?
Pentensiar Xidmətin əməkdaşını deputat Fəzail Ağamalıya bağlayan nədir?
Pentensiar Xidmətin əməkdaşını deputat Fəzail Ağamalıya bağlayan nədir?

Mehriban Fərruxlunun deputat Fəzail Ağamalının adamları tərəfindən nüfuzdan salınması və təhqir olunmasına dair fotofaktlar:
Pentensiar Xidmətin əməkdaşını deputat Fəzail Ağamalıya bağlayan nədir?
Pentensiar Xidmətin əməkdaşını deputat Fəzail Ağamalıya bağlayan nədir?

Sarkazm.az

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO