[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ermənistan beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır - Prezident


Ermənistan Laçın-Xankəndi yolunun guya blokadada olması barədə yalan məlumatlar yayır və beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır.

Bu barədə Prezident İlham Əliyev Davosda Niderland Krallığının Baş naziri Mark Rutte ilə görüşündə bildirib.
Prezident İlham Əliyev Azərbaycanın Laçın-Xankəndi yolunda cərəyan edən son hadisələr barədə məlumat verib, Ermənistanın yolun guya blokadada olması barədə yalan məlumatlar yaydığını və beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışdığını qeyd edib.

Dövlətimizin başçısı Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarının Azərbaycan ictimaiyyətinin və vətəndaş cəmiyyəti təşkilatlarının haqlı narazılığına səbəb olduğunu bildirdi.
Hazırda yolda Rusiya sülhməramlılarının, Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə lazımi humanitar yüklərin, mülki şəxslər və mülki təyinatlı yüklərin sərbəst keçidinin təmin edildiyi diqqətə çatdırıldı, kriminal ünsürlərin həmin ərazilərdən çıxarılmasının vacibliyi bir daha vurğulandı.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sülhməramlıların daha iki avtomobili aksiya ərazisindən KEÇİB


Həmişə olduğu kimi, bu gün də Rusiya sülhməramlılarına aid təminat avtomobilləri Laçın-Xankəndi yolunda təşkil olunan aksiya ərazisindən sərbəst hərəkət ediblər.

Laçından Xankəndi istiqamətində hərəkət edən sülhməramlılara aid iki avtomobilin aksiya ərazisindən sərbəst keçidi təmin olunub.

Bu bir daha onu göstərir ki, heç də siyasi xarakter daşımayan aksiya humanitar məqsədlər üçün açıqdır.

Xatırladaq ki, azərbaycanlı ekofəallar Qarabağda faydalı qazıntı yataqlarının istismarına qarşı Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda ötən il dekabrın 12-dən dinc aksiyaya başlayıblar.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Qafqazın üç ölkəsi səylərini birləşdirsə, region daha təhlükəsiz olar" - Dövlət başçısı


"Qafqazın üç ölkəsi səylərini birləşdirsə, region daha təhlükəsiz olar".

Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında bildirib.

"Təəssüf ki, Ermənistan bizim sülh sazişinin imzalanması ilə bağlı təklifimizə cavab vermədi. Bu, çox sadə, beynəlxalq hüququn təməl prinsiplərinə əsaslanan saziş olacaqdı. Komissar Hanın eyhamı o oldu ki, burada Ermənistan yoxdur. O dedi ki, burada Cənubi Qafqazın iki ölkəsi iştirak edir, ancaq orada üç dövlət var. Mən onun kimi nəzərdə tutduğunu bilirəm. Ancaq Ermənistan burada niyə yoxdur? Çünki bizim Gürcüstanla birlikdə irəli sürdüyümüz üçtərəfli əməkdaşlıq formatı Ermənistan tərəfindən rədd edildi", - Azərbaycan Prezidenti qeyd edib.

Dövlətimizin başçısı deyib: “Mən dostum İrakli Qaribaşvilinin səylərini yüksək qiymətləndirirəm. Onun himayəsi altında Gürcüstan xarici işlər nazirinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü təşkil edildi. Bizim təklifimiz ondan ibarət idi ki, Gürcüstanda liderlərin görüşü təşkil olunsun. Çünki tarixən Gürcüstan bütün qonşuların bir araya gəldiyi ölkə olub. Lakin Ermənistan buna hazır deyil. Bu, potensial risklərdən biridir”.

Azərbaycan Prezidenti qeyd edib ki, Qafqazın üç ölkəsi enerji, nəqliyyat, təhlükəsizlik, sabitlik və sərhədlərin delimitasiyası kimi məsələlərdə səylərini birləşdirsə, region daha təhlükəsiz olar.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezidentdən 20 Yanvar faciəsi ilə bağlı PAYLAŞIM


Azərbaycan Prezidenti İlham Əliyev tviter hesabında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib.

Başsağlığı dövlət başçısının "Twitter" hesabında paylaşılıb.

Paylaşılan fotonun üzərində “20 Yanvar – Allah bütün şəhidlərimizə rəhmət eləsin!” sözləri yazılıb.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kəmaləddin Heydərov yeni nazirin vəzifəsini ona tapşırdı - ƏMR


Naxçıvan Muxtar Respublikasına yeni təyin olunan fövqəladə hallar naziri Şahin Mirzəyevin vəzifəsi müavininə tapşırılıb.

DİA.AZ bildirir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nazir, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Şimal Regional Mərkəzinin rəis vəzifəsi bu qurumun rəis müavini Babayev Zabil Firuddin oğluna həvalə olunub.

Qeyd edək ki, bir neçə gün əvvəl polkovnik Şahin Mirzəyev Şimal Regional Mərkəzinin rəisi vəzifəsindən azad edilərək, Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri təyin edilib. O, bu vəzifədə Şamı Abdullayevi əvəzləyib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dəniz limanımızın yükaşırma qabiliyyəti 25 milyon tona çatdırılacaq - Prezident


Dəniz limanımızın 15 milyon ton olan yükaşırma qabiliyyəti 25 milyon tona qədər genişləndiriləcək və bunun üçün büdcə ayrılıb.

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında deyib.
Dövlətimizin başçısı, həmçinin bildirib: “Yük artımının müəyyən səbəbləri var ki, onlardan biri ənənəvi marşrutlar boyu gözlənilən çətinliklərdir”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Astarada başçının 140 minlik bulvar əməliyyatı - BU DA FAKT!!!


Azərbaycanda bir çox icra başçılarının iş adamlarına qarşı qanunsuzluğu haqda mətbuatda çox yazılıb. Bu dəfə Astara rayon icra başçısı Qəzənfər Ağayevin ağlasığmaz əməli haqda DİA.AZ-a məlumat daxil olub. Məlumatda qeyd olunur ki, iş adamı Yaşar Məhərrəmov 2014-ci ilin avqust ayında Astara rayon icra hakimiyyətinin məsul vəzifəli şəxslərindən olan Şirinov Xanverdi Allahverdi oğlu ilə birgə rayonun başçısı Qəzənfər Ağayevlə icra hakimiyyətinin binasında görüşmüş və razılaşmaya əsasən Aslara rayonu dənizkanarı bulvarının sahil boyunca olan 600 metrlik məsafədə (ümumi uzunluğun 1800 (min səkkiz yüz metr) metal mühəccirlərin və 120 ədəd işıqlandırma dirəklərinin alaraq rayona gətirmişdir.
Bundan sonra Y.Məhərrəmov həmin avadanlıqların quraşdırlması işlərini həyata keçirmiş və bu iş üçün vəsait sərf etmişdir. İş adamı bildirir ki, 1800 metr uzunluğunda metal mühəccərlərin hər metrə üçün dəyəri 20 manat olmaqla, cəmi 36000 manat, işıq dirəklərinin işıqlandırılması üçün 6000 metr uzunluğunda kabelin hər metr üçiin 2,50 AZN olmaqla, cəmi 15000 manat, kabelin təhlükəsizliyi üçün 6200 metr plasmas boruya hər metri 70 qəpik olmaqla, cəmi 4340 AZN və 120 ədəd işıq dirəklərinin bir hissəsi üçün 66000 manat təşkil etmişdir.
Alınmış avadanlıqların ümumi dəyəri cəmi 121.340 manat etmiş, həmin işlərin görülməsi üçün yol nəqliyyat xərclərinə, usta və fəhlələrə zəhmət haqqı və sair xərclərə görə Astara rayon İcra Hakimiyyətinin müavini ayrı-ayrı vaxtlarda hissə-hissə iş adamına ödənişlər etmiş, lakin materialın pulu bu günədək ödənilməmişdir. Bununla bağlı 15 may 2022-ci il tarixdə Astara rayon İcra Hakimiyyətinə müraciət edən Y.Məhərrəmovun müraciəti cavabsız qalmışdır. Bu müddət ərzində aldığı materialın pulunu ödəyə bilmədiyindən Y.Məhərrəmov haqqında cinayət işi açılmış va barəsində həbs qatimkan tadbiri seçilmişdir. Zərərçəkmiş şaxsə ümumi dəyəri 70.000 manat olan borc müqabilində Y. Məhərrəmov bacısına məxsus bir otaqlı evi vermiş və , buna görə da zarərçəkmiş şəxsin məhkəməyə iinvanladığı “ona vurulmş zərarin iidanilmasi haqqında" ərizəsi əsasında cəzası sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Faktik olaraq iş adamı icra başçısı tərəfindən müflis edilmişdir. Olayın detalları haqda növbəti yazımızda ətraflı bəhs edəcəyik.

DİA.AZ
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Bir çox ailələri belə xəstəxanalar bədbəxt edir…” - NARAZILIQ VAR!


Şəmkir rayonu, Düzqışlaq kənd sakini İsmayılov Şükür Rasim oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. O, Şəmkir rayon Mərkəzi Xəstəxanasının rəhbərliyindən şikayətçidir:

“16 yanvar tarixində, səhər saat 10 radələrində 2 azyaşlı əkiz övladlarımı qızdırmalı halda Şəmkir rayonu Mərkəzi Xəstəxanasının təcili yardım bölməsinə apardım. Növbətçi həkim Səadət xanım bildirdi ki, bizə heç bir dərman vasitəsi verilmir, get öz vəsaitin hesablna al. Mən gedib dərmanı öz çəxsi vəsaitim hesabına aldım.

Həmin gün gecə saatlarında isə oğlumu 40 dərəcə temperaturda xəstəxanaya aparmalı oldum. Yenə də Səadət həkim bildirdi ki, ağrıkəsicidən başqa dərman yoxdur. Mənim övladıma ağrıkəsici ilə yardım olundu. Mən məcbur qalıb uşağı qızdırmalı halda Gəncə şəhərindəki özəl xəstəxanalardan birinə apardım.

Yanvarın 17-də Şəmkir Rayon Xəstəxanasının şöbə müdiri Surac həkimin (Hüseynov Surac Namiq oğlu – red.) qəbulunda oldum. O da təsdiqlədi ki, “bizə dərman vasitələri göndərmirlər”.

Mənim uşağım ölə bilərdi. Mənim kimi bir çox ailələri belə xəstəxanalar bədbəxt edir.

Təcili tibbi yardım bölməsində dərmanların olmaması nə dərəcədə düzgündür?” //Hurriyyet.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu ölkədən Ukraynaya 113 milyon avroluq hərbi yardım


Estoniya hökuməti Ukraynaya hərbi yardım üçün 113 milyon avro ayıracaq.

Bu barədə ölkənin baş naziri Kaya Kallas öz "Twitter" səhifəsində məlumat verib.

"Paketə haubitsalar, qumbaraatanlar və döyüş sursatları daxil olacaq", - Nazirlər Kabinetinin rəhbəri yazıb.

Kallas qeyd edib ki, Estoniya tərəfi Kiyev rejiminin istədiyini dəqiq çatdıracaq.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
AFFA onları futboldan ömürlük kənarlaşdırdı


Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Bu barədə qurumun saytında məlumat dərc olunub.

Məlumata görə, 2 futbolçu futboldan ömürlük kənarlaşdırılıb. Bunlar MOİK-in üzvləri Fərmayıl Əliyev və Emin Mehtiyevdir. Onlar danışılmış oyunlarda iştiraka görə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum olunub.

Tərəflər bu qərarı aldıqdan sonra 15 (on beş) gün ərzində AFFA-nın Apellyasiya Arbitraj Tribunalına apellyasiya şikayəti verə bilərlər.

Qeyd edək ki, "Neftçi"nin yetirməsi olan Emin Mehtiyev "Abşeron", "Sumqayıt", "Səbail", "Qaradağ Lökbatan", "Keşlə" klublarının, həmçinin Türkiyədə "Niksar Bələdiyyəspor"un formasını geyinib. Fərmayıl Əliyev isə "Turan"ın yetirməsidir. O, müxtəlif vaxtlarda "Şərurspor" və "Neftçi" komandalarının da şərəfini qoruyub.

XƏBƏR LENTİ

19:06

Ceyranbatan su kanalında 1 nəfər batıb

18:03

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI… - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

17:10

"Razborka" aparan, sərnişini hədələyən, qazın "belinə oturan" sürücülər... - 91 nömrəli avtobus xəttində nə baş verir?

16:13

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır - TƏFƏRRÜAT

14:59

Neftçalada vəzifə uğrunda MÜBARİZƏ — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

12:35

“Laser Beauty Clinic” tam bir QƏSSABXANA kimi işləyir... - daha bir FAKT!

12:04

Nə oldu, Makron? - AKTUAL

10:55

271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

09:48

Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya