[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şəlvə kəndində RÜŞVƏT MƏSƏLƏSİ... - İTTİHAM VAR!

Tezadlar.az saytına Ağcabədi Regional Mədəniyyət İdarəsi Laçın rayon Şəlvə kənd 7 illik uşaq musiqi məktəbinin müəllim kollektivi adından Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, surəti Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, surəti Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, II dərəcəli dövlət ədliyyə müşaviri Nazim Rəcəbova ünvanlanmış şikayət ərizəsi daxil olub.
Şəlvə kəndində RÜŞVƏT MƏSƏLƏSİ... - İTTİHAM VAR!

Məktəbin 30-dək müəllimi direktor Azər Əliyevdən narazıdır. Məktəbin müəllimləri iddia edirlər ki, direktor Azər Əliyev onların dərs saatını qəsdən azaldır. Buna etiraz edən müəllimlər isə təzyiqlə üzləşirlər. Şikayətçi müəllimlər məktəbdə baş verən qanun pozuntularının aradan qaldırılması üçün müvafiq tədbirlər görülməsini xahiş edirlər. Bildirirlər ki, son bir neçə ildə məktəbdə qəsdən yaradılan süni əngəllər müəllim kollektivinin normal iş prosesinə və tədrisin keyfiyyətinə ciddi təsir göstərir: "Dərs saatları məktəbdə heç bir fəaliyyəti olmayan, hətta aylarla məktəbə gəlməyən bəzi adamların adına sənədləşdirilərək mənimsəmə hallarına yol verilir. Ən vacib dərs saatları ixtisaslarına uyğun olmayan və bu sahədə heç bir təcrübəsi, biliyi, bacarığı olmayan müəllimlərə verilərək qəsdən tədris prosesi pozulur, məktəbdə normal fəaliyyət göstərmək istəyən müəllimlər sıxışdırılır, məqsədli şəkildə dərs prosesinin pozulmasına şərait yaradılır. Sonra isə həmin müəllimlərdən tədrisin keyfiyyəti, şagirdlərin sayı və s. tələb olunaraq müxtəlif bəhanələrlə onların əmək haqlarının müəyyən qismi rəhbərlik tərəfindən rüşvət şəklində alınır.
Şəlvə kəndində RÜŞVƏT MƏSƏLƏSİ... - İTTİHAM VAR!

Məsələn, "Xanəndə" sinfinə müşayiət müəllimi kimi fo-no "Klarnet" müəllimi, "Nağara" sinfinə isə "Tar" müəllimi müşayiətçi təyin edilir. Dəfələrlə müraciət etməyimizə baxmayaraq, məktəbin direktoru Azər Əliyev bu qanunsuzluğun aradan qaldırılıması üçün heç bir tədbir görmür, əksinə, haqlı tələblər irəli sürən və keyfiyyətli tədrislə məşğul olmaq istəyən müəllimlərə addımbaşı maneələr yaratmaqla günü-gündən tədrisin keyfiyyətini aşağı salmaqda davam edir. Demək olar ki, məktəbimizdə ciddi şəkildə qanun pozuntuları və korrupsiya halları mövcuddur. Direktor Azər Əliyev müəllimlərdən hər ay əmək haqlarının 10 faizini tələb edir və alır.

Məktəbin müəllim kollektivi Azər Əliyevə faiz verməmək barədə qəti qərar qəbul etsələr də, heç bir nəticəsi olmayıb. Azər Əliyev bu tələbin ona "yuxarıdan" edildiyini deyərək məktəbdə pul yığmaqda davam edir. Azər Əliyev dərs bölgüsü zamanı saatların azaldılmaması üçün guya "yuxarılara" pul verdiyini deyərək müəllimlərdən rüşvət alır. Məktəbə şagird qəbulu zamanı istedadlı uşaqlara meneələr yaradılır, əvəzində, istedadsız uşaqların adları qəbul siyahısına salınır. Həmin uşaqlar məktəbə gəlmədiyi və onlara dərslər tədris edilmədiyi halda həmin saatların pulu Azər Əliyev tərəfindən mənimsənilir. Azər Əliyevin qanunsuz əməllərinə etiraz edən müəllimlərə qarşı çox ciddi şəkildə süni maneələr yaradılır və normal tədrislə məşğul olmalarının qarşısı alınır. Hətta həmin müəllimlərin şagirdlərinin şəxsi işləri, müəllimlərin dərs vəsaitləri qəsdən yararsız hala salınır, oğurlanır və müəllimlər təcili həmin sənədləri təkrar yazılıb yerinə qoymasa dərs saatlarının azaldılacağı ilə təhdid edilirlər. Yuxarıda qeyd etdiyimiz qanun pozuntuları məktəbdə baş verənlərin çox cüzi hissəsidir.

Xahiş edirik, məktəbimizdə yoxlama aparılsın, o zaman rüşvət və korrupsiya hallarının, qanun pozuntularının baş verdiyinin şahidi olacaqsınız.

Əvvəlcədən sizə minnətdarlığımızı bildiririk".

Məsələ ilə bağlı direktor Azər Əliyevin mövqeyini öyrənmək cəhdimiz alınmadı. Bu səbəbdən onun da fikrini öyrənməyə çalışacağıq. //Tezadlar.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
ETSN Oğuzdakı YAŞIL SOYQIRIMI nədən ört-basdır edir? - BUNUN BAŞQA ADI YOXDUR...


"Meşədəki irigövdəli, sağlam ağacları kəsib taxta sexlərinə daşıyırlar. Bu günlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri də gəlib, əraziyə baxış keçirdilər. Amma bizim müraciətimiz nəticəsiz qaldı, guya, ağacların kəsilməsi faktı təsdiqlənmədi”.

Bunu Meydan TV-yə Oğuz rayonun Tayıflı kənd sakinləri bildiriblər.

Sakinlərin sözlərinə görə, kəndin ətrafındakı meşələrinin qorunmasına cavabdeh şəxslər məsələni ört-basdır etməyə çalışırlar.

"Biz sakinlər meşələrimizi "delimka” adı altında ən sağlam və yekə ağalarının "Drujba” alətilə qırdırılmasının təşkilatçılarının kim olduğunu da bilirik. Həmin şəxslərdən biri laçınlıdır, Oğuzda özünə dörd ev tikdirib. Həmin şəxsin qohumu meşəbəyidir, digər qohumu nazirlikdə çalışır. Meşədəki qırılan ağacların hansı avtomobillə daşındığının da şahidi olmuşuq”, – sakinlərdən biri deyib.

Şikayətçilər deyirlər ki, kəsilən ağacları xəstə və ya qurumuş kimi qeydə alınır: "Ağacları taxta sexlərinə aparıb alma, pomidor, xurma yığmaq üçün taxta yeşiklər düzəldirlər. Biz Tayıflı meşəsinin meşəbəyindən ağacların kəsilib daşınmasına qarşı tədbir görməsini istədik. Cavab verdi ki, onun qarışa biləcəyi məsələ deyil. Meşəbəyinin etiraf videosu müraciət etdiyimiz dövlət qurumlarına göndərilib”.

Sakinlər ağacların kəsilməsinin araşdırılması üçün Prezident İlham Əliyevə müraciət ediblər.

Tayıflı kənd icra nümayəndəsi Sahib Balakişiyev Meydan TV-yə bildirib ki, meşədə ağac kəsilməsi ilə bağlı məlumatlı deyil.

"Ecofront” təşkilatının əməkdaşı Kənan Xəlilzadə isə bildirib ki, sakinlər məsələ ilə bağlı onlara da müraciət ediblər.

"Oğuz rayonu, Tayıflı kəndi yaxınlığında meşədə bir neçə gün əvvəl iri diametrli, təxmini diametri 1.80 sm olan 50- yə yaxın və orta diametrli onlarla ağac kəsilib. Bununla bağlı sakinlərin müraciətini əks etdirən videogörüntü də var. Baxmayaraq ki, nazirlik sakinlər tərəfindən müraciət edilmədiyini sübut etməyə çalışır”,- K.Xəlilzadə deyib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin açıqlamasında isə deylir ki, Oğuz rayonu Tayıflı kəndinin ətrafındakı meşələrdə ağacların kütləvi şəkildə kəsilərək ağac emalı sexlərinə daşınması barədə yayılmış məlumatlarla bağlı bayram günlərində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Xidmətinin rəisi Hikmət Əlizadə bildirib ki, araşdırma zamanı sözügedən məlumatda adları şikayətçi kimi çəkilən vətəndaşların müraciətdən xəbərsiz olduğu müəyyən edilib: "Oğuz rayonu Tayıflı kənd sakinləri Şirinov Tapdıq Zahid oğlu, Dursunov Mürvət Seyid oğlu və Xəlilov İlham Nəcməddin oğlu Oğuz Rayon İcra Hakimiyyəti başçısının Tayıflı İƏD üzrə nümayəndəliyində yazılı izahat verərək müraciətdə adlarının qeyd olunmasına baxmayaraq, həmin müraciətin yazılmasından xəbərsiz olduqlarını bildiriblər. Lakin buna baxmayaraq, Oğuz rayonu Tayıflı kənd ətrafında yerləşən meşə dolaylarına yerində baxış keçirilərkən ağacların kütləvi şəkildə kəsilməsi və ağac emalı sexlərinə daşınması halları qeydə alınmayıb”.

Yanvarın 11-də "Ecofront” təşkilatı meşələrdə ağacların kəsilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.

Müraciətdə qeyd olunub ki, son illər meşələrdə kommersiya məqsədi ilə işlik material tədarükü üçün ağacların kütləvi kəsilməsi təşkilatı ciddi narahat edir: "Bu məqsədlə ən sayseçmə, düz, hündür, irigövdəli ağaclar seçilib kəsilir. Ən narahatedici məqam isə odur ki, bu dağıdıcı fəaliyyətlər artıq birbaşa Ekologiya və Təbii Sərvətlər Nazirliyin verdiyi qərarlarla icra edilir.

Cənab Prezident, xahiş edirik meşələrimizdə işlik material tədarükünü qadağan edəsiniz. Meşə təsərrüfatında tədarük edilən və qanunsuz fəaliyyətlərdən müsadirə edilən oduncağın hamısının yalnızca qazlaşdırılmamış yaşayış məntəqələrinin və müəssisələrin yanacaq odun tələbatının qarşılanmasına ayrılmağına göstəriş verəsiniz”.

Müraciətdə daha sonra vurğulanır ki, qanuni işlik material tədarükü zamanı büdcəyə çox cuzi ödənişlər edilir. Çünki qiymətlər 2004-cü ildən bəri dəyişməyib və real bazar qiymətlərindən 10 dəfəyə yaxın ucuzdur: "Bu vəziyyət cuzi rəsmi ödəniş qarşılığında sahibkarlara bu tədarükə çıxış imkanı yaradan məmurlar üçün korrupsiya mühiti yaratmaqla yanaşı, digər qanunsuz fəaliyyətlərlə mübarizə aparmağı da praktik olaraq mümkünsüz edir. Kiçik bir miqdar qanuni işlik material alışı edən sahibkar davamlı olaraq qanunsuz fəaliyyətini bu alış sənədi ilə əsaslandırır”.

Təşkilat xatırladır ki, Azərbaycanda meşə örtüyü əksər ölkələrlə müqayisədə çox azdır. Az meşə örtüyünün böyük bir hissəsi isə uzun illər antropogen təzyiq altında deqradasiyaya uğrayıb.

"Bizim məhdud meşələrin torpaqqoruyucu, suqoruyucu, biomüxtəlifliyin qorunması funkisyaları onun sənaye potensialından daha vacibdir. Bizim meşələrin sənaye potensialı çox məhduddur. Əksər meşələrimiz erroziyaya meylli sərt yamaclarda qalıb. Buna görə də bütün qırmaların yükü düzən və az meylli məhdud meşələrə düşür. Bu meşələr isə ətraf kəndlərin otarma fəaliyyətinin təzyiqi altındadır. Bu meşələrdə böyük ağaclar kəsildikdə otarmanın təzyiqi altında meşə özünü bərpa edə bilmir, daha sürətlə deqradasiyaya uğrayır”, – müraciət müəllifləri qeyd edib.

Təşkilat qeyd edir ki, sovetlər dövründən qalan, ən böyük ərazisi və nəhəng meşələri olan Rusiyanın Meşə Məcəlləsinin tərcüməsi ilə tərtib edilmiş qanun ilə meşələri idarə etmək, ona ancaq oduncaq, material kimi yanaşmaq dayanıqlı yanaşma hesab edilə bilməz: "Tədarük edilən işlik materialın əksəriyyəti meyvə-tərəvəz ixracı üçün bir istifadəlik taxta yeşiklərin hazırlanmasına istiqamətlənir. Meşələrimizin ən gözəl ağaclarının yeşik istehsalı üçün məhv edilməsi və buna qanuni don geyindirilməsi qəbuledilməzdir. Bu fəaliyyətlər bəzən o qədər barbarcasına həyata keçirilir ki, işlik materiala yaramayan oduncaq meşədə tərk edilir, odun tədarükü üçün də istifadə edilmir. Qazlaşdırılmamış kəndlərdə insanlar yetərincə yanacaq odun əldə edə bilmədiyi müddətdə bizim Ekologiya və Təbii Sərvətlər Nazirliyi işlik material ticarəti ilə məşğuldur”.

Təşkilat hesab edir ki, bu yanaşmanın qarşısında Azərbaycanda sağlam meşə qala bilməz: "Qırma sahələrinin və normalarının ayrılmasına qərar verən və nəzarət edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və onun əsas qərarverici şəxsi cənab nazir Muxtar Babayevin ekoloji həssasiyyətinə və şəffaflığına bizim heç bir güvənimiz yoxdur. Buna səbəb cənab nazirin rəsmi qərarları ilə bu günə qədər baş verən dağıdıcı fəaliyyətlərdir. Bu səbəbdən biz sizə müraciət etmək zərurətinin yarandığını düşündük. Cənab Prezident, ümid edirik xahişimizi nəzərə alacaqsınız və Azərbaycanda meşələrin kommersiya məqsədi ilə qırılmasına birdəfəlik son qoyulacaq”. //Meydan TV//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakı Qızlar Universitetində ÖZBAŞINALIQ - İTTİHAM VAR!


Vaxtilə Azərbaycanda bir universitet var idi, Azərbaycan Dövlət Universiteti ( indiki Bakı Dövlət Universiteti ). İndi maşallah universitetlərin sayı, yağışdan sonrakı göbələk kimi artıb. Haqqında bəhs edəcəyimiz Bakı Qızlar Universiteti ilə bağlı qısa məlumat verək. Universitetin tarixi 1992-ci ildən başlayır. Həmin il Bakı Ali Pedaqoji Qızlar Seminariyası təsdiq edilmişdir. Professor Ağarəhim Nüsrət oğlu Rəhimovun sədrliyi ilə tələbə qəbulu komissiyası yaradılmış və qəbul keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 08 iyul 2005-ci il tarixli Dövlət Qeydiyyatı haqqında 19 saylı şəhadətnaməsi ilə Bakı Ali Pedaqoji Qızlar Seminariyası Bakı Qızlar Universiteti adlandırılmışdır. Yazılanlardan bəlli olur ki, Bakı Qızlar Universitetində tədris özünəməxsus sistem üzrə təşkil olunub. Burada Elmi Şura, Tədris, elmi və tərbiyə işləri üzrə prorektorluq, "Sosial-pedaqoji" və "Filologiya-tarix" fakültələtinin dekanlıqları, 6 kafedra, Tələbə Şurası, Tələbə Elmi Cəmiyyəti, bədii yaradıcılıq studiyası, Kompüter mərkəzi, Tələbə Gənclər Təşkilatı, Ekoloji mərkəz, kitabxana fəaliyyət göstərir. Bakı Qızlar Universitetinin əyani şöbəsində təhsil müddəti 4 il, qiyabi şöbəsində 4 il 6 aydır. Universitetdə "Dillər", "Ədəbiyyat", "Tarix", "Təbiət fənləri", "Psixologiya", "Pedaqogika", "İctimai elmlər" kafedraları fəaliyyət göstərir. Tələbələrin təlim-tərbiyəsi ilə 7 kafedrada çalışan 100-dən artıq müəllim məşğul olur. Onlaradan 37 nəfəri elmlər doktoru, professor, qalanları isə elmlər namizədi, dosentdir.
Universitetin müəllim heyyəti haqqında uzun-uzadı bəhs etmək istəmirik, universitetin saytında yazılanlardan bəlli olur ki, guya maddi texniki-baza zəngindir-filan. Bura qədər yazdıqlarımız universitetin reklamıdır. Əslində isə vəziyyət tam başqadır. Belə ki, hazırda universitetin rektoru Ağarəhim Rəhimovun qızı Sevinc Rəhimovadır. Sözün düzü, bu barədə uzun-uzadı yazmaq istəmirik.
Təsəvvür edirsiniz, XXI əsrdə ata universiteti qızına verir, nə bilim, deputat deyir ki, mən gedirəm yerimi qızıma verin… Bu XXI əsrdə rüsvayçılıqdır.. Nə isə əsas mövzudan yayınmayaq. Beləliklə xeyli sayda professorun, alimin olduğu universitetdə ata universitet rektoru vəzifəsini qızı Sevinc xanım Rəhimova hədiyyə edir. Yeni rektor Sevic xanım Rəhimovaya keçməzdən öncə sabiq rektor Ağarəhim Rəhimovun bir müsahibəsinə nəzər salaq: Azərbaycan mühitində Bakı Qızlar Universitetini açmışam və bir valideyn, tələbə və məzun deyə bilməz ki, Ağarəhim müəllim bizdən rüşvət alıb. Üç şeyə həyatımda diqqət yetirmişəm və onlardan birincisi rüşvətdir ki, demişəm almayacam, içimdə ona qarşı patoloji nifrət var.
İkincisi bir halda ki, bu qızların təlib-tərbiyəsini öz üzərimə götürmüşəmsə, burada əxlaqi keyfiyyətlər yüksək səviyyədə olmalıdır. Bir Azərbaycan qızı haqqında mənfi söz eşitmək istəmirəm. Bu günün yetkin qızı sabahın anasıdır. Bir ailənin aparıcısı, sahibi anadır. Uşaqlarının və ərinin tərbiyəedicisi qadındır. Bu çox möhtəşəm bir missiyadır və əgər belə olmasaydı, Məhəmməd Peyğəmbər əbəs yerə deməzdi ki, “cənnət anaların ayağı altındadır”.
Bu yerdə adam istəyir ucadan desin, a kişi, saxla görək ee...nə cənnət-zad... Bəlkə, sənə QAİB-lərin, İMTAHAN-ların qiymətini yazaq...? Deyirsən ki, rüşvətə qarşı patoloji nifrətim var, rüşvətdən söhbət düşəndə ürəyim bulanır, qusuram-filan... Vallahi, ayıbdır, sənin rəhbəri olduğun universitetdə rüşvət ayaq açıb yeriyir... Bəlkə, universitetə sabiq nazir Ziya Məmmədovun sponsorluq etməyindən yazaq... Ağarəhim Rəhimov deyir ki, bütün təhsil sistemi bilir ki, bizim universitetdə hər şey ola bilər, amma iki şey, bir əxlaqsızlıq və bir də rüşvət ola bilməz. Yaxşı tələbələrin özünü dinləyək: “Universitet rektoru tərəfindən şəxsiyyətim alçaldığı və mənə qarşı şər atıldığı üçün susmamaq qərarına gəldim. Hüquqi dövlətdə yaşayırıq və hüquqlarımı tələb etmək mənim ən böyük haqqımdır”. Tələbə bildirib ki, qaib limiti bitmədiyi halda o bir gün öncə universitetə getmədiyi üçün rektor Sevinc Rəhimova dərsdən çıxarılmasını tələb edib: “5 qaibim var və limiti aşmamışam. Birinci dərsin yarısında dekanlığa çağırıldım. Dekan mən və digər qrup yoldaşımdan dərsdən çıxmağımızı tələb etdi. Biz isə dərsdə iştirak etmək istədiyimizi deyib sinfə geri döndük. Bir neçə dəqiqə sonra rektor sinif otağına daxil olaraq bizi məcburi formada çölə çıxarmaq istədi. Müəllimə də tapşırdı ki, qaib yazsın. Hətta qrup yoldaşımın halı pisləşdi, sudurğa tutdu. Əvvəlcə yalandan etdiyini deyib bizə icazə vermədi ki, qıza kömək edək. Daha sonra qrup yoldaşımın halı pisləşdiyi üçün təcili yardım gəldi. Daha sonra rektor Sevinc xanımın atası Ağarəhim Rəhimov (Sabiq rektor) gəldi və bizə qarşı hamının içində alçaldıcı ifadələr işlətdi. Belə faktlar əlimizin altında onlarladır ee, Ağarəhim müəllim. Ağarəhim müəllim, əxlaqdan danışırsınız… Görəsən, katibə kimin “yük”ünü daşıyır… Araşdrımamız davam edir. Qarşı tərəfin də fikrini dərc etməyə hazırıq. //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Cahangir Əsgərovla bağlı ŞOK ARAŞDIRMA... - AZAL şefinin özbaşınalıqları...


26 ildir Azərbaycan Hava Yollarına rəhbərlik edən Cahangir Əsgərov məsuliyyətdən necə kənar tutulub?

Cahangir Əsgərov və xanımı Zərifə Həmzəyeva "İdeal" mağazalar şəbəkəsi necə ələ keçirib və şirkətin qurucusunu necə həbs etdirib?

Daha ətraflı aşağıdakı videoda:


AbzasMedia

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO