[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gəncə şəhər Abbas Səhhət adına xəstəxanadan NARAZILIQ - "Uşağım yaşasa da, əngəlli olacaq"

Ağdam rayon Güllücə kənd sakini Aytən Qurbanova qeysəriyyə üsulu ilə dünyaya gətirdiyi övladının vəziyyətinin ağır olmasında həkimləri günahkar bilir.

DİA.AZ bildirir ki, “Qafqazinfo”ya müraciət edən vətəndaşın sözlərinə görə, 7 ay boyunca normal hamiləlik keçirib. Müalicələrini Bərdə rayonunda alan anaya hamiləlik müddətində və son dopler müayinəsində doğuşun 11-18 yanvar arası baş tutacağı deyilsə də, Səbinə adlı həkim məsləhət görüb ki, qeysəriyyə əməliyyatını 29 dekabrda etdirsinlər: “Hamiləlik vaxtı nə məndə, nə də körpəmdə heç bir problem olmayıb. 27 dekabrda həkim müayinəsində oldum. Səbinə həkimi çox tərifləyirdilər. Yaxşı həkim olduğunu deyirdilər. Buna görə mən də istədim ki, əməliyyatımı o etsin. Səbinə xanım isə heç bir kağızıma baxmadan məndən 600 manat pul istədi. Biz bununla bağlı narazılığımızı bildirdik. Daha sonra bizi şöbə müdiri Şəhla adlı həkimin yanına göndərdi. Həmin həkim isə bayram tətilində Bakıda olacağını bildirirərək, əməliyyatı dekabrın 29-na təyin etdi. Bayrama qədər əməliyyatı planladılar və 29 dekabrda məni Gəncə şəhər Abbas Səhhət adına xəstəxanada əməliyyat etdilər”.

Aytən Qurbanova deyir ki, əməliyyatdan sonra uşağın atasına və nənəsinə bildirilib ki, körpənin ciyərləri açılmayıb, reanimasiyada kuvezə yerləşdiriblər: “Buna görə də nənədən 350 manat pul da alıblar. Ayın 2-nə qədər uşağı orada saxladılar. Bununla da daha ağır vəziyyətə gətiriblər. Dünən bildiriblər ki, “əlimizdən başqa heç nə gəlmir, hara istəyirsiz körpəni aparın”. Uşağı OMD-yə gətirdik. Ancaq baş həkimdən öyrəndik ki, sepsis olan körpənin vəziyyəti çox ağırdır, yaşasa belə, əngəlli olacaq”.

Şikayətçi onu da bildirir ki, həkimlər aldıqları 350 manat pulu da geri qaytarıblar.

Məsələ ilə bağlı Gəncə şəhər Abbas Səhət adına xəstəxanaya sorğu ünvanladıq. Xəstəxanadan sorğumuza belə cavab verildi: "Gəncə şəhər sakini Qurbanova Aytən Adil qızı 29.12.2022-ci il tarixində 38 həftəlik hamiləlik və uşaqlıqda ağır çapıq şikayətləri ilə Abbas Səhhət adına xəstəxananın Ginekologiya və doğum şöbəsinə müraciət edib. Həkim-ginekoloq Səbinə Quliyeva doğuşu sonlandırma zərurəti olduğundan (xəstəyə müvafiq hazırlıqlar görüldükdən sonra) hamilə qadın qeysəriyyə əməliyyatı olunub. 3 200 qr çəkisi olan uşaq dünyaya gəlib. Əməliyyat fəsadsız keçib. Uşağa bütün reanimasyon tədbirlər görülüb və o süni tənəffüs aparatına qoşulub. Müalicəsini davam etdirmək üçün körpəni Respublika Perinatal Mərkəzə təxliyyə olunması məsləhət görülüb. Lakin ailə uşağı Elmi-Tədqiqat Pediatriya İnstitutuna aparıb. Qeyd edək ki, bu qadının ikinci hamiləliyi olub".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sıradakı “Dərəçiçək” MTK-nın sahibi Rauf Əliyevdir? - Emil Səməndərovun buynuzunu qırdılar...


İki gün öncə Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən mediada yayılan xəbərdən bəlli oldu ki, çoxsaylı vətəndaş narazılığına səbəb olan “PROGRESS-2016” MTK-nın vəzifəli şəxsləri tərəfindən eyni mənzilin bir neçə şəxsə satılması faktlarına dair Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı davam etdirilir. İstintaq zamanı “PROGRESS-2016” MTK-nın direktoru Səməndərov Emil Tofiq oğlu tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Rəsulzadə küçəsində inşa olunan yaşayış binasındakı mənzillərin müxtəlif şəxslərə satılmasına baxmayaraq, qanunsuz gəlir əldə etmək məqsədilə digər şəxslərə saxta sənədlər əsasında yenidən satılmasına dair əsaslı şübhələr müəyyən edilib. Cinayət işi üzrə 26.12.2022-ci il tarixdə Səməndərov Emil Tofiq oğlu Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Biz bir media qurumu olaraq illərdir ki, Emil Səməndərovun əməlləri barədə yazırdıq və hüquq-mühafizə orqanlarından tələb edirdik ki, vətəndaşların problemlərini həll edin. Biz hətta çox çətinliklə Mənzil-Tikinti Kooperativləri ( MTK) ilə bağlı rəsmi sənədləri, alıcı və kooperativ münasibətləri, öhdəlikləri haqqında bildidklərimizi dərc edərək payçı olan vətəndaşlara öz hüquqlarını anlatmağa çalışırdıq. Sözün düzü, həmin sənədlər çox böyük həcmdə olduğu üçün yenidən dərc etməyə ehtiyac görmürük.
Sözün qısası, biz bir media orqanı olaraq Emil Səməndərovun barəsində dəfələrlə cinayət işi açılmasından ( Binəqədi, Sabunçu, Abşeron, Sumqayıt məhkəmələrində ) amma hər dəfə “sudan quru” çıxmasından bəhs etmişdik. Biz yazırdıq ki, MTK rəhbəri Emil Səməndərov 1200 vətəndaşa milyonlarla pul atıb, onlara mənzil verəcəyi ilə aldadıb, bir mənzili 4-5 adama satıb və daha nələr...
Təsəvvür edirsinz narazı vətəndaşlar Elmil Səməndərovdan öz haqlarını, evlərini, pullarını tələb edəndə, o insanlara oğru aləmi vasitəsilə hədə-qorxu gəlirdi. İndi görürsünüzmü, bu adam sivil dövləti saymır, sanki öz qanunları ilə hərəkət edirdi. Hələ bu harasıdır..?
Bu adam, narazı insanlara deyirdi ki, hara istəyirsiniz şikayət edin, 500 min manat verib məsələni həll etmişəm. Vallahi, bu dövlətə BUYNUZ göstərmək idi. Vətəndaşlar hətta Baş prokurorluğun binası qarşısında aksiya keçirirdi, amma nəticə yox idi. Yenə şükür ki, hüquq-mühafizə orqanları özündə güc taparaq Emil Səmənədərovu həbs edə bildilər. Amma bununla problem bitmir. Emil Səməndırov kimi MTK sahibləri Azərbaycanda bir deyil, iki deyil, beş deyil... Onlardan biri də “Dərəçiçək” MTK-dır.
Vətəndaş bizə müraciət edərək Yasamal rayonu, Şərifzadə küç., 571-ci məhəllə ev 33 ünvanında yerləşən “Dərəçiçək” MTK-a payçılarının başına açdığı oyunlardan şikayət edir. Şikayətçinin dediyindən bəlli olur ki, MTK yuxarıdakı ünvanda 2009-cu ildən bina tikməyə başlayıb. Və bizə müraciət edən vətəndaş həmin ünvanda mənzil almaq üçün müqavilə bağlayaraq 98 min ABŞ dolları və 80 min AZN pul keçirib. Vətəndaşın bizə təqdim etdiyi MALİYYƏ ARAYIŞINDAN görünür ki, pulun keçirilməsi ilə bağlı sənədi MTK-nın direktoru Əhmədov.S.R öz möhürü ilə təsdiq edib. Bəli, sənədlərdən görünür ki, vətəndaş binadan 3 otaqlı, sahəsi 133, 5 kv.m mənzil almaq üçün 93 min 450 manat pul keçirib. Yəni adi hesabdan da görünür ki, 93450: 133.5 təxminən 700 manat. Yəni 1 kv metr mənzil 700 manata satılır. Ancaq əslində bu binada mənzilin 1 kv.m 170 manata başa gəlir. Mənzil üçün MTK-nın direktoru Əhmədov.S.R-in verdiyi maliyyə arayışından bəlli olur ki, payçı pulunu tam köçürüb.
Bəs yaxşı 13 il əvvəl pulunu köçürmüş, əlində bütün sənədləri olan vətəndaş niyə qanuni mənzillərinə sahib ola bilmir..?
Bəlli olur ki, MTK rəhbərliyi mənzilləri başqa birinə satıb. Və vətəndaşa deyir ki, yeni bina tikəcəyik orada sizə mənzil verəcəm. Bəli, bu gün MTK-ların payçıları aldatması, bir mənzili bir neçə nəfərə satması az qala adi hal olub. Və ən dəhşətlisi odur ki, bəzi hüquq-mühafizə orqanları, məhkəmə hakimləri belə dələduz MTK rəhbərlərinə himayədarlıq edirlər.
Sözün düzü, araşdırma zamanı sənədlərə imza atan Əhmədov.S.R-in kimliyini müəyyən edə bilmədik. Amma şikayətçilərin adını çox çəkdiyi və MTK-ya faktiki rəhbərlik edən Rauf Əliyevlə bağlı bəzi məlumatları dəqiqləşdirə bildik. Rauf Əliyev vaxtilə “Qosstandart” deyilən qurumda rəhbər vəzifədə çalışıb. Və hazırda tikinti biznesi ilə məşğul olur. Rauf Əliyev təkcə bir mənzili bir neçə nəfərə satmaqla kifayətlənmir. Həm də satılan mənzillər təmirsiz olur, binada liftlər işləmir və s. Binanın qaz, su xətləri işləmir, sakinlər özləri kommunal xətləri çəkiblər. “Dərəçiçək” MTK şirkətinin rəhbəri Rauf Əliyev hər dəfə problemlərin yaxın zamanda həll olunacağını desə də, illərdir bir irəliləyiş yoxdur.
Sözün qısası, biz vətəndaşların başına oyun açan iki cinayətkar MTK rəhbərindən bəhs etdik. Birini həbs elədilər.
Ümid edirik ki, hüquq-mühafizə orqanları yaxın zamanda “Dərəçiçək” MTK-nın sahibi Rauf Əliyevi də həbs edəcək. //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Adil Kərimli Kürdəmirə ƏL GƏZİDƏRƏCƏKMİ? - Üzü qara mədəniyyətimiz...


Mədəniyyət sahəsi cəmiyyət üçün çox vacib sferalardan biridir. Sovetlərin dağılma ərəfəsində Azərbaycanda bir “bambılı” ləqəbli birinci katib var idi, Əbdürrəhman Vəzirov. Onun vaxtında, yəni 1988-ci ildə Vəzirov Mədəniyyət nazirliyinə Polad Bülbüloğlunu nazir təyin etdi. Yeri gəlmişkən, Polad Bülbüloğlu bunu gizlətmək üçün öz tərcümeyi-halında yazır ki, guya 1991-ci ildən nazir olub.
Sözün qısası, Vəzirovun, sonra prezident Ayaz Mütəllibovun, daha sonra prezident Elçibəyin sevimlisi olan mədəniyyət naziri Polad Bülbüloğlu düz 2006-cı ilə kimi nazir oldu. Onun vaxtında muzeylərdən nələr satıldı, bunu gələcəkdə araşdıracaqlar. Buna vaxt ayırmaq istəmirik. Nəhayət 2006-cı ildə Əbülfəz Qarayev mədəniyyət naziri təyin olundu. Və 2020-ci ilin may ayının 21-dək mədəniyyət naziri oldu. Onun dövründə bütün kitabxanalar dönərxanalara, gözəllik salonlarına çevrildi, kinoteatrların binası söküldü, yerində uca binalar tikildi, korrupsiya dəhşətli həddə çatdı. Nəhayət 2020-ci ildə Əbülfəz Qarayevin müavinləri, departament rəhbərləri həbs olundu. Onlar məhkəmədə açıq şəkildə bildirdilər ki, biz musiqi məktəblərindən və digər mədəniyyət obyektlərindən aldığımız pulları nazir Əbülfəz Qarayevə verirdik. Bütün bunlara baxmayaraq müavinləri və departament rəhbərləri həbs olunsa da Əbülfəz Qarayev həbsdən canın qurtara bildi. Və onu 2020-ci ildə nazir Anar Kərimov əvəz elədi. Hamı düşünürdü ki, Əbülfəz Qarayevin biabırçı əməllərindən sonra yeni nazir Anar Kərimov çalışar ki, cənab Prezident İlham Əliyevin etimadını doğrultsun.
Təəssüf ki, Anar Kərimov öz sələflərindən də biabırçı işlədi, hətta 2 il də vəzifə də qala bilmədi. Onun dövründə hətta Kukla Teatrı da korrupsiya və rüşvətə görə ittiham olundu. Təsəvvür edirsiniz, təzə nazir 40 gün də normal işləyə bilmədi. Belə biabırçı nazirin sevimli kadrlarından biri də Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlıdır. Bu yazıda onun cinayət əməllərindən bəhs etmək istəyirik.
Belə ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Elman Məmmədov vəzifədən azad ediləndə hamı düşündü ki, regionun mədəniyyət sferasında ciddi müsbət dəyişikliklər olacaq. Amma bütün camaat deyir ki, Allah Elman müəllimin ölənlərinə rəhmət eləsin.
Məlumat üçün qeyd edək ki, cənab sabiq nazir Anar Kərimovun əmri ilə Faiq Elman oğlu Xudanlı Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin olunub. Onu da qeyd edək ki, Kürdəmir Regional Mədəniyyət İdarəsi İmişli, Beyləqan, Xocavənd və Füzuli rayonlarını əhatə edir. Təsəvvür edirsiniz bu qədər ərazidəki musiqi məktəblərinə nəzarəti Kürdəmir Uşaq İncəsənət Musiqi məktəbinin müdiri Qəndab Zülfüqarova edir. Adama deyərlər ki, kimdir bu qadın..? Məlumat üçün qeyd edək ki, Qəndab Zülfüqarova Faiq Xudanlının müavini Vaqif Alıyevin “çox yaxın” adamıdır. Daxil olan məlumatlardan bəlli olur ki, məhz Vaqif Alıyevin dəstəyi ilə Qəndab Zülfüqarova musiqi məktəblərində işləyən müəllimlərin dərs saatlarını artıraraq hər ay külli miqdarda pul toplayaraq Faiq Xudanlıya çatdırır. Yeri gəlmişkən, Faiq Xudanlı xeyli müddət Mədəniyyət Nazirliyinin Katibliyində çalışıb. Və Kürdəmir Regional Mədəniyyət İdarəsinə rəsi təyin olunan kimi 2 məktəb direktorunu vəzifəsindən uzaqlaşdırıb.
Təsəvvür edirsiniz, təzə məktəb direktorları nazirlik tərəfindən təsdiq olunmayıb, amma direktor vəzifələrini icra edirlər. Bəli, Faiq Xudanlı özünün Füzuli rayonu üzrə nümayəndəsi Elşad Cəfərovun əli ilə Füzuli rayon 3 nömrəli uşaq musiqi məktəbinin direktorunu da işdən azad edərək yerinə Əhmədova Lamiyə Fəxrəddin qızını direktor təyin edib.
Bundan başqa Faiq Xudanlı Füzuli rayonunun Aybasanlı kənd uşaq musiqi məktəbinin direktorunu da heç bir əsas olmadan işdən azad edərək direktor vəzifəsinə orta ixtisaslı Anar Əliyevi təyin edib. Yəni Faiq Xudanlı musiqi təhsili olan şəxsləri direktor vəzifəsindən azad edərək, onların yerinə, ümumiyyətlə, musiqi təhsili olmayan şəxsləri təyin edib. Faiq Xudanlının 3 nömrəli uşaq musiqi məktəbinə direktor təyin etdiyi Lamiyə Əhmədova az vaxtda musiqi təhsili olmayan şəxsləri musiqi məktəbinə işə götürüb. Məktəbdə dərs saatları ilə bağlı ciddi narazılıq yaranıb. Təsəvvür edirsiniz başqa müsiqi məktəbində dərs deyən şəxs digər musiqi məktəbində direktordur. Axı, əsasnaməyə görə, 32 saat dərs yükü olan müəllim həftənin 6 gününü mütləq məktəbdə olmalıdıır. Həm də nəzərə almaq lazımdır ki, məktəbin biri Xətai rayonunda, o biri isə Qaradağ rayonunun Qobu qəsəbəsində yerləşir.
Bəli, Faiq Xudanlının direktor təyin etdiyi Anar Əliyev Xətai rayonu ilə Qaradağ rayonu arasında qalıb. Bəli, Lamiyə Əhmədovanın Faiq Xudanlının yanında sözü o qədər ötkəmdir ki.... Hətta Lamiyə Faiq Xudanlıya əmr formasında deyib ki, məni Mehdiabaddakı Musiqi məktəbinə direktor təyin elə.... Və Faiq Xudanlı həmin gün Lamiyəni Mehdiabaddakı Musiqi Məktəbinə direktor təyin edib. İndi isə gəlin Faiq Xudanlının “siyasi keçmişinə” nəzər salaq. Bəli, Faiq Xudanlı keçmiş müsavatçı olub, hətta 2003-cü ildə Prezident seçkilərində İsa Qəmbərin seçilməsi üçün şəhərdə stabilliyi pozmağa çalışanlardan biri olub. Amma uğursuzluğu görən kimi, Yeni Azərbaycan Partiyasına daxil olaraq özünə karyera qurmağa başlayıb. Faiq Xudanlının özünün dediyinə görə, sabiq nazir Anar Kərimovun həyat yoldaşı ilə onun həyat yoldaşı bir məktəbdə oxuyublar, rəfiqə olublar…
Sözün qısası, bu gün də Faiq Xudanlı musiqi məktəblərinin direktorlarını məcbur edir ki, könüllü ərizə yazıb işdən çıxsınlar. Məqsəd boş qalan direktor yerlərini “satışa çıxarmaqdır”. Bütün bunlardan sonra bizi bir sual düşndürür: Faiq Xudanlının “ağası” sabiq nazir Anar Kərimov biabırçı şəkildə vəzifəsindən qovuldu.
Görəsən, Prezidentin sərəncamı ilə mədəniyyət nazirinin 1-ci müavini təyin edilən və nazir vəzifəsini icra edən Adil Kərimli sabiq nazirin dostu Faiq Xudanlının cinayət əməlləri barədə nə düşünür..?
Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq. //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Charlie Hebdo” Xameneinin karikaturalarını dərc etdi - Səfir XİN-ə çağırıldı


Fransanın Tehrandakı səfiri Nikolya Roş İran XİN-ə çağırılıb.

“Qafqazinfo” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran XİN-in rəsmi nümayəndəsi Nasser Kanani bildirib.

Məlumata görə, buna səbəb Fransanın “Charlie Hebdo” satirik jurnalında İranın milli və dini dəyərlərini təhqir edən karikaturaların nəşr edilməsi olub.

Belə ki, məşhur jurnal İranın Ali Rəhbəri Əli Xameneini ələ salan karikaturalardan ibarət xüsusi buraxılış dərc edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qadınların qorxulu yuxusu sağalmaz xəstəliklərin müdafiəçisi imiş


Alimlər müəyyən ediblər ki, qadınların qorxulu yuxusu sayılan selülit əslində bir sıra xəstəliklərdən qoruyur.

Alimlərin bununla bağlı tədqiqatları “Diabetes” jurnalında dərc olunub.

Corciyadan (ABŞ) olan tədqiqatçılar qəsdən kökəlməyi tövsiyə etmirlər, lakin onların sözlərinə görə, omba ətrafında toplanan piy insult və demensiyanın qarşısını alır. Bundan başqa, alimlər selülitə səbəb olan dərialtı yağın iltihabla əlaqəli xəstəliklərə qarşı qorunma təmin etdiyini müəyyən ediblər.

Xatırladaq ki, alimlər ürək-damar xəstəliyi riskinin bədənin quruluşundan asılı olduğunu bildiriblər. Həkimlərin sözlərinə görə piyin qarın nahiyəsində yığılması ürək-damar xəstəlikləri üçün ən mühüm risk faktoru kimi tanınır. Bu hətta 35-45 yaş arası insanlar üçün ölümcül ola bilər.

Mənbə: Fokus

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO