Gəncə şəhər Abbas Səhhət adına xəstəxanadan NARAZILIQ - "Uşağım yaşasa da, əngəlli olacaq"

10:30 5.01.2023 95
Gəncə şəhər Abbas Səhhət adına xəstəxanadan NARAZILIQ - "Uşağım yaşasa da, əngəlli olacaq"

Ağdam rayon Güllücə kənd sakini Aytən Qurbanova qeysəriyyə üsulu ilə dünyaya gətirdiyi övladının vəziyyətinin ağır olmasında həkimləri günahkar bilir.

Zamantv.az bildirir ki, “Qafqazinfo”ya müraciət edən vətəndaşın sözlərinə görə, 7 ay boyunca normal hamiləlik keçirib. Müalicələrini Bərdə rayonunda alan anaya hamiləlik müddətində və son dopler müayinəsində doğuşun 11-18 yanvar arası baş tutacağı deyilsə də, Səbinə adlı həkim məsləhət görüb ki, qeysəriyyə əməliyyatını 29 dekabrda etdirsinlər: “Hamiləlik vaxtı nə məndə, nə də körpəmdə heç bir problem olmayıb. 27 dekabrda həkim müayinəsində oldum. Səbinə həkimi çox tərifləyirdilər. Yaxşı həkim olduğunu deyirdilər. Buna görə mən də istədim ki, əməliyyatımı o etsin. Səbinə xanım isə heç bir kağızıma baxmadan məndən 600 manat pul istədi. Biz bununla bağlı narazılığımızı bildirdik. Daha sonra bizi şöbə müdiri Şəhla adlı həkimin yanına göndərdi. Həmin həkim isə bayram tətilində Bakıda olacağını bildirirərək, əməliyyatı dekabrın 29-na təyin etdi. Bayrama qədər əməliyyatı planladılar və 29 dekabrda məni Gəncə şəhər Abbas Səhhət adına xəstəxanada əməliyyat etdilər”.

Aytən Qurbanova deyir ki, əməliyyatdan sonra uşağın atasına və nənəsinə bildirilib ki, körpənin ciyərləri açılmayıb, reanimasiyada kuvezə yerləşdiriblər: “Buna görə də nənədən 350 manat pul da alıblar. Ayın 2-nə qədər uşağı orada saxladılar. Bununla da daha ağır vəziyyətə gətiriblər. Dünən bildiriblər ki, “əlimizdən başqa heç nə gəlmir, hara istəyirsiz körpəni aparın”. Uşağı OMD-yə gətirdik. Ancaq baş həkimdən öyrəndik ki, sepsis olan körpənin vəziyyəti çox ağırdır, yaşasa belə, əngəlli olacaq”.

Şikayətçi onu da bildirir ki, həkimlər aldıqları 350 manat pulu da geri qaytarıblar.

Məsələ ilə bağlı Gəncə şəhər Abbas Səhət adına xəstəxanaya sorğu ünvanladıq. Xəstəxanadan sorğumuza belə cavab verildi: "Gəncə şəhər sakini Qurbanova Aytən Adil qızı 29.12.2022-ci il tarixində 38 həftəlik hamiləlik və uşaqlıqda ağır çapıq şikayətləri ilə Abbas Səhhət adına xəstəxananın Ginekologiya və doğum şöbəsinə müraciət edib. Həkim-ginekoloq Səbinə Quliyeva doğuşu sonlandırma zərurəti olduğundan (xəstəyə müvafiq hazırlıqlar görüldükdən sonra) hamilə qadın qeysəriyyə əməliyyatı olunub. 3 200 qr çəkisi olan uşaq dünyaya gəlib. Əməliyyat fəsadsız keçib. Uşağa bütün reanimasyon tədbirlər görülüb və o süni tənəffüs aparatına qoşulub. Müalicəsini davam etdirmək üçün körpəni Respublika Perinatal Mərkəzə təxliyyə olunması məsləhət görülüb. Lakin ailə uşağı Elmi-Tədqiqat Pediatriya İnstitutuna aparıb. Qeyd edək ki, bu qadının ikinci hamiləliyi olub".
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO