[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
MƏTBUAT ŞURASININ TANINMIŞ ÜZVÜ “MİSLİ”Nİ YIXIB-SÜRÜDÜ – FOTO

Mətbuat Şurasını idarə heyətinin üzvü Fərid Pərdəşünas “Misli” qumarının biabırçılığından danışıb.

Tribunainfo.az xəbər verir ki, o, xüsusilə idman kanallarında “Misli”nin həddən artıq reklam edilməsini biabırşılıq adlandırıb:

“Başa düşürəm, kanallar reklamdan pul qazanır, amma gambling reklamları bu qədər vaxt almalı deyil efirdə. Nəzərə almaq lazımdır ki, bu vərdişə çevrilən və aslılıq yaradan növdəndir. Ümumiyyətlə, CBC Sport barəsində kəskin bir tənqidim var ki, bu kanalın adı dəyişib, Misli TV olmalıdır. Adamlar az qala ekrandakı hər pikseli “Misli”yə satıb. Az qalır aparıcı və şərhçilərin adlarını da dəyişib “Misli” etsinlər”.

F.Pərdəşünas bildirib ki, Dünya Çempionatının fasilələrində “Misli” ekrandan çıxmır:
MƏTBUAT ŞURASININ TANINMIŞ ÜZVÜ “MİSLİ”Nİ YIXIB-SÜRÜDÜ – FOTO

“Bu artıq reklamlıqdan çıxıb, birbaşa çağırışdır, insanları yönəltmədir. Bu hal reklam haqqında qanunvericiliklə tənzimlənməlidir. Gambling reklamları müəyyən reklam vaxtı əldə etməlidir. Əlavə olaraq insanları varlarlandıran, həyatlarını xilas edən, uğur hekayələri kimi reklam tərkibinə icazə verilməli deyil”.


Tribunainfo.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kənddəki pula tamarzı, şəhərdəki məhsula: Aqrar sektor sürünür - NƏ ETMƏLİ?


Yola salmaq üzrə olduğumuz 2022-ci il yüksək inflyasiya və bahalaşma ilə yadda qaldı. Təqaüdçülər üçün əsas artım hər rübdə verilən 50 manat, üstəlik 3 faizlik indeksasiya, muzdla çalışanlar üçün isə 15-20 manat maaş artımından o tərəfə keçmədi. Müstəqil ekspertlər ilboyu bahalaşmanın 45-50 faiz civarında olduğunu, inflyasiyanın 20 faizi keçdiyini bildirirlər. Qiymət artımlarını dünyada gedən iqtisadi böhranla əlaqələndirənlər olsa da, əsas səbəbin inhisarçılıq və məmur oliqarxiyası olduğunu bildirənlər də var.

Paytaxtda meyvə-tərəvəz məhsullarının qiymətləri baha olsa da, regionlarda fermerlər məhsulları dəyər-dəyməzinə satışa çıxarırlar. Bəzən isə onlar əkib-becərdikləri məhsullar üçün müştəri tapa bilmirlər və ərsəyə gətirdikləri məhsullar xarab olur.

AYNA kənd təsərrüfatı sektorunda yaşanan problemlər, sahələrdə çürüyən məhsullar və fermerlərin üzləşdikləri problemlərə işıq tutmağa çalışıb.

Paytaxtın “Meyvəli bazarı”nda çalışan satıcı İlqar Babayevin sözlərinə görə, bu bazarda qiymətlər nisbətən ucuzdur: “Bunun da əsas səbəbi ticarətçilərin topdansatış qiymətinə məhsulları bu bazardan alması ilə bağlıdır. Hətta parakəndə qiymətləri də ucuzdur. Ötən illə müqayisədə bu il alver çox aşağıdır. Hətta pandemiya dövründə də satışlar bundan yüksək idi. Yeni il qabağı satışların artacağı gözlənilir. Lakin yanvar və fevral aylarında alver o qədər zəif olur ki, nəticədə ciddi zərərə məruz qalırıq. Dekabr ayının əvvəli bu qədər zəif satış varsa, gör yanvar-fevralda bizi nələr gözləyir”.

Bakının “Yaşıl bazar”ından meyvə alan Ruslan Ağayev bildirir ki, qabaqlar həftədə bir dəfə meyvə bazarlığı edirdisə, artıq ayda iki dəfə bazarlıq edə bilir: “Kartof, soğan və göyərtini çıxmaqla, digər meyvə və tərəvəz məhsullarını az istehlak edirik. Çünki bütün ailəyə mən baxıram. Necə çatdırım? Körpə uşaqlar böyüdürəm. Onlar vitamin qəbul etməlidirlər ki, sağlam böyüsünlər. Əks halda dava-dərmana pul xərcləməli oluruq. Mövsümi meyvə və tərəvəzləri ala bilmirik. Ancaq gücümüz çatır ki, evdəkilər heç olmasa hər meyvənin dadına bir dəfə də olsa, baxa bilsinlər”.

DİA.AZ-ın məlumatına görə, vəziyyəti AYNA-ya müsahibəsində dəyərləndirən “Agromix” şirkətinin təsisçisi, aqrar sahə üzrə ekspert Gülpəri Bayramova əvvəla meyvə-tərəvəzin saxlanması məsələsinə diqqət çəkib:

- Tədarük olunan bəzi kənd məhsulları var ki, onlar xüsusi saxlanma şəraiti tələb edir. Bu səbəbdən müasir tələblərə cavab verən saxlanc yerləri olmalıdır. Çox təəssüf ki, Azərbaycanda kənd təsərrüfatı məhsullarının saxlanması üçün müasir şərait yoxdur. Ən böyük ixrac ölkələrinə nəzər yetirsək, görərik ki, onlar əsas diqqəti məhz bu sahənin inkişafına yönəldirlər. Elə uzağa getməyək, Türkiyə və İranda kənd təsərrüfatı məhsulları “Smart-5” tipli soyuducularda saxlanılır. Bu soyuducu anbarlar məhsulu yetişdiyi dövrdə daha ucuz qiymətə alaraq, sonradan müvafiq əlçatan qiymətlərlə satışına şərait yaradır. Bu, həm bazarda bolluğun yaranmasına şərait yaradır, həm də məhsulların xarab olmasının və sahibkarların zərərə uğramasının qarşısını alır.

Dünyada baş verən müharibələr və sanksiyalar fonunda ərzaq təhlükəsizliyi və təminatı, habelə aqrar sektorun inkişafı baxımından Azərbaycanın da “Smart-5” tipli soyuducu anbarlarla təhciz olunmasına ciddi ehtiyac var. Əgər bu gün Azərbaycanda yetərli səviyyədə “Smart-5” tipli soyuducu anbarları olsaydı, fermerlərin məhsulları xarab olmazdı. Və istehlakçılar olaraq daha sağlam və orqanik məhsullar istehlak edərdik.

Birmənalı şəkildə söyləmək olar ki, məhsulun istehsalı ilə yanaşı, onun satışı da vacib məqamdır və bunu diqqətdən kənarda qoymaq olmaz. Bu baxımdan ərzaq təminatı üçün müvafiq satış nöqtələrinin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Nəzərə almaq lazımdır ki, hər bir əkinçinin satış nöqtəsi və məhsulu realizə etmək imkanı yoxdur. Beynəlxalq təcrübəyə istinad etsək, görərik ki, bu məhsulları hökumət alır və saxlanma anbarlarında qoruyur. Bundan sonra isə məhsulun satışını təmin edilməlidir.

O cümlədən regionlarda satış mərkəzləri və məhsulların qablaşdırılması mərkəzləri qurulmalıdır. Çünki yerli fermerlər bir çox hallarda məhsulların qablaşdırılma və çeşidlənməsində çətinlik çəkirlər. Misal üçün, kiloqramı 45 qəpiyə olan kartofu əkinçi də satır, Pakistandan, Türkiyədən, İrandan və Gürcüstandan da idxal olunur. Yerli istehsalı artırmaq üçün aqrar sektor üzrə idxala tətbiq olunan rüsumlar artırılmalıdır. Məhz bütün bunların nəticəsidir ki, mövsüm bitdikdən sonra 1 manata kartof istehlak edə bilmirik.

- “Smart” tipli soyuducu anbar barədə danışdınız. Bu soyutma anbarlarının əsas üstünlükləri nədir?

- Məlumdur ki, mövsümi dövrlərdə bir çox meyvələr daha ucuz qiymətə bazara təklif olunur. Fermerlər böyük çətinliklə bu məhsulları ərsəyə gətirsələr də, satışı zamanı ciddi problemlərlə üzləşirlər. Məsələn, nar, xurma və digər meyvələr - hansı ki, onların istehlak olunması orqanizm üçün çox faydalıdır, bu məhsulları mövsüm dövründə 50 qəpiyə də əldə edə bilirik. Bəzən də elə olur ki, satış nöqtələrindən bu məhsullar zibilliklərə atılır. Fermerlərin müvafiq saxlama şəraiti yoxdur və bu səbəbdən istehlakçılar olaraq bizlər bu məhuslları qış aylarında olduqca baha qiymətə əldə edirik. Bəzən bu məhsulların qiyməti 5 manata qədər yüksəlir. “Smart” tiplu soyuducu anbarlar isə aqrar məhsulları qoruyub saxlamağa şərait yaradır. Nəticədə həm vitaminlərlə zəngin məhsulları əldə edirik, həm fermerləri zərərə uğramaqdan xilas edirik, həm də bazarda bolluğun yaranmasına şərait yaratmış oluruq. Müqayisə aparsaq, görərik ki, məhsulların xarab olması və qış aylarında artan qiymətlər fonunda “Smart” tipli soyuducu anbarları ilə təchizat daha ucuz başa gəlir.

- Fermerlərin maariflənmə səviyyəsi ilə bağlı da müxtəlif fikirlərə rast gəlirik. Bunun üçün hansı addımlar atılmalıdır?

- Fermerin aqrar-texniki bacarıqları və vəsaitləri olsa da, satış prosesində iştirak etməməsi bir çox problemlərə meydan açır. Qədimdən bəri toxumu yerə səpərkən “Allah bazar versin” deyimi də məhz bundan qaynaqlanır. Bir daha söyləmək istəyirəm ki, aqrar sektoru inkişaf etdirmək üçün fermerlərin satış imkanları artırılmalıdır. Təbii ki, əkinçilərin maariflənmə səviyyəsini yüksəldilməsi, onlara təlimlərin keçirilməsi də vacib məqamlardandır.

Digər yandan kənd təsərrüfatı məhsullarının istehsalını təşviq etmək üçün müəyyən addımlar atılmaldıır. Bu əsnada regionların fərdiləşdirilməsi xüsusi yer tutur. Misal üçün, Tovuzda kartof əkilirsə, Cəlilabadda, Lənkəranda, Saatlıda bu, əlverişli olmayacaq. Saatlı və Sabirabad pambıqçılığın əsas vətənidir və bu baxımdan orada əsas diqqət bu sahələrə yönəldilməlidir. Yəni, biz durub Şəmkirdə və Qubada pambıq əkəsi deyilik ki?! Sitrus meyvələri üzrə Lənkəran, pomidor və xiyar məhsulları üzrə Bakı və Şəmkir, xurma Göyçay və Zaqatala - bölgülər buna uyğun aparılmalıdır. Bu, həm regionlarda məşğulluğun artırılmasına, həm də keyfiyyətli məhsulların ərsəyə gəlməsinə gətirib çıxaracaq. Bu xüsuda həmin bölgələri idarə etmək üçün aqrar mərkəzlər təsis olunmalı, həmin mərkəzlər saxlanma, qablaşdırma və çeşidlənmə avadanlıqları ilə təmin edilməlidir. Ərzaq təminatı yaratmağı, ixracı artırmağı və kədlilərin məşğulluğunun artırılmasını hədəfləyiriksə, bu addımların atılması mütləqdir. AYNA
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gəncədə 2 saylı təcridxanada MƏHBUS CANINA QIYDI... - ORADA NƏ BAŞ VERİR?


Gəncədə istintaq təcridxanasında intihar hadisəsi baş verib.

DİA.AZ bildirir ki, hadisə Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında qeydə alınıb. Orada saxlanılan məhkum, Tovuz rayon sakini Əhmədov Mehdi Maksim oğlu damarını şüşə ilə kəsərək özünü öldürüb.

Faktla bağlı araşdırma başlanılıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətindən APA-ya faktı təsdiq ediblər. Araşdırma aparılır.

DİA.AZ qeyd edir ki, Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasının rəhbərliyi ilə bağlı yerli KİV-də yetərincə ittihamlar var. Hər halda, bu intihar faktının dərindən araşdırılması zərurəti mövcuddur. Ən azından rəhbərliyinin özbaşınalığı buna səbəb yaradır...

Son olaraq isə Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasındakı natəmizlikdən yazı təqdim etmişdik:

Gəncə Şəhər 2 saylı İstintaq Təcridxanası XƏSTƏLİK MƏNBƏYİDİR - VİDEOFAKT

My Webpage

DİA.AZ
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Cavid Qurbanovun TƏHLÜKƏLİ HİCRANI... - İTTİHAM VAR!



“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti adlı qurumda narazlıq bitib-tükənmək bilmir. Cavid Qurbanovun bu quruma rəhbərlik etdiyi dönəmdə demək olar ki, sözügedən qurum bataqlığa çevrilmişdir. İşçilərin narazlığının pik həddi, uğursuz kadrların vəzifəyə təyinat alması, maliyyə vastələrinin aidiyyatı üzrə xərclənməməsi və digər bu kimi faktlar yerli KİV-də kifayət qədər ictimailəşib. Bu qurumda prezidentin sərəncamı ilə rəhbərlik dəyişikliyi müəyyən ümidlər yaradıb. Amma cumhuriyyet.az-a daxil olan məlumata görə köhnədən qalan kadrlar yenə də öz işindədir. Mənbənin bildirdiyinə görə, sözügedən qurumda ciddi şəkildə təşkilatlanmış qrup var ki, bu qrupun ən təhlükəli tərəfi FETÖ bağlantısıdır. Bu çetenin başında isə

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində 15 ilə yaxındır ki, həyata keçirilən maxinasiyaları idarə edən Hicran Valehov dayanıb. Hicran Valehov uzun illərdir ki, köhnə vaqonların təzə adı ilə silinib büdcədən milyonların mənimsənilməsi, ezamiyyət xərclərinin şişirdilib ələ keçiriiməsi və digər maxinasiyaları həyata keçirib. Mənbənincumhuriyyet.az-abildirdiyinəgörə, H.Valehovun qurumdaxili siyasətinin əsas icraçısını isə kadrlar şöbəsinin rəhbəri Tural Məmmədov həyata keçirir. Məhz Qafqaz Universitetində məlum şəbəkənin himayəsi ilə yetişən T.Məmmədovun nəzarəti altında bu gün kadr siyasətində peşəkarlıq deyil, məlum çeteyə bağlılıq əsas götürülür. Ən faciəli durum isə dövlət büdcəsinin eyni qrupun şirkətlərinə sərf edilməsini təmin edir.

Növbəti yazımızda:

– Azərbaycan Dəmir Yolları idarəsində adamlarını yerləşdirən FETO-çu kimdir?

– FETO öz kadrların quruma necə yerləşdirib?

– FETO-ya bağlı şirkətlər necə tender qazanıb? //cumhuriyyet.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
" "France24"ün Araiklə müsahibəsi separatizmi təbliğ edir" - Leyla Abdullayeva

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva “France-24” telekanalının Qarabağdakı erməni separatçılarının tör-töküntülərinin “rəhbəri” Araik Arutyunyandan müsahibə götürməsinə münasibət bildirib.

Diplomat "Twitter"də yazıb ki, dünyanın tanımadığı qeyri-qanuni qurumun nümayəndəsinin müsahibəsinin “France-24" tərəfindən yayımı separatizmin təbliğinə təkan verir.

“Bu, eyni zamanda, Azərbaycan dövlətinin suverenliyini və ərazi bütövlüyünü pozur, gərginliyi artıraraq sülh səylərinə zərbə vurur”, - L.Abdullayeva bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Quba Rayon Mərkəzi Xəstəxanasının PHŞ direktoru ilə bağlı araşdırmalara başlandı


Quba Rayon Mərkəzi Xəstəxanasının PHŞ direktoru Sərvərov Əliyar Ənvər oğlunun qanunsuz hərəkətləri barədə 2021-ci ilin sentyabr ayında Quba Rayon Prokurorluğuna daxil olan ərizələrə əsasən araşdırmalara başlanılıb. Əsaslı faktlar olduğuna görə müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması təşkil olunub. 4 aya qədər davam edən yoxlama nəticəsində rəsmi olaraq 1,6 milyon manatdan yuxarı mənimsəmə faktı ortaya çıxıb.

Mənimsəmə külli miqdarda olduğuna görə iş, 18 aprel 2022-ci ildə Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib. Lakin cinayət işinin açılması və ya işin gedişatı barədə mətbuatda və ya Baş Prokurorluğun rəsmi internet səhifəsində heç bir məlumata rast gəlinmir.

Məlumat almaq üçün rəsmi və şifahi müraciət olunsa da, cavab almaq mümkün deyil. Əliyar Sərvərovu Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev və rayonun digər yuxarı dövlət təşkilatlarının vəzifəli şəxsləri tərəfindən müdafiə olunması bu işin aşkara çıxmasına mane olur.

İşin ümumi gedişatından bəlli olur ki,1,6 milyonluq yeyintini Əliyar Səfərov, Quba Rayon İcra Hakimiyyəti ilə əlbir olaraq birlikdə mənimsədikləri görünür.

Qanunla.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zərdabda bu məmur ÖZBAŞINA QALIB... - BUNUN BAŞQA ADI YOXDUR...


2020-2022-ci illərin ən çox giley, şikayət ünvanı təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və "Melorasiya və Su təsərrüfatı" ASC-dir.
Son iki ildə su problemi qardaşı qardaşa, balanı ataya, qonşunu qonşuya düşmən edir. Hər il əkin-biçin vaxtı gələndə fermerlər bir-birinə qarşı "üsyan"a qalxır ki, bunun da tək səbəbi su azlığı olur. Rayonlardakı Suvarma sistemləri İdarələrinin müdirləri isə həmin camaatın biri-birinə düşmən olduğu zamanda əməllicə "pul qatlayırlar". Yəni, suyu fermerlərə pul ilə satırlar.

Respublikanın bütün rayonlarında sakinlər Suvarma Sistemləri İdarələrinin rəhbərindən narazıdırlar.

Dəfələrlə bu barədə sakinlər özləri "DogruXeber.az"a müraciət edib, hətta bir neçə dəfə "Kanal14" YouTube kanalımızda yayımlanan "Kamalın zamanı" proqramı ilə canlı bağlantı yaradaraq, yerli Suvarma Sistemləri İdarələrindən gileyləniblər. Yəqin ki, Xaçmaz rayon Çılğır kənd sakini, İmişli rayon sakini, Şamaxı rayon Çıraqçı kənd sakinləri, Tərtər rayon Əsgipara kənd sakinləri, həmçinin Şəmkir rayon sakinlərinin su problemi barəsində narazılıqlarını "Kanal14" YouTube kanalımızda izləmisiniz.

Belə su probleminin yaşandığı bölgələrimizdən biri də Zərdab rayonudur. Zərdab rayonunun bir qrup sakinlərinin "DogruXeber.az"a verdiyi məlumata görə Suvarma Sistemləri idarəsinin müdiri Əhliman Kərimov işlədiyi idarədə saxtakarlıqla məşğuldur.

Sakinlər tərəfindən redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, "Zərdab rayon Suvarma Sistemləri İdarəsində müəyyən insanlar var ki, rəsmi şəkildə adı işdə gedir, ancaq özləri idarənin yolunu belə tanımırlar. İdarədə rəsmi adı işdə gedən və özü Bakıda yaşayan işçilər var.

Əlibəyli kəndində uzun illərdir işləməyən su nasosuna dizel yanacağı yazılır, ancaq yanacaq müəyyən yerlərdə satılaraq, pulu idarə müdiri Əhliman Kərimovun cibinə girir.
Bu bir çox kəndlərdə belədir.

Mart ayında təqaüdə çıxmış işçini hələ də qeyri-qanuni işlədir və ona öz cibindən əmək haqqı verir (çünki, həmin şəxs pul yığmağın yollarını yaxşı bilir). Əhliman Kərimovun əmək haqqısı nə qədərdir ki, qeyri-qanuni işlətdiyi işçinin əmək haqqını öz cibindən verir?!

Bu dövriyyədə olan kirli pullardır ki, idarə müdiri rahatlıqla sağa-sola xərcləyir. Əmək məcəlləsində belə bir qanunun olmadığı halda, Suvarma Sistemləri İdarəsində belə saxtakarlığa yol verilir.

Əhliman Kərimovun saxtakarlığı bunlarla da bitmir.
Rəsmi olaraq təxminən 400 nəfər işçisi olan bu idarənin yarsından çoxu işə çıxmadığı halda, onlara əmək haqqı yazılır ki, bu da dövlət büdcəsinə qəsdən ziyan vurmaqdıru.
Aidiyyatı qurumlar tabelə atılan imzaları incələsələr bütün saxtakarlıqlar üzə cıxacaq.

Çox güman ki, həmin əmək haqqı alanların pulunun yarısı (ya da hamısı) Əhliman Kərimovun cibinə gedir.

Zərdab rayonunda Əhliman Kərimovun rəhbərlik etdiyi idarəni "dizel yanacaq doldurma məntəqəsi" kimi tanıyırlar.

İdarənin həyətində yararsız texnikalara hər gün dizel yanacağı yazılır və idarə müdiri tərəfindən mənimsələnir. O, son 2 ildə təqaüdə çıxmış işçilərin yerinə övladlarının adını rəsmiləşdirir.

İdarənin işlək texnikaları kommersiya məqsədilə Əhliman Kərimovun göstərişi əsasında işlədilir, alınan pullar isə Əhliman Kərimovun cibinə girir.

Suvarma Sistemləri İdarəsinə yoxlama gələndə Əhliman Kərimovun göstərişi ilə rayonda fəaliyyət göstərən tikinti materialları mağazalarından tikinti materialları gətirilir, yoxlama getdikdən sonra həmin materiallar mağazaya qaytarılır.

Üç kəndin əkin sahəsinə gedən su kanalınin içi torpaq və yabanı bitkilərlə dolduğundan kanala gedən su əkin sahələrinə getmir. Nəticədə kanal daşıb, kəndin yollarını basır.

Dəfələrlə "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Zaur Mikayılova şikayət etməyimizə baxmayaraq, hələ də problem olduğu kimi qalmaqdadır.

Ümumiyyətlə, bütün bu saxtakarlıqları "Meliorasiya su Təsərrüfatı" ASC-nin sədri Zaur Mikayılova dəfələrlə çatdırsaq da şikayətlərimizə baxılmır.

Orataya bir sual çıxır:
Zaur Mikayılov dövlət büdcəsinə ziyan vuran işçisi haqqında niyə ciddi ölçü götürmür?

Sakinlər əkin sahələrini sulamaq üçün dövlət rüsumunu banka ödədiyi halda, Əhliman Kərimov onlara su vermir ki, "Pulu niyə banka keçirmisən?! Gərək gətirib idarəyə verəydin"."

Bəli, yuxarıda qeyd etdiyimiz bütün məlumatlar rayon sakinləri tərəfindən "DogruXeber.az"a göndərilmişdir.

Ətrafı videoproqramda:

P.S: Məlumatlar redaksiyamıza daxil olduqdan sonra, hər zaman olduğu kimi Media haqqında qanuna əsasən qarşı tərəflə telefon əlaqəsi saxlayıb, barəsindəki iddialara münasibət bildirməsini xahiş etdik.

Lakin, Zərdab rayon Suvarma Sistemləri İdarəsinin rəisi Əhliman Kərimov "Mən sizi tanımıram, rəsmi göndərin baxaq" deyib, telefonu söndürdü.

Əslində, qanunda da deyildiyi kimi bizim şifahi də cavab almaq səlahiyyətimiz olduğu halda, Əhliman Kərimovun sözünü yerə salmayıb, redaksiyamız tərəfindən rəsmi sorğu da göndərdik. Sakinlərin verdiyi məlumatları yazılı şəkildə sözügedən idarəyə bildirdik. Ertəsi gün Əhliman Kərimov özü bizə zəng etdi. Bizi tanımadığı üçün elə cavab verdiyini, amma, artıq kim olduğumuzu bildiyini dedi və bizi biraz öydükdən sonra, görüşmək təklif etdi. Biz də öz növbəmizdə hər hansı əlavə fikri varsa, buyurub redaksiyamıza gələ biləcəyini diqqətinə çatdırdıq.

Amma, Əhliman Kərimovun niyyəti sən demə başqa imiş. "Yol uzaqdır, gələ bilmirəm"- deyib, bizdən ona plastik bank kartımızın seriyası göndərməyimizi istədi. Dediyinə görə bizə "kontur pulu" göndərmək istəyirdi.

Necə deyərlər, "üzrü qəbahətindən böyük". Qanunsuz əməlləri barəsində məlumatlar yayımlamayaq deyə, rüşvət təklifi.

Qeyd: Yeri gəlmi.kən rəsmi sorğu tələb edən Əhliman Kərimov ötən ayın - yəni noyabrın 25-də göndərdiyimiz sorğunu bugünə qədər də cavablandırmayıb.

Qeyd edək ki, Əhliman Kərimov bundan əvvəl Kürdəmir rayonunda çalışıb. Korrupsiya və işində yol verdiyi ciddi nöqsanlara görə işdən azad edilib. Lakin, sonra hansısa "sehirli bir əl" onu gətirib Zərdab rayon Suvarma Sistemləri İdarəsinin rəisi kürsüsündə əyləşdirib.

Özü də, sakinlər deyir bu hələ hamısı deyil.

Odur ki, mövzuya yenidən qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
EKOLOJİ MUXTARLIQ: Ana Təbiətin NANKOR ÖVLADLARI... - NAZİRİN NƏZƏRİNƏ...


“Dəryaz” qəzetinin redaksiyasına Şəki Regional Meşə Təsərrüfatı Mərkəzinin nəzarətində olan meşələrdə qiymətli ağacların kütləvi şəkildə qırılması və taxta sexlərinə daşınması ilə bağlı vide-materiallar daxil olub. Məsələ ilə əlaqədar Mərkəzin direktoru Əkrəb Babayevin mövqeyiini öyrənmək üçün telefon əlaqəsi yaratmaq cəhdimiz baş tutmadı, daha dəqiq desək, qarşı tərəf dəstəyi qaldırmadı. Məsələnin məğzini izah etdiyimiz danışıq mətnini direktorun vat-sap nömrəsinə göndərdik və xahiş etdik ki, münasibətini bildirsin. Səsli mesajımızda həmçinin təmsil etdiyimiz mətbu orqanın statusunu, əsas profilini də qeyd etdik – satira və karikatura.

Bundan sonra Əkrəm Babayev özü telefonumuza zəng vurub asıb kəsdi ki, bəs Qarabağ müharibəsində döyüşüb. Sözündən belə çıxdı ki, müharibədə iştirak etməyən hamı ona borcludur. Bu səbəbdən “toxunulmaz adamdır”, ona heç kəs “gözün üstə qaşın var” deyə bilməz. İctimai əhəmiyyət kəsb edən fəaliyyətində nə nöqsanı olursa-olsun, jurnalist də onu tənqid edə bilməz: “O karikatura çəkən əməkdaşınıza deyin görək, müharibə mövzusunda karikatura çəkibmi?” Cavab olaraq bildirdik ki, bəli, hətta Paşinyanın, tankı döyüş meydanında qoyub qaçarkən, qucağında unitaz aparan erməni əsgərinin də şəklini çəkmişik. Bu “əks-arqumentinin” keçmədiyini görən Əkrəm hədə yolunu seçdi – Onun karikaturasını çəkməyə cəsarət edəcək adamın ünvanına nalayiq, qələmə alınması məqbul olmayan söyüşlər söydü və həmin şəxsin başını kəsəcəyini vəd etdi: “Mən yüz erməni başı kəsmişəm, dünya vecimə deyil!..” Əkrəm bəyi ifadələrini seçməyə, etik qaydaları gözləməyə dəvət etdik. O isə gəlib bizi “tərbiyələndirəcəyini” dedi. Təklif etdik ki, tərbiyə verməyi bacarırsa, bizə yox, öz oğluna tərbiyə versin. Cavabı bu oldu: “ Mən oğlumu anasını s…- s… tərbiyələndirmişəm.

Bununla bağlı ETSN rəhbərinin müavini Firdovsi Əliyevə zəng edib məlumat verdik. Nazir müavini isə bizi qınadı ki, bəs qarşı tərəf kimi mövqe öyrənmək üçün Əkrəmə deyil, Nazirliyin mətbuat xidmətinə zəng vurmalıydınız.

Xatırladırıq ki, ETSN rəhbərliyi indiyədək sistemdə aşkar elədiyimiz digər qanunsuzluqlarla bağlı müraciətlərimizə cavab verməyib, heç mətbuat xidməti də jurnalist sorğularına həssas yanaşmayıb. Ümumiyyətlə, Əkrəm Babayevin heç bir vəchlə ona zəng edən jurnalisti söymək, ölümlə hədələmək hüququ yoxdur. Yaxşı ki, cənab Muxtar Babayev özü müharibədə iştirak etməyib; soyadaşı olan işçisi bizə güllə atırsa, nazir özü topa tutardı.

Onu da qeyd edək ki, erməni əsgərin belə başını döyüş vaxtı ayaq üstə kəsmək mümkün deyil. Öldürəndən, yaralayandan, əsir götürüb əlini-qolunu bağlayandan sonra kəsmək isə kənardan vəhşilik kimi görünür. Yəni, Əkrəm Babayev bu işi ilə öyünürsə, o da qəhrəmanlıq deyil, ən azından ölkəmizin, xalqımızın beynəlxalq nüfuzuna zərbə vurmaqdır. Mövzuya karikatura ilə qayıdacağıq.

Əkrəm əkənin səs yazısını nazirliyə və nazirliyin mətbuat xidmətinə göndərsək də, heç bir cavab almadıq. Görünür nazirlik əməkdaşları da, bu başkəsənin hədəsindən qorxur. Və yaxud Əkrəmin bu tərbiyəsizliyini və əxlaqsızlığını nümunəvi bir addım kimi qəbul edirlər.

Mövzuya karikatura ilə qayıdacağıq.

Deryaz.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sahibi olan 200 mənzil necə satışa ÇIXARILIB? – Məhkəmə ilə MTK arasında qalan zərərçəkəndən ŞİKAYƏT


Bakıda tikinti şirkəti bir evi 3 nəfərə satıb. Söhbət Yasamal rayonu, M.Xiyabani küçəsində çoxmərtəbəli binanı inşa edən “Yeni Yasamal” Mənzil Tikinti Kooperativindən gedir.

Külli miqdarda pul verib ev alan Samir Musayev 15 ildir nə mənzilini, nə də pulunu geri ala bilir. Üstəlik məhkəmələr də onun bu iddiasını əsasız sayır.

Baxmayaraq ki, Samir Musayev “Yeni Yasamal “MTK tərəfindən verilmiş maliyyə arayışlarına əsasən 18 aprel 2007-ci il tarixli müqavilə ilə 53.227 ABŞ dolları (41.517 manat) dəyərində Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 101 kv.metr olan mənzil alıb və evin dəyərini 1 il ərzində tam ödəyib. Sonra isə mənzilinin 3 nəfərə satıldığını, hətta evində yaşayış olduğunu öyrənib.

Şirkət işbazları tərəfindən aldadılan zərərçəkən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə ərizə ilə müracət edib və faktla bağlı cinayət işi açılıb.

Baş Prokuror yanında Korrupsiya qarşı Mübarizə İdarəsindən şikayətçinin müraciətinə göndərilən cavabda qeyd olunub ki, mənzil ondan sonra 21 noyabr 2016-cı il tarixli saxta müqaviləyə, maliyyə arayışına əsasən 37.000 manata Aybəniz İsgəndərovaya, 2017-ci ilin sentyabr ayında isə 02 mart 2014-cü il kimi göstərilmiş saxta müqavilə ilə 34.000 manata Laləzar Hacıyevaya satılıb. Həmçinin Prokurorluqdan bildirilib ki, aldığı mənzildə ondan sonrakı tarixə müqaviləsi olan şəxs (yəni Aybəniz İsgəndərova) yaşayır.

Samir Musayevin dediyinə görə ona Əhmədli qəsəbəsi ərazisində 55 kv.metrlik ev təklif olunub. Amma zərərçəkən itirdiyi 101 kv.metrlik ev müqabilində təklif olunan 55 kv.metrlik mənzillə razılaşmayıb və tələbindən dönməyib. İddiası ilə bağlı məhkəməyə müraciət edib.

İşə baxan Yasamal Rayon Məhkəməsinin hakimi Ayaz Məmmədov 5 avqust 2019-cu il tarixli qətnaməsi ilə Samir Musayevin iddia tələblərini rədd edib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, mübahisəli mənzillə bağlı “Yeni Yasamal” MTK tərəfindən öncə Samir Musayevlə müqavilə bağlansa belə həmin mənzil faktiki olaraq Aybəniz İsgəndərovaya təhvil verilib. Əsas isə gətirilib ki, Aybəniz İsgəndərova mənzildə təmir işləri apararaq ailə üzvləri ilə birlikdə orada yaşayır.

Bundan sonra zərərçəkən Apelyasiya məhkəməsinə üz tutub və Yasamal Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini, yeni qətnamə qəbul edilməsini xahiş edib. Bu tələbi isə prokurorluqda aparılan istintaqın nəticəsi ilə əsaslandırıb.

Bildirib ki, mübahisəli mənzilə dair digər şəxslərlə bağlanmış müqavilələr saxtadır və heç bir hüquqi əsası yoxdur. Yəni həmin mənzil Samir Musayevin qanuni istifadəsində olduğu halda, digər şəxslərə satıla bilməzdi.

Bununla da Apelyasiya Məhkəməsinin hakimi Xumar Mərdanova 9 iyun 2020-ci il tarixli qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin 5 avqust 2019-cu il tarixli qətnaməsini ləğv edib, yeni qətnamə qəbul etməklə şikayətçinin iddiasını təmin edib.

Məhkəmənin qərarı ilə “Yeni Yasamal” MTK ilə Aybəniz İsgəndərova və Laləzar Hacıyeva arasında bağlanmış müqavilələr etibarsız hesab edilib. Mənzilə ödədikləri məbləğin sözügedən MTK-dan alınıb hər iki şəxsə qaytarılması ilə bağlı qərar çıxarılıb.

Mənzilin isə boşaldılaraq iddiaçı Samir Musayevə təhvil verilməsi qərara alınıb.

Amma evi alan ikinci şəxs, yəni Aybəniz İsgəndərova Apelyasiya Məhkəməsinin qərarı ilə razılaşmayaraq kassasiya şikayəti verib. İşə Ali Məhkəmədə baxılıb. Ali Məhkəmə isə Apelyasiya Məhkəməsinin çıxardığı qərarı ləğv edərək, işi yenidən həmin məhkəməyə qaytarıb.

Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, hazırda mənzil Aybəniz İsgəndərovanın faktiki sahibliyində və istifadəsindədir. Zərərçəkən Samir Musayevin iddiası ilə bağlı kassasiya instansiyası məhkəməsi, apelyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşıb.

Qərara alınıb ki, mülki iddiaçı kimi tanınan Samir Musayev qanunvericiyə müvafiq olaraq “Yeni Yasamal” MTK-nə qarşı iddia qaldırmaqla, müqavilə üzrə ödədiyi pulu, həmçinin ona dəymiş zərəri geri tələb edə bilər.

Bununla da məsələ və şikayətin dəlillərinin təkrar araşdırılmasına lüzum olmayıb. Beləcə Samir Musayevin kassasiya şikayəti də təmin edilməyib.

Öz növbəsində “Yeni Yasamal” MTK-nın vəzifəli şəxslərinin qeyd olunan və başqa mənzillərlə bağlı da oxşar cinayət xarakterli hərəkətləri barəsində cinayət işi başlanıb. Belə ki, “Yeni Yasamal” MTK-nin qanuni təmsilçiləri Cahangir Alışov və Habil Fətəliyevin dələduzluq etmələri barədə Ağır Cinayətlər Məhkəməsində işə baxılıb.

Hər iki şəxs 3 il müddətində rəhbər vəzifə tutmaq hüququndan məhrum edilib. Cahangir Alışov 9 il, Habil Fətəliyev isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası alıb.

Məsələ ilə bağlı “Yeni Yasamal” MTK-nın satışa nəzarət şöbə müdiri Etibar Bağırov Bizim.Media-ya danışıb.

O, Samir Musayevin 2007-ci ildə aldığı mənzilin maliyyə və müqavilə arayışlarını saytımıza təqdim edərək, uzun illərdir həll olunmayan məsələdə “Yeni Yasamal” MTK-ni və məhkəmə instansiyalarını günahlandırıb:

“Samir Musayev mənim iştirakımla həmin mənzili almışdı. Əlimdə bütün sənədlər, dəlil və sübutlarla məhkəməyə gəlmişdim. Amma Apelyasiya Məhkəməsi məni dinləmədi və danışmağa imkan vermədi. O zaman bildim ki, məhkəmə saxtakarlıq edir və elə o dələduzlar kimi hərəkət etdi”.

Vəkil Pərvanə Məmmədova isə qeyd edib ki, qanunvericiliyin tələblərinə riayət olunmayıbsa, Ali Məhkəmənin qərarından şikayət vermək olar:

“İndiki halda belə problem yoxdur. Bilirsiz ki, Ali Məhkəmənin qərarı dərhal qüvvəyə minir. Ondan yalnız Konstitusiya Məhkəməsinə və Avropa Məhkəməsinə müraciət etmək olar. Ali Məhkəmənin mövqeyi ondan ibarət oldu ki, Samir Musayevlə müqavilə bağlansa da, sənəd digər tərəfə təhvil verilib.

Bununla bağlı cinayət işi də var və orada təsdiq olunur ki, Samir Musayevin müqaviləsi qüvvədə idi, digər şəxsə satılma ilə bağlı sənədlər saxtadır. Məhkəmənin isə əsas alibisi o oldu ki, faktiki olaraq mənzil Samir Musayevə təhvil verilməyib.

Təhvil verilmə anını əsas götürərək, digər tərəfin hüququnu tanıdı. Apelyasiya Məhkəməsi hesab etmişdi ki, Samir Musayev məlumat aldığı vaxtdan 1 il ərzində şikayət verməli idi. Əlbəttə ki, Samir Musayev bu məsələni cinayət işinin axarına buraxmışdı.

1 il keçəndən sonra şikayət verib. Yəni digər tərəfin müqaviləsinin etibarsız olması ilə bağı müddət 1 il idi. Bildirim ki, Samir Musayev bundan sonra Konstitusiya və Avropa məhkəmələrinə müraciət edə bilər”.

Xatırladaq ki, bu cinayət işi üzrə zərərçəkmiş kimi tanınan 200-ə yaxın şəxs var. “Yeni Yasamal” MTK-nın iki vəzifəli şəxsi həbsdə olsa da, hazırda şirkəti idarə edənlərin yenə dələduzluqla məşğul olduğu bildirilir.
Bizim.Media
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“EuroHome”dakı yanğının HƏLƏ DƏ ÇIXAN TÜSTÜSÜ... - NARAZILIQ VAR!


Məlumdur ki, 2020-ci ilin may ayında Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan dairəsinə yaxın ərazidə Azay Möhnətovun rəhbərliyi altında fəaliyyət göstərən “EuroHome” Ticarət Mərkəzində ikinci dəfə yanğın hadisəsi baş verir və hadisə nəticəsində xeyli sayda mağazalar yanaraq külə dönür. Düzdür, ölkə rəhbərinin tövsiyəsindən sonra sahibkarlar sığorta şirkətlərinə üz tutsalar da, son anda onlar mallarını heç cür sığorta etdirə bilmirlər. Yəni, sığorta şirkətləri bazarı sığorta etmək qərarında olmurlar. Buna da əsas səbəb, bazar infrastrukturunun təhlükəsizlik tələblərinə cavab verməməsi olur ki, həmin vaxtlarda külli miqdarda ziyan çəkən sahibkarlardan biri də, Haqverdiyev Xaliq Murğuz oğlu olur. Bu şəxs indiyə kimi ona ödənilməli olan kompensasiyanı heç cür əldə edə bilmədiyindən, son anda üz-üzə qaldığı belə bir problemi ictimailəşdirmək, həmçinin bu haqda aidiyyatı dövlət qurumlarını məlumatlandırmaq qərarına gəlir. Dünən gundemxeber.az saytının redaksiyasına müraciət edən və Bakı şəhəri, Xətai rayonu, Birinci Əhmədli qəsəbəsi, ev-26A ünvanında qeydiyyatda olan, hal-hazırda isə Abşeron rayonu, Masazır qəsəbəsi, Səməd Vurğun küçəsində ailəlikcə müvəqqəti yaşayan Xaliq Haqverdiyev qeyd edir ki, “Mən təqribən 5-6 il bundan əvvəldən Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan dairəsinə yaxın ərazidə Azay Möhnətovun rəhbərliyi altında fəaliyyət göstərən “EuroHome” Ticarət Mərkəzində kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başladım. Həmin vaxtlarda bu ticarət mərkəzində istifadə etdiyim mağazanın və mağazaya aid anbarın ümumi sahəsi təqribən 200 kvm idi və burada əsas etibarilə elektrik mallarının satışı ilə məşğul olurdum. Qeyd edim ki, həm mağazadan, həm də mağazanın anbarından istifadə etdiyimə görə, bu ticarət mərkəzinə ilk əvvəl 2200 manat, daha sonrakı vaxtlarda isə 1300 manat məbləğində hər ay icarə pulu ödəyirdim. Elə ki, 2020-ci ilin may ayında “EuroHome” Ticarət Mərkəzində 2-ci dəfə yanğın hadisəsi baş verdi, o halda istifadə etdiyim mağaza və mağazanın anbarı tamamilə yanıb külə döndü. Qeyd edim ki, 2019-cu ilin dekabr ayında bu ticarət mərkəzində baş verən ilk dəfə yanğın hadisəsi zamanı, qardaşım Xaqani Haqverdiyevin işlətdiyi iki mağaza və onun mağzalarına aid anbar da yanıb külə dönmüşdü. Baş verən yanğın hadisəsi zamanı mənə 612 min dollar dəyərində, qardaşım Xaqani Haqverdiyevə isə 604 min manat dəyərində ziyan dəydi. Yəni, satışını həyata keçirdiyimiz elektrik malları tamamilə yanıb külə döndü. Həmin vaxtlarda “EuroHome” Ticarət Mərkəzinin sahibi Azay Möhnətov bizə “Heç də narahat olmayın, sizə lazımi məbləğdə kompensasiya ödəniləcək” deyə vəd verirdi.

Artıq həmin vaxtdan bir neçə il keçsə də, bu ticarət mərkəzinin rəhbərliyi bizə ödəməli olduqları kompensasiyanı vermir. Artıq bu gün elə bir dözülməz vəziyyətə düşmüşük ki, düşdüyümüz vəziyyətdən heç cür çıxa bilmirik. Baş verən yanğın hadisələri zamanı həm qardaşımın, həm də mənim satışını həyata keçirdiyimiz elektrik malları yanıb külə döndüyündən, malları nisyə götürdüyümüz xarici şirkətlərə, ayrı-ayrı şəxslərə olan borclarımızı qaytara bilməmişik. Bundan əlavə, şəxsən bu gün mənim vergiyə 1300 manat məbləğində borcum var. Hazırda Türk Həsən adlı bir şəxs var, mən ona olan borcumu qaytara bilmədiyimdən, o, Masazırda ailəlikcə yaşadığımız evi girov götürüb. Yəni, bu şəxs himayəmdə olan dörd azyaşlı uşağı, həyat yoldaşımı və məni qış fəslinin belə bir vaxtında yaşadığımız evdən çıxartmaq zorunda qoyub. Elə ki, ötən müddət ərzində “EuroHome” Ticarət Mərkəzinin sahibi Azay Möhnətovdan kompensasiya ödənilməsini tələb etmişəm, o halda mənə həm polis əməkdaşlarının, həm də bu ticarət mərkəzində müdir vəzifəsi daşıyan Sərvan Quliyevin vasitəsilə təzyiqlər göstəriblər. Qeyd edim ki, bu şəxs Azay Möhnətovun qardaşı oğludur. Onu da bildirim ki, ötən il qardaşım Xaqani Haqverdiyev düşdüyü vəziyyətə heç cür dözə bilmədi və rəhmətə getdi. Bütün bunlara baxmayaraq, Azay Möhnətov “EuroHome” Ticarət Mərkəzində çalışan və yanğın hadisələri zamanı zərər çəkən bütün qohum-əqrəbalarının hər birinə lazımi məbləğdə kompensasiya ödətdirib. Yəni, bu haqda dəqiq məlumatlara malikik. Bizim kimi insanlara gəldikdə isə, o, hələ də bildiyi və düşündüyü addımlarını atmaqda davam edir”.

Qeyd edək ki, “EuroHome” Ticarət Mərkəzində ikinci dəfə baş verən yanğın hadisəsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədov, 12 may 2020-ci il tarixdə mediaya verdiyi müsahibəsində qeyd etmişdi ki, “Mən “EuroHome” Ticarət Mərkəzində yanğın təhlükəsizliyi ilə bağlı olan nöqsanları qeyd elədim. Demək olar ki, bu nöqsanlar iri ticarət mərkəzlərinin əksəriyyəti üçün xarakterikdir. Baxmayaraq ki, bizim aidiyyəti Xidmətlər tərəfindən dəfələrlə obyekt rəhbərlərinə şifahi və yazılı göstərişlər verilib, nöqsanların aradan qaldırılması ilə bağlı vaxt verilib. Lakin qeyd etdiyim kimi, əksəriyyətində bu nöqsanlar aradan qaldırılmayıb. Belə bir səbəblərdəndir ki, “EuroHome” Ticarət Mərkəzində ikinci dəfə yanğın baş verib”.
Bəli, bütün bunlar onu söyləməyə əsas verir ki, “EuroHome” Ticarət Mərkəzində yanğın hadisəsinin baş verməsinə əsas səbəb, bu ticarət mərkəzinin rəhbərliyi tərəfindən vaxtında yanğın təhlükəsizliyi ilə bağlı lazımi tədbirlər görülmür. O halda sual oluna bilər ki, bəs bu hadisə ilə bağlı sahibkarlara dəymiş külli miqdarda ziyanı kim ödəməlidir? Söz yox ki, bütün ziyanlıq hadisənin baş verməsinə məsul olan şəxslər tərəfindən ödənilməli və sahibkarlara qarş olan haqsızlıqlar da aradan qaldırılmalıdır.
Yazıda ittiham olunan “EuroHome” Ticarət Mərkəzinin rəhbəri Azay Möhnətovun da mövqeyini dinləməyə hazırıq.
Mövzuya qayıdacağıq.

GundemXeber.Az

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO