[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mustafa Qorxmazın tikinti sektorundakı "qorxulu işləri": Fəhlələrin maaşları niyə verilmir?


Tovuz sakini, Qarabağ müharibəsi veteranı Məmməd Hüseynov "Korkmaz Group" MMC-dən şikayətçidir.

Şirkətin sahibi, türkiyəli iş adamı Mustafa Qorxmaz onu aldadaraq 84400 (səksən dörd min dörd yüz) manat pulunu ödəmir.

Məmməd Hüseynovun sözlərinə görə, Azərbaycanda tikinti sektorunda çalışan "Korkmaz Group" şirkətində fiziki şəxs kimi iş icraçısı olub, aralarında müqavilə bağlanıb, amma şirkət onlara çatan vəsaiti (maaş) ödəməyib.

Hazırda 30-a qədər fəhlənin maaşını ala bilməyən iş adamı deyir ki, bu MMC-nin vəsiti geçikdirməsi nəticəsində vergi borcu da yaranıb. Nəticədə vergi borcuna görə ölkədən çıxışına "stop" qoyulub.

Deyir ki, şirkət pulunu ödəsə, vergi borcunu bağlayacaq və problemi həll edəcək.

Onun sözlərinə görə, 2019-cu il, 1 mart tarixində "Sabah Residence" Mənzil-Tikinti-Kooperativi ilə "Korkmaz Group" arasında dəmir-beton konstruksiyalarının inşası işlərinin görülməsi barədə "Podrat" müqaviləsi bağlanıb.

Fiziki şəxs Hüseynov Məmməd Əhməd oğlu "Korkmaz Group" MMC-nin subpodratçısı kimi "Sabah Residence" yaşayış kompleksinin tikintisində dəmir işlərini həyata keçirib.

Deyir ki, görülən işlərə görə şirkət onlara vəsait ödəməli idi, amma ödəməkdən yayınır, müxtəlif yollarla imtina edir.

Məmməd Hüseynov dəfələrlə problemlə bağlı Mustafa Qorxmaza müraciət etsə də, o, telefon danışıqları, vatsap yazışmalarında borcu hətta məbləği ilə təsdiqləsə də, ödəmək istəmir.

Qarabağ veteranı deyir ki, bütün işlər sənədlərdə və müqavilələrdə əksini tapıb, heç bir əlavə iddiası da yoxdur, sadəcə, görüləcək işə görə ödəniləcək vəsaiti istəyir. Bununla bağlı aidiyyəti qurumlara müraciət edəcəyini deyən Hüseynov bütün hüquqi addımları atacağını da vurğulayıb.

"Korkmaz Group" MMC təkcə Bakıda deyil, hazırda işğaldan azad olunan Ağdam rayonunda da tikinti işlərini həyata keçirir.

Tikinti şirkəti ilə bağlı digər şikayətlərin olduğunu deyən Hüseynov düşünür ki, dövlət qurumları burada baş verənlərə biganə qalmayacaqlar. Çünki 30-a qədər fəhlənin halal əməkhaqqısının faktiki mənimsəməsindən söhbət gedir.

İnternet üzərindən aparılan araşdırmalar nəticəsində şirkətlə bağlı bəzi neqativ məlumatlara da rast gəlmək olur. Maraqlıdır ki, vergidən yayındırılan milyonların taleyi nədənsə İqtisadiyyat Nazirliyini, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini (ƏƏSMN) narahat etmir.

Hüseynov isə deyir ki, Azərbaycanda 2016-cı ildən fəaliyyət göstərən şirkətin vergi ödəmələri dərindən araşdırılarsa, yəqin ki, çox mətləblər üzə çıxar: "Tikinti sektorunda əhəmiyyətli paya sahib olan şirkətin vergi ödəmələri VÖEN-i olan bir bənnanın ödəmələrindən heç də çox deyil. Bəs niyə əlaqədar qurumlar "Korxmaz Group" MMC-nin vergi sənədlərini araşdırmaqdan qorxur, çəkinirlər? Bunun səbəbini açıqlaya bilərlərmi?"

Şikayətlə bağlı şirkətin sahibi, türkiyəli iş adamı Mustafa Qorxmazla əlaqə saxlamağa cəhd etsək də, o zənglərə cavab verməyib.Arqument.az
Mustafa Qorxmazın tikinti sektorundakı "qorxulu işləri": Fəhlələrin maaşları niyə verilmir?
Mustafa Qorxmazın tikinti sektorundakı "qorxulu işləri": Fəhlələrin maaşları niyə verilmir?
Mustafa Qorxmazın tikinti sektorundakı "qorxulu işləri": Fəhlələrin maaşları niyə verilmir?
Mustafa Qorxmazın tikinti sektorundakı "qorxulu işləri": Fəhlələrin maaşları niyə verilmir?
Mustafa Qorxmazın tikinti sektorundakı "qorxulu işləri": Fəhlələrin maaşları niyə verilmir?
Mustafa Qorxmazın tikinti sektorundakı "qorxulu işləri": Fəhlələrin maaşları niyə verilmir?
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Naxçıvanbank”ın adını “gizli” saxladığı sahibi kimdir? - İLGİNC


Bildiyimiz kimi Mərkəzi Bankın qəbul etdiyi “Azərbaycan Respublikasının Bank sistemində maliyyə hesabatlarının tərtib və təqdim olunması” Qaydalarına uyğun olaraq ölkədə fəaliyyət göstərən banklar hər il maliyyə hesbatı təqdim edirlər.

DİA.AZ Yeniavaz.com-a istinadla xəbər verir ki, maliyyə hesabatını təqdim edən banklardan biri – “Naxçıvanbank” ASC-nin hesabatı natamam təqdim olunub.

Məsələn, bankın 2017-ci il üçün təqdim etdiyi maliyyə hesabatında 5-ci səhifə, yaxud 2019-cu ildə təqdim etdiyi hesabatda 8-ci səhifə yoxdur.
Bankın ötən il üçün təqdim etdiyi sonuncu hesabatda isə 9-cü səhifə olmayıb, lakin daha sonra düzəliş edilərək 9-cu səhifə hesabata əlavə olunub. Lakin, əvvəlki illərə aid hesabatlarda hələ də səhifələr mövcud deyil.

Bank maliyyə hesabatlarını natamam şəkildə təqdim etməsinə aydınlıq gətirməyib.

Amma, ehtimal etmək olar ki, bank səhmdarların kim olduğunu ictimaiyyətdən gizlətmək üçün belə bir addım atıb. Qeyd edək ki, digər bankların təqdim etdiyi maliyyə hesabatında “Naxçıvanbank” ASC-nin “gizlətdiyi” analoji səhifələrdə bank səhmdarlarının adı qeyd olunur.

Onu da bildirək ki, “Naxçıvanbank” ASC sonuncu hesabatında “gizlədilən” səhifəni yenidən təqdim etsə də, orada bank səhmdarları haqqında heç bir məlumat verilməyib. Hazırda “Naxçıvanbank” ASC səhmdarlarının kimliyini gizli saxlayan yeganə bank hesab olunur. Verilən açıqlmalarda yalnız o qeyd olunur ki, bankın səhmdarları 3 nəfər fiziki şəxsdir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Seymur Talıbovun itinin də villası varmış — FOTOLAR


“Şəkildə gördüyünüz bu villa Vasif Talıbovun oğlu Seymur Talıbova aiddir. Sözügedən villa Naxçıvan şəhərinin Hacıniyyət kəndində yerləşir. Bu villa Seymur Talıbovun itinə məxsusdur… Hər gün bu villaya xüsusi yeməklər aparılır”.

Bunu Naxçıvandan olan tanınmış jurnalist Heydər Oğuz özünün “feysbuk” səhifəsində yazıb.

Jurnaliast daha sonra fikrlərinə bu cür davam edib:

“Seymur xanzadənin itinin xüsusi baxıcısı var. Deyilənlərə görə, həmin şəxs Suriyadan gətirilib. Ən maraqlısı isə budur ki, Suriyadan gətirilən bu it baxıcısı Miqrasiya Xidmətində qeydiyyata düşməyib…” // yenisabah.az
Seymur Talıbovun itinin də villası varmış — FOTOLAR
Seymur Talıbovun itinin də villası varmış — FOTOLAR
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qarabağ Qazilərinin pullarını mənimsəyən iş adamı - Özü 400 minlik, oğlu 200 minlik maşında gəzir


Ölkəmizdə rüşvətxor korrupsianer məmurlara qarşı hüquq-muhafizə orqanlarının prinsipial mübarizəsi göz önündədir. Büdcəni talan etmək, vətəndaşlara ayrıllan pulları mənimsəmək, rayonların, bölgələrin, şəhərin müxtəlif yerlərinə ayrılan vəsaitləri aidiyyəti üzrə xərcləməyib öz şəxsi mənafeyi üçün xərcləyən iş adamları da var. Onlar düşünməsin ki, dövlət lahiyəsi üçün ayrılan vəsaitləri özlərinə və övladlarına dəyəri yüz minlərlə manata olan maşın alıb sürməklə, bahalı mülklərdə yaşamaqla sonrada canlarını dövlətimiz, vətənimiz üçün fəda verən baş tacımız olan Qarabağ qazilərinin pullarını mənimsəməklə heç nəyə qadir ola bilməyəcəklər.

Hələ bu azmış kimi Qarabağ qaziləri o bahalı evinizin qarşısında haqqların tələb edəndə "Bakıda deyiləm" deyib borc sahiblərinin qarşısında özünüzün cəsarəti çatmayanda xanımınızı çıxarasınız, bu ümumiyyətcə faciədir. Hara qaçsanız da dövlət qanunlarından qaça bilməyəcəksiz!

Söhbət Müqayis Verdiyevdən gedir. Müqayis Verdiyev kimdir?

Bu şəxs 2016-cı ildə ikinci dəfə dələduzluğa görə həbs edilib O, dövlətin Sumqayıt şəhər bulvarına abadlıq üçün ayırdığı millyonlarla manat pulu mənimsəməkdə ittiham olunaraq həbsdə olduğu müddətdə yerli mediadan oxusanız Sumqayıt Şəhər icra başçısı Zakir Fərəcovu ittiham edirək bildirirdi ki, pulları o yox Fərəcov mənimsəyib hətta 12 il azadlıqdan məhrum olundu, 3 il çəkmədi ki, azadlığa çıxdı, azadlığa çıxdıqdan sonra bir neçə jurnalisti başına yığaraq Zakir Fərəcov əleyhinə media materaallarını ötürdü.
Qarabağ Qazilərinin pullarını mənimsəyən iş adamı - Özü 400 minlik, oğlu 200 minlik maşında gəzir
Qarabağ Qazilərinin pullarını mənimsəyən iş adamı - Özü 400 minlik, oğlu 200 minlik maşında gəzir

Müqayis Verdiyev

Bir sözlə desək, Fərəcova qarşı istənilən şantaj silahından istfadə etdi.

Onun həbsxana həyatından sonra yenidən yer alması çoxlarında şok effekti yaratdı. Ötən gün isə bir neçə Qarabağ qazisi Müqayis Verdiyevin yaşadığı evin qarşısına toplaşaraq bildirirlər ki, Müqayis Verdiyevə yenidən hansısa yollarla 4 millyon manatlıq tender verilib, o isə bunun 2 milyonunu mənimsəyərək özünə və övladına bahalı avtamobil alıb amma onlara məxsus daş karxanasından götürülən materiealların dəyəri yüz mindən yuxarı olan borcunu ödəmir, ödəməkdən boyun qaçırır. Hər dəfə onlara tez bir zamanda görüşəcəyik deyə yalandan vədlər verir. "Bu şəxs dələduzluq, dövlət malını talamaya görə dəfələrlə həbsxana həyatı yaşasa da dərs olmur, görünür arxasında hansısa gözəgörünməz qüvvələr var" deyə etirazçılar bildirib.
Qarabağ Qazilərinin pullarını mənimsəyən iş adamı - Özü 400 minlik, oğlu 200 minlik maşında gəzir

"Azərbaycan Reallığı" sözü gedən məsələ ilə bağlı baş prokurorluğa sorğu göndərib. Qurumdan bildirilir ki, Baş vermiş məsələ ilə bağlı xəbərdardırlar, artıq müəyən araşdırmalarda başlanılıb.

Həbsaxanadan ölkə prezidentinə və baş prokurora etdiyi müraciətlərində Zakir Fərəcovun sifarişi ilə həbs edildiyini bildirən Müqayis Verdiyevin yenidan Sumqayıt şəhərində tikinti işləri ilə məşğul olmağa başlaması isə o anlama gəlir ki, iş adamı həbsxanaya danışılmış şəkildə yollanıb.

Bütün bunlardan sonra hər şeyin əvvəlcədən planlandığı və Müqayis Verdiyevin həbs edilməsinin bir oyun olduğunu deməkdə olar.

Dövlət lahiyyəsinə ayrılmış millyonlarla manatı mənimsəmək, daha sonra 3 il həbsxana ilə canını qurtarmaq, üstəlik həbsxanadan azad olunduqdan sonra həbsxana rüşvət müqabilində ona həbsxana rəhbərliyi tərəfindən xususi diqqət göstərməsi dustaqlardan ayrı olaraq yer ayrılması, telefon işlətməsinə şərait yaradılması və.s kimi sözləri deməsi görünür yeni aldığı 400 min manatlıq avtomobilə sığmayan Müqayis Verdiyev kimi iş adamlarına dərs olmayıb.
Qarabağ Qazilərinin pullarını mənimsəyən iş adamı - Özü 400 minlik, oğlu 200 minlik maşında gəzir

İnanırıq ki dövlətimizin hüquq-muhafizə orqanları vətən üçün canını fəda edən Qarabağ qazilərimizin pozulmuş hüquqlarını tez bir zamanda bərpa edəcək, onlara dəymiş ziyan ödəniləcək, ölkəmizin adını rəzil edən Müqayis Verdiyev kimilər haqqında tez bir zamanda ən ciddi tədbirlər görüləcək...AZƏRBAYCANREALLIĞI.COM
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Millət vəkilinin "Stefano Ricci"dən olan 6000 manatlıq pencəyi - Geyinib şəhid məzarını ziyarətə getdi - FOTO


Bahalı saatları ilə gündəm olan millət vəkili Mahir Abbasadə bu dəf də "Stefano Ricci"dən olan pencəyi ilə diqqət çəkib.

Deputatın bir neşə gün öncə şəhidin məzarını ziyarət edərkən geyindiyi pencəyin qiməti 3.350,00 avrodur (təxm: 6000 AZN)

Şəhid məzarını ziyarət edərkən çəkilmiş fotoları şəxsi facebook hesabında paylaşıb.32gun.az
Millət vəkilinin "Stefano Ricci"dən olan 6000 manatlıq pencəyi - Geyinib şəhid məzarını ziyarətə getdi - FOTO
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
ABDİN FƏRZƏLİYEVİN “XEYİR-DUASI” İLƏ QANUNSUZ TİKİLƏN BİNANI KƏMALƏDDİN HEYDƏROV SÖKDÜRÜR


Abşeron rayonunda qanunsuz tikinti işləri aparılması hazırkı icra başçısı Abdin Fərzəliyevin dövründə daha geniş vüsət almağa başladı. Təsadüfi deyil ki, Fərzəliyev Abşerona başçı təyin olunduğu vaxtdan Xırdalan, Masazır və rayonun digər ərazilərində özbaşına tikintilər, rüşvət müqabilində qanunsuz inşaat geniş miqyası almaqdadır. Bunu kiçik monitorinq aparmaqla da müəyyən etmək olar. Çünki vətəndaşların şikayətləri, KİV-də yayılan materiallar təsdiqləyir ki, icra başçısı qanunsuz tikinti işlərinə sərəncam verməkdədir.
ABDİN FƏRZƏLİYEVİN “XEYİR-DUASI” İLƏ QANUNSUZ TİKİLƏN BİNANI KƏMALƏDDİN HEYDƏROV SÖKDÜRÜR

Tribunainfo.az məlumat verir ki, icra başçısının “xeyir-duası” ilə tikilən daha bir fakt üzə çıxarılıb
Belə ki, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində tikilməkdə olan binada söküntü işləri aparılıb. İşlər Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilib. Məlum olub ki, buna qanunsuz tikilib. Bu da öz növbəsində Arxitektura və şəhərsalma Komitəsi ilə Abşeron İH-nin ortaya qoyduğu işi gözlər önünə sərir. İndi həmin bina FHN tərəfindən sökülür. Halbuki tikintiyə icazə üçün iş adamının nə qədər rüşvət verdiyini ehtimal etmək olar. İndi pul da batdı, bina da getdi…

Tribunainfo.az
ABDİN FƏRZƏLİYEVİN “XEYİR-DUASI” İLƏ QANUNSUZ TİKİLƏN BİNANI KƏMALƏDDİN HEYDƏROV SÖKDÜRÜR
ABDİN FƏRZƏLİYEVİN “XEYİR-DUASI” İLƏ QANUNSUZ TİKİLƏN BİNANI KƏMALƏDDİN HEYDƏROV SÖKDÜRÜR
ABDİN FƏRZƏLİYEVİN “XEYİR-DUASI” İLƏ QANUNSUZ TİKİLƏN BİNANI KƏMALƏDDİN HEYDƏROV SÖKDÜRÜR
ABDİN FƏRZƏLİYEVİN “XEYİR-DUASI” İLƏ QANUNSUZ TİKİLƏN BİNANI KƏMALƏDDİN HEYDƏROV SÖKDÜRÜR

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Vasif Talıbov və Ramiz Mehdiyev təcili həbs edilməlidir” - ÇAĞIRIŞ


“Naxçıvanda Azərbaycanın əleyhinə nə lazımdırsa, hamısı baş verib. Lazımdır ki, indi “Naxçıvan xanı”nı gətirib, nökər etsinlər. Hazırda bu proses gedir. Vasif Talıbovun oğlanlarını, qızını dindirirlər. Bizdə olan məlumata görə, özünü də dindiriblər. Talıbovun “xanlığı”nın sonu gəlib nökərçiliyə dirənib. Düşünürəm, yaxın vaxtlarda onun haqqında çox ciddi tədbir görülməlidir, görüləcək də. Bu dərəcədə onu başlı-başına buraxa bilməzlər. Talıbov başlı-başına buraxılsa, dövlətçiliyə böyük zərbədir. O, Vətənə, dövlətə, dövlət başçısına, xalqa xəyanət edib. Naxçıvanda milyardların yeyilməsi, Azərbaycan dövlətinə meydan oxunması elə-belə söhbət deyil...”

Bu sözləri Pravda.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

Onun sözlərinə görə, Talıbov haqqında tədbir görülməsə, düşünəcəklər, hamı bu yolu gedə bilər, getsin, dağıtsın, tutulsun: “Yaxud da Eldar Mahmudov stili – buraxsınlar, gedib yenə xarici dövlətlərdə, daxildə, orda-burda Azərbaycanı qarışdırsınlar. Talıbovun sonudur, yaxın vaxtlarda vəzifəsindən kənarlaşdırılması gözlənilir. Naxçıvanda da muxtariyyət ləğv edilməlidir. Heç kimə belə bir səlahiyyət verilməyib ki, özü üçün dövlət yaratsın. Bu məsələlər çox qısa müddətdə həll olunacaq. Başqalarına da dərs olmalıdır. Belə olmasa, “kiminsə qohumudur, dostudur, toxunmaq olmaz, yaxşı deyil, ayıbdır” söhbəti Azərbaycanda yaxşı olmayan sonluqla nəticələnəcək. Dövlət başçısına xəyanət etməyin özü günahdır. Belə biabırçılıq olmaz. Gedib orda pul yesə, cəhənnəmə... Onsuz da Azərbaycanı dağıdırlar, Azərbaycanda “yeməyən” kim var ki? Mədəniyyət nazirinin müavininə qədər tutuldu. Bu, pul məsələsi deyil. Düzdür, çalışırlar yozsunlar ki, Talıbovun pul məsələsidir. Qətiyyən belə deyil. Hər halda çox ciddi proseslər başlayıb. Sağolsun, milli təhlükəsizlik orqanları, bu sahədə çox böyük ustalıqla iş görürlər...”

H.Hacıyev bildirib ki, Vasif Talıbovun cəzası təkcə vəzifədən kənarlaşdırmaqla bitməməlidir: “Vasif Talıbovun vəzifədən kənarlaşdırılması ilə məsələ bitmir. Talıbovla bərabər Ramiz Mehdiyev də təcili həbs edilməlidir, əks halda vəziyyət çox gərgin olacaq. İstəyirlər ki, müəyyən adamlara görə ölkədə qisas alsınlar. Adamların adını hallandırmaq istəmirik. Bu adam dövlət çevrilişi etmək istəyirdi. Həm İran dairələri ilə, həm Rusiyanın kəşfiyyat orqanları, digər dairələrlə birləşib ölkə Prezidentinin Qarabağda apardığı “dəmir yumruq”əməliyyatını qəbul etməyən qüvvələr, dövlətlər var. Bu dövlətlərin hamısı çalışırlar ki, cənab Prezidentin hədəfinin əksinə getsinlər. Əksinə gedən insanları da xaric ələ alır. Bu da Ramiz Mehdiyevin dəstəsidir. Dəfələrlə demişik. Mehdiyev deyirdi ki, Co Bayden 80-90 yaşında prezident olub, mən niyə olmayım? Belə bir fikri var idi. Hər halda Talıbovu bağışlamağın özü günahdır. Bu gün bir dövlət Vasif Talıbovu bağışlayırsa, onda sabah başqa Talıbov ortaya çıxacaq, deyəcək “mən niyə bu eşqə düşməyim?” Azərbaycanda bu eşqə düşənlərin bir hissəsi həbsdə, bir hissəsi də qaçıb, xaricdədir. Ramiz Mehdiyevin dəstəsini sındırmaq lazımdır. Mehdiyev özü də Naxçıvanda oldu, müəyyən göstərişlər verdi, orda planlar cızdı. Plan cızıbsa, hər halda nəticəsi bəlli oldu. Bəzən Mehdiyev deyir ki, məni bu məsələyə qatmayın. O, bicin, avaranın biridir. Ermənilər, ermənidən törəyənlərin hamısı həmişə bic, avara insanlar olurlar. Mehdiyevin Naxçıvanda hansı oyunlardan çıxdığı... Bunların kökü kəsilməlidir, belə ola bilməz. Alaq otunun kökünü kəsməyəndə bütün tayanı tələf edir, məhsul götürmək olmur. Azərbaycanın tam müstəqilliyinə qovuşa bilmirik, Qarabağ kimi bir yara var. Ramiz Mehdiyevlərdən, Eldar Mahmudovlardan istifadə edərək, imkan vermirlər tam sağalsın”.

Pravda.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dövlət Gömrük Komitəsinin rüşvətə görə həbs edilən əməkdaşının CƏZASI AZALDILDI


Ali Məhkəmədə Bakı Baş Gömrük İdarəsinin rüşvət almaqda təqsirli bilinən sabiq əməkdaşları - Elmar Mirzəyev, Rafael Əzizov, Emin Xəlilov, Azər Baxşıyev, Ceyhun Şabanov və Sadiq İsgəndərov barəsindəki qərardan verilmiş kassasiya şikayətlərinə baxılıb.

Hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılıb və qərar elan olunub.

Qərara əsasən Elmar Mirzəyevin cəzası 1 il azaldılaraq 4 il 3 aya endirilib. Bakı Apellyasiya Məhkəməsinin qəbul etdiyi qərar digər məhkumlara münasibətdə dəyişdirilmədən saxlanılıb.

Xatırladaq ki, təqsirləndirilən şəxslər Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi əməkdaşları keçirilən əməliyyatla saxlanılıblar. Onların hər biri barəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hokum ilə Elmar Mirzəyevə 5 il həbs cəzası, Mirağa Ağayevə bəraət, digərlərinə isə şərti cəza verilib.

Hökmdən narazı qalan dövlət ittihamçısı protest verib. Bakı Apellyasiya Məhkəməsi prokurorun protestini qismən təmin edib. Şərti cəza verilmiş Rafael Əzizov, Emin Xəlilov, Azər Baxşıyev 3 il, Ceyhun Şabanov və Sadiq İsgəndərov isə 2 il müddətinə azadlıqdan məhrum olunaraq məhkəmə zalında həbs olunublar.

Orxan Zöhrabov və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bəraət almış Mirağa Ağayevə şərti cəza verilib.
Həbsdə olan Elmar Mirzəyevin cəzası 5 il 3 aya qaldırılıb. //trend//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Xaliq Faiqoğlu” şirkəti alqı-satqı məsələsinə görə – MƏHKƏMƏYƏ VERİLDİ

“Lokomotiv” MMC “Xaliq faiqoğlu” MMC-ni məhkəməyə verib .

Gndem.media FED.az-a istinadən xəbər verir ki, iddia müqavilələrdən (alqı-satqı) əmələ gələn öhdəliklər üzrə mübahisələr – üzrə qaldırılıb.

İşə Bakı Kommersiya Məhkəməsində baxılır. İddia hakim Emin Əliyevin sədrliyi ilə araşdırılacaq.

Xatırladaq ki, Xaliq Faiqoğlu şirkəti 2002-ci ildə fiziki şəxs kimi Rusiya istehsalı olan az sayda Qazel markalı mikroavtobusla 65 saylı xətt üzrə xidmət göstərməyə başlayıb, 2004-cü ildə isə “Xaliq Faiqoğlu” MMC təsisi edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Elm və Təhsil Nazirliyinin 5 milyonluq “sayğac əməliyyatı” – “Enermus” QSC kimindir?


Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi “Enermus” QSC satınalma müqaviləsi imzalayıb.

DİA.AZ Qaynarinfo-ya istinadla xəbər verir ki, maliyyə dəyəri 991 217.96 AZN təşkil edən müqavilədə təhsil müəssisələrinə qaz xətlərinin çəkilməsi və sayğacların quraşdırılmasının satın alınması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Eenermus” QSC 7 yanvar 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Azadlıq prospekti, ev 49, mənzil 25-də yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Elbrus Kamal oğludur.

“Enermus” QSC 2021-ci ilə qədər “Goldmoon” MMC adı altında fəaliyyət göstərib. 2021-ci ildə şirkət adını və təşkilatı hüquqi formasını dəyişərək “Eenermus” QSC-yə çevrilib.

“Eenermus” QSC-nin veb-səhifəsində şirkətin qaz təsərrüfatı üzrə ixtisaslaşdığı qeyd edilib.

Maraqlıdır ki, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi bu ilin avqustunda da “Eenermus” QSC ilə satınalma müqaviləsi imzalayıb. Müqavilənin maliyyə dəyəri 989 850.52 AZN təşkil edib. Müqavilədə təhsil müəssisələrinə qaz xətlərinin çəkilməsi və sayğacların quraşdırılmasının satın alınması nəzərdə tutulub.

Avqustun 24-də isə sözügedən idarə ilə “Enermus” arasında maliyyə dəyəri 2 307 595.94 AZN təşkil edən daha bir müqavilə imzalanıb. Bu müqavilədə qaz sayğaclarının təmiri işlərinin satın alınması nəzərdə tutulur.

Ötən il isə Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi ilə şirkət arasında təhsil müəssisələrinə qaz xətlərinin çəkilməsi və sayğacların quraşdırılmasının satın alınması ilə 990 100 manatlıq müqavilə imzalanıb.

Beləliklə 1 il ərzində Elm və Təhsil Nazirliyi qaz sayğaclarının quraşdırılmasına 5 278 764.42 AZN sərf edib.

“Enermus”la bağlı maraqlı faktlardan biri isə şirkətlə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi arasında bu ilin iyul ayında imzalanan müqavilədir. Burada maraqlı məqam ondan ibarətdir ki, “Qaçqınkom” qaz təsərrüfatı üzrə ixtisaslaşan “Eenermus”la Ağdam rayonunda məcburi köçkün qəsəbəsinin qum-çınqıl örtüklü daxili yollarının təmiri ilə bağlı müqavilə bağlayıb. Belə çıxır ki, QSC qaz çəkilişi ilə yanaşı, yolların da təmiri ilə məşğuldur. Amma bununla bağlı şirkətin rəsmi veb-səhifəsində heç bir məlumat yoxdur.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO