[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycan, Türkiyə və Türkmənistan prezidentləri bu tarixdə görüşəcək


Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədovun iştirakı ilə üçtərəfli sammit baş tutacaq.

“Qafqazinfo” Türkmənistan mediasına istinadən xəbər verir ki, görüş dekabrın 13-14-də Türkmənbaşı şəhərində keçiriləcək.

Sammitin keçirilməsi ilə bağlı qərarı Türkmənistan Prezidenti imzalayıb.

Həmçinin, görüş zamanı bir sıra sazişlərin imzalanacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya ilə Belarus arasında protokol imzalandı


Rusiya ilə Belarus arasında regional təhlükəsizlik sazişinə dəyişiklik edilməsi ilə bağlı protokol imzalanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi 1997-ci ildə Belarusla imzalanmış regional təhlükəsizlik sazişinə dəyişiklikləri nəzərdə tutan protokolun imzalandığını elan edib.

Protokolu Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Belarusun müdafiə naziri Viktor Hren imzalayıb.

“Hərbi sahədə birgə regional təhlükəsizliyi təmin etmək üçün beynəlxalq müqaviləyə dəyişiklik edilməsi haqqında protokol imzalanıb”, - deyə məlumatda bildirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Talıbovlar çoxillik monopoliyadan neçə milyard qazanıblar? - MARAQLI FAKTLAR


Noyabrın 23-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Naxçıvan gömrüyündə keçirdiyi əməliyyat nəticəsində külli miqdarda korrupsiya faktının üstü açılıb, Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur Turan oğlunun 132 milyon manat dövlət vəsaitini mənimsədiyi ortaya çıxıb və o, 4 ay müddətinə həbs edilib.

Ardınca noyabrın 28-də ölkə başçısının imzaladığı fərmanla Naxçıvan Dövlət Gömrük Komitəsi ləğv edilərək, Dövlət Gömrük Komitəsinin tərkibində Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb.

Qeyd edək ki, son günlər DTX-nin Muxtar Respublikada keçirdiyi əməliyyatlarla külli miqdarda korrupsiya faktlarının üstünün açılması və buna paralel olaraq Naxçıvandakı bir sıra qurumların ləğvi artıq yavaş-yavaş müsbət nəticələr verməyə başlayıb.

Belə ki, yerli sakinlərin verdiyi məlumatlara əsasən, DTX-nin məlum əməliyyatlarından sonra Sədərək və Culfa gömrük-sərhəd buraxılış məntəqələrində İran və Türkiyəyə gedən vətəndaşlar üçün tətbiq olunan qadağa və məhdudiyyətlərin bir qismi aradan qaldırılıb.

Bu barədə məlum səbəblərdən adının açıqlanmasını istəməyən Naxçıvandakı mənbələr Azpolitika.info-ya bildiriblər ki, İran və Türkiyədən gətirilən ərzaqlarla bağlı bir sıra qadağalar ləğv edilib:

“Artıq bir neçə gündür ki, Türkiyəyə rahat gedib-gələ bilirik. Gömrük işçiləri əvvəlki kimi bizi incitmirlər. Ərzaq məhsulları ilə bağlı hər hansı bir qadağa yoxdur. Həmçinin Türkiyəyə getmək üçün 50 kiloqram tərəvəz keçirmək tələbi də aradan qaldırılıb”.

Mənbə gömrükdəki bir sıra məhdudiyyətlərin hələ də ləğv edilmədiyini bildirib:

“İlk günlərdən avtomobillərin də Türkiyəyə sərbəst şəkildə gediş-gəlişinə icazə verilirdi. Lakin sonra yenidən 15 günlük qadağa tətbiq edilməyə başlandı. Hazırda vətəndaşlar şəxsi avtomobilləri ilə ay ərzində yalnız iki dəfə Türkiyəyə səfər edə bilərlər”.

Onu da xatırladaq ki, rəsmi qurumlar tərəfindən təsdiqlənməsə də, noyabr ayının 1-dən Naxçıvan-Türkiyə, 24-dən isə Naxçıvan-İran quru sərhədinin mülki vətəndaşlar üçün açıldığı bildirilir.

“Ərzaq qiymətləri yavaş-yavaş ucuzlaşmağa başlayıb”

İqtisadçı Rövşən Ağayev öz “Facebook” səhifəsində paylaşım edərək bildirib ki, illərdir tətbiq olunan absurd qadağaların bir qismi aradan qaldırıldıqdan sonra mağazalardakı bəzi ərzaq məhsullarının qiymətində ucuzlaşma baş verib:

“Naxçıvandan olan bir tanış deyir ki, Türkiyədən 5 litrini 33 manata aldığımız, amma hətta şəxsi istehlak üçün gömrükdən keçirməyə imkan verilməyən zeytun yağı Muxtar Respublikada 65 manata satılırdı. Son günlər bu yağın qiyməti artıq 40 manat ətrafında qərarlaşıb”.

Onu da qeyd edək ki, bir sıra KİV-lərdə yayılan məlumatlara görə, Naxçıvan Muxtar Respublikası ərazisində ilk dəfə olaraq Bakıdakı market şəbəkələri fəaliyyətə başlayacaq. Bu barədə qeyd olunur ki, yaxın günlərdə Naxçıvan şəhərinin mərkəzindəki “Gənclik” kafesi adlanan binanın birinci mərtəbəsində məşhur market şəbəkələrindən biri ilk dəfə olaraq xidmət göstərəcək.

Bütün market və restoran şəbəkələrinin Naxçıvanda fəaliyyət göstərməsinə yaradılan süni maneələrin artıq aradan qaldırıldığı bildirilir. Xatırladaq ki, indiyədək Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun xüsusi göstərişi ilə heç bir market və restoran şəbəkəsinin Muxtar Respublikada fəaliyyətinə icazə verilməyib.

Əvvəl Naxçıvan gömrüyündə hansı qadağalar var idi?

Uzun illərdir Azərbaycandan ayrı düşən, blokada vəziyyətində olan Naxçıvanın İran və xüsusən də, Türkiyə ilə sərhədinin olması müəyyən mənada Muxtar Respublika sakinləri üçün “nəfəslik” rolunu oynayırdı. Naxçıvan əhalisi müstəqilliyin ilk illərindən öz dolanışıqlarını qarşılamaq üçün Türkiyə və İrana səfər edərək, buradakı bazarlarda öz təsərrüfat məhsullarını satırdılar. Qazandıqları pulla da özlərinə lazım olan məhsulları alaraq geri qayıdırdılar. Amma təəssüf ki, zamanla, xüsusən də 2005-ci ildən sonra bu sahədə qeyri-qanuni qadağalar tətbiq olunmağa, əhalidən “dövlət rüsumu” adı altında toplanan rüşvətin miqyası artmağa başladı.

Nəticədə belə çətin şəraitdə yaşamaqdan bezən Naxçıvan sakinləri kütləvi şəkildə Muxtar Respublikanı tərk etməyə başladılar. Bu gün rəsmi statistikada Naxçıvanın əhalisi 462 min nəfər göstərilsə də, əslində bu say 200 mindən artıq deyil.

Pandemiya dövründə süni əngəllərin bir qədər də artdığı, sərhədi keçmək istəyən vətəndaşlardan ağlasığmaz məbləğlərin tələb olunduğu deyilir. Məsələn, Türkiyə tərəfdən sərhədi keçənlərdən 30 kiloqramdan artıq məhsula görə rüşvət tələb olunurdu. İndiyədək adamlar gətirdikləri məhsullardan asılı olaraq, artıq çəkiyə görə 25-50 manat ödəyirdilər (ərzaq üçün rüşvət daha yüksək idi - red.). Həmçinin “Sədərək” gömrük məntəqəsindən yük maşınlarına 300 litrdən artıq dizel yanacağı keçirməyə icazə verilmirdi. Yanacaq çənində bu miqdardan artıq dizel daşıyan yük avtomobilləri ya sərhəddən buraxılmır, ya da əlavə hər yüz litr üçün 60 dollar rüşvət tələb olunurdu.

Eyni zamanda Naxçıvan gömrüyündə yeddi qapıdan yalnız biri fəaliyyət göstərirdi. İnsanlar gömrük nəzarətindən keçmək üçün saatlarla uzun növbələrdə gözləməyə məcbur olurdular.

İran tərəfdə isə vəziyyət daha acınacaqlı idi. Azərbaycan tərəfi əvvəllər adamların istifadə etdikləri əl arabalarını yığışdırdığına görə, insanlar iki kilometr məsafəni əl yükləri ilə birlikdə piyada qət etməyə məcbur edilirdilər. Həmçinin, ay ərzində cəmi 30 kiloqramdan artıq məhsul keçirməyə icazə verilmirdi.

Eyni zamanda ət, pomidor, xiyar, kartof, yağ, yuyucu tozlar və bu kimi məhsulların Muxtar Respublikaya gətirilməsinin qarşısı alınırdı.

Bu barədə verilən məlumatlarda qeyd olunur ki, gömrük əməkdaşları tərəfindən müsadirə olunan malların böyük bir hissəsi bir müddət sonra çeşidlənib baha qiymətlərlə bazara çıxarılırdı.

Həmçinin, o da bildirilir ki, bütün bunlar Vasif Talıbovun göstərişi ilə edilib və bunun arxasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin, eyni zamanda onun yaxın adamlarının inhisarçı maraqları dayanıb.

“Ərzaq məhsulları Türkiyə ilə müqayisədə 2 dəfə baha satılır”

Naxçıvanda ərzaq və bir sıra tərəvəz məhsullarının qiyməti Bakı və digər bölgələrlə müqayisədə hər zaman baha olub. Bahalaşmanın səbəbi monopoliya və kənardan gətirilən məhsulların Muxtar Respublikaya buraxılmasına qoyulan qadağalarla izah olunur.

Bu barədə Naxçıvandakı mənbələr də Muxtar Respublikadakı qiymətlərin hər zaman yüksək olduğunu təsdiqləyiblər:

“Bildiyiniz kimi, İranda ərzaq məhsulları, o cümlədən sabun və yuyucu tozlar, Türkiyədə isə digər mallar, əsasən də müxtəlif geyim ləvazimatları Naxçıvanla müqayisədə bir neçə dəfə ucuzdur. Məsələn, 30 manata Türkiyədə satılan yağ Naxçıvanda 59 manata təklif olunur. 5 litrlik qarğıdalı yağı Türkiyədə 15 manat olduğu halda, Naxçıvanda 30 manatdır. Həmçinin kartof Türkiyədə 60 qəpik olduğu halda, Naxçıvanda 1 manat 20 qəpikdən, 70 qəpiyə satılan makaron isə Naxçıvanda 1 manat 50 qəpikdən satışa çıxarılır. İranda 20-30 qəpik olan eyni kartofu Naxçıvanda əhaliyə 1-2 manatdan satırlar. Həmçinin İranda 40-50 qəpiyə satılan xiyar və pomidorun qiyməti Naxçıvanda 3-5 manatdan aşağı olmur”.

Göründüyü kimi, Muxtar Respublikada yaradılan monopoliya səbəbindən, əhaliyə ərzaq məhsullarını Naxçıvandan yox, Türkiyə və İrandan almaq sərf edir. Ancaq bu, Vasif Talıbovun və onun yaxın adamlarının monopolist maraqlarına cavab vermədiyindən İrandan və Türkiyədən ərzaq məhsullarının Naxçıvana girişinə hər zaman süni əngəllər və problemlər yaradılıb.

Bütün istixanalar, yerli müəssisələr və fabriklər Talıbovların nəzarətindədir...

Muxtar Respublikadakı bütün istehsal sahələri və iri marketlər Talıbovların nəzarətində olduğundan istədikləri qiymətləri əhaliyə diktə etməyi bacarıblar. Rəsmi məlumatlara görə, Naxçıvandakı yerli müəssisə və fabriklərdə 90 növdə, 280 çeşiddə ərzaq məhsulları istehsal edilir. Talıbovlara məxsus bu müəssisələrin Muxtar Respublika əhalisinin ərzağa olan tələbatının 90 faizdən çoxunu ödədiyi bildirilir.

2022-ci ilə aid olan məlumatlara əsasən, hazırda Naxçıvanda ümumi sahəsi 156 075 kvadratmetr sahədə tərəvəz məhsullarının yetişdirilməsi üzrə ixtisaslaşdırılmış 36 istixana təsərrüfatı fəaliyyət göstərir. Cari ildə ümumi sahəsi 3494 kvadratmetr olan 4 istixana təsərrüfatının yaradıldığı bildirilir. Rəsmi məlumata görə, ötən il bu istixanalarda 100 min tona yaxın pomidor, xiyar, göbələk, göyərti, badımcan, bibər, lobya və digər məhsullar yetişdirilərək satışı həyata keçirilib.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında 475 milyon 517 min 500 manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal olunub. Həmçinin, cari ilin yanvar-sentyabr aylarında Naxçıvanda ümumi daxili məhsul istehsalı 2 milyard 227 milyon manata yaxın olub. Ümumi daxili məhsulun tərkibində ilk yeri 27,3 faizlik payla sənaye sahəsi tutub və maddi istehsalın payı 56,7 faiz təşkil edib. Sənaye üzrə 2022-ci ilin yanvar-oktyabr aylarında 953 milyon 501 min 400 manat dəyərində məhsul istehsal edilib.

Bu məhsulların böyük bir qismi Talıbovun gömrüyə və bütün digər strukturlara nəzarət edən yaxın adamlarının özəl müəssisələrində istehsal olunub. Ona görə də bu məmurlar vətəndaşların digər ölkələrdən ucuz idxal malları almasında maraqlı olmayıblar, çünki belə olan halda onlar öz məhsullarını baha qiymətə əhaliyə sata bilmirlər. Digər tərəfdən, sıravi vətəndaşlara bəzən 1 kiloqram məhsul belə gətirməyə icazə verməyən gömrükçülər nədənsə Talıbovların kurasiyasında olan şəxslərin gömrükdən “əlini-qolunu sallayaraq” mal keçirmələrinə göz yumublar. Nəticədə bu məhsullar heç bir rüsum ödənilmədən Naxçıvana gətirilərək, real qiymətindən dəfələrlə bahasına dükanlara satılıb.

Talıbov və onun yaxın ətrafının uzun illər yerli istehsalatı və gömrüyü monopoliyada saxlaması Muxtar Respublikada işsizlik, imkansızlıq və maddi sıxıntı içərisində “sağ qalmağa” çalışan yerli sakinlərin vəziyyətini bir qədər də ağırlaşdırıb.

Talıbovların “monopoliya siyasəti” Naxçıvana nə qədər ziyan vurub?

Vasif Talıbov 26 ildən çoxdur ki (16 dekabr 1995-ci ildən) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsini daşıyır. V.Talıbov bu illər ərzində Muxtar Respublikada yaratdığı korrupsiya mexanizmi nəticəsində yerli sakinlər üzərindən külli miqdarda vəsaitlər əldə edib. Bu müddət ərzində Talıbovların əldə etdikləri vəsaiti təxmin etmək üçün sadəcə bir fakta diqqət yetirmək kifayətdir. Söhbət noyabrın 28-də DTX-nin Naxçıvan MR-in Maliyyə Nazirliyində keçirdiyi əməliyyatdan gedir.

Bu əməliyyat nəticəsində Naxçıvanın maliyyə naziri Rafael Əliyevin 144 milyon dövlət vəsaitini mənimsədiyi ortaya çıxıb və o, 4 ay müddətinə həbs edilib. Yeri gəlmişkən, onu da qeyd edək ki, Rafael Əliyev bu vəzifəyə 2020-ci ilin 19 avqust tarixində təyin edilib. Yəni, o, cəmi iki ildən bir qədər artıq müddət ərzində bu qədər pul oğurlamağı bacarıb (Təbii ki, R.Əliyev bu qədər vəsaiti tək “yeməyib” -red.). Bu zaman sual olunur ki, R.Əliyev bu qədər qısa vaxtda sözügedən vəsaiti ələ keçirə bilibsə, bəs başda “xan”ın özü olmaqla, uzun illərdir Naxçıvanda yüksək vəzifələrdə çalışan məmurlar dövlətdən və xalqdan nə qədər vəsait oğurlamağı bacarıblar?

Ortaya çıxan korrupsiya faktları onu deməyə əsas verir ki, təkcə Naxçıvandakı qeyri-qanuni gömrük yığımları və yerli istehsalatdakı monopoliyanı nəzərə alsaq, Talıbovun və onun ətrafındakı məmurların 26 il ərzində ələ keçirdikləri məbləğ təxminən 30 milyard manatdan artıqdır. Bu vəsait hesabına Muxtar Respublikanı söküb, yerində daha müasir bir yaşayış bölgəsi yaratmaq olardı...

İqtisadçı: “Ortaya çıxmayan və gizlədilən vəsaitin həcmi daha böyükdür”

Bu barədə iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, Naxçıvanda aşkarlanan korrupsiya faktları bizə məlum olanların sadəcə bir qismini təşkil edir:

“Son hadisələrə fikir versək, Gömrük Komitəsinin şöbə müdiri 132 milyon yeyintidə, maliyyə naziri isə 144 milyonluq mənimsəmədə ittiham olunur. Bu hələ ortaya çıxan və bizə məlum olan faktlardır. Əslində ortaya çıxmayan və gizlədilən vəsaitlərin həcmi daha böyükdür. Bütün bunlar idarəetmədə ciddi problemlərin olduğundan xəbər verir”.

Ekspert qeyd edir ki, Naxçıvan büdcəsində gömrük yığımlarının həcmi cəmi 5 faiz, vergi yığımları 18 faiz, digər vergilər isə 2 faiz təşkil edir:

“Yəni, cəmi 25 faizini özləri toplayırdılar. Gömrükdə yaşanan neqativ hallar onu göstərir ki, büdcənin gəlirləri kifayət qədər aşağı salınıb. Maliyyə sahəsindəki yeyintilər isə mərkəzi büdcədən verilən pulların talan edildiyini göstərir. Büdcədən verilən dotasiyalar isə neft gəlirləri hesabına formalaşır. Deməli, bu cür idarəçiliklə təkcə dövlətə ziyan vurulmayıb, həm də millətin sərvəti talan edilib”.

Ekspertin sözlərinə görə, bazarda rəqabət mühitinin pozulması, qiymətlərin yüksəlməsinə və inflyasiyaya mənfi təsir göstərir:

“Bütün bunlar iqtisadiyyatın monopoliyalaşmasına səbəb olur. Təbii ki, monopoliya Azərbaycanın digər ərazilərində də mövcuddur. Ancaq Naxçıvanın uzun illər digər ərazilərdən kənarda qalması, bu bölgədə vəziyyətin daha da kəskinləşməsinə gətirib çıxarıb. Bu adamlar da hamıya məlum olan, bilinən şəxslərdir. Hesab edirəm ki, Azərbaycan ərazisində antiinhisar qanunvericiliyini tətbiq etməyə böyük ehtiyac var. Bu, büdcə gəlirlərinin artmasına, ölkədə rəqabət mühitinin yaxşılaşmasına və qiymətlərin aşağı düşməsinə səbəb ola bilər”.milletinsesi.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Cəlilabad rayon icra hakimiyyəti "Azərbaycan Reallığı"na etiraz edir - Şər böhtandır!


"Azərbayca Reallığı" İnformasıya agentliyində 23. 11. 2022 tarixli Rafiq Cəlilov Cəlilabadda bazar açıb? - "İDDİA" başlıqlı yazıya sözü gedən rayonun icra hakimiyyətindən rəsmi cavab bildirilib. Qarşı tərəfin yazısını dərc etməyi özümüzə borc bildik.

Təəssüf hissi ilə bildirmək istəyirik ki, bu gün insanlara qarşı şər, böhtan kampaniyası, şərəf və ləyaqətin alçaldılması, işgüzar nüfuza xələl gətirilməsi hallarına zaman-zaman sosial mediada rast gəlinir. Buna görə də internet mediada yalan və dezinformasiya xarakterli məlumatların yayılmasına etiraz edərək qeyd edirik ki, rayon icra hakimiyyəti başçısının Uzuntəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Hüseynov Loğman Savad oğlu 25 fevral 2022-ci ildə həmin vəzifəyə təyin edilmiş və hazırda həmin vəzifəni icra etməkdədir.

Belə ki, bu il təyin edilmiş icra nümayəndəsinin yerinə başqa kadrdan 15000 min manat pul alınaraq təyin edilməsi məlumatı həqiqətə uyğun olmayan informasiyadır və böhtan xarakterlidir. Eyni zamanda kadr dəyişikliyiyi göz önündədir və bu il ərzində bir çox gənc kadrın müvafiq vəzifələrə təyinatı Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatının rəsmi sosial şəbəkə hesablarında paylaşılmışdır. Dəqiq araşdırma aparılarsa təyin edilmiş kadrların içində bir çox Vətən müharibəsi əlilləri və iştirakçılarına da rast gəlinəcəkdir.

Son zamanlar rayon icra hakimiyyətinin başçısı tərəfindən təyin edilən istənilən kadr haqqında araşdırma aparıla bilər. Təyin olunmuş kadrlardan xalqa və dövlətçiliyə xidmət, həmçinin şəfafflıqdan başqa heç bir şey tələb olunmamışdır. İl ərzində dövlət qulluğunda yaş həddinə çatma və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsi ilə ərizəsinə əsasən öz arzusu ilə dövlət qulluğuna xitam verilmiş əməkdaşlarımız olmuşdur. Lakin eyni vaxtda 7 ərazi nümayəndəsinin işdən azad olunması xəbəri həqiqəti əks etdirmir.

Demokratik cəmiyyətin ayrılmaz mexanizmlərindən olan azad medianın inkişafını daim dəstəkləməyə hazırıq, lakin internet mediada yalan və dezinformasiya xarakterli məlumatların yayılmasına media nümayəndələri yol verməməli, əksinə əsl jurnalistlik fəaliyyətini əsas götürərək belə dezinformasiyaların qarşısının alınması istiqamətində araşdırma apardıqdan sonra, həmin informasiyanı yayanlara xəbərin doğruluq payı barədə açıqlama verməlidir.

Amia.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub


Dekabrın 3-ü saat 16:30 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqeyi atıcı silahlardan atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.ğ

Qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda BU HOTELDƏ əxlaqsızlıq yuvası AŞKARLANDI


Ağstafada hoteldə əxlaqsızlıq yuvası aşkarlanıb.

AMİA.AZ xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən aparılan ilkin yoxlama hərəkətləri ilə əlaqədar keçirilən baxış zamanı Ağstafa şəhərində yerləşən "Təbriz" hotelinin 1-ci mərtəbəsində yerləşən otaqda əxlaqsız yuva kimi təşkil olunaraq saxlanılması müəyyən edilib.

Faktla bağlı Ağstafa RPŞ-də Cinayət Məcəlləsinin 244.1-ci (Əxlaqsızlıq yuvaları saxlama, Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə cinayət işi başlanılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“XAN-2017” MMC dövlətə olan vergi borcunu niyə ödəmir? – Bəlkə Ramiz Zeynalov bilir


Son illər respublikamızda yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə kompleks təbirlər həyata keçirilir. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi əhaliyə yol hərəkəti qaydalarının öyrədilməsini və yol hərəkəti təhlükəsizliyinin təbliği işini təşkil etmək baxımından yol hərəkəti təhlükəsizliyi sahəsində mütəmadi olaraq tədbirlər təşkil edir. Bu kimi tədbirlərin həyata keçirilməsinə dövlət büdcəsindən hər il kifayət qədər vəsait ayrılır. Dövlətimiz həmçinin yollarda hərəkət surətinin məhdudlaşdırıldığı zonaları müəyyənləşdirmək və orada müvafiq yol nişanlarının qurulması üçün də büdcədən hər il vəsait ayrılır. Bəs bu sahədə işlər necə gedir?

Qeyd edək ki, yollarda müvafiq yol nişanlarının qurulmasına nəzarəti yol hərəkəti sahəsindəki aidiyyatı qurumlar və təşkilatlarla birgə Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin “SİQNAL” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi həyata keçirir. Açıq mənbələr üzərindən apardığımız araşdırmalar zamanı məlum oldu ki, son iki ildə dövlət tərəfindən işıqforların, yol nişanlarının, yol cizgi boyasının, mal-materialların alınmasına on milyon manat civarında vəsait ayrılıb. Bu on milyon manat ancaq Bakı şəhərində yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədi ilə ayrılıb. Çünki,mağistral yollara aidiyyatı qurum olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, digər şəhər və rayonlarda isə yerli icra hakimiyyəti orqanları nəzarət edir. Bəs Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin “SİQNAL” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi dövlət büdcəsindən ayrılan milyonları hara və necə xərcləyir?

Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki. 28.01.2021- ci il tarixində sözügedən portalda Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin “SİQNAL” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin Tender Komissiyası tərəfindən 2022-ci ilin satınalma planları açıqlanmışdır. Satınalma planlarına 5 açıq tender (2-i 3 milyon ABŞ dollarının manat ekvivalentindən çox ), 3 kotirovka sorğusu daxil edilmişdir. Lakin cari ilin 11-ci ayı olmasına baxmayaraq BDYPİ-nin “SİQNAL” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin Tender Komissiyası dövlət satınalmalarının vahid internet portalında yalnız sürtkü materiallarının və soyuducu mayenin alınması və nəqliyyat vasitələrinin ehtiyyat hissələri üzrə 2 kotirovka sorğusunun keçirilməsi barədə iddiaçılara dəvət elanı vermişdir. Amma BDYPİ-nin “SİQNAL” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin Tender Komissiyası tərəfindən cari ilin 11 ayı ərzində 2 açıq tender və 2 kotirovka sorğusu üzrə satınalma müqavilələrinin bağlanıldığını açıqlamışdır.

Sürtkü materiallarının və soyuducu mayenin alınması üzrə “LUBRİCANTS SUPPLİER” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 18 130.7 manat məbləğində satınalma müqaviləsi 30.11.2022-ci il tarixdə bağlanmışdır.

Nəqliyyat vasitələrinin ehtiyyat hissələri üzrə “SABİROĞLU” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 46 020 manat məbləğində satınalma müqaviləsi 21.10.2022-ci il tarixdə bağlanmışdır.

2022-ci ilin tələbatına uyğun olaraq “İşıqfor”ların satınalınması üzrə “GLOBAL MASTER” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 1 499 367 manat məbləğində satınalma müqaviləsi 11.08.2022-ci il tarixdə bağlanmışdır.

BDYPİ “Siqnal ilii” tərəfindən 2022-ci ilin tələbatına uyğun olaraq mal-materiallar üzrə “YOL NİŞAN” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 3 367 861.6 manat məbləğində satınalma müqaviləsi 01.08.2022-ci il tarixdə bağlanmışdır.

Buradan suallar yaranır.

BDYPİ-nin “SİQNAL” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin Tender Komissiyası 11 ay ərzində cəmi 2 kotirovka sorğusunun keçirilməsi barədə iddiaçılara dəvət elan vermişsə, 2 açıq tenderi necə keçirmişdir?

Əgər Açıq Tender və kotirovka sorğulrının keçirilməsi barədə əvvəlcədən qanunla müəyyən olunmuş şəkildə dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə, elektron qaydada iddiaçılara dəvət elanı verilməmişsə bu satınalma prosedurları hansı üsullarla keçirilmişdir?

Qeyd edək ki, analoji qanun pozuntularına BDYPİ-nin “SİQNAL” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin Tender Komissiyası tərəfindən 2021-ci ildə də yol verilib. Belə ki, Tender Komissiyası illik satınalma planlarına daxil etdiyi 2 açıq tender, 4 kotirovka sorğusundan, yalnız 4 kotirovka sorğusunun keçirilməsi barədə iddiaçılara dəvət elan vermiş, yol nişanlarının, yol cizgi boyasının, mal-materialların, iş geyimlərinin və iş alətlərinin satın alınması, və işıqforların və onlara dair avadanlıqlaın satınalınması üzrə keçirilməsi nəzərdə tutlmuş açıq tenderlərlə bağlı qanunla müəyyən edilmiş qaydada əvvəlcədən dövlət satınalmalarının vahid internet portalında iddiaçılara heç bir dəvət elan verməmişdir.

Amma BDYPİ-nin “SİQNAL” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin Tender Komissiyası tərəfindən 2021-ci il ərzində 2 açıq tender üzrə satınalma müqavilələrinin bağlanıldığı açıqlanmış, 4 kotirovka sorğusu üzrə bağlanmış satınalma müqavilələrinin nəticələri ictimaiyyətə açıqlanmamışdır.

2021-ci ilin tələbatına uyğun olaraq DİN Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan “Siqnal İLİ” idarəsi tərəfindən işıqforların və onlara dair avadanlıqlaın satınalınması üzrə “YOL NİŞAN” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 1 388 167.28 manat məbləğində satınalma müqaviləsi 17.11.2021-ci il tarixdə bağlanmışdır.

Yol nişanlarının, yol cizgi boyasının, mal-materialların, iş geyimlərinin və iş alətlərinin satın alınması üzrə “XAN-2017” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 3 701 167.29 manat məbləğində satınalma müqaviləsi 14.09.2021-ci il tarixdə bağlanmışdır.

Portal üzərindən apardığımız araşdırmalar zamanı müəyyən etdik ki, BDYPİ-nin “SİQNAL” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin Tender Komissiyası ümumiyyətlə satınalma prosedurlarının təşkilini qanunla müəyyən edilmiş qaydalarla deyil, birbaşa bağlanılan müqavilələrə həyata keçirir. Bu isə satınalmalarda bir sıra saxtakarlıqlara, alınan malların və xidmətlərin qiymətlərinin süni şəkildə şişirdilməsinə yol açır.

Məlumatlardan da görsəndiyi kimi BDYPİ “SİQNAL” İdarəsinin Tender Komissiyası “YOL NİŞAN” və “XAN-2017” MMC ilə 2021-ci ildə işıqforların və onlara dair avadanlıqlaın satınalınması üzrə ümumi olaraq 5 089 334 manat, 2022-ci ildə isə tələbata uyğun olaraq mal-materiallar satınalınması üzrə ümumi dəyəri 4 867 228 manat olan müqavilələr bağlamışdır. Bu isə iki il ərzində ümumi olaraq 9 956 562 manat dövlət vəsaitinin xərclənməsi deməkdir.

Qeyd edək ki, BDYPİ-nin “Siqnal” İdarəsi tərəfindən 2021-ci ilin sentyabrında “XAN-2017” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 3 701 167.29 manat məbləğində bağlanmış satınalma müqaviləsində saxtakarlığa yol verilmişdir. Belə ki, Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında apardığımız araşdırma zamanı məlum oldu ki, “XAN-2017” MMC (VÖEN 1805362831) satınalma müqaviləsi bağlanıldığından təxminən 4 ay əvvəl 2021-ci il mayın 5-də dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı isə cəmi 20 manatdır. Ən azı bir illik fəaliyyəti və anoliji işlərdə təcrübəsi olmayan şirkətin tenderdə iştirakı isə qanunla yolverilməzdir. MMC-nin qanuni təmsilçisi Məmmədov Ceyhun Seyidqabil oğlu və hüquqi ünvanı ilə bağlı apardığımız araşdırma da nəticəsiz qaldı. Məlum olan odur ki, “XAN-2017” MMC-nin dövlətə 913 370.37 manat vergi borcu var.


Buradan yenə suallar yaranır. “XAN-2017” MMC-nin dövlətə doqquz yüz min manatlıq vergi borcu haradan yaranıb? MMC tərəfindən BDYPİ-nin “SİQNAL” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin sifarişi yerinə yetirilibmi? Heç bir maddi-texniki bazası olmayan, dövlət qeydiyyatına 4 ay əvvəl qeydiyyata alınmış bir MMC 3 701 167.29 manat məbləğində bağlanmış satınalma müqaviləsi üzrə öhdəliklərini yerinə yetirə bilmirsə, bu vergi borcu haradan yarana bilər? Qeyd edək ki, MMC “SİQNAL” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin keçirdiyi açıq tenderdən başqa heç bir satınalmanın qalibi olmayıb. Deməli bu vergi borcu Baş Dövlət Yol Polisi İdarəsinin yol nişanlarının, yol cizgi boyasının, mal-materialların, iş geyimlərinin və iş alətlərinin satın alınması üzrə “XAN-2017” MMC-yə verdiyi sifarişdən yaranıb.
“XAN-2017” MMC dövlətə olan vergi borcunu niyə ödəmir? – Bəlkə Ramiz Zeynalov bilir

Qeyd edək ki, bu saxtalaşdırma əməliyyatı Baş Dövlət Yol Polisi İdarəsinin “Siqnal” İdarəsinin 2016-cı ildən rəisi olmuş polis polkovnik-leytenantı Mahir Məmmədyarovun dövrünə təsadüf edir. Amma bu onun məsuliyyətdən kənarda qalması demək deyil. Bu işin başında şübhəsiz Baş Dövlət Yol Polisi İdarəsinin rəisi general-mayor Ramiz Zeynalov dayanır. Odur ki, elə Ramiz Zeynalovdan soruşmaq istəyirik. “XAN-2017” MMC ilə bağlanmış satınalma müqaviləsindən bir il ötüb. Bir il ərzində doqquz yüz min manatlıq vergi borcu haradan yaranıb? MMC-nin vergi borcunu kim ödəməlidir? Təbii ki, heç kim. Çünki MMC öz işini, pul silmə funksiyasını yerinə yetirib, aradan çıxıb. Ramiz Zeynalov da “otkat”ını götürüb.

Qeyd edək ki, fevral ayından “Siqnal” İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin rəisi vəzifəsinə Mayıl Yusifov təyin edilib. O, general-mayor Həsən Şirinovun kadrı kimi tanınır. Həsən Şirinov BŞDYPİ-nin rəisi işlədiyi vaxtda Mayıl Yusifov onun sürücüsü olub.

Aktualinfo.org

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Məşhur hotelin külli miqdarda vergi borcu üzə çıxdı


“Lenkeran Hotel And Resort Company” MMC-nin dövlətə külli miqdarda borcu üzə çıxıb.

32gun.az-ın əldə etdiyi məlumata görə, məşhur hotelin hazırki vergi borcu 88485.51 Azn təşkil edir.

Nizamnamə kapitalı 40000 AZN olan “Lenkeran Hotel And Resort Company"nin qanuni təmsilçisi Rəşad Kərimzadə Əzizağa oğludur.

Bildirək ki, “Lenkeran Hotel And Resort Company” MMC “PMD Hospitality” MMC-nin törəmə şirkətidir. Baş meneceri Rəşad Kərimzadədir.

32gun.az
Məşhur hotelin külli miqdarda vergi borcu üzə çıxdı


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
NAXÇIVANDA HƏBS EDİLƏN NAZİRDƏN ŞOK KORRUPSİYA AÇIQLAMASI – ÖZƏL


Naxçıvanın korrupsiyaya görə həbs edilən maliyyə nazirinin bu il etdiyi çıxış arxivdən tapılıb.

19.07.2022 tarixdə Naxçıvan MR maliyyə naziri Rəfael Əliyev açıqlama verib. Onun sözlərinə görə, “2022-ci ilin ötən altı ayında dövlət büdcəsinin icrası zamanı dövlət büdcəsindən maliyyələşən və ya maliyyə yardımı alan təşkilatlar tərəfindən bütün mal-material və avadanlıqların real dəyəri ilə satın alınmasına, büdcə vəsaitlərindən qənaətlə və səmərəli istifadəyə ciddi nəzarət tədbirləri davam etdirilmiş, bununla da, 3 milyon 775 min 400 manatdan çox vəsaitin əsassız xərclənməsinin qarşısı alınıb”.

Lakin çox keçmir və 26.11.2022: “Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir və həbs olunur. Tarixin ironiyasıdır…

Tribunainfo.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ramiz Mehdiyevin kürəkəni məhkəməni uduzdu - 26 hektar torpağı sahibinə qaytarmalıdır!


Sumqayıt Apellyasiya Məhkəməsində hakim Gülnarə Tağızadənin sədrliyi ilə Prezident Adminstrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin apelyasiya şikayətinə baxılıb. Prosesdə şikayət müəllifi olan keçmiş deputat İlham Əliyev də iştirak edib.

Hazırkı məhkəmə davasını Şabran rayonunun Gəndob kəndində yaşayan sahibkar Mənsur İbrahimov açıb. O, keçmiş deputat İlham Əliyev və sahibkar Kərim Məmmədovun ailə üzvlərinin şərikli işlətdiyi “TURAZ” MMC-yə qarşı Şabran rayon məhkəməsinə iddia təqdim edib. İddiasında cavabdehlər İlham Əliyevlə Kərim Məmmədovun ona məxsus 26 hektar torpaq sahəsində qanunsuz olaraq sahibkarlıqla məşğul olduqlarını, torpağı və üzərindəki əmlakları onun sahibliyinə qaytarılmasını tələb edib. Şabran rayon məhkəməsi iddianı təmin etmişdi.

Sumqayıt Apelyasiya Məhkəməsində keçirilən proseslə bağlı "Şimal Xəbərləri" saytının baş redaktoru Müqəddəs Mehdiyev "Yeni Müsavat"a deyib ki, Sumqayıt Apelyasiya Məhkəməsi İlham Əliyevin şikayətini əsassız sayıb.

Qərara əsasən, Mansur İbrahimova məxsus 26 hektar torpağın ona qaytarılmalıdır. Beləliklə də, İlham Əliyev illər öncə qeyri-qanuni ələ keçirdiyi torpaqları sahibinə verməldir.

Müqəddəs Mehdiyev bildirib ki, iddialara görə “TURAZ” şirkəti hər il Mansur İbrahimova məxsus torpaqdakı fəaliyyətdən on milyonlarla manat qazanc əldə edir: "Mansur İbrahimovun dediklərinə görə, onun əmlakı və şirkətdən ona çatan pay “TURAZ”-ın şərikləri tərəfindən mənimsənilib. Bakı Kommersiya Məhkəməsi onun xeyrinə qərar verməsə də, Mansur müəllim mübarizəsini davam etdirir. Şabrandan adının çəkilməsini istəməyən mötəbər mənbənin söylədiklərinə görə, keçmiş administrasiya rəhbəri Ramiz Mehdiyevin himayəsindəki şirkətin fəaliyyətində ciddi qanun pozuntuları mövcuddur. Ramiz Mehdiyevin özü də Gəndoba gəlib, üzümlüklərə, meyvə bağlarına və kürəkəninin 12 min tonluq soyuducu anbarına baxıb. Ərazidəki göl də Ramiz Mehdiyevin arvadı Qalina Yuryevnaya qanunsuz olaraq icarəyə verilib. İlham Əliyevin isə regiondakı biznes şəbəkəsi bununla məhdudlaşmır. Xaçmazda və ətraf rayonlarda da obyektləri var".

M.Mehdiyev deyib ki, Ramiz Mehdiyevin Nabranın Tel kəndi yolunun sağında, Qusarda, Qubada, Şabranın Giləvar kəndində, Xızıda bir-birindən dəbdəbəli villaları var. “Baxın, bir adamın təkcə şimal bölgəsində 5 villası var. Bunların heç birinə qara qəpik də xərcləməyib. Hamısını yerli icra başçıları oğurluq pullarla tikiblər. Ümumiyyətlə, regionda Mehdiyevin “şayka”sı var. Nə olsun, Ramiz Mehdiyevdən soruşan varmı ki, təkcə bir regiondakı 5 villanı hansı pulla tikdirib?”

Onu da qeyd edim ki, hazırda sahibkar Mansur İbrahimovun daxili işlər naziri Vilayət Eyvazova müraciəti əsasında DİN Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı şöbəsinin mühüm işlər baş müstəntiqi Cövdət İsgəndərov “TURAZ” MMC-nin fəaliyyətini araşdırır.

Musavat.com

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO