[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nazir idarə rəisini cəzalandırdı – Dövlətin pulu geri qaytarıldı (TƏFƏRRÜAT)


Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov milyonluq mülkü olan idarə rəisini dövlətdən əlavə kirayə pulu aldığı üçün cəzalandırıb.

Ötən ay “FHN-də “taxt oyunları”: Milyonluq malikanələri olan zabitlər kirayə pulu alırlar…” başlığı ilə yayılan yazıdan sonra nazir məsələnin araşdırılması ilə bağlı göstəriş verib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, araşdırma nəticəsində FHN Tibb Xidməti rəisi, tibb xidməti polkovniki Pərviz Vəliyevin milyonluq mülklərinin olmasına baxmayaraq, dövlətin mənzil-kirayə pulundan da yararlandığı aşkarlanıb. Polkovnik dərhal aldığı illik 6900 manat kirayə pulunu Azərbaycan Beyxnəlxalq Bankı vasitəsi ilə geri qaytarıb.

Qeyd edək ki, Pərviz Vəliyevin anası Məhbubə Vəliyeva ATU-nun əczaçılığın texnologiyası və idarəçiliyi kafedrasının müdiridir. O, nazirin həyat yoldaşı Ruhəngiz Heydərova ilə birgə hazırladıqları “Biyan” adlı dərman preaparatları müssisəsinə rəhbərlik edir. Onlar hazırda biyan əsasında 60 Avroasiya və milli patentin sahibidir.

Onu da bildirək ki, 2019-cu ildə “Babasil əleyhinə vasitənin alınma üsulu” Avroasiya patenti №024167 Patentin sahibləri – Heydərova Ruhəngiz Muxtar qızı, Vəliyeva Məhbubə Nəbi qızı və Vəliyev Pərviz Mustafa oğlu qızıl medala layiq görülüblər.

Qaynarinfo
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma..." - Prezident


“Bu yaxınlarda Ermənistan rəsmiləri Azərbaycanı İŞİD və “Əl-Qaidə” ilə müqayisə etmişdilər. Fikrimcə, bu, çox təhlükəli ritorikadır. Birincisi, onların özləri İŞİD və “Əl-Qaidə” kimi hərəkət etmişdilər. Avropa İttifaqının səfirləri azad edilmiş ərazilərə baş çəkmişdilər. Ermənilər tarixi və dini irsə İŞİD və “Əl-Qaidə”nin eynilə etdiyi kimi yanaşmışdılar. Biz yox. Onlar. Onlar terror aktları törədiblər. Onlar soyqırımı törədiblər. Onlar bizim məscidləri uçurublar. Biz yox”.

Bunu Prezident İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

“Lakin cənab Paşinyan bu sözləri istifadə edərkən bilməlidir ki, biz bunu eşidirik. O, bizim reaksiyamızın necə olacağı barədə düşünməlidir. Bir sözlə, məsələ asan deyil. Hesab edirəm, vacib odur ki, Ermənistan əslində istədiyini açıq şəkildə elan edir. Əgər onlar Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirlərsə, bu, alınmayacaq. Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib. Biz Qarabağda yaşayan və orada yaşamaq istəyən insanlarla söhbətə hazırıq. Biz buna hazırıq. Yeri gəlmişkən, bu proses başlayıb. Əgər elə indicə qeyd etdiyim bəzi ölkələrdən, yəni, kənardan müdaxilə olmasa və həmin prosesi dayandırmaq cəhdləri edilməsə, onda hesab edirəm ki, proses daha dinamik gedə bilərdi. Lakin bunun Paşinyana və onun hökumətinə heç aidiyyəti yoxdur. Artıq söylədiyim kimi, Azərbaycan, Avropa İttifaqı, Birləşmiş Ştatlar və Rusiya arasında, yəni, Azərbaycanın bu işdə yardımçı ola bilən hesab etdiyi həmin ölkələr və qurum arasında konsensus olmalıdır”, - Prezident İlham Əliyev vurğulayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Övladlarının səhvinə görə vəzifəsini itirən məmurlar (SİYAHI)


Bütün dünyada olduğu kimi ölkəmizdə də məmurlar hər zaman ictimai müzakirə obyektində olublar. Bu, o qədər güclü marağa səbəb olub ki, hətta məmurların övladları da hər zaman diqqət mərkəzində qalıblar. Di gəl ki, bəzi məmur övladları heç də hər zaman valideynlərinin başını uca etməyiblər. Əksinə, etdikləri çirkin əməllərə görə yüksək vəzifə daşıyan valideynlərinin də sonunu gətiriblər.

Bizim.Media övladlarına görə vəzifəsini itirən məmurlar haqqında araşdırma aparıb. Həmin araşdırmanı təqdim edirik:

1. Övladına görə vəzifəsini itirən məmurlardan biri sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovdur. Onun oğlu Vüqarla İsmayıllı sakinləri arasında yaranan gərginlik pik həddə çatmışdı. Eks-nazirin oğluna məxsus “Çıraq” oteli və onun bir neçə bahal avtomobil yandırılmışdı. Bundan sonra, F.Ələkbərov da nazir vəzifəsi ilə vidalaşmışdı. Bu hadisədən sonra İsmayıllı rayon icra başçısı işləyən Füzuli Ələkbərovun qardaşı Nizami Ələkbərov da vəzifəsindən azad edilmişdi.

2. Baş nazirin sabiq müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin törətdiyi avtomobil qəzası zamanı iki nəfər ölmüşdü, iki nəfər isə ağır xəsarətlər almışdı. Hadisədən sonra həbs olunan N.Allahverdiyevin babası Əli Həsənov Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsini itirmişdi.

3. “Azərsu” ASC nin sədri Qorxmaz Hüseynovun qızının əri Turan Həsənzadə lüks avtomobillə 2021-ci ilin mart ayının 19-da gecə saat 1 radələrində Neftçilər prospektində ağır qəza törədmişdi. Turan Həsənzadə sərxoş vəziyyətdə idarə etdiyi 90 AA 575 dövlət nömrə nişanlı lüks avtomobillə “Port Baku”nun qarşısında park vəziyyətində olan iki avtomobili vurmuşdu. O zaman bu hadisə böyük səs-küyə səbəb olmuşdu. Hadisədən cəmi 45 gün sonra Qorxmaz Hüseynov 4 may 2021-ci il tarixdə vəzifəsindən azad edilmişdi.

4. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin sabiq müavini, general-mayor Novruzəli Orucov da oğlu sarıdan bəxti gətirməyən məmurlardandır. Oğlu Rüstəm sürətli idarəetməyə görə ona irad bildirən avtobus sürücüsünü vəhşicəsinə döymüşdü. Sürücünün şikayətindən sonra haqqında cinayət işi açılan məmur oğlu həbsə, atası isə istefaya göndərilmişdi.

5. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin keçmiş sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətov xalq artisti, məşhur tarzən Ağasəlim Abdullayevin ailə faciəsinə səbəb olmuşdu. Şəxsinə aid avtomobili yüksək sürətlə idarə edən X.Mədətov xalq artistinin həyat yoldaşı və nəvəsini vurmuşdu. Həbs edilən və bir müddət sonra azadlığa buraxılan məmur oğlunun atası Mübariz Mədətov isə vəzifəsindən azad edilmişdi.

6. Zərdab rayon İcra Hakimiyyətinin sabiq başçısı Lütvəli Babayev də oğluna görə vəzifəsini itirib. Beləki, 2015-ci ildə onun oğluna etdiyi xuliqanlığa görə 15 sutka inzibati cəza verilmişdi. Mingəçevir şəhər Yol Polisi Şöbəsinin 2015-ci ildə rəisi olan Ələsgər Bədəlovla köhnə ədavəti səbəbindən icra başçısı oğlu 15 sutka həbs olunsa da, cəmi bir həftə sonra azadlığa buraxılmışdı. Lakin bu hadisə Lütvəli Babayevin karyerasını sonlandırmışdı.

7.Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun vəzifədən azad edilməsi də övladıyla bağlı olub. Onun ikinci dəfə ailə həyatı quran qızı Ayselə 400 min dollarlıq toy etməsi ciddi rezonans yaradmışdı. Paytaxtdakı liftlərin işləməsinə cavabdeh olan məmurun bu qədər pulu haradan əldə etməsi ciddi suallar doğurmuşdu. Bu informasiya yayıldıqdan az sonra Qüdrət Şükürov vəzifəsindən azad olunmuşdu.

8. Vergilər Nazirliyinin sabiq idarə rəisi Fəxrəddin Əliyevin oğlu Məhərrəm Əliyev mübahisə etdiyi şəxslərə “Vinçestr” markalı tüfəngdən atəş açaraq, onlara ağır bədən xəsarətləri yetirmişdi. Bundan sonra, məmur oğlu və hadisədə iştirakçı olan dostu həbs edilmişdi, atası Fəxrəddin Əliyev isə tutduğu vəzifəsini itirmişdi.

9. Dövlət Gömrük Komitəsinin Yevlax Gömrük İdarəsinin rəisi olmuş Əliməmməd Həsənovun oğlu Tural Həsənov 2014-cü ildə Zığ şossesində avtoxuliqanlıq etmişdi. Nəticədə onun bu özbaşnalığına görə, özü DİN-dən qovulmuşdu. Atası isə vəzifəsindən azad edilmişdi.

10. Tərtər rayon İcra Hakimiyyəti başcısının birinci müavini Vidadi Bəylərov da övladına görə vəzifəsini itirənlər sirasındadır. 2013-cü ildə Vidadi Bəylərovun oğlu Elxan Bəylərlinin törətdiyi avtomobil qəzası nəticəsində bir nəfər ölmüşdü.

Bu hadisədən sonra Vidad Bəylərov vəzifədən azad edilmişdi. 2014-cü ildə isə, Tərtər rayonuna yeni icra başcısı təyin edilən Müstəqim Məmmədov tələbə yoldaşı Vidadi Bəylərovu Tərtər Rayon Telekomunikasiya Qovşağının rəisi təyin etmişdi. 2017-ci ildə isə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazir Ramin Quluzadənin əmri ilə Vidadi Bəylərov bu vəzifədən də azad edilmişdi.

11. Zərdab rayon İcra Hakimiyyətinin başçısının birinci müavini olmuş Allahverdi Səfərovun vəzifədən azad edilmə səbəbi oğlunun avtoxulianlığı olub. Belə ki, 2015-ci ilin martın 22-də Ceyhun Səfərov sükan arxasında içkili vəziyyətdə olarkən polis zabitinin sənəd təqdim edilməsi tələbinə tabe olmaqdan imtina etdmişdi. Buna görə də, o İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi ilə inzibati qaydada 5 sutka müddətinə həbs edilmişdi. Bu hadisədən sonra isə, Allahverdi Səfərov vəzifəsi ilə vidalaşmışdı.

12. Bakı Şəhər Prokurorluğunun İstintaqa nəzarət şöbəsinin rəisi olmuş Ramiz Nəbiyevin oğlu Elvin Nəbizadə xeyli sayda pulları, lüks evini və müxtəlif avtomobilləri sosial şəbəkədə nümayiş etdirdiyi üçün atası 2014-cü ildə öz ərizəsi ilə vəzifəsindən azad olunmuşdu.

13. Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini Şahmar İbadovun oğlu da avtomobil qəzası törədərək atasının nüfuzunu aşağı salan övladlar sırasındadır. Oğlu Elmir 2017-ci ildə maşınla yaşlı qadını vuraraq öldürməsi ilə gündəmə gəlmişdi. Hadisədən sonra Elmir İbadov 5 il müddətinə həbs edilsə də, 2019-cu ildə bəraət almışdı. Ancaq atası vəzifəsini itirmişdi.

14. Eks-deputat Ayaz Orucov da oğlunun özbaşınalığına görə vəzifəsini itirənlərdəndir. Oğlu İsmayıl Orucov Binəqədi rayonu, Azadlıq prospektində ağ rəngli “Mercedes Galenvagen” markalı, AZ 10 BB 111 nömrə nişanlı maşından ağ rəngli “Nissan Juke” markalı, AZ 90 NX 685 nömrə nişanlı maşına 8 dəfə atəş açmışdı. Bu hadisədən sonra Ayaz Orucovun deputatlıq fəaliyyəti sonlandırmışdı.

Bizim.Media
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tofiq Heydərov 8 milyon ödəsə də, 20 milyondan artıq borcu var


“AAAF-İnşaat” Məhdud Məhsuliyyətli Cəmiyyətinin (MMC) 20 milyon manata yaxın vergi borcu var.

Qaynarinfo-nun məlumatına görə, ötən il şirkətin 28 milyon 176 min manata yaxın vergi borcu var idisə, hazırda bu məbləğ 19 milyon 857 min 953 manat 89 qəpik təşkil edir.

Həmçinin şirkətin strukturuna daxil olan “AAAF Park Xırdalan” MMC-nin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə 174 min 401 manat 32 qəpik vergi yaranıb. Bu MMC-nin ötən il vergi borcu 2 min manata yaxın idi.

Lənkəran “AAAF Park” MMC-nin də 6 saylı Ərazi Vergilər Baş İdarəsinə 897.96 manat borcu var.

Göründüyü kimi, Tofiq Heydərovun təsisçisi olduğu şirkət milyonlarla vergi borcu ödəsə də, hələ də külli miqdarda borcu var.

Əldə etdiyimiz məlumata görə, Tofiq Heydərovun təsisçisi olduğu şirkətlərə təyin etdiyi bəzi rəhbər şəxslərin də ölkədən giriş-çıxışı məhdudlaşdırılıb.

“AAAF Park-Astara”da da vəziyyətin ürəkaçan olmadığı deyilir. Bu layihəyə milyonlar xərclənsə də, qazanc kifayət qədər deyil.

Qaynarinfo
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hacı Mazanın “444” sevgisi - İLGİNC FAKT


Xatırladaq ki, bu yaxınlarda aktualxeber.az saytında “Ədalət Həsənovla Hacı Mazanın gizli sövdələşməsi”, “Ramazan Zeynalov necə Hacı Mazana çevrildi?!” və “Hacı Mazanın polis oğlundan qeyri-adi hərəkət” başlıqlı məqalələr dərc etmişdik. Məqalələrdə Hacı Mazan və oğlu, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Ağsu rayonunda yerləşən 3 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi polis polkovnik-leytenantı Bayram Zeynalovun qanunsuz əməllərindən bəhs etmişdik. Hacı Mazan kimi tanınan iş adamı Ramazan Zeynalov həm də ölkədə bəzi məsələlərdə monopolist kimidə ad çıxarıb. Bu gün onun “nömrə monopoliyasından” danışacağıq.
Buna misal olaraq 44-//-444 dövlət qeydiyyat nişanının onun ailə üzvlərindən başqa heç bir kəsə verilməməsi göstərilməkdədir. Bu hələ Ramazan Zeynalovun qardaşı Elxan Zeynalovun Lənkəran “MERO”sunda rəhbərlik dövründən təməli qoyulub. E.Zeynalovun rəbərliyi dövründə onun sağ əli olan Əli adlı MERO əməkdaşı tərəfindən bütün ailə üzvlərinin maraqlarını bu günə kimi də qorumaqla görəvləndirilib. Cənub bölgəsində avtomobillərə məxsus olan 44-//-444 dövlət qeydiyyat nişanlarının Zeynalov soyadını daşımayan şəxslərə verilməməsi adət halını alıb. Bu nömrələrə sahib olmaq üçün ya Zeynalovlarla yaxın qohum olmalı və ya mütləq Zeynalov olmaq lazımdır. R.Zeynalovun monopoliyasına daxil edilən avtomobil nömrələri hətta bu gün onun “Villəş” otelinin kuryerlik məqsədi ilə istifadə edilən avtomobillərində belə müşahidə edilir.
Bir neçə il bundan əvvəl Hacı Mazan tanınmış qonaqlarının avtomobilini saxladığı üçün YPX əməkdaşını təhqir edib, döymək üçün onun üzərinə hücum belə çəkmişdi. Hadisənin təfsilatları haqda qeyd edilirdi ki, adıçəkilən oteldə təşkil edilən əyləncəli proqramda iştirak etmək üçün rayona gələn müğənni Xatirə İslam və Aşıq Əlinin içərisində olduğu avtomobilə yol hərəkəti qaydalarını pozduğu üçün rayon yol-patrul xidmətinin Vasif Ələsgərov adlı əməkdaşı tərəfindən dayanmaq əmri verilibmiş. YPX əməkdaşı saxlanılan avtomobilin sürücüsünə qayda pozuntusuna yol verdiklərini izah edərək, avtomobilin sənədlərini təqdim etməsini xahiş edib. Lakin maşında olan Aşıq Əli polisin qanuni tələbinə əməl etməyərək, YPX əməkdaşını hədələyib. YPX əməkdaşının israrla sənədləri istədiyini və tabesizlik göstərəcəkləri təqdirdə post-patrul xidmətinin əməkdaşlarının çağırılacağı ilə bağlı xəbərdarlıq etdiyini görən Aşıq Əli onları qonaq çağıran Hacı Mazana zəng edib. Hacı Mazan hadisə yerinə gələrək, onun qonaqları olan Xatirə İslam və Aşıq Əlinin avtomobilini saxladığı üçün yol-patrul xidmətinin əməkdaşı Vasif Ələsgərovu təhqir edib, döymək üçün üzərinə hücuma keçib. Yalnız digər polis əməkdaşlarının köməyi sayəsində V.Ələsgərov döyülməkdən qurtulub. Hacı Mazan YPX əməkdaşına qəzəblənərək, onu xidmətdən uzaqlaşdıracağı ilə hədələyib. Bu hadisənin özü cəzasızlıqdan ruhlanan və pulun gücünə hər şey edə biləcəyini düşünən R.Zeynalovun iddialı biri olduğunu sübut edir. Ümidvarıq ki, qanunun şah olduğu ölkəmizdə tezliklə belə hərəkətlərə yol verən şəxslər olmayacaqdır.
Araşdırmalarımız davam etdiyindən yazıda adları qeyd edilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. //aktualxeber.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"11 saylı notarius müdir tərəfindən “ata ocağı” kimi işlədilir" - NARAZILIQ!


Bakı Şəhəri 11 saylı Notariat Şöbəsində müdirin özbaşınalıq hallarına yol verməsi iddia olunub.

Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist İlkin Muradov sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, ötən həftə sonu 11 saylı notariat şöbəsinə gedib:

“Bacanağım mənə ümumi etibarnamə verməli idi. Əməkdaşlardan birinə yaxınlaşdıq. Ümumi etibarnamənin tələblərini etibarnaməni verən adama izah elədi. Etibarnaməni verən də etiraz etmədi. Sonra birdən qayıtdı ki, müdirin yanına gedin, sizə 1-2 sual verəcək. Dedik ki, nə sualı? Alan razı, verən razı. Müdirə nə? Nəsə, müdirin yanına keçdik. Səhv etmirəmsə, adı İlqar idi. Bizə qədər bağlı qapı arxasında çox adam qəbul eləmişdi. Otağına girəndə dedi ki, ancaq etibarnaməni verən qalsın. Mən qapıda gözləyəndə 3-4 dəqiqəyə bacanağım çıxdı. Dedi ki, vermədi. Müdir deyib ki, imzanı çək. Bacanaq da imzasını dəftərə çəkib. Özünü ağıllı hesab edən müdir deyib ki, şəxsiyyət vəsiqəsindəki imzaya oxşamır. Buna başa salmaq olmayıb ki, vəsiqədəki adam burdadır, vəsiqədəki imza da elektron qələmlə çəkilib. Tələb absurd idi. Bəlkə də bunun üçün rüşvət istəyirdi”.

Jurnalist daha sonra ASAN xidmət mərkəzlərindən birinə gedib:

“Növbəmiz bizə çatanda cəmi 5-6 dəqiqəyə etibarnaməni aldıq. Bizə sadəcə etibarnamənin tələblərini, şərtlərini izah elədilər. ASAN Xidmətdə olanda xanımlardan birindən 11 saylıdakı özbaşınalığın, imza tələbinin səbəbini soruşdum. Xanım gülümsəyərək belə cavab verdi: “11 saylı notariuslar içində notarius yaradıb. Onların fəaliyətini şərh etmək istəmirəm”. Bu sözdən də aydın oldu ki, 11 saylı notarius müdir tərəfindən “ata ocağı” kimi işlədilir”.

Məsələ ilə bağlı Ədliyyə Nazirliyinin rəsmisi Aynur Sabitova bildirib ki, iddiaları müvafiq idarə araşdıracaq.

Yeniavaz.com
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rabitə və Nəqliyyat Kollecində şübhəli satınalmalar davam etdirilir - İLGİNC FAKTLAR


Ötən ilin dekabrında yaydığımız bir məqalədə Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci tərəfindən dövlət satınalmalarında yol verilən qanun pozuntularına toxunmuşduq. Qeyd etmişdik ki, Kollecdə hər il əsaslı və cari təmir işlərinə, avadanlıqların alınmasına satınalmalar yolu ilə külli miqdarda vəsait ayrılır. Amma dövlət satınalmaları haqqında qanunun tələblərinə uyğun deyil, buradakı səlahiyyət sahiblərinin bildiyi kimi. Yəni, elan olunmuş və keçirilmiş kotirovka sorğuları üzrə bağlanmış müqavilələrdə saxtakarlıq hallarına yol verilməklə, habelə satın alınan malların və xidmətlərin qiymətlərini süni şəkildə şişirtməklə, özlərinə yaxın şirkətlərlə bağladığı müqavilələri ictimaiyyətdən gizlətməklə. Yəni. mövzu ondan ibarət idi ki, burada satınalmalar şəffaf keçirilsəydi, nəticələri də hər yerdə olduğu kimi ictimaiyyətə açıqlanardı.

Bu il Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci keçirdiyi kotirovka sorğularının nəticələrini açıqlayıb. Yəni bununla demək istəyirlər ki, biz şəffaf işləyirik. Amma kollecin səlahiyyyətliləri bilmirlər ki, bu ilki açıqlamalarla ötən il satınalmalarda yol verdikləri qanun pozuntularını bir daha təkrar ediblər və bizim yazdıqlarımızı təsdiq etmiş olublar. Biz ötən il tikili və avadanlıqlar, maşın və avadanlıqlar, dəftərxana və təsərrüfat xərcləri, əsas vəsaitlərin və azqiymətli və tez köhnələn əşyaların dəyərinin müəyyənləşdirilməsi, digər malların alınması, mətbəə məhsulları üzrə xərclər, maşın və avadanlıqların alınması, əyani vəsait, kitab, digər malların alınması üzrə Kollec tərəfindən keçirilmiş kotirovka sorğularının qaliblərinin kimlər olduğunu müəyyən edə bilməmişdik.

Amma bu il məlum oldu ki, Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci səlahiyyətlilərinin biznes tərəfdaşları Sumqayıt şəhərində bir ünvanda, iki-üç ay əvvəl dövlət qeydiyyatına alınmış, iki nəfərə məxsus MMC-lərdir. İndi Kollecin səlahiyyət sahibləri sübut etsinlər ki, ötən il də satınalma müqavilələri onlarla bağlanmayıb.Yaxud da, onların adına olan başqa MMC-lərlə işbirliyində olmayıblar.

Bakı Dövlət Rabitə və Nəqliyyat Kollec sair torpaq, tikili və avadanlıqların satınalınması üzrə keçirdiyi kotirovka sorğusuna noyabr ayının 16-da yekun vurduğunu açıqlayıb və “SÜNBÜL SERVİS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 22 124 manat məbləğində satıanalma müqaviləsinin bağlanıldığını elan edib.

Rabitə və Nəqliyyat Kolleci mətbəə məhsullarının satın alınması üzrə keçirdiyi kotirovka sorğusuna da noyabr ayının 16-da yekun vurduğunu açıqlayıb və “DİSCOVERY AA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 10 445 manat məbləğində satıanalma müqaviləsinin bağlanıldığını elan edib.

İndi gəlin görək bu MMC-lər kimə məxsusdur.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “SÜNBÜL SERVİS” Məhdud Məsuliyyətli Cəmiyyətinin 22.08.2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 5 manat olan MMC-nin hüquqi ünvanının SUMQAYIT ŞƏHƏRİ, MƏH 19, ev 5/24, m. 7, qanuni təmsilçisi kimi isə Abdullayeva Sədaqət Həsən qızı qeyd olunub.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “DİSCOVERY AA” Məhdud Məsuliyyətli Cəmiyyətinin 22.08.2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 5 manat olan MMC-nin hüquqi ünvanının SUMQAYIT ŞƏHƏRİ, 10 MKR, ev 42, m. 59, qanuni təmsilçisi kimi isə Abdullayeva Sədaqət Həsən qızı qeyd olunub.

Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci tərəfindən noyabrın 16-da daha bir kotirovka sorğusuna da yekun vurulduğu açıqlanıb. Abadlaşdırma işlərinin satın alınması üzrə keçirilmiş bu kotirovkada isə “RPS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 12 150 manat məbləğində satıanalma müqaviləsinin bağlanıldığı elan edilib. Bəs bu MMC kimə məxsusdur? Abdullayeva Sədaqət Həsən qızının qanuni təmsilçisi olduğu “DİSCOVERY AA” MMC ilə eyni ünvanda, SUMQAYIT ŞƏHƏRİ, 10 MKR, ev 42, m. 59-da dövlət qeydiyyatına alınmış Əliyev Babək Ceyhun oğluna.

Dövlət satınalmalarının vahid internet portalı üzərindən pardığımız araşdırmalar zamanı o da məlum oldu ki, Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci qanuni təmsilçisinin Əliyev Babək Ceyhun oğlu olduğu MMC-lərlə iyul ayında da iki satınalma müqaviləsi bağlayıb.

Mətbəə məhsulları üzrə “AB İNTER SERVİS G” MMC ilə 8470 manat məbləğində satınalma müqaviləsi 27.07.2022-ci il tarixdə bağlanmışdır.

Abadlaşdırma işlərinin satınalınması üzrə keçirilmiş kotirovkada isə “RPS” MMC ilə 9799.5 manat məbləğində satınalma müqaviləsi 27.07.2022-ci il tarixdə bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “RPS” Məhdud Məsuliyyətli Cəmiyyətinin 10.11.2009-cu il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının SUMQAYIT ŞƏHƏRİ, 10 MKR, ev 42, m. 59, qanuni təmsilçisi kimi isə Əliyev Babək Ceyhun oğlu qeyd olunub.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AB İNTER SERVİS G” Məhdud Məsuliyyətli Cəmiyyətinin 02.03.2018-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 5 manat olan MMC-nin hüquqi ünvanının SUMQAYIT ŞƏHƏRİ, MƏH 18, ev 2/29, qanuni təmsilçisi kimi isə Əliyev Babək Ceyhun oğlu qeyd olunub.

Göründüyü kimi Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci son beş ayda iki nəfərə məxsus ayrı-ayrı MMC-lərlə ümumi olaraq 62 988 manat məbləğində satınalma müqavilələri bağlayıb. Hamısında da “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri kobud şəkildə pozulub,demək olar ki, müvafiq sahədə peşəkarlığı, təcrübəsi,texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlığı nəzərə alınmayıb. Ötən il olduğu kimi şübhəli satınalmalar bu il də davam etdirilib. Kollecin səlahiyyət sahibləri deyə bilər ki, bunlardan xəbərimiz yoxdu, elektron satınalma yolu ilə keçirilib. Amma necə olur ki, iki nəfərə məxsus ayrı-ayrı adlı MMC-lər eyni vaxtda məhz Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin keçirdiyi kotirovka sorğusunun qalibi olublar? Maraqlı olan da məhz burasıdır.

Aktualinfo.org
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Arif Qasımov şəhid anasının evini niyə yandırtdırıb? - ŞOK İDDİALAR


Qaynana adına saxta sənədlər, vəd olunan sərəncamlar, “pay” verilmiş mənzillər və milyonlarla borc – Nizami rayonunda görünməmiş rüşvət və korrupsiya əməlləri Nizami rayonun sabiq icra başçısı Arif Qasımovun vəzifədə olduğu dövrlərdə sayagəlməyəsi qədər qanunsuzluqlara yol verməsi barədə mətbuatda çox yazılıb.

Bu adam özünü məmurdan daha çox torpaq dəllalı və saxta sənədlər hazırlamaq üzrə yüksək səviyyəli “mütəxəssis” kimi tanıdıb. O, icra başçısı işlədiyi rayonu dövlətin müəyyən etdiyi qaydalarla deyil, özünün şəxsi biznes maraqlarına uyğun şəkildə idarə edib ki, bunun da nəticəsində topdağıtmaz səltənətə sahiblənməyə müvəffəq olub. Əlbəttə, bu, Arif Qasımovun Nizami rayonundakı “yaradıcılığının” görünən tərəfidir. Görünməyən tərəflərdə daha ağır əməllər dayanır və onlar barədə toplu məlumatların əks olunduğu kitab da var. Təəccüblənməyin, bu kitabın adı Cinayət Məcəlləsidir və məhz orada Qasımovun Nizami rayonundakı korrupsiya və rüşvət “performansı”, saxta sənəd hazırlamaq “istedadı”, vəzifədən sui-istifadə etmək “qabiliyyəti”, əvvəlcədən əlbir olan mütəşəkkil cinayətkar dəstə yaratmaq “bacarığı”, dövlət əmlkanı və vəsaitlərini talamaq “cəsarəti”, başqalarının əmlakını mənimsəmək “qətiyyəti” və sair “özəllikləri” barədə məlumatlara MADDƏ-MADDƏ rast gələ bilərik.

Ümumiyyətlə, Cinayət Məcəlləsi Arif Qasımovun avtoportretini yaratmaq üçün unikal vasitə hesab oluna bilər. Hətta orada elə maddələr var ki, birbaşa Arif Qasımovun ƏYNİNƏ BİÇİLİB. Oxuduqca sabiq icra başçısını əvvəlcə Kürdəxanıda, sonra da müxtəlif MÜƏSSİSƏLƏRDƏ təsəvvür edirsən.
Arif Qasımov olduqca “unikal” adamdır. Məsələn, sabiq icra başçısı olmasına baxmayaraq, vəzifədə olduğu dövrdə mənimsədiyi vərdişləri bu gün də davam etdirir. Həbsxanada olmadığına görə Tanrıya şükr etmək əvəzinə, özünü nümyişkəranə şəkildə “toxunulmaz adam” kimi göstərən Qasımov Nizami rayonunu indi də özünün şəxsi ofisindən “idarə” etməyə çalışır. Qısası, Qasımovun QARA MÜHASİBATLIĞI bu gün də Nizami rayonundan əl çəkmir. Elə əməllərə imza atılır ki, bütün bunlar barədə daha geniş və detallı şəkildə danışmaq zərurəti var. Hələlik başlayaq Arif Qasımovun icra başçısı olduğu dönəmlərə təsadüf edən qanunsuz əməllərindən.

Əldə etdiyimiz dəqiq məlumatlara görə, Arif Qasımov Nizami rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışdığı dövrlərdə özünə topdağıtmaz səltənət qura bilib. Bu yazıda Qasımovun səltənətinə daxil olan bir neçə obyektdən, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək saxta sənədlər hazırlamasından, eləcə də iş adamlarından aldığı külli miqdarda rüşvətin müqabilində sərəncam verəcəyi vədini yerinə yetirməməsindən bəhs edəcəyik.

Arif Qasımovun biznes imperiyasına daxil olan obyeklərin bir çoxu başqa-başqa adamların adına rəsmiləşdirilib. Əvvəllər obyektlərini, ələ keçirdiyi əraziləri qaynanası Cəfərova Fizzə Mirhəmid qızının adına qeydiyyata aldırsa da, sonradan iz itirmək məqsədilə həmin obyektlər başqa adamların adına keçirilib. Məsələn, bu sırada Qara Qarayev prospektində “Rahat” marketin qarşısında yerləşən və “Konkakt Home” mağazalar şəbəkəsi tərəfindən icarəyə götürülmüş iki mərtəbəli tikilini göstərmək olar. Bu obyek Arif Qasımovla müştərək bir neçə tikinti layihəsində iştirak etmiş iş adamı Elsevərin əməkdaşlarından birinin adına sənədləşdirilib. Qasımov Elsevər adlı iş adamı ilə birgə çoxmərtəbəli bina da inşa etdirib. Bu bina Rüstəm Rüstəmov küçəsində yerləşir.
Sabiq icra başçısının Anar adlı iş adamı ilə də bir neçə müştərək işi olub. Burada bir məqamı qeyd edək ki, Qasımov həm də o icra başçılarından olub ki, təzyiq yolu ilə özünü müxtəlif obyektlərə şərik kimi qəbul elətdirib. Onun Anar adlı iş adamı ilə birgə sahiblik etdiyi restoran sonradan Qasımova Maştağa qəsəbəsində böyük bir “parnik” qazandırıb. Belə ki, Anar öz “parnikindən” Arif Qasımovun xeyrinə imtina etməklə şərikli restoran işlətmək əzabından qurtula bilib.

Qara Qarayev prospektindəki “Ağ Çiçəyim” mağazasının yanındakı paltar mağazası da sabiq icra başçısına məxsusdur. Nədənsə bu obyekt hələ də Qasımovun qaynanasının adına qeydiyyatdadır. Görünür obyektlərin sayının çox olması səbəbindən Qasımov bu mağazanın addan-ada keçirilməsi əməliyyatını hələlik yekunlaşdıra bilməyib.
Sabiq icra başçısı Nizami rayonundakı biznesini özünün məşhur qalasından - “Ofis” kimi tanınan binadan idarə edir. Bu binanın tikintisinin isə ürək üzən tarixçəsi var. Belə ki, Məmmədəli Şərifli küçəsi ilə kəsişmədə yerləşən sözügedən binanı tikmək üçün əvvəlcə torpağın və oradakı evin sahibi olan şəhid anasını razı salmaq ehtiyacı yaranıb. Lakin şəhid anası təkliflərlə razılaşmayıb və bu da Qasımovu bərk qəzəbləndirib. Günlərin birində isə şəhid anasına məxsus olan evdə qeyri-müəyyən səbəblərdən yanğın baş verib. Bu müəmmalı hadisəni ərazidə yaşayan sakinlər hələ də xatırlayırlar. Yağından dərhal sonra Arif Qasımov həmin ərazidə özünə ofis inşa etdirib və bu gün də oranı özünün iş yeri kimi istifadə edir.

İndi gələk məşhur “Neolit” restoranına. Bu obyek əvvəllər Arif Qasımovun qaynanasının adına olub. Sonradan Elsevər adlı iş adamının adına sənədləşdirilib. Maraqlıdır ki, “Neolit”ə görə Arif Qasımov hələ də Yaşar adlı iş adamı ilə mübahisə yaşayır və bu mübahisə zaman-zaman qalmaqal səviyyəsinə də çatır. Nizami rayonunda Arif Qasımova məxsus şadlıq sarayları da var. Onlar haqqında növbəti yazımızda ətraflı şəkildə bəhs edəcəyik.
Hələlik keçək saxta sənəd məsələsinə. Məsələ burasındadır ki, Arif Qasımov Nizami rayonuna rəhbərlik etdiyi dövrlərdə özü üçün ərsəyə gətirdiyi və ya zor gücü ilə sahibləndiyi tikililərin çoxunu, yuxarıda da qeyd etdiyimiz kimi, qaynanası Cəfərova Fizzə Mirhəmid qızının adına sənədləşdirib. Bu sənədlər isə saxta yolla hazırlanıb. Araşdırma aparılarsa, dediklərimizin həqiqət olduğu hüquqi müstəvidə də öz təsdiqini tapar. Hər halda Nizami rayonu İcra Hakimiyyəti başçısının birinci müavini Qərib Məmmədov təsadüfən insult keçirməyib. Məsələ burasındadır ki, həmin saxta sənədlərin əksəriyyətində məhz Qərib Məmmədovun imzası var.

Arif Qasımov icra başçısı olduğu dövrlərdə Nizami rayonunda bina tikintisi ilə məşğul olan iş admlarından da külli miqdarda pul toplamağa müvəffəq olub. O, hər yeni tikilən binaya görə rüşvət almaqla yanaşı, həmin binalardan “pay” mənzillərə də sahib olub. Lakin bunun müqabilində vəd etdiyi müvafiq sənədləri iş adamlarına təqdim etməyib. Elə bu səbəbdəndir ki, hazırda Arif Qasımovla bina tikintisi ilə məşğul olan iş adamları arasında ciddi qalmaqal yaşanır. Məsələn, keçmiş “Sevinc” kinoteatrının yaxınlığında İNTEX şirkəti tərəfindən tikilmiş binaya görə Qasımova 500 min manat çatsa da, o hələ də binaya görə tələb olunan sənədləri şirkətə təqdim etməyib. Onun hazırda belə bir səlahiyyətinin olmadığına əsaslanan şirkət, pulunu geri tələb etsə də Qasımov müxtəlif bəhanələrlə öhdəliyini yerinə yetirməkdən boyun qaçırır. İNTEX Arif Qasımovun borclu olduğu yeganə şirkət deyil. Nizami rayonunda bina tikintisi ilə məşğul olmuş şirkətlərin bir çoxunun Qasımovdan alacağı var və bu məbləğ üst-üstə milyonu ötür.

Arif Qasımov iş adamlarından həm də rayonda aparılmış abadlaşdırma işlərində yararlanıb. O, yaşılllaşdırma, küçələrin işıqlandırılması, parklarda abadlıq işlərinin aparılması, yolların təmiri və s. iş adamlarının vəsaiti hesabına həyata keçirsə də sonradan bu layihələri İcra Hakimiyyətinin adına yazaraq külli miqdarda dövlət vəsaitini mənimsəyib. Bu kimi maxinasiyaları Arif Qasımov həmin dönəmlərdə İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri vəzifəsində çalışmış Tariyel Tahirov və Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş Rasim Abdullayevin əli ilə reallaşdırıb. Adıçəkilən şəxslərin və hazırda da Nizami Rayonu İcra Hakimiyyətinin birinci müavini vəzifəsini tutan Qərib Məmmədovun vasitəsilə Arif Qasımov köhnə tarixli sənədlərin hazırlanmasını da həyata keçirib. Bununla da Arif Qasımov bilavasitə Prezident İlham Əliyevin Fərmanına qarşı çıxmış olub. Belə ki, Prezident İlham Əliyevin 17 sentyabr 2018-ci il tarixli “Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı Arif Qasımovun planlarını pozub. Tikililərə sənəd vermək səlahiyyətini itirən Arif Qasımov rüşvət aldığı iş adamlarını razı salmaq üçün adıçəkilən Fərmandan əvvəlki tarixlər göstərilmiş saxta sənədlər hazırlatdırıb.
Xatırladaq ki, “Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Prezident Fərmanına əsasən yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müvafiq rəyi olmadan tikintiyə icazə verə bilməzlər.
Arif Qasımov Bakı şəhərinin digər rayonlarında da müxtəlif obyektlərə və torpaq sahələrinə sahibdir. Bütün bunlar barədə gundemxeber.az-ın növbəti yazısında geniş şəkildə söhbət açılacaq. Eyni zamanda Qasımovun “vəzifəyə” gedəcəm kimi uydurma söhbətlərindən də bəhs ediləcək. Təsəvvür edin, bu qədər qaramat içində olan bir adam, rayonda öz təsir imkanlarını artırmaq üçün hətta Eldar Əzizizovun yerinə - Bakı meri təyin olunacağına dair şaiyələr yaydırır. Əlbəttə ağlı başında olanlar Qasımovun hansı səbəblərdən işdən qovulduğuna əsaslanaraq onun nağıllarını ciddi qəbul etmirlər. “ÇP”si başından aşan VURULMUŞ kadra bundan sonra kim iş tapşırar? Kim onu himayə edər?..
GundemXeber.Az-ın əldə etdiyi məlumatlarda Arif Qasımovun Nizami Rayonu İcra Hakimiyyətinin hazırkı başçısı Coşqun Cəbrayılova müxtəlif yollarla təzyiq göstəməyə şalışdığına dair məqamlara da rast gəlinir. Qasımov ciddi cəhdlə çalışır ki, Coşqun Cəbrayılov köhnə sərəncamların, eləcə də tikililərə görə digər müvafiq sənədlərin araşdırılmasına maraq göstərməsin. Qasımov yaxşı bilir ki, hazırkı başçı ARXİVİ qaldırarsa, ortaya dəhşət saçan saxtakarlıq faktları çıxacaq. Bu isə Cinayət Məcəlləsindəki uyğun maddələrin Qasımovun əməlləri xüsusunda aktuallıq qazanacağı deməkdir. Maraqlıdır, Coşqun Cəbrayılov sabiq başçının qanunsuz əməllərini ört-basdır edəcəkmi? Yaxud, yeni başçı hansı hallarda Arif Qasımovu qorumağa razı olar? Bax, maraqlı olan həm də budur. Gözləyək.
Növbəti yazılarımız da olacaq.

GundemXeber.Az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vergi Məcəlləsinə xalqdan gizlin saxlanılan dəyişiklər - " ƏDV AL" FAİZİ YARIYA ENDİRİLİR


Məlum olduğu kimi bu ilin sonuna qədər Vergi Məcəllənin bir sıra ciddi dəyişikliklər olacaq.
Ancaq nə hökumət, nə də parlament bu dəyişikliyin nədən ibarət olmasını açıqlamadığından iqtisadçılarda və sahibkarlarda ciddi suallar yaradıb.

DİA.AZ gununsesi.info-ya istinadla bildirir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini Samirə Musayeva Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin iclasında məcəlləyə ediləcək dəyişikliklər nəticəsində dövlət büdcəsinə 42 milyon 500 min manat əlavə vəsait daxil olacağını deyib.

Bu isə o deməkdir ki, vergi sanksiyaları ciddi şəkildə sərtləşdiriləcək.
Əməkdaşımızın özəl mənbədən araşdırması zamanı bəlli olub ki, vergi qanunvericiliyini pozan şirkətlərə maliyyə sanksiyası 20 dəfəyədək artırılacaq.
Xalqdan gizlin saxlanılan dəyişikliklər arasında Əlavə Dəyər Vergisi (ƏDV) ilə də bağlı yeniliklər olacaq.
Məlumatda bildirirlir ki, məcəlləyə dəyişiklikdə nağdsız əməliyyatlar geri qaytarılan ƏDV-nin 10 faizdən 5 faizə endirilməsi nəzərdə tutulub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Fuad Muradov istefa verəcəkmi? – Fransada 10-15 nəfər “Nooldu, Paşinyan?” mahnısına oynayır…


Fransa Senatının Azərbaycan əleyhinə yekdilliklə (cəmi 1 nəfər əleyhinə səs verib) qətnamə qəbul etməsindən sonra gözlər yenidən dövlətimizin nüfuzunun qorunması, xarici siyasətimizə dəstək göstərilməsi və ölkəmizin maraqlarının müdafiəsi ilə məşğul olan Diasporla iş üzrə Dövlət Komitəsinin və islahatlar dövrünü yaşayan rəsmi media qurumlarının fəaliyyətinə (fəaliyyətsizliyinə) yönəldi. Baxmayaraq ki, sözügedən proses, yəni ölkəmizin informasiya müharibəsində uduzması barədə hələ sentyabrda sərhəddə baş verən toqquşmadan sonra müstəqil ekspertlər və media orqanları həyəcan təbili çalırdılar.

Ümumiyyətlə, onsuz da son illərdə fəaliyyəti ciddi tənqid olunan, diasporumuzu parçalamaqla məşğul olduğu barədə ciddi ittihamlarla üzləşən Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Vətən müharibəsindən sonra daha da arxayınlaşıb, hətta özünü də, rəhbrəlik etdiyi qurumu da unutdurmağa çalışıb.

Halbuki Fransa kimi Avropanın aparıcı dövlətində erməni diasporunun güclü olduğunu, yenidən prezident seçilən E.Makronun Ermənistanın maraqlarından çıxış etdiyini nəzərə alaraq, Diasporla iş üzrə Dövlət Komitəsi bu ölkədə fəaliyyətini qat-qat gücləndirməli idi. Üstəlik, Fransada ermənilərlə yanaşı, Türkiyədən, İrandan olan soydaşlarımızın, müsəlman əhalinin çoxluğunu nəzərə alaraq onların arasında ölkəmizin təbliğinə geniş yer verməli idi.

Əvəzində nəyin şahidi oluruq? Fuad Muradovun qrant layihələri adı altında illərlə pul ayırdığı adamlar, 10-15 nəfər azərbaycanlı “Nooldu, Paşinyan?” mahnısının sədaları altında guya Fransa Senatına etiraz aksiyası düzənləyir…

AzToday.az xəbər verir ki, sosial media ortamında yayılan görüntülərdəki utancverici mənzərə qarşısında Fuad Muradov istefa verməli idi. Hər halda Parisdə baş verənlər, Fransa Senatında qəbul edilən üzdəniraq qətnamədən sonra Diasporla iş üzrə Dövlət Komitəsinin lüzumsuzluğu bir daha gündəmə gəlir.

Çünki ölkəmiz üçün son dərəcə vacib olan bu qurum əslində Azərbaycan dövlətinin xarici siyasətinə dəstək olmaq əvəzinə yararsızlığını bir daha sübut etdi. Xarici ölkələrdəki soydaşlarımızın ciddi şəkildə səfərbər olması və ölkəmizin mənafelərinin qorunması üçün ciddi addımlar atılması məqsədilə yaradılan Diasporla iş üzrə Dövlət Komitəsi Fuad Muradovun rəhbərliyi dövründə qondarma qrant layihələrinin uğursuzluğu, xarici ölkələrdə Komitənin yaratdığı koordinasiya şuralarının fəaliyyətsizliyi və Avropadakı diasporlarımızın parçalanması ilə yadda qalıb.

Ümumiyyətlə, F.Muradovun son illərdəki fəaliyyəti qrant layihəsi və medal verməkdən ibarət olub. Həmçinin dövlət tərəfindən ayrılan pulların nə üçün xərcləndiyindən də F.Muradovdan başqa, heç kimin xəbəri yoxdur. Xaricdə yaşayan soydaşlarımızın sözlərinə görə, F.Muradovun rəhbəri olduğu Komitə diaspor təşkilatlarının, xarici ölkələrdəki Azərbaycanın dostlarının, səfriliklərimizin səylərini birləşdirə bilmir.

Qeyd edilənlərdən belə bir nəticə hasil olur ki, Fuad Muradov bu 5 il ərzində öz fəaliyyətsizliyi ilə, Diasporla İş üzrə Dövlət Komitəsinin vacibliyini sual altına alıb. Çünki ölkəmizə qarşı Avropanın aparıcı ölkələrində olan mənfi münasibət xaricdəki soydaşlarımızın həmrəylik məsələsinə etinasız yanaşmasından deyil, Qərb ölkələrdəki səfirliklərimizin Diasporla İş üzrə Dövlət Komitəsinin yaratdığı koordinasiya şuralarının yarıtmaz fəaliyyətindən qaynaqlanır.

Ən maraqlısı odur ki, Fransa Senatının qərar qəbul etməsindən sonra F.Muradovun rəhbərlik etdiyi, o cümlədən ölkəmizin təbliğatı ilə məşğul olan əlaqədar qurumların fəaliyyəti hansı istiqamətdə qurulacaq? Son aylarda ölkəmizə qarşı baş verən informasiya hücumları qarşısında ciddi tədbir görülmədiyini nəzərə alanda hər hansı mühüm addımların atılmasını gözləmək sadəlöhvlükdür.

Beləliklə, F.Muradov ona həvalə edilən vəzifənin öhdəsindən gələ bilmədiyini artıq sübut edib. Bir şəxsin vəzifədə özünü göstərməsi üçün 5 il kifayət deyilmi? Artıq hamı görür ki, Diasporla İş üzrə Dövlət Komitəsi diasporumuzla işləyə, xarici ölkələrdə ölkəmizin maraqlarının qorunması naminə müsbət addımlar ata bilmir.
AzToday.az

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO