[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əlillərin sosial müdafiəsi... yoxsa büdcənin ƏLİLLƏRDƏN MÜDAFİƏSİ? - NARAZILIQ VAR!


Azərbaycan xalqı, dünya azərbaycanlıları 8 noyabr – Zəfər Gününü qeyd etdilər. Müharibədən isə bizim cəmiyyətə yalnız qələbə və geri alınmış torpaqlar qalmadı. Doğrudur, həm Birinci, həm İkinci Qarabağa müharibəsi şəhidlərimizin də qanı yerdə qalmadı, düşmənin hay-küylə yaratdığı “yenilməz erməni ordusu” mifi dağıldı, dünya haqq savaşı aparan Azərbaycan əsgərinin gücünü gördü.

Amma müharibədən həm də “canlı şəhidlər” dediyimiz qazilərin səhhət problemi də miras qaldı. Çoxlu sayda əsgər və zabit sağlamlığını itirdi, əlil, şikəst oldu, əmək qabiliyyətini tam və ya qismən itirdi. Azərbaycan hökuməti həmin şəxslərin reabilitasiyası və sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atır. Bu müstəvidə görülən işlər sırasında mühüm biri də əlillik dərəcələrinin təyini və nəticə etibarilə həmin dərəcələrə görə pensiyaların təyin olunması məsələsidir. Etiraf etmək lazımdır ki, bu məsələdə həmişə məmurların korrupsiya hüquqpozmalarına rast gəlinib və əvvəllər tibbi sosial ekspert komissiyaları sədrlərinin və üzvlərinin məsuliyyətə cəlb olunmalarının şahidi olmuşuq. İndi qazilər məhz qalib əsgərlər kimi cəmiyyətdə onlara bəslənən hörmət və ehtiramın hesabına məmurların qurduqları (qurmaq istədikləri) süni maneələri aşa bilirlər. Ən azından qazilərin yaxasındakı, Prezidentin sərəncamı ilə təltif olunduqları orden və medallar məmurların gözünü qamaşdırır. Amma digər əlil vətəndaşlar (müharibə iştirakçısı olmayanlar) öz halal haqlarını tələb edəndə qarşılaşdıqları bürokratik əngəlləri dəf edə bilmirlər.

Belə haqsızlıqla üzləşən gənc əlil Asif Cənnətovun məruz qaldığı hüquqpozma barədə “Tibbi-Sosial Ekspertiza Agentliyində dırnaq əvəzinə barmaq kəsən “Möminə Xatun” kimdir” başlıqlı məqalədə yazmışdıq. Xatırladaq ki, Asifin anası Rəqsanə Cənnətova redaksiyamıza müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində komissiya üzvü, özü barədə mömün qadın imici formalaşdıran, işə hicabda gələn nevropatoloq İradə xanımdan şikayətlənmişdi. Ötən məqalədən sitat: “Rəqsanə Cənnətova bildirir ki, övladı Cənnətov Asif Cənnət oğlunun 18 yaşı tamam olan kimi əlillik pensiyası kəsilib. Yenidən təyinat almaq üçün onlayn müraciət əsasında Asif Cənnətov Agentlikdə müayinəyə dəvət olunub. Lakin doktor İradə xanım anadangəlmə Parkinson xəstəliyindən, eləcə də nitq qüsurundan əziyyət çəkən Asif Cənnətovun əlilliyini qəsdən tanımaq istəmir. Sərbəst gəzib-dolaşa bilməyən Asif valideynlərinin müşayiəti ilə dəfələrlə İradə həkimin yanında olub. Hər dəfə də İradə xanım fərqli sözlər deyərək, onları get-gələ salıb. Hər dəfə bir başqa sənəd tələb edib, deyib ki, əvvəllər bu cür xəstələrə əlillik dərəcəsi düşürdü, indi qaydalar dəyişib, daha düşmür. Cənnətovlar həmin təsdiq sənədini (o sıradan axırıncısını Mirqasımov ad. 1 saylı Respublika Xəstəxanasından) gətirib təhvil verəndən sonra yeni bir “əmma” çıxarıb: Valideynlərə deyib ki, getsinlər evə, xəstə övladlarının qıcolması tutanda videoya çəkib gətirsinlər. Ən nəhayət, İradə həkim etiraf edib ki, “yuxarıdan” (bizim misalda Səhiyyə Naziri Teymur Musayev, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, DTSER Agentlyinin sədri Anar Bayramov) imperativ göstəriş var, heç kəsə humanist münasibət göstərilməsin, əks halda o, işini itirə bilər, evinə apardığı məvacibindən, çörək pulundan məhrum olar. Əlilliyin təyin olunması üçün mütləq gərək “yuxarı”dan göstəriş verilsin”.

Məqalədə haqlı olaraq sual da qoyulmuşdu: Bəs o İradə xanımın “quru maaş” dediyi çörək pulu gerçək əlili pensiyadan məhrum edirsə, haram deyilmi? Və bu haramxorluq İradənin başına örtdüyü hicabla, qıldığı namazla, etdiyi ibadətlə necə uzlaşır?

Bu dəfə redaksiyamıza Asifin atası Cənnət Cənnətov müraciət edib: “İradə xanım yəqin özü də “yuxarıdan” təltifnamə qazanmaq istəyir ki, nəinki sadə vətəndaşlara, hətta müharibə əlilləri ilə söz güləşdirəndə də imtiyaz sarıdan geri qalmasın. Təltif isə yəqin ki, o həkim-ekspertlərə verilir ki, heç kəsə əlillik dərəcəsi təyin etməsinlər, əlillik statusu dayandırılmış olanların statusunu bərpa etməsinlər. Hər halda İradə xanımın sözlərindən belə çıxır. Oğlum Asif sonradan mənə dedi ki, İradə xanım onu humanistliyə dəvət edən həkim ekspert həmkarına belə cavab verib: “Bu uşaq ağıllı-başlı gəncdir, kollec tələbəsidir, özü də yüksək keçid balı toplayıb dövlət hesabına oxuyub, buna necə əlillik verək?” Maraqlıdır, məgər mənim oğlum əlil sayılmaq üçün oxuya bilməməli, Allah eləməmişkən, gerizəkalı olmalı, evdə, məktəbdə aldığı tərbiyəni bilərkdən gizlədib müayinə zamanı hoqqa çıxarmalıydı? Yaxud, özünü yalandan qıc olmuş kimi göstərməliydi? Oğlumun gözünün zəifliyini, nitqinin qüsurunu, bir sıra başqa aydın görünən, üzdə olan nöqsanlarını nəzərə almayan, sanki görməyən nevropatoloq İradə xanım bizə təklif edir ki, oğlumun evdə qıcolması baş tutan anda video-görünrüsünü qeydə alaq və çəkdiyimiz ona göstərək. Başa düşmürəm, biz valideyn olaraq övladımızın qıcolma anında onu özünə gətirməklə qayğılanmalıyıq, yoxsa, ürəyimizə daş bağlayıb video çəkməklə məşğul olmalıyıq? İradə xanımın istədiyi tibb müəssisələrindən aryışları, analiz, müayinə nəticələrini gətirib ona təqdim edəndən sonra axırda sözü bu oldu ki, bizim özümüzün daha bir ixtisaslı ekspert-həkimimiz var, amma xaricdədir, o gəlib çıxmayınca, rəy verməyincə iş alınmayacaq. Yenə də qəribədir, bu boyda ölkədə xaricə ezam olunmuş, yaxud, səyahətə çıxmış bir həkimi əvəzləyəcək başqa həmkarı yoxdurmu? Özünü “Allah adamı” kimi təqdim edib haqqı tanımayan (Allahın mübarək adlarından biri də Haqqdır), öz iradəsizliyini, qərar vermək məsələsində acizliyini Nazirliyin, guya dəyişən qaydaların, çatışmayan hansısa rəyin, xaricdə olan həkim ekspertin üstünə yıxmağa çalışan İradə xanım elə mövqe sərgiləyir ki, sanki təmsil etdiyi Nazirliyin vəzifəsi əhalinin, o cümlədən, əlillərin sosial müdafiəsi deyil, dövlət büdcəsinin əhalidən, eləcə də əlillərdən müdafiəsidir. Ən adi bir həqiqət unudulmamalıdır: Bu gün başqa əlamətlər bir yana, qıcolmasının müayinə günlərinə təsadüf etmədiyinə görə əlillik statusundan məhrum olan şəxs sabah tutaq ki, işlədiyi yerdə qəfil tutan qıcolma səbəbindən özü istehsalat xəsarəti ala, yaxud, hərəkəti və ya hərəkətsizliyi ucbatından kimlərinsə xəsarət almasına, istehsal vasitələrinin, əmlakın ziyan görməsinə səbəbkar ola bilər. Necə deyərlər, iş bir dəfə olur. Müayinənin aparıldığı 1-ci mərtəbədə hətta müayinəyə gətirilmiş başqa xəstələr və onları müşayiət edən yaxın adamları oğluma imtina cavabı verilməsini öyrənəndən sonra öz ümidlərinin də qırıldığını etiraf etdilər: “Əgər belə xəstəyə əlillik vermirlərsə, daha bizim burda vaxt itirməyimizin yeri yoxdur, dağılışıb gedək evimizə””.

Cənnət Cənnətov hətta İradə xanımın ünvanına dediyi tənqidi sözlərə görə, onun tərəfindən məhkəməyə də verilməsinə hazır olduğunu bildirmişdir: “Qoy həmin məhkəmə də ən yüksək reytinqli hakimlərin, lap elə tələb etdiyimiz təkrar müayinə də açıq formada sahənin ən ixtisaslı həkim ekspertlərinin iştirakı ilə, kütləvi informasiya vasitələrinin çəkilişlərinin müşayiəti ilə keçirilsin, efirdə, sosial şəbəkələrdə canlı olaraq yayımlansın. O halda hətta bizim üçün mənfi olacaq nəticə ilə barışmağa, İradə xanımın tələb edəcəyi üzrxahlığı etməyə hazırıq”.

Deryaz.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vaqif Axundovun adamları Azərbaycana BELƏ ZİYAN VURUR... - İLGİNC FAKTLAR


Bir neçə gün əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyi "Ovçuluq haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması məqsədilə Saatlı rayonu ərazisində reyd keçirib. Sarısu Ovçuluq Təsərrüfatında keçirilən reyd zamanı qanunsuz ovla məşğul olan çoxsaylı əcnəbi vətəndaş cərmələnib, eyni zamanda qanunsuz silahlardan istifadə olunması müəyyənləşdirilib və aktlaşdırılıb.

Qeyd edək ki, Sarısu Ovçuluq Təsərrüfatında reyd keçirilməsini Ekologiya və Təbii Sərvətlər Nazirliyi də təsdiqləyib. Nazirliyin Mətbuat Xidmətindən bildirilib ki, həqiqətən də noyabrın 5-də sözügedən ovçuluq təsərrüfatında qanunsuz ovla məşğul olan şəxslərə qarşı reyd keçirilib…

General-polkovnikin hobbisi…

Azsiyaset.com saytının məlumatına görə, Sarısu Ovçuluq Təsərrüfatı bir neçə il bundan əvvəl 2020-ci ildə ləğv edilən Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) rəisi, general-polkovnik Vaqif Axundov tərəfindən bir zənglə şəxsi nəzarətə götürülüb. Nazirlər kabineti də bununla bağlı qərar verib.

Sayt xatırladır ki, V.Axundov istefaya göndərildikdən sonra Prezident İlham Əliyevin fərmanı ilə XDMX-nın yerində 3 qurum yaradıldı. Məhz bundan sonra Sarısu Ovçuluq Təsərrüfatı XDMX-nın yerində yaradılan 3 qurumdan birinin - Prezidentin Təhlükəsizlik Xidmətinin balansına daxil oldu. Ovçuluğa xüsusi marağı olan V.Axundov həmin vaxt həm də Azərbaycan Atıcılıq Federasiyasının prezidenti vəzifəsini daşıyır və paralel olaraq Ovçuluq təsərrüfatı da onun yaxınları tərəfindən idarə olunurdu.

Saytın redaksiyasına daxil olan məlumatlardan aydın olur ki, hazırda Sarısu Ovçuluq Təsərrüfatı Hərbi Ovçuluq Cəmiyyətinin sədri Rasim Rzayev tərəfindən istismar olunur. O, V.Axundovun yaxın adamlarından biri kimi Atıcılıq Federasiyasında da vitse-prezident postunu tutub.

Hərbi Ovçuluq Cəmiyyəti nazirlik qədər səlahiyyətə malikdir

Əlbəttə, ilk baxışdan bütün iradlar yenə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin üzərində cəmləşir. Çünki ovçuluq biletləri vermək səlahiyyəti məhz bu nazirliyə məxsusdur. Ancaq məsələnin dərinliyinə gedəndə aydın olur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə yanaşı, Hərbi Ovçuluq Cəmiyyəti də ovçuluq biletləri vermək səlahiyyətinə sahibdir. Bu amil isə cəmiyyətin ovçuluq təsərrüfatlarındakı qanunsuz hərəkətlərinə geniş imkanlar yaradır.

Xatırladaq ki, əcnəbilərin Azərbaycanda qanunsuz ovla məşğul olması dəfələrlə vətəndaşlarımızın etirazına səbəb olub. Şübhəsiz, onlar bu məsələdə haqsız da deyillər. Çünki hansı ölkədən və nə məqsədlə ölkəmizə gəlmələrindən asılı olmayaraq, bütün turistlərin Azərbaycan qanunlarına əməl etməsi vacib şərtdir. Onlar qanunlarımız haqda yetərli bilgiyə sahib olmasalar belə, müvafiq qurumların bu haqda turistləri məlumatlandırması lazımdır.

Nazirlik qanunsuz ovların qarşısını necə almalıdır?

Xüsusən də Ekologiya və Təbii Sərvətlər Nazirliyi onlar üçün bələdçi ayırmalı, ovlanması yasaq olan quşlar və heyvanlarla bağlı yetərli məlumat verilməli, üstəlik ciddi nəzarət mexanizmi qurmalıdır. Bütün bunlara paralel olaraq Bəhreyn, Küveyt, Qatar, İraq, Oman, BƏƏ, Səudiyyə Ərəbsistanı və s. ölkələrdən ov etmək məqsədilə ölkəmizə gələn turistlərin sayını artırmaq üçün də rəsmi səviyyədə təbliğat aparılmalı, onların ölkəmizdən yüksək əhval-ruhiyyədə qayıtması təmin edilməlidir. Çünki bu turistlərin hesabına ölkəmizə külli miqdarda valyuta daxil olur ki, bu da büdcəmizin artmasında önəmli rol oynayır.

Doğrudur, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu sahədə ciddi tədbirlər paketi həyata keçirir. Əslində, əcnəbi turistlərlə bağlı arzuolunmaz mənzərənin ortaya çıxması sabiq nazir Hüseynqulu Bağırovun zamanından qalan problemlərlə bağlı idi. Lakin Muxtar Babayevin kompleks tədbirlər planı, belə demək olarsa, ümumilikdə nazirliyin fəaliyyətində ciddi dönüşün əldə olunması ilə nəticələnib. Təbii ki, bu gün də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətində nöqsanlar var. Lakin bu nöqsanların aradan qaldırılacağı ilə bağlı ümidlər də az deyil.

Əcnəbilərlə dil tapmaq olar, bəs yerli məmurlarla necə...?

Ümumiyyətlə, Azərbaycanda əcnəbi turistlərlə bağlı illər öncədən mövcud olan problemin artıq həll edilmək üzrə olduğunu düşünmək olar. Lakin təəssüflə qeyd edilməlidir ki, bu gün dövlət maraqlarını ciblərinin doldurulmasına qurban verən məmurlarla dil tapmaq daha çətin olub. Əslində, Sarısu Ovçuluq Təsərrüfatında keçirilən reyd zamanı ortaya çıxan həqiqətlər də belə deməyə əsas verir ki, general-polkovnik Vaqif Axundovun himayəsi altında fəaliyyət göstərən Sarısu Ovçuluq Təsərrüfatı və Hərbi Ovçuluq Cəmiyyəti əcnəbilərin qanunsuz ov etməsinə “yaşıl işıq” yandırmaqla, yenə də öz çıxarlarını ön plana çəkiblər. Həm də dövlət maraqlarını zərbə altında qoymaq, ölkə qanunlarını tapdalamaqla. Belə olduğu halda isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ölkədə qanunsuz ovların qarşısını almaqda nə üçün çətinlik çəkdiyi aydın olur.

Xatıradaq ki, bundan əvvəl - 2021-ci ildə də Sarısu Ovçuluq Təsərrüfatında qanunsuz ov edən xarici vətəndaşlar - Aldarwish Omar, Alqadhan Mohammed, Alawjan Saad və Adil Zülfüqarov adlı şəxlər 7000 manat məbləğində cərimə olunmuşdular. Lakin nəzərə alsaq ki, cərimə olunanlar qanunsuz ov edən şəxslərin cüzi bir hissəsidir, deməli, dövlətə daha böyük zərər dəyir. Həm də hansısa məmurların qanunsuz yollarla cibini doldurması hesabına. Elə Azsiyaset.com saytı da yazır ki, Sarısu Ovçuluq Təsərrüfatının rəhbəri İsmi Atakişiyevlə Hərbi Ovçuluq Cəmiyyətinin sədri Rasim Rzayev arasındakı “ittifaq” nəticədə Azərbaycan təbiətinin, flora-faunasının məhvinə səbəb olub. Büdcəyə isə heç bir vəsait ödənilmir.

“Ümumiyyətlə, ölkədə şəxsi maraqlarının təmin olunmasına hesabına təbiətin ən çox məhv edildiyi təsərrüfatlardan biri, bəlkə də birincisi Sarısudur.

Müxtəlif səbəblər ucbatından Ekologiya və Təbii sərvətlər Nazirliyinin Sarısu Ovçuluq Təsərrüfatına müdaxilə imkanları az olduğuna görə, orada vəziyyət günbəgün daha da acınacaqlı hal alır. Son 10 il ərzində reydlərin sayına görə, təsərrüfatların siyahısında Sarısu ilk yerdə qərarlaşıb”, - deyə sayt vurğulayır.

Redaksiyadan: Mövzunu diqqət saxlayacağıq. Yazıda adları qeyd olunan qurumların və şəxslərin də mövqeyini dərc etməyə hazırıq. //hurriyyet.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Superfon”dan SUPER FIRILDAQ... – Əməkdar jurnalist məhkəməyə müraciət edəcək


Tanınmış jurnalist “Superfon” mağazalar şəbəkəsi tərəfindən aldadıldığını deyir.

DİA.AZ-ın məlumatına görə, əməkdar jurnalist Mahir Məmmədli Bakupost.az -a bildirib ki, bu mağazalar şəbəkəsindən onlayn yolla almaq istədiyi məhsul onun üçün problemə çevrilib.

Belə ki, M. Məmmədli noyabrın 3-də “Superfon” mağazalar şəbəkəsinin saytında şarj avadanlığı görüb və 49 manata onu almaq qərarına gəlib: “Dərhal elə saytdan bank kartı ilə ödəniş etdim və məhsulun çatdırılmasını gözləməyə başladım. Lakin təxminən 1 saat sonra şirkətdən mənə zəng etdilər və dedilər ki, həmin məhsul anbarda qalmayıb, lakin onu saytdan çıxartmaq yaddan çıxıb. Söz verdilər ki, 3 gün ərzində ödədiyim vəsait kartına geri qaytarılacaq. Artıq 12 gün keçib və hələ də ödənişim geri qaytarılmayıb”.
“Superfon”dan SUPER FIRILDAQ... – Əməkdar jurnalist məhkəməyə müraciət edəcək

M. Məmmədli düşünür ki, “Superfon” mağazalar şəbəkəsi istehlakçıları aldatmaqla məşğuldur. Belə ki, anbarda bitən məhsullar saytdan silinmir və alıcılar onlayn qaydada əslində mövcud olmayan mala görə pul ödəməli olurlar: “Məsələn, mən kartımda qalan 70 manatın 49 manatını ödədim ki, sıradan çıxmış adapterin əvəzinə yenisini alım. Nəticədə adapteri əldə edə bilmədim, pulum da qaytarılmadığına görə başqa mağazadan yenisini əldə etməyim mümkün olmadı”.
Məsələ ilə vağlı “Superfon” mağazalar şəbəkəsi ilə əlaqə saxladıq. Mağazadan Bakupost.az -a bildirildi ki, yaranmış problem bankla əlaqəlidir:
“Adətən belə hallarda 3-5 iş günü ərzində qaytarılan məhsulun pulu kart balansına oturur. Arada bayram günləri olduğu üçün ola bilsin ki, buna görə gecikmə olub. Bizim tərəfimizdən ödəniş olunub. Yenə də problemi araşdıracağıq”, - deyə vurğulanıb.
Qeyd edək ki, əməkdar jurnalist başına gələnlərlə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə şikayət edib və “Superfon” mağazalar şəbəkəsini məhkəməyə vermək niyyətindədir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xəzər Dəniz Neft Donanmasının rəisi Taqət Qurbanovun özü hara işləyir? - HƏQİQƏTƏN DƏ...


Mənim anlamadığım bir nüans var. Dünən DTX tərəfindən həbs olunan İran casuslarından biri Əsgərov Zahir Fəxrəddin oğlu Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı işləyib. Adam dini təhsil almış birisidir. Yəni professional molladır. Molla hara, gəmiçilik hara? Ümumiyyətlə, gəmi kapitanı olmaq üçün hansısa ali təhsil ocağı yoxdurmu? Niyə gəmi kapitanlığı kimi peşəkar biliklərin tələb olunduğu bu vəzifə heç bir dənizçilik təhsili olmayan bir şəxsə həvalə edilib? Üstəlik, Xəzər Dəniz Neft Donanmasında.

Bu donanmanın olduqca ciddi və strateji əhəmiyyət daşıyan təyinatı var. Donanmanın rəsmi saytında ASCO.az-da bu təyinat belə ifadə olunur: “Xəzər Dəniz Neft Donanması Xəzər dənizində neft-qaz hasilatı proseslərinin tam təmin edilməsi, o cümlədən dəniz özüllərinin, estakadaların tikintisi, geoloji kəşfiyyat, neft-qaz kəmərlərinin çəkilişi, onların istismar dövründə təmiri, neft obyektlərinin yanğından mühafizəsi, neftçilərin iş yerlərinə çatdırılması kimi işləri yerinə yetirir, gəmilərin texniki istismar qaydalarına müvafiq olaraq onların vaxtında və keyfiyyətlə təmir edilərək Dəniz Registrinə təqdim olunması üçün tədbirlər görür, dəniz dibində və təkində mineral ehtiyatların kəşfiyyatı və hasilatı ilə əlaqədar digər xidmətlər göstərir.

Xəzər Dəniz Neft Donanmasının tərkibinə ixtisaslaşdırılmış gəmilər, gəmi təmiri emalatxanaları, Yanğından mühafizə balonlarının və gəmi xilasetmə vasitələrinin təmiri, Karvan növbə xidməti, Qalıqların qəbulu, işlənməsi və təhvili sahələri daxildir”.

Göründüyü kimi, bu donanma Azərbaycan iqtisadiyyatının arteriya damarı sayılan neft və qaz hasilatının təhlükəsizliyinə xidmət edir. Bu sektorun mühafizəsi Azərbaycanın iqtisadi təhlükəsizliyinin 1 nömrəli vəzifəsidir. Sektorun nə qədər strateji əhəmiyyət kəsb etdiyini rəsmi rəqəmlər də təsdiqləyir. DGK-nin hesabatına görə isə, bu ilin yanvar-aprel aylarında xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının ixracı ölkənin ümumi ixracının 80,1 faizinə bərabər olub. Təsəvvür edirsinizmi, iqtisadi potensialımızın 80%-dən artıq hissəsinin mühafizəsi gəmi kapitanı İranın casusu olan bir quruma tapşırılıb. Həmin İran casusu da təkcə İsraildən və Türkiyədən aldığımız dronların koordinatlarını deyil, həm də Xəzər dənizində aparılan kəşfiyyat əməliyyatları, neft və qaz çıxaran şirkətlər barədə İrana müfəssəl bilgilər verib. İranın həmin bilgilərdən təxribat məqsədilə faydalanacağına şübhə yoxdur.

Sual oluna bilər: İran kəşfiyyatına işləyən molla təhsilli bir şəxsin bu qədər strateji əhəmiyyətli bir vəzifəyə gətirilməsinə kim qərar verib? Təbii ki, Xəzər Dəniz Neft Donanmasının rəisi Qurbanov Taqət Allahqulu oğlu və onun komandası. Növbəti sual ortaya çıxır: dəfələrlə Azərbaycanın ən ali mükafatlarını qazanan Taqət Qurbanov hansı keyfiyyətlərinə görə bu casusu işə götürüb? Ən əsası, sözügedən donanmada Zahir Əsgərovdan başqa casus varmı? Ümumiyyətlə, Taqət Qurbanovun özü hara işləyir?

Ümid edirik ki, DTX beyinləri qurcalayan bu suallara da aydın gətirəcək və istintaqını bu istiqamətdə davam etdirəcək.

Heydər Oğuz,
Ovqat.com

DİA.AZ-dan: Qeyd edək ki, Taqət Qurbanov "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyevin yaxın adamı, yaxın qohumudur. Dia.az bildirir ki, R.Vəliyevlə kirvə olan T.Qurbanov bu posta düz beş il əvvəl, məlum qalmaqallı olayın ardından gətirilmişdi və hələ o zaman bu təyinat yerli KİV-də müzakirə predmetinə çevrilmişdi.

Bütün bu iddia olunanlarla bağlı dia.az olaraq mövqe bildirmək istəyən tərəfləri dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Kamaz” sürücülüyündən iş adamına çevrilən “Ac qoçaq” - Baş redaktordan İLQAR HACIYEVİN ŞANTAJLARINA REAKSİYA


Zakir Qaralovun Baş Prokuror olduğu 20 il ərzində onun şəxsi şirkəti olan Akkord haqqında bu ölkədə yaşayan hər kəs bilməmiş deyil.

Təbii ki, ölkənin baş prokuroru vəzifəsini tutan Zakir Qaralov şirkətini özü idarə edəsi deyildi və əhməddən, məmməddən birini, yaxud da İlqar Hacıyevi ora rəhbər təyin etməli idi.

Azərbaycan reallığında hakimiyyətdə yüksək vəzifə tutan birinə bağlı olmayan heç bir iş adamı dövlətin yol-körpü tikintisində, yaxud da başqa çoxmilyonluq layihələrində ola bilməz.

Son zamanlar mühacir mediada özünü hakimiyyət tərəfindən müflis edilmiş iş adamı kimi təqdim edən “Akkord”un keçmiş icraçı direktoru İlqar Hacıyevin şantaj xarakterli çıxışları yayılmaqdadır.

Sən demə Azərbaycana milyonlarla sərmayə gətirib, pul qazanan bu adamın varidatını sonradan əlindən alıblar.

Halbuki, hər şey əksinədir…

İlqar Hacıyevi tanımayanlar haqqında onu qeyd edək ki, adam Bakıya həmişə “Kamaz” sürücüsü kimi gəlirmiş.

Sonradan özünə daşıma firması yaradan İlqar Hacıyev bir neçə “Kamaz” alır. Müxtəlif vasitələrlə gürcüstanlı kimi Zakir Qaralova kanal tapan Hacıyev onunla müəyyən iş birliyi qurur.

Qaralovun etimadını qazanan bu şəxsə Baş Prokuror öz ətrafında ” Ac qoçaq” deyə ayama da qoşubmuş. Baş Prokurorun nəzərində Hacıyev qoçaq, iş yaradan adam obrazı formalaşdırıb.

Ölkədə tikinti bumunun başladığı dövlərdə Baş Prokurorun telefon zəngləri ilə çoxmilyonluq tenderlərə girən “Akkord”un qazancından təbii ki, “Ac qoçaq”a pay çatırmış.
“Kamaz” sürücülüyündən iş adamına çevrilən “Ac qoçaq” - Baş redaktordan İLQAR HACIYEVİN ŞANTAJLARINA REAKSİYA

Beləliklə, Qaralovun adamı kimi Rusiyanın da iş dairələrinə daxil olan İlqar Hacıyev yəhudi əsilli biznesmen Qod Nisanovla da ünsiyyətə girir.

Moskva ətrafında torpaq sahəsi alan İlqar Hacıyev tikinti işləri zamanı Qod Nisanova xeyli pul “atır”. Ancaq bunun üstü çox sonradan açılır.

Söhbət 50 milyon dollardan gedir. Bu barədə daha geniş materialı təqdim edəcəyik.

Həm Azərbaycanda, həm də Rusiyada ona həvalə olunan işlərin təftişi zamanı məlum olur ki, İlqar Hacıyev birgə çalışdığı adamlara xəyanət edib.

Belə olan halda onun həmin oğurluqlar hesabına əldə etdiyi əmlakların əlindən alınması da gözlənilən idi.

İlqar Hacıyevin iş adamı deyil, başqalarının işinin icraçısı olduğuna bircə sübut kifayyət edir ki, o heç zaman özünü sahibkar kimi təqdim eləməsin.

Söhbət bir neçə il bundan əvvəl dünyanın məşhur “Forbes” jurnalında İlqar Hacıyevin adının milyarderlər siyahısında çəkilməsi və bir gün sonra siyahıdan çıxarılmasından gedir.

Xatırladaq ki, həmin “Forbes” jurnalında Azərbaycan əsilli iş adamı, milyarder İlqar Hacıyevin uğurları haqda material dərc olunub. Lakin yazı bir gün sonra jurnalın saytından xüsusi qeydlə çıxarılıb.
“Kamaz” sürücülüyündən iş adamına çevrilən “Ac qoçaq” - Baş redaktordan İLQAR HACIYEVİN ŞANTAJLARINA REAKSİYA

Bu, Forbes-də ilk presedent idi. Yazının çıxarıldığı səhifədə isə yalnız redaktorun bu qeydi görünürdü: “Bu səhifə artıq aktiv deyil. Narahatlığa görə təəssüflənirik”.

Pərviz Həşimli
Gununsesi.info-nun baş redaktoru
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Türkiyədə təhsil adı ilə 16 min manatını mənimsədilər - “Elit academy“i himayə edən kimdir?


Son illər Azərbaycanda xarici ölkələrdə, əsasən də qardaş Türkiyədə təhsil alan tələbələrin sayı artmaqdadır. Xaricdə təhsil almaq istəyənlərin əksəriyyəti isə ölkəmizdə fəaliyyət göstərən müxtəlif şirkətlərin xətti ilə həyata keçirilir. Təəssüf ki, günümüzdə gəncləri yalan vədlərlə aldadan şirkətlər və ya şəxslər də az deyil.

Hər il Təhsil nazirliyi və və digər qurumlar vətəndaşlara bu şirkətlərə və şəxslərə güvənməmələri barədə xəbərdarlıqlar edir. Dövlət tərəfindən vətəndaşları xaricdə təhsil adı ilə aldadan şirkətlərə qarşı tədbirlər həyata keçirilməsinə baxmayaraq, hələ də ölkəmizdə xaricdə təhsil almaq adı altında fırıldaqçılıqla məşğul olan şirkətlər fəaliyyət göstərməkdədirlər.

Belə şirkətlərdən biri də xaricdə təhsil proqramı həyata keçirən "Elit Academy" adlı qurumdur. Beyləqan rayon sakini Əliyev Rafiq Qubad oğlu bildirir ki, onun ailəsi "Elit Academy" şirkətinin tələsinə düşüb.
Türkiyədə təhsil adı ilə 16 min manatını mənimsədilər - “Elit academy“i himayə edən kimdir?

Belə ki, xaricdə təhsil proqramları çərçivəsində övladı Əlizadə Aytacın təhsil alması üçün "Elit Academy"-ə müraciət edən Rafiq Əliyev adı çəkilən şirkət tərəfindən aldadlıb.

Şikayətçi bildirir ki, "Elit academy" ilə aralarında bağlanan müqaviləyə əsasən onu qızı Aytac Əlizadə iki təhsil ocağı, Balıkəsir və Gaziantep universitelərindən hansısa birinə qəbul olunmalı idi. Bağlanmış müqaviləyə uyğun olaraq biz tərəfdən "Elit academy" 4, 6 və 10 min manat, ümumilikdə isə 20 (iyirmi) min manat vəsait ödənilib.
Türkiyədə təhsil adı ilə 16 min manatını mənimsədilər - “Elit academy“i himayə edən kimdir?

Müqavilədən 2 ay sonra sentyabr ayında "Elit academya"dan bildirdilər ki, Aytac Əlizadə universitetə qəbul olunub və yaxınlarda Türkiyəyə oxumağa gedəcək. Daha sonra isə qızım "Elit academya"nın digər tələbələri ilə Antalya şəhərinə aparıldı.

Şikayətçi qeyd edir ki, qızı Antalya şəhərinə tanımadığı bir univeristetə aparılıb və ona burda oxuyacağı deyilib. Bir neçə gündən sonra isə qızıma həmin universitetdən bildiriblər ki, onun adı heç bir siyahıda yoxdur və hər hansı bir ödəniş edilməyib. Bundan sonra qızım bir müddət çarəsiz Antalya şəhərində qalmalı olub. Daha sonra buradan bilet alıb qızımı Bakıya gətirmişəm.

Rafiq Əliyev qeyd edir ki, o "Elit academya"dan onu aldatdığını və pulunu geri tələb edib. Şirkət onlara cəmi 4 (dörd) min manat qaytarıb və yerdə qalan 16 (on altı) min manatı isə vermirlər.

Şikayətçi qeyd edir ki, dəfələrlə pulunun qaytarılması üçün şirkətin rəhbəri Rüstəm Kərimzadəyə zəng etsə də cavab verilməyib. Vatsap yazışmalarında isə hər dəfə Rüstəm Kərimzadə onları arxayın salaraq aldadır. Son yazışmalarda isə məsələ ilə bağlı polisə gedəcəyimizi, şikayət edərək polislə ora gələcəyimizi yazandan sonra Rüstəm Kərimzadə açıq şəkildə bizə yazdı ki, “qələt edir polis mənim ofisimə gəlir”.
Türkiyədə təhsil adı ilə 16 min manatını mənimsədilər - “Elit academy“i himayə edən kimdir?

Rüstəm Kərimzadə

Rafiq Əliyev qeyd edir ki, "Elit academya" tərəfindən ailəsinin aldaılması və onlardan xaricdə təhsil almaq adı ilə alınan 16 (on altı, dörd min qaytarılıb) manatla bağlı hüquq mühafizə orqanlarına şikayət edəcək.

Qeyd edək ki, "Elit academy" adlı şirkətin təsisçisi və rəhbəri Rüstəm Kərimzadə 2021-ci ildə 34 nəfər vətəndaşa qarşı dələduzluq etməkdə, gəncləri Türkiyədə təhsil almağa göndərmək adı ilə aldatmaqda suçlanaraq Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülərək 2 il müddətinə azadlıqdan məhrum edilib.

Mənbə: Azfakt.com
Türkiyədə təhsil adı ilə 16 min manatını mənimsədilər - “Elit academy“i himayə edən kimdir?
Türkiyədə təhsil adı ilə 16 min manatını mənimsədilər - “Elit academy“i himayə edən kimdir?
Türkiyədə təhsil adı ilə 16 min manatını mənimsədilər - “Elit academy“i himayə edən kimdir?
Türkiyədə təhsil adı ilə 16 min manatını mənimsədilər - “Elit academy“i himayə edən kimdir?
Türkiyədə təhsil adı ilə 16 min manatını mənimsədilər - “Elit academy“i himayə edən kimdir?
Türkiyədə təhsil adı ilə 16 min manatını mənimsədilər - “Elit academy“i himayə edən kimdir?
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Natəvan Qədimova dövlət büdcəsinə necə KƏLƏK GƏLİRMİŞ... - İLGİNC İDDİA


"Musiqi məktəblərində müəllimlərə dərs yükündən əlavə dərs yazılırdı. Maaş veriləndə müəllimlər keçdikləri dərs müqabilində halal pulu özlərinə götürür, yerdə qalanını müdirlərə verirdilər. Müdirlər də öz növbəsində həmin vəsaiti Mədəniyyət nazirinə çatdırırdı. Adətən müəllimlərin real dərs yükü 8 saat olurdu. Onlara əlavə 12 saat dərs yazılırdı. Dolayısıyla müəllim keçdiyi dərsdən 1, müdir və nazir isə kabinetdə otura-otura 1.5 qazanırdı". DİA.AZ bildirir ki, bu barədə Naxçıvan Mədəniyyət Nazirliyinin bir əməkdaşı yazır.

İddiaçı tərəf daha sonra qeyd edir: "Son zamanlar Naxçıvanda yoxlamalar başlayanda müfəttişlər musiqi məktəblərindən birinə gedib. Xəbər yayılar-yayılmaz bütün musiqi məktəbləri vəlvələyə düşüb. Müdirlər rəsmən müəllimlərə yalvarırlarmış ki, amanın bir günüdür, sizdən soruşsalar deyin ki, həqiqətən də bu qədər dərs deyirik. Bundan sonra maaşdan əlavəni özünüz alarsınız.

Bir sözlə, Naxçıvanda bu vaxta qədər müəllimlər nazirə və müdirə rüşvət verirdilər, indi isə müdirlər və nazir müəllimlərə rüşvət verirlər. Susmaq xətrinə. Təbii ki, dövlət vəsaitinin hesabına".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
AZAL-da korrupsiya yoxlamaları başladı - CAHANGİR ƏSGƏROVUN FƏALİYYƏTİ TƏFTİŞ EDİLİR/ ÖZƏL


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən xüsusi yoxlama qrupu Azərbaycan Hava Yolları Dövlət Konserndə (AZAL) yoxlamalara başlayıb.

Bu barədə Gununsesi.info-ya AZAL-dan bildirilib.

Məlumata görə, son bir neçə ili əhatə edən kompleks yoxlamanın 2 ay çəkəcəyi proqnazlaşdırılır.

Ehtimal olunur ki, Cahangir Əsgərovun adına yazılacaq yüz milyonlarla yeyinti ondan geri alındıqdan sonra işindən kənarlaşdırılacaq.

Son illər Cahangir Əsgərovun AZAL-dakı oğurluqlar hesabına əldə etdiyi ailə sərvəti haqqında çoxsaylı araşdırmalar dərc edilib.

Xatırladaq ki, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev AZAL-ın Müşahidə Şurasının rəhbəridir.

Bu yaxınlarda AZAL-a yeni birinci vitse-prezident təyinatı da olub.

Elmar Elnuroğlu

Gununsesi.info

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO