[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əli Əsədov Astanada Paşinyanın müavininə “əxlaqlı olun!” dedi


Baş nazir Əli Əsədov Astanada Müstəqil Dövlətlər Birliyinin (MDB) Hökumət Başçıları Şurasının iclasında Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın Azərbaycan barədə qərəzli çıxışına cavab verib.

Baş nazir deyib ki, fəlsəfədə əxlaq deyilən bir anlayış var.

Əli Əsədov vurğulayıb ki, bu, insanlara da, dövlətlərə də aiddir: “Azərbaycanın suveren ərazisi müzakirə olunmur. Prezidentimiz İlham Əliyevin dediyi kimi, “Qarabağ Azərbaycandır!”. Azərbaycanın ərazisində Dağlıq Qarabağ deyilən bir şey yoxdur”.

Qeyd edək ki, Mher Qriqoryan Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü pozması barədə iddialar səsləndirib.APA
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Əliyevlə otur və qərar ver, bu gün qərar verməsən…” - Lukaşenko Paşinyana səsləndi


"Qarşımıza iki sual qoyursan. Əvvəlcə oxudum: “Hadisələrin qiymətləndirilməsi və KTMT-nin mövqeyi”. Siz tələb etdiniz ki, biz öz mövqeyimizi qərarlaşdıraq. Siz bizim mövqeyimizi bilmirsiniz? Biz qonşu dövlətlər arasında münaqişənin sülh yolu ilə həll olunmasını istəyirik".

Bunu Belarus prezidenti Aleksandr Lukaşenko KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan sərhədi ilə bağlı qaldırdığı suallara münasibət bildirərkən deyib.


Ermənistanın baş naziri Nikol Paşinyan həmkarlarına bir neçə sual verib: hadisələrin qiymətləndirilməsi və KTMT-nin mövqeyi, həmçinin KTMT-nin “Ermənistanın ərazi bütövlüyünün bərpası” yol xəritəsi ilə bağlı.

“İkinci sual: “Mənə Ermənistanın ərazi bütövlüyünün bərpası üçün yol xəritəsi verin”. Hansı yol xəritəsi? Mən sizə dərhal cavab verim: İlham Əliyevlə oturun, lazım gələrsə, Rusiya prezidentindən soruşun, qərar verin. Bu gün qəbul etməsən, daha pis olacaq, bunu özün başa düşürsən. Bu münaqişə bizə lazım deyil”, - Aleksandr Lukaşenko bildirib.

“İki sualınız var. Onlar daha qəribədir, Nikol Vovayeviç”, - Belarus dövlətinin başçısı əlavə edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Məktəb direktoru Vətən müharibəsi qazisinə qarşı ədəbsizlik edib? - AÇIQLAMA


"227 saylı tam orta məktəbin direktoru Vətən müharibəsi qazisinə qarşı ədəbsizlik edib".

Bunu millət vəkili Etibar Əliyev sosial hesabında bildirib.

Deputatın sözlərinə görə, qazi polkovnik-leytenant Elşən Umarov övladını 227 saylı tam orta məktəbdə təhsil alması üçün müraciət edib:

"Direktor Sevinc Hüseynova "burada şou göstərmək lazım deyil" deyərək qazi zabitə təhqiredici cavab verib, şagirdi məktəbə qeydiyyata almaqdan imtina edib".

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Tehsil.biz"ə bildirilib ki, sözügedən məsələ ilə bağlı araşdırma aparılır, nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.TehsilForumu.Az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vilayət Eyvazovdan yeni TƏYİNAT


Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmrinə əsasən, polis mayoru Quliyev Rəşad Alim oğlu Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin əməliyyat müvəkkili vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə R.Quliyev DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir Xətt Polis Məntəqəsinə rəis təyin olunub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
BŞİH-in 800 minlik park layihəsi - Parkın özü neçəyə başa gələcək?


Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən "Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC "TFM-Smart Project” MMC ilə maliyyə dəyəri 725 599.7 AZN təşkil edən satılanla müqaviləsi imzalayıb.

Müqavilədə Bakı şəhəri Nərimanov rayonu Vaqif prospekti, Ceyhun Hacıbəyli, Şəmsi Rəhimov və Nəsib Bəy Yusifbəyli küçələrinin əhatəsində yerləşən 30 ha ərazidə salınacaq parkın layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında qeyd edilir ki, "TFM-Smart Project” MMC 15 fevral 2017-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Göyçay rayonunun Qarabaqqal kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Mikayılov Fərid Tahir oğludur.

Fərid Mikayov haqqında açıq mənbələrdə hər hansı məlumat yoxdur. "TFM-Smart Project” MMC-nin adına isə Nəsimi rayonu, 5-ci mikrorayon 20 yanvar küçəsi, 22-24 nömrəli binaların arasındakı yaşıllığın məhv edilməsi olayında rast gəlinir.

Araşdırmalarımız zamanı məlum olub ki, şirkət əsasən Bakı Şəhər İcra Hakimiyyəti və tabeli qurumların tenderlərinin qalibi olur. Təkcə 2022-ci ildə "Bakı şəhər Əsaslı Tikinti və Təmir” MMC ilə "TFM-Smart Project” MMC arasında maliyyə dəyəri 1 065 711.86 AZN təşkil edən 4 satınalma müqaviləsi imzalanıb.

2021-ci ildə isə MMC-lər arasında maliyyə dəyəri 550 088.86 AZN təşkil edən 2 müqavilə imzalanıb.

Bakı Şəhər Əsaslı Tikinti və Təmir MMC Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra yaradılıb. MMC-nin qanuni təmsilçisi Əliyev Abit Sadiq oğludur. Abit Əliyev Eldar Əzizovun kadrı hesab edilir. Eldar Əzizov Gəncə və Sumqayıt şəhərlərinin icra başçısı olanda da Abit Əliyev onun əsas adamı kimi müxtəlif vəzifələrdə çalışıb.

Eldar Əzizov 15 noyabr 2018-ci ildən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.Qaynarinfo
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ramazan Zeynalov necə Hacı Mazana çevrildi?! - SENSASİON İDDİALAR


Bu yaxınlarada “Ədalət Həsənovla Hacı Mazanın gizli sövdələşməsi” başlıqlı məqalə dərc edilb.

Məqalədə qeyd edilib ki, Ədalət Həsənov bu yaxınlarda Emin Əhədov adlı şəxsə saxta rəy vermək üçün Hacı Mazandan 15.000 manat rüşvət alıbdı. Hacı Mazanın adı mətbuatda vaxtaşırı çəkilsə də onunla bağlı ictimaiyyət o qədər də geniş bilgiyə malik deyil. Ona görə də, Hacı Mazanın keçmişi ilə bağlı yüngül bir araşdırma apardıq. Bu araşdırma zamanı Hacı Mazanı yaxından-uzaqdan tanıyan bəzi şəxslərin bilgisindən də yararlandıq. Ortaya çıxan məlumatlar isə çox maraqlı oldu.

Beləliklə aydın olur ki, Ramazan Zeynalovu Paşazadələrlə bağlayan təkcə qohumluq əlaqələri deyil. Sovet dövründə R.Zeynalov, separatçılıq fəaliyyətinə görə uzun müddət həbsdə yatmış, azadlığa çıxdıqdan sonra isə ölkədən qovulmuş Əlikram Hümbətov və Şeyxin qardaşı, hazırda Milli Məclisin üzvü olan Cavanşir Paşazadə cavanlıq illərindən dostluq ediblər. Həmin dövrdə Ə.Hümbətov Lənkərandakı avtobazanın baş mühəndisi, R.Zeynalov isə həmin bazaya məxsus “KamAZ” markalı maşınlardan birinin sürücüsü olub.

Bu məlumatı yazmaqla heç də R.Zeynalovun keçmişinə həqarət etmirik. Sadəcə “qəhrəmanımızın” keçmişi ilə bağlı vacib bir detalı oxuculara təqdim edirik. Həmin dövrlərdə Cavanşir Paşazadə Lənkərandakı çay fabriklərindən birində rəhbər vəzifədə işləyib.

R.Zeynalovun C.Paşazadə ilə bu gün də işbirliyində olmasını şərtləndirən məqamlardan biri də budur. Yəni R.Zeynalovun ilkin kapitalını formalaşdırmaq üçün təkcə C.Paşazadənin rəhbəri olduğu fabrikdən “KamAZ”la Bakıya, keçmiş Sovet respublikalarına çay daşıması kifayət etməzdi. R.Zeynalovun sonradan Hacı Mazana çevrilməsi çayla yanaşı başqa çəkidə yüngül, qiymətdə ağır “strateji məhsullar”ın daşınması və bundan külli miqdarda vəsait əldə edilməsi hesabına olub. R.Zeynalov familiyası ilə yanaşı adının önündəki Ra-dan da imtina etməklə hazırda iş aləmində tanındığı Hacı Mazana dönüb.

Onun bioqrafiyasında olan və kimliyi haqda əlavə təsəvvür yaradan başqa bir məlumat 7 iyul 2010-cu ildə mətbuatda dərc olunub. Həmin vaxt qəzetlər yazmışdı ki, 6 iyul 2010-cu ildə Bakı-Astara yolunun 75-ci km-liyində ağır yol-nəqliyyat hadisəsi baş verib. Yazılarda qeyd olunurdu ki, Bakıdan İran istiqamətinə hərəkət edən “Bayram M” firmasına məxsus Az 10 AA 641 dövlət nömrə nişanlı “Mercedes Benz” markalı avtomaşın qarşı tərəfdən gələn “VAZ-2121” markalı, Az 10 KL 322 dövlət nömrə nişanlı “Niva” avtomobili ilə toqquşub.Nəticədə “Niva”nın sürücüsü, Yardımlı rayonu, Mansurov küçəsi ev 5-də yaşayan, 1949-cu il təvəllüdlü Qurbanov Gülağa Ağa oğlu dünyasını dəyişib.

Araşdırmalar nəticəsində o da müəyyənləşib ki, “Mercedes Benz” markalı maşının sükanı arxasında “Bayram M” firmasının rəhbəri Ramazan Zeynalov özü olub və hadisəni də o özü törədib. Həmin vaxt hadisə qəzetlərdən birində bu cür təsvir edilib:

“Araşdırmalar nəticəsində müəyyənləşdirə bildik ki, R.Zeynalovun avtomobilində – Əhmədli qəsəbəsi, Sarayevo 20 ünvanında yaşayan, 1989-cu il təvəllüdlü Zəkəranlı Mətanət Ağabala qızı, elə həmin ünvanda qeydiyyatda olan 1950 təvəllüdlü Nuriyeva Qəmzə (Qənirə) Ərəstun qızı və hələlik adları bizə məlum olmayan bir neçə xanım olub. Hadisə şahidlərinin redaksiyamıza telefon açaraq bildirdiyi məlumatlarda göstərilir ki, hadisə zamanı “Niva” markalı avtomobilin sürücüsü ağır yaralansa da sağ olub.

Amma Ramazan Zeynalov və onun yanındakılar “Niva”nın sürücüsü Qurbanov Gülağa Ağa oğlunu söyüşlərlə ağır təhqir ediblər və deyilənə görə onu döyüblər də. Yaralı sürücü onu xəstəxanaya çatdırılmasını xahiş etsə də, buna məhəl qoyan olmayıb”. Şahidlər bildirir ki, dünyasını dəyişən “Niva” markalı avtomobilin yaralı sürücüsü xəstəxanaya çatdırılsaydı, onun həyatını xilas etmək mümkün olardı. R.Zeynalov isə ağır yaralını xəstəxanaya çatdırmaq əvəzinə onu təhqir edib və qanunu pozub”.

Mətbuat o dövrdə yazıb ki, hadisənin tam təfərrüatları bununla bitməyib: “Etibarlı mənbələrdən aldığımız məlumata görə, Ramazan Zeynalov başqa xoşagəlməz hərəkətlər də törədib. Bildirilir ki, “Niva” markalı avtomobildə təxminən 50 min dollara yaxın pul olub. R.Zeynalov bu pulu götürərək onun az miqdarını yol polislərinə verib. Böyük bir hissəsini isə özü götürüb. Lakin polislər bu pulu qəbul etsələr də, sonradan istintaqa təhvil veriblər. Onlar aldıqları pulu – təxminən 6 min dolları istintaqa təhvil veriblər”. Hacı Mazan haqda araşdırmalarımız davam edir. Yaxın vaxtlarda onun barəsində yeni materiallar dərc edəcəyik.

Qarşı tərəfin də öz mövqeyini verməyə hazırıq. (Aktualxeber.az)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Qarabağ və Şərqi Zəngəzurun bərpasında ən çox dəstək verən qardaş Türkiyədir" - Prezident


"Bu gün də Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpası işində və yenidən qurulmasında Azərbaycana ən çox dəstək verən yenə də qardaş Türkiyədir".

Bu, Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubda öz əksini tapıb.

"Tarixin ən önəmli anlarında Azərbaycana dayaq olmuş qardaş Türkiyənin İkinci Qarabağ müharibəsi zamanı da yanımızda olmasını, Siz başda olmaqla bütün xalqınızın müharibənin ilk saatlarından son dəqiqələrinə qədər bizi dəstəkləməsini daim yüksək qiymətləndirir və heç zaman unutmuruq. Bu gün də Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpası işində və yenidən qurulmasında Azərbaycana ən çox dəstək verən yenə də qardaş Türkiyədir. Bir neçə gün bundan əvvəl Sizin Azərbaycana səfəriniz çərçivəsində Zəngilan Beynəlxalq Hava Limanının, “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin açılışında iştirakımız, bir sıra mühüm infrastruktur layihələrinin təməlini birgə qoymağımız qardaşlıq münasibətlərimizin sarsılmaz ənənələrinin bariz ifadəsidir", - məktubda qeyd olunub.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İcra başçısı Niyazi Bayramovun nəzarətində olan "Gəncə Tekstil"in DÖVLƏTƏ külli miqdarda borcu üzə çıxdı - FOTOFAKT


İcra başçısı Niyazi Bayramovun nəzarətində olan "Gəncə Tekstil"in DÖVLƏTƏ külli miqdarda borcu üzə çıxdı - FOTOFAKT
"Gəncə Tekstil" Açıq Səhimdar Cəmiyyətinin vergi borcu üzə çıxıb.

Sözügedən ASC-nin vergi borcu - 971 min 605 manatdır.

"Gəncə Tekstik" ASC -nin qanuni təmsilçisi İlqar Əliyev Tofiq oğludur.

Saytın bildirdiyinə görə, vergi borcunun yaranması nədən qaynaqlanması haqqında hələlik heç bir məlumat yoxdur. Son vaxtlar Gəncə Şəhər 12 saylı Vergilər İdarəsinin tabeçiliyində olan müəssisələrin külli miqdarda vergi borcu olması aşkarlanır…

Mətbuatda gedən məlumatlarda "Gəncə Tekstil" ASC-nin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun xüsusi nəzarətində olduğu da deyilib. Hurriyyet.az
İcra başçısı Niyazi Bayramovun nəzarətində olan "Gəncə Tekstil"in DÖVLƏTƏ külli miqdarda borcu üzə çıxdı - FOTOFAKT
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev Ərdoğanı təbrik etdi


Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Qardaş Türkiyənin milli bayramı – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş və səmimi arzularımı çatdırıram.

Türkiyə gündən-günə güclənən, sürətlə inkişaf edən, beynəlxalq aləmdə söz sahibi olan ən qüdrətli ölkələrdən birinə çevrilmişdir. Bu gün siyasi, iqtisadi, hərbi, texnoloji və digər sahələrdə əldə etdiyi mühüm nailiyyətləri ilə qardaş Türkiyə ən qabaqcıl ölkələr sırasındadır. Eyni zamanda, son dərəcə mürəkkəb proseslərin cərəyan etdiyi dünyada və regionda sülhün və sabitliyin bərqərar olması, haqqın və ədalətin müdafiəsi naminə ardıcıl və qətiyyətli mövqeyi ilə ölkəniz beynəlxalq müstəvidə yüksək nüfuz və hörmət qazanmışdır.

Bütün bunların təməlində Sizin zəhmətiniz və yorulmaz əməyiniz, müdrik rəhbərliyiniz altında aparılan dövlət siyasətinə xalqınızın böyük etimadı və dəstəyi dayanır. Qüdrətli Türkiyə Respublikasının hər bir uğurunu öz uğurumuz hesab edir, bundan hədsiz qürur duyuruq.

İftixar hissi ilə qeyd etmək istərdim ki, dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur. Əcdadlarımızın mənəvi mirası olan qardaşlığımız, birliyimiz və həmrəyliyimiz xalqlarımız üçün əsas yol istiqaməti, bölgə və dünya üçün mühüm təhlükəsizlik və sabitlik amilidir.

Tarixin ən önəmli anlarında Azərbaycana dayaq olmuş qardaş Türkiyənin İkinci Qarabağ müharibəsi zamanı da yanımızda olmasını, Siz başda olmaqla bütün xalqınızın müharibənin ilk saatlarından son dəqiqələrinə qədər bizi dəstəkləməsini daim yüksək qiymətləndirir və heç zaman unutmuruq. Bu gün də Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpası işində və yenidən qurulmasında Azərbaycana ən çox dəstək verən yenə də qardaş Türkiyədir. Bir neçə gün bundan əvvəl Sizin Azərbaycana səfəriniz çərçivəsində Zəngilan Beynəlxalq Hava Limanının, “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin açılışında iştirakımız, bir sıra mühüm infrastruktur layihələrinin təməlini birgə qoymağımız qardaşlıq münasibətlərimizin sarsılmaz ənənələrinin bariz ifadəsidir.

Şuşa Bəyannaməsi ilə müttəfiqlik zirvəsinə ucalmış əlaqələrimizin həyatın bütün sahələrində, istər siyasət, iqtisadiyyat, enerji, nəqliyyat, mədəniyyət, təhsil, hərbi və digər sahələrdə özünü göstərməsi bizi çox sevindirir. Əminəm ki, “Bir millət iki dövlət” şüarını rəhbər tutan ölkələrimiz arasında müttəfiqlik münasibətləri birgə səylərimizlə bundan sonra da yüksələn xətlə və uğurla inkişaf etməyə davam edəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, qardaş Türkiyə xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram".

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Övladları yüksək vəzifə tutan deputatlar - SİYAHI


Milli Məclisin bir çox üzvləri təkcə öz fəaliyyətləri ilə deyil, həm də övladlarının cəmiyyətdəki tutduqları mövqe və davranışları ilə tez-tez gündəmə gəlirlər. Nəzərə alaq ki, deputatlarımızın bəzilərinin övladları da dövlətdə yüksək postlar tuturlar.

Bununla bağlı Bizim.Media araşdırma aparıb. Həmin araşdırmanın nəticəsini təqdim edirik:

1. İsa Həbibbəyli. Həm də AMEA-nın prezidenti olan İsa müəlimin 2 oğlu, bir qızı var. Onların üçü də yüksək vəzifədə çalışır. Oğlu Səhət Həbibbəyli 2019-cu ildən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri təyin olunub. O, gömrük xidməti general-leytenantı rütbəsini daşıyır. Digər oğlu Ərəstün Həbibbəyli Azərbaycan Respublikası Baş nazirinin Katibliyinin rəisi vəzifəsini və Birinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi rütbəsini daşıyır. Qızı Günay Mənsimova Xırdalan şəhər 1 saylı Notariat Kontorunun rəisi vəzifəsini tutur.

2. Aqil Abbas. Onun oğlu Tuncay Abbasov Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantıdır.

3. Fəzail Ağamalı. Onun da 3 övladı var. Böyük övladı Yalçın İqtisadiyyat Nazirliyində işləyir. Digər övladı Elçinsə biznesmendir. Qızı Günay xanım da özəl sektorda çalışır. İş adamıdır.

4. Vahid Əhmədov. Onun öğlu Zəfər Əhmədov Qaradağ rayonunun prokurorudur.

5. Əhliman Əmiraslanov. Onun 2 övladı var. Tapdıq Əhliman oğlu Əmirasalanov Fövqəladə Hallar nazirinin müavinidir. Deputatın digər oğlu Azər Əmiraslanovsa daha çox biznes adamı kimi tanınır.

6. İmamverdi İsmayılov. Onun 3 övladı var. Böyük övladı, polis mayoru İlkin İsmayılov Sumqayıt Şəhər Yol polisinin imtahan-qeydiyyat şöbəsinin rəisidir.

7. Elman Məmmədov. Onun oğlu - polkovnik-leytenant Elşad Məmmədov Baş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Texniki Müayinə Mərkəzinin rəisidir.

Bizim.Media

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO