[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kürdəmir məktəbində daha bir İNSİDENT – Müəllim XƏSTƏXANALIQ oldu


Kürdəmir rayonu E.Zülfüqarov adına Şilyan kənd tam orta məktəbində qalmaqal bitmir. Ötən dəfə valideyn Elşən Abdulovun ibtidai sinif müəllimi Xatirə Əhmədovaya yaratdığı problemdən dolayı məktəbə qəfil olunan basqından və şagirdlərin qorxub ağladığını xəbər vermişdik. Həmçinin olayı əks etdirən video paylaşmışdıq.

Bu dəfə isə həmin videonu lentə aldığı üçün töhmət cəzası alan məktəbin digər ibtidai sinif müəllimi Səkinə Hüseynova xəstəxanalıq olub. Səbəb məktəb direktoru Ülkər Quliyevanın təkidi və israrı ilə Səkinə Hüseynovaya verilən töhmət ərizəsinə kollektivin imza atması olub.

İmza azmayan müəllimlərə və onların ailələrinə isə basqı edib.

Qeyd edək ki, ərizədə müəllimin qeyri-etik hərəkət etdiyinə görə töhmət aldığı vurğulanıb.

Bundan xəbər tutan Səkinə Hüseynova bərk əsəbləşib və səhhəti pisləşib. Durumu kritikləşən müəllim təcili tibbi yardımla Kürdəmir Rayon xəstəxanasına çatdırılıb. Hazırda yatızdırılaraq müalicəsinə başlanıb.

Bizim.Media-ya bu barədə bir neçə kənd sakini və valideyn müraciət edib. Dediklərinə görə illərdir ki, E.Zülfüqarov adına Şilyan kənd tam orta məktəbində qalmaqal, insident və mübahisələr bitmir. Üstəlik xoşagəlməz olayların hamısı şagidlərin gözləri qarşısında baş verir.

Valideyn Aydın Məmmədov Səkinə Hüseynovanın 4 ildir ki, nəvəsinə dərs dediyini, ondan hər hansı narazılığı olmadığını deyib:

“Nümunəvi, savadlı və yaxşı müəllimədir. Ona olunan haqısızlıqla barışa bilmirik. İllərdir bu məktəbdə qalmaqaldır. Özü də hər bir baş verənlərə uşaqlarımız şahidlik edir. Müəllimə imkan vermirlər dərsini keçsin. Bu nə deməkdir? Tədrisin yiyəsi hara baxır? Niyə məktəb direktoruna bir “dur” deyən yoxdur? Kürdəmir Rayon Təhsil Şöbəsinin müdiri Rəfail Məmmədovun yanında 3 dəfə, əməkdaşı Elçin Kərimovun yanında isə bir dəfə olmuşam ki, müəllimdən nə istəyirlər?

Adam dərsini keçir, şərəfi, bacarığı yerindədir, niyə ona problem yaradılır? Direktor 20-yə yaxın qohumunu məktəbə yığıb, gəlmə müəllimləri sıxışdırır, təhqir edir, işindən bezdirir və haqsız yerə cəzalandırır. Müəllimənin səhhətinə görə çox narahatıq, ölçü götürülməsini istəyirik”.

Digər valideyn Cəfər Qurbanov da eynilə Səkinə Hüseynovaya qarşı olunan ittihamların əsassız olduğunu bildirib:

“Vallah biabırçılıqdır. Evdə uşaq dərsdən çox qalmaqaldan danışır. Bu olayların nə əvvəli var, nə axırı... Nə Xatirə Əhmədovaya, nə də Səkinə Hüseynovaya işləməyə imkan verilmir. Səkinə Hüseynova 6 ildir məktəbdə çalışır və imtahanlarda yüksək nəticə göstərdiyinə görə direktor tərəfindən gözüm çıxdıya salınır. Ülkər Quliyeva elə hesab edir ki, Səkinə Hüseynova onun yerinə keçməyə iddialıdır. Hətta kənddə müəllimə qarşı təbliğat da başlayıb. Dəfələrlə Təhsil Şöbəsində olmuşuq, heç bir tədbir görülmür. Bu qalmaqal nə vaxtadək davam edəcək?

Məktəbdə nizam-intizam yaratmaq çox çətindir ki?”, - deyə valideyn baş verən çəkişmələrdən təngə gəldiyini bildirib.

Adının çəkilməsini istəməyən başqa bir valideyn isə şok açıqlama ilə çıxış edib. O, deyib ki, hazırda məktəbdə baş verən bütün proseslərə Ülkər Quliyevanın həyat yoldaşı Anar Quliyev müdaxilə edir. Hansı Ülkər Quliyevadan əvvəl həmin məktəbdə o direktor olub:

“Gəlib arvadının yerində oturur və məktəbi idarə edir. Ər-arvadın özbaşınalıqlarından yorulmuşuq. Səkinə Hüseynova bütün sinfə müəllimədən çox analıq edib. Uşaqlarımıza təmənnasız hazırlıq keçir. Sinfin yarısından çoxu qabaqcıldır, serifikatları və dipomları var. Özü nümunəvi müəllimlərdəndir. Subay qadın olduğu üçün şərlənir, təhqir olunur. Aprel ayından biz valideynlər sürünürük. Hamı ayağa qalxıb. Ülkər xanım isə “burda ağa mənəm” deyir. Dəfələrlə şikayətə getmişik, valideynlərin heç birini saymır. Deyir “həbsxanada tanışım var, istədiyim vaxt Səkinəni öldürtdürərəm”. Bizə elə direktor lazım deyil. Səkinə müəllimənin əsəbdən ürəyi gedib və başı partaya dəyib. Biz valideynlər tökülüşüb ona yardım etmişik və xəstəxanaya aparmışıq. Yenə də direktor yaxın durmayıb. Niyə 3-cü saatda məktəbdə qırğın düşməlidir, uşağım çıxıb gəlməlidir? Nə qədər olar? Mən istəyirəm uşağım təhlükəsiz və yaxşı təhsil alsın. Elm və Təhsil Nazirliyi niyə ölçü götürmür? Bura başqa direktor təyin etmək belə çətindir?"

Xatırladaq ki, Kürdəmir rayonu E.Zülfüqarov adına Şilyan kənd tam orta məktəbin ikinci sinif şagirdi Ayxan Abdulovun atası Elşən Abdulov ibtidai sinif müəllimi Xatirə Əhmədovaya 3 ildir problem yaşadır. Oğlu ilə prinsip apardığını və sinifdə ayrıseçkilik edərək ona dərs öyrətmədiyini iddia edərək, təzyiq və təhdidlər edir.

Ən son isə Kürdəmir Rayon Təhsil Şöbəsinin müdiri Rəfail Məmmədov, icra hakimiyyətinin nümayəndəsi, atası və “press” geyimində “jurnalist”lə birgə məktəbə basqın edərək Xatirə Əhmədovanı dərsdən çıxarmışdı. Həmin olaydan qorxan şagirdlər ağlayaraq, müəllimələrinin polis tərəfindən aparıldığını zənn etmişdilər.

Aidiyyəti qurumlar məsələyə mövqe bildirsələr də, problem yoluna qoyulmayıb. Əksinə sözügedən təhsil ocağında daha bir olay yaşanıb.

Bizim.Media
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Cənab Zeynalov dövlətə şərik gedir... - BU DA FAKT!!!


Elektron media resurslarında Mingəçevir Tibb Kollecində rüşvətxorluq,özbaşınalıqlar, maxinasiya, dərsdən yayınma, biabırçı insidentlər, müəllim-direktor qarşıdurmaları, saxta diplom qalmaqalları haqqında yayaılmış çoxlu sayda məlumatlara rast gəlmək olar. Qeyd edək ki, Kollecə uzun müddətdir ki, Fikrət Zeynalov rəhbərlik edir. Buna baxmayaraq Kollecdə müasir dövtün tələblərinə uyğun yeniləşən heç nə yoxdu, yəni heç nə dəyişməyib, hər şey əvvəlki qaydada davam edir. Kolleclə bağlı yayılan bir çox məlumatlardan fərqli olaraq biz bu orta ixtias təhsil müəssisəsinin maliyyə və təssərrüfat işləri ətrafında araşdırmalar aparmalı olduq və satınalmalar tarixində görünməmiş daha bəzi mənzərələrlə üzləşdik. Hər şey Kollecin abadlaşdırma xidmətlərinin satınalınması ilə keçirmiş olduğu kotirovka sorğusundan başladı.

Mingəçevir Tibb Kolleci tərəfindən abadlaşdırma xidmətlərinin satınalınması üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 19.10.2022-ci ildə 18 478.03 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “QRANT-2008” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsində 18.06.2008-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 30 manat olan MMC-nin hüquqi ünvanının MINGƏÇEVİR ŞƏHƏRİ, MİNGƏÇEVİR ŞƏHƏRİ, CƏMİL ƏLİYEV, ev 38/3, m. 4, qanuni təmsilçisinin isə Əliyev Adil Məmiş oğlu olduğu göstərilir.

MMC ilə 2022-ci ilin son 5 ayı ərzində bağlanan digər satınalma müqavilələri isə bunlardır.

Mingəçevir Tibb Kolleci tərəfindən ofis maşın və avadanlıqlarının satınalınması üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 18.10.2022-ci ildə 11 505 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Kollec tərəfindən tikili və avadanlıqların cari təmiri üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 17.10.2022-ci ildə 37 632.91 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Mingəçevir Tibb Kolleci tərəfindən mətbəə mallarının satınalınması üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 06.05.2022-ci ildə 9632.1 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Mingəçevir Tibb Kolleci tərəfindən təsərrüfat malları (yeməkxana və təsərrüfat) üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 06.05.2022-ci ildə 5396.73 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Qeyd edək ki, “QRANT-2008” MMC Mingəçevir Tibb Kollecinin keçirdiyi bu kotirovkalardan ümumi olaraq 82 644 manatlıq dövlət sifarişi alıb. Aprdığımız araşdırmalar zamanı məlum oldu ki, Mingəçevir Tibb Kollecinin Tender Komissiyası fərqli xidmətlərin və mal-materialların satın alınması üzrə bir nəfərə məxsus olan MMC ilə təkcə 2022-ci ildə müqavilə bağlamayıb. Analoji hal həm də əvvəlki illərdə təkrar olunub. Belə ki, Kollec “QRANT-2008” MMC-nin qanuni təmsilçisi olan Əliyev Adil Məmiş oğluna məxsus daha iki MMC ilə işbirliyində olub. Bunlar hansılardır?

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MELORASİYA-F MMC ” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsində 12.02.2015-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının MINGƏÇEVİR ŞƏHƏRİ, MİNGƏÇEVİR ŞƏHƏRİ, Ş.İ.XƏTAİ, ev 12/1, m. 28, qanuni təmsilçisinin isə Əliyev Adil Məmiş oğlu olduğu göstərilir.

Qeyd edək ki, Mingəçevir Tibb Kolleci 2020 -2021-ci illərdə “MELORASİYA-F MMC ” ilə ümumi olaraq 154 472 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Məlum olduğu kimi həmin dövrlərdə, yəni 2020-ci ilin martın 3-dən COVID-19 pandemiyasının yayılması ilə əlaqədar ölkədə rəsmi karantin rejimi elan edildikdən sonra bütün təhsil müəssisələri bağlı olub. Burada sual yaranır. Mingəçevir Tibb Kollecinin rəhbərliyi bağlı olan təhsil müəsisəsində bu satınalmaların keçirilməsi zərurətini haradan yaradıb?

Keçək Əliyev Adil Məmiş oğlunun qanuni təmsiçisi olduğu digər MMC-yə.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AFİQ-TQİ” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsində 15.09.2009-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının MINGƏÇEVİR ŞƏHƏRİ, MİNGƏÇEVİR ŞƏHƏRİ, A.ŞAİQ, ev 11, m. 31, qanuni təmsilçisinin isə Əliyev Adil Məmiş oğlu olduğu göstərilir.

Mingəçevir Tibb Kollecinin Tender Komissiyası, daha doğrusu direktoru Fikrət Zeynalov 2019-cu ildə də Əliyev Adil Məmiş oğlunun anuni təmsilçisi olduğu “AFİQ-TQİ” MMC ilə 38 787 manat məbləğində bir neçə satınalma müqaviləsi bağlayıb. Bu isə qanunla yolverilməzdir. Çünki, tender və kotirovka prosedurlarının keçirilməsi zamanı daim bir şəxsə və ya şirkətə üstünlük verilməsi satın alınan malların ehtimal olunan qiymətinin düzgün müəyyən edilməməsinə və bir sıra qanun pozuntularına yol açmasına şübhə yaradır.

Bütün bu göstərdiyimiz şübhəli işlərlə bağlı Mingəçevir Tibb Kollecinin Tender Komissiyasına ünvanladığımız sorğu məktubuna cavab verilmədi. Telefonla əlaqə saxladığımız Kollecin baş mühasibi Vəsilə Qasımova ilə söhbətimiz təxminən belə oldu. “Mingəçevir Tibb Kollecinin keçirdiyi bütün kotirovka sorğularının qalibi nədən Əliyev Adil Məmiş oğluna məxsus olan MMC-lər olur” sualimıza Vəsilə xanımın cavabı belə oldu ki, “Bilmirəm, biz bütün sənədləri toplayıb satınalmalara göndəririk. Orada da hər şey elektron qaydada keçirilir, bizə göndərlir”-dedi. “Necə olur ki, elektron satınalma elə Adil Əliyevi qalib çıxarır” sualımıza baş mühasib cavab verdi ki, “mən nə bilim, satınalmalardan soruşun”. “Onda belə çıxmırmı ki, elektron satınalma Adil Əliyevi tanıyaraq elə Mingəçevir Tibb Kollecinin keçirdiyi bütün kotirovka sorğularının qalibi çıxarır” sualımıza isə Vəsilə Qasımova “çıxır, çıxsın da” -deyib ədəbsizcəsinə telefonun dəstəyini qoydu.

Qeyd edək ki, Əliyev Adil Məmiş oğlunun qanuni təmsilçisi olduğu “QRANT-2008” Məhdud Məsuliyyətli Cəmiyyəti bu il təkcə Mingəçevir Tibb Kollecinin keçirdiyi kotirovkaların qalibi olmayıb. MMC həm də Mingəçevir Mənzil-Kommunal Təsərrüfatı Kombinatı tərəfindən 2022-ci il üçün mal-materialların, ehtiyyat hissələrinin, ağac və gül kollarının, təsərrüfat və dəftərxana mallarının satınalınması üzrə keçirilmiş tenderin də qalibi olub və 146 623.26 manat məbləğində sifariş alıb. Göründüyü kimi Mingəçevir Tibb Kollecini abadlaşdıran, tikili və avadanlıqlarını təmir edən, mətbəə malları, ofis maşın və avadanlıqları ilə təchiz edən MMC həm də ağac və gül kollarının satın alınmasının iştirakçısı olub.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan da görsəndiyi kimi, Mingəçevir Tibb Kollecinin Tender Komissiyası bir nəfərin qanuni təmsilçisi olduğu 3 MMC ilə son dörd il ərzində ayrı-ayrı malların alınması və xidmətlərin göstərilməsi üzrə ümumi dəyəri 275 903 manat olan satınalma müqavilələri bağlamışdır. Burada ayrı-ayrı xidmətlər üzrə bir nəfərə məxsus 3 MMC ilə bağlanılan satınalma müqavilələri müəyyən şübhələrə yol açmış olur. Mingəçevir Tibb Kollecində bütün şübhəli işlərin bağında direktor Fikrət Zeynalov olduğu kimi, formal satınalmaların başında da onun durduğu şübhəsizdir. Amma Kollecin baş mühasibi Vəsilə Qasımova nədənsə elə satınalmalarının vahid internet portalının üstünə atır bu şübhələri.
Aktualinfo.org
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hacıbala Abutalıbovun “partlayan” qanunsuz torpaq qərarları - Daha bir TƏHLÜKƏ ANONSU...


Yasamalda magistral su kəmərində baş verən qəza Nizami rayonunda da təkrarlana bilər. Yasamalda Əsəd Əhmədov küçəsində “+ 52 Alatava” və “+ 82 Qərb” mərkəzi su anbarlarını əlaqələndirən 1400 mm-lik magistral su kəmərində qəza ətrafda yaşayan insanların həyatına real təhlükə yaratdı, daşınmaz əmlak mülkiyyətçilərinə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə on minlərlə manat ziyan dəydi.

Nizami rayonu, Çobanzadə küçəsi 45 saylı binanın sakinləri və ətrafda yaşayan digər vətəndaşlar, həmçinin həmin küçədə obyekt sahibləri, sahibkarlar illərdir Yasamalda baş vermiş qəza ilə üzləşə bilərlər. Belə ki, 45 saylı binanın qarşısında yerləşən və “Azərsu” ASC-nin balansında olan, Bakı şəhərinin şərq hissəsini içməli su ilə təchiz edən diametri 1200-1400 mm olan 2 yüksək təzyiqli magistral su kəmərinin sanitar-mühafizə zolağı yerləşir.

Sakinlər deyir ki, mühafizə zolağını boş torpaq sahəsi kimi I qrup əlil, ruhi xəstə Cəlal Əli oğlu Həmidov və onun bacısı-qəyyumu Tamara Həmidova zəbt ediblər. Üstəlik, sabiq Bakı meri Hacıbala Abutalıbov 2 yüksək təzyiqli magistral su kəmərinin üzərində və sanitar-mühafizə zonasında yerləşən torpaq sahəsinin fərdi yaşayış evinin inşa edilməsi məqsədilə ərazinin qanunsuz olaraq Cəlal Həmidovun icarəsinə verilməsinə dair Tamara Həmidova ilə 0912 saylı, 20 aprel 2010-cu il tarixli icarə müqaviləsi bağlayıb. İcarə müqaviləsi bağlanandan sonra Tamara Həmidova həmin torpaq sahəsində 2 fərdi yaşayış evinin tikintisini Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırıb. Layihəyə əsasən, yüksək təzyiqli magistral su kəmərlərinin üzərində 2 mərtəbəli yaşayış binası tikilib. Məlumat “Azərsu” ASC-yə çatandan sonra tikinti işləri Nizami Rayon İcra Hakimiyyəti tərəfindən dayandırılıb, eyni zamanda “Azərsu” ASC tərəfindən yüksək təzyiqli magistral su kəmərlərinin üzərində və sanitar-mühafizə zonasında inşa edilən tikililərin sökülməsinə dair iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət edilib. Məhkəmə qərarı əsasında təyin olunan ekspertiza Tamara Həmidovanın zəbt etdiyi ərazidən 1200-1400 mm-lik yüksək təzyiqli magistral su kəmərlərinin keçməsini və tikililərin həmin yüksək təzyiqli magistral su kəmərlərinin sanitar-mühafizə zonasında inşa edilməsini müəyyən edib. Nizami Rayon Məhkəməsi 17 yanvar 2013-cü ildə “Azərsu” ASC-nin iddiası təmin edilib və tikililərin Cəlal Həmidovun və Tamara Həmidovanın hesabına sökülməsi qət olunub. 2015-ci ilin yanvarında qətnamə icra edilib və yüksək təzyiqli magistral su kəmərlərinin sanitar-mühafizə zonasında inşa edilmiş tikililər sökülüb.

Eyni zamanda yüksək təzyiqli magistral su kəmərlərinin üzərində fərdi yaşayış evlərinin tikintisi faktı üzrə Bakı şəhəri Nizami Rayon Polis İdarəsi tərəfindən 14 avqust 2014-cü ildə Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə 140080036 saylı cinayət işi başlanıb. Sonradan cinayət işi 222-2.1-ci maddəyə tövsif olunub.

İstintaq zamanı zəbt olunmuş ərazidən keçən 1200-1400 mm-lik yüksək təzyiqli magistral su kəmərlərində hər hansı qəzanın baş verməsi nəticəsində ətrafda yaşayan şəxslərə ciddi ziyan dəyməsi ehtimalı təsdiqlənib. Məsələnin ciddiliyi nəzərə alınaraq sonrakı araşdırmaların aparılması Fövqəladə Hallar Nazirliyinin İstintaq İdarəsinə həvalə olunub.

Ərazidə yaşayan sakinlər deyir ki, nəhayət ki, yüksək təzyiqli magistral su kəmərlərində qəza ehtimalının qarşısının qətiyyətli şəkildə və birdəfəlik alınacağına ümidləri yaranıb. Bu zaman xəbər çıxıb ki, həmin vaxt baş prokurorun 1-ci müavini olan Rüstəm Usubov cinayət işinin materiallarını FHN-dən geri alıb və yenidən Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsinə qaytarıb. Sakinlər deyir ki, nəticədə cinayət işi bu günə qədər açıq saxlanılır.

Sakinlər deyirlər ki, Tamara Həmidova zəbt olunan torpaq sahəsindən çıxmamaq üçün hər vasitəyə əl atır. Hacıbala Abutalıbov işdən çıxdığı gün Bakı Şəhər İcra Hakimiyyəti ilə onun arasında saxta, 1460 saylı, 20 aprel 2018-ci il tarixli yeni icarə müqaviləsi bağlanıb. Bu fakt aşkar edildikdən sonra həmin müqavilə də məhkəmə qaydasında mübahisələndirilib. Bununla bağlı Nizami Rayon Məhkəməsinin hakimi Həqiqət Əhmədovanın apardığı məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən Bakı Şəhər İcra Hakimiyyətindən icarəyə verilmiş torpaq sahəsinin planı və ölçüsünün təqdim edilməsi tələb edilsə də, məhkəmədə Bakı Şəhər İcra Hakimiyyətini təmsil edən nümayəndə Maşallah Əli oğlu Ələkbərov torpaq sahəsinin planı və ölçüsünü təqdim etməkdən boyun qaçırıb. Sakinlər hesab edirlər ki, bu fakt bir daha 1460 saylı, 20 aprel 2018-ci il tarixli yeni icarə müqaviləsinin saxta olmasını və Bakı Şəhər İcra Hakimiyyətinin hüquq şöbəsinin bu gün də Tamara Həmidovaya havadarlıq etməsini sübut edir.

Buna baxmayaraq, Nizami Rayon Məhkəməsi 27 may 2022-ci il 1460 saylı, 20 aprel 2018-ci il tarixli icarə müqaviləsi etibarsız hesab edib və Tamara Həmidovanın həmin torpaq sahəsindən çıxarılması qət olunub. Lakin zəbt etdiyi torpaq sahəsindən məhrum olması ilə barışmayan Tamara Həmidova havadarı Bakı Şəhər İcra Hakimiyyətinin hüquq şöbəsi ilə birlikdə Bakı şəhər Nizami Rayon Məhkəməsinin həmin qətnaməsindən apelyasiya şikayətləri verib. Eyni zamanda saxta icarə müqaviləsinə hüquqi əsas yaratmaq məqsədilə Tamara Həmidova daha bir saxtakarlığa əl ataraq 20 aprel 2018-ci ildə icarəyə verilən torpaq sahəsinə dair 2022-ci il tarixində “Kəngərli” MMC tərəfindən hazırlanmış torpaq sahəsinin saxta plan-sxemini Bakı Apelyasiya Məhkəməsinə təqdim edib. Halbuki “Kəngərli” MMC-nin tərtib etdiyi həmin plan-sxem yalnız Torpaq Məcəlləsinin 65-ci maddəsində göstərildiyi kimi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanmış və təsdiq edilmiş torpaq sahəsinin planı və ölçüsü əsasında verilməli idi.

Apelyasiya şikayətlərinə baxan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Vahid Sadıqovun sədrliyi ilə keçirilən ilk məhkəmə iclasında təqdim etdiyi saxta sənədlərlə məhkəmə tərkibini aldadan Tamara Həmidova sonda iş üzrə ekspertizanın təyin edilməsinə nail olub.

Göründüyü kimi, müxtəlif dövlət orqanlarının vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadəsi və bəzi vətəndaşların cinayət əməlləri nəticəsində Nizami rayonu, Çobanzadə küçəsində Bakı şəhərinin şərq hissəsini içməli su ilə təchiz edən diametri 1200-1400 mm-lik yüksək təzyiqli magistral su kəmərlərinin mühafizə zolağında yerləşən strateji ərazi icarəyə verilməklə yüzlərlə vətəndaşın həyatı real təhlükə qarşısında qoyulub.

Sakinlər dövlət rəhbərliyinə, səlahiyyət sahiblərinə müraciət edərək təcili tədbir görülməsini istəyirlər. Deyirlər ki, Yasamal rayonunda diametri 1400 mm-lik yüksək təzyiqli magistral su kəmərində baş verən qəzada insan tələfatı qeydə alınmasa da, Çobanzadə küçəsindəki yüksək təzyiqli magistral su kəmərlərində qəza baş verdiyi halda insan tələfatı qaçılmaz olacaq.
“Yeni Müsavat”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sabiq məmur-deputat yeni biznesə başlayır? - BU DƏFƏ İSƏ...


Günel Akif qızı Orucova və Ləman Ayaz qızı Orucova tərəfindən Xaçmaz şəhərində qonaq evləri və uşaq əyləncə mərkəzindən ibarət kompleks tikiləcək.

DİA.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, kompleksə 2 qonaq evi daxildir.

Qonaq evlərindən birinin ümumi sahəsi 1917,1 kv. metr olacaq. Qonaq evi 3 mərtəbədən, həmçinin zirzəmi və mansardan ibarətdir.

2-ci qonaq evinin ümumi sahəsi isə 1422,93 kv. metr olmaqla zirzəmi və mansardan əlavə 2 mərtəbə formasında tikiləcək.

Uşaq əyləncə mərkəzinin ümumi sahəsi 677,24 kv. metr olacaq və 1 mərtəbədən, həmçinin zirzəmidən ibarət olacaq.

Məlumat üçün bildirək ki, tikintinin sahibləri Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun keçmiş direktoru, həmçinin 2010-15-ci illərdə millət vəkili olan Ayaz Orucov və onun qardaşı Akif Orucovun qızlarıdır.

Qeyd edək ki, Orucovların eyni zamanda "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin keçmiş prezidenti Etibar Pirverdiyevlə yaxın qohumluq əlaqələrinin olduğu bildirilir. Açıqlanan rəsmi məlumatda da Ayaz və Akif Orucov qardaşlarının qeydiyyatda olduğu ünvanda – Yasamal rayonu, M.Müşviq küç. 501-ci məh., ev 8V-də Etibar Pirverdiyevin bacısı Ulduz Pirverdiyevanın da qeydiyyatda olduğu görülür.

Ayaz və Akif Orucov qardaşlarının və onların övladlarının adı bugünə kimi çoxsaylı biznes layihələrində və qalmaqallı hadisələrdə çəkilib.

2017-ci ildə Türkiyə mətbuatı Ayaz Orucovun Türkiyədə “Algima İnşaat Gayrimenkul Sanayi Ticaret” adlı şirkət təsis etdiyini yazıb.

Ayaz Orucovun oğlu – 1989-cu il təvəllüdlü İsmayıl Orucovun adı 8 il əvvəl 2 qadının avtomobilinə atəş açması iddiası ilə gündəmə gəlib. 2014-cü ildə Aynurə Cəfərova adlı vətəndaş mətbuata açıqlama verərək iddia edib ki, Ayaz Orucov onun və rəfiqəsinin olduğu avtomobilə 8 dəfə atəş açıb.

Eyni zamanda 3 il əvvəl Beyləqan rayon sakini Əliyev Ruhid Məhəmməd oğlu ona məxsus torpaq sahəsinin 2014-cü ildə Orucov qardaşları tərəfindən zəbt etməsilə bağlı iddia səsləndirmişdi.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezidentdən 7 milyon manatlıq SƏRƏNCAM


Prezident İlham Əliyev Bakı şəhəri Suraxanı rayonunun Zığ–Hövsan avtomobil yolunun yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, əlli səkkiz min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Zığ–Hövsan avtomobil yolunun yenidən qurulmasının başa çatdırılması məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.13-cü yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 7 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əhməd Vəliyevin bankı ilə nazirliyin zavodu arasında kredit qalmaqalı - DETALLAR


Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Optika-Mexanika İstehsalat Birliyi” MMC və "Alov” zavodu məhkəməyə verilib.

DİA.AZ Qaynarinfo-ya istinadla xəbər verir ki, iddiaçı "Muğanbank” ASC-dir. İş Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın icraatındadır. Oktyabrın 30-da məhkəmə hazırlıq iclası keçiriləcək. İşin mahiyyəti kredit müqaviləsi üzrə mübahisələrdir.

"Optika-Mexanika İstehsalat Birliyi” MMC 2006-cı ildən dövlət qeydiyyatına alınıb, "Alov” zavodu isə 1995-ci ildən fəaliyyətdədir.

"Alov” zavodu 1975-ci ildə SSRİ müdafiə sənayesi nazirinin əmrinə əsasən, Azov Optika-mexaniki Zavodunun filialı kimi yaradılıb və 1978-ci ildən fəaliyyətə başlayıb. Həmin vaxt zavodun adı "İskra” olub.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, 1993-cü ildən zavod Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyətini davam etdirib. 2006-cı ildən Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilib. 2008-ci ildən isə "Alov” zavodu adı altında fəaliyyət göstərir.

"Muğanbank" ASC-yə gəlincə, 1992-ci ildən fəaliyyət göstərir. Bankın qanuni təmsilçisi Abbasov Elnur Mir Rəhim oğludur.

"Muğanbank” ASC-nin səhmdarları isə aşağıdakı şəxslərdir:
Mehtiyev Elmir Maqbet oğlu - 67,74 %
Mehtiyev Maqbet Rəhim oğlu- 11,58 %
Vəliyeva Vəfa Əhməd qızı - 10,65 %
Mehtiyeva Fəridə Cahandar qızı -10.03 %

Elmir Mehtiyev keçmiş deputat, "Odlar yurdu” Universitetinin rektoru Əhməd Vəliyevin kürəkənidir. Vəfa Mehtiyeva keçmiş deputatın qızı, Maqbet Mehtiyev və Fəridə Mehtiyeva isə onun qudalarıdır. Bu baxımdan, "Muğanbak” ASC Əhməd Vəliyevin bankı hesab edilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zərdabın icra başçısının ABSURD FƏALİYYƏT TƏFƏKKÜRÜ - Bunlar nə yeyirlər... nə içirlər...


Zərdabda qəsəbədaxili yola analoqu olmayan asfalt örtüyü çəkilir.

Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, vətəndaşlar iddia edirlər ki, Zərdab Rayon İcra Hakimiyyəti kimlərinsə xahişi ilə bəzi sakinlərin qapısının ağzına asfalt çəkdirir. Digər sakinlərin isə evlərinin qarşısına asfalt çəkilməsinə ehtiyac duyulmur.
Zərdabın icra başçısının ABSURD FƏALİYYƏT TƏFƏKKÜRÜ - Bunlar nə yeyirlər... nə içirlər...

Sakinləri bir-birindən fərqləndirən “meyarlar” isə hələlik bəlli deyil. Sakinlərin sözlərinə görə, məsələni araşdırmaq üçün Zərdab Rayon İcra Hakimiyyətinə müraciət etsələr də, heç kim onları qəbul etməyib və şikayətlərinə baxmayıb.

Zərdab Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, rəsmi səhifələrində qeyd edilən nömrələrə cavab verən olmadı.

Qeyd edək ki, Zərdabda anormal asfaltlanma prosesi aparılan qəsəbədaxili yolda yaşayan sakinlər arasında qazi və şəhid ailələri də var. //OXU.AZ//

DAHA ƏTRAFLI VİDEODA: My Webpage
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
KTN-də YENİ HƏBS: Sırada daha KİM VAR? - Hələlik "BUDAMA" gedir...


Az əvvəl DİA.AZ olaraq məlumat verərək bildirdik ki, Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Cəlilabad bölgə təcrübə stansiyasının sabiq direktoru Hüseynağa Feyzullayevin işlədiyi dövrdə Cəlilabad BTS-ə məxsus olmuş pul vəsaitini mənimsəməsi barədə daxil olmuş müraciət üzrə rayon prokurorluğunda araşdırma aparılıb.

Cəlilabad rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla Hüseynağa Feyzullayevin işlədiyi 2009-2019-cu illər ərzində BTS-in fəaliyyəti zamanı əldə edilərək yardımçı təsərrüfatın xəzinəsinə mədaxil olunmuş pul vəsaitləri, habelə müəssisənin balansında olan texnika və avadanlıq üzərində qanunsuz sərəncam verməklə ümumilikdə 108 min 114 manat məbləğində pul vəsaiti və maddi əmlakı özünün və üçüncü şəxslərin mülkiyyətinə keçirməklə öz qulluq mövqeyindən istifadə edib mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda istintaq davam edir.

DİA.AZ xatırladır ki, bundan bir müddət əvvəl isə “Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC-də pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı daxil olmuş müraciət əsasında Lənkəran rayon prokurorluğunda araşdırma aparılıb.

Lənkəran rayon prokurorluğundan verilən məlumata görə, araşdırmalarla cəmiyyətdə satıcı-anbardar vəzifəsində işləmiş Rəvan Şükürovun 16.03.2021-ci il tarixdə təhvil-təslim aktları əsasında təhvil aldığı müxtəlif adda, çeşiddə və miqdarda məhsulların satışından əldə olunmuş 19 min 630 manat məbləğində pul vəsaitini cəmiyyətin hesabına köçürməyərək mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə) və 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələri ilə cinayət işi başlanıb. Hazırda istintaq davam edir.

Hər halda bu ilk və sonuncu hüquqi qiymətləndirmə faktı olmayacaq. Əsas nəzərə çarpanı odur ki, artıq Anar Hüseynovun NƏZARƏT ZONASINA HÜQUQİ MÜDAXİLƏ start götürüb. Qeyd edək ki, hüquq-mühafizə orqanlarının Lənkərandakı son təftiş hədəfi olan “Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC məhz KTN Mərkəzi Aparatının Elektron kənd təsərrüfatının tətbiqi şöbəsinin nəzdindədir...

Bir sözlə KTN-də artıq İnam Kərimovun kadrları bir-birinin ardından həbs olunur. DİA.AZ olaraq dünən bu məsələyə diqqət ayırmışdıq və KTN Mərkəzi Aparatının Elektron kənd təsərrüfatının tətbiqi şöbəsinin rəhbəri Anar Hüseynovun hədəfdə olduğunu bildirmişdik.

Anar Hüseynov həbs olunsa, KTN SİLKƏLƏNƏCƏK... - Müttəhimlər kürsüsündə o TƏK OTURMAYACAQ

İndi isə görünür ki, hüquq-mühafizə orqanları hələlik KTN-də "budama aparır", çürümüş KTN ağacını isə kökündən kəsəcəyi istisna deyil... Yəni hələlik xırda məmurlara qarşı qanunun sərt üzü göstərilir, daha iri akulalar isə sıralarını gpzləməkdədirlər ki, onlara da sıranın çatacağı istisna deyil. Bu barədə növbəti yazımız olacaq. Bizi izləməyə davam edin...

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
`MADO` qiymətləri qaldırdı... İŞÇİ MAAŞLARI İSƏ YERİNDƏ SAYIR - ETİRAZ VAR!


Bakıda fəaliyyət göstərən MADO Restoranlar Şəbəkəsində fantastik qiymət artımı baş verib. Ancaq buna baxmayaraq, bu restoranlarda çalışan işçilərin əmək haqlarında heç bir artım olmayıb.

Bu barədə MADO restoranlar şəbəkəsində çalışan bir qrup əməkdaşın Gununsesi.info-nun elektron poçtuna yazdığı məktubda bildirilir.

Məktubda qeyd olunur ki, son bir neçə ay ərzində restoranın təklif etdiyi yeməklərin qiyməti 40 faizdən çox bahalaşıb:

“Restoran rəhbərliyi bunu Azərbaycanda ərzaq məhsullarının bahalaşması ilə əsaslandırır. Ancaq bir həqiqət var ki, ölkəmizdə bahalaşma olmayanda belə MADO-nun qiymətləri kifayət qədər yüksək olub. Amma biz işçiləri isə düşünmək belə istəmirlər. Gün ərzində yüzlərlə müxtəlif xarakterli müştəri ilə ünsiyyətdə oluruq. Hamı bahalaşmadan narazıdır. Yaxşı olardı ki, qiymətləri kəskin şəkildə bahalaşdıran MADO arada öz işçilərinin də sosial durumunu düşünsün”.

Məsələ ilə bağlı əməkdaşımız restoranlar şəbəkəsinə etdiyi sorğu cavabsız qaldığından onların mövqeyini dərc edə bilmədik.
My Webpage

Gununsesi.info

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Lerikdə TƏHSİL: İldırımlı yollarla olmasa da, PALÇIQLI YOLLARLA... - GİLEY


Lerikin Laman kənd məktəbinin coğrafiya müəllimi şagirdlərin istifadə etdiyi yolun bərbad vəziyyətdə olmasından şikayətçidir.

DİA.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Görüntülərdə danışan müəllim şagirdlərin gündəlik istifadə etdiyi yolun palçıq içində olduğunu bildirib:

“Bu palçığın içində hansı şəxsiyyət yeriyər?! 4 il bakalavr, 2 il magistr, 3 il də doktorantura təhsili almışam. Soruşuram, bu palçıqlı yolda təhsilimizin hansı işığından, gələcəyindən danışa bilərik?”.

Həmin kadrları təqdim edirik:

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO