[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kərəm Mustafayev «Bərməki» sülaləsindəndir, yoxsa? - Heydər Oğuzdan maraqlı yazı

«Qara Pişik»dən soruşdum ki, dostum Tural Səfərovun Naxçıvan Əlahiddə Qoşun Ordusunda «xan» həzrətlərinin Ali Baş komandan kimi qarşılanması, dolayısıyla Kərəm Mustafayev «xan»a biət etməsi həqiqətlərini ortaya çıxarması Muxtar Respublikada necə əks-səda yaradıb? Cavab verdi ki, necə olacaq, Kərəm Mustafayevin özünü Abbasilərin 5-ci xəlifəsi Harun ər-Rəşidin bağbanı kimi aparacağına şübhə etmirəm. Dedim: Ay «Qara Pişik», nə olsun, savadlısan, elə danış ki, biz binəva avamlar da bir şey anlayaq da. Harun ər-Rəşid kimdir, onun bağbanının Kərəm Mustafayevlə nə əlaqəsi var?

Gözünə döndüyüm «Qara Pişik» başladı mənə «Tarixi-Nadir» hekayələrinə bənzər əhvalat «xırdalamağa»:

«Harun ər-Rəşidin bir süd atası varmış: Yəhya bin Xalid Bərməki. Harun ər-Rəşid hakimiyyətə gələndə bu adamı özünün baş vəziri qoyur. 17 il Abbasilər xilafətini əslində Bərməki idarə edir. Baş vəzirin xəlifə üzərində təsiri o qədər güclü olur ki, bir gün ikisi sarayın bağına gəzintiyə çıxır. Harun ər-Rəşidin gözü alma ağaclarından birinin üzərindəki meyvəyə sataşır. Baş vəzirinə deyir ki, o almanı dərsin, xəlifəyə versin. Bərməki o tərəfə-bu tərəfə baxır, özlərindən başqa heç kimi görmür. Deyir:

-Xəlifə sağ olsun, bu vəziyyətdə almanı dərmək üçün bizim bir-birimizin çiyninə çıxmaqdan başqa yolumuz yoxdur. Mən isə qoca kişiyəm. Sən mənim çiynimə çıxsan, ağırlığına belim tab gətirməz. Bəlkə mən sənin o mübarək çiyninə çıxıb almanı dərim?

Xəlifə razılaşır. Bərməki onun çiyninə çıxıb almanı dərəndə bağban peyda olur. Görür ki, ey dadi-bidad, Bərməki indi də xəlifə Harun ər-Rəşidin belinə çıxıb. Ertəsi gün gedib xəlifənin elçi daşının üstündə oturur. Harun ər-Rəşid bağbanı görüb tanıyır və onu yanına çağırır, nə sözü olduğunu soruşur. Bağdan deyir:

-Ey qibleyi-aləm, lütfən, dəftərxananıza deyin, mənə Bərməki sülaləsindən olmadığıma dair arayış versin.
Kərəm Mustafayev «Bərməki» sülaləsindəndir, yoxsa? - Heydər Oğuzdan maraqlı yazı

Xəlifə təəccüblənir:

-Rəhmətliyin oğlu, bu ölkədə hər kəs Bərməki nəslindən olduğunu təsdiqləmək üçün saxta sənədlər çıxarır. Sən niyə bunun əksini istəyirsən?

-Qibleyi-aləm, bu gedişlə bir gün gələr, bu sənəd məni və ailəmi böyük bir fəlakətdən xilas edə bilər. Lütfən, deyin, mənə o arayışı versinlər.

Xəlifə əmr edir ki, bağbanın istəyi yerinə yetirilsin. Dəftərxanadan rəsmi şəcərəsini alan bağban sevincindən göyə atılıb düşə-düşə evinə qayıdır.
Kərəm Mustafayev «Bərməki» sülaləsindəndir, yoxsa? - Heydər Oğuzdan maraqlı yazı

Gün keçir, ay dolanır, hicri təqvimi 802-ci ili göstərəndə xəlifə ər-Rəşid bir də onda ayılır ki, Yəhya bin Xalid Bərməki Abbasilər xilafətində bütün vəzifələri öz yaxın adamlarına verib. Xilafətdə artıq xəlifənin sözü keçmir. Hər kəs əmri Bərməkidən gözləyir. Üstəlik, məmləkətdə hərc-mərclik baş alıb gedir. Hər yerdə iğtışaşlar, üsyanlar. Bütün bu mərəkənin arxasında isə Bərməkilər sülaləsi dayanır. Hirslənib cəlladlarına əmr edir: "Abbasilər xilafətində bir nəfər də Bərməki saxlamayın. Hamısını dar ağacından asın". Beləcə, Abbasilər xilafətində Bərməki qətliamı başlayır. Hər gün onlarla Bərməki dar ağacından asılır.

Bir gün asılmağa aparılan qoca bir kişi dar ağacına yaxınlaşanda var gücü ilə bağırmağa başlayır, son söz haqqı istəyir. Xəlifə bunu eşidib ona söz verilməsini əmr edir. Qoca kişi cibindən uzun illər öncə dəftərxanadan aldığı rəsmi sənədi çıxıb deyir:

-Baxın, bu kağızı mənə xəlifə həzrətləri verib. Bu da onun mübarək imzası. Mən Bərməki nəslindən deyiləm.
Kərəm Mustafayev «Bərməki» sülaləsindəndir, yoxsa? - Heydər Oğuzdan maraqlı yazı

Beləcə, Abbasilərin bağbanı özünü dar ağacından xilas edir».

Qısası, «Qara Pişiy»in dediyinə görə, Kərəm Mustafayev də xəlifənin bağbanı kimi xam adam deyil. O, «xan» həzrətlərinin hərbçilərlə məlum görüşündən sonra rəsmi şəcərə almaq üçün ya artıq Bakıya gedib, ya da yaxın günlərdə paytaxta səfərə çıxmaq planları qurur.
Heydər Oğuz,
Ovqat.com
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
DEPUTAT MAHİR ABBASZADƏ ŞİRKƏTİNİN ADINI DƏYİŞİB YENİ BİZNESƏ GİRİŞDİ – İLGİNC YEYİNTİ


Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru, deputat Mahir Abbaszadə iki il əvvəl “Qaçqınkom”un 15 milyonluq sifarişini öz şirkətinə – “AZ.İNŞAAT-M.V.” MMC-yə vermişdi. Şirkət Gürcüstanda da qeydiyyatdan keçib.

Lakin məsələ faş olanda deputat susdu, ara sakitləşincə ağıllı tərpənib izi itirmək üçün şirkətin adını, qeydiyyat ünvanını və qanuni təmsilçisini dəyişdi. TİA.Az jurnalist Cavanşir Həsənliyə istinadla bildirir ki, indi şirkət yeni adla öz qeydiyyat tarixini və VÖEN nömrəsini qoruyub saxlayır. “MERCURY CONSTRUCTİON” MMC-nin qeydiyyat məlumatlarında onun VÖEN nömrəsinin 2901066351 saylı olduğu məlum olur.

Bu nömrə “AZ.İNŞAAT-M.V.” MMC-nin VÖEN nömrəsidir. Hər iki şirkətin qeydiyyat tarixi 23.01.2007-ci il göstərilir. Dəyişikliklər reyestrdən bu il yanvarın 13-də verilmiş son çıxarışa əsasən aparılıb. “Qaçqınkom” indi bina tikə bilmir. Amma adını dəyişmiş 10 manatlıq şirkət artıq bu il ikinci dəfədir ki, MİDA-dan (Mənzil İnşaatı Dövlət Agentliyi) iri məbləğdə tender sifarişi əldə edib.
Birinci sifarişin məbləği 9 milyon manata yaxındır.

Yeri gəlmişkən, Mahir Abbaszadənin şəriki onun rəhbərlik etdiyi fondda müavini Vüqar İmranovdur.

TİA.Az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvanın NEFT OLİQARXI `VURULDU`? - Vasif Talıbovun qudasıdır...


"Bu zamanadək Naxçıvanın bir neçə toxunulmazı vardı. Bunlardan biri də "Neftbaza"nın müdiri Bəhruz Əzimov idi. Əzimov öz əsrarəngiz qüdrətini "xan"la qurduğu qohumluq əlaqələrindən alırdı. "Vəliəhd xanzadə" həzrətləri Rza Talıbovun qaynatasıdır". DİA.AZ bildirir ki, bu barədə tanınmış jurnalist Heydər Oğuz paylaşım edib.

Jurnalist özəl mənbələrə istinadən daha sonra bildirir: "Soruşa bilərsiniz ki, bu adam barədə niyə keçmiş zamanda danışıram? Yox, yox, səhv qənaətə gəldiniz. Bəhruz müəllim bu gün də ayaqdadır və biz Ulu Yaradandan ona uzun ömür, can sağlığı arzulayırıq. "Dı", "di", "dü", "du" şəkilçilərindən istifadə etməyimiz isə onun səlahiyyəti ilə əlaqədardır.

Bəli, bax, indi düz tapdınız. Prezident demişkən, Bəruz müəllimin "statusu" obbalara gedib. Məlumatlara inansaq, Naxçıvanda aparılan maliyyə yoxlamaları nəticəsində "Neftbaza"da ciddi kəsirlər və qeyri-qanuni fəaliyyətlər aşkara çıxarılıb, beləcə, Bəhruz Əzimovun səlahiyyətləri müvəqqəti dondurulub.
Bu müvəqqəti dondurulma yaxın günlərdə daimi hal ala bilər.

İstər "Cahan" Holdinqdə, istərsə də "Neftbaza"da aparılan yoxlamalar onu deməyə əsas verir ki, Naxçıvanda "Azərbaycanlaşdırma" siyasətinə ilk öncə Rza Talıbova bağlı qüvvələrdən başlanılıb. İddialara görə, "xanzadə" həzrətləri rəhbərlərindən olduğu Azərbaycan Respublikası Miqrasiya Xidmətinin müavini vəzifəsindən də "gedər-gəlməz" məzuniyyətinə göndərilib".

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO