[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Ermənistanın sülh müqaviləsi imzalamasının vaxtı gəlib çatıb" - Dövlət başçısı


"Baş nazir İrakli Qaribaşvili ilə danışıqlarımızın mərkəzində bölgədə gedən proseslər, təhlükəsizliklə bağlı məsələlərin müzakirəsi idi".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanda mətbuata bəyanatında bildirib.

İkinci Qarabağ müharibəsindən sonra yaranmış vəziyyətlə, Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının gedişi ilə bağlı Gürcüstanın Baş nazirini məlumatlandırdığını qeyd edən dövlətimizin başçısı deyib: “Biz hesab edirik ki, Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycanla Ermənistanın sülh müqaviləsi imzalamasının vaxtı gəlib çatıb. Hər halda bizim niyyətimiz bundan ibarətdir. Biz beş əsas prinsipdən ibarət təkliflərimizi Ermənistan tərəfinə təqdim etdik. Ümid edirəm ki, Ermənistan tərəfi də siyasi iradə göstərərək beynəlxalq birlik tərəfindən tanınan bu əsas təməl prinsiplər əsasında Azərbaycanla sülh müqaviləsini imzalayacaqdır”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda sabiq vəzifəli şəxs məhkəmə zalında həbs edildi - TƏFƏRRÜAT


Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Quba Rayon Dövlət Yanğından Mühafizə Hissəsində texnika üzrə sabiq rəis müavini Ramil Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunub və Ramil Əliyev dərhal məhkəmə iclas zalından həbs edilib.

Qeyd: Rəsmi məlumata əsasən, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Quba Rayon Dövlət Yanğından Mühafizə Hissəsində texnika üzrə sabiq rəis müavini Ramil Əliyevin işlədiyi dövrdə ayrı-ayrı şəxslərdən işə düzəltmək adı ilə pul tələb edərək alıb.

Aparılan istintaqla Ramil Əliyevin öz qulluq mövqeyindən istifadə edərək ayrı-ayrı şəxslərin ona olan etibarından sui-istifadə etməklə əmlaklarını ələ keçirmək məqsədilə onları Quba Rayon Dövlət Yanğından Mühafizə Hissəsində yanğınsöndürən vəzifəsinə işə qəbul etdirəcəyi barədə yalandan vədlər edərək ümumilikdə 21 500 manat məbləğində pul vəsaitini ələ keçirərək dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.

Ramil Əliyevə Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar xeyli miqdarda dələduzluq törədildikdə) və 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə yekun ittiham elan edilib.

Pravda.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əhməd Əhmədovu həbsxanaya aparan «turşulu aş ziyafəti» - ŞOK RÜŞVƏT İDDİASI


Naxçıvan MR sabiq Daxili İşlər naziri Əhməd Əhmədovun həbsinin səbəbləri ilə bağlı maraqlı məlumat əldə etmişik.

DİA.AZ bildirir ki, Ovqat.com-un etibarlı qaynaqlardan əldə etdiyi məlumata görə, Əhməd Əhmədov iki səbəbə görə həbs olunub.

Səbəblərdən biri sabiq nazirin «Cahan» Holdinqin prezidenti Vüqar Abbasov və «vəliəhd xanzadə» Rza Talıbovla sərt mübahisəsidir. İddialara inansaq, mübahisələr o qədər ağır olub ki, Əhməd Əhmədov onları təhqir edib.

Sonu sabiq nazirin həbsi ilə birən mübahisənin əsas səbəbi mülkiyyət davası imiş. Bildirilir ki, Əhməd Əhmədov işdən azad olunub Bakıya gəldikdən bir neçə il sonra Vüqar Abbasov onunla görüşür. Onunla hansısa məsələdə sövdələşmələr aparır. Açığı, sövdələşmənin nə üzərində getdiyi barədə hər hansı fikir bildirilməsə də, görüşün sabiq nazir Fazil Ələkbərovun uzunmüddətli gedər-gəlməz məzuniyyətə göndərildiyi zaman baş tutduğu qeyd olunur. Xatırlayırsınızsa, o zaman biz Fazil Ələkbərovun gedər-gəlməz məzuniyyətə göndərildiyi barədə məlumat verərək bildirmişdik ki, Naxçıvan MR rəhbərliyi onun yerinə "yağlı alternativ" axtarır. Bir növ, Naxçıvanın Daxili İşlər naziri postu hərraca çıxarılır. Mümkündür ki, Əhməd Əhmədovla sövdələşmə də məhz bu hərrac üzərində olub.

Məlumata inansaq, Vüqar Abbasov sabiq nazirlə Rza Talıbovun istəyi ilə görüşüb. Görüşdə qərara alınıb ki, Əhməd Əhmədov ondan tələb olunan icazə haqqını vermək üçün Bakıdakı mülklərindən «Cahan» Holdinqin xeyrinə imtina edəcək, əlavə «vəliəhd xanzadə»yə 7 milyon dollar verəcək. Görünür, Əhməd Əhmədovun Vüqar Abbasovun adına keçirdiyi mülkiyyət 3 milyon dollar dəyərində olub. «Cahan» Holdinqin ixtiyarına verilən mülklərin siyahısını bu yaxınlarda yayımlayacağıq. İndi isə sadəcə onu deməklə kifayətlənirik ki, dövr edilən mülklər arasında «Asan Xidmət»in Bakıxanov filialının binası da var. Bundan əlavə, Əhməd Əhmədovun Türkiyədəki 2 evi də qarşı tərəfin adına keçiriləcəkmiş.

Sövdələşmə baş tutub və Əhməd Əhmədov üzərinə düşən öhdəlikləri yerinə yetirib. Amma ona verilən söz tutulmayıb. Bu da Əhməd Əhmədovun qəzəbinə yol açıb və o, Vüqar Abbasova zəng edərək, əlindən alınan mülklərinin geri qaytarılmasını tələb edib. Rədd cavabı alınca da, təbii ki, gözünü yumub, ağzını açıb. Məşhur zərbi-məsəldə deyidiyi kimi, «nə yemisən, turşulu aş».

Qəzəbi bununla da soyumayan Əhməd Əhmədov Rza Talıbova da zəng vurub. Eyni qaydada onu da «turşulu aş»a qonaq edib. Əhməd Əhmədovun həbsinin əsas motivinin bu mübahisədən qaynaqlandığı iddia olunur. Məhz sözügedən «turşulu aş» ziyafətindən sonra Əhməd Əhmədov aldadılaraq Naxçıvana çağırılıb. Görünür, ya mülkiyyətini geri alacağına, ya da vəzifəyə gətiriləcəyinə inandırılaraq Naxçıvana gətirilən Əhməd Əhmədov elə aeroportdaca qoluna qandal vurularaq Böyükdüz «əsirxana»sına göndərilir.

Əhməd Əhmədovun həbsini şərtləndirən digər bir amil əslində ona etibar edilməməsinin də başlıca səbəbi kimi xarakterizə edilə bilər. İddiaya görə, Əhməd Əhmədov Naxçıvandan «yağlı təklif» alarkən, Bakıda ən yüksək dairələrlə görüşmək istəyirmiş. Məqsədi, təbii ki, Bakıdan da xeyir-dua almaq olub. Əhməd Əhmədovun bu təşəbbüsü «xan» həzrətlərini əməlli-başlı qəzəbləndirib. Bakıdan xeyir-dua almaq istəyən istənilən məmura casus kimi baxan «xan» həzrətləri əyan-əşrəfinə göstəriş verib ki, nəyin bahasına olursa-olsun, onun başının üstündən iş görməyə çalışan Əhməd Əhmədovu aldadıb Naxçıvana gətirsinlər və qoluna qandal vurub ağlı başına gələnədək «əsirxana»ya salsınlar.

«Xan» əmrinin yerinə yetirilməsi üçün Naxçıvandakı bütün strukturlar hərəkətə keçib və Əhmədovu «bişirib» «kiçik torpağa» getməyə razı salıblar. Prinsipcə, onu aldatmaq da çətin olmayıb. Çünki Muxtar Respublikada vəzifəyə gətiriləcəyini və ya əlindən çıxan mülkiyyətini "dirildəcəyini" düşünən Əhmədov istər-istəməz Naxçıvana getməyə məhkum idi.

Yeri gəlmişkən, Əhməd Əhmədov işdən çıxarıldıqdan 4 il sonra həbs olunub. Onun barəsində rüşvət aldığına və korrupsiyaya bulaşdığına görə cinayət işi açılıb. Mənbəmizin üzərində dayandığı əsas məqam da bununla bağlıdır. Onun fikrincə, Əhməd Əhmədov həqiqətən də barəsində irəli sürülən iddialara görə, həbs olunsaydı, Naxçıvan hüquq mühafizə orqanları niyə 4 il gözləyirdi? Axı onu işdən çıxarıldıqdan dərhal sonra həbs etmək daha məntiqli və məqsədəuyğun olardı.

P.S. Digər iddialara görə, Əhməd Əhmədov əslində paytaxtda özünə münasib bir iş tapıb. Amma Azərbaycanın yazılmamış qanunlarına əsasən, Naxçıvanda işdən çıxarılan hər hansı məmur Bakıda işə düzəlmək üçün mütləq «xan» həzrətlərindən izn almalıdır. Naxçıvanın Çar Rusiyasından qalan bu «təhkimçilik hüququ» istər-istəməz Əhməd Əhmədovu «xan» qapısına minnətçi düşməyə vadar edib. Muxtar Respublikanın dərəbəyləri ilə aparılan danışıqlar nəticəsində «xan» icazəsi 10 milyon dollar dəyərində qiymətləndirilib.


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sumqayıt Tibb Kolleci bir korrupsiya yuvasıdır, yoxsa yox? - İTTİHAM VAR!


Hələ iki-üç il bundan əvvəl Səhiyyə Nazirliyinə tabeli Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində baş verən bir sıra qanunsuzluqlar barədə geniş, silsilə məlumatlar yaymış, burada satınalmalarda yol verilən saxtakarlıqları geniş ictimaiyyətin diqqətinə çatdırmışdıq. Qeyd edək ki, hələ 2019-cu ildən Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci tərəfindən əsaslı təmir işləri, cari təmir işləri, abadlaşdırma, dəftərxana və təsərrüfat xərcləri, masın və avadanlıqlar, digər malların alınması, kommunikasiya islərinin satınalması üzrə onlarla kotirovka sorğusu keçirilmişdir. Bütün bunlar isə bir-iki ünvanda ayrı-ayrı şəxslərin adına qeydiyyata alınmış, amma bir nəfər tərəfindən idarə olunan ayrı-ayrı MMC-lərlə bağlanmış müqavilələrlə həyata keçirilib.

Həmin dövrdə, Sumqayıt Tibb Kolleci tərəfindən keçirilməsi nəzərdə tutulan kotirovka sorgularından bir-iki ay əvvəl “Port Group”, “Vip Kontakt”, ”Banfor NN”, “Home”, “Novella”, “Klass Optima”, “Drina-S”, “Bronz” kimi qırx gün ərzində NİZAMİ RAYONU, MƏMMƏDƏLİ ŞƏRİFLİ , ev 4, m. 57 ünvanında yaradılmış 8 MMC-nin fəaliyyətinin araşdırılması və bağlanılmış müqavilələrin ləğv olunması məsələsini qaldırdıq. Lakin İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu ciddi qanun pozuntularını görməzdən gəldi. Nəticə necə oldu?

Həmin dövrdə biz yazmışdıq ki, bu MMC-lər vasitəsi ilə Sumqayıt Tibb Kollecinin rəhbərliyi dövlət vəsaitlərini talayır. İndi apardığımız araşdırmalardan sonra o qənaətə gəldik ki, həqiqətən Sumqayıt Tibb Kolleci dövlət üçün mütəxəssis yetişdirməkdən daha çox, dövlət büdcəsini talamaqla bərabər, həm də dövlətə olmazın maddi ziyan vurur.

Qeyd edək ki, hələ 2020-ci ildə apardığımız araşdırmalarda da, indi də bu MMC-lərin fəaliyyət sferası barədə açıq mənbələrdə heç bir məlumat tapa bilmədik. Həmin dövrdə biz, qısa bir zamanda dövlət qeydiyyatına alınmış bu MMC-lərin ixtisas göstəricilərinin, analoji işlərdə təcrübəsinin, maddi texniki bazasının, maliyyə, bank təminatlarının şübhə altında olduğunu yazmışdıq. İndi isə şübhələrimizin əsassız olmadığına şahidlik edirik. Bu MMC-lərin heç biri artıq satınalmalarda iştirak etmir. Sumqayıt Tibb Kolleci tərəfindən keçirilmiş kotirovka sorğularından başqa heç bir digər dövlət orqanlarının sifarişi ilə bağlı dövlət satınalmalarının vahid internet portalında da heç bir məlumat yoxdu. Bu həmin MMC-lərin maddi-texniki bazasının olmadığını bir daha sübut edir. Bu, həm də sözügedən MMC-lərin dövlət vəsaitlərinin təyinatından kənarlaşdırılması məqsədi ilə yaradıldığını sübut edir. Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatları da təsdiq edir. 2019-2022-ci illərdə Sumqayıt Tibb Kollecinin satınalma müqaviləsi bağladığı MMC-lər barədə ən son məlumatlar aşağıdakı kimidir.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında”TİROL-S GROUP” (VÖEN 1604549481) Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 22.10.2021-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 5.00 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ,NİZAMİ RAYONU, TÜRKMƏN, ev 8, m. 1, qanuni təmsilçisinin isə Hüseyinzadə Tosif Rəşid oğlu olduğu göstərilir.

“TİROL-S GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alındığı tarixdən cəmi 2 ay sonra Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci tərəfindən keçirilmiş 1 kotirovka sorğusunun qalibi olub. Hazırki günə MMC-nin dövlətə 20 033.29 manat vergi borcu var.

Qeyd edək ki, Hüseynzadə Tosif Rəşid oğlunun adına eyni tarixdə, ayrı ünvanda yaradılmış “GROVEN STYLE” (VÖEN 2007038141) MMC də dövlət qeydiyyatına alındığı tarixdən cəmi 3 ay sonra Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci tərəfindən keçirilmiş 2 kotirovka sorğusunun qalibi olub. Hazırki günə MMC-nin dövlətə 13686.32 manat vergi borcu var.

“MUNSİR-AZ” (VÖEN 1604456511) MMC 06.08.2021-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 5 manatdır. Hüquqi ünvanı BAKI ŞƏHƏRİ,NİZAMİ RAYONU, BABƏK PR, ev 78, m. 32, qanuni təmsilçisi isə Gözəlov Ramin Çingiz oğludur. “MUNSİR-AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alındığı tarixdən cəmi 2 ay sonra Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci tərəfindən keçirilmiş 1 kotirovka sorğusunun qalibi olub. Hazırki günə MMC-nin dövlətə 7405.56 manat vergi borcu var.

“QUTULUŞ AZLTD” (VÖEN 1604282611) MMC 02.02.2021-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı BAKI ŞƏHƏRİ,NİZAMİ RAYONU, YAVƏR SƏFƏROV, ev 28, m. 28, qanuni təmsilçisi isə Bəylərov Rəhman Fazil oğludur. “QUTULUŞ AZLTD” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alındığı tarixdən cəmi 4 ay sonra Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci tərəfindən keçirilmiş 1 kotirovka sorğusunun qalibi olub. Hazırki günə MMC-nin dövlətə 12 673.49 manat vergi borcu var.

“LEVLON AS CONSTRAKSEN” (VÖEN 1804985571) MMC 24.08.2020-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı BAKI ŞƏHƏRİ, SABUNÇU RAYONU, ZABRAT ŞTQ, 2-Cİ ZABRAT DAİRƏSİ, ev 133, m. 72, qanuni təmsilçisi İbrahimova İsmət Allahverdi qızıdır. “LEVLON AS CONSTRAKSEN” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alındığı tarixdən cəmi 5 ay sonra Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci tərəfindən keçirilmiş 1 kotirovka sorğusunun qalibi olub. Hazırki günə MMC-nin dövlətə 11 777.85 manat vergi borcu var.

“AKTİV N-TİCARƏT” (VÖEN 1505166161) MMC 17.08.2020-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 5.00 manatdır. Hüquqi ünvanı BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, ƏLİYAR ƏLİYEV, ev 9A, m. 105, qanuni təmsilçisi isə Əhmədzadə Miralim Nizami oğludur.“AKTİV N-TİCARƏT” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alındığı tarixdən cəmi 2 ay sonra Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci tərəfindən keçirilmiş 2 kotirovka sorğusunun qalibi olub. Hazırki günə MMC-nin dövlətə 91673.74 manat vergi borcu var.

“BORNİT-91” (VÖEN 1604096191) MMC 24.07.2020-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 5.00 manatdır. Hüquqi ünvanı BAKI ŞƏHƏRİ, NİZAMİ RAYONU, ƏLİ VƏLİYEV, ev 9A, m. 105, qanuni təmsilçisi isə Nağıyeva Qönçə Arzu qızıdır. “BORNİT-91” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alındığı tarixdən cəmi 2 ay sonra Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci tərəfindən keçirilmiş 2 kotirovka sorğusunun qalibi olub. Hazırki günə MMC-nin dövlətə 22 010.21 manat vergi borcu var.

“REAL-TEXNO SERVİS” (VÖEN 1505166031) MMC 17.08.2020-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 5.00 manatdır. Hüquqi ünvanı BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, ƏLİYAR ƏLİYEV, ev 13, m. 1, qanuni təmsilçisi isə Məmmədov Arif Zülfəli oğludur. “REAL-TEXNO SERVİS” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alındığı tarixdən cəmi 2 ay sonra Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci tərəfindən keçirilmiş 1 kotirovka sorğusunun qalibi olub. Hazırki günə MMC-nin dövlətə 61 646.91 manat vergi borcu var.

“NOVELLA” (VÖEN 1603623571) MMC 29.03.2019-cu il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 2.00 manatdır. Hüquqi ünvanı BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, MƏMMƏDƏLİ ŞƏRİFLİ , ev 4, m. 57, qanuni təmsilçisi isə Məmmədova Lalə Azad qızıdır. “NOVELLA” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alındığı tarixdən cəmi 1 il sonra Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci tərəfindən keçirilmiş 3 kotirovka sorğusunun qalibi olub. Hazırki günə MMC-nin dövlətə 24 342.95 manat vergi borcu var.

“ZZ-TİCARƏT” (VÖEN 1505143071) MMC 27.07.2020-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 5.00 manatdır. Hüquqi ünvanı BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, MUSTAFA KAMAL ATATÜRK, ev 15, m. 2, qanuni təmsilçisi isə Rəsulov Zamin Zahir oğludur. “ZZ-TİCARƏT” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alındığı tarixdən cəmi 40 gün sonra Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci tərəfindən keçirilmiş 1 kotirovka sorğusunun qalibi olub. Hazırki günə MMC-nin dövlətə 78596.56 manat vergi borcu var.

“PORT GROUP” (VÖEN 1603585241) MMC 20.02.2019-cu il tarixdə dövlət qeydiyyatınıb. Nizamnamə kapitalı cəmi 2.00 manatdır. Hüquqi ünvanı BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, MƏMMƏDƏLİ ŞƏRİFLİ , ev 4, m. 57, qanuni təmsilçisi isə İsmayılov Zakir Şakir oğludur. “PORT GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alındığı tarixdən 1 il sonra Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci tərəfindən keçirilmiş 1 kotirovka sorğusunun qalibi olub. Hazırki günə MMC-nin dövlətə 13749.44 manat vergi borcu var.

Qeyd edək ki, İsmayılov Zakir Şakir oğlunun adına eyni tarixdə, eyni ünvanda yaradılmış “VİP KONTAKT” (VÖEN 1603585371) MMC də dövlət qeydiyyatına alındığı tarixdən cəmi 8 ay sonra Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci tərəfindən keçirilmiş 4 kotirovka sorğusunun qalibi olub. Hazırki günə MMC-nin dövlətə 8149.16 manat vergi borcu var.

“BANFOR NN” (VÖEN 1603919121) MMC 19.02.2019-cu il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 5.00 manatdır. Hüquqi ünvanı BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, MƏMMƏDƏLİ ŞƏRİFLİ , ev 4, m. 57, qanuni təmsilçisi isə Kərimov Səməd İlham oğludur. “BANFOR NN” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alındığı tarixdən cəmi 4 ay sonra Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci tərəfindən keçirilmiş 2 kotirovka sorğusunun qalibi olub. Hazırki günə MMC-nin dövlətə 77 153.25 manat vergi borcu var.

“BRONZ”(VÖEN 1603584861) MMC 20.02.2019-cu il tarixdə dövlət qeydiyyatına alınıb.Nizamnamə kapitalı cəmi 2.00 manatdır. Hüquqi ünvanı BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, MƏMMƏDƏLİ ŞƏRİFLİ , ev 4, m. 57, qanuni təmsilçisi isə Əliyev Elnur Eyvaz oğludur. “BRONZ” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alındığı tarixdən cəmi 8 ay sonra Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci tərəfindən keçirilmiş 1 kotirovka sorğusunun qalibi olub. Hazırki günə MMC-nin dövlətə 4644.46 manat vergi borcu var.

“DRİNA-S” (VÖEN 1603778401) MMC 19.08.2019-cu il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 5.00 manatdır. Hüquqi ünvanı BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, MƏMMƏDƏLİ ŞƏRİFLİ , ev 4, m. 57, qanuni təmsilçisi isə Əsgərova Sevil Mikayıl qızıdır. “DRİNA-S” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alındığı tarixdən cəmi 3 ay sonra Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci tərəfindən keçirilmiş 1 kotirovka sorğusunun qalibi olub. Hazırki günə MMC-nin dövlətə 5535.59 manat vergi borcu var.

“RABO 005” (VÖEN 1603839411) MMC 11.10.2019-cu il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 5.00 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, ƏLİ VƏLİYEV, ev 9A, m. 105, qanuni təmsilçisi isə Kərimov Alim Laçın oğludur. “RABO 005” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alındığı tarixdən cəmi 1 ay sonra Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci tərəfindən keçirilmiş 1 kotirovka sorğusunun qalibi olub. Hazırki günə MMC-nin dövlətə 6910.31 manat vergi borcu var.

“HOME” (VÖEN 1603581001) MMC 19.02.2019-cu il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 2.00 manatdır. Hüquqi ünvanı BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, MƏMMƏDƏLİ ŞƏRİFLİ , ev 4, m. 57, qanuni təmsilçisi isə Seydiyev Rasət Nazir oğludur. “HOME” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alındığı tarixdən 8 ay sonra Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci tərəfindən keçirilmiş 1 kotirovka sorğusunun qalibi olub. Hazırki günə MMC-nin dövlətə 10 994.05 manat vergi borcu var.

“DİZAYN-QRUP” (VÖEN 1903828021) MMC 03.12.2018-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı BAKI ŞƏHƏRİ, SURAXANI RAYONU, ƏMİRCAN ŞTQ, BAKIXANOV, ev 5, m. 0, qanuni təmsilçisi isə Talıbova Şükufə Hüseyn qızıdır. “DİZAYN-QRUP” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alındığı tarixdən cəmi 10 ay sonra Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci tərəfindən keçirilmiş 1 kotirovka sorğusunun qalibi olub. Hazırki günə MMC-nin dövlətə 6555.00 manat vergi borcu var.

“KLASS OPTİMA” (VÖEN 1603581261) MMC 19.02.2019-cu il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 2.00 manatdır. Hüquqi ünvanı BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, MƏMMƏDƏLİ ŞƏRİFLİ , ev 4, m. 57, qanuni təmsilçisi isə Qurbanlı Anar Rauf oğludur. “KLASS OPTİMA” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alındığı tarixdən 5 ay sonra Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci tərəfindən keçirilmiş 2 kotirovka sorğusunun qalibi olub. Hazırki günə MMC-nin dövlətə 11 339.65 manat vergi borcu var.

“OKLEN-SS” (VÖEN 1305926261) MMC 19.02.2019-cu il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı BAKI ŞƏHƏRİ, YASAMAL RAYONU, ALATAVA 1, ev 95, qanuni təmsilçisi isə Mehbəliyev Kamal Baba oğludur. “OKLEN-SS” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alındığı tarixdən cəmi 3 ay sonra Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci tərəfindən keçirilmiş 2 kotirovka sorğusunun qalibi olub. Hazırki günə MMC-nin dövlətə 10 403.82 manat vergi borcu var.

Qeyd edək ki, dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlara görə Əziz Əliyev adına Sumqayıt Tibb Kolleci tərəfindən 2019-cu ilin may ayından 2022-ci ilin aprel ayına qədər 35 kotirovka sorğusu keçirilib. Müxtəlif lotlar üzrə keçirilmiş bu kotirovkalarda qalib olmuş 20 MMC-nin dövlətə hazırda ümumilikdə 495 009.43 manat vergi borcu var. Bu külli miqdarda vergi borcu haradan yaranıb?

Burada MMC-lər tərəfindən vergi öhdəliklərinin yerinə yetirmədikləri ehtimal olunur. Ona görə də ilkin vergi borcunun üstünə hər gün həmin borcun 0,1 faizi əlavə olunub. 2019-cu ildən yaranmış, yəni Sumqayıt Tibb Kolleci tərəfindən keçirilmiş kotirovkalar üzrə dövlət vəsaitlərinin MMC-lərin hesabına köçürülməsindən sonra yol verilən maliyyə maxinasiyalarının nəticələridi bu borclar. Sözügedən MMC-lərin bəzi dövlət qurumları tərəfindən formal olaraq keçirilmiş, lakin dövlət satınalmalarının vahid internet portalında açıqlanmayan başqa kotirovka sorğularının qalibi olması ehtimalları da var.

MMC-lərin kommersiya fəaliyyəti ilə məşğul olmaları mümkün deyil. Çünki kommersiya fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi rüb başa çatdıqdan sonrakı ayın 15-dən gec olmayaraq vergi orqanına “Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış” təqdim edilməli və həmin müddətədək vergini ödəməlidir. Əks halda ciddi problemlerlə üzləşə bilərlər. Amma adları çəkilən MMC-lər müəyyən maliyyə əməliyyatlarını 3-4 ay ərzində həyata keçirib qovluqlara atmaq üçün yaradılır. Hansı ki, Sumqayıt Tibb Kollecinin rəhbərliyi hələ ki, davam etdirir.

Qeyd edək ki, Ə.Əliyev adına Sumqayıt Tibb Kollecinə uzun müddətdir Rəfayıl Eyvazov rəhbərlik edir. O, bir tədris ocağının, bir dövlət müəssisəısinin rəhbəri olmaqla yanaşı həm də biznes fəaliyyəti ilə məşğuldur, Bakıda restoranlar şəbəkəsinə sahibdir. Məlumatlara görə Rəfayıl Eyvazova bu işlərdə Azərbaycan Həmkarlar Konfederasıyasının sədri, millət vəkili Səttar Mehbalıyev ilə qohumluq telləri çox kömək edir. Sumqayıt Tibb Kollecində tədrisin keyfiyyətinə gəlincə. Burada yüksək bilikli tibbi təhsil almaq üçün heç nə yoxdu. Amma bol-bol rüşvət mexanizmi var. Üstəlik də dövlət vəsaitlərinin talan edilməsi.İndi siz deyin, Sumqayıt Tibb Kolleci bir korrupsya yuvasıdır, yoxsa yox…

Maraqlı orasıdır ki, Rəfayıl Eyvazovun Sumqayıt Tibb Kollecində yaratdığı bu korrupsiya şəbəkəsinə uzun illərdir göz yumulur. Elə Respublika Hesablama Palatasında da, Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidmətində də, Baş Prokurorluq yanında Korupsiyaya qarş Mübarizə Baş İdarəsində də, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində də. Sabiq Səhiyə naziri Oqtay Şirəliyevin dövründə də həmçinin. Bəs görəsən islahatçı Səhiyyə naziri Teymur Musayev necə, Sumqayıt Tibb Kollecində baş verən bu korrupsiya əməllərinə göz yumacaq, yoxsa təcili tədbir görəcək.
Aktualinfo.org
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əmrullayev batan Azərbaycan təhsilinə saman çöpü də ola bilmədi... - BU FAKTDIR!!!


Müasir Azərbaycan təhsili !
Hərçənd ki, nə tədris olunan dərsliklərdə, nə dərslərdə, nə də aşağıda sizə təqdim etdiyimiz məktəb binasında (bir çox bölgələrdə bu cür bərbad vəziyyətdə olan məktəb binaları var) bu kəlmə ümumiyyətlə əlçatmaz görünür.

İstər dərslər olsun, istər məktəblər illər öncəki "Molla Nəsrəddin" jurnalında yayımlanan karikaturaların birə-bir eynisi. O zaman müasir təhsildən ağız dolusu danışan Elm və Təhsil naziri Emin Əmrullayev "müasir" deyərkən, ümumiyyətlə nəyi nəzərdə tuturdu?
Əmrullayev batan Azərbaycan təhsilinə saman çöpü də ola bilmədi... - BU FAKTDIR!!!
Əmrullayev batan Azərbaycan təhsilinə saman çöpü də ola bilmədi... - BU FAKTDIR!!!

Gördüyünüz bu fotolar yerli sakinlər tərəfindən "DogruXeber.az" redaksiyasına göndərilib. Bildirilir ki, bura İmişli rayonunun Aranlı kəndində şəhid Yusif Sadatxanovun adını daşıyan 1 saylı orta məktəbidir.

Məktəb 1972-ci ildən fəaliyyət göstərir. Təhsil ocağında 420 şagird oxuyur.

21-ci əsrdə məktəb binasının bu cür utancverici görüntüləri nəinki "müasir" sözünə qara ləkədir, eyni zamanda ölkə başçısının sərəncamı ilə təhsil sahəsinə ayrılan milyonlar barəsində də qara şübhələr yaradır.

O da yetmirmiş kimi, tez-tez imzalanan tender müqavilələri, sözügedən sahədə heç nəyi ilə nəzərə çarpmır.

Doğrusu, yerli sakinlərin dediyinə görə İmişli rayon Təhsil İdarəsinin öz inzibati binasının da durumu heç də gördüyünüz bu məktəbdən geri qalmır.

Qeyd edək ki, İmişli rayonunun bir neçə kəndindəki orta məktəb binaları bu cür təmirsizdir, üstəlik də önümüz qış və yenə də şagirdlər özləri ilə kitab-dəftərlə bərabər, hər gün odun daşıyacaqlar, qış boyu. 80-90-cı illərdə olduğu kimi.

İndi isə 2022-ci ildir. Hər dövrün şairi rəhmətlik böyük Mirzə Ələkbər Sabir demişkən:
"Əcnəbi seyrə balonlarla çıxır,
Biz hələ avtomobil minməyiriz".

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Elxan müəllimi özünü artıq tam hazır hesab edir: KİMSƏNİ SAYA SALMIR... - Görünəni budur...


2013-cü ildə Bakının Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində salınan park indi arxivə çevrilib. TİA.Az yada salır ki, Binəqədi məhkəməsi ilə üzbəüz yerləşən həmin park Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə salınmışdı. Ancaq zaman – zaman işbazlar, rüşvətxor məmurlar, möhtəkirlər, biznes adamları parka göz dikərək onu sıradan çıxarmağa çalışıblar. İlk dəfə bu cəhd 2018-ci ildə olub. O dövrdə, mayın 17-si Bakı metrosunun rəisi Zaur Hüseynov prezidentə məruzə etdi ki, Leyla xanımın xoş təşəbbüsü ilə salınan parkın bir hissəsi satılaraq, ağaclar qırılaraq məhv edilir. Və Metropolitenin Dərnəgül stansiyasına ciddi təhlükə var. Bu an Binəqədi rayonuna başçılıq edən Xaləddin İsgəndərov tələm-tələsik gecəylə parkda ağaclar əkdirmiş, Yaşıllaşdırma Birliyinin özbaşınalığı ört – basdır eləməyə çalışmışdı. Ancaq gec idi və İsgəndərov bu səbəbdən də işindən uzaqlaşdırıldı. Həmçinin, o dövrdə Yaşıllaşdırma İdarəsində mühəndis işləyən Əhliman Əliyev parkdan 600 ağacın çıxarılmasına rəhbərlik etmiş və buna görə barəsində Binəqədi Polis idarəsində cinayət işi açılmışdı. Çünki ağacların yerində bina tikməyə şərait yaradılmışdı. Üstündən xeyli zaman keçir, Ə. Əliyev Yaşıllaşdırma İdarəsində mühim vəzifə tutur. Parkın görüntüsündən gördüyünüz bir hissəsi isə ekoloji soyqırım nəticəsində məhv edilib. Biz oxuculara parkın əvvəlki görünüşünü təqdim edirik, bu mənzərədən heç nə qalmayıb, ağacların yerində bina tikilir. Nəticədə nəcib bir ideya məhv edilərək korrupsiyanın, acgözlüyün qurbanı olur və ekoloji terror edilərək parkın içində tikinti aparırlar. Maraqlıdır, BŞİH, Yaşıllaşdırma Təsərrüfatı Birliyi rəisi Həsrət Əmrahov, Binəqədi İH başçısı Elxan Allahverdiyev hara baxırlar? Buyurun, siz baxın…

Məlumat üçün bildirək ki, dünən Yasamal rayon Mikayıl Müşfiq küçəsində baş verən yaşıl soyqırıma görə ETSN-yi Yaşıllaşdırma Təsərrüfatı Birliyinə inzibati xətalar haqqında pratakol tərtib edərək, cərimə tətbiq etmişdi.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu Tibb Kollecində hər il əsaslı təmir işləri aparmaq zərurəti haradan yaranıb - HƏQİQƏTƏN DƏ...


Əsaslı təmir nəticəsində əsas vəsaitlərin bir sıra hissələrinin dəyişilməsi və bərpa olunması həyata keçirilir. Cari təmirin aparılması nəticəsində isə əsas vəsaitlərin vaxtından əvvəl köhnəlməsinin qarşısı alınır. Əsas vəsaitlərin əsaslı və cari təmiri təsərrüfat üsulu və podrat üsulu ilə aparıla bilər.

Təmir xərcləri Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş qaydalar ilə tənzimlənir.

Belə ki, əsas fondların hər bir kateqoriyasının texniki və iqtisadi göstəricilərinin müəyyən edilmiş hədd daxilində saxlanılması üçün (onun ayrı-ayrı tez sıradan çıxan (tezköhnələn) hissələrinin və detallarının dəyişdirilməsi, bərpası rənglənməsi, sazlanması) həyata keçirilən təmir işləri üzrə məsrəflər cari təmir məsrəflərinə aid edilir.

Bunlarla yanaşı, əsaslı təmir məsrəfləri əsas fondların istismar müddətinin uzadılması və (və ya) istismar keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə smeta sənədləri əsasında hesabat ili ərzində bir dəfədən çox olmamaq şərti ilə yerinə yetirilən işlər üzrə onların tam və ya əhəmiyyətli dərəcədə bərpasına, o cümlədən tam aşınmış ( köhnəlmiş), sıradan çıxmış əsas fondların struktur komponentlərinin bütün hissələrinin sökülməsinə və dəyişdirilməsinə çəkilmiş xərclərdir.

Əsaslı və cari təmir işləri arasındakı fərqi niyə xatırladırıq? Son dövrlər Azərbaycanda bəzi dövlət müəssisisələri hər il əsaslı təmir işlərinə xeyli dövlət vəsaiti xərcləyirlər. Buna baxmayaraq əsaslı təmir olunan yerlərdə heç bir təmir işlərinin aparılmadığı müşahidə olunur. Ən uzağı kosmetik işlər aparılır. Ad da olur əsaslı təmir aparılıb. Əsaslı təmir ən azı iki ildən bir aparılmalıdır. Amma Bakıdakı 1 nömrəli Tibb Kolleci 2019-cu ildən bu yana hər il əsaslı təmir işləri aparır.

Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki 1 nömrəli Bakı Tibb Kolleci 2022-ci ilin sentyabr -oktyabr aylarında təhsil müəsisəndə təmir, abadlıq işlərinin satınalması üçün iki tender və beş koturovka sorğusu keçirib.

Cari təmir işlərinin satın alınmas üzrə 76 824.25 manat, əsaslı təmir işlərinin satın alınması üzrə isə 131 456.03 manat məbləğində satınalma müqavilələri “VEST-LTD” Qapalı Səhmdar Cəmiyyəti ilə 30.09 və 19.10-2022-ci il tarixlərində bağlanılıb. Bu işlərin layihə-smeta sənədlərinin hazırlanması işlərinin satınalınmasına isə 4950 manat vəsait ayrılıb.

Abadlıq işlərinin satınalması üzrə 12 440.86 manat, kommunal kommunikasiya işlərin satınalması üzrə isə 16 182.7 manat məbləğində satınalma müqavilələri “KONEKS CONSTRUCTİON” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 21.09.2022-il tarixində bağlanılıb. Bu işlərin layihə-smeta sənədlərinin hazırlanması işlərinin satınalınmasına isə 4430.04 manat vəsait ayrılıb.

Bir satınalma müqaviləsi də bu işlərin layihə-smeta sənədlərinin hazırlanması üzrə yenə bağlanıb ki, buna da 3343 manat dövlət vəsaiti xərclənib. Ümumilikdə isə 1 nömrəli Bakı Tibb Kolleci yuxarıda sadaladığımız işlərin satın alınmasına 249 626 manat dövlət vəsaiti ayırıb.

İndi gəlin görək 1 nömrəli Bakı Tibb Kolleci eyni işlərin görülməsinə əvvəlki illərdə nə qədər dövlət vəsaiti xərcləyib.

Abadlıq işlərinin satınalması üzrə 9671.28 manat, kommunal kommunikasiya işlərin satınalması üzrə 11 362.75 manat, cari təmir işləri üzrə 24 052.53 manat bir, 51 847.84 manat da bir, əsaslı təmir işləri üzrə isə 22 484.78 manat bir, 57 040.26 manat da bir satınalma müqavilələri “VEST-LTD” Qapalı Səhmdar Cəmiyyəti ilə 2021-ci ilin iyun-noyabr aylarında bağlanılıb. Bu ümumi olaraq 176 459 manat dövlət vəsaitinin xərclənməsi deməkdir.

Kommunal kommunikasiya işləri üzrə 24 017.25 manat, abadlıq işləri üzrə isə 14 410.99 manat məbləğində daha bir satınalma müqaviləsi 17.05.2021-ci il tarixdə “KONEKS CONSTRUCTİON” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılıb. Bu işlərə isə 38 428 manat ayrılıb ki, ümumi olaraq 2021-ci ilədə 1 nömrəli Bakı Tibb Kolleci tərəfindən sadalanan işlərə 214 887 manat dövlət vəsaitinin xərcləndiyini göstərir.

2020-ci ildə isə koronavirus pandemiyası ilə əlaqədar ölkədə sərt karantin rejiminin tətbiq olunduğu, təhsil müəssisələrinin və bir çox iş yerlərinin bağlı olmasına baxmayaraq cari təmir üzrə 21 453.11 manat, əsaslı təmir üzrə 31 826.72 manat, kommunal kommunukasiya işləri üzrə 9 918.37 manat, abadlaşma işləri üzrə 9747.51 manat məbləğində satınalma müqavilələri “STAR CONSTRUKTİON-12” Qapalı Səhmdar Cəmiyyəti ilə 19.11.2020-ci il tarixdə bağlanılıb.

Həmin ildə yenə cari təmir üzrə 44 608.98 manat, əsaslı təmir üzrə 48 729.87 manat, abadlaşma işləri üzrə 9766.92 manat məbləğində satınalma müqavilələri “VEST-LTD” Qapalı Səhmdar Cəmiyyəti ilə 23.09.2020-ci il tarixdə bağlanılıb. Kommunal kommunukasiya işləri üzrə 8 366.2 manat məbləğində satınalma müqaviləsi “Dotector” MMC ilə bağlanılıb. Sadaladığımız işlərə 1 nömrəli Bakı Tibb Kolleci tərəfindən 2020-ci ildə isə ümumi olaraq 184 417 manat dövlət vəsaiti xərclənib.

1 nömrəli Bakı Tibb Kolleci tərəfindən 2019-cu ildə ildə də əsaslı və cari təmir işləri aparıb. Abadlıq işlər üzrə 13444.45 manat, əsaslı təmir üzrə 24632.03 manat, cari təmir üzrə 29738.83 manat məbləğində satınalma müqavilələri də “İNPEKS.N” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 16.12.2019-ci il tarixdə bağlanılıb. Bu da ümumilikdə 67 815 manat təşkil edir.

Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilmiş məlumatlardan da görsəndiyi kimi 1 nömrəli Bakı Tibb Kolleci son dörd ilədə cari və əsaslı təmir, abadlıq və kommunal kommunukasiya işlərinin görülməsinə ümumi olaraq 716 745 manat dövlət vəsaiti xərcləyib.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin tabeliyində olan 1 nömrəli Bakı Tibb Kollecinə uzun müddət Nəriman Mövsümov rəhbərlik edib. Nəriman Mövsümovun direktorluğunun sonuncu ilində. yıni 2018 ci ilədə isə Kollecdə əsaslı təmir işlərinə 29 978 manat, cari təmir işlərinə 29 947 manat bir, 29 940 manat da bir, kommunal və kommunikasiya işlərinə isə 32 565.64 manat dövlət vəsaiti xərclənib. Bu da ümumilikdə 122 430 manat təşkil edir.

2019-cu ildə Kollecdə yaranmış çoxsaylı narazılıqlardan sonra Nəriman Mövsümovun yerinə 1994-cü ildə Bakı şəhəri 9 saylı Qadın məsləhətxanasına həkim-terapevt, 1999-cu ildən 1 nömrəli Bakı Tibb Kollecinə “Anatomiya, fiziologiya, patologiyanın əsasları ilə” fənn müəllimi vəzifəsində çalışmış Nailə Əliyeva təyin olub. Nailə Əliyeva Səhiyyə Nazirliyi Kollegiyasının 2018-ci il qərarı ilə əvvəlcə 1 nömrəli Bakı Tibb Kollecində tədris-tərbiyə işləri üzrə direktor müavini , daha sonra isə 2019-cu il 17 oktyabr tarixli qərarı ilə direktor vəzifəsinə gətirilir.

Göründüyü kimi Nailə Əliyevanın təyinatına qədər, yəni 2018-ci ildə 1 nömrəli Bakı Tibb Kollecinin təmirinə dövlət vəsaiti ayrılıb. Amma bu vəsaitlərin təyinatı üzrə xərclənib, xərclənməməsi müəyyən suallar yaradır. Sözügedən vəsaitlər 2018-ci ildə 1 nömrəli Bakı Tibb Kollecinin təmirinə xərclənibsə, nədən Nailə Əliyeva kollecdə rəhbərliyə gəldiyindən dərhal sonra hər il külli miqdarda dövlət vəsaiti ayrılıb. Əgər 2018-ci ildə Kollec əsaslı təmir olunmayıbsa 2019-2020-ci illərdə yenə vəsait ayrılıb, onda təmir olunaydı. Belə çıxır ki, onda da təmir olunmadığından növbəti il də vəsait ayrılıb. Onda bu vəsaitlər haralara yönəldilib? Cəmi 15 dərs otağı, idman zalı, mədəni-kütləvi tədbirlər keçirmək üçün akt zalı, böyük kitab fondu olan kitabxana, bir neçə fənnkabineti, metodkabinet və digər yardımçı otaqlardan ibarət olan Tibb Kollecində hər əsaslı təmir işlərinin aparılması, kommunal kommunukasiya işlərinin görülməsi nə dərəcədə real görsənir. Cari təmir işləri aydın məsələdir. Tes sıradan çıxan malların, əşyaların dəyişdirilməsi, sazlanması zəruridir. Amma görəsən hər il yüz minlərlə dövlət vəsaitini əsaslı təmir adı ilə xərcləmək zəruridirmi?

Düzdü Nailə Əliyeva 1 nömrəli Bakı Tibb Kollecinə sabiq Səhiyyə naziri Oqtay Şirəliyevin xeyir-duası ilə təyin olunub. Amma çox istərdik bu zərurətin haradan qaynaqlandığına hazırki nazir Teymur Musayev aydınlıq gətirsin. Hər il əsalı təmir olarmı? Axı qanunvericiliyi görə əsaslı təmir işləri minimum iki ildən bir aparılmalıdır.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident İlham Əliyev Gürcüstana işgüzar səfərə gedib - YENİLƏNİB


Azərbaycan Prezidenti İlham Əliyev bu gün Gürcüstana işgüzar səfərə yollanacaq.

Bu barədə məlumatı “Sputnik Gürcüstan” yayıb.

Məlumata görə, Şota Rustaveli adına Tbilisi Beynəlxalq Hava Limanında İlham Əliyevin rəsmi qarşılanma mərasimi olacaq.

Dövlət başçısı səfər çərçivəsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşəcək.

***

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 24-də Gürcüstana işgüzar səfərə gəlib.

Azərbaycanın və Gürcüstanın Dövlət bayraqlarının dalğalandığı Tbilisi şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidentini Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili və digər rəsmi şəxslər qarşılayıblar.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
BU NƏDİ BELƏ: Elektron satınalma portalı da artıq işbirliyinə keçib... – Mingəçevirdən Fikrət Zeynalov və Adil Əliyev ilə


Elektron media resurslarında Mingəçevir Tibb Kollecində rüşvətxorluq,özbaşınalıqlar, maxinasiya, dərsdən yayınma, biabırçı insidentlər, müəllim-direktor qarşıdurmaları, saxta diplom qalmaqalları haqqında yayaılmış çoxlu sayda məlumatlara rast gəlmək olar. Qeyd edək ki, Kollecə uzun müddətdir ki, Fikrət Zeynalov rəhbərlik edir. Buna baxmayaraq Kollecdə müasir dövtün tələblərinə uyğun yeniləşən heç nə yoxdu, yəni heç nə dəyişməyib, hər şey əvvəlki qaydada davam edir. Kolleclə bağlı yayılan bir çox məlumatlardan fərqli olaraq biz bu orta ixtias təhsil müəssisəsinin maliyyə və təssərrüfat işləri ətrafında araşdırmalar aparmalı olduq və satınalmalar tarixində görünməmiş daha bəzi mənzərələrlə üzləşdik. Hər şey Kollecin abadlaşdırma xidmətlərinin satınalınması ilə keçirmiş olduğu kotirovka sorğusundan başladı.

Mingəçevir Tibb Kolleci tərəfindən abadlaşdırma xidmətlərinin satınalınması üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 19.10.2022-ci ildə 18 478.03 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “QRANT-2008” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsində 18.06.2008-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 30 manat olan MMC-nin hüquqi ünvanının MINGƏÇEVİR ŞƏHƏRİ, MİNGƏÇEVİR ŞƏHƏRİ, CƏMİL ƏLİYEV, ev 38/3, m. 4, qanuni təmsilçisinin isə Əliyev Adil Məmiş oğlu olduğu göstərilir.

MMC ilə 2022-ci ilin son 5 ayı ərzində bağlanan digər satınalma müqavilələri isə bunlardır.

Mingəçevir Tibb Kolleci tərəfindən ofis maşın və avadanlıqlarının satınalınması üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 18.10.2022-ci ildə 11 505 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Kollec tərəfindən tikili və avadanlıqların cari təmiri üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 17.10.2022-ci ildə 37 632.91 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Mingəçevir Tibb Kolleci tərəfindən mətbəə mallarının satınalınması üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 06.05.2022-ci ildə 9632.1 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Mingəçevir Tibb Kolleci tərəfindən təsərrüfat malları (yeməkxana və təsərrüfat) üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 06.05.2022-ci ildə 5396.73 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Qeyd edək ki, “QRANT-2008” MMC Mingəçevir Tibb Kollecinin keçirdiyi bu kotirovkalardan ümumi olaraq 82 644 manatlıq dövlət sifarişi alıb. Aprdığımız araşdırmalar zamanı məlum oldu ki, Mingəçevir Tibb Kollecinin Tender Komissiyası fərqli xidmətlərin və mal-materialların satın alınması üzrə bir nəfərə məxsus olan MMC ilə təkcə 2022-ci ildə müqavilə bağlamayıb. Analoji hal həm də əvvəlki illərdə təkrar olunub. Belə ki, Kollec “QRANT-2008” MMC-nin qanuni təmsilçisi olan Əliyev Adil Məmiş oğluna məxsus daha iki MMC ilə işbirliyində olub. Bunlar hansılardır?

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MELORASİYA-F MMC ” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsində 12.02.2015-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının MINGƏÇEVİR ŞƏHƏRİ, MİNGƏÇEVİR ŞƏHƏRİ, Ş.İ.XƏTAİ, ev 12/1, m. 28, qanuni təmsilçisinin isə Əliyev Adil Məmiş oğlu olduğu göstərilir.

Qeyd edək ki, Mingəçevir Tibb Kolleci 2020 -2021-ci illərdə “MELORASİYA-F MMC ” ilə ümumi olaraq 154 472 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Məlum olduğu kimi həmin dövrlərdə, yəni 2020-ci ilin martın 3-dən COVID-19 pandemiyasının yayılması ilə əlaqədar ölkədə rəsmi karantin rejimi elan edildikdən sonra bütün təhsil müəssisələri bağlı olub. Burada sual yaranır. Mingəçevir Tibb Kollecinin rəhbərliyi bağlı olan təhsil müəsisəsində bu satınalmaların keçirilməsi zərurətini haradan yaradıb?

Keçək Əliyev Adil Məmiş oğlunun qanuni təmsiçisi olduğu digər MMC-yə.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AFİQ-TQİ” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsində 15.09.2009-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının MINGƏÇEVİR ŞƏHƏRİ, MİNGƏÇEVİR ŞƏHƏRİ, A.ŞAİQ, ev 11, m. 31, qanuni təmsilçisinin isə Əliyev Adil Məmiş oğlu olduğu göstərilir.

Mingəçevir Tibb Kollecinin Tender Komissiyası, daha doğrusu direktoru Fikrət Zeynalov 2019-cu ildə də Əliyev Adil Məmiş oğlunun anuni təmsilçisi olduğu “AFİQ-TQİ” MMC ilə 38 787 manat məbləğində bir neçə satınalma müqaviləsi bağlayıb. Bu isə qanunla yolverilməzdir. Çünki, tender və kotirovka prosedurlarının keçirilməsi zamanı daim bir şəxsə və ya şirkətə üstünlük verilməsi satın alınan malların ehtimal olunan qiymətinin düzgün müəyyən edilməməsinə və bir sıra qanun pozuntularına yol açmasına şübhə yaradır.

Bütün bu göstərdiyimiz şübhəli işlərlə bağlı Mingəçevir Tibb Kollecinin Tender Komissiyasına ünvanladığımız sorğu məktubuna cavab verilmədi. Telefonla əlaqə saxladığımız Kollecin baş mühasibi Vəsilə Qasımova ilə söhbətimiz təxminən belə oldu. “Mingəçevir Tibb Kollecinin keçirdiyi bütün kotirovka sorğularının qalibi nədən Əliyev Adil Məmiş oğluna məxsus olan MMC-lər olur” sualimıza Vəsilə xanımın cavabı belə oldu ki, “Bilmirəm, biz bütün sənədləri toplayıb satınalmalara göndəririk. Orada da hər şey elektron qaydada keçirilir, bizə göndərlir”-dedi. “Necə olur ki, elektron satınalma elə Adil Əliyevi qalib çıxarır” sualımıza baş mühasib cavab verdi ki, “mən nə bilim, satınalmalardan soruşun”. “Onda belə çıxmırmı ki, elektron satınalma Adil Əliyevi tanıyaraq elə Mingəçevir Tibb Kollecinin keçirdiyi bütün kotirovka sorğularının qalibi çıxarır” sualımıza isə Vəsilə Qasımova “çıxır, çıxsın da” -deyib ədəbsizcəsinə telefonun dəstəyini qoydu.

Qeyd edək ki, Əliyev Adil Məmiş oğlunun qanuni təmsilçisi olduğu “QRANT-2008” Məhdud Məsuliyyətli Cəmiyyəti bu il təkcə Mingəçevir Tibb Kollecinin keçirdiyi kotirovkaların qalibi olmayıb. MMC həm də Mingəçevir Mənzil-Kommunal Təsərrüfatı Kombinatı tərəfindən 2022-ci il üçün mal-materialların, ehtiyyat hissələrinin, ağac və gül kollarının, təsərrüfat və dəftərxana mallarının satınalınması üzrə keçirilmiş tenderin də qalibi olub və 146 623.26 manat məbləğində sifariş alıb. Göründüyü kimi Mingəçevir Tibb Kollecini abadlaşdıran, tikili və avadanlıqlarını təmir edən, mətbəə malları, ofis maşın və avadanlıqları ilə təchiz edən MMC həm də ağac və gül kollarının satın alınmasının iştirakçısı olub.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan da görsəndiyi kimi, Mingəçevir Tibb Kollecinin Tender Komissiyası bir nəfərin qanuni təmsilçisi olduğu 3 MMC ilə son dörd il ərzində ayrı-ayrı malların alınması və xidmətlərin göstərilməsi üzrə ümumi dəyəri 275 903 manat olan satınalma müqavilələri bağlamışdır. Burada ayrı-ayrı xidmətlər üzrə bir nəfərə məxsus 3 MMC ilə bağlanılan satınalma müqavilələri müəyyən şübhələrə yol açmış olur. Mingəçevir Tibb Kollecində bütün şübhəli işlərin bağında direktor Fikrət Zeynalov olduğu kimi, formal satınalmaların başında da onun durduğu şübhəsizdir. Amma Kollecin baş mühasibi Vəsilə Qasımova nədənsə elə satınalmalarının vahid internet portalının üstünə atır bu şübhələri.
Aktualinfo.org
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sumqayı məktəbində MAFİOZ ŞƏBƏKƏ... - Sabiq direktor əvəzindən İLGİNC AÇIQLAMALAR


Sumqayıtın 32 nömrəli tam orta təhsil məktəbinin sabiq direktor əvəzi Esmira İbrahimova barəsində səslənən ittihamlara münasibət bildirib. Keçmiş direktor əvəzi TİA.Az-a geniş açıqlamasında bir sıra məsələlərə aydınlıq gətirib. Onun sözlərinə görə, 2012-ci ildən Sumqayıt şəhər Təhsil Şöbəsində metodist vəzifəsində çalışıb, 2018-ci ildə Təhsil Şöbəsinin sabiq müdiri Namazov Nizami onu çağırıb: “Dedi ki, 32 N-li tam orta məktəbdə direktor yeri boşdur, məktəb çox acınacaqlı vəziyyətdədir, öz nümayəndəmiz Oktay Nuriyevi 3 aydır ki, məktəbə göndərmişdik. Ancaq ona qarşı elə bir təxribat törədiblər ki, o məktəbə getmir. Mədəni surətdə 32 N-li məktəbdə quruplaşmış adamların əlindən başını götürüb qaçmışdı. Bildirdi ki, ancaq sənə güvənirəm, sən o məktəbi yığıb idarə edə bilərsən. Ancaq məktəbdə özünü qruplaşmış adamlardan gözləməlisən. Qrupun başında məktəbin direktor müavini Mahmudov Mahmud Rəhim oğlu və onun İcra Hakimiyyətindəki qohumu Səmədov Teymur Qırımxan oğlu durur. Bu qruplaşma ona görə yaradılır ki, Mahmudov Mahmud Rəhim oğlu illərdir ki, o direktor kürsüsündə oturmaq istəyir. Bu işdə ona İcradakı qohumu Səmədov Teymur Qırımxan oğlu kömək edir. İki il davamlı olaraq mənə də həmin qruplaşma tərəfindən hücumlar oldu. Ancaq mən bu qruplaşmanın planlaşdırdığı təxribatı vaxtında duyub, bu qruplaşmaya başçılıq edən Səmədov Teymur Qırımxan oğluna bildirdim. O təxribatın üstünün açıldığını görüb onları dayandırdı”.
Sabiq direktor əvəzinin sözlərinə görə, 2022-ci il mayın 1-dən Abşeron – Xızı Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə (Bakı Təhsil İdarəsinin müdir müavini vəzifəsindən sabiq Təhsil Naziri Ceyhun Bayramov tərəfindən rüşvətxorluq üstündə qovulan) Abdullayeva İlhamə Sarif qızı təyinat alıb: “İlhamə Abdullayeva, müavini Abbasov Ramin Əfsər oğlu və İcra Başçısının birinci müavini Səmədov Teymur Qırımxan oğlu ilə birləşərək məktəblərdə, bağçalarda rüşvətxorluq fəaliyyətlərini davam etdirdilər. Onlara pul verməyən şəxslərə şantaj dolu, qərəzli, planlı rollu oyunlar düzəltdilər.
Nəzərinizə çatdırım ki, mən 2018-ci ildən 32 N-li məktəbdə direktor əvəzi kimi fəaliyyətə başlayanda məktəb binası çox bərbad vəziyyətdə idi. Məktəbdə təhsildən savayı hər şey baş verirdi. Müəllimlər yuxarı siniflərdə dərs keçməyə şagird tapmırdılar. Bir sözlə, məktəbdə özbaşınalıq baş alıb gedirdi. Şagirdlər dərs vaxtını dəniz qırağında keçirirmişlər. Bunların hamısını mən böyük çətinliklərlə düzəltdim. 545 şagirdi artıq 1000-ə çatdırmışdım. 19.09.2022 (yəni hadisənin baş verdiyi tarixdən 3 gün qabaq) məktəbin bir müəllimi mənim otağıma daxil olaraq bildirdi ki, direktor müavini Mahmudov Mahmud Rəhim oğlu ona hücum edib ki, burda direktor artıq mən olacağam. 19.09.2022- ci il tarixdə yəni, 1-ci gün İlhamə (Abşeron – Xızı Regional Təhsil İdarəsinin müdiri Abdullayeva İlhamə Sarif qızı) öz komandası ilə gəlib məni direktor təyin edəcək. Sizə qarşı təxribat yaradıblar. Doğrusu, mən inanmadım. Ancaq 1-ci gün 19.09.2022-ci il tarixində məktəbin ibtidai sinif müəllimlərindən iki nəfər mənim otağıma daxil olub, sayıtlarda qərəzli səs yazısı ilə məni şantaj etdiklərini bildirdilər. (təmir pulu yığmaq adı ilə) Ancaq məktəbdə heç bir təmir pulu yığılmamışdır. Bu mənə qarşı törədilmiş şər – böhtan dolu təxribat idi. Bu zaman Abşeron – Xızı Regional Təhsil İdarəsindən mənə Bayramov Məmməd adlı (İlhamə Abdullayevanın qohumu) məsləhətçi zəng edib bildirdi ki, İhamə Abdullayeva deyir ki, məktəbə kanallar çəkilişə gələcək, ancaq heç bir kanalın qarşısına çıxmasın, qapını bağlayıb otağında otursun. Onlara inanmağım mənim həyatda ən böyük səhvim idi. İlhamə Abdullayeva, müavini Abbasov Ramin Əfsər oğlu, İcranın birinci müavini Səmədov Teymur Qırımxan oğlu kanallara pul verib qərəzli şəkildə məktəbə göndərib, məktəbdəki əlaltıları ilə birlikdə heç bir həqiqəti əks etdirməyən qurma müsahibə dolu video görüntü hazırladılar. Və xəbər kanallarında yayımladılar. Halbuki o məktəbdə mən işlədiyim müddətdə 1 qəpik də pul direktor əvəzi tərəfindən yığılmayıb. Sadəcə beş ilim tamam olacağına görə mənə şər – böhtan atdılar. Çünki məndən direktor kürsüsünə pul ala bilməmişdilər. Axır ki, məni aldadaraq məqsədlərinə çatdılar. Mən lazimi yerlərə müraciət edib, başıma gələn bu haqqsız, ədalətsiz qurma oyunları məlumat verdikdən sonra mənə sayıtlar vasitəsilə yenə hücuma keçdilər”. Keçmiş direktor əvəzi qeyd edib ki, onlar öz yeyintilərinin, əməllərinin satılmış saysız – hesabsız direktor, bağça kürsülərinin və pulla digər vəzifələrin açılmasından şübhələnib yenidən hücuma keçdilər: “Xahiş edirəm ki, bu sayıtlar həqqi yeyintini, rüşvət toxumu səpən Abşeron – Xızı Regional Təhsil İdarəsinin rəhbər şəxslərində İcranın birinci müavini Səmədov Teymur Qırımxan oğlunda və Abdullayeva İlhamə Sarif qızı və Abbasov Ramin Əfsər oğlunda və onlarla əlbir olub külli miqdarda rüşvət sahibi olan əlaltılarında, vəzifələrə yerləşdirdikləri öz qohumlarında araşdırıb həqqi rüşvətləri xəbər sayıtlarında işıqlandırsınlar.
Abdullayeva İlhamə Sarif qızından bir fakt misal gətirim: İlhamə Abdullayevanın qohumu, Regional İdarədə Anbardar, “bel daşıyan” vəzifəsindən məsləhətçi vəzifəsinə keçən Bayramov Məmməd İkram oğlunun həyat yoldaşı Gülüstan adlı xanım Sumqayıt şəhər 45 N-li bağçada (uşaq evində) xadimə adı altında müdirəlik edir. Yəni vəzifəsi xadimə ola-ola başqasının adı altında(Aynur adı altında) müdirə vəzifəsini icra edir. Bu hansı qanuna uyğundur? Xadimə müdirə vəzifəsini idarə edir. İlhamə Abdullayeva Sarif qızı bu və bu kimi əməllərini sayıtlara pul verib niyə işıqlandırmır?”

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO